Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-154/2021 05.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1978-ci ildə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə yeni növ koronavirus infeksiyasına yoluxmuş xəstə olaraq “COVİD-19” Milli məlumat bazasına daxil edildiyi halda, yəni havadamcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olmaqla, epidemiya əleyhinə rejimin qaydalarına riayət etmədən xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 16 radələrində yaşadığı ünvan 2 ünvanını tərk edərək “xxxx” MMC-dən sifariş verdiyi X2 idarə etdiyi “London Taxi TX4” markalı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Bakı şəhəri, Zığ qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalına gedib, həmin gün də yaşadığı ünvana qayıdaraq karantin rejimlərini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır, ünvan 2 ünvanında ailəsi ilə və qaynı arvadı X6 və Esmiranın iki azyaşlı övladı ilə birlikdə kirayədə yaşayır. İşin mahiyyəti üzrə bildirmişdir ki, o xx.xx.2020-ci il tarixdə özünü narahat hiss etmiş, bir qədər hərarəti olmuşdur. Onun qaynı arvadı Esmira Orucovanın da səhhətində də problem yaranmışdır. xx.xx.2020-ci il tarixdə onun yaşadığı evə təcili tibbi yardım stansiyasından həkimlər gəlib analiz götürmüşlər. xx.xx.2020-ci il tarixdə isə Esmiranın səhhəti pisləşmiş, buna görə də o, Esmiranı Xətai rayonunda yerləşən “X9” Klinikasına aparmış, orada Esmira qan analizi vermiş, eyni zamanda Kompüter Tomoqrafiyasında ağciyərlərini müayinə etdirmiş, daha sonra onlar Lökbatan qəsəbəsində yaşadıqları evlərinə qayıtmışlar. xx.xx.2020-ci il tarixdə isə Esmiranın səhhətində problem yaranmış, buna görə də Esmiranı Bakı şəhəri, Zığ qəsəbəsində yerləşən Modul tipli xəstəxanaya yerləşdirmişlər. xx.xx.2020-ci il tarixdə o, özü “X9” Klinikasına gedib Kompüter Tomoqrafiyasında ağciyərlərini müayinə etdirmiş, hər hansı bir problem aşkar olunmamışdır. xx.xx.2020-ci il tarixdə ***-***-**-** CSM nömrəsinə onun və qaynı arvadı X7-19 infeksiyasına yoluxmaları barədə pozitiv cavab çıxması barədə SMS gəlmişdir. xx.xx.2020-ci il tarixdə günortadan sonra xəstəxanadan onun mobil telefonuna zəng gəlmiş və ona bildirmişlər ki, qaynı arvadı Esmira Orucovanın geyinməyə paltarı yoxdur, onun üçün paltar gətirmək lazımdır. O, fikirləşmişdir ki, elə bir adam yoxdur ki, Esmiranın paltarını aparıb ona xəstəxanada versin. Ona görə də qərara almışdır ki, özü Esmiranın paltarını Zığ qəsəbəsində yerləşən xəstəxanaya aparsın. O, xx.xx.2020-ci il tarixdə təxminən 16 radələrində *9933 taksi şirkətinə zəng edib taksi sifariş vermişdir. Bir az sonra taksi yaşadığı ünvanın qarşısına gəlmiş və o, qaynı arvadı Esmira Orucovanın paltralarını götürüb iki ədəd tibbi maskanı üst-üstə taxıb yaşadığı evdən çıxıb taksiyə əyləşib taksini Esmiranın müalicə aldığı Zığ qəsəbəsində yerləşən Modul tipli xəstəxana istiqamətində sürdürmüşdür. Onun əyləşdiyi taksi avtomobili “London” taksisi imiş, yəni avtomobilin sərnişin əyləşdiyi yer ilə sürücünün əyləşdiyi yer arasında şüşə arakəsmə olmuşdur. Əyləşdiyi taksi avtomobili təxminən saat 17:40 radələrində Zığ qəsəbəsində yerləşən Modul tipli xəstəxananın qarşısına çatmışdır. O, taksi avtomoblindən düşüb xəstəxananın qapısına yaxınlaşıb Esmiranın paltarını qapıda verib gəldiyi taksi avtomobilinə əyləşib Lökbatan qəsəbəsinə sürməsini taksi sürücüsünə bildirmişdir. Həmin vaxt onun mobil telefonuna zəng gəlmişdir. O, telefona cavab verəndə görmüşdür ki, onunla danışan polis əməkdaşıdır. Polis əməkdaşı ona bildirmişdir ki, o, Covid-19 xəstəsidir, evi tərk etməli deyilmiş, xəstəliyi kimə isə yoluxdura bilər, evə qayıtmalıdır. O, da polis əməkdaşına bildirmişdir ki, xəstəxanaya getmişdir, yaşadığı ünvana qayıdır. Həmin gün təxminən saat 18:50 radələrində o, yaşadığı ünvanın qarşısına çatmışdır. O, yaşadığı binanın qarşısında taksidən düşəndə polis əməkdaşlarının dayandığını görmüş və onlara yaxınlaşıb xəstəxanaya getdiyini onlara bildirmişdir. Polis əməkdaşları onu yaşadığı evdə telefon vasitəsilə videogörüntüyə çəkmişlər, onun Covid-19 xəstəsi olduğunu, evi tərk etməməli olduğunu demişlər. O da həmin gündən sonra yaşadığı ünvanı tərk etməmişdir. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, maddi cəhətdən ailə vəziyyəti çox ağır olmaqla həyat yoldaşı heç bir yerdə işləmir, özü isə fərdi evlərdə günəmuzd xadimə işləri görməklə ailəsini dolandırır. Uzun müddətdir ki, kirayədə yaşadığı mənzilin kirayə pulunu da verə bilmir. Kirayədə yaşadığı evdə qaynı arvadı Esmiranın da iki azyaşlı övladına baxır. O öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəni bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin polis sahə inspektoru, polis leytenantı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2015-ci ildən DİO-da, 2020-ci ildən Qaradağ RPİ-nin 10-cu PBnin sahə inspektoru vəzifəsində xidmət edir, rütbəsi polis leytenantıdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, Respublikada yayılmış “Covid-19” pandemiyası ilə əlaqədar olaraq Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati ərazisində yaşayan “Covid-19” infeksiyasına yoluxmuş şəxslərin yaşadıqları ünvanlarını tərk edibetməmələrini, özünütəcrid qaydalarına əməl edib-etməmələrini yoxlamaq üçün həmin şəxslərin ünvanlarına gedib yoxlanış aparırlar. Belə ki, xx.xx.2020-ci il tarixdə saat 17:50 radələrində o, Qaradağ RPİ-nin 10-cu PB-nin rəis müavini vəzifəsini icra edən polis baş leytenantı Şahid4, Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid2 “Covid-19” infeksiyasına yoluxmuş Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına gedib Təqsirləndirilən şəxs həmin ünvanı tərk etdiyini müəyyən etmişlər. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonuna tərəflərindən zəng edilmiş və harada olmasını soruşduqda o, Xətai rayonunda yerləşən klinikaya özünə sistem köçürmək üçün getdiyini demişdir. Təqsirləndirilən şəxs tələb edilmişdir ki, yaşadığı ünvana gəlsin, o, epidemiya əleyhinə rejimin qaydalarına riayət etmədən yaşadığı ünvan 2 ünvanını tərk edərək karantin rejimlərinin pozub xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Həmin gün saat 18:55-də Təqsirləndirilən şəxs taksi avtomobili ilə yaşadığı ünvanın qarşısına gəlib taksidən düşüb onlara yaxınlaşmışdır. Onlar Təqsirləndirilən şəxs bildirmişlər ki, “COVİD-19” infeksiyasına yoluxduğu halda yaşadığı evi tərk edə bilməz, epidemiya əleyhinə rejimin qaydalarına riayət etməyib yaşadığı ünvanı tərk edərək karantin rejimlərinin pozub xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır, bu hərəkətlərinə görə cinayət məsuliyyəti daşıyır. Hətta onlar Təqsirləndirilən şəxs evini tərk etməsi barədə videoçəkiliş də etmişlər. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evinə getməsini təmin edib 10-cu PB-nə gəlib bu barədə raport tərtib etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2013-cü ildən DİO-da, 2018-ci ilin avqust ayından tutduğu vəzifədə xidmət edir. İşin mahiyyəti üzrə bildirmişdir ki, Respublikada yayılmış “Covid-19” pandemiyası ilə əlaqədar olaraq Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati ərazisində yaşayan “Covid-19” infeksiyasına yoluxmuş şəxslərin yaşadıqları ünvanlarını tərk edib-etməmələrini, özünütəcrid qaydalarına əməl edib-etməmələrini yoxlamaq üçün həmin şəxslərin ünvanlarına gedib yoxlanış aparırlar. Belə ki, xx.xx.2020-ci il tarixdə saat 17:50 radələrində o, Qaradağ RPİ-nin 10-cu PB-nin rəis müavini vəzifəsini icra edən polis baş leytenantı Şahid4, Qaradağ RPİ-nin 10-cu PBnin polis sahə inspektoru, polis leytenantı Şahid1 və Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid2 “Covid-19” infeksiyasına yoluxmuş Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına gedib Təqsirləndirilən şəxs həmin ünvanı tərk etdiyini müəyyən etmişlər. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonuna tərəflərindən zəng edilmiş və harada olmasını soruşduqda o, Xətai rayonunda yerləşən klinikaya özünə sistem köçürmək üçün getdiyini demişdir. Təqsirləndirilən şəxs tələb edilmişdir ki, yaşadığı ünvana gəlsin, o, epidemiya əleyhinə rejimin qaydalarına riayət etmədən yaşadığı ünvan 2 ünvanını tərk edərək karantin rejimlərinin pozub xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Həmin gün saat 18:55-də Təqsirləndirilən şəxs taksi avtomobili ilə yaşadığı ünvanın qarşısına gəlib taksidən düşüb onlara yaxınlaşmışdır. Onlar Təqsirləndirilən şəxs bildirmişlər ki, “COVİD-19” infeksiyasına yoluxduğu halda yaşadığı evi tərk edə bilməz, epidemiya əleyhinə rejimin qaydalarına riayət etməyib yaşadığı ünvanı tərk edərək karantin rejimlərinin pozub xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır, bu hərəkətlərinə görə cinayət məsuliyyəti daşıyır. Hətta onlar Təqsirləndirilən şəxs evini tərk etməsi barədə videoçəkiliş də etmişlər. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evinə getməsini təmin edib 10-cu PB-nə gəlib bu barədə raport tərtib etmişlər. Şahidlər Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid2 və Qaradağ RPİ-nin 10-cu PB-nin rəis müavini vəzifəsini icra edən polis baş leytenantı Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iclasında şahidlərin ifadələri elan edilmişdir. Şahidlər Şahid2 və Şahid4 ibtidai istintaq zamanı verdikləri ifadələrində şahidlər Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları Şahid1 və Şahid3 ilə eyni ifadələr verərək onların göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzindən daxil olmuş məktubdan görünür ki, ünvan 2 ünvanında yaşayan, xx.xx.1978ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “COVİD-19” Milli məlumat bazasına pozitiv xəstə olaraq daxil edilmişdir. İş materiallarına əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə 03 ədəd video fayl vardır. 1-ci video fayldakı video 47 saniyə davam edir, Təqsirləndirilən şəxs yaşadığı evin giriş qapısı videoya çəkilmişdir, həmin videonu çəkən şəxs deyir ki, xx.xx.2020-ci il tarixdə saat 17:50 radələrində Təqsirləndirilən şəxs yaşadığı evdə yoxdur. 2-ci video fayldakı video 08 saniyə davam edir, Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmasının görüntüsü qeydə alınmışdır. 3-cü video fayldakı video 2 dəqiqə 42 saniyə davam edir, Təqsirləndirilən şəxs yaşadığı evi tərk etdiyini etiraf edir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməlini törətməsini və əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 20 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 2 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-154/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-154/2021
05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver