Məhkəmə qərarları › İş №1(002)-158/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-158/2021

27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-158/2021 27.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Ermənistan Respublikası Amasiya rayonu Güllübulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddəni əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 13.01.2021-ci il tarixdə saat 19:20-də Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Cırtdan” parkın qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu polis bölməsinin inzibati binasına gətirilərək dəvət olunmuş müdafəçinin iştirakı ilə həmin gün saat 20:35 radələrində üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan kiçik (xırda əşyalar üçün nəzərdə tutulan) cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,177 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, 20 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 18:00 radələrində ünvan 2 ünvanının qarşısında saxlanılıb, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilərək həmin gün saat 19:00 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılarkən əynindəki tünd boz rəngli şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızından olan bükülüdə ümumi təmiz çəkisi 0,283 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib, sənədləşdirilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 il olar ki, narkotik vasitə heroini inyeksiya yolu ilə, yəni şpris vasitəsilə damarına vurmaqla qəbul etmişdir. Bəzi hallarda heroini psixotrop maddə metamfetamin ilə qarışdırıb şpris vasitəsilə damarına vurmuşdur. 12.01.2020-ci il tarixdə təxminən saat 15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində Fərid kimi üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 25 (iyirmi beş) manata siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd bükümdə narkotik vasitə heroin almış, Fərid adlı şəxs ona hədiyyə olaraq 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə “şüşə” yəni psixotrop maddə metamfetamin vermişdir. O, aldığı narkotik vasitə heroin və psixotrop maddə metamfetmini şəffaf selofanın içərisinə qoymuş, daha sonra həmin sellofanı da əynindəki qara rəngli cins şalvarının sağ kiçik cibinə qoymuşdur. Həmin gün narkotik vasitə heroindən istifadə etməyə əlverişli şərait olmadığı üçün istifadə etməmişdir. 13.01.2021-ci il tarixdə saat 19:20-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Cırtdan” parkın qarşısından keçərkən üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb öz xidməti vəsiqələrini təqdim edərək 10-cu PB-nin əməkdaşları olduqlarını bildirdikdən sonra ondan adını və soyadını soruşmuşlar. O, polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu 10-cu PB-nə gətirmişlər. 10-cu PB-nin inzibati binasında otaqların birində onun hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuş, hüquq və vəzifələri izah olunmuş, bundan sonra vəkilinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoyması təklif edilmişdir. O, əynindəki qara rəngli şalvarının qəpiklər üçün nəzərdə tutulmuş sağ tərəf yan kiçik cibindən içərisində bir ədəd qızılı rəngli, digəri isə gümüşü rəngli kağız büküm olan sellofanı çıxarıb masanın üzərinə qoyaraq bildirmişdir ki, qızılı rəngli kağız bükümün içərisindəki “kakos” yəni, narkotik vasitə heroin, gümüşü rəngli kağız bükümün içərisindəki “şüşə” yəni, psixotrop maddə metamfetamindir. 12.01.2020-ci il tarixdə təxminən saat 15 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində Fərid kimi üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 25 (iyirmi beş) manata 01 büküm narkotik vasitə heroini almış, 01 büküm psixotrop maddə metamfetamini isə Fərid adlı şəxs ona hədiyyə etmişdir. Həmin bükümlər açıldıqda qızılı rəngli kağız bükümün içərisindən qəhvəyi rəngli, toz şəklində, iysiz narkotik vasitə heroin, gümüşü rəngli kağız bükümün içərisində ağ rəngli, toz şəklində psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış aparılmış və üzərindən hər hansı bir əşya aşkarlanmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərfin üzərinə və protokola imza etmişlər. Həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ona məxsus olmuşdur, öz istifadəsi üçün əldə etmiş, həmin maddələri satmaq və ya pay vermək kimi niyyəti olmamışdır. O. həmin cinayətə görə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün prokuror qarşısında vəsatət qaldırılmış, lakin prosessual rəhbərliyi həyata keçirən prokuror 15 yanvar 2021-ci il tarixdə vəsatətin rədd olunması haqqında qərar qəbul etmişdir. Bundan sonra barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş və o, həbsdən azad olunaraq sərbəst buraxılmışdır. Bundan başqa 19 yanvar 2021-ci ilin tarixdə təxminən saat 19-21 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində adını bilmədiyi, lakin əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı şəxslə görüşmüş, həmin şəxs ona bir ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroini 20 manat müqabilində satmışdır. O, həmin maddəni əynindəki boz rəngli şalvarın sol yan cibinə qoyub, yaşadığı Lökbatan qəsəbəsinə gəlmişdir. Həmin narkotik vasitənin az hissəsini istifadə etmişdir. 20.01.2021-ci il tarixdə təxminən saat 18 radələrində yaşadığı evin yanında 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq, polis əməkdaşları kimi özlərini təqdim etmiş və onu 10-cu Polis Bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 10-cu Polis Bölməsinə gəlmişdir. Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğu bildirilmiş, hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili X2 ona təqdim edilmişdir. Bundan sonra üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxış keçirilməmişdən əvvəl ondan hüquq və vəzifələrinin aydın olub-olmaması, müdafiəçisinə dair hər hansı bir etirazının olub-olmaması və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olub-olmaması soruşulmuşdur. O, hüquq və vəzifələrinin aydın olduğunu, müdafiəçisinə dair hər hansı bir etirazının olmadığını və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olmadığını bildirdikdən sonra üzərinə axtarış keçirilmişdir. Həmin vaxt ilk olaraq, ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olubolmaması soruşulmuş, o, könüllü olaraq, əynindəki boz rəngli şalvarın sol yan cibində olan bir ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan “kakos” adlanan narkotik vasitə heroini çıxarıb, masanın üzərinə qoyaraq, həmin maddənin “kakos” adlanan narkotik vasitə heroin olduğunu, özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 2021-ci ilin yanvar ayının 19-da Əhmədli qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını, həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa üzərindən 4 manat pul, bir ədəd kibrit və bir ədəd siqaret qutusu aşkar olunmuş və özünə qaytarılmışdır. Sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar maddə isə zərfə qoyularaq 222 saylı möhürlə möhürlənmiş, daha sonra isə bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və protokola özü və baxışda iştirak edən digər şəxslər birlikdə imzalarını etmişlər. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, narkomaniya xəstəliyinə düçar olduğunu, bir daha belə hallara yol verməyəcəyini və himayəsində baxılmağa ehtiyacı olan xəstə anasının olduğunu nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin sentyabr ayından xidmət aparır. 13.01.2021-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin qəbulu, daşınması ilə məşğul olması, ara-sıra üzərində narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin saxladığı üçün bu əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə Şahid3 Qaradağ RPİ-nin 10-cu PB-nin rəisinə raportla müraciət etmiş və məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra Şahid3 rəhbərliyi altında o və Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat tədbiri həyata keçirilməzdən əvvəl Şahid3 tərəfindən davranış xətti izah olunmuşdur. 13 yanvar 2021-ci il tarixdə saat 19:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Cırtdan” parkın yaxınlığında bir nəfər zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə üst-üstə düşən şəxs olduğu müəyyən edilmiş, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, ondan adını, soyadını və atasının adını soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu bildirilərək, Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmişdir. X5 Həsənov tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq məruzə olunmuş, daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, video çəkiliş Şahid3 tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ kiçik, xırda əşyalar üçün nəzərdə tutulan cibindən ağ sellofan torba çıxarıb masanın üzərinə qoymuş, həmin torbanın içərisindən biri qızılı rəngli, digəri isə gümüşü rəngli olan iki ədəd kağız büküm çıxarıb, qızılı rəngli bükümdə olan qəhvəyi rəngli maddənin “kakos”, gümüşü rəngli bükümdə olan ağ raəngli maddənin isə “amfetamin” olduğunu, 12 yanvar 2021-ci il tarixdə saat 15 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində “Fərid” adlı şəxsdən 25 manata özünün istifadəsi üçün aldığını, gümüşü rəngli bükümdə olan “amfetamin”i isə “Fərid”in ona pay verdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən yaşıl rəngli alışqan, 01 ədəd siqaret, “Prestigio”markalı mobil telefon, 5 manat pul aşkar edilmiş və şəxsə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaretin qızılı kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra 20.01.2021-ci il tarixdə yenidən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, ev 72 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin və psixotrop maddə metamfetaminin qəbulu, daşınması ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə o, Qaradağ RPİ-nin 10-cu PB-nin rəisinə raportla müraciət etmiş və məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra onun rəhbərliyi altında PBnin əməliyyat müvəkkilləri Şahid1 və Şahid4 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat tədbiri həyata keçirilməzdən tərəfindən davranış xətti izah olunmuşdur. 20 yanvar 2021-ci il tarixdə saat 18:00 radələrində ünvan 2 ünvanının qarşısında Təqsirləndirilən şəxs müəyyən edilmiş, ona yaxınlaşaraq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək, Qaradağ RPİ-nin 10-cu PB-nə gətirmişdir. Polis Bölməsində tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq məruzə olunmuş, daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə xidməti otaqda onun üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Video çəkiliş Şahid4 tərəfindən aparılmış, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sol yan cibindən gümüşü rəngli bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükülü açılarkən içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroin olduğunu, 19.01.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində tanımadığı şəxsdən 20 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 01 ədəd kibrit qutusu, 01 ədəd siqaret və 4 manat pul aşkar edilmiş və özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaretin qızılı kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, o, 2013-cü il tarixdən DİO-da, 2020-ci ilin mart ayından isə hal-hazırda tutduğu vəzifədə xidmət aparır. 13.01.2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin qəbulu, daşınması ilə məşğul olması, ara-sıra üzərində narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin saxlanması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədilə o, Qaradağ RPİ-nin 10-cu PB-nin rəisinə raportla müraciət etmiş və məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra onun rəhbərliyi altında Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat tədbiri həyata keçirilməzdən əvvəl tərəfindən davranış xətti izah olunmuşdur. 13 yanvar 2021-ci il tarixdə saat 19:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Cırtdan” parkın yaxınlığında bir nəfər şəxsin zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə üst-üstə düşən şəxs olduğunu müəyyən edilmiş və həmin şəxsə yaxınlaşaraq özlərini ona təqdim etmişlər və sonuncunun şəxsiyyətini müəyyənləşdirmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və onlar tərəfindən Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu bildirilərək Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmiş və onlarla birlikdə polis bölməsinə gəlmişdir. PB-də bu barədə müvafiq raport tərtib olunaraq məruzə olunmuş, daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, video çəkiliş Şahid3 tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ kiçik (xırda əşyalar üçün nəzərdə tutulan) cibindən ağ sellofan torba çıxarıb masanın üzərinə qoymuş, həmin torbanın içərisindən biri qızılı rəngli, digəri isə gümüşü rəngli olan iki ədəd kağız bükümü çıxarıb, qızılı rəngli bükümdə olan qəhvəyi rəngli maddənin “kakos”, gümüşü rəngli bükümdə olan ağ rəngli maddənin isə metamfetamin olduğunu, 12 yanvar 2021-ci il tarixdə saat 15 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində “Fərid” adlı şəxsdən 25 manata özünün istifadəsi üçün aldığını, gümüşü rəngli bükümdə olan metamfetamini isə “Fərid”in ona pay verdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən yaşıl rəngli alışqan, 01 ədəd siqaret, “Prestigio” markalı mobil telefon, 5 manat pul aşkar edilmiş və həmin şəxsə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaretin qızılı kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 və Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəmə iclasının yeri və vaxtə barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclaslarına gəlməmişlər. Şahid4 və Şahid1 hər biri ayrı ayrılqda məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə şahidlər Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 və Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəmə iclasında iştirak etməmələrini nəzərə alaraq, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmiş, habelə şahidlərin hazırki məhkəmə iclasında dindirilmiş digər Şahid2 ifadəsinə oxşar ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında 20 yanvar 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 12, 26) Şəxsi axtarış və götürmə aparılması haqqında 20 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Orxan Rüstəmov könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim edilməsi təklif edilmiş və o, könüllü olaraq əynində olan tün boz rəngli şalvarının sol yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açılarkən içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Orxan Rüstəmov həmin maddənin narkotik vasitə hesab edilən heroin olduğunu, 19.01.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa Orxan Rüstəmovun üzərindən bir ədəd kibrit qutusu, bir ədəd siqaret qutusu və dörd manat pul aşkar olunmuşdur. Pullar O.Rüstəmova geri qaytarılmış və üzərindən aşkar edilərək götürülmüş 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırıldı, 222 saylı möhürlə möhürləndir, bağlamanın üzəri iştirakçılar tərəfindən imzalandı. (i.v. 29-30) Təqsirləndirilən şəxs üzərində axtarış və baxış keçirilməsi video görüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir və məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2021-ci il tarixli, 6/253 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün № 222” möhür əksi, “Vət. Orxan Rüstəmovun üzərindən aşkar olunmuş...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,283 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin ümumi təmiz çəkisi – 0,283 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq – 0,233 qram. Ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat, doxsan qəpik) manat təşkil edir. (i.v. 36-39) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 yanvar 2021-ci il tarixli, 4(002)- 18/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 20 yanvar 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 70-71) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 22.01.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 72) Cinayət işlərinin bir icraatda birləşdirilməsi və icraata qəbul edilməsi haqqında 23 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi həmin Məcəllənin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək icraata qəbul edilməklə cinayət işinin istintaqı ********* statistik nömrəsi altında aparılması qərara alınmışdır. (i.v. 78-79) Şübhəli şəxsin tutulması haqqında 13 yanvar 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 96, 110) Şəxsi axtarış və götürmə aparılması haqqında 13 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Orxan Rüstəmov könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim edilməsi təklif edilmiş və o, könüllü olaraq əynində olan qara rəngli şalvarının sağ kiçik (xırda əşyalar üçün nəzərdə tutulan) cibindən ağ sellofan torba çıxarıb masanın üzərinə qoymuşdur. Həmin sellofan torbanın içərisindən biri qızılı rəngli, digəri isə gümüşü rəngli olan iki ədəd kağız büküm çıxarmışdır. Qızılı rəngli büküm açılarkən içərisindən qəhvəyi rəngli, toz şəklində, iysiz narkotik vasitəyə oxşar kütlə, gümüşü rəngli büküm açıldıqda isə içərisində ağ rəngli, toz şəklində narkotik vasitəyə bənzər kütlə aşkar olundu. Təqsirləndirilən şəxs qızılı rəngli bükümdə olan kütlənin narkotik vasitə olan “kakos” (heroin) olduğunu, gümüşü rəngli bükümdə isə “amfetamin” narkotik vasitə olduğunu bildirdi. Həmin içərisində deməsinə görə “kakos” olan qızılı rəngli bükümü bir-iki dəfə gördüyü, üzdən tanıdığı İlkin adlı taksi sürücüsü vasitəsilə tanış olduğu Fərid adlı şəxsdən 12 yanvar 2021-ci il tarixdə saat 15:00 radələrində Sahil qəsəbəsində 25 manata aldığını, deməsinə görə içərisində “amfetamin” kütləsi olan gümüşü rəngli kağız bükümü isə həmin şəxsin ona hədiyyə etdiyi (pulsuz verdiyini) bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən yaşıl rəngli alışqan, bir ədəd siqaret, “Prestigio” markalı mobil telefon, 05 manat pul aşkar olunmuş və pul şəxsə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində 02 ədəd kağız büküm olan sellofan torba zərfə qoyularaq qablaşdırıldı, 222 saylı möhürlə möhürləndir, bağlamanın üzəri iştirakçılar tərəfindən imzalandı. (i.v. 113-114) Təqsirləndirilən şəxs üzərində axtarış və baxış keçirilməsi video görüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir və məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2021-ci il tarixli, 6/162 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün № 222” möhür əksi, “Vət. Orxan Rüstəmovun üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,018 qram olan ağ rəngli kristalşəkilli kütlə ksutar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,177 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə Heroin “Azəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin ümumi təmiz çəkisi – 0,177 qram, tədqiqata sərf olundu – 0,04 qram, qalıq – 0,137 qram. Metamfetaminin təmiz çəkisi -0,018 qram, tədqiqata sərf olundu – 0,012 qram, qalıq – 0,6 qram. Ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat, doxsan qəpik) manat təşkil edir. (i.v. 121- 124) Təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında 15 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilməsinə dair 15 yanvar 2021-ci il tarixli vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi və onun müvəqqəti saxlama yerindən azad olunması qərara alınmışdır. (i.v. 151-152) Qətimkan tədbiri seçilməsi barədə 15 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 153-154) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X6-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının 01 fevral 2021-ci il tarixli, 294 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 174-175) Sübutların qiymətləndirilməsi barədə 22 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yeni ittiham elan edilmişş və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,283 qram 01 ədəd bükümdə olan narkotik vasitə - heroin, təmiz çəkisi 0,177 qram 01 ədəd bükümdə olan narkotik vasitə - heroin və təmiz çəkisi 0,018 qram 01 ədəd bükümdə olan psixotrop maddə - metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin heroinin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi – 0,233 qram 01 ədəd bükümündə olan heroin, 0,137 qram 01 ədəd bükümündə heroin və 0,06 qram 01 ədəd bükümündə olan metamfetamin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminin təmiz çəkisi 0,018 qram olmaqla şəxsi istehlak miqdarından artıq olmadığı müəyyən edildiyindən həmin xüsusat üzrə cinayət təqibinə hissəvi xitam verilmişdir. (i.v. 181-192) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin, «Psixotrop maddələr» adlı İİ siyahının 67ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi nəzərdə tutulmuş cinayəti iki dəfə törətməsi cinayətin təkrarçılığını yaradır və bu hal, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ağırlaşdıran hal kimi müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən Bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə görə cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal hesab edilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, cəzanın fərdiləşdirilməsi prinsipini, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə örə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanın fərdiləşdirilməsi prinsipini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətin təkrar törədilməsi CM-61.1.1) nəzərə alınmaqla ona ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, onun ibtidai istintan dövründə 13 yanvar 2021-ci il tarixdən 15 yanvar 2021-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət, 20 yanvar 2021-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı müddət nəzərə alınmalı (CPM-158.2.1), cəzaçəkmə müddətinin başlanğıcı 20 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin və psixotrop maddənin qalığı məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası CinayətMəcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcələəsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 45 (qırx beş) iş saatı və müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 işə qoşularaq 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişlər. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 20 (iyirni) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ğoğluna ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 270 (iki yüz yetmiş) manat məbləğində, 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 90 (doxsan) manat məbləğində və məhkəmədə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 yanvar 2021-ci il tarixdən 15 yanvar 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 20 yanvar 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitənin qalığı 0,233 qram 01 ədəd bükümündə olan heroin, 0,137 qram 01 ədəd bükümündə heroin və psixotrop maddənin qalığı 0,06 qram 01 ədəd bükümündə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 219,80 (iki yüz on doqquz manat, səksən qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 270 (iki yüz yetmiş) manat məbləğində, 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 90 (doxsan) manat məbləğində və məhkəmədə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Haki: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar