Məhkəmə qərarları › İş №1(002)-159/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-159/2023

26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-159/2023 26.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3, Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X30 küçəsi, döngə 1, ev 1 ünvanında qeydiyyatda olmaqla və Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla, təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib sonuncuya məxsus ünvan 3 ünvanda yerləşən qeyriyaşayış sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq adı ilə aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə ilk dəfə 04 aperl 2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsi 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsində 5.500 (beş min beş yüz) manat və növbəti dəfə 13 iyun 2019-cu il tarixdə eyni ünvanda 15.000 (on beş min) manat məbləğdə pulunu alaraq, ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədinə əməl etməməklə, Zərərçəkmiş şəxs6 ümumilikdə 20.500 (iyirmi min beş yüz) manat məbləğdə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib sonuncunun yaşadığı ünvan 4 ünvanda yerləşən yaşayış evinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq adı ilə aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə ilk dəfə 15 aprel 2019-cu il tarixdə Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 115 ünvanda yerləşən 5 saylı Asan Xidmətin inzibati binasının yaxınlığında 60 (altmış) manat, növbəti dəfə eyni tarixdə axşam saatlarında 19 aprel 2019-cu il tarixdə ünvan 6 ünvanın qarşısında 250 (iki yüz əlli) manat və son dəfə 25 aprel 2019-cu il tarixdə ünvan 6 ünvanda yerləşən 25 №-li X18 yaxınlığında 3.500 (üç min beş yüz) manat məbləğdə pulunu alıb ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədinə əməl etməməklə, Zərərçəkmiş şəxs5 ümumilikdə 3.810 (üç min səkkiz yüz on) manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib sonuncuya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq adı ilə aldadaraq, 2019-cu ilin iyul ayının ortalarında ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsində 4.700 (dörd min yeddi yüz) manat məbləğdə pulunu alaraq, ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədinə əməl etməməklə, Zərərçəkmiş şəxs6 həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə tanışı Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən 16 sot torpaq sahəsinin özəlləşdirilməmiş 06 sot sahəsini və 04 mərtəbəli yaşayış evinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq adı ilə aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə ilk dəfə 04 avqust 2019-cu il tarixdə saat 17:00 radələrində Zərərçəkmiş şəxs3 ev alqı-satqısı ilə məşğul olduğu ünvan 8 ünvanda yerləşən ofisində 7.000 (yeddi min) manat, növbəti dəfə 27 avqust 2019-cu il tarixdə saat 13:00 radələrində Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospektində yeləşən “Hüseyn Cavid” adına parkda 6.000 (altı min) manat və sonuncu dəfə 20 noyabr 2019-cu il tarixdə saat 11:00 radələrində məqsədlə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsində Abbasqulu ağa Bakıxanovun heykəli olan parkda yerləşən çay evində 3.000 (üç min) manat məbləğdə pulunu alıb ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədinə əməl etməməklə, Zərərçəkmiş şəxs3 ümumilikdə 16.000 (on altı min) manat məbləğdə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə tanışı Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib Gəncə şəhəri Kəpəz rayonu ərazisində yerləşən 08 hektar torpaq sahəsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq adı ilə aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə ilk dəfə 24 avqust 2019-cu il tarixdə saat 09:30 radələrində ünvan 9 ünvanda yerləşən Gəncə şəhər avtovağzalında olan çayxanada 10.000 (on min) manat, növbəti dəfə 10 senytabr 2019-cu il tarixdə saat 11:00 radələrində ünvan 9 ünvanda yerləşən Gəncə şəhər avtovağzalında 1.000 (bir min) manat, növbəti dəfə 21 oktyabr 2019-cu il tarixdə saat 20:00 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 12 ünvanın qarşısında 8.000 (səkkiz min) manat və son dəfə 18 oktyabr 2019-cu il tarixdə saat 10:00 radələrində ünvan 13 ünvanda yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər ərazi İdarəsinin inzibati binasının qarşısında Gəncə şəhəri Kəpəz rayonu ərazisində yerləşən 08 hektar torpaq sahəsinə dair “birka” almaq adı ilə 500 (beş yüz) manat məbləğdə pulunu alıb ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədlərinə əməl etməməklə, Zərərçəkmiş şəxs3 ümumilikdə 19.500 (on doqquz min beş yüz) manat məbləğdə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə tanışı Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsində yerləşən 80 sot torpaq sahəsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq adı ilə aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə ilk dəfə 12 noyabr 2019-cu il tarixdə saat 12:00 radələrində Zərərçəkmiş şəxs3 ev alqı-satqısı ilə məşğul olduğu ünvan 8 ünvanda yerləşən ofisin qarşısında 3.000 (üç min) manat və növbəti dəfə 29 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu X50 küçəsi 20 ünvanda yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanının inzibati binasının qarşısında 2.000 (iki min) manat məbləğdə pulunu alıb ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədlərinə əməl etməməklə, Zərərçəkmiş şəxs3 ümumilikdə 5.000 (beş min) manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən torpaq sahəsi üzərində inşa edilmiş 04 mərtəbəli yaşayış evinə görə Fövqəladə Hallar Nazirliyindən razılıq almaq adı ilə aldadaraq, 05 mart 2020-ci il tarixdə saat 18:00 radələrində Zərərçəkmiş şəxs3 ev alqısatqısı ilə məşğul olduğu ünvan 8 ünvanda yerləşən ofisinin qarşısında 3.000 (üç min) manat məbləğdə pulunu alıb ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədlərinə əməl etməməklə, Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində yerləşən 10 sot torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq üçün 20 avqust 2020-ci Bakı şəhəri Nərimanov rayonu X50 küçəsi 20 ünvanda yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanının inzibati binasının qarşısında 2.500 (iki min beş yüz) manat məbləğdə pulunu alıb ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədlərinə əməl etməməklə, Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə tanışı X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib ünvan 16 ünvanda yerləşən fərdi yaşayış evinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq adı ilə aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə ilk dəfə 05 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən kafedə 1.500 (bir min beş yüz) manat, növbəti dəfə 2020-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 54 ünvanda yerləşən “Aşbaz” adlı kafedə 900 (doqquz yüz) manat, 2020-ci ilin senyabr ayının axırlarında Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi X.Vəliyev 1 ünvanda yerləşən Sabunçu rayon İcra Hakimiyyətinin Zabrat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasının qarşısında 1.100 (bir min yüz) manat, 2020-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 54 ünvanda yerləşən “Aşbaz” adlı kafedə 1.000 (bir min) manat, 2021-ci ilin fevral ayının sonlarında Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Aida” adlı parkda 200 (iki yüz) manat, 2021-ci ilin mart-aprel aylarında Bakı şəhəri Xətai rayonu Məhəmməd hadi küçəsində yerləşən “Qızılgül” adlı kafedə 550 (beş yüz əlli) manat, 2021-ci ilin mart-aprel ayında Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən “Sehran” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə plastik bank kartı hesabına 200 (iki yüz) manat və sonuncu dəfə 2021-ci ilin aprel ayının sonlarında Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən kafedə 600 (altı yüz) manat məbləğdə pulunu alıb ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədlərinə əməl etməməklə, Zərərçəkmiş şəxs4 ümumilikdə 6.050 (altı min əlli) manat məbləğdə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Vilayət Əsgərov küçəsində yerləşən iki ədəd qaraja dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq adı ilə aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə ilk dəfə 12 oktyabr 2021-ci il tarixdə saat 17:50-də Zərərçəkmiş şəxs2 ünvan 19 ünvanda yerləşən “Elmar” marketə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-yə aid və özünə məxsus 4169-7385-7194-8730 plastik bank kartı hesabına köçürdüyü 3.100 (üç min yüz) manat, növbəti dəfə 15 oktyabr 2021-ci il tarixdə saat 14:11-də ünvan 20 ünvanda yerləşən “Elmar” marketə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-yə aid və özünə məxsus 4169-7385- 7194-8730 plastik bank kartı hesabına köçürdüyü 400 (dörd yüz) manat, növbəti dəfə 2021-ci ilin oktyabr ayının ortalarında Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən “Xocəsən” kafesində 335 (üç yüz otuz beş) manat, növbəti dəfə 2021-ci ilin oktyabr ayının ortalarında Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən “Xocəsən” kafesində 1.000 (bir min) manat və son dəfə 2021-ci ilin oktyabr ayının axırlarında Zərərçəkmiş şəxs2 yaşadığı pul ünvan 21 ünvanın qarşısında 1.000 (bir min) manat məbləğdə pulunu alıb ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədlərinə əməl etməməklə, Zərərçəkmiş şəxs2 ümumilikdə 5.835 (beş min səkkiz yüz otuz beş) manat məbləğdə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Vilayət Əsgərov küçəsində yerləşən qarajın üzərində yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq adı ilə aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə ilk dəfə 03 noyabr 2021-ci il tarixdə ünvan 22 ünvanda öz plasik maaş kartı hesabından "xxxx" ASC-yə aid və özünə məxsus 4169-7385-7194-8730 plastik bank kartı hesabına köçürdüyü 235 (iki yüz otuz beş) manat, növbəti dəfə eyni tarixdə ünvan 19 ünvanda yerləşən “Elmar” marketə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-yə aid və özünə məxsus 4169-7385- 7194-8730 plastik bank kartı hesabına köçürdüyü 50 (əlli) manat, növbəti dəfə 04 noyabr 2021-ci il tarixdə saat 14:11-də ünvan 19 ünvanda yerləşən “Elmar” marketə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-yə aid və özünə məxsus 4169-7385- 7194-8730 plastik bank kartı hesabına köçürdüyü 700 (yeddi yüz) manat, növbəti dəfə 05 noyabr 2021-ci il tarixdə ünvan 23 ünvanda yerləşən marketə quraşdırılmış MilliÖn” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-yə aid, özünə məxsus 4169-7385-7194-8730 plastik bank kartı hesabına köçürdüyü 565 (beş yüz altmış beş) manat, növbəti dəfə 2021ci ilin noyabr ayının sonlarında Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Mədən küçəsində 50 (əlli) manat və son dəfə 14 fevral 2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən keçən Bakı-Qazax magistral avtomobil yolunun 14cü km-də yerləşən “Lökbatan dairəsi” adlanan yerdə 400 (dörd yüz) manat məbləğdə pulunu alıb ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədlərinə əməl etməməklə, Zərərçəkmiş şəxs1 ümumilikdə 2.000 (iki min) manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ona qarşı verilmiş mülki iddanı qəbul etməyərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi X32 küçəsi döngə 1 ev 1 ünvanda qeydiyyatda olmaqla, ailəsi ilə birlikdə əvvəllər həmin ünvanda yaşasada sonradan Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən fərdi yaşayış evinə köçməklə ailəsi ilə birlikdə orada yaşayır. Fərdi olaraq sürücü işləyir, evlidir, himayəsində bir yetkinlik yaşına çatmayan övladı vardır, əvvəllər heç vaxt məhkumluğu olmamışdır, heç bir fiziki, xroniki və ya psixi-ruhi xəstəlikdən əziyyət çəkmir. Şahid4 və X13 uzun müddətdir tanıyır, hər ikisi ilə əvvəllər normal işgüzar münasibətləri olmuş, heç vaxt ədavəti və ya düşmənçilikləri olmamışdır. Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bir neçə ildir ki, tanıyır və həmin şəxslərlə normal münasibətləri olmuş, heç vaxt ədavət və ya düşmənçilikləri olmamışdır. O, 2005-2007-ci illərdə Sabunçu rayonu Maştağa qəsəbə Bələdiyyəsində vergi müfəttişi kimi işləmiş və Sabunçu rayonu ərazisində torpaq sahələrinin sənədləşmə işlərindən başı çıxdığı üçün ona müxtəlif şəxslərin müraciəti olmuş, o da, həmişə real köməklik etmiş, heç kimi aldadıb dələdzuluq etməmişdir. O, Zərərçəkmiş şəxs6 Maştağa qəsəbəsi sakini Bahadur adlı şəxsin tanışı kimi tanımış, Telman ona ünvan 26 ünvanda yerləşən qeyri-yaşayış yerini sənədləşdirmək üçün 2019cu ilin aprel ayının əvvəllərində müraciət edərək kömək istəmiş və o da, Telmana köməklik edəcəyini demişdir. O, 04 aprel 2019-cu il tarixdə ünvan 27 ünvanda qeyri-yaşayış yerini sənədləşdirmək üçün Telmanla 22.000 manata razılaşmış, həmin vaxtı Telman Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində işlətdiyi kafedə ona 5.500 (beş min beş yüz) manat pul vermiş, 2019-cu ilin may ayında sənədlərin hazırlanması üçün yenə həmin yerdə Telman ona 15.000 (on beş min) manat vermiş və razılaşmışlar ki, 03 aya sənədlər hazır olandan sonra Telman 2.000 (iki min) manat da pul verəcəkdir. Telman bundan təxminən 02 ay sonra Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsindəki torpaq sahəsini sənədləşdirmək üçün ondan kömək istəmiş və o, köməklik edəcəyini, 4700 manata 03 aya qədər sənəd düzəldib verəcəyini bildirmişdir. Telman 2019-cu ilin iyul ayında ünvan 28 ünvanda ona 4.700 (dörd min yeddi yüz) manat pul vermiş, o, həmin işlərin görülməsi üçün lazımı işləri görmüş, lakin sonradan onun işləri problemlərə düşmüşdür. Bundan başqa, onun Sabunçu rayon İcra Hakimiyyətində işləmiş «Xosrov» adlı tanışı 2020-ci ilin dekabr ayında vəfat etdiyindən, Zərərçəkmiş şəxs6 kafe kimi işlətdiyi Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsini və Suraxanı rayonu Bül-bülə qəsəbəsində yerləşən torpaq sahəsinin sənədlərini düzəltdirib başa çatdıra bilməmiş və sonradan pulunu hissə-hissə olaraq tam qaytarmışdır. Bundan əlavə, Zərərçəkmiş şəxs5 onunla ailəvi tanışlığı olduğundan, 2019-cu ilin aprel ayında ona müraciət edərək yaşadığı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən mənzilini sənədləşdirmək üçün kömək istəmiş və o, köməklik edəcəyini bildirmişdir. 15 aprel 2019-cu ildə o, Zərərçəkmiş şəxs5 ilə 5 saylı “ASAN xidmət”-in qarşısında görüşmüş və Tahirə evinin sənədlərini ona vermişdir. O, sənədləri alıb baxmış və sənədləri yoxlatmaq üçün Tahirədən 60 (altmış) manat pul almışdır. Həmin gün o, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsinə yerləşən Sabunçu rayon məhkəməsinin yanına getmiş və Tahirə ilə görüşüb 250 (iki yüz əlli) manat istəmişdir ki, evin sənədlərini arxivdən yoxlatdırsın. Tahirə 250 manat pulu həmin yerdə ona vermişdir. O, təxminən 2-3 gündən sonra yenə Bakıxanov qəsəbəsinə getmiş, Tahirə ilə görüşüb 3.250 manat müqabilində 3- 4 aya evinin sənədlərini tam şəkildə düzəldib verəcəyini bildirmişdir. Tahirə bir gün sonra onunla həmin vaxt yaşadığı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində qohumlarının evinin yanında görüşüb ona 3.250 (üç min iyi yüz əlli) manat pul vermişdir. Tahirə 3-4 ay sonra onunla əlaqə saxlasa da, həmin ərəfələrdə onun işləri problemlərə düşmüş və Sabunçu rayon İcra hakimiyyətində işləmiş tanışı Xosrov müəllim 2020-ci ilin dekabr ayında vəfat etdiyindən, Tahirənin evinin sənədlərini düzəltdirib başa çatdıra bilməmişdir. Sonradan o, Tahirənin pulunu hissə-hissə qaytarmış, 600 manat pul ödəməli olmuş və onu da 30 noyabr 2022-ci il tarixdə Tahirəyə ödəmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs3 İsmayıl oğlu ilə 2019-cu ilin may-iyun ayında tanışı Şahid3 vasitəsi ilə, Şahid3 isə Sabunçu rayon Məhkəməsindən tanımış, həmin dövrlərdə o, ev və torpaq sənədləşməsi işlərini həyata keçirmişdir. Şahid3 təqribən 2019-cu ilin iyul-avqust aylarında onunla danışıb Vüqar adlı tanışı olduğunu, Vüqarın ev və torpaq alqı-satqısı ilə məşğul olduğunu, həmçinin müvafiq sənədləşmə aparılması ilə əlaqədar işlərinin olduğunu bildirərək, kömək etmək lazım olduğunu demiş, o, heç bir problem olmadığını bildirmiş və ilk dəfə Zərərçəkmiş şəxs3 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən ofisində sonuncu ilə görüşüb tanış olduqdan sonra Vüqar Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində tanışına məxsus 16 sot torpaq sahəsinin sənədləşməmiş 06 sot sahəsini və içərisində olan evi sənədləşdirmək lazım olduğunu deyərək, işi görmək üçün tanışının olub-olmamasını soruşmuşdur. O, Şahid4 adlı tanışının olduğunu, Zaurun sənədləşmə işlərini gördüyünü bildirərək, oradan özünə məxsus olan mobil telefonla tanışı Şahid4 zəng etmişdir. Zaura 16 sot torpaq sahəsinin sənədləşməmiş 6 sot hissəsini və içərisində olan evi sənədləşdirmək lazım olduğunu bildirmiş, Şahid4 isə ilk əvvəl eskiz lahiyə çəkilməli olduğunu, lahiyəni çəkdirdikdən sonra digər sənədləri də götürərək ona aparmalarını bildirmişdir. O, Şahid4 dediklərini Vüqara bildirmiş və Vüqar eskiz lahiyə hazırladaraq xəbər deyəcəyini bildirmişdir. Bir neçə gün sonra Vüqar yenidən onunla əlaqə saxlamış və lahiyənin hazır olduğunu demiş, sonra o, eksiz lahiyəni və digər sənədləri götürüb Bakı şəhəri Yasamal rayonu metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığında Şahid4la görüşərək sənədləri təqdim etmişdir. Zaur sənədləri götürdükdən sonra razılğı üçün İdarəyə təqdim edəcəyini və qiymət barədə məlumat verəcəyini demiş, o, heç bir söz deməmiş və Zaurdan ayrılaraq getmişdir. Zaur bir neçə gün sonra onunla əlaqə saxlamış və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən 16 sot torpaq sahəsinin sənədləşməmiş 06 sotluq hissəsini və içərisində olan evi sənədləşdirmək üçün 10.000 manata pul lazım olduğunu bildirmişdir. O, Vüqara bu barədə məlumat verəcəyini, Vüqarın razılığı olduqda, xəbər edəcəyini demişdir. Zaur heç bir problemin olmadığını bildirmiş və o, Vüqara zəng edərək bu barədə məlumat vermişdir. Vüqar ilkin olaraq 7.000 manat verəcəyini, qalan pulu isə tez bir zamanda verəcəyini bildirmişdir. O, Vüqarla razılaşmış və həmin günü Vüqarla ofisində görüşmüşdür. Vüqarla görüş zamanı yanıqda Şahid3 də olmuş və orada Vüqar sayaraq ona 6.400 manat pul verib, 600 manat pulu isə eskiz lahiyə çəkməyə xərclədiyini bildirmişdir. O, etiraz etməmiş, həmin pulu sayaraq götürmüş, pulu götürdükdən sonra Zərərçəkmiş şəxs3 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən torpaq sahəsi ilə bağlı ev sahibindən pul aldığını, lakin pulu xərclədiyini, həmin pulu bərpa etmək üçün Gəncə şəhəri, Kəpəz rayonunda 8 hektar torpaq sahəsi olduğunu deyib onu sənədləşdirməkdə köməklik etməsini xahiş etmişdir. O, heç bir problemin olmadığını və Şahid4la danışaraq xəbər deyəcəyini bildirmişdir. Oradan Şahid4 zəng etmiş və Gəncə şəhəri, Kəpəz rayonunda 8 hektar torpaq sahəsini sənədləşdirməyə imkanı olub-olmamasını soruşmuş, Zaur Gəncə şəhəri Kəpəz rayonunda yerləşən torpaq sahəsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhərində yerləşən idarəsinə müraciət etmək lazım olduğunu bildirmiş və o, Vüqara bu barədə məlumat verdikdə, Vüqar heç bir problem olmadığını demişdir. Bundan sonra o, Zaurla birlikdə Gəncə şəhərinə getmiş, Vüqar isə özü Gəncə şəhərinə getmişdir. Gəncə şəhərində Zaurla Vüqarı tanış etmiş və onlar söhbət etdikləri zaman Zaur Vüqarın təqdim etdiyi sənədlərin surətlərini çıxarmağı ondan xahiş etmiş, o, Zaurun xahişi ilə Vüqarın gətirdiyi sənədlərin surətlərini çıxararaq Zaura təqdim etmişdir. X47 söhbət etmişlər, sonra onun yanında Vüqar Zaura 5.000 manat pul vermişdir. Bundan sonra onlar oradan çıxaraq Bakı şəhərinə qayıtmışlar, qayıtdıqdan sonra X41 şəhərində yerləşən torpaq sahəsinin sənədləşməsini həll etməyini gözləmişlər, gözləməkdə məqsəd isə, həmin iş həll edildikdən sonra Vüqarın torpaq sahibindən alacağı pul ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən torpaq sahəsinin sənədləşməsi ilə bağlı qalıq pulu verməklə bağlı söz verməsi olmuşdur. Onlar təqribən bir aydan çox gözləsələr də, Gəncə şəhərində olan torpağın sənədləşməsi işi uzanmışdır. Bu proses uzandığı üçün Vüqar onu ofisinə çağırmış, o, Vüqarın ofisinə getmiş və orada Hikmətlə Vüqarın olduğunu görmüşdür. Vüqar Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən torpaq sahəsinin və içərisində olan evin sənədləşməsi üçün ona verdiyi 7.000 manat pulu qaytarmasını tələb etmiş, o, Vüqara pulu İdarəyə verdiyini, həmin pulu alaraq qaytaracağını demişdir. Vüqar əvvəl razılaşaraq bir həftəyə pulu qaytaramasını istəmiş, o razılaşmış, lakin Vüqar dediyi müddət bitdikdən sonra pulu qaytara bilməmişdir. Bu səbəbdən, Vüqarla yenidən əlaqə saxlamış, pulu düzəldə bilmədiyini bildirərək, yenidən bir həftə vaxt istəmişdir. Vüqar onunla razılaşmayaraq, səhəri günü onun yaşadığı evə getmiş, yaşadığı evdə oturaraq pulu qaytaramayacağı halda, evdən çıxmayacağını bildirmişdir. O və anası Vüqara bir həftə vaxt verməsini xahiş etmişlər, Vüqar bu dəfə razılaşmışdır. O, bir həftə ərzində Hikmətlə birlikdə Vüqarın ofisinə gedərək 5.000 manat, daha sonra yenidən ofisində 1.000 manat və bir neçə gün sonra isə yaşadığı evin qarşısında gecə saatlarında 1.000 manat pulunu Vüqara qaytarmışdır. O, 7.000 manat pulu Vüqara verdikdən sonra Vüqar Zaurla birləşib onu işdən uzaqlaşdırdığı üçün bir daha ona zəng etməməsini bildirmişdir. Bundan sonra Vüqarla bir daha əlaqəsi olmamış, görüşməmiş və danışmamışdır. 2022-ci ilin noyabr ayında Şahid4 ona zəng edərək, Vüqarın onların barəsində şər və böhtan xarakterli müraciətlər edərək şikayət etdiyini, bu səbəbdən, Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət edildiyini, Vüqarın şikayətində guya ona pul verdiyini, həmin pulu isə onun guya Zaura verdiyini dediyini bildirmiş, o isə, Vüqarın bildirdiklərinin şər və böhtan olduğunu Zaura bildirərək, harada izahat vermək lazım olarsa, izahat verə biləcəyini demişdir. Sonra 22 noyabr 2022-ci il tarixdə Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları ona zəng etmiş və Bölməyə dəvət etmişlər. O da, 13-cü Polis Bölməsinə getmiş, oradan onu Sabunçu RPİnin İstintaq Şöbəsinə aparmışlar və o, orada da hadisə barədə ətraflı ifadə vermişdir. Zərərçəkmiş şəxs3 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerəşən 16 sot torpaq sahəsinin sənədləşməmiş 6 sotluq hissəsini və həmin torpaqda yerləşən fərdi evi sənədləşdirmək məqsədi ilə ona həqiqətən 7.000 manat pul vermiş, həmin pulun 600 manatını eskiz lahiyə almaq məqsədi ilə xərcləmiş, lakin sonra Vüqar pulunu geri tələb etdiyi üçün o, tanışı Şahid3 iştirakı ilə dəqiq tarixini xatırlamadığı vaxtda Vüqara məxsus ofisdə birinci dəfə 5.000 manat, daha sonra yenidən ofisində 1.000 manat, son dəfə isə yaşadığı fərdi evin qarşısında yenidən 1.000 manat pul vermişdir. Onlar müvafiq sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər İdarəsinə təqdim etmək üçün Gəncə şəhərində görüşdükləri vaxt Zərərçəkmiş şəxs3 ona heç bir məbləğdə pul verməmiş, pulu Şahid4 vermiş, Şahid4 tapşırığı ilə Vüqar ona 7000 manat pul vermiş, həmin pulu o, apararaq Şahid4 vermiş və Zaur pulları saydıqdan sonra Vüqara zəng edərək pulu qəbul etdiyini bildirmişdir. Həmin vaxtı Vüqar ona 8.000 manat deyil, 7.000 manat pul vermişdir. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən fərdi evin şəkillərinin çəkmək üçün Zərərçəkmiş şəxs3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən gələn şəxsə 200 manat pul verdiyini o bilmişdir. Zərərçəkmiş şəxs3 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsində yerləşən 72 sot torpaq sahəsi ilə bağlı ona ümumiyyətlə heç bir məbləğdə pul verməmişdir. O, Zərərçəkmiş şəxs3 zəng edərək, Rusiya Federasiyasında olduğu üçün dostunun anasına 5.000 manat borc pul verməsini xahiş etməmişdir. O, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən fərdi evin hündürlüyü ilə bağlı yaranmış mübahisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur qrumları ilə danışıqlar aparmış və mübahisənin həlli üçün 3.000 manat pul lazım olduğunu bildirmiş, bu barədə Vüqara məlumat vermiş, ancaq Vüqar həmin pulu düzəldib vermədiyi üçün məsələ həll edilməmiş qalmışdır. Zərərçəkmiş şəxs3 Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində torpaq sahəsinin sənədləşməsi ilə bağlı ona ümumiyyətlə müraciət etməmiş, Asan Məkanın qarşısında 2.000 manat və bir müddət sonra 2.500 manat pul verməmişdir. Bundan əlavə, 2020-ci ilin sentyabr ayında Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsindən tanıdığı X17 ona müraciət edərək, Zabrat qəsəbəsində yaşayan tanışı Fərasət adlı şəxsin 02 sot torpaq sahəsində tikinti üçün icazə almaqdan ötrü müraciət etdiyini və ondan Fərasətə köməklik göstərməsini xahiş etdiyini demiş, o, Fərasətə köməklik edəcəyini demişdir. Həmin ərəfədə o, Vüsalla Zabrat qəsəbəsinə gedib Fərasətlə yaşadığı evin yanında çayxanada görüşmüş, Fərasətə, Sabunçu rayon İcra hakimiyyətində işləyən tanışı ilə görüşüb Fərasətin torpaq sahəsində ev tikintisi üçün sənədləşmə məsələsini deyəcəyini bildirmişdir. O, Fərasətdən sənəd təsdiqi üçün 1.000 manat pul istəmiş və Zabrat qəsəbəsində yerləşən “Aşbaz” kafesində Vüsalın yanında Fərasətdən 900 manat pul almışdır. O, həmin vaxtı Xosrov adlı hal-hazırda vəfat edən Sabunçu rayon icra hakimiyyətində işləmiş tanışına arxayın olaraq, Fərasətə demişdir ki, torpağın hasarını çəkə bilər. Sonradan 100 manat və bir müddət sonra isə 300 manat da pulu Vüsal tikinti işi üçün Fərasətin adından ona vermiş, son dəfə isə onun adına olan bank kartına Fərasətin arvadı 200 manat pulu həmin tikinti məsələlərinin həll olunması üçün köçürmüşdür. Lakin sonradan onun işləri problemlərə düşdüyündən və Sabunçu rayon İcra Hakimiyyətində işləmiş tanışı Xosrov adlı şəxs 2020-ci ilin dekabr ayında vəfat etdiyindən, Şahid1 Zabrat qəsəbəsində yerləşən 02 sot torpaq sahəsində ev tikintisi üçün sənədləşmə işini həll edə bilməmişdir. Başqa maddi problemlərin olduğu üçün onun həmin ərəfədə Fərasətin 1.500 manat pulunu geri qaytarmaq imkanı olmamışdır. X20 həmin torpaq sahəsinə tikinti üçün sənəd almaq adı ilə nə qədər əlavə pul almasını bilməmiş, həmin pullardan Vüsal ona pul verməmiş, sonradan o, 1.500 manat pulu Fərasətə ödəmiş və əməlimə görə səmimi peşman olmuşdur. Bundan əlavə, o, Zərərçəkmiş şəxs2 təxminən beş ildir tanıyır, Nicatı onunla sonuncunun “Samid” adlı qohumu tanış etmişdir. Samidlə o, sürücü işləyən vaxtı tanış olmuş, Samid onun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində tanışları olduğunu bilmişdir. O, 2021-ci il sentyabr ayında Nicatla görüşən zaman Nicat ondan xahiş etmişdir ki, özünə məxsus Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi keçmiş Ticarət küçəsi, indiki Vilayət Əsgərov küçəsində qaraj və qarajın altında olan torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq üçün kömək etsin. O, Nicata, torpağın sənədlərini verməsini və baxıb xəbər edəcəyini, gedib Əmlak xidmətinə müraciət edərək, lahiyə və kadastr çəkilməsini bildirmişdir. Bir müddət sonra ona zəng gəlmiş, o, Əmlakın işçiləri ilə birlikdə Nicatın qarajları olan yerə getmişdir. Orada o, Nicata bu iş üçün 5.000 manat pul lazım olduğunu, pulları karta göndərməyini bildirmiş, Nicata “whatsapp” sosial şəbəkə vasitələ öz adına olan "xxxx" ASC-yə aid 4169-7385-7194-8730 bank kartımın şəklini atıb pulu kartın hesabına köçürməyini xahiş etmişdir. Nicat ilk dəfə 12 oktyabr 2021-ci il tarixdə saat 17:50-də onun kart hesabına 3100 manat pulu göndərmiş, həmin puldan 950 manat layihənin çəkilməsi üçün ödəmiş, 980 manat pulu digər işlərə xərcləmişdir. İkinci dəfə Nicat 15 oktyabr 2021-ci il tarixdə saat 14:11-də “Milli Ön” ödəmə terminalından onun "xxxx" ASC-yə aid 4169-7385-7194-8730 bank kartı hesabına zəhmət haqqı kimi 400 manat pul göndərmidir. Nicatın verdiyi sənədlərdə problem çıxdığı üçün o, əlavə olaraq, kadastr işçisinə 500 manat pul vermişdir. 2021-ci ilin oktyabr ayının ortalarında Nicata zəng edərək, çıxarış alınması üçün Fövqələda Hallar Nazirliyinə pul verilməli olduğunu demiş, o, Nicatla həmin gün saat 13 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən “Xocəsən” kafesindıə görüşmüş, orada Nicat ona 335 manat pul vermiş, o da, pulu FHN-nin xidmətinə rəsmi şəkildə ödəmişdir. 2021-ci ilin oktyabr ayının ortalarında saat 13 radələrində o, Nicatla Bakı şəhəri Nəsimi rayonu metronun “20 Yanvar” stansiyasının yaxınlığında görüşüb notariusa getmiş, orada Nicat miqdarını bilmədiyi məbləğdə pulu sənədlərin təsdiq edilməsi üçün notariusa vermişdir. Bundan sonra Nicatın ona nə qədər pul verməsini xatırlamamış, Nicatdan ümumilikdə 5.000 manat pul almışdır. Lakin Nicatın sənədlərində problem olduğu üçün Çıxarışın alınması mümkün olmamışdır. O, Nicatın verdiyi pulların bir hissəsini özünə göürmüş, qalan hissəsini Çıxarış alınması üçün istifadə etmişdir. O, Nicatın pulunu qaytarmaq istəsə də, şəxsi işlərində yaranmış problemlə əlaqədar pullarını vaxtında qaytara bilməmiş, Qaradağ RPİ-nin əməkdaşları tərəfindən tutulduğu vaxtı isə Nicatdan aldığı bütün pulları özünə qaytarmışdır. Bundan əlavə, Zərərçəkmiş şəxs2 Çıxarış məsələsini həll etdiyi vaxt ona bir nəfər tanışının olmasını və tanışının da özünə məxsus qarajı olduğunu, qaraja Çıxarış almaq istədiyini bildirmiş, o, Nicata telefon nömrəsini verməsini və zəng etməsini demişdir. Bir müddət sonra İlhamə adlı qadın ona zəng etmiş və telefon nömrəsini Nicatdan aldığını bildirmişdir. İlhamə ona Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi keçmiş Ticarət küçəsi, indiki Vilayət Əsgərov küçəsində qaraj tikmək üçün rəsmi olaraq Sərəncamla torpaq sahəsi ayrıldığını, orada qaraj tikmək üçün Çıxarış almaq istədiyini bildirmiş, o, İlhaməyə işi görülməsi üçün konkret pul deməmiş və xəbər edəcəyini bildirmişdir. O, 03 noyabr 2021-ci il tarixdə İlhamə ilə görüşüb sənədləri almış, həmin gün günorta saatlarında İlhaməyə zəng vurub bu işi görmək üçün təcili 285 manat pul lazım olduğunu demiş, belə ki, Əmlak xidmətinə layihə və kadastr üçün pul verməli olmuşdur. İlhamə onun adına olan "xxxx" ASC-yə aid 4169-7385-7194-8730 kart hesabıma 235 manat, daha sonra isə 50 manat pul yükləmiş, o, torpağa Çıxarış almaq üçün ertəsi gün 565 manat və biri gün 700 manat pul lazım olduğunu demişdir. İlhamə 04 noyabr 2021-ci il tarixdə onun adına olan "xxxx" ASC-yə aid 4169-7385-7194-8730 kart hesabıma 700 manat, ertəsi gün 05 noyabr 2021-ci il tarixdə saat 14:40 dəqiqədə isə, 565 manat pul göndərmiş, o, həmin pulları torpağın sənədləşməsi üçün istifadə etmişdir. O, 2021-cilin noyabr ayının axırlarında İlhamə ilə qarajın qarşısında görüşüb torpağın layihəsinə dair sənədləri İlhaməyə təqdim edərək, həmin torpaq sahəsində qaraj tikib qurtardıqdan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sənədləri göndərməsini tapşırmışdır. Həmin vaxt o, İlhamədən bu iş üçün 50 manat da pul almışdır. 09 fevral 2022-ci il tarixdə o, İlhamə ilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən keçən Bakı-Qazax magistral avtomobil yolunun 14-cü km-dəki “Lökbatan dairəsi” adlanan yerdə görüşmüş və İlhamədən 400 manat da pul almışdır. Lakin İlhamənin qaraj yerinə iddiaçı olduğuna görə Əmlak Komitəsi mübahisəli yer olduğu üçün torpağa Çıxarış verməkdən imtina etmişdir. Bundan sonra o, İlhaməyə hissə-hissə bütün pulunu qaytarmışdır. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldığı pulları torpaq sahələrinin sənədləşdirilməsi üçün istifadə etmiş, bir hissəsini isə, öz zəhmət haqqı kimi götürmüşdür. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus torpaq sahələrinə Çıxarış almaq üçün rəsmi olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edəcəkdi. O, heç vaxt özünü heç kimə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşı kimi təqdim etməmişdir. O, öz ifadəsində son olaraq zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslərlə barışdığını, törətdiyi əməllərdən peşman olduğunu, ailədə altı nəfər olmaqla onlardan ikisinin, yəni anasının və bacısının ağır xəstə olmalarını, himayəsində bir yetkinlik yaşın çatmayan uşağının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsinin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri Qaradağ RPİ-nin Uçot Qeydiyyat və Statistika işləri qrupunun operatoru vəzifəsində işləyir və polis baş serjantı rütbəsindədir. Zərərçəkmiş şəxs2 həm Qaradağ rayonu Lökbatan qəsəbəsində, həm də polis əməkdaşı kimi tanıyır, Nicat hazırda Səbail RPİ-nin 39-cu PB-də işləyir. Zərərçəkmiş şəxs2la əvvəllər arasında heç bir düşmənçilik və narazılıq olmamışdır. 13 iyul 1973-cü il tarixdə onun atası X6 adına Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi keçmiş Ticarət küçəsi, indiki Vilayət Əsgərov küçəsində qaraj tikmək üçün rəsmi olaraq sərəncamla torpaq sahəsi ayrılmışdır, atası qaraj tikmək üçün ayrılmış torpaq sahəsini ona hədiyyə etmişdir, lakin torpaq sahəsini onun adına rəsmiləşdirməmişdir. O, sonradan düşünmüşdür ki, həmin torpaq sahəsini atası Şamilin adına rəsmiləşdirsin, sonra notarial qaydada torpaq sahəsini öz adına rəsmiləşdirsin və orada tikinti işləri aparsın. O, 2021-ci ilin oktyabr ayının əvvəllərində Nicatla rastlaşmış, söhbət əsnasında Nicata bildirmişdir ki, atası Şamil öz adına olan Lökbatan qəsəbəsindəki torpaq sahəsini ona hədiyyə etmişdir, istəyir ki, həmin qaraja dair torpaq sahəsini atası Şamilin adına rəsmiləşdirsin, daha sonra notarial qaydada torpaq sahəsini öz adına rəsmiləşdirib orada tikinti işləri aparsın. Həmçinin Nicat da, özünə məxsus qaraj yeri olduğunu, qaraj yerləri üçün torpaq sahəsi bir nəfər tanışının vasitəsi ilə öz adına rəsmiləşdirəcəyini bildirmişdir. Nicat Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləyən bir nəfər şəxs olduğunu, həmin şəxsin adının Çinqiz olmasını, Çinqizin vasitəsi ilə qaraj yerləri üçün ayrılmış torpaq sahəsini öz adına rəsmiləşdirəcəyini demişdir. Bundan başqa, Nicat ona Çinqizin bu işdə ona da köməklik edə biləcəyini bildirmişdir. O, Nicatla razılaşmış və Nicat ona Çinqizin istifadəsində olan ***-***-**-** nömrəsini vermiş, tapşırmışdır ki, özü də Çinqizə bu barədə deyəcəkdir. Həmin ərəfələrdə o, torpaq sahəsində qaraj tikmək üçün əmək haqqı kartı ilə Azərbaycan Respublikası “Beynəlxalq Bank”-dan 6000 manat kredit götürmüşdür. O, 27 oktyabr 2021-ci il tarixdə həmin torpaq sahəsində öz avtomobili üçün qaraj tikməyə başlamışdır. xx.xx.2021-ci il tarixdə günorta saatlarında Çinqizin istifadəsində olan ***-***-**-** nömrəsindəki “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlamış, söhbət əsnasında Çinqizə bildirmişdir ki, atası Şamilin adına xx.xx.1973-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi keçmiş Ticarət küçəsi, indiki Vilayət Əsgərov küçəsində qaraj tikmək üçün rəsmi olaraq sərəncamla torpaq sahəsi ayrılmışdır, həmin torpaq sahəsini atası X6 adına rəsmiləşdirmək istəyir. Çinqiz bildirmişdir ki, bu işdə ona köməklik edəcəkdir. O, Çinqizdən bu işin görülməsi üçün nə qədər pul lazım olduğunu soruşduqda, Çinqiz ona konkret bir söz deməmiş, lakin bildirmişdir ki, atasının adına xx.xx.1973-cü il tarixdə verilmiş sənədi Çinqizə təqdim etsin. xx.xx.2021-ci il tarixdə o, Çinqizə atasının adına qaraj tikmək üçün verilmiş sənədi təqdim etmişdir. Həmin gün günorta saatlarında Çinqiz zəng vurub bu işi görmək üçün təcili 285 manat pul lazım olduğunu demiş, o, Çinqizə hazırda qardaşı evinə qonaq getdiyini, üstündə hazırda 235 manat olduğunu demiş, Çinqiz isə bu işin həlli üçün təcili ödəniş etməli olduğunu və pulu göndərməsini tapşırmışdır. O, mobil telefonu vasitəsi ilə Çinqizin “WhatsApp” proqramı vasitəsi ilə ona göndərdiyi Çinqizin adına olan "xxxx"-a məxsus 4169-7385-7194-8730 kartına 235 manat pul yükləmişdir. O, qardaşıgildən çıxdıqdan sonra Çinqizin adına olan "xxxx"-a məxsus 4169-7385-7194-8730 kartına Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsində yerləşən “Elmar” marketdə yerləşdirilmiş “MilliÖn” ödəmə terminalından 50 (əlli) manat pul yükləmişdir. Həmin gün axşam vaxtı Çinqizlə “WhatsApp” proqramı vasitəsi ilə danışarkən, Çinqiz ona bildirmişdir ki, atası X8 adına qaraj üçün nəzərdə tutulmuş torpaq sahəsinin rəsmiləşdirilməsi üçün sabah 565 manat, biri gün isə 700 manat pul lazımdır. O da, qaraj tikmək üçün bankdan götürdüyü kredit puldan Çinqizə göndərməyi fikirləşmişdir. Beləliklə o, xx.xx.2021-ci il tarixdə saat 21:53 dəqiqədə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsində yerləşən “Elmar” marketdə yerləşdirilmiş “MilliÖn” ödəmə terminalından Çinqizin adına olan "xxxx"-a məxsus 4169-7385-7194-8730 kartına 700 manat, səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə saat 14:40 dəqiqədə ünvan 23 ünvanda yerləşən marketdə yerləşdirilmiş “MilliÖn” ödəmə terminalından Çinqizin adına olan "xxxx" ASC-yə aid 4169-7385-7194-8730 kartına 565 manat pul göndərmişdir. 2021-cilin noyabr ayının axırlarında Çinqiz onunla Qaradağ rayonu Lökbatan qəsəbəsi Mədən küçəsində görüşüb atası X8 adına qaraj üçün nəzərdə tutulmuş torpaq sahəsinin layihəsinə dair sənədləri ona təqdim edib bildirmişdir ki, həmin torpaq sahəsində qaraj tikib qurtardıqdan sonra bu sənədləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərsin. Həmin vaxt Çinqiz bu iş üçün ondan 50 manat da pul almışdır. O, bankdan götürdüyü kredit puldan Çinqizə 1600 manat pul ödədiyi üçün qarajı tam tikib qurtara bilməmişdir. 09 fevral 2022-ci il tarixdə qarajı tam tikib qurtardıqdan sonra Çinqizin ona təqdim etdiyi sənədləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərmişdir. 14 fevral 2022-ci il tarixdə günorta saatlarında Çinqiz öz istifadəsində olan ***-***-**-** nömrəli “WhatsApp” proqramı vasitəsi ilə onunla əlaqə saxlayıb bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən hər hansısa bir nəfər şəxs ona zəng vurub bildirmişlər ki, göndərdiyi sənədlərin həlli üçün 400 manat pul lazımdır. O, Çinqizə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən keçən Bakı-Qazax magistral avtomobil yolunun 14-cü km-dəki “Lökbatan dairəsi” adlanan yerə getməsini demişdir. Çinqiz həmin gün Lökbatan dairəsinə gəlib orada onunla görüşmüş, söhbət zamanı Çinqizdən soruşmuşdur ki, bu işin həlli üçün hazırda istədiyi 400 manat puldan başqa yenə xərci çıxacaqdırmı? Çinqiz bildirmişdir ki, ona məktub gələcək, həmin sənədlərin qeydiyyatı üçün 185 manat rüsum ödədikdən sonra qaraj rəsmi olaraq atası X8 adına rəsmiləşəcəkdir. O, həmin vaxtı Çinqizə 400 manat pul vermişdir. Beləliklə, o, Çinqizə ümumilikdə 2000 manat pul ödəmişdir. 23 fevral 2022-ci il tarixdə atası X6 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən **********45 nömrəli adına məktub göndərilmiş, həmin məktubda göndərilən sənədlərin düzgün tərtib edilmədiyi göstərilmişdir. Bundan sonra o başa düşmüşdür ki, Çinqiz adlı şəxs onun etibarından sui-istifadə edərək, hissəhissə olmaqla 2000 manat pulunu ələ keçirmişdir. Belə ki, Çinqiz ona söz vermişdir ki, atası X6 adına qaraj üçün nəzərdə tutulmuş torpaq sahəsinin rəsmiləşdirilməsinə dair nə sənəd lazımdırsa, həll etmişdir. Sonra o, Çinqizlə telefon əlaqəsi saxlamış, Çinqiz bildirmişdir ki, həmin sənədləri göndərsin ki, baxsınlar. O, həmin sənədlərin şəkillərini çəkib “WhatsApp” proqramı vasitəsi ilə Çinqizə göndərmiş, sonra Çinqizin mobil telefon nömrələrinə zəng çatmamışdır. Sonra o, tam əmin olmuşdur ki, Çinqiz onun etibarından sui-istifadə edib ona məxsus 2000 manat pulu ələ keçirmişdir. O, ilk dəfə xx.xx.2021-ci il tarixdə günorta saatlarında mobil telefonu vasitəsi ilə Çinqizin “WhatsApp” proqramı vasitəsi ilə ona göndərdiyi, Çinqizin adına olan "xxxx" ASC-yə aid 4169-7385-7194-8730 kartına 235 manat, həmin gün Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsində yerləşən “Elmar” marketdə yerləşdirilmiş “MilliÖn” ödəmə terminalından 50 manat pul göndərmiş, xx.xx.2021-ci il tarixdə saat 21:53 dəqiqədə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsində yerləşən “Elmar” marketdə yerləşdirilmiş “Milli Ön” ödəmə terminalından Çinqizin adına olan "xxxx" ASC-yə aid 4169-7385-7194- 8730 kartına 700 manat, səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə saat 14:40 dəqiqədə ünvan 23 ünvanda yerləşən marketdə yerləşdirilmiş “MilliÖn” ödəmə terminalından Çinqizin adına olan "xxxx"-a məxsus 4169-7385-7194-8730 kartına 565 manat pul, 2021cilin noyabr ayının axırlarında Çinqizə 50 manat da nağd pul və xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən keçən Bakı-Qazax magistral avtomobil yolunun 14-cü km-dəki “Lökbatan dairəsi” adlanan yerə Çinqizə 400 manat pul vermişdir. Təqsirləndirilən şəxs ondan aldığı 2.000 manat pulun müqabilində ona, atası X6 adına Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi keçmiş Ticarət küçəsi, indiki Vilayət Əsgərov küçəsində qaraj tikmək üçün rəsmi olaraq Sərəncamla ayrılmış torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən onun adına sənədləşdirəcəyini vəd etmişdir. Təqsirləndirilən şəxs ona, ondan aldığı 2.000 manat pulu hara sərf edəcəyini, torpaq sahəsinin sənədləşdirilməsini hansı yolla həyata keçirəcəyini bildirməmiş, tanışlığı zamanı Çinqiz özünü hər sahədə tanışları olan və bütün dövlət strukturlarında yüksək nüfuza malik olan şəxs kimi təqdim etmiş və öz tanışlıqlarından istifadə edib bu işi görəcəyini bildirmişdir, lakin Çinqiz heç vaxt ondan aldığı 2.000 manat pulu hər hansı bir vəzifəli şəxsə, dövlət məmuruna və ya ümumiyyətlə başqa şəxsə verəcəyini bildirməmişdir. Təqsirləndirilən şəxs ondan aldığı 2.000 manat məbləğində pulun hamısı onun özünə məxsus olan pullar olmuş, o, həmin pulu bankdan kreditə götürmüşdür. Hal-hazırda ona vurlmuş ziyanın tam ödənildiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o Səbail RPİ-nin 39-cu PB-nin növbətçi sürücüsü vəzifəsində işləyir və polis baş serjantı rütbəsi daşıyır. Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayında tanımış, sonuncu ilə aralarında heç bir ədavət və düşmənçilik olmammışdır. Onun öz adına və anası X3 adına Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, keçmiş Ticarət küçəsi, indiki Vilayət Əsgərov küçəsində iki ədəd yanbayan yerləşən qarajları vardır. Həmin qarajların çıxarışı olsa da, qarajların alt hissəsi bir yerdədir və alt hissənin olduğu toplaq sahəsinin sənədi yoxdur. Ona görə də, o, 2021-ci ilin sentyabr ayından başlayaraq, həmin yerə sənəd almaq üçün müraciət etməyə başlamışdır. Bu zaman dayısı oğlu Samid ona bir nəfər şəxs olduğunu və bu işdə ona köməklik edə biləcəyini demişdir. Samid həmin şəxsin adının Çinqiz olmasını bildirib sonuncunun telefon nömrəsini ona vermişdir. O, Çinqizin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş və söhbət etmişlər. Çinqiz ona harada olduğunu soruşub qarajlar olan yerə getmişdir. Orada Çinqiz ona, özünü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşı kimi təqdim etmişdir. Çinqiz ona həmin yerə Çıxarış ala biləcəyini, bunun müqabilində 5.000 manat pul verilməli olduğunu demişdir. O, Çinqizin Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşı olduğuna inanıb razılaşmışdır. Çinqiz “whatsapp” proqramı vasitə ilə ona öz adına olan "xxxx" ASC-yə aid 4169-7385-7194-8730 kart hesabını atıb pulu həmin kartın hesabına köçürməsini tapşırmışdır. O, ilk dəfə 12 oktyabr 2021-ci il tarixdə saat 17:50-də Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsində yerləşən “Elmar” marketdə yerləşdirilmiş “MilliÖn” ödəmə terminalından 3100 manat pulu Çinqizin kart hesabına göndərmişdir. Bir müddət sonra Çinqiz ona yenidən zəng edərək, pul göndərməsini demişdir. O, yenə 15 oktyabr 2021-ci il tarixdə saat 14:11-də Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsində yerləşən “Elmar” marketdə yerləşdirilmiş “Milli Ön” ödəmə terminalından 400 manat pulu Çinqizin "xxxx" ASC-yə aid 4169-7385-7194-8730 kart hesabına göndərmişdir. O, Çinqizdən məsələnin nıə yerdə olduğunu soruşduqda, Çinqiz ona hər dəfə müxtəlif bəhanələr gətirərək, Çıxarışın tezliklə həll olunacağını demişdir. 2021-ci ilin oktyabr ayının ortalarında Çinqiz ona zəng edərək, Çıxarışın alınması üçün AR Fövqələda Hallar Nazirliyinə pul verilməli olduğunu demişdir. O, Çinqizlə həmin gün saat 13 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən “Xocəsən” kafesində görüşmüş, orada Çinqizə 335 manat pul vermişdir. 2021-ci ilin oktyabr ayının ortalarında saat 13 radələrində Çinqiz ona yenidən zəng edərək, sənədləşmə üçün Notariusa pul verilməli olduğunu demiş və yenidən onunla Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən “Xocəsən” kafesində görüşmüş, orada yenə də o, Çinqizə 1000 manat pul vermişdir. Bundan sonra 2021-ci ilin oktyabr ayının sonlarında Çinqiz ona zəng edərək, sənədlərin hazır olduğunu, sonuncu dəfə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Çıxarış alınması üçün pul verilməli olduğunu demiş, həmin gün saat 17 radələrində Çinqiz onun yaşadığı evin qarşısına getmiş və o, orada Çinqizə 1000 manat pul vermişdir. Beləliklə, o, Çinqizə ümumilikdə 5.835 manat pul vermişdir. O, hər dəfə Çinqizlə əlaqə saxladıqda, Çinqiz sənədlərin hazır olacağını demişdir. O, 2022-ci ilin yanvar ayından Çinqizə tez-tez zəng etməyə başlamış, Çinqiz isə ona hər dəfə müxtəlif bəhanələr gətirmiş, 2022-ci ilin mart ayından isə, telefonlarını söndürmüş, o, Çinqizin onu aldatdığını başa düşmüşdür. Sonra o, tam əmin olmuşdur ki, Çinqiz onun etibarından sui-istifadə edib 5835 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs ondan aldığı 5.835 manat pulun müqabilində ona, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi keçmiş Ticarət küçəsi, indiki Vilayət Əsgərov küçəsində yerləşən iki ədəd qarajın alt hissəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış alacağını vəd etmiş, ona, ondan aldığı 5.835 manat pulu haraya sərf edəcəyini, torpaq sahəsinin sənədləşdirilməsi və Çıxarışın alınmasını hansı yolla həyata keçirəcəyini bildirməmiş, tanış olduqları zaman Çinqiz özünü hər sahədə tanışları olan və bütün dövlət strukturlarında yüksək nüfuza malik olan şəxs kimi təqdim etmiş və öz tanışlıqlarından istifadə edib bu işi görəcəyini bildirmi, həmçinin özünü Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçısı kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs ondan aldığı 5.835 manat məbləğdə pulun hamısı onun özünə məxsus olan pullar olmuşdur. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə və sonradan teleqram ünvanlayaraq təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödədiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 16 sot torpaq sahəsinin özəlləşdirilməmiş 06 sot sahəsini və 04 mərtəbəli yaşayış evinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaqdan ötrü ilk dəfə 04 avqust 2019-cu il tarixdə saat 17:00 radələrində onun ev alqı-satqısı ilə məşğul olduğu, kirayə əsasında işlətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov küçəsi ev 1 mənzil 31 ünvanda yerləşən ofisində tanışı Şahid3 iştirakı ilə 7.000 (yeddi min) manat məbləğdə pulunu almışdır. Daha sonra eyni məqsədlə 27 avqust 2019-cu il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Yasamal rayonu Hüseyn Cavid prospektində yeləşən “Hüseyn Cavid” adına parkda Şahid4 6.000 (altı min) manat məbləğdə pul vermişdir. Sonra eyni məqsədlə 20 noyabr 2019-cu il tarixdə saat 11:00 radələrində eyni məqsədlə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsində Abbasqulu Ağa Bakıxanovun heykəli olan parkda yerləşən çay evində Şahid4 3.000 (üç min) manat məbləğdə pul vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən torpaq sahəsi üzərində inşa edilmiş 04 mərtəbəli yaşayış evinə görə Fövqəladə Hallar Nazirliyindən razılıq almaq adı ilə ondan 05 mart 2020-ci il tarixdə saat təxminən 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov küçəsi ev 1 mənzil 31 ünvanda yerləşən ofisinin qarşısında 3.000 (üç min) manat məbləğdə pulunu alıb ələ keçirmişdir. Bundan başqa, Şahid4 Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yerləşən 08 hektar torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaqdan ötrü 24 avqust 2019-cu il tarixdə saat 09:30 radələrində ünvan 9 ünvanda yerləşən Gəncə şəhər avtovağzalındakı çayxanada Təqsirləndirilən şəxs və qohumu Şahid2 iştirakı ilə 10.000 (on min) manat məbləğdə pulunu almışdır. Bundan sonra, eyni məqsədlə 10 senytabr 2019-cu il tarixdə saat 11:00 radələrində ünvan 9 ünvanda yerləşən Gəncə şəhər avtovağzalında Şahid4 1.000 (bir min) manat məbləğdə pul vermişdir. Daha sonra eyni məqsədlə 21 oktyabr 2019-cu il tarixdə saat 20:00 radələrində Şahid4la danışdıqdan sonra Təqsirləndirilən şəxs ondan yaşadığı ünvan 12 ünvanın qarşısında 8.000 (səkkiz min) manat məbləğdə pulunu almışdır. Bundan başqa, Təqsirləndirilən şəxs 18 oktyabr 2019-cu il tarixdə saat 10:00 radələrində ünvan 13 ünvanda yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinin inzibati binasının qarşısında Gəncə şəhəri Kəpəz rayonu ərazisində yerləşən 08 hektar torpaq sahəsinə dair “birka” almaq üçün onun 500 (beş yüz) manat məbləğdə pulunu alıb ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsində yerləşən 80 sot torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaqdan ötrü ilk dəfə 12 noyabr 2019-cu il tarixdə saat 12:00 radələrində onun ev alqı-satqısı ilə məşğul olduğu və kirayə əsasında işlətdiyi ünvan 8 ünvanda yerləşən ofisin qarşısında öz avtomobilində onun 3.000 (üç min) manat məbləğdə pulunu almışdır. Sonra eyni məqsədlə 29 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu X50 küçəsi 20 ünvanda yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanının inzibati binasının qarşısında Təqsirləndirilən şəxs 2.000 (iki min) manat məbləğdə pul vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində yerləşən 10 sot torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq üçün 20 avqust 2020-ci Bakı şəhəri Nərimanov rayonu X50 küçəsi 20 ünvanda yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanının inzibati binasının qarşısında 2.500 (iki min beş yüz) manat məbləğdə pulunu alaraq ələ keçirmişdir. Bundan başqa, Şahid4 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən 12 sot torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arxiv sənədləri çıxarmaq adı ilə 12 may 2020-ci il tarixdə saat 11:00 radələrində ünvan 32 ünvanda yerləşən Abşeron rayon Dövlət Arxiv idarəsinin inzibati binasının qarşısında 500 (beş yüz) manat məbləğdə pulunu alaraq ələ keçirmişdir. Bundan başqa, Şahid4 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən 12 sot torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaqdan ötrü 15 iyul 2020-ci il tarixdə saat 11:30 radələrində Ağcabədi rayonu ərazisində yerləşən avtomobil təmiri sexində sinif yoldaşı X14 iştirakı ilə 2.000 (iki min) manat məbləğdə pulunu almışdır. Bundan başqa, Şahid4 Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində yerləşən keçmiş “Zəngəzur” adlı şadlıq sarayının arxa tərəfində yerləşən 03 ədəd torpaq sahəsinə və 01 ədəd anbara dair Çıxarış almaqdan ötrü ondan müvafiq olaraq, 50 sot torpaq sahəsində görə 50.000 (əlli min) manat, 01 ha torpaq sahəsində görə 120.000 (yüz iyirmi min) manat, 02 ha torpaq sahəsinə görə 200.000 (iki yüz min) manat və həmin ərazidə yerləşən anbara çıxarış almaqdan ötrü 50.000 (əlli min) manat məbləğdə pul istəmişdir. O, həmin məbləğlərin çox yüksək məbləğ olduğunu bildirdikdən sonra Zaur məbləğləri bir qədər endirəcəyini bildirmişdir. Ona görə, Zaur Şəhvələdov Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində, keçmiş “Zəngəzur” adlı şadlıq sarayının arxa tərəfində yerləşən 50 hektar torpaq sahəsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaqdan ötrü 23 aprel 2020-ci il tarixdə saat 10:00 radələrində onun ev alqı-satqısı ilə məşğul olduğu, kirayə əsasında işlətdiyi ünvan 8 ünvanda yerləşən ofisində 5.000 (beş min) manat məbləğdə pulunu almışdır. Bundan əlavə, eyni məqsədlə 25 aprel 2020-ci il tarixdə saat 14:04-də ünvan 34 ünvanda yerləşən "xxxx" ASC-nin “Bakıxanov” filialından Şahid4 adına göndərdiyi 400 (dörd yüz) manat məbləğdə pulunu da alaraq ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs və Şahid4 ondan borc kimi və əlavə xərclər olaraq, 17.500 (on yeddi min beş yüz) manat məbləğdə pul almışlar. Təqsirləndirilən şəxs və Şahid4 dələduzluq əməlləri nəticəsində ona ümumilikdə 53.900 (əlli üç min doqquz yüz) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasına Zərərçəkmiş şəxs3 əlavə olaraq bildirmişdir ki, ona vurulmuş ziyan ifadəsində qeyd etdiyi məbləğdəndə yüksək olmaqla ona qarşı edilmiş dələduzluq faktlarının hamısı istintaq oraqanı tərəfindən tam araşdırılmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs və Şahid4 ona qarşı etmiş olduqları cinayət nəticəsinə vurduqları ziyanla bağlı Təqsirləndirilən şəxs özünə aid hissədə ona vurduğu ziyanı tam olaraq ödəmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ona aid hissədə tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını və vermiş olduğu mülki iddiadan imtina etməklə təqsirləndirilən şəxsə cəza verilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Şahid1 onun rəsmi nikahla əridir, onların özlərinə məxsus Sabunçu rayonu Zabrat qəsəbəsində olan fərdi yaşayış evlərinin yenidənqurma işlərinə ehtiyacı olmuş, lakin evin sənədləri qaydasında olmadığı üçün orada tikinti işləri apara bilməmişlər. X12 2020-ci ilin noyabr ayında Xəzər rayonunda CM-nin 177-ci maddəsi ilə həbs edilmiş və hazırda cəza çəkir. 2020-ci ilin iyun-iyul aylarında qaynı Anar, öz dostu Anarı onların evinə aparmış, həmin Anar da əri Fərasətə demişdir ki, X34 adlı dostu var, torpağın sənədləşməsinə kömək edəcəkdir. Onun və ərinin yanında Anar öz tanışı Vüsala zəng vurmuş və məsələni izah etmiş, Vüsal telefonda demişdir ki, işin düzəlməsi üçün ilk olaraq 1.500 manat lazımdır, həmin məbləği götürüb Buzovnaya getsinlər. 05 sentyabr 2020-ci il tarixdə o, əvvəlki evinin satışından saxladığı 1500 manat pulu əri Fərasətə vermiş, Fərasət də həmin gün qaynının tanışı Anarla X34lə görüşüb sonuncuya vermişdir. Vüsal Fərasətə Şəhərsalma Komitəsində və Bakı şəhər İcra Hakimiyyətində tanışlarının olduğunu və sənədləşməni qaydasına qoyacağına ərinə söz vermiş, o, işin gedişatı ilə maraqlandıqda, Vüsal ona və ərinə demişdir ki, Şəhərsalmada Çinziz Quliyev adlı bir şəxs var, Çinqizlə onun əri Fərasəti tanış edəcək, Çinqiz işlərə kömək edəcəkdri. 2020-ci ilin sentyabr ayında Vüsal özü ilə birlikdə Çinqiz adlı şəxsi onların yaşadığı Zabrat qəsəbəsində yerləşən evinə aparmış və o, evlərinin yanında Çinqizi görmüş, ərim Fərasətlə çayxanada oturmağa getmişlər. Çinqiz əri Fərasətə demişdir ki, Sabunçu rayon İcra hakimiyyətində qohumu işləyir, qohumu ilə görüşüb onların evinin sənədləşmə məsələsini deyəcəkdir. Həmin gün Fərasət evə gedərək bildirmişdir ki, sənəd təsdiqi üçün Çinqiz və Vüsal 1.000 manat pul istəyirlər. O, 900 manatı olduğu üçün həmin pulu Fərasətə vermiş, Fərasət də 900 manat pulu Zabrat qəsəbəsində “Aşbaz” kafesində Çinqizə vermək üçün Vüsala vermiş, o özü də, buna şahid olmuşdur. Vüsal ona və əri Fərasətə demişdir ki, “Get torpağın hasarını çək.” Bir müddət sonra, yəni 2020-ci ilin sentyabr ayının sonlarında onlar hasarı çəkən vaxt Zabrat İcra nümayəndəsi gəlib hasarı sökmüş, əri Fərasət Vüsala zəng vurmuş, Vüsal da Çinqizlə birlikdə yenidən Zabrata getmişlər və Vüsal ərinə onun yanında demişdir ki, Zabrat İcra nümayəndəsi Elvinə 600 manat pul vermək lazımdır. Bundan başqa Sədayi adlı icra işçisinə də 500 manat vermək lazımdır. Əri Fərasət ondan aldığı 1100 manat pulu həmin gün Zabratda “Aşbaz” kafesində Çinqizin və iş yoldaşı Elvin Həsənlinin iştirakı ilə Vüsala vermiş, Vüsal və Çinqiz Zabrat İcra nümayəndəliyinə daxil olduqdan sonra çölə çıxıb əri Fərasətə demişdir ki, işi danışmışlar, 1-ci gün tikinti işinə başlasın. Onlar yenə hasarı tikməyə başlamışlar və İcra nümayəndəliyi hasarı yenidən sökmüşdür. X48 demişdir ki, pul verilmişdir, nə üçün hasarı sökürsünüz? Sədai də Fərasətə demişdir ki, onlara pul verilməyib, tikinti də qanunsuzdur. O, Vüsala zəng vurub nə üçün onları aldatdığını əsəbi formada soruşmuş, Vüsal da guya Sədaiyə hirslənib demişdir ki, indi oraya gedir, məsələni həll edəcəkdir. Sonra Vüsal Təqsirləndirilən şəxs idarə etdiyi “Audi” markalı **- ML-*** nömrəli avtomaşını ilə yenidən Zabrata getmişlər. Bu dəfə də əri Fərsaətin usta iş yoldaşı Elvin Həsənli orada olmuş, Çinqiz və Vüsal ona demişlər ki, Zabrat icra nümayəndəsinə pul vermək lazımdır. Təxminən 2020-ci ilin oktyabr ayının əvvəlində əri ondan 1000 manat alaraq yenə Vüsalın İcra nümayəndəsinə verməsi üçün istədiyi 1.000 manatı Zabratda “Aşbaz” kafesində Vüsala vermiş, Vüsal yenidən Zabrat İcra nümayəndəliyinə gedib qayıtmış və demişdir ki, narahat olmasın, hər şey qaydasındadır, yaxın vaxtlarda, yəni, 21 iş günü ərzində sənədlər təsdiqlənməlidir, sənəd əlində olandan sonra rahat işə başlasın. Bundan sonra o və əri Fərasət mütəmadi olaraq Vüsalla telefon əlaqəsi saxlamış, 2021-ci ilin fevral ayının sonunda Vüsal sənədlə bağlı Fərasəti Buzovna qəsəbəsinə çağırmışdır. X44 Maştağa-Buzovna yolunda “Aida” parkının yanında yerləşən kafedə görüşmüşlər və Vüsal yenə Fərasətdən həmin kafedə sənədləşmə adı ilə 200 manat almışdır. Bir müddət yenə Vüsal əri Fərasətə və ona yalan vədlər vermişdir ki, sənəd düzəlir. 2021-ci ilin mart-aprel ayında Vüsal əri Fərasəti Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində yerləşən “Qızılgül” adlı restorana dəvət etmiş, həmin restoranda Vüsal və Fərasət olmuş, Vüsal yenə də eyni sözləri deyib sənədləşmə üçün son olaraq Çinqizə 550 manat vermək lazım olduğunu demişdir. O, həmin pulu əvvəlcədən verdiyindən, Fərasət 550 manatı restoranda Vüsala vermişdir. Həmin ərəfədə yenə Çinqiz pul istədiyindən və o, karantin olduğundan eyni məqsədlə Çinqizin kart hesabına Bakıxanov qəsəbəsində yerləşən “Sərhan” marketin yanında “MillÖn” ödəmə terminalı vasitəsilə 200 manat pul göndərmişdir. Sonuncu dəfə 2021-ci ilin aprel ayının sonlarında Vüsal Əliyev tanımadığı avtomaşın sürücüsü ilə Zabrat qəsəbəsinə getmiş, Fərasəti avtomaşına mindirib Bakıxanov qəsəbəsində özünün dostu kimi təqdim etdiyi 50-55 yaşlarında adını xatırlamadığı bir kişinin kafesində aparmışdır. Həmin kafedə yenə də sənədləşməyə görə əvvəlcə 100 manat, sonra isə 500 manat pul almışdır. Vüsal Əliyevin və Təqsirləndirilən şəxs dələduzluq əməlləri nəticəsində ona 6.050 manat məbləğındə maddi ziyan dəymişdir. Belə ki, həmin pulu o, atasına məxsus Bakıxanov qəsəbəsindəki evin satışından ona pay verdiyi puldan yığıb ev tikmək üçün saxlamış və əri Şahid1 fəhlə işlədiyindən, pullar Fərasətin yox, onun olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini və təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2019-cu ilin əvvəllərində yaşadığı evin sənədləşdirilməsi üçün başı çıxan adam axtararkən, 2019cu ilin aprel ayında tanışı vasitəsilə özünü Daşınmaz Əmlakın Reyestri Xidmətinin əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs Ağamalı oğlu ilə tanış olmuşdur. O, Çinqizə bildirmişdir ki, evini sənədləşdirmək istəyir və Çinqiz kömək edəcəyinə söz vermişdir. 15 aprel 2019-cu il tarixdə o, əri Hüseynağa Bağırov ilə birlikdə metronun “Koroğlu” stansiyasının yaxınlığında Təqsirləndirilən şəxs Ağamalı oğlu ilə görüşmüş, evinin sənədlərini Çinqizə təqdim etmiş, Çinqiz sənədlərə baxmış və 60 manat pul istəmişdir ki, sənədləri yoxlatdırsın. O, ərinin yanında Çinqizə 60 manat pul vermişdir. Çinqiz axşama yoxlatdırıb cavab deyəcəyini demiş, həmin gün axşam Çinqiz yaşadığı evin yaxınlığına getmiş və ondan əlavə olaraq 250 manat da istəmişdir ki, sənədin arxivindəki kötüyünü araşdırsın. O, Çinqizin avtomobilində qızı Ceyranxanımın yanında Çinqizə 250 manat pul vermişdir. Çinqiz pulu alanda söz vermişdir ki, araşdırıb yaxın günlərdə xəbər deyəcəkdir. Bundan təxminən 2-3 gün sonra Çinqiz ona zəng edərək demişdir ki, evinin sənədləşməsi ilə bağlı lazımi adamlarla danışmışdır və verdiyindən əlavə 3.250 manat da versə, 03 ay ərzində onun evini özəlləşdirib sənədlərini tam şəkildə ona təhvil verəcəkdir. O, Çinqizin sözlərinə inanıb bir gün sonra, yəni 25 aprel 2019-cu il tarixdə axşam saatlarında yaşadığı Sabunçu rayonu Zabrat qəsəbəsi Oktyabr küçəsindəki evinin yaxınlığındakı Notariusun qarşsında Çinqizin şəxsi avtomobilində qızı Ceyranxanım Bağırovanın iştirakı ilə 3.250 manat pulu Çinqizə vermişdir. Çinqiz pulu alıb söz vermişdir ki, deyilən vaxta kimi 3-4 ay içində evinin sənədlərini ona verəcəkdir. Bundan sonra o, hər dəfə Çinqizdən sənədləri xəbər aldıqda, Çinqiz müxtəlif bəhanələr gətirərək sənədləri düzəltməmiş, pulunu ələ keçirib onu aldadaraq ona qarşı dələduzluq etmişdir. Çinqiz ona öz şəxsiyyət vəsiqəsini də vermişdir ki, sənədləşmə işini aparması üçün ona etibarnamə versin. O, sonradan Çinqiz barədə Sabunçu RPİ-nə ərizə ilə müraciət etmiş və araşdırma zamanı Çinqiz ona 1000 manat ödəmiş, sonradan isə hissə-hissə Çinqiz onun bank kartına 850 manat pulu köçürmə yolu ilə ödəmiş, lakin onun 1.710 manat pulunu ödəməkdən yayınmışdır. Bundan sonra Çinqizin arvadı tərədindən onun kartına daha 60 manat pul göndərilmiş və Çinqizin ona 1650 manat borcu qalmışdır. Hal-hazırda isə ona vurulmuş bütün ziyan tam olaraq ödənmişdir. Zərərçəkmiş şəxs5 məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs Ağamalı oğlu tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs6 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq səhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılğı ilə Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O öz ifadəsində göstərmişdir ki, 2019-cu ilin mart ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsi 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin öz adına sənədləşdirilməsi üçün başı çıxan adam axtararkən, tanışının vasitəsi ilə özünü Daşınmaz Əmlakın Reyestri Xidmətinin əməkdaşı kimi təqdim etmiş Təqsirləndirilən şəxs Ağamalı oğlu ilə tanış olmuşdur. O, Çinqizə bildirmişdir ki, həmin qeyri-yaşayış sahəsini sənədləşdirmək istəyir. Çinqiz kömək edəcəyini bildirmişdir. O, Çinqizdən xərci nə qədər olmasını soruşduqda, Çinqiz 25.000 (iyimi beş min) manat olacağını bildirmiş və o razılaşmışdır. O, 04 aprel 2019-cu il tarixdə Bakıxanov qəsəbəsi Xasməmmədov küçəsi 5 ünvanda X7 yanında Təqsirləndirilən şəxs ilkin olaraq qeyri-yaşayış sahəsinin sənədləşməsi üçün 5.500 manat pul vermişdir. Çinqiz həmin pulu ondan alıb bildirmişdir ki, ilkin sənədləşmə işini başladacaqdır. 2019-cu ilin may ayının əvvəlində Çinqiz onunla görüşüb bildirmişdir ki, sənədləşmə işi yekunlaşır, puldan 15.000 manat istəmiş, qalan 2.000 manatı sonra verər. O, Çinqizə inanmış və Bakıxanov qəsəbəsi Xasməmmədov küçəsi 5 ünvanda tanışı Firudin Quliyevin yanında 15.000 manat pulu Çinqizə vermiş və Çinqiz bir aya sənədin hazır olacağına söz vermişdir. Bundan sonra O, Çinqizə Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsində də torpaq sahəsi olmasını bildirmiş və həmin torpaq sahəsinin də sənədləşmə işini həll etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin sənədini 4.700 manata düzəldə biləcəyini bildirib vəd vermişdir. O, Çinqizə inanıb 2019-cu ilin iyul ayının ortalarında Bakı şəhəri Bakıxanov qəsəbəsi Xasməmmədov küçəsi 5 ünvanda Çinqizə 4.700 manat pul vermişdir. O, Çinqizə hər dəfə pul verəndə qəbz yazdırmış, sonuncuda isə Çinqizə inamı yarandığından, qəbz yazdırmamışdır. Çinqiz ona söz vermişdir ki, Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşən torpaq sahəsinə 03 aya sənəd düzəldəcəkdir. 2019-cu ilin avqust ayında o, Çinqizdən qeyri-yaşayış sahəsi barədə maraqlandıqda, Çinqiz müxtəlif bəhanələr gətirərək sənədləri düzəltməmiş və vaxtı uzatmağa başlamışdır. Bu səbəbdən, o, Çinqizdən pulunu geri tələb etikdə, Çinqiz 2020-ci ilin may ayında ona 10.000 (on min) manat pulunu qaytarmış, qalan 15.200 manat pulu isə qaytaracağına söz vermişdir. O, Çinqizin sözünə əməl etməyib pulunu ələ keçirib onu aldadaraq, ona qarşı dələduzluq etməsini görüb Çinqizin barəsində Sabunçu RPİ-nə şikayət ərizəsi ilə müraciət etmiş, araşdırma müddətində Təqsirləndirilən şəxs ona 6.000 manat pul ödəsə də, qalan 9200 manat pulunu qaytarmamışdır. Zərərçəkmiş şəxs6 məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Laçın rayonu, Nağdalı kəndində qeydiyyatda olmaqla, Tər-Tər rayonu, Yeni qəsəbə, bina 25 mənzil 18 ünvanda ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs3 onun bacısının əridir, Vüqarla arasında heç bir ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs və Şahid4 isə tanımır, həmin şəxslərlə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Vüqar özü ev və torpaq alqı-satqısı ilə məşğul olur. 2019-cu ilin avqust ayının sonlarında Vüqar onun yaşadığı Tər-Tər rayonuna getmişdir. Vüqar ona səhəri gün Gəncə şəhərinə getməli olduqlarını, vacib bir işi olduğunu, orada Zaur və Çinqiz adlı şəxslərlə görüşəcəyini və 10.000 manat pul verməli olduğunu demişdir. Vüqar gecəni onlarda qalmış və səhəri gün onun idarə etdiyi “Vaz-21150” markalı, **-BX- *** dövlət qeydiyyat nişanlı avtomobillə Vüqarla birlikdə Gəncə şəhərinə getmişlər. Bir müddət Gəncə şəhərinin girişində Vüqar mobil telefonla Çinqizə zəng etmiş və Gəncə şəhərində olduqlarını bildirmişdir. Onlar saat 10 radələrində Gəncə şəhər avtovağzalına gedərək, Çinqizi gözləməyə başlamışlar, bir müddət sonra Çinqiz onların yanına gəlmiş və onlarla görüşüb Zaurun avtomobildə olmasını bildirmişdir. Bu zaman Zaurda avtomobildən düşüb onların yanına gəlmişdir. Çinqiz Vüqarı və onu Zaurla tanış etmiş, Zaur Vüqardan sənədləri gətirib-gətirmədiyini soruşmuş, Vüqar da paketin içərisində pulu və sənədləri Zaura vermişdir. Zaur pulu və sənədləri alıb baxmış, o, pulun bağlanmış vəziyyətdə olmasından 10.000 manat olduğunu düşünmüşdür. Onlar ayrı-ayrı avtomobillə Gəncə şəhərində yerləşən Dövlət Əmlak Komitəsinin filialının yaxınlığına getmişlər, orada Zaur Gəncə şəhərində yerləşən Dövlət Əmlak Komitəsinin filialının binasına daxil olmuş, o, Vüqar və Çinqiz binanın qarşısında Zauru gözləməyə başlamışlar. Təxminən bir saat sonra Zaur binadan çıxmış, onlar yaxınlıqda olan kafelərin birində oturmuşlar, orada Zaur Vüqara vaxt verməsini istəmiş, Vüqar da Zaurla razılaşmışdır. Zaur Vüqara məsələni həll edəcəyini bildirmişdir. Bundan sonra onlar sağollaşıb Tər-Tər rayonuna qayıtmışlar, axşam Vüqar onun evində qalmış və səhər tezdən çıxıb getmişdir. Təxminən 02 ay sonra Vüqar yenidən Tər-Tər rayonuna getmiş və Zaurla görüşüb gəldiyini bildirmişdir. Bir müddət sonra Zaur da onların yanına getmiş, oturub yemək yemişlər və sağollaşmışlar. Daha sonra o, Zaur və Çinqizin Vüqarı aldadaraq külli miqdarda pulunu ələ keçirməsini öyrənmişdir. Zərərçəkmiş şəxs3 2019-cu ilin avqust ayının sonlarında Gəncə şəhəri, avtovağzalın girişində onun yanında sənədləri və pulu Zaura vermişdir. O, həmin vaxt məbləği dəqiq görməsə də, bir bağlama olmasından və Vüqarın sözündən 10.000 manat olmasını bilmişdir. Vüqar torpaq alqı-satqısı ilə məşğul olur və hansısa torpağın sənədinin düzəlməsi üçün Zaur Vüqardan pul almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o rəsmi şəkildə işləməsə də, ali hüquqi təhsillidir, əvvəllər nümayəndə kimi məhkəmə proseslərində iştirak etmişdir. Zərərçəkmiş şəxs3 təxminən 15 ildir, tanıyır, Vüqar İmayılovla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Vüqar ünvan 36 ünvanda yerləşən 31 saylı mənzili icarəyə götürərək orada evlərin, torpaq sahələrinin, eyni zamanda digər daşınmaz əmlakların alqı-satqısı ilə məşğul olur. O, hərdən Vüqarın yanına gedib sonuncu ilə söhbət edir. Təqsirləndirilən şəxs təxminən 5-6 il əvvəl Çinqizi Sabunçu rayon məhkəməsində tanımış, belə ki, Çinqiz torpaq və mənzillərin sənədləşdirilməsi işləri ilə məşğul olmuşdur. Şahid4 isə tanımır, həmin şəxslərlə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Çinqiz özünü Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) əməkdaşı kimi təqdim etmişdir. O, 2019-cu ilin iyul ayının sonlarında Vüqarın yanında olarkən, Vüqar ona bir nəfər şəxsin torpaq sahəsi olduğunu və həmin torpaq sahəsinə ƏMDX-dən Çıxarış almaq istədiyini bildirmişdir. Vüqar ondan tanışı olub-olmadığını soruşmuş, o da, Vüqara Çinqiz adlı bir nəfər şəxsin olduğunu, ƏMDX-nin əməkdaşı olmasını, bu işlərlə məşğul olduğunu demişdir. Vüqar ona Çinqizə zəng etməsini, əgər gələ bilirsə, ofisə gəlməsini və bu məsələ ilə əlaqədar danışmağı demişdir. O, Çinqizin mobil telefonuna zəng edib Vüqarın ofisinə gəlməsini xahiş etmişdir. Həmin gün saat 15 radələrində Çinqiz Vüqarın ofisinə getmiş, Vüqar Çinqizlə tanış olub Çinqizə torpaq sahəsi olduğunu və Çıxarış almaq istədiyini demişdir. Çinqiz Vüqardan sənədləri alıb baxmış və 20.000 manata məsələni həll edə biləcəyini bildirmişdir. Vüqar Çinqizdən bu işi kiminlə həll edəcəyini soruşmuş, Çinqiz də işi ƏMDX-nin rəhbər işçilərindən olan Şəmsi Şahvələdovun qardaşı oğlu Şahid4la həll edəcəyini bildirmişdir. X39 zəng etməsini istəmiş, Çinqiz də Zaur adlı şəxslə zəng edərək telefonda danışmış, həmin şəxs işin həll oluna biləcəyini demişdir. Bu zaman Çinqiz Vüqardan ilkin ödəniş pulu istəmiş, Vüqar onun yanında 7.000 manat pulu sayaraq, Çinqizə vermişdir. Çinqiz yenidən Zaura zəng etmiş və pulun özündə olmasını bildirib ofisdən getmişdir. Bir müddət sonra o, Vüqarla sağollaşıb yaşadığı evə getmişdir. Vüqar təxminən 4-5 ay sonra ona zəng edərək, Çinqizin aldatdığını və pulunu qaytarmadığını bildirmişdir. O, Çinqizə zəng edərək, onun yanında Vüqardan aldığı pulu qaytarmasını, ya da torpaq məsələsini həll etməsini demiş və Çinqiz həll edəcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra Vüqar ona zəng edərək, Vüqarla Çinqizlə onun tanış etdiyini, Çinqizin Vüqarı aldatmasını bildirib narazılıq etməyə başlamışdır. O, bir dəfə Şahid4 zəng etmiş, lakin Zaur onu tanımadığını, bu işə qarşımamasını, Vüqarla özünün arasında olan məsələ olduğunu demişdir. Daha sonra o, Vüqardan, Zaur və Çinqizin Vüqarı aldadaraq külli miqdarda pulunu ələ keçirdiklərini öyrənmişdir. Zərərçəkmiş şəxs3 2019-cu ilin iyul ayının sonlarında ofis kimi işlətdiyi ünvan 36 ünvanda yerləşən 31 saylı mənzildə onun yanında 7.000 (yeddi min) manat məbləğdə pulu Təqsirləndirilən şəxs hansısa torpağın sənədinin düzəlməsi üçün vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs3 2019-cu ilin iyulavqust aylarında tanışı Çinqiz vasitəsi ilə tanımış, Zərərçəkmiş şəxs3 ilə tanış olduqdan sonra münasibətləri hər zaman normal olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. O, Çinqizlə və Vüqarla tanış olduğu dövrdə torpaq və evlərin özəlləşdirilməsi işi ilə məşğul olmuşdur. 2019-cu ilin iyul-avqust aylarında Çinqiz ona müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən 16 sot torpaq sahəsinin sənədləşməmiş 6 sotunu və içərisində olan evi sənədləşdirmək lazım olduğun bildirmişdir. O, Çinqizə sənədləşmə ilə bağlı müəyyən fikir bildirmək üçün torpaq sahəsinin, eyni zamanda fərdi evin eskiz lahiyələrinin lazım olduğunu, həmin sənədləri verdikdən sonra danışaraq, məlumat verəcəyini demişdir. Bir neçə gün sonra Çinqiz yenidən onunla əlaqə saxlamış və lahiyələrin hazır olduğunu bildirmişdir. O, Çinqizlə Bakı şəhəri Yasamal rayonunda yerləşən metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında görüşmüş, Çinqizin dediyi sənədləri götürüb Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə verdikdən sonra qiymət barədə məlumat verəcəyini bildirmişdir. Bir neçə gün sonra Çinqizlə əlaqə saxlamış və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən 16 sot torpaq sahəsinin sənədləşməmiş 6 sotluq hissəsini və içərisində olan evi sənədləşdirmək üçün 10.000 manat pul lazım olduğunu bildirmişdir. Çinqiz torpağın sənədləşməsi ilə bağlı müraciət edən Vüqar adlı şəxslə danışaraq məlumat verəcəyini, Vüqarın razılığı olduqda isə, xəbər edəcəyini demiş, o isə, heç bir problemin olmadığını bildirmişdir. Bu danışıqdan bir neçə gün sonra Çinqiz yenidən onunla əlaqə saxlamış və Gəncə şəhəri Kəpəz rayonunda 8 hektar torpaq sahəsinin olduğunu, özəlləşdirmək üçün pul lazım olduğunu demişdir. O, Gəncə şəhərində olan torpaq sahəsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhərində yerləşən idarəsinə müraciət etmək lazım olduğunu bildirmiş, Çinqiz onunla razılaşmış və bundan sonra o, Çinqizlə birlikdə Gəncə şəhərinə getmişlər. Gəncə şəhərində Vüqarla tanış olmuş və söhbət etdikdən sonra o, Vüqarın təqdim etdiyi sənədlərin surətlərini çıxarmağı Çinqizdən xahiş etmişdir. Çinqiz də onun xahişi ilə sənədlərin surətlərini çıxararaq, ona təqdim etmişdir. Vüqarla söhbət etdikdən sonra Çinqizin yanında Vüqar ona 5000 manat pul vermişdir. Sonra onlar Gəncə şəhərindən Bakı şəhərinə qayıtmışlar. Bakıya qayıtdıqdan sonra o, Gəncə şəhərində yerləşən torpaq sahəsinin sənədləşməsini həll etməklə bağlı işlər görmüş, sonra Vüqar müxtəlif vaxtlarda Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən torpaq sahəsinin, eyni zamanda həmin torpaq sahəsində olan fərdi evin, o cümlədən Gəncə şəhəri Kəpəz rayonunda yerləşən 8 hektar torpaq sahəsinin sənədləşməsi ilə bağlı razılaşdıqları 20.000 manat pulu Vüqar ona vermişdir. O, aldığı pulun qarşılığında sənədləşmələri hazırlayaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə, eyni zamanda həmin Xidmətin Gəncə Ərazi İdarəsinə təqdim etmişdir. Lakin nəticədə torpaqların sənədləşməsi baş tutmamış, bu səbəbdən o, Vüqarla danışaraq Bakı şəhəri, Nizami rayonu ərazisində 16.000 manatı, daha sonra 2.000 manatı, sonra isə kart hesabına köçürməklə 2.000 manatını qaytarmışdır. O, pulları qaytaranda yanında Seyid adlı dostu, Vüqarın yanında isə qohumu olmuşdur. Bu hadisədən sonra Vüqardan heç bir xəbər çıxmamışdır. Təqribən bir müddət sonra Vüqar onunla əlaqə saxlayıb barəsində şikayət edəcəyini bildirərək, şikayət etdiyi zaman gedib izah verməsini xahiş etmiş və o, dəvət olunduğu vaxt gedib izahat verəcəyini demişdir. Bir neçə gün əvvəl onun mobil telefonuna zəng olunmuş, telefona cavab verdiyi zaman zəng edən şəxs Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşı olduğunu bildirərək, Polis Bölməsinə getməsini xahiş etmiş və o, Sabunçu RPİ-nin 13-cü PB-nə gedərkən, Vüqarın həm onun, həm də Çinqiz barəsində şikayət etdiyini bilmişdir. O, Zərərçəkmiş şəxs3 iki torpaq sahəsinin sənədləşməsi məqsədi ilə ümumilikdə 20.000 manat pul almış, lakin işlər alınmadığı üçün həmin pulları geri qaytarmışdır. Bundan başqa, o, Vüqardan borcada pul almış, lakin həmin pulları da sonradan qaytarmışdır. Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində əlavə olaraq bildirmişdir ki, Çingizlə əvvəllər dosdluq münasibətləri olub. Onu təxminən 2018-ci ildən Vüqarı isə 2019-cu il tarixdən tanımışdır. X49 tanış etmişdir. Vüqarla onun iki işi olub, biri Gəncədə olub digəri isə Qaraçuxurda olub. Əmisi oğlu Şəmsi müəllim əvvəllər Bakı şəhər, BT-nin rəisi olmuşdur. O indi rəhmətə gedib. Onun vasitəsi ilə müəyyən belə işlər görmüşdür. Vüqarla ilk dəfə Gəncədə görüşmüş, orda çayxanada Vüqar ona beş min manat pul vermiş və həmin vaxtı Çinqizdə yanlarında olmuşdur. Bu məsələ ilə bağlı müəyyən işlər görülsədə ancaq ki, iş həll olunmadı. Daha sonra Vüqarla Elimlərdə görüşüb ondan daha 6000 manat pul almış və aldığı pulların ümumilikdə məbləği 11000 manat olmuşdur. X28 vasitəsi ilə ona daha 7000 manat göndərmişdir. Sonra Vüqar ona özüə lazım olduğu üçün daha 2000 manatda vermişdir. Ümumilikdə onun Vüqara 20000 manat borcu yaranmışdır. Vüqar ondan şikayət etməmişdən əvvəl o Vüqara olan borclarını qaytarmışdır. X45 arasında olan digər məsələlərdən xəbərr yoxdu. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılğı ilə şahidin ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, onun özlərinə məxsus Zabrat qəsəbəsində olan fərdi yaşayış evlərində yenidənqurma işlərinə ehtiyac var idi, lakin evin sənədləri qaydasında olmadığı üçün orada tikinti işləri apara bilməmişlər. X5 2020-ci ilin noyabr ayında Xəzər rayonunda CM-nin 177-ci maddəsi ilə həbs edilmiş və hazırda çəza çəkir. 2020-ci ilin iyun-iyul aylarında qardaşı Anar, öz dostu digər Anarı onların evin gətirmişdir. Anar da söhbət zamanı ona demişdi ki, Buzovnada onun Vüsal Əliyev adlı dostu var, toropağın kömək edə bilər. Onun və arvadının sənədləşməsinə Ləyaqətin yanında Anar öz tanışı Vüsala zəng vurdu və məsələni izah etdi. Vüsal ona telefonda dedi ki, işin düzəlməsi üçün ilk olaraq 1.500 manat lazımdır, həmin məbləği götürüb Buzovnaya gəlin. Bundan sonra, Leyaqet yığıb saxladığı 1500 manat pulu mene verdi, men de hemin gün mən qardaşım Anar ve onun dostu Anarla birlikde X23 görüşdük. Vüsal hemin vaxt mənə şəhərsalma komitəsində və Bakı şəhər İcra Hakimiyyətində tanışlarının olduğunu və sənədləşməni qaydasına qoyacağına söz verdi. Bu barədə soruşduqda Vüsal mene dedi ki, şəhərsalmada Çingiz Quliyev adlı bir şexs var, onunla erimi tanış edəcək, işlərə kömək edəcək. 2020-ci ilin sentyabr ayında Vüsal özü ilə birlikdə Cingiz adlı şexsi bizim yaşadığımız Zabrat qəsəbəsinə gətirdi və evimizin yanında onlar meni çayxanaya çağırdılar və orada oturduq. Çingiz mene dedi ki, Sabunçu rayon icra hakimiyyətinə gedib orada qohumu ilə işləyir, onunla görüşüb bizim evin sənədləşmə məsələsini deyəcəkdir ve sened tesdiqi üçün Çingiz ve Vüsal 1.000 manat pul istedilər, mən də axşam evə qayıdanda bu barədə arvadım Ləyaqətə dedikdə o, 900 manatı olduğu üçün hemin pulu mənə verdi. Men de 900 manat pulu Zabratda "Aşpaz" kafesinde Çingize vermək üçün Vüsalla görüşüb ona verdim və buna Ləyaqət də şahid oldu. Mənə və Leyaqete Vüsal dedi ki, get torpağın hasarını çək. Biz bir müddət sonra yeni, 2020-ci ilin sentyabr ayının sonlarında hasarı çəkən zaman Zabrat İcra nümayəndəsi gəlib hasarı sökdü. Mən Vüsala zəng vurdum, o da Çingizlə birlikdə yenidən Zabrata gəldilər və Vüsal mənə dedi ki, Zabrat İcra nümayəndəsi Elvine 600 manat pul vermək lazımdır. Bundan başqa Sədayi adlı icra işçisine de 500 manat vermək lazımdır. Men de Ləyaqətdən aldığım 1100 manat pulu həmin gün Zabrat qəsəbəsi "Aşpaz" kafesinde Çingizin ve iş yoldaşım Elvin Həsənlinin iştirakı ilə Vüsala verdim, Vüsal ve Çingiz Zabrat İcra nümayəndəliyini daxil olduqdan sonra çölə çıxıb mənə dedilər ki, işi danışıblar, 1-ci gün tikinti işinə başla. Biz yenidən hasarı tikmeye başladıq və icra nümayəndəliyi hasarı yenidən sökdü. Mən Sədaiye dedim ki, bəs ona pul verilib, nə üçün hasarı sökürsünüz? Sədai də mənə dedi ki, bizə pul verilməyib, tikinti də qanunsuzdur. Mən Vüsala zeng vurub nə üçün bizi aldatdığını əsəbi formada soruşdum. Vüsal da guya Sədaiyə hirslənib demişdir ki, indi gəlirəm ora, məsələni həll edəcəyəm. Az sonra Vüsal, X9 idarə etdiyi "Audi" markalı **-ML-*** nömrəli avtomaşını ilə birlikdə yenidən Zabrata gəldilər. Bu dəfə də mən Fersaətin usta iş yoldaşı Elvin Həsənli orada olub. Çingiz ve Vüsal mənə dedilər ki, Zabrat icra nümayəndəsinə pul vermək lazımdır, təxminən 2020-ci ilin oktyabr ayının əvvəli idi, mən Ləyaqətdən 1000 manat alaraq yenə də Vüsalın icra nümayəndəsinə verməsi üçün istədiyi 1.000 manatı Zabratdakı "Aşpaz" kafesinde Vüsala verdim. Vüsal yenidən Zabrat İcra nümayəndəliyine gedib, qayıtdı və dedi ki, narahat olma, her şey qaydasındadır, yaxın vaxtlarda, yəni, 21 iş günü ərzində sənədlər təsdiqlənməlidir, sənəd əlində olandan sonra rahat işe başlayarıq. Bundan sonra mən və arvadım Ləyaqət mütəmadi olaraq Vüsalla telefon əlaqəsi saxlayırdıq, 2021-ci ilin fevral ayının sonunda Vüsal onu sənədlə bağlı Buzovnaya çağırdı. Mən Maştağa-Buzovna yolunda "Aida" parkının yanında yerləşən kafedə Vüsalla ikimiz görüşdük və Vüsal yenə məndən həmin hend kafedə sənədləşmə adı ilə 200 manat almışdır. Bir müddət yenə də Vüsal 41 mənə yalan vədlər verdi ki, sənəd düzəlir. 2021-ci ilin mart-aprel ayında Vüsal məni Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığında yerləşən "Qızıl balıq" adlı restorana dəvət etmişdir. Həmin vaxt restoranda Vüsal və o olmuşdur. Yenə də eyni sözləri deyib sənədləşmə üçün son olaraq Çingizə 550 manat vermək lazım olduğunu dedi. Mən də həmin 550 manat pulu restoranda Vüsala vermişdir. Həmin ərəfədə yenə Çingiz pul istədiyindən və karantin olduğundan eyni məqsədlə Çingizin kart hesabına Bakıxanov qəsəbəsində yerləşən Sərhan marketin yanında Millön ödəmə terminali vasitəsilə 200 manat da pulu həyat yoldaşım Ləyaqət göndərmişdir. Sonuncu dəfə 2021-ci ilin aprel ayının sonlarında Vüsal Əliyev tanımadığı avtomaşın sürücüsü ilə Zabrat qəsəbəsinə gəlmiş, məni maşına mindirib Bakıxanov qəsəbəsində özünün dostu kimi təqdim etdiyi 50-55 yaşlarında adını xatırlamadığı bir kişinin kafesində oturtmuşdur. Həmin kafedə yenə də sənədləşməyə görə əvvəlcə 100 manat, sonrakı günlərdə isə yenə həmin yerdə görüşüb məndən 500 manat pul almışdır. Vüsal Əliyevin və Çingiz Quliyevin dələduzluq əməlləri nəticəsində bizə 5950 manat dəyərində maddi ziyan dəymişdir. Belə ki, həmin pulu həyat yoldaşım Ləyaqətin atasına məxsus Bakıxanov qəsəbəsindəki evin satışından ona pay verdiyi puldan yığıb ev tikmək üçün saxlamışdı və mən isə fəhlə işlədiyindən mənim böyük məbləğdə pulum olmamışdır. Bu səbəbdən həyat yoldaşım Zərərçəkmiş şəxs4ın zərərçəkmiş şəxs qismində tanınmasına etiraz etmirəm. İş materiallarında olan 23 noyabr 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, təsdiq etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs3 verilmiş suallara cavab verərək, torpaq sənədləşməsi ilə bağlı Təqsirləndirilən şəxs və Şahid4 ümumilikdə 56.000 manat pul verdiyini, qalan 8.000 manat pulun tanışına məxsus olduğunu və Çinqizə verdiyi üçün həmin pulu da hesabladığını, eləcə də, yerdə qalan 9.000 manat pulu yol xərci kimi xərclədiyini, 56.000 manat pulun 26.000 manat hissəsini Şahid4, 30.000 manat hissəsini Təqsirləndirilən şəxs verdiyini və Şahid4 ona 16.000 manatdan başqa heç bir məbləğdə pul qaytarmadığını bildirmişdir. Eyni zamanda üzləşdirmə zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, Şahid4 çatdırması üçün Zərərçəkmiş şəxs3 ona 8.000 (səkkiz min) manat deyil, 7.000 (yeddi min) manat məbləğdə pul vermiş, o, həmin pulu Şahid4 çatdırdıqdan sonra Zaur pulları sayaraq, Vüqara zəng edib pulu qəbul etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 həqiqətən də, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən fərdi evin şəkillərini çəkmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən gələn şəxsə 200 manat məbləğdə pul vermişdir. Zərərçəkmiş şəxs3 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsində yerləşən 72 sot torpaq sahəsi ilə bağlı ona ümumiyyətlə heç bir məbləğdə pul verməmişdir. O, Zərərçəkmiş şəxs3 kiməsə borca 5.000 manat pul verməsini xahiş etməmişdir. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən fərdi evin hündürlüyü ilə bağlı yaranmış mübahisə ilə əlaqədar o, Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur qurumları ilə danışıqlar aparmış və mübahisənin həlli üçün 3.000 manat pul lazım olduğunu bildirmiş, bu barədə Vüqara məlumat vermiş, lakin Vüqar həmin pulu düzəldib vermədiyi üçün məsələ həll edilməmiş qalmışdır. Zərərçəkmiş şəxs3 ümumiyyətlə Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciət etməmiş, Asan məkanın qarşısında 2.000 manat və bir müddət sonra 2.500 manat pul verməmişdir. İş materiallarında olan 26 avqust 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq zamanı iş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, bir daha təsdiq etmişdir. İş materiallarında olan 28 fevral 2023-cü il tarixli “məlumatlara baxış keçirilməsi barədə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və Şahid4 ilə aralarında olan danışıqlar və yazışmlara olan 1 ədəd elektron məlumat daşıyıcısını (flaşkart) Qaradağ RPİ-nin İŞ-nə təqdim etmişdir. Zərərçəkmiş şəxs3 təqdim etdiyi bir ədəd elektron məlumat daşıyıcısına (flaşkart) Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı səs yazı və yazışmalarda Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və Şahid4 arasında torpaq sahələrinin sənədləşdirilməsi, pulların tələb edilməsi barədə danışıqlar olması müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs səslərin ona məxsus olduğunu, lakin Zərərçəkmiş şəxs3 o bildirdiyi qədər pul almadığını, həqiqətən Zərərçəkmiş şəxs3 torpaqlar üçün sənəd düzəldilməsində köməklik göstərmək istədiyini, lakin problemlər yarandığı üçün bunu edə bilmədiyini bildirmişdir. İş materiallarında olan 01 mart 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət işinin materiallarından ayrı icraata cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, hazırkı cinayət işinin materiallarından Şahid4 və X10 barəsində Azərbaycan Respublikası CM-nın 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ayrı icrata cinayətə işi ayrılmış, iş üzrə Zərərçəkmiş şəxs3 təqdim etdiyi 01 ədəd elektron məlumat daşıyıcısı (flaşkart) və zərərçəkmiş Zərərçəkmiş şəxs6 təqdim etdiyi üzərində əl yazısı olan 01 ədəd A4 formatlı kağız sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 09 avqust 2008-ci il tarixdə doğulmuş X11 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünü müdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin bu mövqeyi öz təsdiqini tapmamış, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməklə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri məhkəmə istintaqı zamanı tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərindən Zərərçəkmiş şəxs3 qarşı dələduzluq nəticəsində vurulmuş 3000 manat və 2500 manat məbləğində olan epizodlar, Zərərçəkmiş şəxs5 qarşı dələduzluq nəticəsində vurulmuş 3810 manat məbləğində olan epizod və Zərərçəkmiş şəxs6 qarşı dələduzluq nəticəsində vurulmuş 4700 manat məbləğində olan epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən həmin epizodlar üzrə cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iş üzrə Zərərçəkmiş şəxs3 qarşı 3000 manat məbləğində dələduzluq cinayəti 05 mart 2020-ci il tarixdə və 2500 manat məbləğində dələduzluq cinayəti 20 avqust 2020-ci il tarixdə, Zərərçəkmiş şəxs5 qarşı 3810 manat məbləğində dələduzluq cinayəti 25 aprel 2019-ci il tarixdə və Zərərçəkmiş şəxs6 qarşı 4700 manat məbləğində dələduzluq cinayəti 2019-cu ilin iyul ayının sonlarında törədilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həmin epizodlar üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 15 mart 2022ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Cinayət işinin materiallarından aydın olur ki, ibtidai istintaq zamanı 26 oktyabr 2022ci il tarixdə Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsinin tələblərinə əsasən dayandırılmışdır. 19 noyabr 2022-ci il tarixdə Quliyev X15 RPİ-nin 10cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq, RPİ-nin X24 təhvil verildiyinə görə həmin tarixdə cinayət işi üzrə icraat təzələnib istintaqı davam etdirilmişdir. 29 oktyabr 2022-ci il tarixdə Sabunçu RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru Elvin Nəsibov tərəfindən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək, həmin tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış və 18 noyabr 2022-ci il tarixdə iş üzrə icraat təzələnərək, istintaqı davam etdirilmişdir. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Yuxarıda qeyd olunan normaları hazırkı iş üzrə tətbiq edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan epizodlar üzrə törətdiyi cinayət əməlləri böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Həmin cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti cinayət qanununa əsasən iki il nəzərdə tutulduğundan və müddətlər cinayətin törədildiyi gündən hökm qanuni qüvvəyə minənədək olan müddətdə hesablandığından, Təqsirləndirilən şəxs həmin epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyanlar ödənildiyindən və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri olmadığından onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Məhkəmə mülki iddiaya münasibətdə isə hesab edir ki, zərərəçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddiadan imtina etdiyinə görə mülki iddaya xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinin tələbindən aydın olur ki, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs3 təqdim etdiyi 01 ədəd elektron məlumat daşıyıcısı (flaşkart) və zərərçəkmiş Zərərçəkmiş şəxs6 təqdim etdiyi üzərində əl yazısı olan 01 ədəd A4 formatlı kağız maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, qeyd olunan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdə, saat 17:00-da şübhəli şəxs qismində tutulmuş, 20 noyabr 2022-ci il tarixdə, saat 13:00-da Qaradağ rayon RPİ-nin İŞ-nin müstəntiqi X21 tərəfindən barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Daha sonra o, təkrarən şübhəli şəxs qismində 22 noyabr 2022-ci il tarixdə, saat 19:35-də tutulmuş, vəsatətlə təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün Sabunçu rayon prokurorluğuna müraciət edilmiş, prokuror tərəfindən “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş, 24 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs dərhal MSY-dən azad edilmiş Sabunçu RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X19 tərəfindən barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hallar Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən cəza təyini zamanı 03 gün kimi nəzərə alınmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 48 iş saat sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.3, 43.3, 44.2.1, 75.1.1, 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 qarşı etdiyi 3000 manat və 2500 manat məbləğində, Zərərçəkmiş şəxs5 qarşı etdiyi 3810 manat məbləğində və Zərərçəkmiş şəxs6 qarşı etdiyi 4700 manat məbləğində dələduzluq epizodlarında cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən həmin epizodlar üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən fərdi yaşayış evini hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya İdarəsinə tapşırılsın. Zərərəçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddiadan imtina etdiyinə görə mülki iddaya xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs3 təqdim etdiyi 01 ədəd elektron məlumat daşıyıcısı (flaşkart) və zərərçəkmiş Zərərçəkmiş şəxs6 təqdim etdiyi üzərində əl yazısı olan 01 ədəd A4 formatlı kağız cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar