Məhkəmə qərarları › İş №1(002)-155/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-155/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-155/2022 25.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 69.3 və 67.5-ci maddələrinə əsasən 08 ay 26 gün müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə, 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4 və 36-cı bəndlərinə əsasən 30.12.2021-ci il tarixdə azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin əldə edib saxlamaqla daşımış, 31 yanvar 2022-ci il tarixdə saat 20 radələrində Qaradağ RPİ-nin 10-cu PB-in əməkdaşları ünvan 2 ünvanından baş vermiş oğurluq hadisəsində şübhəli bilindiyi üçün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 5, ev 91 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmiş, polis bölməsində üzərində dəvət olunmuş müdafiəçi və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan köməkçi cibindən 01 ədəd siqaretin qızılı rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,232 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir, dəmir yığıb satmaqla dolanır. Uzun müddətdir ki, narkotik vasitələrin qəbulu ilə məşğul olmuşdur. 2020-ci ildə narkotik vasitələrin istifadəsinə görə həbs edilmiş, təxminən tutulmamışdan bir ay əvvəl olar ki, azadlığa buraxılmışdır. Azadlığa buraxılandan sonra ara-sıra narkotik vasitə və psixotrop maddələrin qəbulu ilə məşğul olurmuş. Ən çox şüşə deyilən metamfetamin qəbul etmişdir. Narkotik vasitə və psixotrop maddəni əsasən Bakı şəhərində Kubinka deyilən yerdən alır. Sonuncu dəfə 31 yanvar 2021-ci il tarixdə günorta saat Kubinka deyilən yerdə Hüseyn adı ilə tanıdığı şəxsdən 20 manata 01 ədəd bükümdə şüşə alıb şalvarın balaca köməkçi cibinə qoymuşdur. Həmin günü biraz Lökbatan qəsəbəsində ərazidən tapdığı biraz dəmir yığıb evə getmişdir. Həmin gün axşam saatlarında evdə olduğu zaman qapı döyülmüş, qapıya çıxmış, mülki geyimdə olan şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını və polis əməkdaşları ilə polis bölməsinə getməli olduğunu demişlər. O da polis əməkdaşları ilə Polis bölməsinə getmişdir. Polis bölməsində ona oğurluq hadisəsi yerindən əl-barmaq izinin çıxdığını izah etmişlər, həmçinin narkorik vasitə və psixotrop maddələrin daşınmasında, istifadəsində şübhəli olduğunu bildirmişlər. Polis bölməsində o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, bundan sonra ona hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmişlər. Vəkil gələndən sonra təhqiqatçı ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. O da polis əməkdaşlarına etiraz etməmişdir. Daha sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı ondan üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə soruşmuş və olarsa həmin əşyanı könüllü olaraq təqdim etməyini bildirmişdir. O da əynində olan qara rəngli cins şalvarın sağ yan balaca köməkçi cibindən 01 ədəd siqaretin içərisi qızılı rəngli kağızında olan bükümü çıxarıb stolun üstünə qoymuşdur. Təhqiqatçı həmin bükümü açmış, içərisində ağ rəngli kristal formalı maddə aşkar olunmuşdur. Bükümün içərisində olan maddənin patı olduğunu, Kubinka deyilən yerdə tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. X7 adlı şəxsdən almışdır. Daha sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmış, o, müdafiəçi və bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, öz ifadəsində daha sonra göstərmişdir ki, polis əməkdaşları onu saxlayarkən və üzərində şəxsi axtarış aparan zaman heç bir zor və təyziq göstərməmişlər. Hüseyni üzdən tanıyır, bircə adını bilir, başqa Hüseynin barəsində heç bir məlumatı yoxdur, telefon nömrəsini belə bilmir. O Lökbatan qəsəbəsində yerləşən İcra nümayəndəliyinin binasından 1 ədəd maqnitafon səs gücləndiricisi, 1 ədəd cərəyan paylayıcısı oğurlayıb tanımadığı şəxsə 15 manata satmışdır. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-in baş əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o hazırda Qaradağ RPİ-nin 10-cu PB-in CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 15 yanvar 2022-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 5-ci döngə, 10-cu binadan baş vermiş oğurluq zamanı hadisə yerindən götürülmüş əl-barmaq izlərinin müayinəsi nəticəsində DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş cavab məktubunda hadisə yerindən götürülmüş əl-barmaq izinin xx.xx.1988-ci il təvəllüdlü, Bakı şəhər sakini Təqsirləndirilən şəxs məxsus olması göstərilmişdir. Bununla bağlı o, Qaradağ RPİ-nin 10-cu PB-in sahə inspektoru Şahid2 ilə birlikdə 31 yanvar 2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvana çatanda həmin ünvanın qarşısında Təqsirləndirilən şəxs dayandığını görüb özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs Polis bölməsinə dəvət etmişlər. Onlar polis bölməsində olarkən Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu bildirmişdir. Bu barədə dərhal tərəfindən raport tərtib edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs PB-in təhqiqatçısı, polis mayoru Cəmşid Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra həmin şəxsə müdafiəçi dəvət edilmişdir. PB-də xidməti otaqların birində onların və müdafiəçinin iştirakı ilə PB-in sahə inspektoru Şahid3 tərəfindən videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmetin olub-olmadığını, varsa təqdim edib masanının üzərinə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan balaca köməkçi cibindən 01 ədəd siqaretin qızılı rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açılmış, bükümün içərisində ağ rəngli, kristall şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bükümdə olan psixotrop maddəni Kubinka deyilən yerdə Hüseyn adlı şəxsdən 20 manata aldığını bildirmişdir. Aşkar edilərək götürülmüş büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-in sahə inspektoru Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o hazırda Qaradağ RPİ-nin 10-cu PB-in sahə inspektoru vəzifəsində xidmət aparır. 15 yanvar 2022-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 5-ci döngə, 10-cu binadan baş vermiş oğurluq zamanı hadisə yerindən götürülmüş əl-barmaq izlərinin müayinəsi nəticəsində DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş cavab məktubunda hadisə yerindən götürülmüş əl-barmaq izinin xx.xx.1988-ci il təvəllüdlü, Bakı şəhər sakini Təqsirləndirilən şəxs məxsus olması göstərilmişdir. Bununla bağlı o, Qaradağ RPİ-nin 10-cu PB-in baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə 31 yanvar 2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvana çatanda həmin ünvanın qarşısında Təqsirləndirilən şəxs dayandığını görüb özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs Polis bölməsinə dəvət etmişlər. Onlar polis bölməsində olarkən Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu bildirmişdir. Bu barədə dərhal Şahid1 tərəfindən raport tərtib edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs PB-in təhqiqatçısı, polis mayoru Cəmşid Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra həmin şəxsə müdafiəçi dəvət edilmişdir. PB-də xidməti otaqların birində onların və müdafiəçinin iştirakı ilə PB-in sahə inspektoru Şahid3 tərəfindən videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmetin olub-olmadığını, varsa təqdim edib masanının üzərinə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan balaca köməkçi cibindən 01 ədəd siqaretin qızılı rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açılmış, bükümün içərisində ağ rəngli, kristall şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bükümdə olan psixotrop maddəni Kubinka deyilən yerdə Hüseyn adlı şəxsdən 20 manata aldığını bildirmişdir. Aşkar edilərək götürülmüş büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Şahid Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində Qaradağ RPİ-nin 10-cu PB-nin digər əməkdaşları Şahid1 və Şahid2 ilə eyniməzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2022-ci il tarixli 6/638 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “AR DİN Zərflər üçün № 222” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs üzərindən...” yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,232 qr ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,232 qram, tədqiqata sərf edildi-0.05 qr., qalıq- 0,182 qr. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 04 aprel 2022-ci il tarixli 1584 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Ona hüquq və vəzifələrini izah edildikdən sonra üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməyi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan balaca köməkçi cibindən 01 ədəd siqaretin qızılı rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin büküm açılmış, bükümün içərisində ağ rəngli, kristall şəkilli maddə müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bükümdə olan psixotrop maddəni Kubinka deyilən yerdə Hüseyn adlı şəxsdən 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0.232 qram 01 ədəd bükümdə olan psixotrop maddə-metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin metamfetaminin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi – 0,182 qram 01 ədəd bükümündə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmdən, qərardan və 14 saylı cəzaçəkmə müəssisəsinin 30.12.2021-ci il tarixli 697 nömrəli arayışının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli hökmü ilə CM-nin 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən qəti olaraq 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 06.06.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, daha sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 69.3 və 67.5-ci maddələrinə əsasən qəti olaraq 08 ay 26 gün müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə, 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4 və 36-cı bəndlərinə əsasən 30.12.2021-ci il tarixdə azadlıqdan məhrumetmə cəzasından azad edilmişdir. Təqsirləndirilən şəxs amnistiya aktına əsasən ancaq əsas cəzadan azad edildiyi üçün amnistiya aktının 7-ci hissəsinin təsiri altına düşmür. 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarın 7-ci hissəsində göstərilir ki: bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli CM-nin 234.1-ci maddəsinə münasibətdə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilir ki: qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2.-ci maddəsində göstərilir ki: residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsində göstərilir ki: əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Odur ki, Təqsirləndirilən şəxs əsas cəzadan, yəni azadlıqdan məhrumetmə cəzasından azad edildiyi üçün onun üzərində digər bir cəzası qaldığından məhkumluğu ödənilmiş hesab olunmur. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü qəbul edilərkən sorğu edilmiş və nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməsinin 08 ay 26 gün hissəsinin çəkilməmiş qalmış olduğu müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs 30.12.2021-ci il tarixdən həbsdən azad olunarkən əlavə cəzasını çəkməyə başlamalı olmasını nəzərə alaraq hesab edir ki, onun yenidən tutulduğu günə, yəni 31.01.2022-ci il tarixə çəkilməmiş qalmış nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası 07 ay 25 gün təşkil etmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 67.5-ci maddəsində göstərilir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 31 yanvar 2022-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və 02 fevral 2022-ci il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,182 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 110 (yüz on manat) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 37 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 222 (iki yüz iyirmi iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.5-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəza, Qaradağ rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli hökmü ilə CM-nin 263-1.1 və 264-cü maddələrinə əsasən əlavə cəza növündə təyin edilmiş 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrumetmə cəzasının çəkilməmiş qalmış 07 ay 25 gün müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrumetmə cəzası ilə tamamilə birləşdirməklə ona qəti olaraq 07 (yeddi) ay 25 (iyirmi beş) gün müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrumetməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 31 yanvar 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,182 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 110 (yüz on manat) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 222 (iki yüz iyirmi iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h **********2200202122, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar