Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-159/2024 23.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 12 avqust 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay (himayəsində bir azyaşı və iki yetkinlik yaşına çatmayan uşağı olan), orta təhsilli, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə CM-nın 228.1-ci və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 sentyabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Qaradağ rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CMnin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 06 altı ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli 12 mart 2024-cü il tarixdən hesablanmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə həbs etmənin əvvəli 09 yanvar 2024-cü il tarixdən hesablanmış, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 09 yanvar 2024-cü il tarixdə saat 14:00-da Qaradağ RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1-ci massivdə saxlanılaraq saat 14:10da Qaradağ RPİ-nin inzibati binasına gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli siqaret kağzına bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,380 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən altı-yeddi ilə yaxındır ki, narkotik vasitədən istifadə edir. İlk dəfə olaraq narkotik vasitənin nəşə olan növündən, yəni (maruxuanadan) çəkmək yolu ilə istifadə etmiş, 2020-ci ildə narkotik vasitənin istifadəsi və qanunsuz odlu silah gəzdirdiyi üçün Azərbaycan Respublikası CM-nin 228.1-ci vǝ 234.1-ci maddələri ilə təqsirli bilinib Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən 03 il müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2023-cü il tarixdə azadığa buraxılmışdır. Azadığa buraxıldıqdan sonra bədəni narkotik vasitə tələb etdiyi üçün tanımadığı şəxslərdən narkotik vasitə alıb özü istifadə edirmiş. O, 08 yanvar 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində bir ədəd kağız bükümünə bükülmüş psixotrop maddə metanfetamin almışdır. 09 yanvar 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Azər Baxşıyev küçəsində iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları olduqlarını bildirib narkotik vasitənin qanunsuz dövriyəsində şübhəli bilindiyini izah edib onlarla birlikdə Qaradağ RPİ-nə getməyini bildirmişlər. O da polis əməkdaşlarının təklifi ilə razılaşıb Qaradağ rayon polis idarəsinə getmişdir. Orada ona müdafiəçi təqdim olunmuşdur və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmaması soruşulmuşdur. O da əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm içərisində ağ rəngli, iysiz, tozşəkilli psixotrop maddəyə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilmiş həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazsinidə tanımadığı şəxsdən 10 manat müqabilində almışdır. Onun üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan edilmiş başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılaraq, onun, müdafiəçinin və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub qablaşdırılmışdır, onun və iştirakçıların imzaları ilə zərfi və protokolun doğruluğunu təsdiq etmişdir. Polis əməkdaşlarının onu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Azər Baxşıyev küçəsi yaxınlığında saxladıqlarını, avvəllər narkotik vasitələri Bakı şəhərinin müxtəlif yerlərindən tanımadığı şəxslərdən 10 manat müqabilində aldığını, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmadığını, həmişə özünün qəbul etmək üçün aldığını, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təziqlər göstərilmədiyini bildirmişdir. Daha sonra o öz ifadəsində törətdiyi əməldən peşman olduğunu, himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərər alaraq ona yüngül cəza verməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 12 avqust 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1, inzibati binada qeydiyyatda olmaqla Lökbatan qəsəbəsi, 1-ci massiv, ev 21-də yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupuna o və Qaradağ RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 daxil edilmişdir. Yaradılmış əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 09 yanvar 2024-cü il tarixdə saat 14:00 dəqiqədə onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1-ci massivdə piyada hərəkət etdiyini ona yaxınlaşaraq və xidməti vəsiqələri özlərini təqdim etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs da özünü təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Qaradağ RPİ-nə dəvət etmişdir. Qaradağ RPİ-də Təqsirləndirilən şəxs barəsində Qaradağ RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Elman Abdullayev tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafə etmək məqsədi ilə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Əliyev Əlisǝfa Qurban oğlu dəvət edildi. Bundan sonra dəvət edilmiş müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlandı. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verildi, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olundu. Həmin vaxt İlham İsmaylıov əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağız parçasına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoydu. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 1 ədəd büküm psixotrop maddə metamfetamindir, onu xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi, axtarış zamanı onun üzərindən hər hansı qanunla qadağan olunmuş bir eşya aşkar edilmədi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə qablaşdırıldı, bununla bağlı protokol tərtib edildi, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupuna o və Qaradağ RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 daxil edilmişdir. Yaradılmış əməliyyat qrupuna rəhbərlik Şahid1 həvalə edilmişdir. 09 yanvar 2024-cü il tarixdə saat 14:00 dəqiqədə onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1ci massivdə piyada hərəkət etdiyini ona yaxınlaşaraq və xidməti vəsiqələri özlərini təqdim etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs da özünü təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Qaradağ RPİ-nə dəvət etmişdirlər. Qaradağ RPİ-də Təqsirləndirilən şəxs barəsində Qaradağ RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Elman Abdullayev tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edildi. Daha sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafə etmək məqsədi ilə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Əliyev Əlisǝfa Qurban oğlu dəvət edildi. Bundan sonra dəvət edilmiş müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanmış. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt İlham İsmaylıov əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağız parçasına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 1 ədəd büküm psixotrop maddə metamfetamindir, onu xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir, axtarış zamanı onun üzərindən hər hansı qanunla qadağan olunmuş bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə qablaşdırıldı, bununla bağlı protokol tərtib edildi, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/94 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində " "...Təqsirləndirilən şəxs...” və.s soyadlar, imzalar olan kağız zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,380 qram ağ rəngli, kristalşəkilli kütlə üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metmafetmain Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş" Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı1) daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi-0,380 qram, tədqiqata cəmi sərf edildi-0,05 qr, qalıq-0,330 qr. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 17 fevral 2024-cü il tarixli, 1066 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan CD-R diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin video faylda əks edilmiş görüntülər 09 yanvar 2024-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Qaradağ RPİ-nin TŞ-nin inzibati binasındakı xidməti otaqlardan biridir. Video görüntüdən müəyyən edilmişdir ki, təhqiqatçı Elman Abdullayevin qarşı sol tərəfində masa arxasında əyləşmiş şəxs, 10 saylı vəkil bürosunun vəkili Əliyev Əlisǝfa Qurban oğlu, sağ tərəfində ayaq üstə dayanmış Təqsirləndirilən şəxsdur. Digər ayaq üstə durmuş və adları təhqiqatçı tərəfindən sadalanan Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və Qaradağ RPİnin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2dur. Video çəkilişin davamında təhqiqatçı Elman Abdullayev şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Təqsirləndirilən şəxs da, əynində olan boz rəngli şalvarının sağ yan cibindən çıxardığı 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim edir, həmin 1 ədəd ağ rəngli kağız bükümdə kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olmasını, həmin maddəni xx.xx.2024-cü il tarixdə Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 10 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, onun üzərindən hər hansı bir əşya aşkar edilmişdir. Aşkar edilmiş 1 ədəd bükümün zərfə qoyularaq qablaşdırılması və möhürlənməsi video görüntü zamanı qeydə alınmışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,330 qram olan ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək, saxlanılması üçün Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 11 dekabr 2006-cı il təvəllüdlü X3, 26 mart 2009-cu il təvəllüdlü X4 və 17 yanvar 2012-ci il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 228.1-ci və 234.1ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09 sentyabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nın 69.3cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası məhkum edilməklə cəzasının əvvəli 12 mart 2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli Qaradağ rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmünə münasibətdə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki: residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar Qaradağ rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməkl həbs etmənin əvvəli 09 yanvar 2024-cü il tarixdə saat 14:00-dan hesablanmışdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,330 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-R disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 35 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 210 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 və 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ona təyin olunmuş hazırki cəza, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs birinci hökm üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş vahid cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını əvvəli 09 yanvar 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,330 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD-R disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 saata görə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 saata görə 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-159/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-159/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver