Məhkəmə qərarları › İş №1(002)-163/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-163/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-163/2023 14.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1976-cı il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,235 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 06 yanvar 2023-cü il tarixdə saat 17:12-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi A.Qurbanov küçəsində, yaşadığı evin yaxınlığında olan zaman Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu PB-yə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynindəki tünd göy rəngli şalvarın sağ yan kiçik cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş büküm içərisində, təmiz çəkisi 0,235 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayır. Hal-hazırda fəhləliklə məşğuldur. On ildən artıqdır ki, narkotik vasitə olan heroin istifadə edir, istifadə etdiyi narkotik vasitəni tanımadığı şəxslərdən alaraq istifadə edir. 02 yanvar 2023-cü il tarixdə Şirvan şəhərində olan zaman səhər saatlarında bir nəfər tanımadığı şəxslə təsadüfən söhbət edən zaman onun da narkotik vasitə heroin istifadəçisi olduğu ona məlum olmuş, ondan şəxsi istifadəsi üçün heroin istəmiş, həmin şəxs də ona narkotik vasitə olan heroin təşkil edə biləcəyini bildirmiş, təxminən bir neçə dəqiqə sonra onun yanına gəlib 1 (bir) ədəd qızılı rəngli siqaret kağızında olan büküm verib içərisində heroin olduğunu demiş və əvəzində ondan 15 (on beş) manat pul istəmişdir. Onunla razılaşaraq həmin bükümü alıb, ona 15 (on beş) manat pul vermiş, bükümü də əynində olan şalvarın sağ kiçik cibində saxlamışdır ki, bədənində ağrı hiss etdiyi zaman istifadə edər. Üzərində olan narkotik vasitə olan heroini az-az olmaqla bədənində ağrı hiss edən zaman istifadə edirmiş və mütəmadi olaraq üzərində gəzdirirmiş. 06 yanvar 2022-ci il tarixdə, saat 17:12 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi A.Qurbanov küçəsindəki evinə gedən zaman, yaşadığı evin qarşısında polis əməkdaşları ona yaxınlaşmış, xidməti vəsiqələrini təqdim edərək onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, 10-cu polis bölməsinə dəvət etmişlər. Orada xidməti otaqların birində hüquqları izah edildikdən sonra təhqiqatçının, polis əməkdaşlarının və vəkilin iştirakı ilə üzərində axtarış aparılmışdır. Axtarış zamanı ona təklif etmişlər ki, üzərində olan əşyaları masanın üzərinə qoysun. Bu zaman əynindəki göy rəngli şalvarın sağ yan kiçik cibindən, 02 yanvar 2023-cü il tarixdə Şirvan şəhərində olan zaman tanımadığı şəxsdən 15 (on beş) manata öz istifadəsi üçün aldığı siqaretin qızılı rəngli kağızına bükülmüş vəziyyətdə olan narkotik vasitə heroini və cib dəsmalını təqdim etmiş, bükümün içərisində nə olduğunu soruşulan zaman isə bükümün içərisindəki maddənin narkotik vasitə olan “kakos” olduğunu bildirmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni haradan, kimdən, nə məqsədlə əldə etdiyini soruşmuşlar. Həmin narkotik vasitəni 02 yanvar 2023-cü il tarixdə Şirvan şəhərində olan zaman tanımadığı şəxsdən 15 (on beş) manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqdim etdiyi narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürlənmiş və iştirakçılar və onun tərəfindən imzalanmış, cib dəsmalı isə polis əməkdaşları tərəfindən ona qaytarılmışdır. O, öz ifadəsində son olaraq əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hal-hazırda Qaradağ RPİ-nin 10-cu polis bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 06 yanvar 2023-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu polis bölməsində xidmətdə olan zaman Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbə sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra onun, Qaradağ RPİ-nin 10-cu PB-nin polis sahə inspektoru polis leytenantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs cinayət törədərkən ifşa etmək məqsədilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə tərəfindən qərar qəbul edilmişdir. Həmin gün əməliyyat qrupu ilə birlikdə Lökbatan qəsəbəsində müşahidələr aparmağa başlamışlar. Müşahidələr zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, A.Qurbanov küçəsində üzərində narkotik vasitə ilə birlikdə hərəkətdə olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. 06 yanvar 2023-ci il tarixdə saat 17:12-də ünvan 4 ünvanının yaxınlığında olan zaman o və Qaradağ RPİ-nin 10-cu PB-nin polis sahə inspektoru polis leytenantı Şahid3, Təqsirləndirilən şəxs yaxınlaşıb ona özlərini təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər, 10-cu PB-yə dəvət etmişlər, Təqsirləndirilən şəxs da onlarla birlikdə 10-cu PB-yə gəlmişlər. Bundan sonra polis bölməsində Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis mayoru Cəmşid Əliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutuldmuşdur. Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru polis leytenantı Şahid3, Qaradağ RPİ 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2, 10 saylı Qaradağ rayon vəkil bürosunun vəkili X3 və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götümə istintaq hərəkəti həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı Cəmşid Əliyev şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya(lar) yaxud hər hansı predmet varsa könüllü təqdim etməyi təklif etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sağ yan kiçik cibindən 1(bir) ədəd cib dəsmal və 1(bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü, masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində tərəfindən şəxsi axtarış həyata keçirildi, sonuncunun üzərindən heç bir əşya və yaxud predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs siqaretin qızılı rəngli kağızına bükülmüş bükümün içərisində olan maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni Şirvan şəhəri ərazisində tanımadığı şəxsdən xəstəliyi ilə əlaqədar şəxsi istifadəsi üçün aldığını, üzərində daşıyaraq öz evinə gedərkən polis əməkdaşlarının onu saxlayaraq 10cu PB-yə gətirdiklərini bildirmişdir. Daha sonra isə həmin büküm iştirakçıların qarşısında 1 (bir) ədəd zərfə qoyularaq qablaşdırılmış, imzalanmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd cib dəsmal isə ona geri qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin polis sahə inspektoru polis leytenantı Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edərək Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində şahid Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid2 Qaradağ RPİ-nin 10-cu PB-nin digər əməkdaşları ilə eyniməzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 yanvar 2023-cü il tarixli, 6/68 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Zərflər üçün №222” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,235 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi: 0,235 qram, tədqiqata sərf edildi– 0,05 qram, qalıq - 0,185 qram. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 17 fevral 2023-cü il tarixli, 925 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asıllıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,235 qram olan narkotik vasitə olan heroinin təhqiqatdan sonra 0,185 qram qalıq hissəsi Qaradağ RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edilir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edilir. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sağ yan kiçik cibindən 1(bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü, masanın üzərinə qoyaraq təqdim etmiş, bükümün içərisində olan maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni Şirvan şəhəri ərazisində tanımadığı şəxsdən xəstəliyi ilə əlaqədar şəxsi istifadəsi üçün aldığını, üzərində daşıyaraq öz evinə gedərkən polis əməkdaşlarının onu saxlayaraq 10-cu PB-yə gətirdiklərini bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət əməli törətməsini və əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, qeyd olunan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs 06 yanvar 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və 08 yanvar 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, bu hal cəza təyini zamanı 02 (iki) gün kimi CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.185 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 6 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.185 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar