Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-160/2023 16.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxx 2003-cü ildə Neftçala rayonu, Kürkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, orta təhsilli, Neftçala rayonu, Kürkənd ərazi dairəsi, Kürkənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 03 dekabr 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən «X5»-nın arxa tərəfində olarkən, ona yaxınlaşıb az öncə küçədə eşitdiyi nalayiq söyüşlərə görə iradını bildirən Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, daha sonra yaranmış münaqişə zamanı üzərində olan istintaqa məlum olmayan bıçaqla qəsdən Zərərçəkmiş şəxs sol kürək və qoltuq altı hissələrindən iki zərbə endirərək ona sol kürək sümük nahiyyəsinin bir ədəd deşilmişkəsilmiş yarası, sol qoltuqaltı nahiyyənin bir ədəd deşilmiş-kəsilmiş səthi yarası və qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, psixoloji durumu normaldır və sağlamdır. Heç kəslə ədavəti düşmənçiliyi yoxdur. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Lökbatan qəsəbəsi, Lökbatan X5nın yan hissəsi ilə piyada tək gəzərkən, tanımadığı təxminən 3-4 nəfər cavan oğlanların arasından keçərkən, onlardan bir ilə çiyin-çiyinə toqquşmuşlar. Bu zaman həmin oğlan ona qarşı nalayiq sözlər ifadə işlətdiyi üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı həmin oğlan onu nalayiq söyüşlərlə söydüyü üçün o da onun söyüşlərini özünə qaytarmışdır. Bundan sonra o həmin şəxsə mobil nömrəsini deyərək hər zaman görüşə hazır olduğunu bildirmişdir. Aralarında münaqişə, dava-dalaş olmadan aralaşmaqla yolunu davam etməyə başlamışdır. İdman meydançasının arxa hissəsində olarkən mobil nömrəsinə yadında qalmayan zəngə cavab verərkən tanımadığı cavan oğlan yerini soruşmuşdur. O, həmin şəxsə yerini yəni İdman meydançasının arxa hissəsində olduğunu demişdir ki, 2-3-dəqiqə keçmiş həmin tanımadığı sonradan adını ona Teymur kimi deyən oğlan ona yaxınlaşaraq aqressiv olaraq nə üçün məhəllədə söyüş söydüyünü ona irad tutmuşdur. Həmin oğlanın sərt iradı acığına gəldiyinə görə ona demişdir ki, «hələ sən bir məsələni dəqiqləşdir sonra mənə irad tutarsan». Bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Teymur əli ilə onu sinəsindən geri itələmişdir. Əsəblərini cilovlaya bilməyib üzərində olan kiçik ölçülü qatlanan bıçağı tez açaraq sağ əlində tutmaqla Teymurun sol kürək və qoltuq altı hissələrindən iki dəfə zərbə endirərək oradan uzaqlaşmışdır. Yolda isə bıçağı yadında qalmayan zibil qutusuna tullamışdır. Mübahisə zamanı heç bir xəsarət almamışdır. Tibbi ekspertdən keçmək istəməmişdir. Münaqişə havanın qaranlıq vaxtı Lökbatan X5nın arxa hissəsində Teymur adlı şəxslə aralarında baş verməklə həmin zaman orada heç kim olmamış, mübahisə, münaqişə təxminən təxminən 2-3 dəqiqə davam etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirərək cinayət məsuliyyətindən azad edilərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailəsi ilə yaşayır, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində yaşadığı Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi ev 31 yaxınlığında küçədə tək gəzən zaman uca səslə bir nəfər şəxsin nalayiq söyüşlər söydüyünü eşitmiş, lakin şəxsi görməmişdir. Bundan sonra o, dərhal Lökbatan X5nın arxa hissəsi yəni söyüş səsi tərəfə getdikdə orada tanımadığı təxminən 3-4 nəfər cavan oğlanları görmüşdür. Onlardan kimin söyüş söydüyünü soruşduqda ona həmin şəxsin sonradan şəxsiyyəti ona Elman kimi bəlli olan şəxsin 051 380 70 38 saylı nömrəsini vermişlər. O, mobil telefonu ilə həmin nömrəni yığıb nə səbəbə məhəllədə söyüş söydüyünü soruşduqda həmin Elman adlı şəxs bu işin ona heç bir aidiyyəti olmadığını bildirmişdir. Telefonda olduğu yeri müəyyən edib idman meydançasının arxasında ona yaxınlaşmışdır. O, Elman adlı şəxsi nizam-intizama dəvət edib məhəllədə nalayiq söyüşlər söyməsinin ayıb olmasını bildirmişdir. Lakin Elman az öncə tanımadığı şəxslə mübahisə etdiyini, həmin şəxsin onu söydüyü üçün söyüşlərini özünə qaytarmasını, bu işin isə ona heç bir aidiyyəti olmadığını bildirmişdir. Aralarında mübahisə yaranmış, Elman onun üstünə irəli gəldiyi üçün o, Elmanı əli ilə sinəsindən geri itələmişdir. Bu zaman Elman adlı şəxs üstünə hücum çəkərək sağ əlindəki görmədiyi predmetlə sol kürək və qoltuq altı hissəsindən iki dəfə zərbə endirərək oradan uzaqlaşmışdır. Əvvəlcə adi yumruq zərbəsinin olduğunu zənn etsədə sonradan həmin zərbə yerindən istilik gəlməsini hiss etmiş və həmin Elman adlı şəxsin onu bıçaq zərbəsi ilə vurduğunu başa düşmüşdür. X9 Stasiyasına, oradan onu X6 aparmışlar. Orada ona ambulator tibbi yardım etmişlər və o, xəstəxanadan çıxaraq evinə gəlmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışmaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X8 Qaradağ rayon Şöbəsinin 23 dekabr 2022-ci il tarixli 898 saylı rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər- sol kürək sümük nahiyyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası, sol qoltuqaltı nahiyyənin bir ədəd deşilmiş-kəsilmiş səthi yarası və qançırı kəsici-deşici əşya (alət) ola bilsin bıçaq təsirindən, müayinədən 3-5 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə törənmələri mümkündür və dərəcələrinə görə sol kürək sümük nahiyyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, sol qoltuqaltı nahiyyənin bir ədəd deşilmiş-kəsilmiş səthi yarası və qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CMnin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan, onun surətinin tərəfə rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-160/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-160/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver