Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-161/2024 04.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən 02 il 02 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 70-ci maddəsinə əsasən ona təyin edilmiş 02 il 02 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzası 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, orta təhsilli, Bakı şəhəri, Qardağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 11, mənzil 11 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirmiş, həmçinin silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakını məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən təkrar qərəzli xuliqanlıq hərəkətləri törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq tiyənin orta xətdən uzunluğu-118 mm, orta hissədə eni - 27 mm, maksimal qalınlığı 3,0 mm, dəstəyinin uzunluğu -113 mm, orta hissədə eni - 29 mm, orta hissədə qalınlığı- 22 mm olan, soyuq silah hesab edilən bıçağı əldə edib gəzdirmiş, xx.xx.2023-cü il, saat 02 radələrində törətdiyi cinayət hadisəsinə görə saxlanılıb Qaradağ RPİ-nin 10-cu polis şöbəsinə gətirilərkən üzərindən aşkar edilib götürülmüşdür. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 7-ci massiv, 61 nömrəli ünvanın qarşısında yüngül dərəcə alkoqol sərxoşluğu halında həmin massivdə nömrəsiz fərdi tikili evin giriş qapısının ona açılmamasına görə həmin ünvanda yaşayan qaynatası Şahid1 evinin giriş qapısına təpik və istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən bıçaqla döymüş, həmin zaman yaranmış səs-küydən dincliyi pozulan 7-ci massiv, 61 nömrəli ünvanda yaşayan və onun hərəkətlərini kənardan müşahidə edən Zərərçəkmiş şəxs1 yaxınlaşıb qaynatası Şahid1 qapısını kəsmək üçün kəsici alət (laqonda) istəmiş, istədiyinə nail olmadıqda Zərərçəkmiş şəxs1 ilə heç bir səbəb olmadan mübahisə edib münaqişə yaratmış və yaranmış münaqişə zamanı həmin ünvanda ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək Zərərçəkmiş şəxs1 əlindəki soyuq silah hesab edilən bıçaqla vuraraq sol əlin arxa səthinin səthi kəsilmiş yaraları ilə nəticələnən dərəcələrinə görə sağlamlığa zərər vurmayan xəsarətləri yetirməklə qərəzli hərəkətləri ilə xuliqanlıq törətmişdir. Bundan başqa o, təkrar xx.xx.2023-cü il tarixdə saat 22:45-də sərxoş vəziyyətdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsində yerləşən «Halal» marketdə işləyən Zərərçəkmiş şəxs3 ilə heç bir səbəb olmadan mübahisə edib münaqişə yaratmış və yaranmış münaqişə zamanı həmin ünvanda ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək Zərərçəkmiş şəxs3 baş nahiyəsinə yumruq və silah qismində istifadə etdiyi bıçaq zərbələri ilə vuraraq sonuncuya başın alın-təpə nahiyəsinin kəsilmiş yarası, sol gicgah nahiyəsinin səthi əzilmiş yarası, sol qulaq seyvanı, sol almacıq nahiyələrinin sıyrıqları və sağ gözaltı nahiyənin qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül bədən xəsarətləri yetirmiş, habelə həmin zaman marketdə olan ərzaq məhsullarını dağıdaraq, marketin giriş qapısını, şüşəsini silah qismində istifadə etdiyi bıçaq, təpik zərbələri ilə sındıraraq özgənin, yəni Zərərçəkmiş şəxs2 728,56 manat dəyərində əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə təkrar xuliqanlıq törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə spirtli içki qəbul etdikdən sonra ailəsini qaynatasıgildən götürüb evə getmək üçün xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Lökbatan qəsəbəsi, 7-ci massivdə qapını döymüş, qapını açan olmamış, o da qapıya təpik və üzərində olan bıçaq ilə zərbələr vurmağa başlamışdır. Həmin zaman Zərərçəkmiş şəxs1 qapını açıb ona baxdığını görərkən onda laqonda olmasını soruşmuş, Zərərçəkmiş şəxs1 ona kobud cavab verərək olmadığını bildirmiş, o da qorxutmaq üçün əlində olan qara dəstəkli bıçağı ona tərəf tutarkən Zərərçəkmiş şəxs1 əlinin üst tərəfindən xəsarət almışdır. O, həmin yerdən kənarlaşmış və 10-cu PŞ-nin Polis əməkdaşları hadisə yerinə gəlib onu polis şöbəsinə aparmışlar. Bundan başqa xx.xx.2023-cü il tarixdə axşam saat 20:00-da Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsində yerləşən «Halal» marketə daxil olmuş orada satıcı işləyən Zərərçəkmiş şəxs3 ilə onunla mübahisə etmiş, sonuncu onu özündən uzaqlaşdırmışdır. O da əsəblərini cilovlaya bilməyib əli, yumruğu, dirsəyi ilə Zərərçəkmiş şəxs3 başının sol tərəfindən və sifət nahiyyəsindən, üzərində olan bıçağın arxa tərəfi ilə başının alın-təpə nahiyyələrindən zərbə endirib ona xəsarət yetirmişdir. Bundan sonra mağazada olan ərzaq məhsullarını yerə dağıtmış, təpik ilə mağazanın giriş qapısının şüşəsini sındırmışdır. Zərərçəkmiş şəxs3 mağazanın iç tərəfinə getmişdir. 10-cu PŞ-nin Polis əməkdaşları hadisə yerinə gəlib onu polis şöbəsinə aparmışlar. Həmçinin, qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə baş verən hadisə zamanı istifadə etdiyi bıçağı tanımadığı sahəyə atdığından istintaqa təqdim edə bilməmişdir. O, son sözünün olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyləri ilə və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Kamil oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsində yerləşən «Halal» marketi icarə əsasında işlədir. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Şahid5 ona zəng edərək Zərərçəkmiş şəxs3 bıçaqla xəsarət yetirildiyi və mağazadakı malların dağıdıldığını bildirmişdir. O, telefonla satıcı Zərərçəkmiş şəxs3la danışanda sonuncu ona demişdir ki, tanımadığı bir nəfər mağazaya gəlmiş, ona bıçaqla xəsarət yetirmiş və mağazada olan malları dağıtmışdır. Həmin şəxsdən gizlənmək üçün və özünü yaxşı hiss etmədiyindən sanitar qovşağın qapısını bağlayıb orada gözləmişdir. O, yaşadığı evdən çıxıb mağazaya yollanmış və çatanda görmüşdür ki, mağazadakı mallar çölə dağıdılmış, Təqsirləndirilən şəxs isə həmin vaxt mağazanın çöl hissəsində dayanmışdır. Ətrafda olan şəxslər də hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi barədə ona məlumat vermiş, polis əməkdaşları hadisə yerinə gələrək sonuncunu oradan aparmış, X14 maşını isə Zərərçəkmiş şəxs3 xəstəxanaya aparmışdır. Hadisə nəticəsində ona ümumilikdə, əmlakının məhv edilməsi və zədələnməsi nəticəsində cəmi 728.56 manat ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 Kamil oğlu məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənilməsə də təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi olmadığını, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı ərizə ünvanlanaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Lökbatan qəsəbəsində yerləşən evində olarkən küçədən yüksək kişi səsləri və dəmir darvazaya dəyən zərbələrin eşitmişdir. Bu səbəbdən çölə çıxmış və qonşusu Məmmədin qapısının əynində papaqlı gödəkçə olan tanımadığı kişi cinsindən olan bir şəxs tərəfindən döyüldüyünü görmüşdür. Həmin şəxs ona yaxınlaşaraq onların həyətindən istifadə etməklə qonşuda yaşayan qaynatasının həyətinə keçmək və ya onların qapısıı kəsmək qapısından laqonda istəmişdir. O da onu əli ilə özündən geri itələyərək laqondanın olmadığını bildirmiş və oradan getməsini tələb etmişdir. Həmin şəxs ondan üzr istəyərək sol əlini onun boğazının sağ hissəsinə söykəyəndə soyuq hiss edib əlindəki alətin bıçaq olmasını başa düşmüşdür. Sonra Təqsirləndirilən şəxs onun boğaz nahiyəsinə söykədiyi bıçağı əli ilə kənarlaşdırmaq istəyərkən sonuncunun bıçağı yuxarıdan aşağıya doğru çəkməsi nəticəsində sol əlinin üst hissəsi və barmaqları kəsilmişdir. Həmin şəxsin sərxoş olduğunu hiss etmiş, onunla mübahisəyə davam etmədən həyətinə geri dönmüş, o isə Məmmədin qapısına zərbələr endirməyə davam etsə də qapını açan olmamışdır. Təqsirləndirilən şəxs 10-15 dəqiqə davam edən hərəkətləri ətrafda olan şəxslər tərəfindən müşahidə edilmişdir. Qaradağ RPİnin 10-cu PŞ-də həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclaslarının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı ərizə, həmçinin xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, işləri ilə əlaqədar olaraq ölkə xaricində olacağından məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:30-da Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən satıcı işlədiyi «Halal» marketdə tanışı Camaləddin ilə söhbət edən zaman marketdə tanımadığı 2-3 müştəri də olmuşdur. Bu zaman marketə iki nəfər orta yaşlarında kişi cinsli şəxslər daxil olmuşdur. Onlardan biri, əvvəllər tanımadığı, lakin Qaradağ RPİ-nin 10-cu PŞ-də şəxsiyyəti müəyyən edilmiş Təqsirləndirilən şəxs ona yaxınlaşmış, bir neçə dəfə «mənə baxma» sözlərini dedikdən sonra onun sifət nahiyəsindən yumruq zərbələri vurmuşdur. O, özünü müdafiə etmək məqsədi ilə onu qismən özündən kənarlaşdırmış, Təqsirləndirilən şəxs isə əlində saxladığı bıçağın arxası hissəsi ilə onun başının sol tərəfinə, qulaq nahiyəsinə zərbələr endirmiş, bu səbəbdən baş nahiyəsindən qan axmağa başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs üzünü ərzaq rəflərinə tərəf çevirmiş, ucadan qışqıraraq bütün malları heç bir səbəb olmadan dağıdıb yerə tökmüşdür. Həmin vaxt mağazada olan Camaləddin və tanımadığı üç müştəri mağazanı tərk etmişlər. Təqsirləndirilən şəxs mağazadan çıxdıqdan sonra da küçədə qışqırmağa davam etmiş, mağazanın giriş qapısına təpiklə vurduğu üçün qapının şüşəsi sınmış və yenidən mağazaya daxil olmuş, ona yaxınlaşmış, «mən həbsə getmək istəyirəm» deyərək əlindəki bıçaqın kəsici tərəfi ilə onun başının alın təpə nahiyəsinə bir zərbə endirmişdir. Bu hərəkətdən sonra onun baş nahiyəsindən daha çox qan axmağa başlamışdır. Çölə çıxmaq imkanı olmadığına görə mağazanın içərisində olan sanitar qovşaqda gizlənmiş, hadisə barədə “102” xidməti zəng mərkəzinə və mağazanın müdiri Zərərçəkmiş şəxs2 Kamil oğluna zəng edib hadisə barədə məlumat vermişdir. Təxminən 10-15 dəqiqədən sonra polis əməkdaşları gəlmiş, o, sanitar qovşaqdan çıxdıqda malların mağazada yerdə və mağazanın qarşısında küçədə yerə səpələnmiş vəziyyətdə olduğunu, bir çoxunun zədəli və sındırıldığını görmüşdür. Oraya gələn X14 briqadası ona tibbi yardım göstərmiş və onu X9 aparmışlar. Orada ona tibbi yardım göstərilmiş və o, bir gecə orada qalmışdır. Təqsirləndirilən şəxs onu əvvəllər tanımadığı halda, heç bir səbəb olmadan döyməsini və bıçaq ilə xəsarət yetirməsini başa düşməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kürəkəni, yəni qızı X1 əridir. 26 dekabr 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs Şahid2 övladı ilə birlikdə səbəbsiz olaraq gətirib onun evinə qoymuşdur. Həmin gecə yəni, dekabrın 26-dan 27-nə keçən gecə saat təxminən 02 radələrində yaşadığı evin giriş qapısının Təqsirləndirilən şəxs tərəfindən bərkdən döyüldüyünü eşitmişdir. Təqsirləndirilən şəxs həmin an sərxoş vəziyyətdə ucadan qışqıraraq nalayiq söyüşlər söymüş, təpiklə giriş qapısını döymüşdür. Bu barədə “102” xidməti zəng mərkəzinə məlumat verdikdən sonra polis əməkdaşları gəlib Təqsirləndirilən şəxs aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, atası Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:30-da tanışı Zərərçəkmiş şəxs3 satıcı işlədiyi marketdə söhbət edərkən Təqsirləndirilən şəxs bir neçə dəfə «mənə baxma» deyib Zərərçəkmiş şəxs3 yaxınlaşmış yumruğu ilə sifət nahiyyəsindən bir zərbə vurmuşdur. Sonra o, əlindəki bıçağın arxasıyla Zərərçəkmiş şəxs3 xəsarət yetirmiş, mağazada olan malları isə dağıtmışdır. Zərərçəkmiş şəxs3 baş nahiyəsində qan axmağa başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs mağazadan çölə çıxmış, mağazanın giriş qapısına təpiklə vurub qapının şüşəsini sındırmış və yenidən mağazaya daxil olub Zərərçəkmiş şəxs3 yaxınlaşmış, «mən həbsə getmək istəyirəm» deyərək əlindəki bıçağın kəsici tərəfi ilə sonuncunun alın təpə nahiyəsinə bir zərbə endirmişdir. O, baş verənləri mağazanın şüşəsinin arxa tərəfindən görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində öz evində olarkən Şahid4 onun mobil telefonuna zəng edib bildirmişdir ki, Zərərçəkmiş şəxs2 mağazasında bir nəfər sərxoş vəziyyətdə magazanı dağıdır, satıcı Zərərçəkmiş şəxs3 da ondan qorxduğu üçün müdaxilə edə bilməmişdir. O da Zərərçəkmiş şəxs2 zəng edib hadisə barədə məlumat vermiş və özü də hadisənin baş verdiyi “Halal” marketin yanına gəlmişdir. O, marketə gələnə qədər Təqsirləndirilən şəxs marketin içərisində olan malları mağazaya və küçəyə dağıtmışdır. Az sonra polis əməkdaşları gələrək Təqsirləndirilən şəxs aparmış, X14 maşını isə E.E.X8 Mərkəzə aparılmışdır. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması haqqında 08 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 17-ci vərəqəsində olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan xx.xx.2023-cü il tarixli, 2/54943 №-li tibbi müayinə protokolundan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə yüngül dərəcə alkoqol sərxoşluğu halında olmuşdur. Cinayət işinin 1-ci cildinin 20-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 ədəd bıçağı polisə təqdim etmişdir. Cinayət işinin 1-ci cildinin 21-23-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 X13 xx.xx.2024-cü il tarixli 956 nömrəli rəyindən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sol əlin arxa səthinin səthi kəsilmiş yaraları kəsici-deşici əşya (alət,ola bilsin bıçaq) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün 15 saylı TTYS-na müraciət etdiyi xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Cinayət işinin 1-ci cildinin 30-33-cü vərəqələrində olan Zərərçəkmiş şəxs2 Kamil oğlunun icarə əsasında idarə etdiyi hadisənin baş verdiyi «Halal» marketə xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi olmaqla həmin yerdə müxtəlif ticarət obyektləri, köşkləri fəaliyyət göstərməklə və insanların sıx yeri olmaqla ictimai yer sayılır. Hadisə yerinə baxış keçirilərkən mağazanın giriş qapısının və şüşələrinin sındırılmış halda, mağazanın içərisində və mağazanın qarşısında müxtəlif ərzaq mallarının pərakəndə şəkildə dağıdılmış vəziyyətdə olması müəyyən olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqıda protokol tərtib edilmişdir. Cinayət işinin 1-ci cildinin 38-ci vərəqəsində olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2023-cü il tarixli, 1/4840 №-li müayinə aktından məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə sərxoş vəziyyətdə olmuşdur. Cinayət işinin 1-ci cildinin 42-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 X13 xx.xx.2024-cü il tarixli 07 nömrəli rəyindən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs3 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – başın alın təpə nahiyəsinin kəsilmiş yarası, sol gicgah nahiyəsinin səthi kəsilmiş yarası, sol gicgah nahiyısinin səthi əzilmiş yarası, sol qulaq seyvanı, sol almacıq nahiyələrinin sıyrıqları və sağ gözaltı nahiyənin qançırı. Qeyd olunan xəsarətlərdən başın alın təpə nahiyəsinin kəsilmiş yarası, sol gicgah nahiyəsinin səthi kəsilmiş yarası kəsici-deşici əşya (alət, ola bilsin bıçaq) təsirindən, sol gicgah nahiyısinin səthi əzilmiş yarası, sol qulaq seyvanı, sol almacıq nahiyələrinin sıyrıqları və sağ gözaltı nahiyənin qançır kimi xəsarətlər isə bərk küt əşya(əıyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım X12 Mərkəzinə müraciət etdiyi xx.xx.2023-cü il tarixdə və şəraitdə törənməsi mümkündür və dərəcələrinə görə başın alın təpə nahiyəsinin kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, sol gicgah nahiyəsinin səthi kəsilmiş yarası,sol gicgah nahiyısinin səthi əzilmiş yarası,sol qulaq seyvanı, sol almacıq nahiyələrinin sıyrıqları və sağ gözaltı nahiyənin qançır kimi xəsarətlər həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Cinayət işinin 1-ci cildinin 60-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan etmək üçün şübhəli şəxs kimi tutulmasından ötrü axtarış elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 61-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yeri müəyyən edilənədək cinayət işinin icraatı dayandırılmışdır. Cinayət işinin 1-ci cildinin 65-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 66-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin icraatı təzələnmişdir. Cinayət işinin 1-ci cildinin 115-118-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 163-164-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/94 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Cinayət işinin 1-ci cildinin 162-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 167-168-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1340 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda 22 adda malların 2023-cü ilin dekabr ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 576,30 manat müəyyən olunur. Digər 3 adda mallar haqqında kifayət qədər məlumat (markası, istehsal yeri, çəkisi və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Rəyin qeyd hissəsində göstərilmişdir ki, tədqiqat obyektləri təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Cinayət işinin 1-ci cildinin 166-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 170-171-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 xx.xx.2024-cü il tarixli, 505 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin, ona ittiham olunan əməl dövründə psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xatakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 1-ci cildinin 175-176-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən 02 il 02 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş 02 il 02 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzası 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Cinayət işinin 1-ci cildinin 187-200-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 221.2.1 və 221.3-cü maddələrindən həmin Məcəllənin 221.3 və 228.4-cü maddələrinə tövsif edimiş, xx.xx.2023-cü il tarixdə protokol ilə götürülmüş soyuq silah hesab edilən bıçaq iş üzrə maddi sübut qismində tanınmış və Qaradağ RPİ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 204-206-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin, şahidlərin həm məhkəmə istintaqı, həm də ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirmiş, həmçinin silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakını məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən təkrar qərəzli xuliqanlıq hərəkətləri törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla - üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il № 15 qərarında tövsiyə olunur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Belə ki, həmin Qərarın 2-ci bəndinin 5-ci abzasında qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs sonuncu dəfə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən 02 il 02 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş 02 il 02 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzası 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. O, qeyd olunan cinayət əməlini sınaq müddəti ərzində törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsində göstərilir ki, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikasının CM-nın 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsində göstərilir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələbinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli, 56.1.3-cü maddəsinə əsasən isə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər törətdiyi cinayət əməli ilə bağlı azadlıqdan məhrumetməyə münasibətdə daha yüngül cəza almasının onun islah olunması üçün yetərli olmadığını, cəmiyyətin maraqlarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunacaq cəzalar qismən toplanmalı, Azərbaycan Respublikası Cinayət Məcələsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətinə sınaq müddəti müəyyən olunmaqla 02 il 02 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə şərti məhkum etməni ləğv edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq hazırki cəza, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 02 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı xx.xx.2024-cü il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Qaradağ RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra Azərvaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 221.3-cü maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.4-cü maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcələsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətinə sınaq müddəti müəyyən olunmaqla 02 il 02 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş hazırki cəza, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 02 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 04 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Qaradağ RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə onun alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-161/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-161/2024
04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver