Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-156/2021 12.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, tərcüməçi X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, milliyəti rus, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, 06.12.2020-ci il tarixdə təxminən saat 13 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Dənizkənarı” parkda ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər ederək tanışı Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan nalayiq sözlərlə təhqir edib ona qarşı zor tədbiq edərək özündə olan soyuq silah hesab edilməyən turist bıçağından silah qismində istifadə edərək sol ayağından bir dəfə vuraraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sol bud nahiyyəsinin 1 (bir) ədəd deşilmiş kəsilmiş yarası ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirərək xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən 5-6 il olar ki, Zərərçəkmiş şəxs ilə dostluq münasibətindədir və dostluqları yenədə davam edir. Aralarında hər hansı narazılıq olmamış və münasibətləri hər zaman normal olmuşdur. O, Neymətlə eyni məhəllədə yaşayır və onların binaları üzbəüzdür. 06.12.2020-ci il tarixdə saat 13 radələrində o, evdən çıxan zaman təsadüfən Neymətlə binanın qarşısında rastlaşmış, salamlaşararaq orada dayanıb söhbət etməyə başlamışlar. Orada bir neçə dəqiqə söhbət etdikdən sonra onların yanlarına ortaq tanışları Vadim, Vitalik və Yaralı gəlmişlər. Bu zaman öz aralarında gedib haradasa oturmağı müzakirə etmişlər. İlk növbədə çayxanaya getmək istəsələr də, lakin mövcud olan vəziyyətlə bağlı, yəni ölkədə olan komendant saatı və koronavirus pandemiyası ilə əlaqədar olaraq şənbə və bazar günləri çayxanaların işləmədiyi yadlarına düşmüşdür. Bundan sonra Vadim ilə Neymət Sahil qəsəbəsində olan «Dənizkənarı» parka gedib orada oturub yeyib-içməyi təklif etmişlər. Onlar ümumilikdə 25 manat pul toplamışlar, o, araq və yemək almaq üçün Neymət ilə birlikdə Sahil qəsəbəsində yerləşən mağazaya getmişlər. Yaralı, Vadim və Vitalik isə «Dənizkənarı» parka getmişdilər. O, Neymətlə mağazadan araq və yemək alıb, «Dənizkənarı» parka Vadimgilin yanlarına getmişdir. Onlar parkda aldıqları azuqəni yeyib spirtli içki qəbul etmişlər. Həmin gün saat 16 radələrinə kimi parkda oturmuşlar. Yeyib-içdikdən sonra Neymət ilə zarafatlaşmağa başlamışlar. Həmin vaxt Neymət onunla əllə zarafat etməyə başlamış və onun başından sillə ilə vurmuşdur. O, Neymətə əllə zarafat eləməməsini bildirmişdir. Belə ki, o, spirtli içki qəbul etdiyindən başı ağrıyırdı. Bundan sonra Neymət onu küçə söyüşləri ilə təhqir etməyə başlamışdır. O, Neymətə iradını bildirsə də, lakin sonuncu öz hərəkətlərini davam etdirərək, söyüşünü davam etdirmişdir. Bundan sonra aralarında sözlə mübahisə yaranmışdır. Həmin vaxt o Neymətlə bir qədər kənara çəkilib orada olan qayalıqların arasına keçmişlər. Onlar orada mübahisə edərkən Vadim, Vitalik və Yaralı bir qədər aralıda olmuşdur. Həmin vaxt Neymət ona ana söyüşü söymüşdür. O, bundan bərk əsəbləşərək, həmin ərazidə olan qayalığın arxa tərəfində Neyməti qorxutmaq məqsədi ilə yanında azuqə doğramaq üçün gətirdiyi bıçaqla bir dəfə onun sol ayağının bud nahiyəsindən bıçaqla vurmuşdur. Bıçaq onun sol bud nahiyəsinə dəymişdir. Həmin bıçağı hadisədən 2-3 gün əvvəl Sahil qəsəbəsində olan kolxoz bazarında məişətdə istifadə etmək üçün almışdır. O, Neyməti həmin bıçaqla vurduqdan sonra onlarla birlikdə olan Vadim, Vitalik və Yaralı bundan xəbər tutmuşlar. Bundan sonra dostu Yarəli onu yaşadığı evə aparmışdır. Həmçinin yolda ona Neyməti vurduğu bıçağı tullamamasını, əgər baş vermiş hadisə ilə bağlı polisin məlumatı olarsa bıçağı könüllü polisə təqdim etməsini bildirmişdir. Onun Neymət ilə münasibətləri hər zaman yaxşı olmuşdur. Neymətin onun başından vurmaqla zarafat etməsi, həmçinin ona qarşı ağır söyüş işlətməsindən hiddətlənərək ona xəsarət yetirmişdir. Lakin xəsarət yetirdikdən sonra çox peşman olmuş, həmin gün axşam Neymətin yaşadığı evə gedib ondan üzr istəmişdir. İbtidai istintaq zamanı ona verilmiş suallara cavab olaraq Vadim, Vitalik və Yarəlinin onun Neyməti bıçaqla vurmasını gördüyünü bildirmişdir. O, həmin suala cavab verərkən fikrini tam izah edə bilməmişdir. Belə ki, Vadim, Vitalik və Yarəlinin onun Neyməti bıçaqla vurmasını gördüyünü deməklə, həmin şəxslərin hadisənin birbaşa şahidi olduqlarını bildirmək istəməmiş, yəni Neyməti bıçaqla vurduqdan sonra onların bundan xəbər tutduqlarını, yəni Neymətin yaralandığını gördüklərini demək istəmişdir. Belə ki, həmin vaxt Neymətlə o, qayaların arxasında mübahisə etdiklərindən və o, bıçaqla xəsarəti qayalıq tərəfdə yetirdiyindən digər şəxslərin onları görməsi mümkün deyildi. Lakin dostları orada yaxınlıqda olduqlarından, həmin hadisədən dərhal sonra onlar onun Neyməti bıçaqla vurub yaraladığını bilmişlər. Onunla Neymət arasında olan mübahisə ümumilikdə 5-10 dəqiqə davam etmişdir. Ətrafda Neymətlə ondan başqa heç kim olmamışdır. Aralarında baş vermiş mübahisə zamanı Neymət ona hər hansı xəsarət yetirməmişdir. Lakin mübahisənin yaranmasına əsas Neymətin onun başından vuraraq zarafatlaşması, daha sonra ona qarşı ağır sözlər işlətməsi olmuşdur. O, zərərçəkmiş şəxsə xəsarət yetirsə də, xuliqanlıq etməmiş, ümumiyyətlə, ictimai qaydanın pozulmasına yönələn hərəkətlər etməmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır və münasibətləri normaldır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək onunla barışıq əldə etməsini nəzərə alaraq, əməlinin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilməsini və barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlığından tanıyır. Belə ki, onlar Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində eyni məhəllədə böyümüşlər. Onların arasında hazırki hadisəyə qədər hər hansı bir narazılıq yaşanmamışdır. 06 dekabr 2020-ci il tarixdə saat 13 radələrində o, yaşadığı məhəllədə olan zaman təsadüfən Ruslanla rastlaşmışdır. Onlar bir neçə dəqiqə söhbət etdikdən sonra Vitalik, Yaralı və Vadim adlı tanışları onların yanına gəlmişlər. Söhbət əsnasında onlar öz aralarında gedib çayxanaların birində oturmağı planlasalar da, lakin sonradan yadlarına düşmüşdür ki, ölkədə tədbiq edilən komendant saatına görə bütün çayxanalar bağlıdır. Bu zaman o və Vadim Sahil qəsəbəsində yerləşən «Dənizkənarı» parka getməyi təklif etmişdir. Onlar birgə razılığa gəldikdən sonra spirtli içki və yemək almaq üçün ümumilikdə 25 manat pul toplamışlar. O, araq və yemək almaq üçün Ruslanla Sahil qəsəbəsində yerləşən mağazaya getmişlər. Yaralı, Vadim və Vitalik isə «Dənizkənarı» parka getmişlər. O, Ruslanla mağazadan araq və yemək alıb «Dənizkənarı» parka Vadimgilin yanlarına gəlmişlər. Onlar birlikdə aldıqları yeməyi yeyib, araqdan içmişlər. Sonra o, Ruslanla zarafat etməyə başlamışdır. O, zarafatla Ruslanın başından sillə ilə vurmuşdur. Ruslan onun zarafatına etiraz etmişdir. Lakin onun etirazına məhəl qoymaraq onu söyməklə zarafatını davam etmişdir. Bundan sonra aralarında sözlə mübahisə yaranmışdır. Həmin vaxt o, Ruslanla bir qədər kənara çəkilib orada olan qayalıqların arasına keçmişlər. Bu zaman Ruslan sərxoş olduğundan bıçaqla onun sağ ayağından 1 dəfə zərbə endirmişdir. Həmin bıçaq zərbəsi onun sol bud nahiyəsinə dəyərək xəsarət almışdır. Daha sonra isə Vadim onu yaşadığı evə aparmışdır. O, bıçaqla xəsarət alandan sonra Sahil qəsəbəsində olan TTYS-na müraciət etmişdir. Oradan onu 3 saylı şəhər kliniki tibbi xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər ona ilkin tibbi yardım göstərib ayağındakı bıçaq yerini tikmişlər. Daha sonra onu evə buraxmışlar. Hadisə zamanı Vadim, Yaralı və Vitalik Təqsirləndirilən şəxs onu bıçaqla vurmasını görməmişlər, lakin onun Ruslanla zarafatlaşmasının şahidi olmuşlar. Belə ki, onlar çörək yeyib bitirdikdən sonra Vadim, Yaralı və Vitalik bir qədər aralıda dayanıb söhbətləşərək siqaret çəkmişlər. Onlar isə Ruslanla bir qədər aralıda qayalıq tərəfdə mübahisə etmişlər. Buna görə də orada olan digər dostları Ruslanın onu bıçaqla vurmasının şahidi olmamışlar. Vadim, Vitalik və Yaralıdan başqa hadisə yerində və ətrafda heç kim olmamışdır. O, xəsarət aldıqdan sonra yaşadığı evə gəlmişdir. Həmin əynində olan şalvarı dəyişərək əyninə təzə şalvar geyinəndən sonra isə həmin qanlı olan şalvarı TTYS-nə gedən zaman yolda olan zibil yeşiyinə tullamışdır. O, hadisə zamanı Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmişdir. O, Ruslanın həmin bıçağı haradan götürməsini görməmişdir. Aralarında olan sözlə mübahisə və Fedorov Ruslan Oleqoviçin onu bıçaqla vurması vaxt etibarı ilə 3-5 dəqiqə ərzində baş vermişdir. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Qennadyeviç ifadəsində göstərmişdir ki, təxminən 5-6 il olar ki, Təqsirləndirilən şəxs ilə, 10-15 il olar ki, Zərərçəkmiş şəxs ilə münasibəti var. Onların hər ikisi ilə hər zaman normal münasibəti olmuşdur və onları yaşadığı məhəllədən tanıyır. 06 dekabr 2020-ci il tarixdə saat 13 radələrində o, tanışı Vitalikin anasının yas mərasimində olmuşdur. Ortaq tanışları Yaralı da həmin yas mərasimində iştirak etmişdir. Yas mərasimindən sonra Vitaliklə birlikdə yaşadıqları məhəlləyə çıxmışlar. Bir neçə dəqiqədən sonra isə ortaq tanışları olan Ruslan və Neymət onların yanlarına gəlmişlər. Onlar bir qədər söhbət etmişlər. Həmin vaxt Vitalik araq içmək istədiyini bildirmişdir. Lakin həmin gün həftənin şənbə günü olduğu üçün heç bir yer işləmirdi. Bu zaman dəqiq xatırlamasa da ya Ruslan, ya da ki, Neymət «Dənizkənarı» parka gedib orada araq içməyi təklif etmişdir. Bundan sonra o, Vitalik və Yaralı dəniz kənarına getmişlər, Ruslanla Neymət isə araq və yemək almaq üçün mağazaya getmişlər. Təxminən 15-20 dəqiqədən sonra Ruslanla Neymət onların yanlarına gəlmişlər. Onlar «Dənizkənarı» parkda daşlıq tərəf deyilən yerdə Ruslanın aldığı yarım litr arağı 5 nəfərə içmişdər. Sonra isə öz aralarında söhbət etməyə başlamışlar. O, tanışı Yaralı ilə bir yerdə kənarda dayanıb söhbət etmişdir. Vitalik isə sonradan onların yanlarına gələn azyaşlı tanışları olan Turalla söhbət etmək üçün bir qədər kənarlaşmışdır. Ruslanla Neymət isə öz aralarında zarafatlaşmağa başlamışlar və bu zaman Neymətin zarafatla Ruslanın başına bir sillə vurmasını görmüşdür. Bundan sonra Ruslan və Neymət onlardan aralanıb kənarda zarafatlaşmışlar. Bir müddət keçdikdən sorna isə Neymət onların yanlarına gələrək Ruslanın onu vurduğunu bildirmişdir. Əvvəlcə onlar başa düşməmişlər, Ruslanın Neyməti yumruq və ya sillə ilə vurduğunu güman etmişlər. Lakin Neymətdən hadisə necə baş verməsini soruşduqda o, onlara Ruslanın onun ayağından bıçaqla 1 dəfə vurduğunu bildirmişdir. X9 bıçaqla vurmasının birbaşa şahidi olmamışlar. Belə ki, onlar yeyib-içdikdən sonra o, tanışı Yaralı ilə birlikdə kənara çəkilib ona təklif olunan işlə bağlı söhbət etmişlər. O, Ruslanın Neymətlə aralarında olan mübahisəni və Ruslanın bıçaqla 1 dəfə Neyməti vurmasını görməmişdir. Lakin onların öz aralarında zarafatlaşmalarını və Neymətin Ruslanın başından sillə ilə vurmasının şahidi olmuş, lakin zarafat etdiklərini düşündüyündən onlara fikir verməmişdir. Əgər o, hadisəni görsəydi müdaxilə edib onları sakitləşdirərdi. Hadisə konkret olaraq 06.12.2020-ci il tarixdə saat 15- 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, «Dənizkənarı» parkda qayalıq ərazidə baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı məhəllədən təxminən 5-6 il, Zərərçəkmiş şəxs isə təxminən 10-15 il olar ki, tanıyır. Onların hər ikisi ilə normal münasibəti olmuşdur. 06.12.2020-ci il tarixdə saat 13 radələrində o, tanışı Vitalikin anasının yas mərasimində iştirak edən zaman ortaq tanışı Vadimi görmüşdür. Yas mərasimindən sonra Vitaliklə birlikdə yaşadıqları məhəlləyə çıxmışlar. Bir neçə dəqiqədən sonra isə ortaq tanışları olan Ruslan və Neymət onların yanlarına gəlmişlər. Onlar bir qədər söhbət etmişlər. Bu zaman Vitalik araq içmək istədiyini bildirmişdir. Lakin həmin gün həftənin şənbə günü olduğu üçün heç bir yer işləməmişdir. Həmin vaxt ya Ruslan, ya da ki, Neymət «Dənizkənarı» parka gedib orada araq içməyi təklif etmişdir. O, Vitalik və Vadim dəniz kənarına getmişlər, Ruslanla Neymət isə mağazaya gedərək, spirtli içki və yemək almışlar. Təxminən 15-20 dəqiqədən sonra Ruslanla Neymət onların yanlarına gəlmişlər. Onlar «Dənizkənarı» parkda daşlıq tərəf deyilən yerdə Ruslanın aldığı yarım litr arağı 5 nəfərə içmişlər. Sonra isə öz aralarında söhbət etməyə başlamışlar. O, tanışı Vadim ilə bir yerdə kənarda dayanıb söhbət etmişdir. Vitalik isə sonradan onların yanlarına gələn azyaşlı tanışları olan Turalla söhbət etmişdir. Ruslanla Neymət isə öz aralarında zarafat etmişlər və zarafat əsnasında Neymət Ruslanın başına sillə ilə bir dəfə vurmuşdur. Həmin vaxt Ruslan və Neymət onlardan aralanıb kənarda zarafatlaşmışlar. Bir müddət keçdikdən sorna isə Neymət onların yanlarına gələrək Ruslan onu vurmasını bildirmişdir. Əvvəlcə onlar başa düşməyərək elə zənn etmişlər ki, Ruslan Neyməti yumruq və ya sillə ilə vurmuşdur. Lakin Neymət hadisəni danışaraq, Ruslanın onu ayağından bıçaqla 1 dəfə vurduğunu bildirmişdir. Onlar araq içdikdən sonra o, tanışı Vadim ilə birlikdə kənara çəkilib ona təklif olunan işlə bağlı söhbət etmişlər. O, Ruslanın Neymətlə aralarında olan mübahisəni və Ruslanın bıçaqla Neyməti vurmasını görməmişdir. Əgər o, hadisəni görsəydi müdaxilə edib onları sakitləşdirərdi. Ruslanla Neymət öz aralarında zarafat edirdilər və buna görə də o, onlara fikir verməmişdir. Hadisə konkret olaraq 06.12.2020-ci il tarixdə saat 15-16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, «Dənizkənarı» parkda qayalıq ərazidə baş vermişdir. Cinayət iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 07 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi X5 tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. (i.v. 01) Qaradağ RPİ-nin 38-ci PB-nin məsul növbətçisinin həmin bölmənin rəisinə olan 06 dekabr 2020-ci il tarixli raportundan görünür ki, məsul növbətçi məruzə edərək 06 dekabr 2020-ci il tarixdə saat 20:20-də 3 saylı Sabunçu Xəstəxanasının həkimi Musayevanın Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 43, mənzil 7-də yaşayan 30 yaşlı Zərərçəkmiş şəxs Şöhrət oğlunun sol bud nahiyyəsinin kəsilmiş deşilmiş yarası ilə müraciət etməsi barədə məlumat verdiyini bildirmişdir. (i.v. 5) Zərərçəkmiş şəxs Qaradağ RPİ-nin 38-ci PB-nin rəis müavininə ünvanlanmış 06 dekabr 2020-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək 06 dekabr 2020-ci il tarixdə qonşuluqda yaşayan Ruslan adlı şəxslə Sahil qəsəbəsi “Dəniz kənarı” bulvarda zarafatlaşdıqda təxminən 15:30 radələrində əlində olan bıçaqla sol bud nahiyəsinə 2 dəfə bıçaqla vurmuşdur. Odur ki, həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (i.v. 6) Götürmə haqqında 06 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Qaradağ RPİ-nin 38-ci PB-nə gələrək hadisə zamanı istifadə etdiyi bıçağı təqdim etmiş və bir ədəd bıçaq sübut növü kimi götürülmüşdür. (i.v. 9) Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 18, 27-28) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-160/2020 saylı, 09 dekabr 2020ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət və təqdimat təmin edilməyərək, Təqsirləndirilən şəxs saxlanıldığı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama yerindən dərhal buraxılması qərara alınmışdır. (i.v. 79-81) Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 09 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisinn nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 82-83) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 16 dekabr 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 97) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2021-ci il tarixli, 3/2134 saylı məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. (i.v. 101-103) “İfadənin yerində yoxlanılması barədə” 25 yanvar 2021-ci il tarixli protokoldan və əlavə edilmiş fotocədvəldən görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi X5 dəqiq məlum olan yerdə baş vermiş hadisə ilə bağlı hüquq və vəzifələrini izah etməklə Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi dənizkənarı parka gəlmişlər. Qeyd olunan yerdə, yəni Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi dənizkənarı parkdan təxminən 100-150 metr aralıda qayalıq bir ərazini göstərərək Zərərçəkmiş şəxs, Şahid2, Şahid1 və adı istintaq tam məlum olmayan Vitalik adlı şəxslə birlikdə yemək yeyərək, spirtli içki içdikləri yeri göstərmişdir. Daha sonra isə tanışı Zərərçəkmiş şəxs bıçaqla vurduğu yeri göstərmişdir. İfadənin yerində yoxlanması zamanı bu barədə protokol tərtib edilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək həmin protokola əlavə edilmişdir. (106-108) “İfadənin yerində yoxlanılması barədə” 25 yanvar 2021-ci il tarixli protokoldan və əlavə edilmiş fotocədvəldən görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi X5 dəqiq məlum olan yerdə baş vermiş hadisə ilə bağlı hüquq və vəzifələrini izah etməklə Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi dənizkənarı parka gəlmişlər. Qeyd olunan yerdə, yəni Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi dənizkənarı parkdan təxminən 100-150 metr aralıda qayalıq bir ərazini göstərərək Təqsirləndirilən şəxs, Şahid2, Şahid1 və adı istintaq tam məlum olmayan Vitalik adlı şəxslə birlikdə yemək yeyərək, spirtli içki içdikləri yeri göstərmişdir. Daha sonra isə tanışı Təqsirləndirilən şəxs bıçaqla vurduğu yeri göstərmişdir. İfadənin yerində yoxlanması zamanı bu barədə protokol tərtib edilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək həmin protokola əlavə edilmişdir. (109-110) Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 30 yanvar 2021-ci il tarixli qərardan görünür ki, 07 dekabr 2020-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə başlanılaraq istintaq aparılmışdır. İstintaqla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 139-1.1ci maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq istintaq aparılır. ********* saylı cinayət işinin istintaq aparılan ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilərək, cinayət işinin istintaqının ********* statistik nömrəsi ilə aparılması qərara alınmışdır. (i.v. 111-112) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8- Təcrübi və Tədris Birliyinin 02/848 saylı, 16 fevral 2021-ci il tarixli canlı şəxsin məhkəmətibbi müayinəsi rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sol bud nahiyyəsinin 1 (bir) ədəd deşilmişkəsilmiş yarası iti uca və ya iti kənara malik (ola bilsin bıçaq) təsirindən, ilkin müayinədən 1-2 gün əvvəl törənmişdir. Qərarın təsviri hissəsində göstərildiyi kimi, yəni 06.12.2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbən olan sağlamlığa yüngül zərərvurmaya aiddir. N.Ş Məmişovun almış olduğu xəsrətin xarakter və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, eləcədə müxtəlif şəraitlərdə kənar şəxs tərəfindən yetirilə bilərdi. (i.v. 146-148) Sübutların qiymətləndirilməsi haqqında 16 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yenidən məhkəmə tibbi ekspertizasının rəyini göstərməklə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin əlamətləri olmadığından onun barəsində həmin xüsusata dair iş üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” virusunun daşıyıcısı olan zaman yaşayış yerini tərk etməsi sübuta yetirilmədiyindən, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrində Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs baş hissəsindən əli ilə vurulması haqqında ifadələri sübut növü kimi qəbul edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş bir ədəd bıçaq iş üzrə maddi sübut əhəmiyyəti kəsb edir, həmin bıçaq cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs yenidən ittiham elan edilərkən onun tərəfindən Zərərçəkmiş şəxs bir dəfə zərbə endirməsi və nəticədə bir ədəd xəsarət alması göstərilsin. Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri, məhkəmə-tibbi və məhkəmə-kriminalist rəyləri və işdə olan digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. İş üzrə hadisənin 06 dekabr 2020-ci il tarixdə, saat 15 radələrində olması nəzərə alınmışdır. (i.v. 153-160) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 17 fevral 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 163-164) Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışın surətindən görünür ki, xx.xx.2000-ci il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs 2 saylı X2 05.10.2018-ci il tarixdən 08.10.2018-ci il tarixədək müalicə və müayinə olunmuşdur. Məhkəmə istintaqı dövründə cinayət təqibi ilə bağlı bütün halları hərətəfli, tam və obyektiv araşdırmaq məqsədilə, həmçinin cinayət hadisəsi baş verdiyi anda və cinayət hadisəsi törədildikdən sonra Təqsirləndirilən şəxs psixi vəziyyətini müəyyən etmək məqsədilə ambulatov məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatik Ekspertiza Mərkəzi” X13 tərəfindən verilmiş ambulatov məhkəmə-psixiatrik ekspertizasının 17 iyun 2021-ci il tarixli, 1295 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs əvvəllər “Yüngül dərəcədə ifadə olunmuş üzvi-dissosiativ pozuntusu, anamnezində səthi özünü kəsmələr” müəyyən edilməsinə baxmayaraq, onda hal-hazırda həmin xəstəliyin əlamətləri müəyyən edilmir. Yekun hissədə materialların və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırmışdır: Təqsirləndirilən şəxs cinayəti törətdiyi anda – 06 dekabr 2020-ci il tarixdə xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs cinayət törətdiyi anda öz əməlinin faktiki xarakterini və ictimai təhlüləliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığından və barışdıqlarından barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət, tələb və iddiası yoxdur. Ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə həm 06.12.2020-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla, işin həqiqi hallarına hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbi, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün zəruri olduğunu qeyd edir. Məhkəmə ilk əvvəl onu qeyd edir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə heç də səbəbsiz yaranmamışdır. Belə ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında uzun müddətli dostluq münasibəti olmuş, onlar cinayət hadisəsinin törədildiyi Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən “Dənizkənarı” parka yeyib-içmək, yəni istirahət etmək niyyəti ilə gəlmişlər və həmin təklif təqsirləndirilən şəxs tərəfindən deyil, məhz zərərçəkmiş şəxsin özü tərəfindən verilmişdir. Təqisləndirilən şəxs və zərərçəkmiş şəxs arasında əvvəlcədən şəxsi münasibətlər zəminində hər hansı mübahisə mövcud olmasa da, lakin həmin vaxt onlar arasında yaranmış mübahisəyə səbəb Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə zarafat edərək, onun başından sillə ilə vurması, təqsirləndirilən şəxsin ona etiraz etməsinə baxmayaraq, ona qarşı hərəkətlərini davam etdirərək, nalayiq ifadələr işlətməsi olmuşdur. Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda onun tanışı Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan nalayiq sözlərlə təhqir etməsi göstərilsə də, lakin aparılmış məhkəmə istintaqı nəticəsində əskinə Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan təqsirləndirilən şəxsə qarşı nalayiq ifadələri işlətməsi, onun etirazına baxmayaraq hərəkətlərini davam etdirməsi öz təsdiqini tapmışdır. Ümumiyyətlə qeyd olunmalıdır ki, məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün cinayət prosesi iştirakçılarından hər birinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrində Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs baş hissəsindən əli ilə vurulması haqqında ifadələri sübut növü kimi qəbul etməsə də, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə zarafat edərək, onun başından sillə ilə vurması, təqsirləndirilən şəxsin ona etiraz etməsinə baxmayaraq, ona qarşı hərəkətlərini davam etdirərək, nalayiq ifadələr işlətməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin özünün və şahidlərin həmin hissədə bir-biri ilə tam uzlaşan ifadələri ilə sübuta yetirilmişdir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Yəni, Təqsirləndirilən şəxs Sahil qəsəbəsi “Dəniz kənarı” parka gələrkən məqsədi xuliqanlıq cinayətini xarakterizə edən qərəzli hərəkətlər etmək və məhz bu niyyətlə Zərərçəkmiş şəxs xəsarət yetirmək olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Bu normanı tətbiq edərkən, təqsirkarın hərəkətlərini xarakterizə edən maddənin dispozisiyasında göstərilən əlamətlərin mövcudluğu mütləqdir. Bununla yanaşı xüsusilə qeyd olunmalıdır ki, hadisənin baş verdiyi yer olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Dənizkənarı” park ümumilikdə ictimai yer olmasına baxmayaraq, lakin təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə xəsarətin həmin ərazidə qayalıqların arasında kimsənin olmadığı yerdə törədilməsi, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və həm də şahidlərin ifadələri, eləcə də xüsusilə “İfadənin yerində yoxlanılması barədə” 25 yanvar 2021-ci il tarixli protokolu əsasında hadisə baş verən ərazinin ictimai yer olmaması, belə olan halda hər hansı ictimai qaydanın mövcudluğu və cəmiyyətin üzvlərinə qarşı hər hansı qanunsuz hərəkətlərin törədilməsinin qeyri-mümkünlüyü müəyyən edilmiş. Belə ki, hadisənin baş verdiyi yeri xarakterizə edərkən məhkəmədə dindirilmiş tərəflərin və şahidlərin ifadələri əsasında və eləcə də yuxarıda qeyd olunan “İfadənin yerində yoxlanılması barədə” 25 yanvar 2021-ci il tarixli protokollara əlavə edilmiş fotoşəkillər əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yer bir neçə qayalarla əhatə olunmaqla, birbaşa dənizə çıxışa malikdir. Həmin yer ümumilikdə parkın bir hissəsinə aid edilsə də, dənizlə parkın arasında yerləşən qayalıq və torpaq sahəsindən ibarət olan boş ərazidir, həmin hissədə ictimai istifadə və ya istirahət üçün hər hansı abadlaşdırma işlərinin aparılması müəyyən edilmir. Hadisənin konkret olaraq qayalıq ərazidə qayaların arasında törədilməsi, həmin qayalıqların isə birbaşa dəniz sahilində yerləşməsi, hadisənin kənar şəxslər tərəfindən müşahidə edilməsini mümkünsüz edir. Belə olan halda orada baş vermiş cinayət hadisəsinin ictimai qaydaya və cəmiyyətə qarşı bir hərəkətlər olaraq qiymətləndirilməsinə dəlalət edən təkzibolunmaz sübutların mövcud olmadığı şəraitdə, xuliqanlıq əməli kimi tövsif edilməsi cinayət qanunun tələbinə görə yolverilməzdir «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır.» Məhkəmə istintaqında əldə edilən və qiymətləndirilən mötəbər sübutlarla müəyyən olundu ki, hazırki cinayət işi üzrə hadisənin baş verdiyi yerdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yüngül bədən xəsarəti yetirilməsi ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər kimi qiymətləndirilə bilməz. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etməsi göstərilsə də, yəni xuliqanlıq cinayətinin qanunda təsbit edilmiş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin Təqsirləndirilən şəxs konkret hansı hərəkətlərində ifadə olunması göstərilməmiş, xuliqanlıq niyyətinin nədə ifadə olunması açıqlanmamışdır. Eyni zamanda ittiham aktı üzrə şahid kimi göstərilmiş Şahid1 və Şahid2 ifadələrində baş vermiş hadisənin birbaşa şahidi olmadıqlarını, yalnız hadisə başa çatdıqdan sonra, zərərçəkmiş şəxsin onların yanlarına gələrək təqsirləndirilən şəxsin onu vurmasını, onların hadisəni necə baş verməsini soruşduqda sonuncunun onlara Ruslanın onun ayağından bıçaqla zərbə vurduğunu bildirdiyini göstərmişlər. İbtidai araşdırma orqanı baş vermiş cinayət hadisəsi zamanı ictimai qaydanın pozulması nəticəsinə gəldiyi halda, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Dənizkənarı” parkda hadisənin iştirakçısı olmuş və görmüş şəxslərin dairəsini müəyyənləşdirməli, həmin gün orada olan digər şəxsləri iş üzrə şahid qismində dindirməli, bununla da ictimai qaydanın pozulması hallarının baş verib-vermədiyini aydınlaşdırmalı idi. Lakin ibtiadi araşdırma orqanı göstərilən halları müəyyən etməmiş və iş üzrə şahidlər Şahid1 və Şahid2 dindirilməsi ilə kifayətlənmiş, həmin vaxt orada olan Vitalik adlı şəxsin şəxsiyyətini tam müəyyən edərək, onun ifadəsini almamışdır. Qeyd edilən şahidlər isə hadisə yerinə yaxın ərazidə olsalar da, hadisəni bilavasitə görməmişlər. Beləliklə, ibtidai araşdırma orqanı tərəfindən ehtimal və mülahizələrə əsaslanaraq təqsirləndirilən şəxsə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması və silah qismində bıçaqdan istifadə olunmaqla qərəzli xuliqanlıq etməsi ilə bağlı ittiham verilmişdir ki, həmin ittiham əsasında məhkəmə Təqsirləndirilən şəxs xuliqanlıq əməlini törətməsi ilə bağlı məsuliyyətə cəlb edilməsini mümkün hesab etmir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında mübahisə zərərçəkmiş şəxsin təhrikedici hərəkətləri, yəni onların zarafatlaşdıqları əsnada onu başından sillə ilə vurması, təqsirləndirilən şəxsin etirazına baxmayaraq ona nalayiq ifadələr işlətməsindən sonra yaranmış və baş vermiş cinayət hadisəsi də həmin mübahisədən qaynaqlanmışdır. Eyni zamanda zərərçəkmiş şəxsin özünün təqsirləndirilən şəxs və digər şəxslərə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Dənizkənarı” parkına getməyi təklif etməsi nəticəsində təqsirləndirilən şəxs onunla birlikdə hadisə yerinə gəlmiş və orada yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsə yüngül bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs cinayət qəsdinin obyekti ictimai qayda deyil, konkret şəxs – Zərərçəkmiş şəxs olmuş, onun tərəfindən ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs hərəkətləri əsassız olaraq ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və silah qismində bıçaqdan istifadə etməklə xuliqanlıq törətməsi kimi qiymətləndirilmiş və əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə, məhkəmə iclasında araşdırılan və qiymətləndirilən mötəbər sübutlara məcmu halda hüquqi qiymət verərək və Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə təqdim etdiyi ərizəsini, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını təsdiq edən məhkəməyə təqdim etdiyi ərizəsini və prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri ləğv edilməli, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş bir ədəd bıçaq dövlət nəfinə müsadirə edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 işə qoşularaq ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs 65 (altmış beş) iş saatı dövlət hesabına hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, vəkili Müdafiəçi işə qoşularaq məhkəmə baxışı zamanı 60 (altmış) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 65 (altmış beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 390 (üç yüz doxsan) manat məbləğində pul və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə göstərilmiş 60 (altmış) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 192, 193, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik 01 ədəd turist bıçağı dövlət nəfinə müsadirə edilsin. İş üzrə aparılmış məhkəmə-ballistik ekspertizası tədqiqatının dəyəri – 64 (altmış dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 65 (altmış beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 390 (üç yüz doxsan) manat məbləğində pul və məhkəmə baxışı zamanı isə göstərilmiş 60 (altmış) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-156/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-156/2021
12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver