Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-162/2025 27.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olan), orta təhsilli, işləməyən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 08 ay 28 gün hissəsi 10 ay 14 gün müddətinə azadlaqıdan məhrum etmə cəzası ilə əvəz edilmiş və Salyan rayon Məhkəməsinin 27.06,2024-cü il tarixli qərarı ilə 02 ay 14 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,308 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X14 10-cu Patrul Bölüyünün əməkdaşları tərəfindən 25 fevral 2025-ci il tarixdə, saat 17:25-də ünvan 2 ünvanında yerləşən Səxavət Məhərrəmov adına 106 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin tarixdə dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişiə onun üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümdə xeyli miqdarda təmiz çəkisi 0,308 qram olan qəhvəyi rəngli maddə kustar üsulla, hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmənin ilkin baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ittiham aktında qeyd edilənlərlə razı deyil.Belə ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır.Narkotik vasitə istifadəçisi olsa da polislər tərəfindən tutulan zaman üzərində olmamışdır.Təzyiqlər nəticəsində üzərində narkotik vasitə olmasını boynuna almışdır.O evdə olarkən polis əməkdaşları onun yaşadığı evə gəlmiş və onu polis şöbəsinə aparmışlar. O, öz ifadəsində daha sonra ona verilmiş ittiham üzrə özünü təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu, himayəsində üç azyaşlı uşağının olmasını bildirərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiq edilməklə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Əlahiddə X14 10-cu patrul bölüyündə polis nəfəri vəzifəsində xidmət edir. 25 fevral 2025-ci il tarixdə saat 17:25-də avtopatul avtomobilində polis nəfəri Şahid1 ilə xidmətdə olan zaman Lökbatan qəsəbəsində 106 nömrəli məktəbin yaxınlığında bir nəfər kişi cinsindən olan şəxsin qeyri adekvat hərəkətlər etməsini müşahidə etmişlər.Həmin şəxsin hərəkətləri onlarda şübhə doğurduğundan avtomobili saxlayıb həmin şəxsə yaxınlaşıb özülərini təqdim edərək Əlahiddə X14 10-cu patrul bölüyünün polis nəfərləri olduqlarını bildirmişlər. Saxlanılan şəxs həyəcanlı halda olmaqla özünü şübhəli aparmışdır. Bundan sonra özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsi avtopatrul avtomobili ilə Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onun üzərində axtarış aparımışdır Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş və içindəkinin narkotik vasitə olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 25 fevral 2025-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-ya şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X14 polis nəfərləri tərəfindən gətirilmişdir. “Gena” ləqəbi ilə tanınan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğu üçün 10-cu PŞ-nin təhqiqatçısı Cəmşid Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs izah edilmişdir ki, videoçəkilişiə onun üzərinə şəxsi axtarış aparılacaq. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla daşınması qadağan ədilən əşya və maddənin olub olmaması barədə təhqiqatçı tərəfindən sual verilmiş, olduğu halda isə həmin maddə və əşyaları masanın üzərinə qoyması Təqsirləndirilən şəxs təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoyrnuş və bildirmişdir ki, bükümdə olan narkotik vasitə kakosdur. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 26 fevral 2025-ci tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanaraq icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, 25 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234,1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tutularaq Qaradağ RPİ-nin MSYnə təhvil verilmişdir. İş materiallarından görünür ki, 27 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarından görünür ki, 27 fevral 2025-ci il tarixdə tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 25 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə aparılmış "şəxsi axtarış və götürmə” istintaq hərəkətinin nəticələrini özündə əks etdirən videogörüntü olan 01 ədəd "DVD'” diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PŞ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı X4 10-cu PŞ-nin inzibati binasında yerləşən xidməti otağında, təhqiqatçı Cəmşid Əliyevin, şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi X5 , tərcüməçi X2, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid3, Daxili İşlər Nazirliyinin Əlahiddə X14 10-cu patrul bölüyündə polis nəfərləri Şahid2 və Şahid1 iştirakları ilə RPİ-nin kriminalisti polis kapitanı X11 tərəfindən qeydə alınmış ümumi müddəti 09 dəqiqə 59 saniyə olan video çəkiliş aparılmışdır. Təhqiqatçı baxış keçirilməsi və Təqsirləndirilən şəxs aşkar edilmiş əşyaların götürülməsi barədə prosessual hərəkətin səbəbi barədə məlumat verdikdən sonra, iştirakçılar təqdim olunurlar, prosessual hərəkətin video çəkiliş aprılmaqla keçiriləcəyi barədə iştirakçılar xəbərdar edilirlər. Video çəkilişin davamında təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Təqsirləndirilən şəxs, əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən çıxardığı 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim edir, həmin 1 ədəd büküm içindəkinin narkotik vasitə kakos olmasını, həmin maddəni həmin gün səhər “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 20 manat müqabilində aldığını bildirir. Bundan sonra aşkar edilmiş 1 ədəd büküm zərfə qoyularaq qablaşdırılır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 26 fevral 2025-ci il tarixli, 6/877 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs üzərindən,,," sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,308 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,308 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 0,208 qram qalmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 05 may 2025-ci il tarixli, 2594 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSTS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Respublikası Narkoioji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materillarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tətbiri seçilməklə axtarış elan edilmişdir. İş materillarında olan Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2025-ci il tarixdə saxlanılaraq şöbəyə gətirilmişdir. İş materiallarında olan “AZEMİS” elektron məhkəmə sistemindən çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013 təvəllüdlü X7 və xx.xx.2024 təvəlüdlü X8 adında yetkinlik yaşına çatmayan uşaqları vardır. İş materiallarında olan AZ-İİİ 187373 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki. Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012 təvəllüdlü X9 adında yetkinlik yaşına çatmayan uşağı var İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 08 ay 28 gün hissəsi 10 ay 14 gün müddətinə azadlaqıdan məhrum etmə cəzası ilə əvəz edilmiş və Salyan rayon Məhkəməsinin 27.06,2024-cü il tarixli qərarı ilə 02 ay 14 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 ədəd bükümdə 0,308 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalan 0.208 qram narkotik vasitə heroin iş üzrə RPİ-də maddi sübutların saxlanma otağına təhvil verilmiş, şəxsi axtarış, baxış və götürülmə aparılması əks olunan 01 ədəd DVD disk, cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmənin baxış iclası zamanı təqsirləndirilən şəxs və onun müdafiəçisi hazırki cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid olmasını, həmçinin təqsirləndirilən şəxsin himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 6-7-ci maddələrində olan məhdudiyyətlərlə bağlılığı olmadığı, onun həmin qərarın 1.16-cı bəndinin (öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər) təsiri dairəsinə düşməsi, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin amnistiya aktının tətbiq edilməsi barədə vəsatətləri nəzərə alınmalı, cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16-cı bəndində göstərilir ki, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qeyd olunan Məcəllənin 175.2 və 175.5-ci maddələrinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Qaradağ RPİnin maddi sübutların saxlanc yerində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,208 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış ekspertizanının xərci – 81 (səksən bir) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixədək isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat və 30 (otuz) saat görə 330 (üç yüz otuz) manat məbləğində pul X5, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı Şəhəri 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan çəkisi 0.208 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk iş materiallarında saxlanılsın İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat və 30 (otuz) saat görə 330 (üç yüz otuz) manat məbləğində pul X5, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı Şəhəri 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan elan olunduğu 20 (iyirmi) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-162/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-162/2025
27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver