Məhkəmə qərarları › İş №1(002)-156/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-156/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-156/2023 23.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1971-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam ” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan və cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyanı yoxlamadan gizlətməklə ötürmək məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş əri X10 yoxlamadan gizlətməklə çatdırmaq məqsədilə həmin narkotik vasitə heroini, üzərində ***-***-**-** CSM nömrəsi olan 01 ədəd “Mini Nokia” markalı mobil telefon aparatını cinsiyyət orqanında, 01 ədəd elektrik qidalandırıcısını əynində olan paltonun boyun hissəsində gizlədərək xx.xx.2022-ci il tarixdə X8 yanına qısa müddətli görüşə gəlmiş, həmin gün saat 12:10-da Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 8 saylı X3 buraxılış məntəqəsində xüsusi ayrılmış otaqda müəssisə əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçilərkən cinsiyyət orqanından ağ sellofana bükülmüş vəziyyətdə təmiz çəkisi 0,487 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində ***-***-**-** CSM nömrəsi olan **********22872 imei kodlu 01 ədəd “Mini Nokia” markalı mobil telefon aparatı və əynində olan paltonun boyun hissəsindən 01 ədəd telefon elektrik qidalandırıcısı aşkar edilərək götürüldüyündən bilavasitə cinayət törətməyə yönəldilmiş əməlini öz şəxsi iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyaları yoxlamadan gizlətməklə ötürməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 29,317-1.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, X14 onun həyat yoldaşıdır. Aqil Baxşalıyev Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. O, bir neçə gün bundan əvvəl hazırlaşırmış ki, 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən əri Aqilin yanına görüşə getsin. Bununla bağlı o, ərzaq məhsulları almışdır.xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yerləşən Neftçilər metrostansiyasının yaxınlığında olarkən tanımadığı təxminən 25 yaşında cavan oğlan ona yaxınlaşıb narkotik vasitə heroin satdığını bildirmişdir. O, da həmin oğlandan bir büküm narkotik vasitə heroin almışdır ki, əri Aqilin yanına gedəndə ona verər. xx.xx.2022-ci il tarixdə o, iki gün əvvəl aldığı bir büküm narkotik vasitəni, 01 ədəd “Mini Nokia” markalı mobil telefon aparatını cinsiyyət orqanında gizlətmiş, elektrik qidalandırıcısını isə paltosunun boyun hissəsində gizlətmiş və əri Aqil Baxşalıyev üçün hazırladığı sovqatı götürüb yaşadığı evdən çıxıb Qaradağ rayonunda yerləşən 8 saylı Cəzaçəkmə müəssisəsinə getmişdir. 8 saylı Cəzaçəkmə müəssisəsinə çatanda təxminən saat 12.00 radələri olmuşdur. Cəzaçəkmə X1 xəbərdarlıq edilmişdir ki, üzərində və ya sovqatın içərisində qeyri qanuni əşya varsa məlumat versin. O, bildirmişdir ki, sovqatın içində və onun üzərində qeyri qanuni əşya yoxdur və iltizama imza etmişdir. X3 Buraxılış Məntəqəsində xüsusi ayrılmış otaqda qadın əməkdaş tərəfindən hal şahidlərinin iştirakı ilə üzərinə axtarış keçilərkən cinsiyyət orqanında gizlətdiyi bir ədəd sellofona bükülmüş bükümdə narkotik vasitə heroin, üzərində nömrə olan 01 ədəd mobil telefon aparatı, əynində olan paltonun boyun hissəsində gizlətdiyi elektrik qidalandırıcısı aşkar olunaraq götürülüb qablaşdırlmış və bu barədə protokol tərtib edilmişdir.Törətdiyi əməldən peşmandır. Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, 2019-cu il tarixdən 8 saylı Cəzaçəkmə müəssisində X15 nəzarətçisi vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə təxminən saat 11:30 radələrində müəssisənin 1 saylı rejim korpusunun 11 saylı kamerasında xüsusi rejimdə cəza çəkən məhkum X8 yanına həyat yoldaşı Təqsirləndirilən şəxs qısa müddətli görüşə gəlmişdir. Əvvəlcədən əldə olunmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaları Cəzaçəkmə müəssisəsinə keçirib məhkum Aqil Baxşalıyeva verəcəkmiş. Beləliklə Təqsirləndirilən şəxs Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlara qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinə görə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmiş və Təqsirləndirilən şəxs iltizama imza etmişdir. Həmin gün təxminən saat 12:10 radələrində o və müəssisənin TİTŞ-nin böyük inspektoru ədliyyə kapitanı Şahid2 hal şahidləri qismində dəvət edilmiş 8 saylı Cəzaçəkmə müəssisində mühasibatlıq şöbəsində mülki işçi olan Şahid6 və Şahid5 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə xüsusi ayrılmış otaqda axtarış keçirərkən tərəflərindən Təqsirləndirilən şəxs cinsiyyət orqanından bir ədəd sellofona bükülmüş büküm, üzərində nömrə olan 01 ədəd “Mini Nokia” markalı mobil telefon aparatı, əynində olan paltosunun boyun hissəsindən elektrik qidalandırıcısı aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Axtarış prosesi qurtardıqdan sonra Cəzaçəkmə müəssisəsinin əməliyyat bölməsnin rəisi, ədliyyə kapitanı Rüstəm Rüstəmov, Cəzaçəkmə müəssisəsinin Rəsin növbətçi köməkçisi ədliyyə mayoru Şahid4 və Cəzaçəkmə müəssisəsinin əməliyyat bölməsinin böyük inspektoru ədliyyə mayoru Şahid1 həmin otağa daxil olmuşlar, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm açılarkən həmin bükümdə qəhvəyi rəngdə spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Daha sonra hal şahidlərinin, müəssisənin əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə məhkəmə kimyəvi ekspertizasına göndərilməsi üçün narkotik vasitə heroinə bənzər maddə zərfə qoyularaq qablaşdırılmışdır. Həmçinin “Mini Nokia” markalı mobil telefon aparatı və elektrik qidalandırıcısı digər zərfə qoyualaraq qablaşdırılmış, bu barədə protokol tərtib edilmişdir. Protokol tərtib edilərkən baxışda iştirak edən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 8 saylı Cəzaçəkmə müəssisində əməliyyat bölməsinin böyük inspektoru vəzifəsində xidmət edir, rütbəsi ədliyyə mayorudur. xx.xx.2022-ci il tarixdə təxminən saat 11:30 radələrində müəssisənin 1 saylı rejim korpusunun 11 saylı kamerasında xüsusi rejimdə cəza çəkən məhkum X8 yanına həyat yoldaşı Təqsirləndirilən şəxs qısa müddətli görüşə gəlmişdir. Əvvəlcədən əldə olunmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaları Cəzaçəkmə müəssisəsinə keçirib məhkum Aqil Baxşalıyeva verəcəkmiş. Beləliklə Təqsirləndirilən şəxs Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlara qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinə görə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmiş və Təqsirləndirilən şəxs iltizama imza etmişdir. Həmin gün təxminən saat 12:10 radələrində xüsusi ayrılmış otaqda 8 saylı Cəzaçəkmə müəssisində TİTŞ-nin böyük inspektoru ədliyyə kapitanı Şahid2n Yunis qızı və 8 saylı Cəzaçəkmə müəssisində RNŞ-nin ədliyyə giziri X4 tərəfindən dəvət edilmiş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilərkən onun cinsiyyət orqanından bir ədəd sellofona bükülmüş büküm, üzərində nömrə olan 01 ədəd “Mini Nokia” markalı mobil telefon aparatı, əynində olan paltosunun boyun hissəsindən elektrik qidalandırıcısı aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Axtarış prosesi qurtardıqdan sonra Cəzaçəkmə müəssisəsinin əməliyyat bölməsnin rəisi, ədliyyə kapitanı Rüstəm Rüstəmov, Cəzaçəkmə müəssisəsinin Rəsin növbətçi köməkçisi ədliyyə mayoru Şahid4 və o özü həmin otağa daxil olmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm açılarkən həmin bükümdə qəhvəyi rəngdə spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Daha sonra hal şahidlərinin, müəssisənin əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə məhkəmə kimyəvi ekspertizasına göndərilməsi üçün narkotik vasitə heroinə bənzər maddə zərfə qoyularaq qablaşdırılmışdır. Həmçinin “Mini Nokia” markalı mobil telefon aparatı və elektrik qidalandırıcısı digər zərfə qoyualaraq qablaşdırılmışdır, bu barədə protokol tərtib edilmişdir. Protokol tərtib edilərkən baxışda iştirak edən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 8 saylı Cəzaçəkmə müəssisəsinin Mühasibatlıq bölməsinin mühasib-xəzinədarı vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə təxminən saat 12.00 radələrində onu Cəzaçəkmə müəssisəsinin əməkdaşları X7 dəvət etmişlər. Orada ona bildirilmişdir ki, müəssisənin 1 saylı rejim korpusunun 11 saylı kamerasında xüsusi rejimdə cəza çəkən, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunaraq 10 il azadlıqdan məhrum edilmiş məhkum X8 yanına həyat yoldaşı Təqsirləndirilən şəxs qısa müddətli görüşə gəlmişdir, Təqsirləndirilən şəxs üzərinə axtarış keçiriləcəkdir və ona təklif olunmuşdur ki, o, hal şahidi kimi iştirak etsin. O, da hal şahidi kimi iştirak etməyinə etiraz etməmişdir. Həmin gün təxminən saat 12:10 radələrində xüsusi ayrılmış otaqda 8 saylı Cəzaçəkmə müəssisində X16 Şöbəsinin böyük inspektoru ədliyyə kapitanı Şahid2 və 8 saylı Cəzaçəkmə müəssisində X15 nəzarətçisi ədliyyə giziri X4 tərəfindən onun və hal şahidi olaraq dəvət edilmiş Şahid6 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilərkən onun cinsiyyət orqanından bir ədəd sellofona bükülmüş büküm, üzərində nömrə olan 01 ədəd “Mini Nokia” markalı mobil telefon aparatı, əynində olan paltosunun boyun hissəsindən elektrik qidalandırıcısı aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Axtarış prosesi qurtardıqdan sonra Cəzaçəkmə müəssisəsinin əməliyyat bölməsnin rəisi, ədliyyə kapitanı Rüstəm Rüstəmov, Cəzaçəkmə müəssisəsinin X12, ədliyyə mayoru Şahid4 və Cəzaçəkmə müəssisəsinin əməliyyat bölməsinin böyük inspektoru ədliyyə mayoru Şahid1 həmin otağa daxil olmuşlar, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm açılarkən həmin bükümdə qəhvəyi rəngdə spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Daha sonra onun, digər hal şahidinin, müəssisənin əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə məhkəmə kimyəvi ekspertizasına göndərilməsi üçün narkotik vasitə heroinə bənzər maddə zərfə qoyularaq qablaşdırılmışdır. Həmçinin “Mini Nokia” markalı mobil telefon aparatı və elektrik qidalandırıcısı digər zərfə qoyualaraq qablaşdırılmış, bu barədə protokol tərtib edilmişdir. Protokol tərtib edilərkən baxışda iştirak edən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazıyeva X6 Təranə İsif qızı ilə eyni məzmunlu ifadə verib Şahid5 ifadəsində göstərdiklərini təsdiqləmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:10 radələrində 8 saylı Cəzaçəkmə müəssisində xüsusi ayrılmış otaqda 8 saylı Cəzaçəkmə müəssisinin X16 Şöbəsinin böyük inspektoru ədliyyə kapitanı Şahid2 və 8 saylı Cəzaçəkmə müəssisində X15 nəzarətçisi ədliyyə giziri X4 tərəfindən hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun cinsiyyət orqanından bir ədəd sellofona bükülmüş büküm, üzərində ***-***-**-** CSM nömrəsi olan 01 ədəd “Mini Nokia” markalı mobil telefon aparatı, əynində olan paltosunun boyun hissəsindən elektrik qidalandırıcısı (adabtor) aşkar olunaraq götürülmüş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm açılarkən həmin bükümdə qəhvəyi rəngdə spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/7168 nömrəli arayışından görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 8 saylı cəzaçəkmə müəssisəsi Zərflər üçün” dairəvi möhür əksləri olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,487 qram olan açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/56 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 8 saylı cəzaçəkmə müəssisəsi Zərflər üçün” yazı və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,437 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-ci il tarixli 98 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı Narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Baxşalıyeva X5 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müailicəyə ehtiyacı yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,487 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd daxilində ***-***-**-** CSM nömrəsi olan “Mini Nokia” markalı mobil telefon aparatı və 01 ədəd elektrik qidalandırıcısı maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,387 qram narkotik vasitə heroin, 01 ədəd daxilində ***-***-**-** CSM nömrəsi olan “Mini Nokia” markalı mobil telefon aparatı və 01 ədəd elektrik qidalandırıcısı saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ-nin MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnun törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1 və 29, 317-1.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdır Təqsirləndirilən şəxsnun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş üzrə 143 (bir yüz qırx üç) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonrakı qalıq çəkisi 0,387 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd daxilində ***-***-**-** CSM nömrəsi olan “Mini Nokia” markalı mobil telefon aparatı və 01 ədəd elektrik qidalandırıcısı dövlət nəfinə müsadirə edilməlidir. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 32 (otuz iki) saata görə 192 (bir yüz doxsan iki) manat məbləğində pul X11, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırması cəzasına, CM-nin 29,317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona təyin edilmiş aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası 06 (altı) ay azadlığın məhdudlaşdırması cəzasına hesablansın və CMnin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qızna 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırması cəzası saxlanılsın. Barəsində seçilmiş “ başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İş üzrə 65 (altmış beş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonrakı qalıq çəkisi 0,387 qram narkotik vasitə heroin məhv edilsin, 01 ədəd daxilində ***-***-**-** CSM nömrəsi olan “Mini Nokia” markalı mobil telefon aparatı və 01 ədəd elektrik qidalandırıcısı dövlət nəfinə müsadirə edilsin. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 32 (otuz iki) saata görə 192 (bir yüz doxsan iki) manat məbləğində pul X11 məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar