Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-158/2024 05.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1976-cı ildə Saatlı rayonu, Məmmədabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir azyaşlı uşağı olan), işləməyən, Şirvan şəhər Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 03 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Surxanı Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 03 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Saatlı rayonu, Şirinbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirmək məqsədi ilə 25 okyabr 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinin avtodayanacağında X4 məxsus **-BX-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobilin yük yerini vintaçanla açaraq oradan ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 məxsus, çantada qablaşdırılmış müxtəlif adda və dəyərdə parfümeriyalar, yataq dəstləri və geyim əşyalarından ibarət ümumilikdə 1400 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirmək məqsədi ilə 29 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzində 7A nömrəli sıranın avtodayanacağında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz ünvanda yaşayan Zərərçəkmiş şəxs1 məxsus **-OX-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobilin yük yerini vintaçanla açaraq sonuncunun avtomobilin yük yerinə qoymuş olduğu müxtəlif adda və dəyərdə paltar, hamam xalatı, uşaq paltarı dəstləri, müxtəlif adda qadın geyim əşyaları və gödəkcələrdən ibarət ümumilikdə 980 manat dəyərində əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirmək məqsədi ilə 29 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzinin avtodayanacağında Abşeron rayonu, Masazır qəsəbəsi, “Dream” yaşayış kompleksində yaşayan Zərərçəkmiş şəxs3 məxsus **-BJ-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobilə qabaq sağ qapısını vintaçanla açıb daxil olaraq avtomobilin salonunda olan qoltuqaltı sandıqçadan hər biri 34 manat dəyərində 2 ədəd kombinezon, 38 manat dəyərində 1 ədəd kişi gödəkcəsi və 20 manat məbləğində pul vəsaitindən ibarət ümumilikdə 126 manat dəyərində əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirmək məqsədi ilə 28 oktyabr 2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi ev 10 ünvanında Zərərçəkmiş şəxs5 məxsus **-MZ-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2104” markalı avtomobilin yük yerini vintaçanla açaraq sonuncunun avtomobilin yük yerində saxladığı 1200 manat dəyərində 1 ədəd “Bosch” markalı böyük elektrik burğulama maşını, 300 manat dəyərində 1 ədəd “Bosch” markalı kiçik elektrik burğulama maşını, bir ədəd qabda qablaşdırılmış, 150 manat dəyərində açar və vintaçan dəsti,150 manat dəyərində 60X50 ölçüdə 1 ədəd burğu başlığı və 100 manat dəyərində split kondisioner quraşdırılmasında istifadə edilən, 3.5 metr ölçüdə 1 ədəd borudan ibarət ümumilikdə 1900 manat dəyərində əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirmək məqsədi ilə 03 noyabr 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzində “Xalça bazarı” adalanan yerdə Şamaxı rayonu, Dağbağırlı kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus **-FB-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobilin yük yerini vintaçanla açmaqla sonuncunun avtomobilin yük yerinə qoymuş olduğu hər biri 28 manat dəyərində 6 ədəd uşaq gödəkcələrindən ibarət ümumilikdə 225 manat dəyərində əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Saatlı rayonu, Şirinbəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində nömrəsiz fərdi evdə kirayə yaşayır. Evlidir bir azyaşlı övladı var. Ailəsi isə Saatlı rayonu, Şirinbəyli kəndində yaşayır. Əvəllər Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə məhkum olunmuşdur. Həbsdən azad olunduqdan sonra Saatlı rayonunda yaşamağa başlamışdır. Təxminən iki aya yaxındır ki, Bakı şəhərinə gəlmiş və Bakı şəhərinə gəldikdən sonra yuxarda qeyd etdiyi ünvanda kirayədə yaşamağa başlamışdır. Bundan sonra o “Binə” ticarət mərkəzində günü 10 manat olmaqla araba kirayə götürüb işləməyə başlamışdır. O iki gün işləyəndən sonra ticarət mərkəzinin avtodayanacağında olan avtomaşınlardan oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra o 25 oktyabr 2023-cü il saat 13 radələrində “Sədərək” ticarət mərkəzinin avtodayanacağına yaxınlaşmış və orada olan tünd göy rəngli “Vaz 2107” markalı avtomaşının yük yerini “vintaçanla” açıb içərisində geyim əşyaları olan çantanı oğurlamışdır. Daha sonra həmin çantanı özünə məxsus olan “Vaz 2107” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə qoymuşdur. Daha sonra həmin çantanı Lökbatan qəsəbəsində yaşadığı evə apararaq çantanın içinə baxdıqda müxtəlif kişi, qadın, uşaq paltarları olduğunu görmüşdür. Həmin paltarlardan 4-5 dənəsini 20 yanvar metrosunun yaxınlığında idarə etdiyi avtomobilin üzərinə qoyaraq yoldan keçən şəxslərə satmışdır. Bundan sonra o, 29 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində “Binə” ticarət mərkəzinin avtodayanacağında ağ rəngli “Vaz 2107” markalı avtomaşının yük yerini vintaçanla açaraq içərisində bijuteriya sırğa, qadın donları, əl çantaları, qadın şalvarları və s. geyim əşyaları olan 4 ədəd sellofan torbaları oğurlamışdır. Həmin sellofan torbaları da özünə məxsus olan “Vaz 2107” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə qoymuşdur. Daha sonra həmin çantanı Lökbatan qəsəbəsində yaşadığı evə apararaq yatdığı çarpayının altına yığmışdır. Bundan sonra həmin gün yəni xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Sədərək ticarət mərkəzinə gəlmişdir. Sədərək ticarət mərkəzində yerləşən Alfa inşaat mağazasının arxasında olan avtodayanacaqda ağ rəngli “Vaz 2107” markalı avtomobilin sağ qabaq qapısını vintaçanla açaraq salonda olan bir ədəd konbinzonu və 20 manat pulu götürmüşdür. Onları da özünə məxsus avtomobillə yaşadığı evə aparmışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə Sədərək ticarət mərkəzinin xalça bazarı adlanan ərazidə “Vaz 2107” markalı yük yerini vinataçanla açaraq 6 ədəd gödəkçəni oğurlamışdır. O həmin malları 20 yanvar ərazisində özünə məxsus **-SB-*** dövlət qeydiyyat nişanlı avtomaşının üstünə qoyub səyyar şəkildə satmışdır. Satdığı geyim əşyalarından ümumilikdə 400 manata yaxın pul əldə etdim. Əldə etdiyim pulları isə öz məqsədlərim üçün müxtəlif yerlərdə xərcləmişdir. O həmin avtomaşınları vintaçanla açmışdır. Təqsirləndirilən şəxs əlavə suallara cavab olaraq 28 oktyabr 2023-cü il tarixdə Lökbatan qəsəbəsi, 28 May küçəsi 10 ünvanının qarşısında dayanmış “Vaz 2104” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsindən direl, sverlo və ya açar dəsti oğurlamadığını, bütün oğurluqlarını “Binə” və “Sədərək” ticarət mərkəzindən etdiyini və yalnız paltar oğurladığını, DİN-in KTİ-dən daxil olmuş məktuba əsasən hadisə yerindən götürülmüş əl izlərindən 01 ədədinin (sağ əlinin ovuc əksi) onun sağ əlinin ovuc əksi ilə eynilik təşkil etməsi sualına bütün oğurluqlarını “Binə” və “Sədərək” ticarət mərkəzindən etdiyini və yalnız paltar oğurladığını, yalnız paltar oğurlayıb 20 Yanvar metrosunun yaxınlığında pərakəndə yoldan keçən şəxslərə satdığını, buradan kənar heç bir yerdən oğurluq etmədiyini, həmin avtomobildə əl barmaq izlərinin necə olması barədə heçbir məlumatı olmadığını bildirmişdir. O öz ifadəsində əlavə olaraq törətdiyi əməldən səmimi peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını, heç bir maddi imkanı olmadığı üçün vurulmuş ziyanlardan ödəniş edə bilmədiyini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq məhkəmədən ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o Şamaxı rayonu, Dağbağırlı kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Azərbaycanlıdır, Azərbaycan dilində yazmağı və oxumağı bacarır. Tərcüməçiyə ehtiyacı yoxdur. Əvvəllər məhkum olunmamışdır. 2005-ci ildən Şamaxı rayonunda bazarda paltar satmaqla məğuldur. 03 noyabr 2023-cü il tarixdə saat 09 radələrində Binə ticarət mərkəzinə gəlmişdir. Orada avtoyuma məntəqəsinin yaxınlığında avtomobilini saxlayıb bazara daxil olmuşdur. Saat təxminən 15:00-a qədərə paltar alıb oradan isə 15:40 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzində “Xalça” bazarı adlanan yerdə idarə etdiyi “VAZ 2107” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxlayıb paltar almaq üçün bazara daxil olmuşdur. Təxminən 2 saata yaxın bazarda gəzmişdir. Sədərək ticarət mərkəzində xırdavat əşyaları almışdır. “Binə” ticarət mərkəzindən 30 ədəd oğlan gödəkcəsi almışdır. Həmin gödəkcələrin 6 ədədi bir sellofanda avtomobilin yük hissəsində üst tərəfdən qoyulmuşdur. Saat 17:30 radələrində Sədərək ticarət mərkəzindən çıxıb avtomobilinə yaxınlaşmışdır. Hər dəfə bazardan çıxdıqda avtomobilimin yük hissəsinə yaxınlaşıb yoxlayırmış. Həmin gün də həmişəki kimi avtomobilin yük hissəsini açmışdır. Orada nəyinsə əksik olduğunu görüb gödəkcələri saymış və 6 ədədinin olmadığını görmüşdür. Daha sonra 10-cu Polis Bölməsinə gedib bu barədə məlumat vermişdir. Onun izahatını və ərizəsini almışlar. Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənilmədiyini bildirərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, İsmayıllı rayonu, Qarakolluq kəndində qeydiyyatda olsa da, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz ünvanda ailəsi ilə birlikdə yaşayır. Azərbaycanlıdır, Azərbaycan dilində yazmağı və oxumağı bacarır. Tərcüməçiyə ehtiyac yoxdur. Əvvəllər məhkum olunmamışdır. Sumqayıt Texnologiyalar parkında quraşdırıcı çilingər kimi faəliyyət göstərir. Boş vaxtlarında isə öncədən sifariş əsasənda paltarları Sədərək ticarət mərkəzindən alaraq sahiblərinə çatdıraraq pul qazanır. 29 oktyabr 2023-cü il tarixdə saat 07:50 radələrində Sədərək ticarət mərkəzinə gələrək 12 sıranın qarşısında idarə etdiyi “VAZ 2107” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxlayıb ticarət mərkəzinə daxil olmuşdur. Təxminən 4 saata yaxın Sədərək ticarət mərkəzində olub sifariş edilən paltarları və bəzi xırda əşyaları aldıqdan sonra saat 11:30 radələrində oradan çıxıb “Binə” ticarət mərkəzinə getmişdir. “Binə” ticarət mərkəzində sıra 7A-nın qarşısında avtomobilini saxlayıb alış-verişə getmişdir. Təxminən 1 saat alış-veriş etdikdən sonra əlimdəki yükləri yük yerinə qoymaq üçün avtomobilimə yaxınlaşıb yük yerini açdıqda orada olan torbaların yük yerində olmaqdığını görmüşdür. Yük yerində sadəcə 2 ədəd kiçik torba qalmışdır. Bundan sonra dərhal DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gələrək hadisə yerinə baxış keçirmiş və əl-barmaq izləri götürülmüşdür. Daha sonra ondan bu barədə ərizə və izahatını almışlar. O əlavə olaraq öz ifadəsində Təqsirləndirilən şəxs şikayətçi olduğunu və vurulmuş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Şəki rayonu, Şirinbulaq kəndində qeydiyyatda olsam da, Abşeron rayonu, Masazır qəsəbəsi, “Dream” yaşayış kom, bina 9, mənzil 30B ailəmlə birlikdə yaşayır. Azərbaycanlıdır, Azərbaycan dilində yazmağı və oxumağı bacarır. Tərcüməçiyə ehtiyac yoxdur. Əvvəllər məhkum olunmamışdır. 2006-cı ildən qaynaqçı kimi faəliyyət göstərir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində usta alətləri almaq üçün “Sədərək” ticarət mərkəzinə gəlmişdir. Sədərək ticarət mərkəzində “Alfa” mağazasının yaxınlığında avtomobilini saxlamışdır. Daha sonra ticarət mərkəzinə daxil olub laqonda, qaynaq aparatı, qaynaq kabeli, 2 ədəd kombinzon və 1 ədəd gödəkcə almışdır. Daha sonra usta alətlərini əmisi oğlu Ehtiramın avtomobilinə qoymuşdur. 2 ədəd kombinzonu və 1 ədəd gödəkcəni isə özünə məxsus “VAZ 2107” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin içinə qoymuşdur. Daha sonra usta üçün çəkmə almaq istəsə də mağaza bağlı olmuşdur. Ona görə də ticarət mərkəzindən çıxıb yenidən saat 16 radələrində yenidən Sədərək ticarət mərkəzinə daxil olmuşdur. Yenidən həmin yerdə avtomobili saxlamış və ayaqqabı mağazasına tərəf getmişdir. Mağazanın bağlı olduğunu görüb geri qayıtmışdır. Təxminən gedib qayıtmağı 15-20 dəqiqə çəkmişdir. Avtomobilə oturduqda arxa tərəfə qoyduğu kombinzonların və gödəkçələrin orada olmadığını görmüşdür. Dərhal saxlanc yerinə baxaraq pul qabının orada olub-olmadığını yoxladıqda pul qabının da oğurlandığını aşkar etmişdir. Bundan sonra DİN-in 102 xidmətinə zəng etmişdir. Polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirmişlər. Bundan sonra onun ərizə və izahatını almışlar. Həmin kombinzonların birini 34 manata, 38 manata isə gödəkcəni almışdır. Həmçinin pul qabında 20 manat pul, 2 ədəd “Kapital banka” məxsus bank kartı, 1 ədəd “Bank of Baku”ya məxsus bank kartı, 2 ədəd “Unibanka” məxsus banl kartı, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi olmuşdur. Təxminən 20 dəqiqədən sonra Sədərək ticarət mərkəzindən bir nəfər zəng edərək ona məxsus pul qabının tapdığını bildirmişdir. Daha sonra gedərək həmin şəxsdən pul qabını götürmüşdür. Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənilmədiyini bildirərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə və barəsində məcburi gətirilmə barədə qərarlar qəbul edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və onun məhkəmə iclasına gətirilməsi təmin edilməmişdir. O , 27 iyun 2024-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramda istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilmədiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılğı ilə Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O öz ifadəsində göstərmişdir ki, Neftçala rayonu, Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ev 20 ünavnında qeydiyyatda olmaqla ailəsi birlikdə yaşayır. Azərbaycanlıdır, Azərbaycan dilində yazmağı və oxumağı bacarır. Tərcüməçiyə ehtiyac yoxdur. Əvvəllər məhkum olunmamışdır. İşləmir, evdar qadındır. 3 övladı var. X12 30 ilə yaxındır ki, Rusiya Federasiyası, Saratov şəhərində yaşayır. Bacısı Könülün qızının toy mərasimi olduğu üçün 25 oktyabr 2023-cü il tarixdə digər bacısı RZərərçəkmiş şəxs4 Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmişdir. Gələrkən onlara Rusiya Federasiyasından 1500 manat dəyərində geyim əşyaları, parfumeriya malları, yataq dəstləri, kofe və başqa hədiyyələr almışdır. Bacısı Rafət Bakı şəhərindən Neftçala rayonuna onların yaşadığı evə gələcəkdi. Lakin onun nəvələrinə hədiyyə ala bilmədiyi üçün 25 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində oğlu Qismətin idarə etdiyi “VAZ 2107” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Sədərək” ticarət mərkəzinə getmişdir. Təxminən 1 saat ticarət mərkəzində gəzib nəvələrinə hədiyyə aldıqdan sonra oradan çıxıb avtomobilə yaxınlaşaraq aldıqları paltarları avtomobilin yük yerinə qoymaq istədikdə avtomobildə olan içərisində onun üçün aldığı hədiyyələr olan böyük sellofan torbanın oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişlər. Hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər və əlbarmaq izləri çıxarmışlar. Daha sonra bu barədə bacıs Rafətdən ərizə və izahat almışlar. 02 noyabr 2023-cü il tarixdə bacım RZərərçəkmiş şəxs4 01 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasından Rusiya Federasiyasının Saratov şəhərinə getmişdir. Zərərçəkmiş şəxs5 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə və barəsində məcburi gətirilmə barədə qərarlar qəbul edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və onun məhkəmə iclasına gətirilməsi təmin edilməmişdir. Zərərçəkmiş şəxs5 30 iyul 2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə zərərçəkmiş şəxsin ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Cəbrayıl rayonu, Minbaşılı kəndində qeydiyyatda olmaqla, ünvan 6 ünvanında valideyni ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamışdır. Kondisioner ustası kimi fəaliyyət göstərir. Ona məxsus olan usta alətləri yəni, bir ədəd böyük direl, bir ədəd balaca direl, bir ədəd dəmir qabda açar və vintaçan dəsti, bir dənə 60x50 ölçüsündə sverlo qardaşı Anarın idarə etdiyi VAZ 2104 markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olurdu. 28 oktyabr 2023-cü il tarixdə saat 08 radələrində yaşadığı Lökbatan qəsəbəsi, 28 May küçəsi ev 10 ünvanından çıxıb işə gedərkən avtomobilin yanında kondisioner turbalarının üzərində olan izolyasiyanın qırıntılarını görmüş və dərhal avtomobilin yük yerini açmışdır. Avtomobilin yük yerini açdıqda isə orada olan bir ədəd 1200 manat dəyərində böyük direl, bir ədəd 300 manat dəyərində balaca direl, bir ədəd 150 manat dəyərində dəmir qabda açar və vintaçan dəsti, bir dənə 150 manat dəyərində 60x50 ölçüsündə sverlo, 100 manat dəyərində kondisioner quraşdırmaq üçün 3,5 metr 24 diametrlik turbanın oğurlandığını görmüşdür. Bundan sonra dərhal ona zəng etmiş və bu barədə məlumat vermişdir. Bundan sonra o işdə olduğun dan Anara DİN-in 102 xidmətinə zəng etməyi barədə bildirmişdir. Anar isə DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerindən əl-barmaq izləri götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 29 yanvar 2024-cü il tarixli, 24/205 saylı rəyindən görünür ki,
1. xx.xx.2023-cü il tarixdə, ünvan 7 ünvanının qarşısında vətəndaş X7 məxsus "VAZ 2104" markalı, AZ **-MZ-*** d.n.n-lı avtomaşında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 07 ədəd kağız parçasının üzərinə yapışdırılmış 07 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərlərində olan əl izlərindən 06 ədəd əl-barmaq və 02 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. 2.Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs daktiloskopik xəritəsi müqaisəli tədqiqat üçün yararlıdır. 3.Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərinden 02 ədədi xx.xx.1986-cı il tarixdə Cəbrayıl rayonunda anadan olmuş X3 əlinin şəhadət və sol əlinin böyük barmaqlarının əksləri ilə, 01 ədədi isə xx.xx.1976-cı ildə Saatlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir. 4.Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 04 ədəd əl-barmaq və 01 ədəd ovuc izi DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs əl-barmaq ve ovucəksləri ilə eynilik müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2024-cü il tarixli, 9/531 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2 adda malların 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 150,0 manat, digər təqdim edilən 16 adda malların 2023-cü oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 331,00 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 25 noyabr 2023-cü il tarixli 3-13-11/2-14450/2023 saylı məktubundan görünür ki, Qaradağ RPİ-nin xx.xx.2023cü il tarixli, 3-13-48-1/2-7821/23 nömrəli məktubu vasitəsilə xx.xx.2023-cü il tarixdə ünvan 8 ünvanının qarşısında vət.X7 məxsus "VAZ 2104" markalı, AZ **-MZ-*** d.n.n-lı avtomaşında baş vermiş oğurluq faktı ilə əlaqədar avtomaşının müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2023-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi (İAMAS məlumat bankında olan) xx.xx.1986- cı ildə Cəbrayıl rayonunda anadan olmuş X3 əlinin şəhadət (Nº6-arxa y/y qapağı üzərindən götürülüb), sol əlinin böyük (No2-qabaq sol qapı üzərindən götürülüb) barmaqlarının eksləri və 01 ədədi isə (ADİS-in məlumat bankına Sabirabad RPŞ-dən daxil olan) xx.xx.1976-cı ildə Saatlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc (№5-arxa yük yerinin qapağı üzərindən götürülüb) ǝksi ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 25 oktyabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan aydın olur ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində olan avtodayanacaqdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 29 oktyabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan aydın olur ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzində olan avtodayanacaqdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 29 oktyabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan aydın olur ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində olan avtodayanacaqdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 04 noyabr 2023-cü il tarixli “baxış keçirilməsi və götürülmə aparılması barədə” protokoldan görünür ki, ünvan 9 ünvanda yaşayan Təqsirləndirilən şəxs maddi sübut olan, oğurladığı geyim əşyalarını 5 ədəd göy rəngli sellofan torbada təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 23 mart 2024-cü il tarixli və 25 mart 2024-cü il tarixli qəbzlərdən görünür ki, maddi sübut kimi tanınmış əşyalar zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 geri qaytarılmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 03 avqust 2016-ci il təvəllüdlü X8 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan tələbnamədən və hökmün surətlərindən görünür ki, təqsirləndirilən şəxs İsayev X10 şəhər Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sabirabad rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 günün 01 gün azadlıqdan mhərum etmə cəzasına bərabar tutaraq təyin edilmiş cəzaya qismən birləşdirməklə ona qəti olaraq 03 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Surxanı Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 03 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə baxışı zamanı verilmiş sorğuya Saatlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən göndərilmiş 27 iyun 2024-cü il tarixli cavabdan aydın olur ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirli bilinərək 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 7(010)-371/2023 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 12 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cəzası başa çatdığından Saatlı rayon icra və probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin residivini yaratmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, bir azyaşı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin CM-nin 8.1-ci maddəsinin tələblindən aydın olur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 04 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış və Qaradağ rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd "Nike" markalı, 03 ədəd "JDYG" markalı uşaq gödəkcəni, Zərərçəkmiş şəxs1 məxsus 2 ədəd pul qabı, 1 ədəd 5 hissəli saxlama qabı, 1 ədəd ev üçün ayaqaltı, 1 ədəd kişi hamam xalatı, 1 ədəd uşaq dəsti, 1 ədəd uzunqol qadın köynəyi, 2 ədəd korset, 1 ədəd kapuşonlu köynək, 3 ədəd lasin, 1 ədəd qara rəngli uzun qadın paltarı, 1 ədəd "Xuping" markalı bijuteriya sırğa dəsti, 1 ədəd bənövşəyi rəngli qadın gödəkcəsi, 1 ədəd qadın hamam xalatı, 1 ədəd qısaqol balonka, 1 ədəd qadın kapuşonlu boz rəngli gödəkçənin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 04 noyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi subut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd "Nike" markalı və 03 ədəd "JDYG" markalı uşaq gödəkcələrinin Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 məxsus 2 ədəd pul qabı, 1 ədəd 5 hissəli saxlama qabı, 1 ədəd ev üçün ayaqaltı, 1 ədəd kişi hamam xalatı, 1 ədəd uşaq dəsti, 1 ədəd uzunqol qadın köynəyi, 2 ədəd korset, 1 ədəd kapuşonlu köynək, 3 ədəd lasin, 1 ədəd qara rəngli uzun qadın paltarı, 1 ədəd "Xuping" markalı bijuteriya sırğa dəsti, 1 ədəd bənövşəyi rəngli qadın gödəkcəsi, 1 ədəd qadın hamam xalatı, 1 ədəd qısaqol balonka, 1 ədəd qadın kapuşonlu boz rəngli gödəkçənin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Zərəçəkmiş şəxslərə izah edilsin ki, qeyd olunan cinayət hadisəsi ilə əlaqədar onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı gələcəkdə mülki qaydada məhkəməyə müraciət etmək hüququna malikdirlər. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h **********2200202122, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Rufan Mürsəlov