Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-158/2025 17.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2002-ci il tarixdə Qobustan rayonunun Sündü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(074)-62/2023 nömrəli hökmü ilə 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, tam orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,305 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək bir ədəd bükümdə qablaşdırıb Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində üzərində saxlamaqla daşımış, 03 aprel 2025-ci il tarixdə saat 01:22-də Azərbaycan Respublikası DİN-nin X6 Alayının 10-cu Patrul Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Asmed” klinikasının qarşısında saxlanılaraq həmin tarixdə saat 01:35-də Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinə gətirildikdən sonra üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli cins şalvarın sağ yan balaca cibindən 01 bükümdə qablaşdırılmış 0,305 qram təmiz çəkidə, xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, hadisə baş verən zaman üzərində narkotik vasitə olmadığını, reabilitasiyadan yeni çıxdığını, polis bölməsində polis əməkdaşları tərəfindən döyüldüyü və yanında olan şəxsləri qorumaq üçün ibtidai istintaqda ona elan olunmuş ittihamı qəbul etmək məcburiyyətində qaldığını bildirmişdir. Onun polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını bildirməsi ilə əlaqədar Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma nəticəsində toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə ona məlumat verilmişdir, həmin qərardan şikayət etmək niyyətində deyildir. Təqsirləndirilən şəxs məhkəmə iclasında son söz verilərkən, əməlindən peşman olduğunu, ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 01:22 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Asmed” klinikasının qarşısında olduğu zaman mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşaraq özlərini Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin əməkdaşları kimi təqdim edib ondan şübhələndikləri üçün 10-cu polis şöbəsinə aparmışlar. Orada narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuş, hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və hüquqları ona izah olunmuşdur. Xidməti otaqların birində polis əməkdaşları ona xəbərdarlıq edib video çəkliş aparmaqla təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılarkən üzərində dövriyyəsi qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etməsi təklif edildiyindən o, əynində olan boz rəngli cins şalvarın sağ yan balaca cibindən 01 ədəd qızılı kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli maddə aşkar olunmuş, maddəni xx.xx.2025-ci il tarixdə saat təxminən 13-14 radələrində Binəqədi rayonu, Mədəniyyət evinin yaxınlığında 10 manata özünü Asif kimi təqdim edən şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Əlavə olaraq üzərindən İphone 11 markalı üzərində ***- ***-**-** nömrəsi olan mobil telefon, 2 manat nəğd pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, avtobus kartı, özünə məxsus Bank Respublika və Kapital banka məxsus bank kartları aşkar olunaraq götürülmüşdür. Bundan sonra üzərinə polis əməkdaşları baxış keçirmiş və üzərindən heç bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş həmin büküm iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri özü və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, ucadan oxunandan sonra hüquqlarının müdafiəsi üçün dəvət edilmiş müdafiəçinin və iştirakçıların iştirakı ilə imzalamışdır. Təqsirləndirilən şəxs təqsirli olması onun ibtidai istintaqda verdiyi etiraf edici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, 01 ədəd DVD diskdə olan videogörüntü, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskdə olan antenn dairəsi barədə məlumatlar və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X6 Alayının 10-cu PB-nin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 03 aprel 2025-ci il tarixdə saat 01:22 radələrində polis nəfəri Şahid2lə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “Asmed” klinikasının yaxınlığında xidmət aparan zaman sonradan adının Elçin olduğunu bildikləri şəxsin özünü şübhəli apardığını, yəni sanki nəyisə gözləyən kimi, qeyri-adi şəkildə sağa-sola hərəkətlər etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edib kim olduğunu və nə üçün həmin ərazidə var-gəl etdiyini soruşduqlarında Elçin adlı şəxs özünü itirmiş kimi olmuş, hətta verilən suallara cavab verməkdə çətinlik çəkdiyi hiss olunmuşdur. Bundan sonra Elçin adlı şəxsin qəbul etmiş olduğu narkotik vasitələrin təsiri altında olduğundan şübhələnib narkotik vasitələrdən istifadə edib-etmədiyini soruşduqda Elçin narkotik vasitədən istifadə etdiyini bildirmişdir. X10 RPİ-nin 10-cu PŞ-nə gətirmiş, Polis Şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu bəlli olmuş və bu barədə raportla məruzə etmişlər. Daha sonra təhqiqatçı Emil Seyidbəyov tərəfindən müvafiq sənədləşmələr aparılıb Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə videoçəkiliş aparılmaqla həmin şəxsin üzərinə baxış keçirilməsi prosesində iştirak etmişlər. Baxış başlanan zaman Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, yaxud maddə varsa təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan balaca cibindən 01 bükümdə qızılı rəngli kağıza bükülmüş, 01 ədəd “İphone 11” markalı mobil telefonu, 02 manat nağd pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, avtobus kartı və bank kartları çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Elçin siqaret kağızının içərisində qəhvəyi rəngli maddə heroin olduğunu bildirmişdir. Bükümün içərisinə baxılan zaman onun içərisində qəhvəyi rəngli toz şəkilli formasında narkotik maddəyə bənzər maddələr olduğu bəlli olmuş, Təqsirləndirilən şəxs həmin maddəni Binəqədi rayonu Mədəniyət evinin yaxınlığında özünü Asif kimi təqdim edən şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin üzərində qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş narkotik maddəyə bənzər kütlə qablaşdırılıb götürülmüş və müvafiq sənədləri imzalamışlar. Qeyd edilən proseslər həyata keçirilən zaman Təqsirləndirilən şəxs hər hansı bir fizki, yaxud psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin polis nəfəri Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verib Şahid2 göstərdiklərini təsdiq edərək, əlavə olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aparılan videoçəkiliş zamanı iştirak etmiş, Təqsirləndirilən şəxs döyülməsi halı olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 01). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 01:22-də tutulmuşdur (i.v. 16). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 44-45). “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməmişdir (i.v. 59-60). “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin tarixdə saat 12:20-də Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir (i.v. 61-62). Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən xx.xx.2025-ci il tarixdə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və axtarışı elan edilməklə tutulması, həbsetmə müddətinin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmışdır. “Axtarışda olanın tutulması ilə bağlı” xx.xx.2025-ci il tarixli protokoldan və Bakı istintaq təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15:10-da Bakı şəhər Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı istintaq təcridxanasına aparılmışdır. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan, həmin protokola əlavə edilmiş 01 ədəd DVD diskdən və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli 00631 nömrəli protokoldan görünür ki, Qaradağ RPİ-nin 10-cu PŞ-də Təqsirləndirilən şəxs üzərində dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə zamanı ona üzərində dövriyyəsi qadağan olunan əşya varsa təqdim etməsi təklif olunduqdan sonra sonuncu əynində olan olan boz rəngli cins şalvarın sağ yan balaca cibindən 01 bükümdə qızılı rəngli kağıza bükülmüş, qəhvəyi rəngli toz şəkilli formasında narkotik maddəyə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümdə olan maddəni 10 manata, özünü Asif kimi təqdim edən şəxsdən istifadəsi üçün aldığını bildirmişdir (i.v. 25-26, 83- 84). “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli 00698 nömrəli protokoldan və "xxxx" MMC-nin təqdim etdiyi CD diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi 03 aprel 2025-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi əraizisində olmuşdur (i.v. 118-120). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/1246 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,305 qram olan açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,305 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,255 qramdır (i.v. 33-34). Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir (i.v. 32). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X8 ambulator məcburi-narkoloji tibbi yoxlama ekspert komissiyasının 05 aprel 2025-ci il tarixli, 1912 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v. 109-110). “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş kustar üsulla hazırlanmış 0,305 qram təmiz çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,255 narkotik vasitə heroin saxlanılmasından ötrü Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (i.v. 68). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 03 aprel 2025-ci il tarixli protokola əlavə edilmiş və içərisində videogörüntü olan 01 ədəd DVD disk, eləcə də, "xxxx" MMC-dən təqdim olunmuş Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefon nömrəsinin antenn dairəsi barədə məlumatların qeyd olunduğu 01 ədəd CD disk iş üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşlar (i.v. 123- 128). Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən, habelə Şamaxı Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 1(074)-62/2023 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v. 70-71, 76- 82). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 08 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 1(074)- 62/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm və onun icrasına dair hakimin göstərişi xx.xx.2023-cü il tarixdə Bakı şəhər probasiya idarəsinə daxil olmuş və həmin tarixdə mövcud qanunvericiliyə əsasən məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhər probasiya idarəsində qeydiyyata alınmış və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(001)-5479/2025 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri seçilmişdir. 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cəzasının sonu xx.xx.2026-cı il tarixə hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 10 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsindən daxil olmuş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusat təsdiqini tapmadığından material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, araşdırmanın nəticəsindən narazı qaldığı halda şikayət etmək hüququ Təqsirləndirilən şəxs izah edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə istintaqında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, onun ibtidai istintaqda verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, 01 ədəd DVD diskdə olan videogörüntü, 01 ədəd CD diskdə olan antenn dairəsi barədə məlumat və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan heroini xeyli miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən döyüldüyünü bildirsə də, onun dedikləri təsdiqini tapmamışdır. Belə ki, məhkəmə tərəfindən qeyd olunan faktın araşdırılması məqsədilə Qaradağ Rayon Prokurorluğuna 30 oktyabr 2025-ci il tarixli sorğu göndərilmiş, sorğuya cavab olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsindən bildirilmişdir ki, qeyd olunan xüsusat təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilməsi haqqında qərar qəbul edilmiş, araşdırmanın nəticəsindən narazı qaldığı halda şikayət hüququ Təqsirləndirilən şəxs izah edilmişdir. Təqsirləndirilən şəxs həmin qərardan şikayət etmək niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə dediklərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əvvəlcə ona elan edilən ittiham üzrə özünü təsirli bilməsə də, sonradan xeyli miqdarda narkotik vasitə heroini əldə etdiyini, üzərində saxlamaqla daşıdığını etiraf etmiş, əməlindən peşman olduğunu, yüngül cəza verilməsini xahiş etmişdir. Buna görə də, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsində zorakılığa məruz qaldığını bildirməsi onun cinayət məsuliyyətinə cəlb edilməkdən və cəzalandırılmaqdan çəkinərək özünü müdafiə etmək istəməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs sonradan əməlindən peşman olduğunu bildirməsini, 2020-ci il Vətən Müharibəsində iştirak etdiyinə görə müharibə veteranı statusunda olmasını və medallar ilə təltif edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs üzərində ödənilməmiş məhkumluğu və çəkilməmiş cəzası olsa da, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs çəkilməmiş cəzası azadlığın məhdudlaşdırılması növündə cəza ilə bağlıdır. Bu səbəbdən də onun əməlində cinayətlərin residivi yaranmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, əvvəlki hökmlə təyin olunmuş cəzasını çəkib qurtarmadan yenidən cinayət törətməsini, azadlığın məhdudlaşdırılması növündə cəzanın Təqsirləndirilən şəxs islah olunması üçün yetərli olmadığını, cəmiyyətin maraqlarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs həmin hökmün icrası üzrə cəzasından 01 (bir) il 09 (doqquz) ay 18 (on səkkiz) gününü çəkmiş, çəkilməmiş cəzası isə 08 (səkkiz) ay 08 (səkkiz) gün təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon 25 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və bu günə qədər çəkilməmiş 08 (səkkiz) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 04 (dörd) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 aprel 2025-ci il tarixdə saat 01:22-dən 04 aprel 2025-ci il tarixə saat 12:20-dək tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi, yəni tutulduğu (azadlığının faktiki olaraq məhdudlaşdırıldığı) 09 oktyabr 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X8 ambulator məcburi-narkoloji tibbi yoxlama ekspert komissiyasının 05 aprel 2025-ci il tarixli, 1912 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,255 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskdə olan videogörüntü və 01 ədəd CD diskə olan antenn dairəsinə dair məlumat cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 34 (otuz dörd) saata görə 294 (iki yüz doxsan dörd) manat məbləğində pul vəkil X3, iş materialları ilə tanış olduğu və məhkəmə iclasları zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat məbləğində pul vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Nazirlər Kabinetinin “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli Qərarına NK-nin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarı ilə edilmiş dəyişikliyə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, NK-nin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarı ilə edilmiş dəyişikliyə əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 08 (səkkiz) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 04 (dörd) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 03 aprel 2025-ci il tarixdə saat 01:22-dən 04 aprel 2025-ci il tarixə saat 12:20-dək tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməyə bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu gündən (azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan), yəni 09 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,255 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış içərisində videogörüntü olan 01 (bir) ədəd DVD disk və içərisində antenn dairəsinə dair məlumatlar olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 34 (otuz dörd) saata görə 294 (iki yüz doxsan dörd) manat məbləğində pul vəkil X3, iş materialları ilə tanış olduğu və məhkəmənin iclasları zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat məbləğində pul vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №1(002)-158/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-158/2025
17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver