Məhkəmə qərarları › İş №1(002)-16/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-16/2022

05.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-16/2022 05.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxx 1992-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bərdə şəhəri, 585 nöməli yaşayış massivində yaşayan, barəsində “həbs” qətimkan qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özündə olan bıçaqdan silah qismində istifadə edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Belə ki, o, 29 iyun 2021-ci il tarixdə saat 22 radələrində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park-2 yaşayış kompleksi, 16 saylı binanın həyətindən həmin binanın arxasına çağıraraq, əvvəl qəsdən yumruqla sifət nahiyəsindən vuraraq yerə yıxmış, sonra isə özündə olan bıçaqdan silah qismində istifadə edib sol sağrı və sol bud nahiyələrinə 5 (beş) dəfə vuraraq, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan gözaltı nahiyənin qançırı, sol sağrı və sol budun deşilmiş-kəsilmiş yaralarından (ümumilikdə 5 ədəd) ibarət bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda yaşayır. Ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Əvvəllər məhkum olunmuşdur. Təxminən bir ildən çoxdur ki, Qobu-park yaşayış kompleksində yaşayırmış. Şahid4 tanıyır, aralarında dostluq münasibəti vardır. Şahid3 yaşadığı məhlədən tanımışdır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 29 iyun 2021-ci il tarixdə saat təxminən 19-20 radələrində Pərvizlə 15 saylı binanın altında yerləşən kafedə oturmuşlar. Orada ikisindən başqa Qobu-parkda yaşayan Bəyiş adlı şəxslə, həmçinin Pərvizin qardaşı oğlu Habil də olmuşlar. Pərviz ondan zəng vurub Rahili də çağırmağını xahiş etmişdir. O, Rahilə zəng vurmuş və Rahildə onlarla pivə içməyə gəlmişdir. Pivə içən zaman o, qonşu masada tanış uşaqlar olduğundan pivə bakalını götürüb söhbət etmək üçün onların masasına keçmişdir. Həmin vaxt Pərvizlə Rahilin arasında mübahisə düşmüşdür. Mübahisəyə səbəb Pərvizin Rahili acılamağı olmuşdur. Pərvizlə Rahil mübahisə edəndə Rahil bıçaqla Pərvizin qolundan vurmuşdur. Pərvizin qardaşı oğlu Habil isə pivə bakalı ilə Rahilin başından vurmuşdur. O və orada olan şəxslər dərhal Rahillə Pərvizi ayırmışlar. O, Rahilin üst-başı qan olduğu üçün onu aparıb üzünü və başını yumuşdur. Oradan Rahil əynini dəyişmək üçün evlərinə getmişdir. O isə Pərvizə Rahili nahaq vurduqlarını, belə söz-söhbətə ehtiyac olmadığını demişdir. Bundan sonra o da kafedən çıxmışdır. Bir qədər gəzdikdən sonra Rahilgilin binasının qarşısında səs-küy gəldiyini eşidib ora getmişdir. X7, Rahilin anası və yoldaşı ilə mübahisə etdiklərini, nalayiq ifadələr işlətdiklərini görmüşdür. Onlara yaxınlaşıb qadın xeylağı ilə söyüşlə danışmaq lazım olmadığını deyib sakitləşdirmək istəsə də Habil onu söyməyə başlamışdır. Buna görə də Habilə camaat içində narahatçılıq yaratmamaq üçün kənara çəkilib söhbət etməyi təklif etmişdir. Habillə 16 saylı binanın arxasına keçmişlər. Binanın arxasına keçdikdə Habilin ondan güclü olduğunu düşünüb onu birinci vurmağı fikirləşmişdir. Buna görə də Habili qəflətən yerə yıxıb üstündə gəzdirdiyi bıçaqla ayağından bir neçə dəfə vurmuşdur. Bir neçə şəxs bunu görüb gəlib onları aralamışlar. O oradan çıxıb Bərdə şəhərinə getmişdir. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, Rahillə Pərviz arasında olan mübahisə və münaqişə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-park-2 yaşayış kompleksi 15 saylı binanın zirzəmisində olan kafedə, onunla Habil arasında olan mübahisə və münaqişə isə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-park-2 yaşayış kompleksi 15 saylı binanın həyətində və binanın arxasında olmuşdur. 16 saylı binanın qarşısında mübahisə təxminən 10-15 dəqiqə, binanın arxasında olan münaqişə isə təxminən 2-3 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı Bərdə şəhərinə getdikdən sonra zibil qabına tullamışdır. Habillə münaqişə zamanı o, heç bir xəsarət almamışdır. Habili bıçaqla ayağından vurduqdan sonra onu yenə də vurmaq imkanı var idi, lakin onun fikri Habili öldürmək olmadığından vurmağı davam etmişdir. Münaqişə zamanı yanlarında heç kim olmasa da bir qədər aralıda adamlar olmuşdur. O, Habili vurduqdan sonra həmin adamlar gəlib onları aralamışlar. Əvvəllər Zərərçəkmiş şəxs ilə hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. X8 arasında münaqişə olan zaman 3-4 nəfər tanımadığı müştərilər də olmuşdur. Tanıdıqlarından Bəyiş, Pərviz və Habili deyə bilər. Şahid1 ifadələrində Habilin deyil, Pərviz tərəfindən Rahilin başına bokal atdığını göstərməsinin səbəbini bilmir. O, Rahil tərəfindən Pərvizi boyun nahiyyəsindən bıçaqla vurmasına fikir verməmişdir. O öz ifadəsində son olaraq hal-hazırda əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir. Halhazırda heç bir yerdə işləmir. 2021-ci ilin iyun ayının 25-də Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park yaşayış kompeksində yaşayan əmisi Şahid3 evinə bir neçə gün qalmaq üçün qonaq gəlmişdir. Yaşayış kompleksində qaçqın və məcburi köçkünlər məskunlaşdığından və demək olar ki hamı biri-birini tanıdığından axşamlar hava almaq üçün və söhbət etmək məqsədilə həyətdə yığışırmışlar. İyun ayının 29-da saat təxminən 19-20 radələrində o, əmisi və orada yaşayan bir neçə tanımadığı şəxslə həyətdə söhbət edirmişlər. Daha sonra o, əmisi Pərviz, Bəyiş və Əmrah adlı şəxslərlə birlikdə binanın altında yerləşən kafeyə getmişlər. Bir qədər pivə içdikdən sonra Rahil adlı şəxs də gəlib onların stoluna əyləşmişdir. Rahil biraz içdikdən sonra kimi istəsə vura biləcəyini demişdir. Əmisi Pərviz ona sakitləşməyi, yerinə oturmağı tapşırmışdır. Həmin vaxt Rahillə Pərvizin aralarında mübahisə yaranmış və Rahil bıçaq çıxarıb əmisi Pərvizi vurmaq istəmişdir. Həmin vaxt əmisi Pərviz Rahilin əlindən bıçağı almaq istəyərkən Rahil əlində olan bıçaqla Pərvizi boyun nahiyyəsindən və qolundan yaralayaraq xəsarət yetirmişdir. Pərviz Rahilin onu yenidən vurmasından ehtiyat edərək özünü müdafiə etmək üçün əlində olan pivə bokalı ilə Rahilin bir dəfə başından vurmuşdur. Sonra onlar dərhal Rahillə Pərvizi aralamışlar, Rahili kafedən çıxıb getmişdir. O, isə əmisi Pərvizlə bir yerdə evə qalxmışlar. Daha sonra Rahilin anası və yoldaşının binanın qabağında onların ünvanlarına söyüş söydüyünü eşitmişlər. Buna görə də həyət düşdükdə Rahilin anası, arvadı və 3-4 nəfər tanımadığı şəxslərin binanın qarşısında durduğunu görmüşdür. O, Pərvizlə aşağı düşdükdə əmisi Pərviz Rahilin anası ilə söhbət etməyə başlamışdır. Orada Rahilin dostlarından biri isə onu binanın arxasına söhbət etməyə çağırmışdır. O, həmin şəxslə binanın arxasına doğru yan-yana gedən zaman sonradan adının «Əmrah» olduğu deyilən şəxs qəflətən onu sol göz nahiyyəsindən yumruqla vuraraq yerə yıxmış, sonra isə sol ayağından 5 dəfə bıçaqla vuraraq xəsarət yetirmişdir. Həmin şəxs onu bıçaqla vurduqdan sonra yanındakı şəxslə birlikdə qaçmışlar. O isə əmisigilə tərəf gəlmiş və binanın arxasına keçən zaman bıçaqla vurulduğunu demişdir. Əmisi qonşunun maşını ilə onu əvvəlcə Lökbatan qəsəbəsində təcili tibbi yardıma, oradan isə Sabunçu xəstəxanasına aparmışdır. Orada sol bud nahiyəsinə bıçaqla vurulan yerlərə tikiş qoymuşlar və evə qayıdaraq müalicə olunmağa başlamışdır. Suallara cavab olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs əlavə göstərmişdir ki, nə əmisi Pərvizlə dalaşan, nədə onu yumruqla vurub yerə yıxaraq bıçaqla xəsarət yetirən şəxsi tanımır, onlarla heç bir mübahisəsi olmamışdır, yəni onunla münaqişə üçün heç səbəb olmamışdır. Həyətdə mübahisə olan zaman Əmrah adlı şəxs onu binanın arxasına çağırmış və o, həmin şəxslə getmişdir. Həmin şəxs qəflətən yumruqla onu göz nahiyyəsindən vurub yerə yıxmış, sonra isə onu arxadan bıçaqla vurmuşdur. Həmin vaxt orada o və həmin Əmrah adlı şəxsdən başqa heç kim olmamışdır. Onunla həmin Əmrah adlı şəxs arasında münaqişə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park yaşayış kompeksində 16 saylı binanın arxasında olmuş və təxminən 2-3 dəqiqə davam etmişdir. Əmisi Şahid3 Rahil adlı şəxslə mübahisə edən zaman eyni stolda oturmuşlar, Rahil əmisi Pərvizi bıçaqla vuraraq yaralamış, sonra Rahil əmisini yenidən bıçaqla vumasının qarşısını almaq üçün əlindəki pivə bokalı ilə Rahilin başına vurmuşdur. Daha sonra stolun ətrafında oturanlar Rahili və Pərvizi aralamışlar və mübahisəni böyüməyə qoymamışlar. Ona xəsarət yetirən Əmrah adlı şəxs əmisi Şahid3la mübahisə etməyib, əksinə, kafedə olarkən Rahillə əmisi Pərvizi ayırmağa kömək etmişdir. Kafedə mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. X11 vurduğu pivə bokalı sınmamış və kafedə qalmışdır. Mübahisə zamanı kafedə o, əmisi Pərviz və 3-4 nəfər kənar şəxslərdə olmuşdur, lakin o, həmin şəxsləri tanımır. Mübahisə zamanı Rahil sərxoş olduğundan söyüş söyür və bıçaqla kimi istəsə vura biləcəyini deyirdi. O, əvvəllər Əmrah adlı şəxsi tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Əmrah ona binanın arxasına keçib söhbət etməsini deməzdən qabaq o, heç kimlə və o, cümlədən Əmrahla heç bir mübahisə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilmişdir. Təxminən 2 ildir ki, Qobu-Park-2 yaşayış kompeksində yaşayır. 29.06.2021-ci il tarixdə saat təxminən 19-20 radələrində yaşadığı binanın zirzəmisində yerləşən kafedə qardaşı oğlu Habil, həmçinin Qobu-parkda yaşayan Bəyiş və Əmrah adlı şəxslərlə əyləşib pivə içmişlər. O, bir qədər içdikdən sonra Əmrahdan zəng vurub Rahili də çağırmağını xahiş etmişdir. Rahil qonşu binada qalır və münasibətləri vardır. Bir qədər sonra Rahil gəlmiş və əyləşib onlarla pivə içməyə başlamışdır. Rahil bir qədər içdikdən sonra sərxoş olduğundan kimi istəsə öldürə biləcəyini demişdir. O, Rahilə sakit olmağı, belə söhbətə ehtiyac olmadığını bildirmişdir. Buna görə də Rahil onunla mübahisə etməyə başlamış, ona qarşı nalayiq ifadə işlədərək ilk olaraq onu vuracağını demişdi. Sonra Rahil əlindəki bıçaqla onu boğazından vurmaq istəmişdir. O, cəld hərəkət etmiş və əli ilə Rahili saxlamışdır. Həmin zaman bıçağın ucu onun boğazına dəymiş və sıyırmışdır. O, Rahilin bıçaq olan əlini tutduğu üçün Rahil əlini fırladan zaman bıçaq onun sol qolunun arxa nahiyəsini kəsmiş, lakin bıçağı Rahilin əlindən ala bilməmişdir. O, qolunun kəsildiyi görüb qorxmuş və buna görə də özünü müdafiə edərək və Rahil onu yenidən bıçaqla vurmaması üçün stolun üstündə olan pivə bokalı ilə Rahili başından vurmuşdur. Bundan sonra kafedə olan şəxslər Rahili aralamışlar və uzaqlaşdırmışdılar. O, bundan sonra evə qayıtmışdır. Evdən ona demişdilər ki, bir qadın və bir nəfər cavan qız binanın həyətinə gəliblər. O, həyətə çıxıb həmin qadınlara Rahilin boş yerə narahatçılıq yaratdığını demək istəsə də, qadınlar ona qulaq asmadan onu təhqir etməyə başlamışlar. Qadınlardan başqa Rahilin dostları da ətrafa yığışmışlar. Habelə qonşular səs-küyə yığışaraq onu evə aparmaq istəmişlər. O, evə gedən zaman qardaşı oğlu Habilin qan içində gəldiyini, Habilə yaxınlaşanda ayağından bıçaqlandığını görmüşdür. O, Habildən nə baş verməsini soruşan zaman Habil ona bildirmişdir ki, Əmrah Habili binanın arxasına çağırmış və orada yumruqla vurub yerə yıxdıqdan sonra bıçaqla bir neçə dəfə ayağından vuraraq xəsarət yetirmişdir. O, dərhal qonşunun maşını ilə Habili təcili tibbi yardıma aparmışdır. Orada Habilə tibbi yardım etdikdən sonra Sabunçu xəstəxanasına aparmışlar. Sabunçu xəstəxanasında Habil əməliyyat olunmuş və tikiş vurulduqdan sonra evə gətirmişlər. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, pivə içdikdən sonra Rahil sərxoş vəziyyətə düşmüşdür və danışığını bilmirmiş, söyüş söyürmüş və deyirmiş ki, kimi istəsə öldürə bilər. O, Rahili sakitləşdirmək istəyəndə, Rahil onunla mübahisə etməyə başlamış və heç bir səbəb olmadan onu bıçaqla vurub xəsarət yetirmiş və həmin vaxt yanlarında qardaşı oğlu Habil, Bəyiş adlı şəxs və adlarını bilmədiyi digər sakinlərdən 3-4 nəfər şəxs olmuşdur. O, Rahili məhəllə sakini kimi tanımış və aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. O, ilk dəfə izahat verən zaman çox əsəbi olduğundan ola bilsin fikirlərini düzgün ifadə etməmiş, Rahillə onun arasında münaqişə kafedə baş vermişdir və buna görə də, halhazırda verdiyi ifadənin əsas götürülməsini xahiş etmişdir. O, həyətə çıxıb Rahilin anası və yoldaşı ilə söhbət edən zaman mübahisə yarandığından ora xeyli adam toplaşmışdır, mübahisə təxminən 10 dəqiqə çəkmişdi. Sonradan bilmişdir ki, mübahisə zamanı Rahilin dostları qardaşı oğlu Habili binanın arxasına aparıb və Habil orada bıçaqlanıb. Lakin onu kimin vurduğunu dəqiq bilmir. Bina sakinləri Habili Əmrah vurduğunu demişdirlər. O, Əmrahı Qobu-park yaşayış kompleksində görmüşdür, adının Əmrah olduğunu, təxminən 28 yaşında olduğunu bilsə də, digər anket məlumatlarını bilmir. O, kafedə Rahili başından pivə bokalı ilə vurarkan bokal sınmamış, onlar kafeyə heç bir maddi ziyan vurmamışlar. Kafedə münaqişə təxminən 3-5 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Hal-hazırda 211 nömrəli xətt marşutunda sürücü işləyir. 29.06.2021-ci il tarixdə saat təxminən 20-21 radələrində Qobu-2-də 16-cı binanın qarşısında o, Pərviz və onun Habil adlı qardaşı oğlu ilə söhbət edirmişlər. Daha sonra pivə içmək üçün yaxınlıqda yerləşən kafeyə getmişlər. O, Pərviz və Habillə eyni stolda oturmuşdur. Yaxınlıqda yerləşən stolda Rahil adlı şəxs və onunla yanaşı tanımadğı bir şəxs əyləşmişdilər. Həmin vaxt Pərvizlə Rahil sərxoş olduğundan aralarında mübahisə yaranmışdır. Müğbahisə zamanı Rahil Pərvizin üstünə bıçaq çıxartmışdır. Pərviz Rahilin əlini tutmaq istərkən bıçaq onun boynunu cızdı, sonra Rahil bıçağı əlində fırladan zaman bıçaq Pərvizin qolunuda yaraladı. Pərviz özünü müdafiə etmək üçün əlində olan pivə bokalını Rahilə tərəf tulladı və bakal Rahilin başına dəydi. Bundan sonra o və digər şəxslərin köməyi ilə Rahillə Rərvizi ayırmışlar və kafedən çıxıb dağılışmışlar. O, kafedən çıxdıqdan sonra evinə getmiş və daha sonra baş verən hadisələri görməmişdir. Yalnız səhərisi günü bilmişdir ki, o, ayrılaraq evə getdikdən sonra yenə dava-dalaş olmuşdur. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, Rahillə Pərvizin aralarında mübahisə və münaqişə təxminən 5-6 dəqiqə davam etmişdir. Həmin vaxt kafedə onlardan başqa 4-5 nəfər kənar şəxslərdə olmuşdur, lakin o, həmin şəxsləri tanımır. Rahillə Pərvizin aralarında münaqişə binanın qarşısında olmamışdır, onlar aralarında münaqişə kafedə oturub pivə içən zaman baş vermişdir. Onlar arasında binanın qarşısında mübahisə olubsa da o, çıxıb gedəndən sonra olub və o, binanın qarşısında olan hadisənin şahidi olmamışdır. Onun nə Rahillə, nə də Pərvizlə əvvəllər heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. O, kafedən çıxıb evinə getdiyindən binanın qarşısında olan hadisədən və Pərvizin qohumu Habilə kim tərəfindən xəsarət yetirməsindən məlumatı olmamışdır. Həmin hadisəni o, görməmişdir. O, Əmrah adlı şəxsi tanımır, həmin şəxslə heç bir münasibəti olmamışdır. Pərviz Rahilə atdığı pivə bokalı sınmamışdır və kafedə qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 2 ildir ki yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Hal-hazırda işləmir. 29.06.2021-ci il tarixdə axşam saatlarında oğlu X6 üstü-başı qan içində yaşadıqları evə gəlmişdir. O, Rahildən nə baş verdiyini soruşduqda, Rahil Pərviz adlı şəxslə mübahisə etdiyini, onu bıçaqla vurduğunu və Pərvizin öz növbəsində Rahili pivə bakalı ilə başına vurduğunu demişdir. Bundan sonra Rahil əynini dəyişib Qobu-Park yaşayış kompleksindən çıxıb harasa getmişdir. Rahilin həyat yoldaşı salona gedirdi, o, da gəlini ilə birlikdə aşağı düşmüşdür. O, binanın qarşısında Pərvizi və sonradan adını bildiyi qardaşı oğlu Habil görmüşdür. O, Pərvizə yaxınlaşıb Rahillə onun aralarında olan münaqişənin səbəbini öyrənmək istəyərkən aralarında mübahisə düşmüşdür və bir-birlərinə kobud sözlər demişlər. Həmin vaxt binanın qarşısında bina sakinləri yığışmış və mübahisəni sakitləşdirmişlər. O, gəlini ilə salona getmədən evə qayıtmışdır. Sonra ona məlum olmuşdur ki, Rahilin tanışı Əmrah adlı şəxs Habili bıçaqlıyıb. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, binanın qarşısında o, Pərvizlə mübahisə etmişlər və bir-birinə kobud sözlər demişlər. Lakin, o, söyüş söyməmişdir. Həmin vaxt ətrafda binada yaşayanlar və kənar şəxslər olmuşlar. Hadisə vaxtı kimin dəqiq orada olmasını bilmir, çünki hava qaranlıq idi. Binanın həyətində sözlə mübahisə olan zaman Rahil orada olmamış, o, evdə paltarını dəyişdikdən sonra çıxıb getmişdir. O, Əmrah adlı şəxsi oğlu Rahil vasitəsi ilə qiyabi tanıyır, lakin dəqiq soyadını və digər anket məlumatlarını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda yaşayır. Ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Əvvəllər məhkum olunmamışdır. Təxminən 2 ildir ki, Qobu-park yaşayış kompleksində yaşayır. Şahid3 16-17 ildir ki, tanıyır, onunla əvvəllər məskunlaşdıqları Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən yataqxanada qonşu olmuşdur. Qobu-park yaşayış kompleksinə köçdükdən sonra da Pərvizlə üzbəüz binada yaşayırlar və münasibətləri olmuşdur. Aralarında əvvəllər hərhansı bir ədavət və düşmənçilik olmamışdır. 29.06.2021-ci il tarixdə saat təxminən 18-19 radələrində yaşadığı evdə olan zaman Əmrah adlı dostu ona zəng vurub kafedə olduğunu demiş və onunda kafeyə gəlməyini istəmişdir. O, da evdən çıxıb yaxınlıqda yerləşən kafeyə getmişdir. Kafeyə girəndə görmüşdür ki, Əmrah Pərviz, Bəyiş və Pərvizin qardaşı oğlu Habillə eyni masada əyləşib pivə içirlər. O, da onların masasında əyləşmiş və pivə içməyə başlamışdır. Söhbət zamanı Pərviz onun ünvanına xoşagəlməz ifadələr işlətməyə, onu alçaltmağa başlamışdır. O, bir neçə dəfə çıxıb getmək istəsə də, Pərviz onu getməyə qoymamışdır. O, Pərvizə belə tonda danşmamasını, belə davam edərsə dalaşacaqlarını, ondan cüssəli olduğu və gücü Pərvizə çatmayacağı üçün məcbur olub bıçaqla vuracağını bildirmişdir və çıxıb getməyinə icazə verməyini istəmişdir. Pərviz ona nalayiq ifadələr işlədərək yerində otumağını demişdir. O, Pərvizin sözlərindən boğaza yığıldığı üçün cibində olan meyvə bıçağını çıxarıb Pərvizi qorxutmaq və oradan uzaqlaşmaq istəmişdir. Pərvizi qorxutmaq istəyərkən bıçaqla böğaz nahiyyəsini və sol qolunun çiyin tərəfini sıyırmışdır. Həmin vaxt Pərvizin qardaşı oğlu Habil stolun üstündə olan pivə bakalını götürüb onun başına vurmuşdur. Onun başından qan açılmışdır. Zərbənin təsirindən başımdan xeyli qan gəldiyi üçün özümü itirmişdi. Bundan sonra Əmrah onu əl-üz yuyana aparıb başını və üzünü yumuşdur. O, pal-paltarını dəyişmək üçün evə getmiş, əynini dəyişib həyətə düşmüş və fikirləşmişdir ki, maqazinə gedib bal alsın və başına sürtsün ki, qanı kəssin. Daha sonra isə tutulacağından qorxduğu üçün Qobu-parkdan çıxıb parkda qalmışdır. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, Pərvizlə onun aralarında münaqişə 29 iyun 2021-ci il tarixdə saat 19-20 radələrində Qobu-park yaşayış kompleksində olan 15 saylı binanın zirzəmisindəki kafedə baş vermişdir. Onunla Pərviz arasında kafedə baş vermiş münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. Onun Habillə aralarında heç bir mübahisə və münaqişə olmadığından Habili bıçaqla vurmamışdır və Habilin kim tərəfindən bıçaqla vurulmasını bilmir. Əksinə, kafedə Habil onun başına bokal ilə vurub yaralamışdır. Kafedə onunla Pərviz aralarında münaqişə olan zaman 3-4 nəfər tanımadığı müştərilər var idi. Tanıdıqlarından Əmrah, Bəyiş, Pərviz və Habili deyə bilər. Kafedə baş verən münaqişə zamanı o, Pərvizlə münaqişə edərkən Habil pivə bokalı ilə başından vurduğundan başı partdamışdır və xeyli qan axmışdır. Lakin, halhazırda onun başındakı yara sağaldığından və onu heç bir qaydada narahat etmədiyindən o, məhkəmə tibbi ekspertizasının müayinəsindən keçməkdən imtina edir. Şahid1 ifadələrində Habilin deyil, Pərvizin onun başına bokal atdığını göstərməsinin səbəbini bilmir. Onu Pərviz deyil, Habil bokal ilə başından vurmuşdur. Bir daha qeyd etmişdir ki, o, Habilin kimin və harda vurduğunu bilmir. Pərviz yalan danışır, o, Pərvizi ölümlə hədələməmiş və boynu nahiyyəsindən bıçaqla vurmamışdır. Pərviz son zamanlar ona kiçiyimsən deyirdi, buna görə də, kafedə olarkən aralarında münaqişə yaranmışdır. O, bıçaqla Pərvizi qorxudub kafedən getmək istəyərkən sonuncunu sol qolundan vurmuşdur. Habili isə kimin vurduğunu görməmişdir. Şahid3 xəsarət yetirdiyi bıçağı dəqiq xatırlamadığı yerdə itirmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X9 13 iyul 2021-ci il tarixli 420 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan gözaltı nahiyyənin qançırı bərk küt əşya, sol budun deşilmiş-kəsilmiş yaraları (ümumilikdə 5 ədəd) iti uca və ya kənara malik alət (əşya) (ola bilsin bıçaq) təsirindən, müayinədən 5-7 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən 29.06.2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həm ümumilikdə, həmdə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aid edilir. Vət.Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2011-ci il tarixli hökmü ilə CM-nin 170.3, 180.2.1, 180.2.2, 180.2.4, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək CM-nin 170.3-cü maddəsi ilə 05 il müddətinə, CM-nin 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri ilə 05 il müddətinə, CM-nin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, təyin olunmuş cəzalar CM-nin 66.3 və 66.5-ci maddələrinə əsasən toplanaraq ona qəti olaraq 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 20.10.2017-ci il tarixli Qanun”unun tətbiqi ilə əlaqədar olaraq cəzası CM-nin 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri ilə 04 ilə, CM-nin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə 08 ilə azaldılmış, CM-nin 66.3 və 66.5-ci maddələrinə əsasən üzərində qəti olaraq 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 22.05.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş Füzuli rayon Dövlət Notariat ofisi tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ərizəsinin nəzərə alınaraq məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını bildirmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 65 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 390 (üç yüz doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 27 avqust 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 390 (üç yüz doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar