Məhkəmə qərarları › İş №1(002)-155/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-155/2025

27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-155/2025 27.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, 8 saylı Cəzaçəkmə müəssisəsinin inzibati binasında qeydiyyatda olan, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 25 iyul 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 317-2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsi tətbiq edilməklə qəti olaraq 09 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkumn edilmiş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 17 iyul 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 “Cəzaçəkmə müəssisələrinin X7” ilə qadağan olunmuş əşya sayılan mobil telefonu saxlanıldığı cəzaçəkmə müəssisəsində istifadə etmək məqsədilə azadlıqda olan tanışı Təqsirləndirilən şəxs2 ilə ona ötürülməsi ilə bağlı əvvəlcədən sövdələşməklə onda qeyd edilən cinayəti törətmək qətiyyəti yaranmasına nail olmuş və işlək vəziyyətdə olmaqla istifadə üçün yararlı, daxilində danışıq kartı olan 1 (bir) ədəd “Nokia” markalı, “Mini Phone” modelli, “**********02441-**********802458” imei kodlu mobil telefon aparatını və elektrik qidalandırıcısını “Arko” təraş üz köpüyünün qapağında sellofana bükülmüş formada onların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədib 23 yanvar 2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin 2 saylı poçt filialının 102 saylı poçt şöbəsindən 8 saylı cəzaçəkmə müəssisəsinin ünvanını və həmin müəssisədə cəza çəkən X1nun adını qeyd etməklə mobil telefonun ona ötürülməsinə Təqsirləndirilən şəxs2 sövq etmiş və Təqsirləndirilən şəxs2 poçt vasitəsilə göndərdiyi, içərisində “Cəzaçəkmə müəssisələrinin X7” ilə qadağan olunmuş telefonun olduğu banderol 26 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinə çatdıqdan sonra, saat 17:00-da müəssisə əməkdaşları tərəfindən həmin banderola keçirilmiş axtarış-baxış tədbiri zamanı banderolun içərisində olan “Arko” təraş üz köpüyünün qapağında gizlədilmiş mobil telefon aparatı aşkar edilərək götürülmüş, bununla da Təqsirləndirilən şəxs2 cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyaların ötürülməsinə təhrik etmişdir. Təqsirləndirilən şəxs2 azadlıqda olarkən, Penitensiar Xidmətin Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən tanışı, məhkum Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən sövdələşərək, Təqsirləndirilən şəxs1 sifarişi və təlimatına uyğun olaraq mobil telefon aparatını poçt vasitəsilə həmin müəssisədə cəza çəkən X1nun adını qeyd etməklə ona ötürülməsinə dair Təqsirləndirilən şəxs1 aldığı tapşırıq əsasında “Cəzaçəkmə müəssisələrinin X7” ilə qadağan olunmuş əşya sayılan, işlək vəziyyətdə olmaqla istifadə üçün yararlı, daxilində danışıq kartı olan 1 (bir) ədəd “Nokia” markalı, “Mini Phone” modelli, “**********02441-**********802458” İmei kodlu mobil telefon aparatını və elektrik qidalandırıcısını “Arko” təraş üz köpüyünün qapağında, sellofana bükülmüş formada xüsusi üsulla gizlətməklə, hazırladığı banderolu 23 yanvar 2024-cü il tarixdə "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşən 2 saylı Poçt Filialının 102 saylı Poçt şöbəsinə apararaq, 8 saylı Cəzaçəkmə müəssisəsinin ünvanını və həmin müəssisədə cəza çəkən X1nun adını qeyd edib, ona göndərilməsi üçün poçt şöbəsinə təhvil vermiş və onun poçt vasitəsilə göndərdiyi, içərisində “Cəzaçəkmə müəssisələrinin X7” ilə qadağan olunmuş telefonun olduğu banderol 26 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinə çatdıqdan sonra, saat 17:00-da müəssisə əməkdaşları tərəfindən həmin banderola keçirilmiş axtarış-baxış tədbiri zamanı banderolun içərisində olan “Arko” təraş üz köpüyünün qapağında gizlədilmiş mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.4, 29, 317-1.1-ci maddələri ilə özünü təqsirli bilərək bildirmişdir ki, 26 yanvar 2024-cü il tarixdə Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Rüstəm Vəliyevin adına poçt vasitəsilə göndərilmiş banderola müəssisə əməkdaşları tərəfindən baxış zamanı banderolun içərisində olan üz köpüyü qabının içərisində 02 ədəd “Nokia” markalı, “Mini Phone” modelli mobil telefon aparatının və elektrik qidalandırıcısının cəzaçəkmə müəssisəsinə göndərilməsini o təşkil etmişdir. Belə ki, o, azadlıqda olan yaxın dostu Təqsirləndirilən şəxs2 zəng vuraraq özünə aid banderlolu eyni müəssisədə cəza çəkən məhkum yoldaşı Rüstəm Əliyevin adına göndərməsini xahiş etmişdir. X8 adına, onun sifarişi ilə göndərdiyi banderola baxış keçiriləndən sonra mobil telefonlar aşkar edildikdən sonra müəssisə əməkdaşlarına həqiqəti söyləyərək müəssisəyə həmin mobil telefonların göndərilməsini sifariş etdiyini bildirmişdir.Banderolun içində olanlardan Fəridin heç bir məlumatı olmamışdır.O son olaraq çıxışında törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 317-1.1ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun yaxın dostudur. O, azadlıqda olarkən, yəni 2023-cü ilin təxminən dekabr ayında Ramil ona zəng vuraraq məhkum yoldaşı Rüstəmin adına banderol vurmağı xahiş etmişdir.O banderolu Ramilin digər tanışından alaraq poçta getmiş və həmin banderolu 8 saylı Cəzaçəkmə müəssisəsinə göndərmişdir.Onun banderolun içində olanlardan xəbəri olmamışdır.O son olaraq çıxışında qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində rəisin növbətçi köməkçisi vəzifəsində işləyən ədliyyə mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 26 yanvar 2024-cü il tarixdə, saat 17:00 radələrində Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin 2-ci rejim korpusunun 08 saylı kamerasında müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı, həmin kamerada xüsusi rejimdə cəza çəkən X1na aid göndərilən banderolun içərisində olan “Arko” təraş üz köpüyünün qapağında xüsusi üsulla gizlədilmiş, işlək vəziyyətdə, daxilində danışıq kartı olan 01 ədəd “Nokia” markalı, “Mini Phone” modelli mobil telefon aparatı və elektrik qidalandırıcısı, qatılaşdırılmış süd qabının içərisində sellofana bükülərək xüsusi üsulla gizlədilmiş, işlək vəziyyətdə, daxilində danışıq kartı olan 1 (bir) ədəd Nokia” markalı, “Mini Phone” modelli mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Şahidlərin və əməkdaşların iştirakı ilə həmin mobil telefon aparatları zərfə qoyularaq qablaşdırılmış, sonradan bu barədə müvafiq protokol tərtib edilərək protokolla bütün iştirakçılar tanış olmaqla doğruluğunu imzaları ilə təsdiqləmişlər. X1 verdiyi ilkin izahatında aşkar olunaraq götürülmüş mobil telefon aparatlarının ona məxsus olmadığını, həmin banderolu göndərən Təqsirləndirilən şəxs2 adlı şəxsi tanımadığını, sadəcə olaraq banderol onun adına gəldiyi üçün yaxınları tərəfindən göndərildiyini düşündüyü səbəbindən onu qəbul etdiyini bildirmişdir.Sonradan müəssisədə cəza çəkən məhkum Təqsirləndirilən şəxs1 həmin telefon aparatlarının onun sifarişi ilə müəssisəyə gəldiyini etiraf etmişdir. Məhkəmə iclasında şahidlər Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin RNŞnin nəzarətçisi Şahid3 və müəssisə rəisinin növbətçi köməkçisi Şahid4 Şahid1 ifadəsinə uyğun ifadələr verərək onun dediklərini bir daha təsdiq etmişlər. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə başlanılaraq istintaqı aparılmışdır. İş materiallarından görünür ki, 04 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə istintaq edilən cinayət işi həmin Məcəllənin 32.4, 29, 317-1.1-ci maddələrinə tövsif olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 04 iyun 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə ona Azərbaycan Respublikası CM-in 29, 317-1.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 07 iyul 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə ona Azərbaycan Respublikası CM-nin 32.4, 29, 317-1.1-ci maddələri ilə ittiham elan edilmişdir. İş materiallarda olan kompüter-texniki ekspertizasının 19 mart 2024-cü il tarixli, 5/233 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd “Nokia” markalı, “Mini Phone” modelli, “**********02441-**********802458” İMEİ kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır.Təqdim edilmiş 1 (bir) ədəd “Nokia” markalı, “Mini Phone” modelli, “**********55437-**********55445” İMEİ kodlu mobil telefonu tədqiqat zamanı işlək vəziyyətə gətirmək mümkün olmamışdır. İş materiallarda olan Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 317-2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsi tətbiq edilməklə qəti olaraq 09 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarda olan Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf etməməsini, yəni onun cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsinə cəhd etməsi ilə bağlı verilmiş ittihamı təkzib etməsinə tənqidi yanaşır və həmin ifadənin özünü müdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Belə ki, müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır hətta Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, həmçinin özünün ibtidai istintaq zamanı verdiyii etirafedici ifadəsi və digər iş materialları ilə onların hazırki cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Beləliklə,məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli tam sübuta yetir və Təqsirləndirilən şəxs1 əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 32.4, 29, 317-1.1-ci maddələri və Təqsirləndirilən şəxs2 əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf edərək peşman olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, məsuliyyətin yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərədə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər zamanı residivin müəyyən edilməsi nəzərə alınmır. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə növündə cəza çəkərkən yenidən qəsdən cinayət əməli törətsə də, onun hal-hazırda təqsirli bilindiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan əməlində cinayətlərin residivi yaranmamışdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təqsirləndirilən şəxs1, ona Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 25 iyul 2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş cəzanı çəkib qurtarmadan yenidən cinayət əməli törtədiyi üçün ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5.-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə cinayət əməlini Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli hökmündən əvvəl törətmişdir.Ona görə də Təqsirləndirilən şəxs2 cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulmuş qayada təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 Xəzər Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün ona qəti cəza təyin edilərkən nəzərə alınmaldır. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzanı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanın əvvəli 27 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanın əvvəli, ona Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli hökmünə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəlindən 17 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hal-hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkdiklərindən barələrində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış işlək vəziyyətdə olmaqla istifadə üçün yararlı, daxilində danışıq kartı olan 1 ədəd “Nokia” markalı, “Mini Phone” modelli, “**********02441- **********802458” İMEİ kodlu mobil telefon aparatı və elektrik qidalandırıcısı, daxilində danışıq kartı olan 1 ədəd “Nokia” markalı, “Mini Phone” modelli, “**********55437- **********55445” İMEİ kodlu mobil telefon aparatı dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat məbləğində pul X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat məbləğində pul Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki,yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 29, 317- 1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 25 iyul 2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş 09 (doqquz) il 03 (üç) ay azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 6 (altı) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün hissəsi hazırki cəza ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs1 qəti olaraq 07 (yeddi) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 27 noyabr 2025-ci il tarixdən hesablansın. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 17 iyul 2024-cü il tarixli hökmünə əsasən təyin edilmiş 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası hazırki cəza ilə qismən toplanılmaqla ona 01 (bir) il 10 (on) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 17 iyul 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış işlək vəziyyətdə olmaqla istifadə üçün yararlı, daxilində danışıq kartı olan 1 ədəd “Nokia” markalı, “Mini Phone” modelli, “**********02441- **********802458” İMEİ kodlu mobil telefon aparatı və elektrik qidalandırıcısı, daxilində danışıq kartı olan 1 ədəd “Nokia” markalı, “Mini Phone” modelli, “**********55437- **********55445” İMEİ kodlu mobil telefon aparatı dövlət nəfinə müsadirə edilsin. İş üzrə 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saat görə 330 (üç yüz otuz) manat, məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saat görə 330 (üç yüz otuz) manat, məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar