Məhkəmə qərarları › İş №1(002)-155/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-155/2024

15.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-155/2024 15.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Zərərçəkmiş şəxs (mülki iddiaçı) X14, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay (himayəsində iki azyaşlı övladı olan), ali təhsilli, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Makaronni” 20-ci döngə, fərdi yaşayış evində yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və hazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgə əmlakını ələ keçirmək məqsədilə tanışı, şəxsiyyəti istintaqa məlum olmayan “Esmira” adlı şəxslə qabaqcadan əlbir olan qrup halında xx.xx.2021-ci il tarixdə X14 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzində yerləşən “X18” adlı mağazasına gəlib “Esmira” adlı şəxsi bacısı kimi təqdim edərək iki ədəd xəz kürk götürüb evdə baxaraq seçim etdikdən sonra bir ədədini alacaqlarını bildirib, 1 gün sonra kürklərdən birini qaytarmaqla 1900 manat dəyərində digər kürkün pulunu ödəyəcəyinə dair yalandan vəd verib X14 etibarından sui istifadə edib aldadaraq 1900 manat dəyərində əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan əlavə təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdə X14 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzində yerləşən “X18” adlı mağazasına gəlib özü, qaynanası və bacısı üçün xəz kürk almaq istədiyini bildirib 01 ədəd 5600 manat dəyərində, 01 ədəd 2000 manat dəyərində və 01 ədəd 2400 manat dəyərində xəz dəridən olan qadın kürklərini götürüb, guya həmin geyimlərin pulunun 35 fazini əvvəlcədən, yerdə qalan hissəsini 4 ay ərzində ödəyəcəyinə dair yalandan vəd verib aldadaraq aldığı qadın üst geyimlərinin pulunu ödəməyib X14 etibarından sui-istifadə etmə və aldatma yolu ilə ümumilikdə 10000 manat dəyərində əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, onun Esmira ilə hazırda heç bir əlaqəsi yoxdur və onun anket məlumatlarını bilmir. O, 24 noyabr 2021-ci il tarixdə X14 Binə TM-də yerləşən mağazasına, Elza kimi müraciət etdiyi Esmira adlı qadınla birlikdə getmişdir. X12 rəfiqəsi Elza 01 ədəd xəz dəridən olan qadın üst geyimi, o isə 01 ədəd xəz dəridən olan qadın üst geyimi götürmüşlər. Elza ilə əlaqəsi olmadığı üçün aldığı xəz dərinin harada olması barədə məlumatı yoxdur. Eyni zamanda qeyd etmişdir ki, o, X14 mağazasına cəmi bir dəfə getmiş və 3 ədəd xəz üst geyim götürmüşdür. X17 ilə Nərimanov rayonu ərazisində təsadüfən rastlaşarkən, onu götürdüyü xəz üst geyimlərinin ödənişini edəcəyinə əmin etmək üçün sonuncuya bu barədə əlyazmasını təqdim etmişdir. O, X12 götürdüyü xəz üst geyimlərin qarşılığında 300 manat ödəniş etmişdir. Daha sonra dələduzluq etmək niyyətinin olmadığını, himayəsində iki azyaşlı uşağının olduğunu nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin ifadəsi, şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, iş materiallarında olan digər sənədlər və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X17 göstərmişdir ki, o, Pakistan Respublikası vətəndaşıdır. Hal-hazırda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Binə Ticarət Mərkəzində yerləşən “X18” adlı xəz dəri mağazasının sahibidir. Təqsirləndirilən şəxs 2021-ci ilin yay aylarında öz ailəsi ilə birlikdə Şüvəlan qəsəbəsində dəniz kənarında olarkən tanımışdır. Onların arasında yaranan tanışlıqdan Təqsirləndirilən şəxs onun xarici vətəndaş olduğunu bilmiş və onunla maraqlanmışdır. O da Təqsirləndirilən şəxs Binə T/M-də ASCO xəz dəri dükanı olduğunu demişdir. Bu vaxt Təqsirləndirilən şəxs yaxınlıqda balıq tutan Şahin adlı şəxsi onunla tanış edib əri olduğunu özünün isə Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətində zabit olduğunu və gömrüklə əlaqədar hər cür işdə köməklik göstərə biləcəyini, həmçinin ondan özləri üçün xəz dəri geyimləri alacağını demişdir. Bu rastlaşmadan sonra Təqsirləndirilən şəxs mütəmadi olaraq onunla əlaqə saxlamış, 24 noyabr 2021-ci ildə bacısı kimi təqdim etdiyi Elza adlı bir şəxslə birlikdə onun mağazasına gəlmişlər. Elza birinin dəyəri 1900 manat digərinin 2000 manat olan iki ədəd xəz geyimi götürmüş və evdə baxacağını hansı xoşuna gələrsə pulunu verəcəyini, digərini isə qaytaracağını bildirmişdir. Səhəri gün o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlıyaraq Elzanın hansı xəz geyimi götürəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs da ona mobil telefon nömrəsi verərək əlaqə saxlamasını demişdir. O, da təqdim olunmuş həmin nömrə ilə əlaqə saxlayaraq Nəsimi rayonunda yerləşən Amerika səfirliyinin qarşısında bir kişi ilə görüşmüş, həmin şəxs ona 2000 manat dəyərində olan 1 ədəd xəz dərini qaytarmış digəri isə Elzada qalmışdır. 26 noyabr 2021-ci il tarixində Təqsirləndirilən şəxs yenə də mağazaya gələrək birini özünə, birini bacısına, digərini qaynanasına olmaqla 3 ədəd xəz dəri almaq istədiyini demişdir. O, Təqsirləndirilən şəxs qabaqcadan götürəcəyi məhsulun məbləğinin 50-60 faizini, 4 ay ərzində isə qalan məbləği hissə-hissə ödəmək şərti ilə 3 ədəd 10000 min manat dəyərində xəz dəri geyimi vermişdir. Təqsirləndirilən şəxs isə 50 faiz çox olduğunu bu səbəbdən 35 faiz verə biləcəyini dedikdə onlar razılaşmışlar. Təqsirləndirilən şəxs xəz dəri üst geyimlərini götürmüş, evdə geyinib yoxladıqdan sonra götürdüyü 3 xəz dərili üst geyimdən məhz hansını alacağı barədə onun telefon vasitəsilə məlumat verəcəyini və ona uyğun ödəniş edəyəciyini demişdir. Axşam vaxtı o, Təqsirləndirilən şəxs zəng edərək hansı xəz dərini bəyəndiyini soruşduqda sonuncunun mobil telefonunu yeznəsi kimi təqdim etdiyi kişiyə uzadaraq onunla danışmaq istədiyini demiş, həmin şəxs ona götürdükləri xəz dərili üst geyimlərin pullarını 4 ay ərzində deyil, hər ay 1000 manat olmaqla verə biləcəyini demişdir. O da həmin şəxslə ilkin ödənişi verdikdən sonra hər ay 1000 manat ödəməsi barədə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs 1 dəfə ona 300 manat ödəniş etmişdir. Lakin, həmin vaxtdan sonra dəfələrlə əlaqə saxlamasına baxmayaraq, Təqsirləndirilən şəxs ona pul ödəməmiş, bir müddət sonra isə pulu ödəməyəcəyini bildirmişdir. O da hüquq mühafizə orqanlarına şikayət etmişdir. Təqsirləndirilən şəxs ona məxsus mağazadan xx.xx.2021-ci il tarixdə 1900 manat dəyərində 01 ədəd xəz dəridən olan qadın üst geyimini, xx.xx.2021-ci il tarixdə 01 ədəd xəz dəridən dəyəri 5600 manat, 01 ədəd xəz dəridən dəyəri 2000 manat və 01 ədəd xəz dəridən dəyəri 2400 manat olmaqla ümumilikdə 4 ədəd məhsul götürmüşdür. Ona ümumilikdə 11900 manat ziyan dəymişdir. Həmin ziyandan da 300 manat ödəmişdir. Zərərçəkmiş şəxs son olaraq təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu və tərəfindən verilmiş mülki iddia ərizəsinin tam təmin edilməsini xahiş etdiyini bildirmişdir. Şahid Afədddin oğluna məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə elektron sistemi vasitəsilə şahidin ölkə xaricində olması müəyyən edilmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid Afədddin oğlu göstərmişdir ki, o, X14 Binə TM-də yerləşən “X18” adlanan mağazasında 2012-ci ildən satıcı işləmişdir. İşin mahiyyəti üzrə bildirirmiş ki, o, 24 noyabr 2021-ci il tarixdə mağazada olarkən Təqsirləndirilən şəxs adlı qadın yanında bir nəfər də Elza adlı qadınla birlikdə ilk dəfə mağazaya gəlmişlər. X17 da həmin vaxt mağazada olmuş və onların danışığından bir-birlərini tanıdıqlarını başa düşmüşdür. G.Ə.X15 Sardara bildirmişdir ki, Elza adlı qadın xəzz dəridən olan qadın üst geyimi almaq istəyi, Elza da birinin dəyəri 1900 manat, digərinin dəyəri 2000 manat olan iki ədəd xəz dəridən olan qadın üst geyimini bəyənmiş, həmin geyimləri evə aparıb evdə həyat yoldaşı ilə məsləhətləşdikdən sonra ikisindən birini götürəcəyini demişdir. Təqsirləndirilən şəxs isə X16 pul ödəmədən Elzanın məhsul götürməsindən narahat olmamasını, bu məsələ ilə bağlı birbaşa cavabdehlik daşıdığını demişdir. Mohabat da Gülnarın bu sözlərindən sonra razılaşaraq xəz dərili iki ədəd üst geyimi Elzaya vermişdir. Növbəti gün X17 Bakı şəhərində Elzanın tanışı olan bir kişi ilə görüşmüş xəz dərinin birini təhvil almışdır. Həmin vaxtdan iki gün sonra, yəni 26 noyabr 2022-ci il tarixdə o, mağazada olarkən Təqsirləndirilən şəxs mağazaya gəlmişdir. Gülnar Mohabata demişdir ki, “bir ədəd özünə, birini qaynanasına, birini də bacısına xəz dərindən olan qadın üst geyimi almaq istəyir”. Təqsirləndirilən şəxs mağazada təxminən 2-3 ədəd geyimi geyinib əyninə yoxlamış və dəyərləri 2000, 2400 və 5600 manat olan 3 ədəd xəz dərili üst geyim götürmüşdür. Həmin vaxt X17 və Təqsirləndirilən şəxs götürdüyü məhsulun ilkin ödəniş kimi 50-60 faizini, yerdə qalan hissəsini isə 4 ay ərzində hissə-hissə ödəməsini müzakirə edərkən sonuncu ilkin olaraq ümumi məbləğin 50 faizini ödəmək bir qədər çətin olduğundan ilkin olaraq götürdüyü xəz dərilərin 35 faizini ödəyə biləcəyini demişdir. X17 Təqsirləndirilən şəxs ilə razılaşdıqdan sonra sonuncu xəz dəridən olan qadın üst geyimlərinə evdə baxıb bəyənildikdən sonra ilkin ödəniş olaraq pulu ödəyəcəkdir. Təqsirləndirilən şəxs 03 ədəd xəz dəridən olan qadın üst geyimlərini götürüb mağazadan çıxıb getmişdir. Sonradan isə söhbət zamanı X11 demişdir ki, Təqsirləndirilən şəxs Elzanın götürdüyü xəz dəriyə görə cəmi 300 manat pul ödəmiş, özünün götürdükləri və Elzada olan xəz dəridən olan qadın üst geyimlərinin pulunu hər dəfə bir bəhanə ilə ödəməkdən boyun qaçırmışdır. Bir müddət sonra Mohabat ona demişdir ki, artıq başa düşüb ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etmiş, xəz dəriləri ələ keçirmişdir. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan 05 dekabr 2022-ci il tarixli qərardan görünür ki, CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işinin 1-ci cildinin 79-cu vərəqəsində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X17 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 90-cı vərəqəsində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X14 təqdim etdiyi 01 ədəd A4 formatlı vərəq iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 92-ci vərəqəsində olan əl yazısı ilə yazılmış sözlərdən görünür ki, Təqsirləndirilən şəxs X12 4 ədəd Şuba, 1 ədəd 5600 manat, 1 ədəd 1900 manat, 1 ədəd 2400 manat miqdarında nisyə mal götürüb 3 ay ərzində ödənişi edib, əks təqdirdə malı qaytaracağını bildirdiyi məzmunda yazı yazmışdır. Cinayət işinin 1-ci cildinin 96-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 98-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 1-ci cildinin 102-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 1-ci cildinin 123-124-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 129-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi statusu və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. Cinayət işinin 1-ci cildinin 136-142-ci vərəqələrində olan xətt nümunələrindən görünür ki, Təqsirləndirilən şəxs eksperimental imza və yazı nümunələri götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 158-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X14 təqdim etdiyi 01 ədəd DVD disk götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 159-163-cü vərəqələrində olan xx.xx.2022-ci il tarixli protokoldan və həmin DVD diskə məhkəmə iclasında keçirilmiş baxışdan məlum olur ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında telefon danışıqları qeyd olunmuşdur. Cinayət işinin 1-ci cildinin 182-183-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 mart 2023-cü il tarixli 4/259 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş üz tərəfində “Mən Təqsirləndirilən şəxs 24 noyabr ...” sözləri ilə başlayıb, “... İmza: Təqsirləndirilən şəxs. xx.xx.2022.” sözləri ilə bitən qəbzdəki yazılar və həmin qəbzdə “İmza:” sözünün qarşısındakı imza eyni şəxs Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinin 1-ci cildinin 181-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişin surətindən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 125 manat təşkil edir. Cinayət işinin 1-ci cildinin 186-187-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 15 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. (saat 10:25) Cinayət işinin 1-ci cildinin 199-200-cü vərəqələrində olan 15 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 207-208-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrin surətlərindən, həmçinin təqsirləndirilən şəxsin elektron məhkəmə sistemindən çıxarılmış qohumluq məlumatlarından görünür ki, xx.xx.2010-cu il tarixdə doğulmuş Qarayev Ömərin anası Təqsirləndirilən şəxsdır. Cinayət işinin 1-ci cildinin 218-225-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2023-cü il tarixli 4/389-4/390 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətinlərdən ibarətdir. 2. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi- X9, “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi- Təqsirləndirilən şəxs məxsusdur. 3.Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD-R diskdə olan “Whatsapp audio 2023-02-02 at 14.22.31”, “Whatsapp audio 2023-02-02 at 14.22.32(1)” və “Whatsapp audio 2023-02-02 at 14.22.32” adlı mübahisəli fonoqamlardakı danışıqlarda diktorların emosional vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, yazılışın davamlılığının pozulması, akustik fonunun kəskin şəkildə dəyişməsi, danışıqlarda məntiqi ardıcıllığın pozulması, kəskin fon sıçrayışları və audosiqnalın itməsi kimi mantaj əlamətləri müəyyən olunmadı. “Whatsapp audio 2023-02- 02 at 14.22.47(1)” və “Whatsapp audio 2023-02-02 at 14.22.347” adlı mübahisəli fonoqramlar məzmununa və davametmə müddətinə görə eynilik təşkil etməklə fonoqramlardakı danışıqların 06:04 və 11:08 dəqiqəsində yazılışın davamlılığı yazı qurğusunun “Pauza” funksiyasının işə salınması nəticəsində pozulmuşdur. Fonoqramların digər hissələrində məntiqi ardıcıllığın pozulması, kəskin fon sıçrayışları, audosiqnalın itməsi kimi mantaj əlamətləri və yazılışın davamlılığının pozulması əlamətləri müəyyən olunmadı. Cinayət işinin 1-ci cildinin 217-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişin surətindən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 250 manat təşkil edir. Cinayət işinə əlavə olunmuş tələbnamələrdən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 1(003)-288/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təyin edilmiş 05 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla ona 02 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 1(003)-288/2022 nömrəli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 01 il 10 ay 12 gün müddəti 11 ay 06 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 il 07 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cildinin 248-255-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işinin materialları üzrə əməl CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və178.2.4-cü maddələrinə tövsif edilmiş, “Esmira” adlı şəxs barəsində ********* nömrəli CM-nin 178.2.1-ci maddəsi ilə iş ayrılmış, zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş DVD disk maddi sübut kimi tanınmışdır. Cinayət işinin 1-ci cildinin 257-ci vərəqəsində olan ərizədən görünür ki, zərərçəkmiş şəxs X17 mülki iddiaçı qismində tanınmasını xahiş etmişdir. Cinayət işinin 1-ci cildinin 258-259-cu vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X17 mülki iddiaçı qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 262-263-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 264-265-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 1-ci cildinin 269-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ RPİ-yə könüllü gəlmişdir. Cinayət işinin 1-ci cildinin 270-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 1-ci cildinin 272-273-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cildinin 34-37-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə məhkəməxətşünaslıq ekspertiza təyin edilmişdir. Cinayət işinin 2-ci cildinin 75-76-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, - ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 276-cı vərəqində olan 19 may 2023-cü il tarixli “Təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının surətinin verilməsi haqqında” protokolda “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzanın, 277-ci vərəqində olan 19 may 2023-cü il tarixli “Cinayət prosesi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında” protokolda “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzanın, 286-cı vərəqində olan xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ibtidai istintaqın qurtarmasının elan edilməsi barədə” protokolda “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzanın, 288-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolda “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzanın - Təqsirləndirilən şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə (tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, imzalarda həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması səbəblərindən müqayisəedici tədqiqat zamanı imkan vermir ki, müəyyən bir qəti (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun) müəyyən etmək mümkün olmadı. Cinayət işinin 2-ci cildinin 74-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişin surətindən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 112 manat təşkil edir. Cinayət işinin 2-ci cildinin 136-142-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cinayət işinin baxılmasına xitam verilərək prokrorluğa geri qaytarılmışdır. Cinayət işinin 2-ci cildinin 163-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 2-ci cildinin 165-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 2-ci cildinin 172-173-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işində olan Qaradağ Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hökmü ilə onun azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair verdiyi ifadəni özünü müdafiə kimi qiymətləndirir və məsuliyyətdən yayınmaq niyyəti daşıdığı qənaətinə gəlir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə təkrarən xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi cinayəti zərərçəkmiş şəxs və şahidin ifadələri, həmçinin digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və cəzaçəkmə müddətinin əvvəli isə xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 487 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Zərərçəkmiş şəxs – mülki iddiaçı X17 tərəfindən verilmiş mülki iddia ilə bağlı məsələyə məhkəmə qiymət verərkən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X16 300 manat ödəməsinə dair qeyd etdiyi məlumatın sonuncu tərəfindən də təsdiq edildiyini nəzərə alaraq hesab edir ki, mülki iddia qismən təmin edilməli, 11600 manat pul tutularaq X14 xeyrinə ödənilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 50 iş saatı və X7 tərəfindən 47 iş saatı hüquqi yardım göstərilmişdir. Məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 40 (qırx) iş saatı cinayət işi üzrə təqsirləndirilən şəxsə dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 300 (üç yüz) manat məbləğində pul, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 282 (iki yüz səksən iki) manat məbləğində pul və məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və onun Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə ediləcək yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 1(003)-288/2022 nömrəli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 01 il 10 ay 12 gün müddəti 11 ay 06 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 il 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və onun Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 fevral 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs – mülki iddiaçı X17 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin və Təqsirləndirilən şəxs 11600 manat pul tutularaq onun xeyrinə ödənilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 487 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 300 (üç yüz) manat məbləğində pul, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 282 (iki yüz səksən iki) manat məbləğində pul və məhkəmə istintaqı zamanı göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə ediləcək yoxdur. Hökmdən elan olduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə onun alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar