Məhkəmə qərarları › İş №1(002)-155/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-155/2021

31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-155/2021 31.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx xxxxxx 2021-ci il tarixdə saat 20-30 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «VAZ-21074» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Ələt-Qazax yolunun Bakı-Qazax istiqamətinin 43-cü kilometrliyinin sağ tərəfində Səngəçal qəsəbəsinin qarşısında olan əlavə yolun kənarında yerləşən «Səngəçal» marketin qarşısında 35-40 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olan halda qeyd olunan Qanunun göstərilən tələbini pozaraq, yolu soldan sağa keçmək istəyən piyada X3 idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə vurub ehtiyyatsızlıqdan Z.F.Quliyevin sağ alın-təpə sümüklərinin kəllə əsasına keçən basılmış sınığı, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın sağ alın-təpə nahiyyəsinin, sağ budun əzilmiş yaraları, sağ əlin İİ barmağının dırnaq falanqasından travmatik amputasiyası, belin qançırı xəsarətlərindən ibarət dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə Z.F.Quliyevin hadisə yerində ölmünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, heç kəslə ədavəti, düşmənçiliyi yoxdur. Hazırda ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ailə üzvləri ilə birlikdə orada yaşayır. Hazırda Səngəçal qəsəbəsində fərdi əməklə məşğuldur. 2012-ci ildə tarixdə avtomobil sürmək hüququna malikdir və BC kateqoriyalı sürücüdür. “VAZ 21074” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və həmin avtomobili baş etibarnamə əsasında idarə etmişdir. xx.xx.2020ci il tarixdə saat 20:30 radələrində o, idarə etdiyi “VAZ 21074” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Ələt-Qazax magistral yolunun 43-cü kilometrliyində Səngəçal qəsəbəsində, qəsəbə daxili yolda saatda 35-40 km sürətlə “Səngəçal” market istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt “Səngəçal” marketin qarşısında magistral yolda qoşqulu yük avtomobili qəza işıqlarını yandırıb dayanmışdır. O, “Səngəçal” marketin qarşısına çatan zaman anidən bir nəfər şəxsin onun hərəkət yoluna çıxdığını görmüşdür. O, avtomobildə əyləci basmağa imkan tapmamışdır. Belə ki, piyada olan həmin şəxs qəflətən yük maşınının qarşısından keçərək onun qarşısına çıxmış və o, idarə etdiyi avtomobilinin sol tərəfi ilə onu vurmuşdur. Piyadanı vurduqdan sonra o, avtomobili saxlayıb düşmüşdür. Həmin vaxt sürəti çox aşağı olsa da piyada avtomobilin zərbəsindən yerə yıxılmış və bu zaman başı yerə dəymişdir. Dərhal hadisə barədə 103 təcili tibbi yardıma məlumat vermişdir. Daha sonra isə təcili tibbi yardım maşının gec gəldiyini görüb həmin şəxsi tanışlarının maşınına əyləşdirib Sahil qəsəbəsində olan təcili tibbi yardım stansiyasına aparmışdır. Bundan başqa o, Bakı-Ələt-Qazax magistral yolunun 43-cü kilometrliyində Səngəçal qəsəbəsində qəsəbə daxili yolda 35-40 sürətlə hərəkətdə olan zaman magistral yolda Səngəçal marketlə üzbəüz Kamaz markalı qoşqulu yük avtomobilinin qəza işıqlarını yandıraraq dayandığını təxminən iyirmi metr məsafədən gördüyünü, həmin qoşqulu yük kamazına çatmazdan iki-üç saniyə əvvəl o, yolu keçən piyadanı gördüyünü, həmin piyadanın iti addımlar ilə hərəkət etdiyini, onun saatda 35-40 km sürətlə hərəkətdə olduğunu, idarə etdiyi avtomobilin texniki cəhəddən saz vəziyyətdə olduğunu, həmin hadisə zamanı onun maşını saxlamaq imkanı olmadığını bildirmişdir. O öz ifadəsində daha sonra göstərmişdir ki, hadisədən sonra mərhumun dəfnlə bağlı bütün xərclərini ödəmiş və yaxınları ilə barışıq əldə etmişdir. Hal-hazırda törətdiyi əməldən çox peşman olduğunu və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı öz ifadəsində göstərmişdir ki, heç kəslə ədavəti, düşmənçiliyi və ruhi-əsəb xəstəliyi yoxdur, psixoloji durumu normaldır, ifadə vermək iqtidarındadır. Ağdam rayonu, Kürdlər kəndində qeydiyyatda olmaqla Ağdam rayonu, Qaradağlı kəndində yaşayır. xx xxxxx 1989-cu ildə mərhum həyat yoldaşı X5 ilə rəsmi olaraq nigaha daxil olmuşdur. Mərhum həyat yoldaşı Quliyev Zakir özünə məxsus olan «Kamaz» markalı **-VO-*** dövlət nömrə nişanlı yük avtomaşını ilə mişar daşlarının daşınması və satışı ilə məşğul olmuşdur. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən daş karxanasından mişar daşı alıb qayıdarkan Səngəçal qəsəbəsində idarə etdiyi avtomaşını saxlayıb yolu keçmək istəyən zaman həmin yolda hərəkətdə olan VAZ-21074 markalı avtomaşının sürücüsü tərəfindən vurulmuş və hadisə yerində aldığı xəsarətlərdən vəfat etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X7 Qaradağ rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 97-№-li rəyindən görünür ki: 1961-ci il təvəllüdlü mərhum X2 meyitinin məhkəmə-tibbi müayinəsinə və labaratoriyadan verilmiş cavaba əsasən, hadisə haqqında qərarında göstərilənləri nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.Mərhum Z.F.Quliyevin meyitinin məhkəmə-tibbi ekspertizasında sağ alın-təpə sümüklərinin kəllə əsasına keçən basılmış sınığı, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın sağ alın-təpə nahiyyəsinin, sağ budun əzilmiş yaraları, sağ əlin İİ barmağının dırnaq falanqasından travmatik amputasiyası, belin qançırı aşkar edildi. 2.Yuxarıda qeyd olunan xəsarətlər bərk küt əşya(əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanınəlamətlərinə malikdirlər və mərhum Z.F.Quliyevin ölümü ilə bir-başa səbəbli əlaqədədirlər. 3.Mərhum Z.F.Quliyevin ölümünə səbəb sağ alın-təpə sümüklərinin kəllə əsasına küçən basılmış sınığı, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və beyin qişalarına qansızma ilə müşayiət olunan başın küt travması olmuşdur. Meyit əlamətlərinin inkişafı dərəcəsinə əsasən güman etmək olar ki, Z.F.Quliyevin ölümü onun meyitin meyitxanada müayinə olunduğu vaxtdan 10-14 saat əvvəl baş vermişdir. 4.Mərhum Z.F.Quliyevin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (AKT N 3187/K xx.xx.2020ci il tarixli) İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 8/35-№-li rəyindən görünür ki, ««VAZ-21074» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan 2xx.xx.2020-ci il tarixli «Hadisə yerinə baxış keçirilməsi» haqqında protokoldan görünür ki, hadisə yeri Bakı-Ələt-Qazax yolunun Bakı-Qazax istiqamətinin 43cü kilometrliyində sağ tərəfində yerləşən Səngəçal qəsəbəsinin qarşısında olan əlavə yolda yerləşən «Səngəçal» marketin qarşısıdır. Hadisə yerində qan izləri və avomobil hissələri aşkar edilməmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş və hadisə yerinin sxemi tərtib olunaraq protokola əlavə olunmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli 2/19408-№-li «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə yolnəqliyyat hadisəsi törədərkən ayıq vəziyyətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə AD seriyalı 018635 “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisiylə barışmaqla, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı, məhkəmə baxışı zamanı isə 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar