Məhkəmə qərarları › İş №1(002)-156/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-156/2020

07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-156/2020 07.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1996-cı ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 mənzil 8 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, E.Qəhrəmanov küçəsi, nömrəsiz evdə kirayə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2020-ci il tarixdə saat 03:40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən stadionun əsas giriş qapısının qarşısında idarə edib saxladığı «VAZ 2106» markalı **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobildə yüksək səslə musiqi dinlədiyi üçün həmin vaxt orada xidmətdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X14 Alayının 10-cu Patrul Bölüyünün polis nəfərləri ona yaxınlaşmış, Təqsirləndirilən şəxs polis əməkdaşlarının ona yaxınlaşdıqlarını görüb maşından düşərək əynində olan cins şalvarının sağ yan cibində saxladığı içində metamfetamin psixotrop maddəsi olan iki ədəd bükümdən birini, ağ rəngli selofan bükümü yerə atarkən polis əməkdaşları bunu görmüş, Təqsirləndirilən şəxs hərəkətləri polis əməkdaşlarında şübhə yaratdığı üçün polis əməkdaşları həmin bükümü yerdən götürmüş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarına həmin bükümün içində metamfetamin psixotrop maddəsinin olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Qaradağ RPİ-nin 10cu Polis Bölməsinin inzibati binasına dəvət edilmiş, Təqsirləndirilən şəxs və cibindən çıxararaq yerə atdığı büküm 10-cu PB-nin polis əməkdaşlarına təqdim edildikdən sonra 10-cu PB-nin inzibati binasında dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncunun əynindəki cins şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş digər bir büküm, cəmi 02 ədəd bükümdə təmiz çəkiləri 0,735 və 0,020 qram olmaqla, ümumi təmiz çəkisi isə 0,755 qram olan kristal hissəciklərdən ibarət maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, törətdiyi əməldən səmimi peşmançılıq çəkir. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Hərdən arada bir iş olmadıqda tanışı İmaməlinin avtomobilini götürərək gecələr taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində İmaməlidən avtomobili götürərək taksi fəaliyyətinə başlayıb. Saat 23:45 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Qaradağ rayon Məhkəməsinin yaxınlığında bir nəfər şəxs maşınına oturub və ondan xahiş edib ki, həmin şəxsi Xocasən qəsəbəsinə aparsın. O, razılaşıb və həmin şəxs onun avtomobilinə oturub. Yolda həmin şəxslə söhbət edərkən mövzu narkotik vasitələrdən düşüb. Həmin şəxs ona psixotrop maddə olan metamfetamin, yəni “şüşə” deyilən maddə satdığını bildirib. O, əvvəllər bir neçə dəfə narkotik vasitə istifadə etdiyi üçün həmin şəxsdən metamfetamin almaq qərarına gəlib. Həmin şəxs 20 manat müqabilində ona iki büküm metamfetamin satıb. O, həmin psixotrop maddələri gələcəkdə şəxsi istifadəsi üçün həmin şəxsdən 20 manat müqabilində alıb və üzərində saxlayıb. Həmin iki büküm narkotik vasitəni şalvarının sağ yan cibində saxlayıb. Həmin şəxsi Xocasən qəsəbəsində dairənin yanında düşürdükdən sonra oradan bir nəfər sərnişin götürüb Lökbatan qəsəbəsinə gətirib. Həmin sərnişini də Lökbatan qəsəbəsində düşürdükdən sonra avtomobili Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən stadionun əsas giriş qapısının qarşısında saxlayıb və müştəri gözləməyə başlayıb. Həmin vaxt avtomobildə darıxmamaq üçün musiqi dinləməyə başlayıb. Saat 03:40 radələrində polis əməkdaşları ona yaxınlaşıb və sənədlərini təqdim etməyi tələb ediblər. Bu zaman o, maşından yerə düşüb. Maşından yerə düşən zaman polis əməkdaşlarından çəkinərək şalvarının sağ yan cibində olan bükümlərdən birini tələsik çıxararaq yerə atıb. Digər bükümü çıxarmağa isə macal tapmayıb. Bu zaman polis əməkdaşlarından biri bunu görüb və həmin bükümü yerdən götürərək içində nə olduğunu soruşub. O, polis əməkdaşlarına həmin bükümün içində psixotrop maddə olan metamfetamin olduğunu deyib. Bundan sonra polis əməkdaşları onu 10-cu PB-nə dəvət ediblər. O, polis əməkdaşları ilə birlikdə 10-cu PB-nə gedib. Orada vəkil təyin edilib. Hüquq və vəzifələri ona izah edildikdən sonra polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə baxış keçirilib. Baxış zamanı əynindəki şalvarın sağ yan cibində olan ikinci büküm aşkar edilib. Daha sonra hər iki büküm qablaşdırılaraq götürülüb. Həmçinin baxış zamanı video çəkilişdən istifadə edilib. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunub əlavə və düzəliş edən olmayıb. Eləcədə baxış zamanı şalvarının digər cibindən bir ədəd 1 manatlıq əskinas, bir ədəd 10 qəpik, 1 ədəd mobil telefon aşkar edilib, daha sonra isə özünə qaytarılıb. Düzgünlüyü imzalar ilə təsdiq edilib. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, sürücülük vəsiqəsi yoxdur. Heç kəsə narkotik vasitə satmamışdır. Həmin narkotik vasitəni şəxsi istehlakı üçün üzərində saxlayıb. Bundan başqa cinayət əməli törətməmişdir. Narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib. Narkotik vasitəni əldə etdiyi şəxsi tanımır, həmin şəxsi ilk dəfə idi ki, görürmüş. Bundan başqa cinayət əməli törətməmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, DİN-nin, ƏÇPA-nın, 10-cu Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyir. Xidməti Qaradağ rayonu, Lökbatan qəsəbəsində aparır. xx.xx.2020-ci il tarixdə saat 20:00-dan, xx.xx.2020-ci il tarixdə saat 08:00-a qədər xidmət növbəsi olub. O, X4 və Qənbərli X8 Niva markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomaşınla avtopatrul xidməti aparan zaman xx.xx.2020-ci il tarixdə saat 03:40 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən stadionun əsas giriş qapısının qarşısında VAZ 2106 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşının dayandığını və həmin maşının içində bir nəfər şəxsin, yəni sürücünün yüksək səslə musiqiyə qulaq asdığını görüb. Gecə vaxtı həmin şəxsin özünü şübhəli aparması diqqətlərini çəkib və həmin maşının sürücüsünə yaxınlaşıb sənədlərini təqdim etməsini xahiş edib. Bu zaman sürücü, adını sonradan bildiyi Təqsirləndirilən şəxs maşından düşən zaman şalvarının sağ yan cibindən bir büküm çıxarıb yerə atıb. O, bunu görüb həmin bükümü yerdən götürüb Rahibdən nə olduğunu soruşub. Rahib ona deyib ki, həmin bükümün içində psixotrop maddə olan metamfetamin var. Bundan sonra o həmin şəxsi 10-cu PB-nə dəvət edib. O, Təqsirləndirilən şəxs yerə atdığı bükümü PB-nə təqdim edib. Akt tərtib edilərək həmin büküm ondan götürülüb. Daha sonra bilib ki, PB-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman şalvarının sağ yan cibindən bir büküm daha içində psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Beləliklə, Təqsirləndirilən şəxs üzərindən iki büküm psixotrop maddə aşkar edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, DİN-nin, ƏÇPA-nın, 10-cu Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyir. Xidməti Qaradağ rayonu, Lökbatan qəsəbnəsində aparır. xx.xx.2020-ci il tarixdə saat 20:00-dan, xx.xx.2020-ci il tarixdə saat 08:00-a qədər xidmət növbəsi olub. O, Şahid1 və Qənbərli X8 Niva markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomaşınla avtopatrul xidməti aparan zaman xx.xx.2020-ci il tarixdə saat 03:40 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən stadionun əsas giriş qapısının qarşısında VAZ 2106 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşının dayandığını və həmin maşının içində bir nəfər şəxsin, yəni sürücünün yüksək səslə musiqiyə qulaq asdığını görüb. Gecə vaxtı həmin şəxsin özünü şübhəli aparması diqqətlərini çəkib və həmin maşının sürücüsünə yaxınlaşıb sənədlərini təqdim etməsini xahiş ediblər. Bu zaman sürücü, adını sonradan bildiyi Təqsirləndirilən şəxs maşından düşən zaman şalvarının sağ yan cibindən bir büküm çıxarıb yerə atıb. Şahid1 bunu görüb həmin bükümü yerdən götürüb Rahibdən nə olduğunu soruşub. Rahib ona deyib ki, həmin bükümün içində psixotrop maddə olan metamfetamin var. Bundan sonra onlar həmin şəxsi 10-cu PB-nə dəvət edib. Şahid1 Təqsirləndirilən şəxs yerə atdığı bükümü PB-nə təqdim edib. Akt tərtib edilərək həmin büküm Şahid1 götürülüb. Daha sonra bilib ki, PB-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman şalvarının sağ yan cinbindən bir büküm daha içində psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Beləliklə, Təqsirləndirilən şəxs üzərindən iki büküm psixotrop maddə aşkar edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin, ƏÇPA-nın, 10-cu Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyən Şahid3 öz ifadəsində Şahid1 və X4 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə bamayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid4 öz ifadəsində göstərmişdir ki, DİN-nin, Qaradağ RPİ-nin, 10-cu PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə saat 04:00 radələrində ƏÇPA-nın, 10-cu Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyən Şahid1, Şahid3 və X1 Rahib Rahim oğlunu 10-cu PB-nə gətirərək bildiriblər ki, xx.xx.2020-ci il tarixdə saat 03:40 radələrində xidmətdə olan zaman Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən stadionun əsasə giriş qapısının qarşısında VAZ 2106 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşının dayandığını və həmin maşının içində bir nəfər şəxsin, yəni sürücünün yüksək səslə musiqiyə qulaq asdığını görüblər. Həmin maşının sürücüsünə yaxınlaşıb sənədlərini təqdim etməsini xahiş ediblər. Bu zaman sürücü, yəni Təqsirləndirilən şəxs maşından düşən zaman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümü çıxarıb yerə atıb. Onlar bunu görüb həmin bükümü yerdən götürüb Rahibdən nə olduğunu soruşublar. Rahib deyib ki, həmin bükümün içində psixotrop maddə olan metamfetamin var. Bundan sonra onlar Təqsirləndirilən şəxs 10-cu PB-nə dəvət ediblər. Polis nəfərləri Təqsirləndirilən şəxs və ağ rəngli kağız bükümünü PB-nə təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil təyin olunub. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video görüntü ilə baxış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən bir ədəd büküm aşkar edilib. Həmin bükümün içində ağ rəngli kristal maddə aşkar edilib. Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini bildirib. Həmin büküm qablaşdırılaraq götürülüb. Eləcə də baxış zamanı Təqsirləndirilən şəxs şalvarının digər cibindən bir ədəd 1 manatlıq əskinas, bir ədəd 10 qəpik, 1 ədəd mobil telefon aşkar edilib. Daha sonra isə özünə qaytarılıb. Eləcə də, Təqsirləndirilən şəxs ƏÇPA-nın polis əməkdaşlarının ona yaxınlaşan zaman şalvarının sağ yan cibindən çılxararaq yerə atdığı büküm təqdim edilib. Təqsirləndirilən şəxs həmin bükümün ona məxsus olduğunu, içindəki maddənin psixotrop maddə olan metamfetamin olduğunu və polis əməkdaşları ona yaxınlaşan zaman əynindəki şalvarın sağ yan cibindən çıxararaq yerə atdığını bildirib. Baxış keçirilməsi haqqında tərtib edilmiş protokol iştirakçılara ucadan oxunub, düzgünlüyü imzalar ilə təsdiq edilib. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2394 nömrəli rəydən görünür ki, təqdim edilmiş üzərində: Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 2 büküm...” və s. Qeydlər olan zərfdəki 02 ədəd bükümdəki təmiz çəkiləri 0.755 qram və 0.020 qram, ümumi təmiz çəkisi 0.755 qram olan ağ rəngli, kristal hissəciklərdən ibarət maddə, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi 0,755 qram, tədqiqata sərf edilmiş 0,050 qram, qalıq 0,705 qram. Ekspertiza tədqiqatının dəyəri 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 Şəxsi Ambulator X2 xx.xx.2020-ci il tarixli, 787 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs güclü təsir edən maddələrdən istifadə etmə halları aşkar olmadı. Müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyaci vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə baxış zamanı çəkilmiş video yazı olan bir ədəd “CD” diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə Qaradağ RPİ-nin, 10-cu PB-nin inzibati binasında 10-cu PB-nin təhqiqatçısı polis mayoru Valeh Orucov tərəfindən, 10-cu PB-nin əməliyyat müvəkkili Şahid4, 10 saylı vəkil bürosunun vəkili X12 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs və iştirakçılara hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərindəki şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxararaq polis əməkdaşlarına təqdim edir və bildirir ki, həmin bükümün içində olan psixotrop maddə metamfetamindir. Şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıyıb. Həmçinin təhqiqatçı Valeh Orucov, Təqsirləndirilən şəxs saxlanılan zaman yerə atdığı bir ədəd bükümü Təqsirləndirilən şəxs təqdim edir. Təqsirləndirilən şəxs həmin bükümün ona məxsus olduğunu, bükümün içindəki maddənin psixotrop maddə olan metamfetamin olduğunu və ƏÇPA əməkdaşlarının ona yaxınlaşan zaman əynindəki şalvarın sağ yan cibindən çıxararaq yerə atdığını bildirir. İş üzrə bir ədəd bükümdə tədqiqata sərf edildikdən sonra 0.705 qram qalıqda psixotrop maddə metamfetamin iş üçün sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini və əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən fərdi qaydada taksi sürücüsü kimi fəaliyyət göstərərək öz qanunsuz hərəkətləri ilə digər şəxslərin, yəni sərnişinlərin də həyat və sağlamlığını real təhlükə qarşısında qoyduğunu, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq xx xxxxxx 2020-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Bu hal CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə xx xxxxxx 2020-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və xx xxxxxxxx 2020-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.705 qram çəkidə psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 108,46 (yüz səkkiz manat qırx altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 60 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.705 qram çəkidə psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 108,46 (yüz səkkiz manat qırx altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar