Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-16/2024 08.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs Nəvai oğlunun və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1, korpus 47 ünvanında yerləşən nömrəsiz fərdi tikilidə qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Nəvai oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.1 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Nəvai oğlu Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X15 Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 3n "xxxx" MMC-nin (VÖEN: **********) həmin tarixdən təsisçisi və direktoru vəzifəsində işləyərkən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri-direktoru kimi Əmək Məcəlləsinə əsasən hüquqi qüvvəyə minməsi üçün əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi üçün əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürən kimi əsas vəzifəsi və məsuliyyəti olduğu halda öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib xx.xx.2021-ci il tarixdə X3 "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış subpodrat müqaviləsinə əsasən Bakı şəhəri, Ələt qəsəbəsi, Salyan şossesi, 67-ci kilometrlikdə də yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində Karbamid anbarlarının tikintisini aparılması işlərinə ayrı-ayrı şəxsləri, o cümlədən, xx.xx.2022 – xx.xx.2022 tarixlərində Zərərçəkmiş şəxs4 Nəhmət oğlu, Zərərçəkmiş şəxs2 Məmmədağa oğlu, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, xx.xx.2022 – xx.xx.2022 tarixlərində Zərərçəkmiş şəxs20, X7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, xx.xx.2022 – xx.xx.2022 tarixlərində Zərərçəkmiş şəxs10, xx.xx.2022 – xx.xx.2022 tarixlərində Zərərçəkmiş şəxs19, yəni xeyli sayda işçiləri göstərilən müddətlərdə müvafiq işlərin yerinə yetirilməsinə vahid niyyətlə cəlb etsə də onlarla bağlanmış müqavilələri hüquqi qüvvəyə minməsi üçün elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etməyib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq qeyd edilən dövr ərzində sadalanan şəxslərə ödənilməli olan ümumilikdə 15.554,75 manat əmək haqqına görə 3888,70 manat məcburi dövlət sosial siğorta, 155,54 manat işsizlikdən siğorta və 622,20 manat icbari tibbi siğorta olmaqla ümumilikdə cəmi hesablanmış vergi və ayırma məbləği 4.666,44 manat (dörd min altı yüz almış altı manat qırx dörd qəpik) məbləğində pul vəsaitini aidiyyəti üzrə büdcəyə ödəməkdən yayınaraq, qeyd edilən hərəkətləri ilə əmək münasibətlərinin tənzimlənməsi sahəsində müvafiq qanunvericiliyin tələblərinə eyni qaydada və dürüst əməl edilməsi, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, işçilərin hüquqlarının pozulmasının qarşısının alınması və eyni zamanda fərdi və ictimai rifahın əsası kimi əmək və uyğun münasibətlərin, habelə Azərbaycan Respublikasının Konstitusiyası ilə insan hüquqları və azadlıqlarının qorunması sahəsində müəyyən edilmiş prinsiplərin pozulmasına səbəb olmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, yəni dövlətin qanunla qorunan mənafeyinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, bununla da vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçini işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs Nəvai oğlu Azərbaycan Respublikası CM-nin 162-1.1 və 308.1-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci tarixdə "xxxx" MMC-ni təsis etmişdir və həmin vaxtdan MMC-nin direktorudur.MMC-nin fəaliyyəti tikinti sahəsidir. O, direktor olaraq MMCnin adından tikinti işlərinin aparılması üçün müqavilələr bağlayır və tikinti işlərini icra edir. xx.xx.2021-ci ildə X3 "xxxx" ASC ilə direktoru olduğu "xxxx" MMC arasında subpodrat müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə direktoru olduğu MMC Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində anbarlarının tikintisini etməli idi. Müqavilə bağlandıqdan sonra işlərin icrasına başlamışdır.İşin icrasına başlamaq üçün ona işçi qüvvəsi lazım olmuşdur. Bununla bağlı tanışı Etibar ilə görüşmüş və onunla razılaşmışdır ki, o, öz işçi qüvvəsi ilə onun subpodrat müqaviləsinə əsasən inşa etməli olduğu anbarların inşasını xidmət müqaviləsi əsasında inşa etsin. Lakin işlər vaxtında çatdırılmadığından onları işdən kənarlaşdırmışdır. Bundan sonra özü fərdi olaraq işçi toplamağa, işləri özü təşkil etməyə başlamışdır. Bunun üçün isə tanışı mühəndis Nizami adlı şəxs vasitəsi ilə Zərərçəkmiş şəxs20 Haqverdi oğlu ilə tanış olmuş , onunla Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində kafedə görüşmüş, həmin vaxt Zərərçəkmiş şəxs20 yanında təxminən 7-8 nəfər şəxs də olmuşdur. Danışıq zamanı onlar razılaşmışlar ki, subpodrat müqaviləsinə əsasən inşaatını öhdəsinə götürdüyü ərazidə tikinti işlərini aparacaqlar və buna görə usta 30 manat, usta köməkçisi 25 manat, fəhlə isə 18-22 manat günəmuzd olaraq maaş alacaq. Razılaşdıqdan sonra onlar işə başlamışlar. Zərərçəkmiş şəxs20 Haqverdi oğlu onunla gələn işçilərlə birlikdə tikinti ərazisinə gəldiyi gün onların bəziləri ilə əmək müqaviləsi bağlanmış, Zərərçəkmiş şəxs20 Haqverdi oğlu MMC-də iş icraçısı kimi işə qəbul edilmişdir.İş müddətində işçilərin sayı müxtəlif olurdu, eləcə də işçilər daimi olmurdu. Belə ki, bəzi işçilər yaxşı işləmədiyi üçün işdən çıxarılır, onların yerinə isə başqa işçilər cəlb edilirdi.Ona görə də müqavilələrin bağlanmasında gecikmələr baş vermişdir.O, işçilərə çatacaq pulları Asimə vermişdir. İşçilərə heç bir borcu qalmamışdır.Müqavilələrin bağlanmamasına görə dövlətə dəymiş ziyanı qəbul edir və onu ödəmişdir. Törətdiyi əməldən peşmandır.Ailəlidir və himayəsində iki azyaşlı uşağı var.Ailəyə yeganə qazanc gətirən şəxs odur.Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də usta vəzifəsində işləmişdir.Ona təyin olunmuş maaş Təqsirləndirilən şəxs tərəfindən tam olaraq odənilməmişdir.Müqavilədə qeyd olunan maaşla razılaşmır və Təqsirləndirilən şəxs tərəfindən hal-hazırda ona təklif olunan məbləği qəbul etmir. Digər zərəçəkmiş şəxslər məhkəmə baxış iclaslarına gəlmədikləri üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən onlar barəsində məcburi gətirmə qərarı çıxarılmış, lakin Qaradağ rayon Polis İdarəsi tərəfindən zərərçəkmiş şəxslərin məhkəmə iclasına gətirilməsi mümkün olmamışdır. Məhkəmə icasında iştirka etməyən zərəçəkmiş şəxslərin ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs təsisçisi və direktoru olduğu "xxxx" MMCnin tikintisini apardığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində Karbamid anbarlarının tikintisi işinə dəmirçi kimi cəlb edilmiş və maaşını ala bilmədiyi üçün xx.xx.2022-ci il tarixdə işdən çıxmışdır İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs18 Zərərçəkmiş şəxs7 ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişlər. Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs18 məhkəməyə ərizələr ünvanlandıraraq onlara dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs Nəvai oğluna qarşı şikayət tələblərinin olmadığını bildirmişlər. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində Karbamid anbarlarının tikintisi işinə cəlb edilmişdir. Həmin günü ondan başqa onlarla adam işə cəlb edilmişdir. Tikinti işi "xxxx" MMC tərəfindən aparılırdı. MMC-nin təsisçisi və direktoru Təqsirləndirilən şəxs idi. xx.xx.2022-ci il tarixdə tikintidə qəlibçi-usta kimi işə başlamış, işə başlamazdan əvvəl Təqsirləndirilən şəxs göstərişi ilə MMC-nin Mehman adlı işçisi onunla əmək müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən o, MMC-də qəlibçiusta kimi işə götürülmüşdür. Həmin müqavilənin hazırlanması və imzalanmasında Təqsirləndirilən şəxs özü də iştirak etmişdir. İşə başlamazdan əvvəl onlara geyim forması verilmişdir. Bundan sonra mən və digər işçilər X3 "xxxx" ASC-nin içiləri tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə əlaqədar təlimatlandırılmışlar.Onlar günə muzd işləmiş, o, hər gününə görə 30 manat almalı imiş. İşdə layihə rəhbəri Mehman müəllim olmuş, görülən işlərdə nəzarətçi Nizami müəllim olmuşdur.. İşçilərin işinə nəzarəti isə Zərərçəkmiş şəxs20 Haqverdi oğlu edirdi.xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs20 bildirmişdir ki, Təqsirləndirilən şəxs ona zəng vurub, işin dayandırılmasını deyib və işçiləri buraxmağını tapşırıb. İşlədikləri gündən işdən çıxarıldığı günə kimi Təqsirləndirilən şəxs ona bir dəfə 14 və ya xx.xx.2022-ci il tarixdə 200 manat vermiş, bundan başqa pul verməmişdir. Təqsirləndirilən şəxs ona 1000 manat pul verməlidir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs4 Nəhmət oğlu, Zərərçəkmiş şəxs2 Məmmədağa oğlu, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs19, zərərçəkmiş şəxs X2 ifadəsinə uyğun eyni məzmunlu ifadələr verərək onlara müvafiq ödənişlər ödənilməli olduqlarını bildirmişlər. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki , 07 və ya xx.xx.2022-ci il tarixində bir nəfər ona zəng edərək özünü Sənan adı ilə təqdim etmiş və bildirmişdir ki, tanışları vasitəsi ilə onun nömrəsini əldə edibdir, o, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində Karbamid anbarlarının tikintisini edir, ona işçi qüvvəsi lazımdır.O, Sənan bildirmişdir ki, həmin tikinti və qəlib işlərini bacarır, özündən başqa təxminən 30 nəfər işçi tapa bilər. Onlar görüş barədə razılaşmışlar. 08 və ya xx.xx.2022-ci il tarixində o Sənanla Ələt qəsəbəsində görüşmüşlər. O, görüşə işə cəlb edəcəyi şəxslərlə gəlmişdir. Onlar təxminən 20 nəfər olmuşlar. Sənanla razılaşmaya əsasən o, fəhlələrə gündəlik 25 manat, ustalara isə 35 manat verməli idi. Ona isə briqadir kimi bir qədər artıq maaş verəciyini vədd etmişdir, amma rəqəm barədə dəqiq razılaşmamışlar. Sənan ona təklif etmişdir ki, o vergi orqanlarında qeydiyyatdan keçsin, adına VÖEN açdırsın, gətirdiyi işçilərlə əmək müqaviləsi bağlasın, onun adına bank vasitəsi ilə köçürmələr edəcək, o işçilərin maaşlarını özü ödəyəcəkdir. O, Sənanın təklifi ilə razılaşmamışdır. Bundan sonra Sənan bildirdi ki, işçiləri öz şirkətinə işə qəbul edəcək. Onlar iş yerində görüşmək barədə razılaşmışlar.xx.xx.2022-ci il, saat 08:00-da onlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində görüşmüşlər. İşə başladıqları gün onlar öz şəxsiyyət vəsiqələrini Təqsirləndirilən şəxs vermişlər. Sənan həmin sənədləri alanda onlarla əmək müqaviləsi bağlayacağını demişdir. Bir neçə saat sonra Təqsirləndirilən şəxs bütün işçilərlə əmək müaviləsi bağlamış və müqavilələri özü ilə aparmış, heç kimə müqavilənin surətini verməmişdir. Razılaşmaya əsasən xx.xx.20222-ci il tarixində onlar əmək haqlarını almalı idilər. Lakin xx.xx.2022-ci il tarixində Təqsirləndirilən şəxs bildirdi ki, maaşları bir neçə günə verəcək. Bir neçə gün sonra xx.xx.2022-ci il tarixində isə Təqsirləndirilən şəxs ona zəng vuraraq bildirmişdir ki, "xxxx" ASC müqaviləyə xitam verib, işi dayandıraq və ərazidən çıxaq. O, Sənandan maaşlar barədə soruşduqda isə o bildirdi ki, "xxxx" ASC ona ödəniş etməlidir, köçürmə olduqdan sonra o, maaşları verəcək. Lakin sonrakı müddətdə Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək maaşları verməkdən imtina etmiş və onlar məcbur qalıb bu barədə hüquq mühafizə orqanlarına müraciət etmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi fakta görə Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 222006189 saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsindən həmin Məcəllənin 162-1.1 və 308.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəvai oğlu Azərbaycan Respublikası CM-nin 162-1.1 və 308.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir İş materiallarında olan baxış keçirilməsi barədə protokoldan görünür ki, xx.xx.2022ci il tarixdə Şahid1 və X1 iştirakı ilə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, ərazi Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində Karbamid anbarlarının tikintisinin aparıldığı sahədir, tikinti ərazisi dəmir çəpərlərlə digər sahələrdən ayrılmışdır, əraziyə giriş bir yerdəndir, sahədə ərazidə 3 ədəd ofis, 3 ədəd anbar, 2 ədəd çayxana kimi istifadə edilən konteyner-otaqlar, eləcə də ətrafda tikinti materialları vardır, ərtafda video müşahidə kameraları quraşdırılmışdır və ərazi X3 "xxxx" ASC-nin mühafizəçiləri tərəfindən mühafizə edilir. Baxışda iştirak edən şəxslərin göstərdikləri əsasında dəqiqləşdirilmişdir ki, həmin ərazi onların işlədikləri, tikinti işlərinin aparıldığı sahə olubdur və müqavilələr oradakı ofis otaqlarından birində imzalanıbdır. İş materiallarında olan “Evrascon – Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ümumi yük terminalı, 13 saylı körpüsündə Mineral gübrə anbarı” tikintisi sahəsi (Qonaqlar üçün) “Əməyin mühafizəsi üzrə giriş təlimatının” möhürlənmiş və qaytanlanmış jurnallarının surətindən görünür ki, Zərərçəkmiş şəxs4 Nəhmət oğlu, Zərərçəkmiş şəxs2 Məmmədağa oğlu, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, X7, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs20 xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində X3 "xxxx" ASC-nin SƏTƏM üzrə mühəndisi X9 tərəfindən təlimatlandırılmışdır. İş materiallarında olan “Evrascon – Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ümumi yük terminalı, 13 saylı körpüsündə Mineral gübrə anbarı” tikintisi sahəsi “Yanğın təhlükəsizliyi üzrə giriş təlimatının qeydiyyatı”nın möhürlənmiş və qaytanlanmış jurnalının surətindən görünür ki, qeydlər xx.xx.2022-ci il tarixindən başlayır və Zərərçəkmiş şəxs4 Nəhmət oğlu, Zərərçəkmiş şəxs2 Məmmədağa oğlu, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, X7, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18 və Zərərçəkmiş şəxs20 xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində təlimatlandırılmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X15 qeydiyyat idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır, hüququ ünvanı Az1053, ünvan 4-dır, təsisçisi Təqsirləndirilən şəxsdur, nizamnamə kapitalı 10 manatdır. İş materiallarında olan Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə təsdiq edilmişdir ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, EAC-SPM-184/21 nömrəli subpodrat müqaviləsindən görünür ki, tərəflər X3 "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış müqavilə həmin müqavilənin ayrılmaz hissəsi olan əlavələrlə tənzimlənir və MMC inşaat işlərini razılaşdırılmış məbləğ müqabilində öz üzərinə götürür. İş materiallarında olan Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2 Məmmədağa oğlunun adına olan əmək müqavilələrinin surətlərindən görünür ki, onlarla "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır və müqavilə işəgötürün adından direktor olaraq Təqsirləndirilən şəxs tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiqlənmişdir. İş materillarında olan X3 "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 442/22 nömrəli cavab məktubundan görünür ki, ASC Beynəlxalq Dəniz Ticarəti Limanında gördüyü tikinti işləri ilə əlaqədar "xxxx" MMC-ni subpodratçı qismində işlərə cəlb etmiş və MMC ilə xx.xx.2021-ci il tarixdə bu barədə müqavilə bağlamışdır. Həmin müqavilə əsasında xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ərazidə müvafiq tikinti işləri aparılmışdır."xxxx" MMC subpodrat müqaviləsi əsasında işlədiyindən onun işçiləri ilə olan əmək müqavilələri ASCdə yoxdur. İş materiallarında olan müqavilələrin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs7, X7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8 ilə xx.xx.2022-ci il tarixində, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs10 ilə xx.xx.2022-ci il tarixində, Zərərçəkmiş şəxs11 ilə xx.xx.2022-ci il tarixində "xxxx" MMC arasında müqavilələr bağlanmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs4 Nəhmət oğlu, Zərərçəkmiş şəxs2 Məmmədağa oğlu, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 ilə "xxxx" MMC arasında bağlanmış əmək müqavilərinin surətlərindən görünür ki, onlar əmək müqavilələri xx.xx.2022-ci il tarixində imzalanmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X5, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2 Məmmədağa oğlu, eləcə də Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, X7, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs7 ilə "xxxx" MMC arasında bağlanmış müqavilələrin bildirişi barədə sorğuya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən verilmiş müvafiq olaraq xx.xx.2022-ci il tarixli, **********6 nömrəli və xx.xx.2022-ci il tarixli, **********5 nömrəli cavab məktublarından görünür ki, qeyd edilən şəxslərin əmək müqaviləsi bildirişləri sistemə daxil edilməmişdir, həmin şəxslərdən yalnız iki nəfərin - Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs20 əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmiş və xx.xx.2022-ci il tarixdə onların müqavisinə xitam verilmişdir. İş materiallarında olan Əmək və X8 Nazirliyinin X14 Xidmətinin xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubuna qoşma edilmiş "xxxx" MMC tərəfindən nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatlardan görünür ki, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs20 istisna olmaqla digər şəxslər barəsində əmək müqaviləsi bildirişləri mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə verilmiş soğuya Xidmətin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubu əsasında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs20 istisna olmaqla digər zərərçəkmiş şəxslərə görə mart-aprel aylarında ödənilməli olan ümumilikdə 12386,30 manata əmək haqqına görə 3096,58 manat məcburi dövlət sosial siğorta, 123,86 manat işsizlikdən siğorta və 495,45 manat icbari tibbi siğorta olmaqla ümumilikdə cəmi hesablanmış vergi və ayırma məbləği 3.715,89 manat (üç min yeddi yüz on beş manat, səksən doqquz qəpik) hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə verilmiş soğuya Xidmətin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü l tarixli cavab məktubu əsasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs20 üçün mart-aprel aylarında ödənilməli olan ümumilikdə 3.168,45 manata əmək haqqına görə 792,12 manat məcburi dövlət sosial siğorta, 31,68 manat işsizlikdən siğorta və 126,74 manat icbari tibbi siğorta olmaqla ümumilikdə cəmi hesablanmış vergi və ayırma məbləği 950,54 manat (doqquz yüz əlli manat, əlli dörd qəpik) hesablanmışdır. İş materaillarında olan 22686 saylı, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 4666 (dörd min altı yüz altmış altı) manat 44 (qırx dörd) qəpik pul vəsaiti Təqsirləndirilən şəxs Nəvai oğlu tərəfindən dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan Aərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəvai oğlu əvvəllər məhkum edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Nəvai oğlu barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Nəvai oğlunun müdafiəçisi Müdafiəçi məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə bildrimiş və Təqsirləndirilən şəxs Nəvai oğlu barəsində həmin maddə üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinin tələbindən aydın olur ki, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəld edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinsə göstərilir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-nın 39.1.3-cü maddəsinin tələbindən aydın olur ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs Nəvai oğlu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət hadisəsinin törədilməsinin 10 mart 2022-19 aprel 2022-ci il tarixi aralığında baş verməsi, bununla da cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs Nəvai oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs Nəvai oğlu həmin maddə ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq, daxili inamını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Nəvai oğlunun törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Nəvai oğlunun ilk dəfə cinayət əməli törətməsini, dövlətə vurulmuş ziyanı ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Nəvai oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, dövlətə vurulmuş ziyanın ödənilməsini, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs Nəvai oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsində əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs Nəvai oğlu tərəfindən törədilmiş cinayət əməlinin xarakterini nəzərə alaraq hesab edir ki, ona əlavə cəza olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs Nəvai oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Nəvai oğluna təyin olunmuş islah işləri cəzasının əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır.. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Nəvai oğluna göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 15 (on beş) saata görə 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına odənilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 39, 43, 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Nəvai oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162- 1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs Nəvai oğlu cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Nəvai oğlu Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay dövlət və özünü idarəetmə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs Nəvai oğlunun yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İslah işləri üzrə cəzasının əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Nəvai oğluna göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul X6, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-16/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-16/2024
08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver