Məhkəmə qərarları › İş №1(002)-154/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-154/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-154/2024 30.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Saat 10:30-da X14 İslah oğlunun sədrliyi, Məmmədova Kəminə Elşad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Qaradağ rayonunun ərazisində yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı X2 ilə qısa müddətli görüşə gələn zaman qardaşına gətirdiyi sovqatların arasında yerləşdirdiyi üzərində “ana-bala” sözləri yazılmış beş litrlik yağla dolu olan dəmir qabın iç divar hissəsinə xüsusi üsulla yerləşdirərək gizlətdiyi “Cəzaçəkmə müəssisələrinin X5” ilə qadağan olunmuş əşya sayılan - daxilində bir ədəd “Sim” danışıq kartı olan “Hisense” markalı, “F35” modelli, “**********89512-**********89520” imei kodlu, həmçinin daxilində iki ədəd “Sim” danışıq kartı olan “Samsung Galaxy J3” markalı, “SM- J33 0F/DS” modelli, “**********87866-**********87864” imei kodlu mobil telefon aparatlarını, bir ədəd “Sim” danışıq kartını, bir ədəd elektrik qidalandırıcısını və iki ədəd qulaqcığı yoxlamadan gizli olaraq X10a ötürməyə cəhd etmiş və müəssisənin nəzarət-buraxılış məntəqəsinin əməkdaşlarının keçirdiyi axtarış-baxış tədbirləri zamanı həmin qadağan edilmiş əşyalar aşkar edilərək götürüldüyünə görə iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, X2 onun böyük qardaşıdır. X10 törətdiyi cinayət əməlinə görə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəzasını çəkir. 01 noyabr 2023-cü il tarixdə tanımadığı şəxs tərəfindən gizli nömrə ilə onun mobil nömrəsinə zəng gəlmiş və həmin tanımadığı şəxs onun qardaşı Cavidin yanına gedəcəyindən məlumatının olduğunu və sonuncuya sovqat göndərməsi üçün 02 noyabr 2023-cü il tarixdə onunla görüşmək istədiyini bildirmişdir. Onlar razılaşmışlar. 02 noyabr 2023-cü il tarixdə qardaşının tanışı Şahid4 ilə birlikdə Qaradağ rayonunun ərzisində yerləşən dəqiq ünvanı xatırlamadığı “Bravo” supermarketdən Əfqanın verdiyi pulla qardaşı Cavid üçün bəzi ərzaqlar almışlar və əvvəlcədən danışdıqları kimi tanımadığı şəxsdən Penitensiar Xidmətin saylı Cəzaçəkmə müəssisəsinə gedən yolda elə yol üstü əlavə iki paketdə sovqatı götürmüşdür. Təxminən saat 13:30 radələrində Əfqan Əliyevlə birlikdə Cəzaçəkmə müəssisəsinin qarşısına gəlmişlər və nəzarət buraxılış məntəqəsində müəssənin əməkdaşları tərəfindən üzərlərində və ya gətirdikləri sovqatların arasında məhkumlar üçün istifadəsi və saxlanılması qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuşdur. Hər ikisi üzərlərində və gətirdikləri sovqatların arasında heç bir qadağan olunmuş əşyanın olmadığını bildirdikdən sonra xəbərdarlıq olunaraq müvafiq sənədləri imzalamışlar. Bundan sonra müəssisənin əməkdaşları müəssənin nəzarət buraxılış məntəqəsində yerləşən otaqların birində hər ikisinin üzərinə baxış keçirmişlər və baxış zamanı üzərlərində heç bir qadağan olunmuş əşya aşkar olunmamışdır. Üzərlərinə baxış keçiriləndən sonra müəssisənin əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə gətirdikləri sovqatlara baxış keçirilmiş və baxış keçirilən zaman sovqatların arasında olan beş litrlik dəmir qabdakı “ana-bala” yağ qabının iç divar hissəsindən daxilində bir ədəd “Sim” danışıq kartı olan “Hisense” markalı, daxilində iki ədəd “Sim” danışıq kartı olan “Samsung” markalı mobil telefon aparatları, bir ədəd “Sim” danışıq kartı, bir ədəd həmin mobil telefonlara dair elektrik qidalandırıcısı və iki ədəd həmin mobil telefonlara dair qulaqcıq aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs proses iştirakçılarının suallarını cavablandıraraq bildirmişdir ki, həmin yağ qabı əvvəllər tanımadığı və adını bilmədiyi qardaşının tanışının gətirdiyi sovqatların içərisindən çıxmışdır. Nə mobil telefon aparatlarından, nə də danışıq karlarından xəbəri olmamışdır. Cəzaçəkmə müəssisəsində ona sovqatı verən adamın kimliyini deməsi bildirilmişdir. Həmin vaxt o, təqsirsizliyini sübut edə bilməyəcəyini anlamış və törətmədiyi əməli öz üzərinə götürmüşdür. Məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023cü il və xx.xx.2024-cü il tarixlərdə verdiyi izahatlarında, xx.xx.2024-cü il tarixdə şahid qismində və 09 mart 2024-cü il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə qardaşı X2 ilə qısa müddətli görüşə gələn zaman qardaşına gətirdiyi sovqatların arasında yerləşdirdiyi üzərində “ana-bala” sözləri yazılmış beş litrlik yağla dolu olan dəmir qabın iç divar hissəsinə xüsusi üsulla yerləşdirərək gizlətdiyi daxilində bir ədəd “Sim” danışıq kartı olan “Hisense” markalı, “F35” modelli, “**********89512-**********89520” imei kodlu, həmçinin daxilində iki ədəd “Sim” danışıq kartı olan “Samsung Galaxy J3” markalı, “SM-J33 0F/DS” modelli, “**********87866- **********87864” imei kodlu mobil telefon aparatlarını, bir ədəd “Sim” danışıq kartını, bir ədəd elektrik qidalandırıcısını və iki ədəd qulaqcığı qoymaqda məqsədi qadağan olunmuş əşyaları gizli olaraq X10a ötürüb həm özü, həm də ailə üzvlərinin Cavid İbadovla əlaqə yaratması olmuş, bundan əlavə həmin əşyaları görüşə gəlməmişdən bir neçə gün əvvəl yaşadığı ünvanda ailə üvlərindən xəbərsiz qeyd edilən yağ qabının içinə yerləşdirməmiş və qadağan olunmuş əşyalar əvvəllər onun özünə məxsus olmuşdur. Bundan başqa, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən X2 xx.xx.2023-cü il tarixdə izahatında bildirmişdir ki, qardaşı Təqsirləndirilən şəxs onunla qısa müddətli görüşə gələn zaman gətirdiyi sovqatların içərisinə gizli şəkildə yerləşdirdiyi daxilində bir ədəd “Sim” danışıq kartı olan “Hisense” markalı, “F35” modelli, “**********89512-**********89520” imei kodlu, həmçinin daxilində iki ədəd “Sim” danışıq kartı olan “Samsung Galaxy J3” markalı, “SM-J33 0F/DS” modelli, “**********87866-**********87864” imei kodlu mobil telefon aparatlarını, bir ədəd “Sim” danışıq kartını, bir ədəd elektrik qidalandırıcısını və iki ədəd qulaqcığı qardaşı Təqsirləndirilən şəxs özü istəmişdir. Həmin əşyaların cəza çəkmə müəssisəsində qadağan olduqlarını bilmişdir. Qadağan olunmuş əşyaları qardaşı Təqsirləndirilən şəxs gətizdirdiyi üçün özünü günahkar hesab edir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən X2 xx.xx.2024-cü il tarixdə şahid qismində verdiyi ifadəsində isə xx.xx.2023-cü ildə verdiyi ilkin izahatını inkar edərək izahatında göstərdiyi xüsusatların həqiqətə uyğun olmadığını, onun yuxarıda qeyd olunan qadağan olunmuş əşyaları qardaşı Təqsirləndirilən şəxs istəmədiyini, həmin əşyalardan ümumiyyətlə xəbərinin olmadığını, ilkin izahatını o cür verməsinə səbəb qardaşı Təqsirləndirilən şəxs və dayısı oğlu Fəqan Əliverdiyevi qoruması olduğunu, sonradan düzgün ifadə vermək qərarına gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan əməldə təqsirli olması, həmçinin şahidlərin ifadələri, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin Əməliyyat bölməsinin böyük inspektoru vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 02 noyabr 2023-cü il tarixdə təxminən saat 13:30 radələrində müəssisədə cəza çəkən məhkum X2 ilə qısamüddətli görüşə gələrək sovqat gətirmiş qardaşı Təqsirləndirilən şəxs və dayısı oğlu Şahid4 gətirdikləri sovqatlara müəssənin nəzarət-buraxılış məntəqəsində xüsusi ayrılmış otaqda sonuncuların və hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman sovqatların arasında olan beş litrlik dəmir qabdakı “ana-bala” yağ qabının iç divar hissəsindən əvvəlcədən yerləşdirilərək gizlədilmiş vəziyyətdə “Cəzaçəkmə müəssisələrinin X5” ilə qadağan olunmuş əşya sayılan - daxilində bir ədəd “Sim” danışıq kartı olan “Hisense” markalı, daxilində iki ədəd “Sim” danışıq kartı olan “Samsung” markalı mobil telefon aparatları, bir ədəd “Sim” danışıq kartı, bir ədəd həmin mobil telefonlara dair elektrik qida- landırıcısı və iki ədəd həmin mobil telefonlara dair qulaqcıq aşkar edilərək götürülmüşdür. Sonradan qanunvericiliklə nəzərdə tutulmuş qaydada qadağan edilmiş əşyaların aşkar olunması faktı ilə əlaqədar əməkdaşların, hal şahidlərinin, Təqsirləndirilən şəxs və Şahid4 iştirakları ilə protokol tərtib edilmiş, həmin qadağan olunmuş əşyalar qablaşdırılaraq zərfə qoyulub möhürlənərək protokola əlavə edilmişdir. Protokolla bütün iştirakçılar tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. Bundan əlavə ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəflərindən heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin Rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsində işləyən Şahid2 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid3 Binyat oğlu Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X2 uşaqlıq dostudur və həmişə biri-birlərinə dayı-bibi oğlu kimi müraciət etmişlər. X15 törətdiyi cinayət əməlinə görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. 02 noyabr 2023-cü il tarixdə təxminən saat 13:30 radələrində X15 ilə qısamüddətli görüşməkdən və onun üçün sovqat aparmaqdan ötrü sonuncunun qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin qarşısına gəlmişlər. Apardıqları sovqatların arasında olan ərzaq və qida məhsullarını Cavid İbadovun qardaşı Təqsirləndirilən şəxs tərəfindən, geyim əşyalarını isə onun trəfindən alınaraq gətirilmişdir. Müəssisənin nəzarət buraxılış məntəqəsində müəssənin əməkdaşları tərəfindən üzərlərində və gətirdikləri sovqatların arasında məhkumlar üçün istifadəsi və saxlanılması qadağan olunmuş əşyanın olub-olmamasını soruşulmuş, hər iksi üzərlərində və gətirdikləri sovqatların arasında heç bir qadağan olunmuş əşyanın olmamasını bildirəndən sonra xəbərdarlıq olunduqları üçün müvafiq sənədləri imzaları ilə təsdiqləmişlər. Bundan sonra müəssisənin əməkdaşları nəzarət buraxılış məntəqəsində yerləşən otaqların birində hər ikisinin üzərinə baxış keçirilmiş və baxış zamanı üzərlərindən heç bir qadağan olunmuş əşya aşkar olunmamışdır. Üzərlərinə baxış keçiriləndən sonra müəssisənin əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə gətirdikləri sovqatlara baxış keçirilmiş və baxış keçirilən zaman Təqsirləndirilən şəxs gətirdiyi sovqatların arasında olan beş litrlik dəmir qabdakı “ana- bala” yağ qabının iç divar hissəsindən daxilində bir ədəd “Sim” danışıq kartı olan “Hisense” markalı, daxilində iki ədəd “Sim” danışıq kartı olan “Samsung” markalı mobil telefon aparatları, bir ədəd “Sim” danışıq kartı, bir ədəd həmin mobil telefonlara dair elektrik qidalandırıcısı və iki ədəd həmin mobil telefonlara dair qulaqcıq aşkar olunaraq götürülmüşdür. Sonradan müəssisənin əməkdaşları tərəfindən onların və hal şahidlərinin iştirakı ilə protokol tərtib olunmuş, aşkar olunub götürülmüş əşyalar protokola əlavə olunaraq düzgünlüyünü imzalarımız ilə təsdiq etmişlər. O, Təqsirləndirilən şəxs tərəfindən qardaşı üçün apardığı sovqtların arasında olan beş litrlik dəmir qabdakı “ana-bala” yağ qabının içərisində mobil telefon aparatlarının və digər əşyaların olması barədə əvvəlcədən heç bir məlumatının olmadığını və Təqsirləndirilən şəxs ona bu barədə heç bir məlumat vermədiyini bildirmişdir. Bundan başqa ifadəsində bildirmişdir ki, cəzaçəkmə müəssisəsində hadisə ilə əlaqədar Təqsirləndirilən şəxsla onun izahatları fərqli otaqlarda alındığı üçün Pərvizin necə ifadə verməsindən xəbəri olmamışdır. Hadisə günü onlar üç-dörd marketdə olmuşlar. Hadisə günü Təqsirləndirilən şəxs marketin qabağında sovqat verən insanı uzaqdan görsə də onun nə üzünü, nə də hansı marketin qarşısında sovqatları verməsini xatırlamır. Sözü gedən yağ qabının həmin şəxs tərəfindən verilib-verilmədiyini dəqiq deyə bilmədiyini və Təqsirləndirilən şəxs həmin şəxslə onun yanında telefon danışığının olmadığını bildirmişdir. Cəzaçəkmə müəssisəsində ona hansı suallar ünvanlanmışa o, mahiyyəti üzrə həmin suallara da cavab vermişdir. Bundan başqa, iş materiallarından da görünür ki, ibtidai istintaq zamanı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid1, X8, Şahid2, X1 və X3 ilkin izahatlarında göstərmişlər ki, İlkin sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş daxilində bir ədəd “Sim” danışıq kartı olan “Hisense” markalı, daxilində iki ədəd “Sim” danışıq kartı olan “Samsung” markalı mobil telefon aparatları, bir ədəd “Sim” danışıq kartı, bir ədəd həmin mobil telefonlara dair elektrik qidalandırıcısı və iki ədəd həmin mobil telefonlara dair qulaqcığı məhkum qardaşı X2 üçün istifadə etməkdən ötrü cəza çəkdiyi müəssisəyə gətirdiyi sovqatların arasında gizli keçirərək vermək istədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş kompyuter-texniki ekspertizasının 30 dekabr 2023- cü il tarixli, “5/1731” nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sen- sor ekranlı “Android 8.1.0” əməliyyat sistemi ilə təhciz olunmuş “Hisense” markalı, “F35” modelli, “**********89512- **********89520” imei kodlu mobil smartfon olmaqla, hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş digər bir ədəd sensor ekranlı “Android 9” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy J3” markalı, arxa markalanma göstəricisinə görə “SM- J330F/DS” modelli, “**********87866-**********87864” imei kodlu mobil smartfon olmaqla, halhazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiya Qərarının “Cəza- çəkmə müəssisələrinin X5”nın təsdiq edilməsi barədə 29 dekabr 2011-ci il tarixli, 7N nömrəli çıxarışından və əlavə 11-dən görünür ki, mobil telefon məhkumlara qadağan olunmuş əşyaların siyahısına aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi nin materiallarına əlavə edimiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan övladları- xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X7 vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları da nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış - daxilində bir ədəd “Sim” danışıq kartı olan “Hisense” markalı, “F35” modelli, “**********89512-**********89520” imei kodlu, daxilində iki ədəd “Sim” danışıq kartı olan “Samsung Galaxy J3” markalı, “SM-J33 0F/DS” modelli, “**********87866-**********87864” imei kodlu mobil telefon aparatları, bir ədəd elektrik qidalandırıcısı və iki ədəd qulaqcıq hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməlidir. Məhkəmə hesab edir ki, üç ədəd “Sim” danışıq kartları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş üç ədəd DVD-R disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 90 (doxsan) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış - daxilində bir ədəd “Sim” danışıq kartı olan “Hisense” markalı, “F35” modelli, “**********89512-**********89520” imei kodlu, daxilində iki ədəd “Sim” danışıq kartı olan “Samsung Galaxy J3” markalı, “SM-J33 0F/DS” modelli, “**********87866- **********87864” imei kodlu mobil telefon aparatları, bir ədəd elektrik qidalandırıcısı və iki ədəd qulaqcıq hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış üç ədəd “Sim” danışıq kartları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş üç ədəd DVD-R disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 90 (doxsan) manat pul onun vəkil işlədiyi 10 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X17

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar