Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-162/2023 29.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs, Müdafiəçi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1993-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20 faiz tutulmaqla 01 il islah işləri cəzasına məhkum edilmiş, Şirvan şəhəri, Vidadi küçəsi döngə 2, ev 37-də qeydiyyatda olan və Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Sərq massivi dalan 2-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində, “Binə” ticarət mərkəzinin qarşısında yerləşən “Nəvələrim” kafesində Zərərçəkmiş şəxs həmin kafedə xidmətçi işləyən Şahid1 ilə aralarında yaranmış mübahisəni bahanə edərək həmin məsələnin ona heç bir aidiyyəti olmadığı, hüquq və qanuni mənafelərinə toxunmadığı halda özünü cəmiyyətin fövqündə qoyub, ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək, kafedə iş rejimini pozub heç bir əsaslı səbəb olmadan qəsdən yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə zərbə vurub yerə yıxaraq sonuncuya sol göz almasının yüngül dərəcəli kontuziyası və yüngül dərəcəli miopiya ilə müşayət olunan sol qaş nahiyyəsinin əzilmiş yarası, sol göz qapaqlarının və gözaltı nahiyyəsinin qançır şişkinliyi ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə günorta radələrində kafeyə 3 nəfər gələrək stolların birində əyləşərək yemək sifariş vermiş, həmin şəxslərdən biri 1 ədəd qutab sifariş vermiş və qutabı yeyən zaman çölə ayaqyoluna getmiş, lakin onunla bir stolda əyləşən tanımadığı 2 nəfər həminn şəxsi bir az gözlədikdən sonra yediklərinin ümumi hesabını ödədikdən sonra kafedən çölə çıxmış, bir neçə dəqiqədən sonra həmin 3-cü şəxs sonradan adını Anar bildiyi şəxs restorana gəlmiş və yarımçıq qutabını kimin və nə üçün götürdüyünü soruşmuş, bu zaman həmin stola qulluq edən Güllü adlı ofisant qutabı hamı stoldan getdiyi üçün götürdüyünü demişdir. Bundan sonra Anar nalayiq küçə söyüşləri ilə Gülünün və yemək çəkən qadın Cəlalənin ünvanına küçə söyüşləri söyməyə başlamış, Anarın söyüş söyməyindən əsəbləşərək onun sifət nahiyyəsindən bir dəfə yumruqla vurmuşdur.Törətdiyi əməldən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışıb. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, hal-hazırda unutduğu tarixdə səhər saatlarında tanışları ilə birlikdə iş dalınca Bakı şəhərinə gəlmişlər. Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Binə ticarət Mərkəzinin qarşısında olan “Nəvələrim” kafesinə gedərək orada qutab və peraşki yeyərək yollarına davam etmək istəmişlər. Günorta radələrində həmin kafeyə çatmış və orada Əbülfəz və Hidayət müxtəlif növ hazır məhsullar sifarif vermişlər, o, da 2 ədəd qutab sifariş vermiş, o, qutablardan birini dişləyərək stolun üzərinə boşqaba qoyaraq çölə çıxaraq qayıdacağını bildirmiş, tualetə getmiş, oradan təxminən 5-6 dəqiqədən sonra geri qayıtmışdır.Kafeyə daxil olduqda orada stolun üzərində olan qutabların olmadığını, Əbülfəzlə Hidayətin isə kafenin çölündə olduğunu görmüş, orada xadimə qadından onun qutablarının kimin götürdüyünü soruşmuşdur. Həmin qadın ona acı cavab vermiş, həmin tanımadığı qadına acı sözlərlə cavab qaytararaq yenisini bişirməsini bildirmiş, qadın isə ona “çıx get də burdan” sözünü demişdir. Bundan sonra əsəbləşərək əlini stolun üzərinə vurub çölə çıxmaq istəyəndə gözləmədiyi halda kassada əyləşən cavan oğlan sonradan adını Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs sol gözünün üst nahiyyəsinə bir yumruq zərbəsi endirmiş və o, kafenin içərisində yerə yıxılmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı şikayəttələbinin olmadığını bildirmişdir. İş üzrə Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində qeyd etmişdir ki, təxminən xx.xx.2022-ci il tarixdən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin qarşısında yerləşən “Nəvələrim” kafesində ofisant işləyirmiş. Həmin kafedə hamı onu “Gülü” kimi çağırırmış. xx.xx.2022-ci il tarixdə təxminən saat 14:30 radələrində 3 nəfər tanımadığı şəxs kafeyə daxil olmuş və onlardan biri özü üçün qutab, digərləri isə 10 ədəd peraşki sifariş verərək stolların birində əyləşmiş, bir neçə dəqiqədən sonra onlardan biri çölə çıxmış və digər iki nəfər peraşkilərini yedikdən sonra kafenin çölünə çıxmış, onların birdəfəmlik getdiklərini zənn edib stolun üzərini yığışdırmışdır.Onun stolu yığışdırmağından bir neçə dəqiqə sonra həmin qutab sifariş verən şəxs kafeyə daxil olmuş və qutabının kim tərəfindən götürüldüyünü soruşmuş, o, da ona bildirmişdir ki, sizinlə gələn şəxslər də kafeni tərk etdiyindən elə bilmişdir ki, siz birdəfəlik getmisiniz,ona görə də stolun üzərini yığışdırmış, bu zaman həmin tanımadığı şəxs nalayiq küçə söyüşləri ilə onu söyüb təhqir etmiş və vitrinə yaxınlaşaraq əli ilə vitrinin üzərinə yumruq vurmuş, bu zaman vitrinin arxasında olan kafenin kassiri Kamal onun sifət nahiyyəsindən bir dəfə əli ilə vurmuş, bundan sonra həmin şəxs çölə çıxaraq yerə yıxılmış, bu zaman onun yanında olan şəxslər gələrək onu sakitləşdirmiş və X5 zəng olunmuş, bir neçə dəqiqədən sonra X7 Briqadası gələrək onu həmin yerdən aparmış, hadisə zamanı heç kimə zəsarət yetirməmiş, hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisə xx.xx.2022-ci tarixdə təxminən saat 14:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Binə ticarət mərkəzinin qarşısında yerləşən “Nəvələrim” kafesində baş vermiş və həmin zaman kafedə bir neçə tanımadığı müştəri, eləcədə yemək paylayan işləyən Cəlalə olmuşdur. Həmin hadisə nıəticəsində kafenin iş fəaliyyətində 5-10 dəqiqə fasilə yaranmışdır. İş üzrə Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində qeyd etmişdir ki, təxminən xx.xx.2022-ci il tarixdən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin qarşısında yerləşən “Nəvələrim” kafesində yemək paylayan işləyir. xx.xx.2022-ci il tarixdə təxminən saat 14:30 radələrində 3 nəfər tanımadığı şəxs kafeyə daxil olmuş və onlardan biri özü üçün qutab, digərləri isə 10 ədəd peraşki sifariş verərək stolların birində əyləşmiş, bir neçə dəqiqədən sonra onlardan biri çölə çıxmış və digər iki nəfər peraşkilərini yedikdən sonra kafenin çölünə çıxmış. kafedə ofisant işləyən Güllü onların birdəfəmlik getdiklərini zənn edib stolun üzərini yığışdırmış, Güllünün stolu yığışdırmağından bir neçə dəqiqə sonra həmin qutab sifariş verən şəxs kafeyə daxil olmuş və qutabının kim tərəfindən götürüldüyünü soruşmuşdur. Güllü də ona bildirmişdir ki, “sizinlə gələn şəxslər də kafeni tərk etdiyindən elə bilmişdir ki, siz birdəfəlik getmisiniz, ona görə də stolun üzərini yığışdırdım”. Bu zaman həmin tanımadığı şəxs nalayiq küçə söyüşləri ilə Güllünü söyüb təhqir etmiş və vitrinə yaxınlaşaraq əli ilə vitrinin üzərinə yumruq vurmuş, bu zaman vitrinin arxasında olan kafenin kassiri Kamal onun sifət nahiyyəsindən bir dəfə əli ilə vurmuş, bundan sonra həmin şəxs çölə çıxaraq yerə yıxılmış, bu zaman onun yanında oolan şəxslər gələrək onu sakitləşdirmiş və X5 zəng etmişlər. Bir neçə dəqiqədən sonra X7 Briqadası gələrək onu həmin yerdən aparmış, hadisə zamanı heç kimə xəsarət yetirməmiş, hadisə zamanı heç bir xəsarət almamışdır.Hadisə xx.xx.2022-ci tarixdə təxminən saat 14:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Binə ticarət mərkəzinin qarşısında yerləşən “Nəvələrim” kafesində baş vermiş və həmin zaman kafedə bir neçə tanımadığı müştəri, eləcədə ofisant işləyən Güllü olmuşdur. Həmin hadisə nıəticəsində kafenin iş fəaliyyətində 5-10 dəqiqə fasilə yaranmışdır. İş üzrə Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində qeyd etmişdir ki, o, xx.xx.2022-ci il tarixdə qohumu Anarla birlikdə Bakı şəhərinə həmkəndliləri olan Abülfətin idarə etdiyi “Mersedes Vito” markalı dövlət nömrə nişanı yadında olmayan avtomaşınla gül gətirərək satırmışlar. Onlar həmin gün təxminən saat 14:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Binə ticatrət mərkəzinin qarşısında olan “Nəvələrim” kafesinə daxil olaraq orada Abülfətlə 10 ədəd peraşki, Anar isə 2 ədəd qutab sifariş vermişdir. Onlar kafenin içərisində stolların birində əyləşmiş və sifariş etdikləri peraşkiləri yedikləri zaman Anar stoldan duraraq kafeni tərk etmişdir. O, qeyd etmişdir ki, Anar sifariş verdiyi qutablardan birindən bir hissə yemişdi. Anar çölə çıxdıqdan sonra Əbülfətlə o, peraşkiləri yeyib qurtararaq kafeni tərk etmişlər. Onlar kafeni tərk edərək kafenin çölündə Anarı gözlədikləri zaman Abülfət bildirmişdir ki, “rayona qayıdarkən bir neçə nəfərdə sərnişin götürməlidir”. Buna görə də, Abülfət onun yanından uzaqlaşaraq idarə etdiyi avtomaşının yanına getmişdir. O, Anarı kafenin çölündə bir neçə dəqiqə, təxminən 10 dəqiqəyə yaxın müddətdə gözləmişdir. O, kafenin çölündə Anarı gözləyən zaman kafenin qapısı açılmış və Anar yerə yıxılmışdır. Bu zaman Anarın sifət nahiyyəsindən qan gəlirmiş. O, tez özünü itirməyərək Anarın yanına getmiş və oradan X7 briqadasına və polisə zəng etmişdir. Bundan sonra Anarı kimin vurması barədə soruşduqda Anar ona bildirmişdir ki, kafenin içərisində qutablarını götürdüklərinə görə qadın ofisantla mübahisə ediərkən əlini piştaxtanın üzərinə zərblə çırpdığına görə piştaxtanın arxasında olan cavan oğlan əli ilə bir dəfə sifət nahiyyəsindən vurmuşdur. O, hadisə zamanı heç kimə zəsarət yetirməmişdir. O, hadisə zamanı heç bir xəsarət almamışdır. Bu hadisə xx.xx.2022-ci tarixdə təxminən saat 14:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Binə ticarət mərkəzinin qarşısında yerləşən “Nəvələrim” kafesində baş vermişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20 faiz tutulmaqla 01 il islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Qaradağ rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 45/605 nömrəli məhkəmə-tibbi ekspertizasının ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinə zamanı bədən səthində aşkar olunmuş xəsarətlər- sol göz almasının yüngül dərəcəli kontuziyası və yüngül dərəcəli miopiya ilə müşayiət olunan sol qaş nahiyəsinin əzilmiş. Yarası, sol göz qapaqlarının və gözlatı nahiyənin qançır şişkinliyi bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə törənmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli hökmünə əsasən ona təyin edilmiş cəzanı çəkib qurtarmadığından ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X4, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 68.3.1-ci maddəsinə əsasən ona Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş aylıq qazancından dövlət nəfinə 20 faiz tutulmaqla 01 (bir) il islah işləri cəzası 06 (altı) ay azadlığın məhdudlaşdırması cəzasına hesablansın və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsindən seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X4, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-162/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-162/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver