Məhkəmə qərarları › İş №1(002)-161/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-161/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-161/2023 16.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ İHakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamcısı X1, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxx 1996-cı il tarixdə Beyləqan rayonu, Birinci Şahsevən kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs X3 gətirdiyi “Toyota Prius” markalı 2755- 21-İM tranzit nömrə nişanlı avtomobili gömrük qeydiyyatından keçirəcəyinə dair yalan vədlər verib Zərərçəkmiş şəxs aldadaraq, guya müvafiq sənədləşmələrin aparılması üçün həmin avtomobilə dair sonuncudan baş etibarnamə alıb, əvvəlcədən planladığı kimi ona tapşırılan işi yerinə yetirməyərək, yəni sonuncuya məxsus 7000 manat dəyərində olan həmin avtomobili gömrük qeydiyyatından keçirmədən 2021-ci ilin dekabr ayının 20-də Bakı şəhəri, Qaradağ rayonu,Lökbatan qəsəbəsi, “Meyvəli” Ticarət mərkəzinin qarşısında Şahid1 satıb pulunu mənimsəməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs yeznəsi X4 vasitəsilə tanımışdır. Gündüz Pünhanın yaxın dostudur.Gündüzü Binə bazarında ticarətlə məşğul olan şəxs kimi tanımışdır. O, Vətən Müharibəsindən qayıtdıqdan sonra maşın alveri ilə məşğul olmağa başlamışdır. Gündüz onun müharibə iştirakçısı olduğunu, gömrük idarələrində ona güzəşt olunduğu bildiyi üçün təxminən 2021-ci ilin əvvəllərində ona təklif etmişdir ki, xaricdən maşın gətirəndə gömrük qeydiyyatından keçirməkdə köməklik etsin, hər maşından ona pul verəcək. Gündüz ona gömrük işlərini həyata keçirmək üçün etibarnamə də vermişdir. Gündüz X3 4 ədəd “Toyota Prius”, 1 ədəd isə “Kia Sorento” markalı maşın sifariş edib gətirmişdir. Həmin maşınlar müəyyən zədə ilə gəldiyi üçün onlara ucuz başa gəlmişdir. İlk olaraq “Toyota Prius”lardan birini gömrük qeydiyyatından keçirmişdir. Həmin maşını işləri görmək üçün istifadə etmişdir. “Kia Sorento” markalı mühərriki yandığından onu təmir etdirmişlər. 2021-ci ilin dekabr ayının ortalarında Gündüzün gətirdiyi 2011-ci il buraxılışlı qapılarında, ön şüşəsində, bufer və krılalarında müəyyən zədələr olan qırmızı rəngli “Toyota Prius” markalı maşını gömrük qeydiyyatından keçirməli olmuşdur. Həmin maşın Azərbaycana gətirilməsi üçün yol pulu ilə birlikdə 6500- 6800 manata başa gəlmişdir. Onlar həmin maşını Gündüzlə birlikdə auksionda udmuşlar və Gündüz maşının alınmasına cəmi 2000 dollar vermiş, qalan yol xərclərini də hesabladıqda qeyd etdiyi kimi 6500-6800 manat xərci çıxmışdır. 2021-ci ilin dekabr ayının əvvəllərində internet vasitəsilə X2 şəhərində yerləşən gül dükanında özünə iş tapmışdır. Gündüzün maşınını satıb pulunu götürməkdə məqsədi Türkiyəyə getmək, orada işləmək və yaşamaq olmuşdur. Bu məqsədlə 20 dekabr 2021-ci il tarixə olan aviabilet almışdır. O, təxminən dekabr ayının 19-da gömrük idarəsindən tanıdığı maşın alveri məşğul olan Tahir adlı tanışına həmin maşını 15.000 satdığını demişdir. Tahir qardaşı Vüsalın maşın almaq istədiyini demişdir. Səhəri günü, yəni 20 dekabr 2022-ci il tarxidə Tahirin qardaşı Vüsal gömrük idarəsinin həyətinə gəlib maşına baxmışlar və yoxlatdırmaq istədiklərini bildirmişlər. O, Vüsalla maşını satmağı üçün 14.000 manata razılaşmışdır. Lakin Vüsal demişdir ki, maşında hər hansı problem aşkarlansa puldan 500 manat kəsəcək. Onlar idarədən icazə alıb maşını evakuatorla Əhmədli qəsəbəsi tərəfdə olan maşın ustasına aparmışlar. Usta yoxlayan zaman maşının mühərrikində problem olduğu aşkarlanmışdır. Bundan sonra yenə evakuatora qoyub Meyvəli Ticarət Mərkəzinin yanındakı gömrük idarəsinə gətirmişlər. Həmin vaxt orada olan notariusa yaxınlaşanda ona bildirmişlər ki, Gündüzün ona verdiyi etibarnamə ilə maşın satmaq mümkün deyil. O, bu barədə telefonla Gündüzə məlumat vermiş, Gündüz həmin vaxt başqa yerdə olduğundan özü hansısa notariusa yaxınlaşıb ona maşını satmaq üçün ümumi etibarnamə yazdırmışdır. Bundan sonra onlar təkrar notairusa yaxınlaşmışlar, ilən 2011-ci il buraxılış qırmızı rəngli “Toyota Prius” markalı maşını Tahirin qardaşı Vüsala satmışdır. Onlar 13.500 manata alqı-satqıya və maşının gömrük qeydiyyatından alan şəxs yəni Vüsal tərəfindən keçirilməsinə razılaşmışlar. Həmin gün maşının yoxlanılması və satışı gec olduğu üçün onun aldığı aviabiletin vaxtı keçmişdir. Buna görə də o, pulu alıb evə getdikdən sonra internet vasitəsilə 21 dekabr 2021-ci il tarixə olan Bakı-İstanbul reysinə aviabilet almış və həmin tarixdə İstanbula şəhərinə, oradan da Antalya şəhərinə getmişdir. Həmin müddət ərzində Gündüzlə “Whatsapp” proqramı vasitəsilə dəfələrlə yazışmış, əməlindən peşman olduğunu, işləyib pulunu qaytaracağını bildirmişdir. 2022-ci ilin dekabr ayının ortalarında işlə əlaqədar Gürcüstan Respublikasına gedərkən sərhəddə ona bildirmişlər ki, Azərbaycanda axtarışdadır. O, Türkiyəyə qayıtdıqdan sonra İğdır şəhərindən Naxçıvan Muxtar Respublikasına keçib sərhədçilərə axtarışda olduğunu bildirib təslim olmuşdur. Bundan sonra onu əvvəlcə Gömrük idarəsinə, daha sonra Sədərək rayon polis idarəsinə aparmışlar. 2 gün sonra Qaradağ rayon polis idarəsininin əməkdaşı onu təhvil alıb təyyarə ilə Bakıya, yəni Qaradağ polis idarəsinə gətirmişdir. Bundan başqa Gündüz xx.xx.2021-ci il tarixdə 8300 manat pul vermişdir. Lakin həmin pul sözü gedən avtomobildən əvvəl ifadəsində qeyd etdiyi 2 ədəd 20 kuza deyilən “Toyota Prius” markalı avotmobillərin gömrük rüsumun pulu olmuşdur. O, həmin avtomobillərin gömrük qeydiyyatından keçirilməsi məqsədilə hər biri üçün 4150 manat pul ödəmişdir. Törətdiyi əməldən peşmandır.Hal-hazırda zərər çəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmiş və aralarında barışıq əldə olunmuşdur.O, əlavə olaraq bildirmişdir ki, zərər çəkmiş şəxsə dəymiş ziyanın 25% miqdarında dövlət nəfinə ödəniş etmişdir. Qeyd olunanlara əsasən işə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2-3 ildir ki, tanıyır. Hüseyn dostu Pünhanın qaynıdır. Hüseyni Pünhanın vasitəsilə tanımışdır. Hüseyn 2-ci Qarabağ döyüşlərində iştirak etmişdi. 2021-ci ilin ortalarında o, ABŞ-dan qardaşının adına “Toyota Prius” markalı avotomobil sifariş vermişdir. Avtomobil Bakıya gəldikdə Hüseyn ona bildirmişdir ki, müharibə veteranı olduğundan gömrük qeydiyyatında güzəştlər olunur, həmin avtomobili onun üçün gömrük qeydiyyatından keçirə bilər. O, Hüseynlə razılaşmış və Hüseynə mülki etibarnamə ilə 3800 manat gömrük rüsumu vermişdir. Hüseyn maşını qeydiyyatdan keçirmiş və qardaşının adına sənədləşdirmişdir. Bundan sonra 2021-ci ilin dekabr ayında ABŞ-dan özü üçün “Toyota Prius” markalı avtomobil sifariş vermişdir. Avtomobil gömrük məntəqəsində olanda Hüseyn ona yenə güzəştlə maşını gömrük qeydiyyatından keçirə biləcəyini demişdir. Mən 2021-ci ilin dekabr ayının 20-də yenidən mülki etibarnamə və 8300 manat pul vermişdir ki, maşını gömrükdə qeydiyyatdan keçirsin və atasının adına rəsmiləşdirilməsinə kömək etsin. Həmin gün axşama qədər Hüseyn maşının sənədləşməsinin hazır olacağını bildirmiş, lakin axşam saat təxminən 8-dən sonra telefonu söndürmüş və zəng çatmamışdır. Bundan sonra dekabr ayının 21-də dostu Pünhan ona bildirmişdir ki, Hüseyn gecə ilə Türkiyə Cümhuriyyətinə getmişdir. O, həmin gün avtomobili ilə maraqlanmış və ona məlum olmuşdur ki, Hüseyn ona məxsus olan 2011-ci il buraxılış qırmızı rəngli “Toyota Prius” markalı avtomobili Şahid1 adında şəxsə satmışdır və hal-hazırda avtomobil **-RS- *** dövlət qeydiyyat nişanı ilə Vüsalın adına qeydiyyatdadır. Buna görə də Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını bilib polisə müraciət etmişdir.Zərərçəkmiş şəxs əlavə dindirmə zamanı bildirmişdir ki, ona dəymiş ziyanı tam olaraq ödədiyi üçün Təqsirləndirilən şəxs şikayəti yoxdur. Hüseyn onun gətirdiyi 2 ədəd 20 kuza “Toyota Prius” markalı avtomobili gömrük qeydiyyatından keçirmişdir. Şikayət edən vaxt əsəbi olduğundan 8300 manatı həmin avtomobillərə görə verdiyi yadından çıxmışdır. Hüseyn yalnız ona məxsus 2011-ci il buraxılışlı qırmızı rəngli, “Toyota Prius” markalı avtomobilin pulunu dələduzluq edərək ələ keçirmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 fevral 2023-cü il tarixli, 9/459 nömrəli ekspert rəyi ilə ona dəymiş maddi ziyanın 7000 manat olmaqla hesablanmasına razıdır Zərərçəkmiş şəxs məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki,. Təxminən 2021-ci ilin dekabr ayının 19-u və ya 20-də Meyvəli TM-nin yanında gömrük idarəsində Hüseyn adlı tanışı ilə təsadüfən görüşmüşlər. Həmin vaxt Hüseynin yanında Vurğun adlı dostu da olmuşur. Hüseyn ona bildirmişdir ki, qırmızı rəngli 2011-ci il buraxılışlı “Toyota Prius” markalı maşın satır. O, Hüseynə demişdir ki, münasib qiymətə versə qardaşı maşın almaq istəyir. O, qardaşı Vüsala zəng vurub çağırmışdır. Vüsal gəldikdə maşına baxmışlar, maşının motorunda səs olduğundan danışmışlar ki, motorunu yoxladıb sonra alqı-satqı etsinlər. 20 dekabr 2021-ci il tarixdə gömrük terminalından icazə alıb maşını oradan çıxarıb ustaya aparıb yoxlatmışlar. Motorda problem olduğu müəyyən edilmiş, bundan sonra Hüseynlə 14.000 manata razılaşmışlar. Vüsal terminalın içində Hüseynə 13.500 manat pul vermiş və danışmışdır ki, əgər maşının motorunda başqa problem çıxmasa 500 manat da verəcək. Bundan sonra orada yerləşən DYP idarəsinə gedib rəsmi qaydada alqı–satqı etmiş və qardaşı Vüsalın adına **-RS-*** dövlət nömrə nişanı qeydiyyata alınıb texniki şəhadətnamə ilə qeydiyyata götürülmüşdür. Bundan 4 gün sonra Gündüz adlı zəng vurub maşının onun olduğunu bildirmişdir. Onlar isə rəsmi qaydada maşını aldıqlarını demişlər. Maşın hal-hazırda da qardaşı Vüsalın mülkiyyətində və istifadəsindədir. İş üzrə Şahid1 məhkəməyə teleqram vuraraq ibtidai istintaq verdiyi ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. İş üzrə Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 18 dekabr 2021-ci il tarixdə günorta saatlarında qardaşı Tahir ona zəng vurub bildirmişdir ki, Hüseyn adlı tanıdığı şəxs qırmızı rəngli “Toyota Prius” markalı maşın satır, istəsə baxıb alsın. O, həmin gün Lökbatan qəsəbəsində “Meyvəli” TM-nin yaxınlığında yerləşən gömrük terminalına getmiş, Hüseyn adlı şəxs bir nəfər dostu ilə gəlmişdir. Onlar maşına baxmış, maşının motorunda səs olduğundan danışmışlar ki, motorunu yoxladıb sonra alqı-satqı etsinlər. 20 dekabr 2021-ci il tarixdə gömrük terminalından icazə alıb maşını oradan çıxarıb ustaya aparıb yoxlatmışlar. Motorda problem olduğu müəyyən edilmişdir. Bundan sonra Hüseynlə 14.000 manata razılaşmışlar. O, terminalı içində Hüseynə 13.500 manat pul vermiş və danışmışdır ki, əgər maşının motorunda başqa problem çıxmasa 500 manat da verəcək. Bundan sonra orada yerləşən DYP idarəsinə gedib rəsmi qaydada alqı–satqı etmişlər və öz adına **-RS-*** dövlət nömrə nişanı qeydiyyata alınıb texniki şəhadətnamə ilə qeydiyyata götürülmüşdür. Bundan 4 gün sonra Gündüz adlı ona zəng vurub maşının onun olduğunu bildirmişdir. O, isə rəsmi qaydada maşını aldığını bildirmişdir. Maşın halhazırda da onun mülkiyyətində və istifadəsindədir. İş materiallarında olan məhkəmə-psixatrik ekspertizası xx.xx.2023-cü il tarixli 33 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda heç bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliiyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Təqsirləndirilən şəxs ona ittiham əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 fevral 2023-cü il tarixli 9/459 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına fotoşəkilləri təqdim edilən gömrük rəsmiləşdirilməsindən keçirilməmiş, 2011-ci il buraxılışlı, qırmızı metalik rəngli, mühərrik həcmin 1798 sm3 “Toyota Prius” markalı, qüsurları (ön şüşəsində, qapılarında, qanadlarında, buferlərində qüsurlar (ön şüşədə çat və batıq, digər sadalanan hissələrində batıqlar, sürtünmə izləri və sair)) avtomobilin 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 7000 ( yeddi min) manat müəyyən edilmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, zərərçəkmiş şəxsə dəymiş 7000 (yeddi min) manat zərərin 25%-i, yəni 1752 (bir min yeddi yüz əlli iki) manat Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə ödənilmişdir. Məhkəmə tərəflərin ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanununun 1.7.3 bəndinə əsasən 73-1.2-ci maddədə “bir misli” sözləri “iyirmi beş faizi” sözləri ilə əvəz edilmişdir. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 39.1.11-ci maddəsinəəsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanılmış cinayət təqibinə xitam verilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanı tamamilə ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsulliyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CM-nin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar