Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-162/2020 14.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1984-cü ildə Şəki rayonu, Şəki kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay (himayəsində üç azyaşlı uşağı olan), məhkumluğu olmayan, Şəki rayonu, Şəki kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” Ticarət Mərkəzində fəaliyyət göstərən “Binə 2” hotelinin 11 nömrəli çox nəfərlik otağında həmin otaqda gecələyən Zərərçəkmiş şəxs yüksək səslə şeir deyib mahnı oxumasına irad bildirərkən sonuncunun ona «müəllim» deyib müraciət etməklə ünvanına nalayiq söyüşlər söyməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəmnində Zərərçəkmiş şəxsla mübahisə etmiş, yaranmış münaqişə zamanı yatdığı yatağın kənarına qoyduğu içərisi boş olan stəkanı götürərək həmin stəkan ilə qəsdən bir dəfə Zərərçəkmiş şəxs sol gözünün üst nahiyyəsindən vurmaqla sonuncuya sol göz qapağının pos travmatik ptozu və baş beyin silkələnməsi ilə müşayiət olunan alının sol yarısının və sol gözətrafı nahiyənin əzilmiş yaraları ilə nəticələnən dərəcələrinə görə ümumilikdə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, əvvəllər aralarında heç bir mübahisə və ədavət olmamışdır. Belə ki, Zərərçəkmiş şəxs hadisədən təxminən on gün əvvəl tanıyıb. O, Xırdalan şəhərində tikintidə fəhlə işləməklə axşamlar gecələmək üçün Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Binə2” hotelində qalırmış. Həmçinin Zərərçəkmiş şəxs həmin vaxt daş karxanasında fəhlə işləyirmiş və Adil də gecələmək üçün həmin oteldə qalırmış. Zərərçəkmiş şəxs oradan tanıyırmış. Zərərçəkmiş şəxs oteldə qalan müddətdə axşamlar otaqda mahnı oxuyub və orada olan müştərilər ona qulaq asırmış. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində gecəni qalmaq üçün “Binə 2” hotelinə gəlib. Otelin 11 saylı otağında yer götürüb yatmağa başlayıb.Yatmazdan əvvəl otaqda elektrik çaydanı ilə çay dəmliyib bir stəkan çay içib. Stəkanı isə yatdığı yatağın kənarına qoyub. Sonra isə yuxuya gedib. Həmin vaxt otaqda ondan başqa tanımadığı iki nəfər şəxs də olub. Saat 22 radələrində Zərərçəkmiş şəxs otağa gəlib və yüksək səslə mahnı oxumağa başlayıb. Həmin vaxt o yatdığı üçün Zərərçəkmiş şəxs səsinə oyanıb. Həmin gün çox işlədiyi üçün yorğun olub. Adildən xahiş edib ki, yorğun olduğu üçün yatmaq istəyir mahnı oxumasın. Lakin Zərərçəkmiş şəxs onun sözlərinə məhəl qoymayıb və oxumağa davam edib və onu “müəllim-müəllim” deyə kinayə ilə çağırıb. Adilin mahnı oxumağa davam etdiyi və ona qarşı kinayə ilə “müəllim-müəllim” dediyi üçün aralarında mübahisə yaranıb. Mübahisə zamanı Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlədib və otaqda masanın üzərində olan elektrik çaydanını götürüb onu vurmaq üçün üzərinə gələn zaman otaqda olan digər şəxslər Zərərçəkmiş şəxs tutub çaydanı əlindən alıblar. Bundan sonra Zərərçəkmiş şəxs yenidən ona qarşı nalayiq ifadələr işlədib, onu və ailə üzvlərini söyüb. Bu zaman o, Zərərçəkmiş şəxs onu söydüyü üçün yatağının kənarına qoyduğu stəkanı götürərək bir dəfə Zərərçəkmiş şəxs sol gözünün üst hissəsindən vurub. Zərbənin təsirindən Adilin sol gözünün üst hissəsi yarılıb və qan axmağa başlayıb. O, Adilin xəsarət aldığını görüb otaqdan çıxıb və gecə ilə Şəki rayonu, Şəki kəndində yerləşən evinə gedib. Hadisə, təxminən 5 dəqiqə davam edib. Lakin otağa kənar şəxslər toplaşmayıblar. Daha sonra nə baş verməsindən xəbəri yoxdur. Bundan başqa cinayət əməli törətməmişdir. Zərərçəkmiş şəxs ona heç bir xəsarət yetirməmişdir. Hal-hazırda törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirərək cinayət məsuliyyətindən azad edilərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Korğöz qəsəbəsi ərazisində fəaliyyət göstərən “Korğöz” daş karxanasında fəhlə işləyir. Təqsirləndirilən şəxs adlı şəxsi hadisədən təxminən 10 gün əvvəl tanıyıb. Təqsirləndirilən şəxs ilə birlikdə Qaradağ rayonu, Lökbatan qəsbəsində fəaliyyət göstərən Binə TM-nin, Binə 2 otlində bir neçə dəfə görüşüb. xx.xx.2020-ci il tarixdə saat 21 radələrində işdən çıxıb. Müvəqqəti məskunlaşdığı Goranboy rayonu, Qaraçinar kəndinə getməli imiş. Lakin maşın olmadığı üçün qərara gəlib ki, “Binə 2” otelində gecəni qalıb ertəsi gün rayona getsin. Saat 22 radələrində Binə 2 hotelinə gəlib. Həmin oteldə bir gecə qalmaq 3 manatdır. O, 3 manat pul ödədikdən sonra otelin 11 saylı otağına gəlib. Həmin otaqda ondan başqa üç nəfər şəxs olub. Həmin şəxslərdən biri Təqsirləndirilən şəxs olub. O, otağa girən zaman Amil Əliyə “salam, müəllim” deyib. Bu zaman Amil ona deyib ki, “müəllim sənin dədəndir”. O Amilə bu sözün pis söz olmadığını deyib və “Müəllim” sözünün ən ali söz olduğunu bildirib. Sonra oturmaq üçün əynindəki gödəkçəni çıxaran zaman Təqsirləndirilən şəxs otaqdakı stolun üzərindən bir ədəd stəkan götürərək həmin stəkan ilə onun sol gözünün üst hissəsindən vurub. Bu zaman başından qan axmağa başlayıb. Təqsirləndirilən şəxs onun xəsarət aldığını görüb oradan qaçıb. Otel işçiləri dərhal polisə xəbər veriblər. Sonra hadisə yerinə Təcili Tibbi yardım gəlib və onu X2 aparıblar. Orada 10 gün müalicə olunub. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışmaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli 106 saylı rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs sol göz qapağının pos travmatik ptozu və baş beyin silkələnməsi ilə müşayiət olunan alının sol yarısının və sol gözətrafı nahiyənin əzilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs (lər) tərəfindən yetirilə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətlə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İşdə olan tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanın ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CMnin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan, onun surətinin tərəfə rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-162/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-162/2020
14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver