Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-161/2025 27.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il aprel ayının 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2025-ci il tarixli 487 saylı Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsi tərəfindən müvafiq tibbi müayinələrdən keçib Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş qərarla “Xəstəlik cədvəli”nin 59ç maddəsinin İ qrafasına əsasən 3-cü dərəcəli məhdudiyyətlə hərbi xidmətə yararlı sayılıb, 30 aprel 2025-ci il tarixdə hərbi xidmətə yola salınması üçün 24 aprel 2025-ci il tarixdə çağırış vərəqəsini alıb, Azərbaycan Respublikası CM-nin 321-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdarlıq edildikdən sonra, çağırış vərəqəsinə şəxsən imza etmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamı ilə müddətli həqiqi hərbi xidmət keçmək üçün ona Müdafiə Nazirliyinin “777” saylı hərbi hissəsinə təyinat verilmiş, ona verilmiş çağırış vərəqəsində göstərilən 30 aprel 2025-ci il tarixdə saat 09:00-da ünvan 2 ünvanında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinə gəlməsinə baxmayaraq, hərbi hissənin yerləşdiyi Gəncə şəhərinə yola salınan zaman həmin ərazidən hər hansı bir qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün qəsdən çıxıb gedərək hərbi xidmət yerinə yollanmayıb növbəti hərbi çağırışdan boyun qaçırmışdır. Məhkəmənin ilkin baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o həqiqi hərbi xidmətə yararlı deyildir.Belə ki o, epilepsiya xəstəsidir.Lakin həkim komissiyası onu düzgün müyinə etməmiş, yəni ond nevroloji müayinə aparılmamış və onu hərbi xidmətə yararlı hesab etmişdir.Buna görə də o hərbi çağırışdan yayınmışdır. Təqsirləndirilən şəxs sonrakı məhkəmə iclaslarında ona verilmiş ittihamla özünü təqsirli bilərək peşman olduğunu bildirmiş və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiq edilməklə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə islasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon idarəsinin həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, o, 2013-cü ilin avqust ayından Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müxtəlif vəzifələrdə işləmiş, 2024-cü ilin may ayından isə həmin xidmətin Qaradağ rayon idarəsində həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti vəzifəsində işləyir. xx.xx.2003-cü ildə anadan olmuş, Bakı şəhəri Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs 2024-cü il dekabr ayında təkrar tibbi müayinəyə cəlb edilmiş və Xidmətin Qaradağ rayon idarəsinin hərbi-həkim komissiyasının həkim mütəxəssisləri tərəfindən tibbi şəhadətləndirilərkən şikayətinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə X4 və “Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uraloji Xəstəxanası”na müayinə olunması üçün göndərilmişdir. Daxil olmuş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktlarında “Onurğanın döş tipli sol tərəfli ikinci dərəcəli skaliozu, funksiyanın cüzi pozulması” və “Uroloji xəstəlik aşkar edilmədi” diaqnozları təyin edilmişdir. Təyin edilmiş diaqnozlarla Qaradağ rayon “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” şəhadətləndirilərək, barəsində qərar qəbul edilməsi üçün məlumatları Alt sistemə daxil edilmişdir. Təqsirləndirilən şəxs barəsində qərar qəbul edilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim olunmuş, ona “Xəstəliklər cədvəli”nin 59ç maddəsinin İ qrafasına əsasən 3-cü dərəcəli məhdudiyyətlə “Hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2025-ci il tarixli 487 saylı sərəncamının icrası ilə əlaqədar çağırışçı Təqsirləndirilən şəxs 2025-ci ilin aprel çağırışına cəlb edilmiş, barəsində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş qərarla tanış edilərək adı dəqiqləşdirilməsi və öyrənilməsi başa çatdırılmış çağırışçıların adlı siyahısına daxil edilmişdir. Xidmət rəisinin müvafiq sərəncamına əsasən çağırışçı Təqsirləndirilən şəxs N saylı hərbi hissəyə təyin edilmiş, lakin müddətli həqiqi hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə heç bir əsasverici sənəd təqdim etmədən Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Şurasına və Xidmətin Aparatına ərizə ilə müraciət edərək psixiatrik problemlərinin olduğunu bildirmişdir. Şikayətinə uyğun olaraq yenidən xx.xx.2025-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və X1 şurasında və Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasında tibbi müayinədən keçirilmiş “Psixi xəstəlik aşkar edilmir. Simulyasiya” diaqnozu təyin edilərək hərbi xidmətə yararlı qərarı təsdiq edilmişdir. Çağırışçı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təyin olunduğu N saylı hərbi hissəyə təhvil verilməsi üçün Xidmətin Qaradağ rayon idarəsində çağırılmış, hərbi biletinə və hərbi biletlərin verilməsi cədvəlinə imza çəkdirilmiş, Gəncə şəhərinə yola salınan zaman xidmətdən yayınmaq məqsədi ilə saat 08:30-da idarə ərazisini tərk edərək naməlum istiqamətdə qaçmışdır. Bununla bağlı dərhal Qaradağ rayon Polis idarəsinə məlumat verilmiş, xidmətə cəlb olunması istiqamətində tədbirlər həyata keçirilmişdir. Çağırışçı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təyin olunduğu N saylı hərbi hissəyə təhvil verilməsi üçün Xidmətin Qaradağ rayon idarəsinə çağırılmış, hərbi biletinə və hərbi biletlərin verilməsi cədvəlinə imza çəkdirilmiş, Gəncə şəhərinə yola salınan zaman xidmətdən yayınmaq məqsədi ilə saat 08:30-da idarə ərazisini tərk edərək naməlum istiqamətdə qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon idarəsinin həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti vəzifəsində işləyən Şahid2 ifadəsində bildirmişdir ki, o, 2013-cü ilin avqust ayından Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müxtəlif vəzifələrdə işləmiş, 2024-cü ilin may ayından isə həmin xidmətin Qaradağ rayon idarəsində həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti vəzifəsində işləyir. xx.xx.2003-cü ildə anadan olmuş, Bakı şəhəri Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs 2024-cü il dekabr ayında təkrar tibbi müayinəyə cəlb edilmiş və Xidmətin Qaradağ rayon idarəsinin hərbi-həkim komissiyasının həkim mütəxəssisləri tərəfindən tibbi şəhadətləndirilərkən şikayətinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə X4 və “Akademik M.C.Cavadzadə adına Respublika Xəstəxanası”na müayinə olunması üçün göndərilmişdir. Daxil olmuş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktlarında “Onurğanın döş tipli sol tərəfli ikinci dərəcəli skaliozu, funksiyanın cüzi pozulması” və “Uroloji xəstəlik aşkar edilmədi” diaqnozları təyin edilmişdir. Təyin edilmiş diaqnozlarla Qaradağ rayon çağırış komissiyasının tərkibində fəaliyyət göstərən hərbi həkim komissiyası tərəfindən, “Xəstəliklər cədvəli”nin 59c maddəsinin İ qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” şəhadətləndirilərək, barəsində qərar qəbul edilməsi üçün məlumatları Alt sistemə daxil edilmişdir. Təqsirləndirilən şəxs barəsində qərar qəbul edilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim olunmuş, ona “Xəstəliklər cədvəli”nin 59ç maddəsinin İ qrafasına əsasən 3-cü dərəcəli məhdudiyyətlə “Hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2025-ci il tarixli 487 saylı sərəncamının icrası ilə əlaqədar çağırışçı Təqsirləndirilən şəxs 2025-ci ilin aprel çağırışına cəlb edilmiş, barəsində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş qərarla tanış edilərək adı dəqiqləşdirilməsi və öyrənilməsi başa çatdırılmış çağırışçıların adlı siyahısına daxil edilmişdir. Xidmət rəisinin müvafiq sərəncamına əsasən çağırışçı Təqsirləndirilən şəxs N saylı hərbi hissəyə təyin edilmiş, lakin müddətli həqiqi hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə heç bir əsasverici sənəd təqdim etmədən Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Şurasına və Xidmətin Aparatına ərizə ilə müraciət edərək psixiatrik problemlərinin olduğunu bildirmişdir. Şikayətinə uyğun olaraq yenidən xx.xx.2025-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və X1 şurasında və Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasında tibbi müayinədən keçirilmiş “Psixi xəstəlik aşkar edilmir. Simulyasiya” diaqnozu təyin edilərək hərbi xidmətə yararlı qərarı təsdiq edilmişdir. Çağırışçı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təyin olunduğu N saylı hərbi hissəyə təhvil verilməsi üçün Xidmətin Qaradağ rayon idarəsində çağırılmış, hərbi biletinə və hərbi biletlərin verilməsi cədvəlinə imza çəkdirilmiş, Gəncə şəhərinə yola salınan zaman xidmətdən yayınmaq məqsədi ilə saat 08:30-da idarə ərazisini tərk edərək naməlum istiqamətdə qaçmışdır. Bununla bağlı dərhal Qaradağ rayon Polis idarəsinə məlumat verilmiş, xidmətə cəlb olunması istiqamətində tədbirlər həyata keçirilmiş, həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi polkovnik-leytenant Şahid1, Qobustan qəsəbə Bələdiyyəsinin sədri vəzifəsini müvəqqəti icra edən Şahid4 və Qaradağ rayon Polis idarəsinin PPX bölüyünün polis nəfəri polis serjantı Şahid5 çağırışçının qeydiyyatda olduğu ünvan 4 ünvanında olmuş lakin, görülmüş tədbirlərə baxmayaraq, heç bir müsbət nəticə əldə edilməmişdir. Çağırışçı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təyin olunduğu N saylı hərbi hissəyə təhvil verilməsi üçün Xidmətin Qaradağ rayon idarəsinə çağırılmış, hərbi biletinə və hərbi biletlərin verilməsi cədvəlinə imza çəkdirilmiş, Gəncə şəhərinə yola salınan zaman xidmətdən yayınmaq məqsədi ilə saat 08:30-da idarə ərazisini tərk edərək naməlum istiqamətdə qaçmışdır. Bu zaman Təqsirləndirilən şəxs onu yola salmağa gəlmiş tanışlarının avtomobilində qaçmışdır. Müdafiə tərəfi iş üzrə şahidlər Şahid3, Şahid4 və Şahid5 məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən məhkəmə tərəfindən şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı Xəyamın oğludur. Onun Namiqlə münasibəti yaxşı olmuşdur. Namiqin heç kəslə arasında problem, ədavət və düşmənçilik olmamışdır. Namiq xx.xx.2003-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində doğulmuşdur. Namiq 2018-ci ildə ilkin hərbi qeydiyyata alındığı vaxt həkim komissiyası tərəfindən müayinə edilən zaman səhhətində skalioz xəstəliyi aşkar edilmişdir. Namiq 2021-ci il tarixdə evlənmiş, 3 yaşlı Mehman İsgəndərzadə adlı bir uşağı vardır. Namiq 2024-cü il dekabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon idarəsində tibbi müayinəyə cəlb edilmiş və Xidmətin Qaradağ rayon idarəsinin hərbi-həkim komissiyasının həkim mütəxəssisləri tərəfindən tibbi şəhadətləndirilərkən xx.xx.2024-cü il tarixdə X4 və Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uraloji Xəstəxanasına müayinə olunması üçün göndərilmiş, daha sonra onun səhhətində “Onurğanın döş tipli sol tərəfli ikinci dərəcəli skaliozu, funksiyanın cüzi pozulması” aşkar edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Namiqin barəsində “Xəstəliklər cədvəli”nin 59ç maddəsinin İ qrafasına əsasən 3-cü dərəcəli hərbi xidmətə yararlı qərarı verilmişdir. Namiq 2025-ci ilin aprel çağırışına cəlb edilmiş və N saylı hərbi hissəyə təyin edilmişdir. Daha sonra X7-Sosial Ekspertiza və X1 Şurasına və Xidmətin Aparatına ərizə ilə müraciət edərək psixiatrik problemlərinin olduğunu bildirmişdir. Namiqin şikayətinə uyğun olaraq yenidən xx.xx.2025-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və X1 şurasında və Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasında tibbi müayinədən keçirildikdən sonra hərbi xidmətə yararlı qərarı təsdiq edilmişdir. Namiq xx.xx.2025-ci il tarixdə təyin olunduğu N saylı hərbi hissəyə getmək üçün Xidmətin Qaradağ rayon idarəsində çağırılmışdır. xx.xx.2025-ci il tarixdən Xidmətin Qaradağ rayon idarəsinə o, Namiq və dostu Elcan getmişdir. Həmin gün təxminən saat 09:30 radələrində o, idarənin çölündə dayanmışdır. Həmin vaxt Namiq idarədən çıxaraq ona məxsus olan qara rəngli BMW markalı “**-CY-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə gedərək uşağı ilə sağollaşıb gələcəyini demişdir. O isə Namiqi tək getməyə qoymamış və həmin avtomobili idarə etməyə başlamışdır. Onlar oradan çıxmışlar. Onlar Xocasən qəsəbəsi ərazisində olan zaman Namiqin dostu Elcan Namiqə zəng edərək axtardıqlarını bildirmişdir. O, Namiqə axtardıqları üçün geri qayıtmaq lazım olduğunu demişdir. Lakin Namiq avtomobildə onunla sözlü mübahisə etmiş, maşını saxlamağını bildirmişdir. O da Xocasən qəsəbəsi ərazisində dayanacaqda avtomobilini saxlamış və Namiq maşından düşmüşdür. Namiq həmin vaxt ona getməyini, özünün idarəyə gələcəyini demişdir. O daha sonra maşınla Namiqin yanından uzaqlaşmışdır. O, Namiqin hara getməsini bilməmişdir. Həmin gün o, bir daha Namiqlə əlaqə saxlamamışdır. O yalnız sonrakı gün Namiqin hərbi xidmətə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon idarəsinə qayıtmadığını bilmişdir. İş üzrə şahid qismində dindirilmiş Qobustan bələdiyyəsinin sədri vəzifəsini icra edən Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi yol evi küçəsində yaşayır. O, Namiqin özünü şəxsən tanımır. O, Namiqin atası Xəyamı və Xəyamın əmisi Elmanı tanıyır. Onların qəsəbə ərazisində heç kəslə ədavət düşmənçiliyi və problemi olmamışdır. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Qaradağ rayon idarəsində həqiqi hərbi xidmətə çağırış rəisi vəzifəsində işləyən Şahid1 Qobustan qəsəbəsi ərazisinə gələrək onunla əlaqə saxlamış və ona Təqsirləndirilən şəxs hərbi xidmətə getməkdən boyun qaçırdığını bildirmişdir. Həmin gün o, Şahid1, Qaradağ rayon Polis idarəsinin PPX bölüyünün Polis nəfəri Polis serjantı Şahid5 birlikdə çağırışçı Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Qobustan qəsəbəsində yerləşən evində olmuş, lakin həmin vaxt Təqsirləndirilən şəxs evdə olmamışdır. Onlar nə qədər qapını döysələr də, qapını açan olmamıış və evdə heç kimin olmadığı müəyyən edilmişdir. Daha sonra bununla bağlı akt tərtib edilmiş və həmin akt onların hər biri tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Qaradağ rayon Polis idarəsinin PPX bölüyünün polis nəfəri, polis serjantı Şahid5 da Şahid4 ilə eyni məzmunlu ifadə verərərk Şahid4 qeyd etdiklərini təsdiq etmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 14 oktyabr 2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-in 321.1-ci maddəsi ilə başlanmışdır. İş materiallarından görünür ki, 14 noyabr 2024-cü il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxslərin müəyyən olunmaması əsası ilə dayandırılmış, 04 dekabr 2024-cü il tarixdə işin icraatı həmin Məcəllənin 279-cu maddəsinə əsasən təzələnmişdir. İş materiallarından görünür ki, 02 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsindən xx.xx.2003-cü ildə anadan olmuş, Bakı şəhəri Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət keçməkdən yayınması ilə bağlı xx.xx.2025-ci il tarixli 3-43-82/2-507/2025 nömrəli məktubla daxil olmuş material hazırkı cinayət işinə birləşdirilməklə araşdırılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 5 may 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 7 may 2025-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış, 7 iyul 2025-ci il tarixdə dayandırılmış icraat həmin Məcəllənin 279-cu maddəsinə əsasən tərəfimdən təzələnmişdir. İş materiallarından görünür ki, 25 iyul 2025-ci il tarixdə qərarla ********* nömrəli cinayət işindən X3 və qeyrilərinin hərbi xidmət yerinə yollanmayıb növbəti hərbi çağırışdan boyun qaçırmaları ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilib istintaqı davam etdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-43-82/2-507/2025 nömrəli sənəddə qeyd edilmişdir ki, xx.xx.2003-cü ildə anadan olmuş, Bakı şəhəri Qaradağ rayonu ünvan 5 ünvanında qeydiyyatda olan, Təqsirləndirilən şəxs 2024-cü il dekabr ayında təkrar tibbi müayinəyə cəlb edilmiş və Xidmətin Qaradağ rayon idarəsinin hərbi-həkim komissiyasının həkim mütəxəssisləri tərəfindən tibbi şəhadətləndirilərkən şikayətinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə X4 və Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uraloji Xəstəxanasına müayinə olunması üçün göndərilmişdir. Daxil olmuş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktlarında “Onurğanın döş tipli sol tərəfli ikinci dərəcəli skaliozu, funksiyanın cüzi pozulması” və “Uroloji xəstəlik aşkar edilmədi” diaqnozları təyin edilmişdir. Təyin edilmiş diaqnozlarla Qaradağ rayon çağırış komissiyasının tərkibində fəaliyyət göstərən hərbi həkim komissiyası tərəfindən, “Xəstəliklər cədvəli”nin 59c maddəsinin İ qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” şəhadətləndirilərək, barəsində qərar qəbul edilməsi üçün məlumatları Alt sistemə daxil edilmişdir. Təqsirləndirilən şəxs barəsində qərar qəbul edilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim olunmuş, ona “Xəstəliklər cədvəli”nin 59ç maddəsinin İ qrafasına əsasən 3- cü dərəcəli məhdudiyyətlə “Hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2025-ci il tarixli 487 saylı sərəncamının icrası ilə əlaqədar çağırışçı Təqsirləndirilən şəxs 2025-ci ilin aprel çağırışına cəlb edilmiş, barəsində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş qərarla tanış edilərək adı dəqiqləşdirilməsi və öyrənilməsi başa çatdırılmış çağırışçıların adlı siyahısına daxil edilmişdir. Xidmət rəisinin müvafiq sərəncamına əsasən çağırışçı Təqsirləndirilən şəxs N saylı hərbi hissəyə təyin edilmiş, lakin müddətli həqiqi hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə heç bir əsasverici sənəd təqdim etmədən Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Şurasına və Xidmətin Aparatına ərizə ilə müraciət edərək psixiatrik problemlərinin olduğunu bildirmişdir. Şikayətinə uyğun olaraq yenidən xx.xx.2025-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və X1 şurasında və Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasında tibbi müayinədən keçirilmiş “Psixi xəstəlik aşkar edilmir. Simulyasiya” diaqnozu təyin edilərək hərbi xidmətə yararlı qərarı təsdiq edilmişdir. Çağırışçı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təyin olunduğu N saylı hərbi hissəyə təhvil verilməsi üçün Xidmətin Qaradağ rayon idarəsində çağırılmış, hərbi biletinə və hərbi biletlərin verilməsi cədvəlinə imza çəkdirilmiş, Gəncə şəhərinə yola salınan zaman xidmətdən yayınmaq məqsədi ilə saat 08:30-da idarə ərazisini tərk edərək naməlum istiqamətdə qaçmışdır. İş materiallarında olan komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, T 370/2025 nömrəli rəyindən görünür ki, vətəndaş N.X.lsgəndərov 2025-ci ilin yanvar ayında Qaradağ rayon yerli çağırış komissiyasında “Xəstəliklər cədvəli”nə əsasən Onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa) (c) funksiyaların cüzi dərəcədə pozulması ilə “dinc dövründə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilsə də, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) yekun rəyinə görə Fərqli kateqoriya üzrə 3-cü dərəcə məhdudiyyətlə “həqiqi hərbi xidmətə yararlı” hesab edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs Akad.M.C.Cavad-Zadə adma Respublika Kliniki Uroloji xəstəxanada Qaradağ rayon SHXÇDX-nin göndərişinə əsasən xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək ambulator müayinə olunmuş və onda uroloji xəstəlik aşkar edilməmişdir. Vətəndaş Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinə zamanı Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilmiş və xx.xx.2025-ci il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona “Q66.5- Hər iki pəncənin anadangəlmə birincili dərəcəli yastıpəncəliyi. M41-Onurğanın bel tipli sağtərəfli birinci dərəcəli skoliozu” diaqnozu qoyulmuşdur. Qeyd edilən xəstəliklərlə Təqsirləndirilən şəxs fərqli kateqoriya üzrə 3-cü dərəcə məhdudiyyətlə hazırda “həqiqi hərbi xidmətə yararlı” hesab edilir. Bədən səthində hər hansı xəsarət və ya onun izi aşkar edilməmişdir. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizalarının 19 may 2025-ci il tarixli, 1613 nömrəli rəyindən görünür ki, aparılan sorğu gedişatında produktiv psixosimptomatika (sayıqlama ideyaları, qavrama aldanmaları) aşkar edilmir. Psixi vəziyyətinə dair hər hansı bir şikayətinin olub-olmaması barəsində soruşduqda uşaqlıqdan onda əsəbilik yarandığını, məktəbdə oxuduğu dövrdə qıcıqlara qarşı həssaslıq, söz götürə bilməməsi, bu səbəbdən tez-tez münaqişələrinin olmasını bildirərək göstərilən halların, yəni əsəbiliyinin hazırda da davam etdiyini, belə ki, evdə ailə üzvləri ilə münasibətdə özündən asılı olmayaraq əsəbilik, hövsələsizlik olduğunu, tez-tez qardaşı ilə dalaşdığını, sonradan isə etdiyi hərəkətlərə görə onda peşimançılıq hissi yarandığını bildirir. Sorğu-sual gedişatında bir qədər əsəbiliyi, emosional qeyri-sabitliyi nəzərə çarpır. Yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində istintaqın ekspertlər qarşısında qoyduğu suallara ambulator şəraitdə cavab vermək çətin olması, yoxlanılan şəxsdə simulyativ davranış olub-olmamasını müəyyən etmək və hazırkı psixi vəziyyətinin düzgün qiymətləndirməsi uzun müddətli müayinə tələb etdiyini nəzərə alaraq onun stasionar məhkəmə psixiatrik ekspertizasına göndərilməsi zəruridir. İş materiallarında olan kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizalarının 14 iyul 2025-ci il tarixli, 91 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıqdan və sair psixi xəstəlikdən əziyyət çəkməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi patologiyadan əziyyət çəkmədiyi müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olub-olmamasının müəyyənləşdirilməsi məhkəmə psixiatrik ekspertizasının kompetensiyasına aid deyildir. Hal-hazırkı müayinə zamanı yalnız məhkəmə psixiatrik ekspertizasının səlahiyyətinə aid olan suallar cavablandırılmışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs inadkarlıq, emosionallıq, qıcığa qarşı həssaslıq, öz fikirlərini üstün tutmaq, nümayişkar davranışlara meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əqli imkanlarında gerilik əlamətləri aşkar edilmir. İş materiallarında olan “Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il aprel ayının 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2025-ci il tarixli 487 saylı Sərəncamından görünür ki, həmin Sərəncamla “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995– 2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması qərara alınmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 30 aprel 2025-ci il tarixdə hərbi xidmətə getməsinə dair çağırış vərəqəsi 24 aprel 2025-ci il tarixdə təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 3-43-82/2-507/2025 nömrəli sənədlə daxil olmuş materialdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 321-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdarlıq edildikdən sonra, çağırış vərəqəsinə şəxsən imza etmişdir. İş materiallarında olan 12 aprel 2022-ci il tarixli, 728410 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində Mehman İsgəndərzadə adında xx.xx.2021-ci il təvəllüdlü uşağı vardır. İş materiallarında olan Elektron prokurorluq informasiya sisteminin Məhkumluq məlumatları bölməsinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmənin baxış iclası zamanı təqsirləndirilən şəxs və onun müdafiəçisi hazırki cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını nəzərə alaraq, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 6-7-ci maddələrində olan məhdudiyyətlərlə bağlılığı olmadığı, onun həmin qərarın 5.1-cı bəndinin təsiri dairəsinə düşməsi, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin amnistiya aktının tətbiq edilməsi barədə vəsatətləri nəzərə alınmalı, cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qeyd olunan Məcəllənin 175.2 və 175.5-ci maddələrinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixədək isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat pul X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat pul X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı qərar hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-161/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-161/2025
27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver