Məhkəmə qərarları › İş №1(002)-156/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-156/2024

29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-156/2024 29.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 13 il 02 ay 01 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 13 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hal-hazırda Penitensiar Xidmətin 8 X1 cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cəza çəkdiyi 8 X1 “Cəzaçəkmə müəssisələrinin X3” ilə qadağan olunmuş əşya olan, işlək vəziyyətdə, daxilində danışıq kartı olmayan 01 ədəd sensor ekran və “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Xiaomi Redmi” markalı, “**********09512/02, **********09520/02” İMEİ kodlu mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş, istifadə etmiş və xx.xx.2023-cü il tarixdə, saat 10:50-də Penitensiar Xidmətin 8 X2 1-ci rejim korpusunun 11 saylı kamerasında müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış tədbiri zamanı ona məxsus yataq yerində, yastığın içərisində gizlədilmiş həmin mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş və ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 10:50-də ona məxsus yataq yerində, yastığın içərisində gizlədilmiş, mobil telefon aparatını uzun müddət əvvəl müəssisənin ərazisindən taparaq, istifadə etmək məqsədilə özündə saxlamış, hərdən onun vasitəsilə yaxınları ilə danışıqlar aparmış, həmin mobil telefon aparatından məhkum yoldaşlarından heç kimin xəbəri olmamışdır. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, əvvəlki hökm üzrə çəkilməmiş cəzasının müddətini nəzərə alaraq, ona aşağı həddə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs əməli məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübut, axtarış və götürmə protokolu, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 8 X2 əməliyyat bölməsinin inspektoru Şahid4 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 10:50-də Penitensiar Xidmətin 8 X2 1-ci rejim korpusunun 11 saylı kamerasında müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı, həmin kamerada xüsusi rejimdə saxlanılan və cəza çəkən məhkum Təqsirləndirilən şəxs məxsus yataq yerində, yastığın içərisində gizlədilmiş, işlək vəziyyətdə, daxilində danışıq kartı olmayan 01 ədəd “Xiaomi Redmi” markalı, “**********09512/02, **********09520/02” İMEİ kodlu mobil telefon aparatı aşkar edilərək götürülmüş, qadağan edilmiş əşyanın aşkar olunması ilə əlaqədar müəssisə əməkdaşlarının, şahidlərin və Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edərək mobil telefon aparatı qablaşdıraraq protokola əlavə edilmiş, protokolla bütün iştirakçılar tanış olaraq doğruluğunu imzalarla təsdiqləmişlər. Təqsirləndirilən şəxs həmin mobil telefon aparatını uzun müddət əvvəl müəssisənin ərazisində taparaq, istifadə etmək məqsədilə özündə saxladığını bildirmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 8 X2 əməkdaşları Şahid2 və Şahid3 öz ifadələrində ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək Penitensiar Xidmətin 8 X2 əməliyyat bölməsinin inspektoru Şahid4 ilə eyniməzmunlu ifadələr vermişlər. Şahid Penitensiar Xidmətin 8 X2 əməkdaşı Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Penitensiar Xidmətin 8 X2 əməkdaşı Şahid1 həmin müəssisənin digər əməkdaşları ilə eynizməmunlu ifadə vermişdir. Şahid5 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində: öz istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsilə məhkum Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində istifadə etdiyi, "xxxx" MMC operatoruna məxsus ***-***-**-** nömrəli mobil telefonla müxtəlif vaxtlarda danışıqlar apardıqlarını bildirmişdir. Şahid6 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsilə yaxın dostu və həmyerlisi Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində istifadə etdiyi, "xxxx" MMC operatoruna məxsus 050.659-97-23 nömrəli mobil telefonla müxtəlif vaxtlarda danışıqlar apardıqlarını bildirmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsində fakt üzrə Azərbaycan Respublikasının CM-nin 317- 2.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. Cinayət işinin 5-6-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli axtarış və götürmə haqqında protokoldan görünür ki, 04 oktyabr 2023-cü il tarixdə saat təxminən 10:50-də müəssisənin əməkdaşları tərəfindən 1-ci rejim korpusunun 11 saylı kamerasında qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman Təqsirləndirilən şəxs məxsus yataq yerindəki yastığın içərisində gizlədilmiş işlək vəziyyətdə daxilində danışıq kartı olmayan 1 ədəd Redmi markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 10-12-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən və cinayət işinin 50-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 13 il 02 ay 01 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 13 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış və cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Cinayət işinin 13-15-ci vərəqələrində olan 8 saylı cəzaçəkmə müəssisəsi tərəfindən təqdim olunmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunan məhkum kimi əks olunur. Cinayət işinin 28-29-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirinin “Cəzaçəkmə müəssisələrinin X3”nın təsdiq edilməsi barədə 19 noyabr 2010-cu il tarixli 16-T saylı əmrinin 11-ci əlavəsinin çıxarışından görünür ki, mobil telefon məhkumlara qadağan olunmuş əşyaların siyahısına aiddir. Cinayət işinin 36-38-ci vərəqələrində olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 noyabr 2023-cü il tarixli, “5/1540” nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sensor ekranlı “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Xiaomi Redmi” markalı mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Xiaomi Redmi” markalı mobil smartfonun “ımeı” kodunu və modelini müəyyən etmək mümkün olmadı. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Xiaomi Redmi” markalı mobil smartfonun “Kontaktlar” “Telefon” “Mesajlar” “Qalereya” bölmələrində smartfona quraşdırılmış “Whatsapp” proqram təminatında və “Facebook” sosial şəbəkəsinə aid proqram təminatında hər hansı bir məlumatın olub-olmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Xiaomi Redmi” markalı mobil smartfonun funksional təyinatı üzrə istifadəyə yararlı olub-olmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Cinayət işinin 35-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertizanın xərci 80 (səksən) manat təşkil edir. Cinayət işinin 73-74-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 76-77-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 100-101-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 115-ci vərəqəsində olan qərardan görünür ki, 01 ədəd sensor ekran və Android əməliyyat sistemi ilə təchiz olunmuş Xiaomi Redmi markalı **********09512/02, **********09520/02 İMEİ kodlu mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasına dair qərardan görünür ki, Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 8 X1 cəzaçəkməsi nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi - altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs un əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hökmü ilə ona təyin edilmiş cəzasını tam çəkməmişdir. O, cəzasını çəkməmiş yenidən qəsdən cinayət törətsə də törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edildiyindən məhkəmə hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarına görə, Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə uyğun təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ona hazırki hökmlə təyin edilmiş cəza Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 13 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 12 il 05 ay 09 gün hissəsinə qismən birləşdirilməklə qəti cəza təyin edilməli, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut 01 ədəd sensor ekran və Android əməliyyat sistemi ilə təchiz olunmuş Xiaomi Redmi markalı **********09512/02,**********09520/02 İMEİ kodlu mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 80 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 13 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 12 il 05 ay 09 gün hissəsinə qismən birləşdirilməklə ona, qəti olaraq 12 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 29 aprel 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut 01 ədəd sensor ekran və Android əməliyyat sistemi ilə təchiz olunmuş Xiaomi Redmi markalı **********09512/02,**********09520/02 İMEİ kodlu mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 80 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar