Məhkəmə qərarları › İş №1(002)-156/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-156/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-156/2022 29.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Qaradağ Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin pul vəsaitini cibindən çıxarmaqla gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda Zərərçəkmiş şəxs idarə etdiyi **-PC-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobildə olarkən Zərərçəkmiş şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən sonuncuya məxsus 335 manat pulu çıxarmaqla gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 335 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilmişdir, ruhi-əsəb xəstəliyindən əzab çəkmir. xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində yaşadığı evin yaxınlığında 233 saylı orta məktəbin qarşısında avtobus gözləyirmiş. Bu zaman “Kia Rio” markalı bir maşın onun yanında saxlamış, 30-32 yaşlarında olan sürücü oğlan ondan hara getdiyini soruşmuşdur. O, həmin oğlana Yasamal rayonunda yerləşən 20 saylı məktəbin yaxınlığında yaşayan rəfiqəsinin yanına getdiyini demişdir. Sürücü oğlan ona gedəcəyi yerə aparmağı təklif etmişdir. O, razılaşıb avtomaşının ön oturacağına əyləşmişdir. Sonradan adının Elnur olduğunu bildiyi sürücü yolda olarkən “Binə” ticarət mərkəzinin yaxınlığında saxlayıb mağazaya düşüb göyərti verməli olduğunu, daha sonra Yasamal rayonuna aparacağını demişdir. Söhbət əsnasında Elnur ondan yanına getdiyi rəfiqəsi barədə və özü barədə maraqlanmış, ona intim münasibətdə olmağı təklif etmiş, rəfiqəsigilə getməyə və Elnurun rəfiqəsilə münasibətdə olmasını danışmışlar. “Binə” ticarət mərkəzinə çatdıqda Elnur düşüb maşının arxa oturacağında olan göyərtiləri mağazaya vermiş, qayıdanda isə fikrini dəyişmişdir. Elnur ona işləri olduğunu, gecələr görüşməyə vaxtı olduğunu demiş və ona təklif etmişdir ki, “Binə” ticarət mərkəzində düşsün özü avtobusla getsin. O, Elnura bildirmişdir ki, onu götürdüyü yerə düşürtsün. Elnur ona demişdir ki, “Qaradağ” şadlıq sarayının yanında düşürəcək, oradan avtobusla özü gedər. Onlar “Qaradağ” şadlıq sarayının yanına çatdıqda Elnur ondan maşında söhbət etmək üçün sakit yer tanıyıb-tanımadığını soruşmuşdur. O, belə bir yer tanımadığını demişdir. Elnur bu zaman maşını Lökbatan qəsəbəsində dağın yaxınlığında yerləşən qəbiristanlığa tərəf sürmüşdür. Onlar qəbiristanlığın içərisində olarkən maşını saxlamışdır. Elnur ona demişdir ki, burada bir az söhbət edək, gecə görüşərik. O, Elnura etiraz etmişdir ki, ətrafda adamlar var, burada nə söhbət etmək, nə də intim münasibətdə olmaq istəmir. Elnur maşını bir qədər də içəri sürüb ona cinsi orqanını ağzına almağı təklif etmişdir. Bu zaman oradan keçən maşına mane olduğu üçün maşını işə salıb həmin maşına yol verəsi olmuşdur. Elnur özünü itirdiyindən əlini rola qaldıran zaman əynində gödəkçənin sağ cibində pul olduğunu görmüş, fürsətdən istifadə edib dərhal əlini salıb həmin pulları götürmüşdür. Lakin həmin pulları Elnurun görməməsi üçün cibinə qoya bilməmişdir. O, götürdüyü pulları boğazında olan şərfin altında gizlətmişdir. Elnur bu zaman nəsə hiss etmiş və maşını saxlamışdır. Maşını saxlayıb əlini cibinə atıb pulun yerində olmadığını görmüş, daha sonra şalvarının ciblərini və maşını axtarmışdır. Pulu tapmadıqda ona pulu götürdüyünü və qaytarmağını bildirmişdir. O, pul götürmədiyini demişdir. Həmin vaxt Elnur onun ciblərini, üstünü yoxlamış və görmüşdür ki, pul yoxdu. Bundan sonra Elnur maşını işə salıb, 10-cu polis bölməsinə sürmüşdür. Elnur düşüb növbətçi hissəyə yaxınlaşanda o, imkan tapıb qaçmış və rəfiqəsigilə getmişdir. Rəfiqəsigildə olanda oğurladığı pulu saydıqda 175 manat olduğunu bilmişdir. Həmin pullar 1 ədəd 50 manatlıq, 5 ədəd 20 manatlıq, 4 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq əskinazlar olmuşdür. O, daha sonra əməlindən peşman olub, 10 mart 2022-ci il tarixdə həmin şəxsi tapıb pulunu qaytarmışdır və 11 mart 2022-ci il tarixdə 10-cu Polis Bölməsinə gəlmişdir. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, Elnur yalan danışır, o, etdiyi oğurluq əməlini səmimi etiraf edir, həmin məbləğ onun işini nə yüngülləşdirir, nə də ağırlaşdırır. Elnurun cibindən götürdüyü pul 175 manat olmuşdur. Həmçinin həmin pulların içində 1 ədəd ödəniş qəbzi də olmuşdur. O, həmin pulu öz şəxsi ehtiyacları üçün istifadə etmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əməldən çox peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. “Kia Rio” markalı **-PC-*** dövlət qeydiyyat nişanlıo avtomobili lizinqlə etibarnamə əsasında idarə edir. Hal-hazırda Lökbatan bazarında göyərti alveri ilə məşğul olur, mağazalara göyərti çatdırır. xx.xx.2022-ci il tarixdə saat təxminən 11:30 radələrində Lökbatan qəsəbəsində 233 nömrəli məktəbin yaxınlığından keçərkən bir nəfər tanımadığı qadın maşına əl etdiyi üçün saxlamışdır. Həmin qadın ona şəhərə taksi kimi aparmağını təklif etmiş, o, qadından pulu olub-olmadığını soruşmuşdur. Həmin qadın ona rəfiqəsinin evinə getdiyini, pulu rəfiqəsinin verəcəyini demişdir. O, Lökbatan dairəsinə gedəcəyini demiş, həmin qadın onunla razılaşıb maşına əyləşmiş və yola düşmüşlər. Yolda həmin qadın Lökbatan MKİS-ə girib çıxmışdır. Bundan sonra o, hiss etmişdir ki, bu qadın normal biri deyil. Buna görə də yolun üstündə Lökbatan dairəsində dönər evinə göyərti verdikdən sonra həmin qadına işi çıxdığını, orada düşüb avtobusla getməyini bildirmişdir. Lakin həmin qadın onunla razı olmamış, götürdüyü yerə düşürtməyi istəmişdir. O, Lökbatan qəsəbəsinə sürüb, “Qaradağ” şadlıq sarayının yanında saxlamışdır ki, düşüb avtobusla getsin və 1 manat da pul vermişdir. Lakin həmin qadın ona polis bölməsinin yanına aparmağı istəmiş və ona KATV deyilən yerin yanı ilə sürməyini bildirmişdir. Oradan keçəndə maşınlar çox olduğundan fikri qarışmış və həmin vaxt yanında oturan qadının cibinə girdiyini hiss etmişdir. Qeyd etmişdir ki, gödəkçəsinin sağ yan cibində 335 manat nağd pul və ödəniş qəbzləri olmuşdur. O, hiss edən kimi qadından pulu qaytarmağını tələb etmişdir. Lakin həmin qadın ondan pul götürmədiyini demişdir. O, həmin qadınla razılaşıb polis bölməsinə tərəf sürmüşdür ki, polisə gedib həmin qadının ondan oğurluq etdiyini bildirsin və pulunu qaytarsın. Polis Bölməsinə çatdıqda o, həmin qadınla birlikdə maşından düşmüş və giriş qapısına yaxınlaşmış, polis əməkdaşlarını çağırmışdır ki, həmin qadını saxlasınlar. Lakin həmin qadın qəflətən qaçmağa başlamış və gözdən itmişdir. Bundan sonra o, 335 manat pulunun həmin qadın tərəfindən oğurlanması barədə şikayət ərizəsi yazmışdır. O, əlavə olaraq bildirmişdir ki, Gülnaz yalan danışır, onun cibindən 335 manat oğurlamışdır, o, Gülnaza cinsi münasibət təklif etməmişdir. Heç rəfiqəsini də tanımır. Oğurluq hadisəsi isə Gülnazın dediyi kimi deyil, Lökbatan qəsəbəsində KATV deyilən yerdən yuxarı qalxanda, təxminən Lökbatan qəbiristanlığının yanında olmuşdur, oğurluq nəticəsində mənə ümumilikdə 335 manat maddi ziyan dəymiş və maddi ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbindən aydın olur ki, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 11 mart 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 12 mart 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə 25 may 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və 07 iyun 2022-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Odur ki, Təqsirləndirilən şəxs bu günədək tutulduğu və həbsdə qaldığı 23 (iyirmi üç) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 25 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə qaldığı 23 (iyirmi üç) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 04 (dörd) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar