Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-163/2024 04.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçının) vəkili və nümayəndəsi Zərərçəkmiş şəxs1, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə xx.xx.2002-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhərində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını gizli yolla talamaq məqsədilə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 31 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən «Sədərək» ticarət mərkəzində mühafizə xidmətini yerinə yetirən "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin «Elit» ticarət mərkəzinin 2-ci mərtəbəsinə gəlib Təqsirləndirilən şəxs1, adam gələrsə xəbər vermək məqsədi ilə onu həmin mərtəbədə gözləyərkən baş mühasib X1 xidməti otağının giriş qapısının astma qıfılını və daxilə keçən qıfılını özü ilə gətirdiyi vint açanla açıb otağa qanunsuz daxil olaraq otaqdakı masanın altında yerləşdirilmiş dəmir seyfin qapısını vintaçanla açaraq orada saxlanılan baş mühasib Zərərçəkmiş şəxs2 məxsus 70 manat, "xxxx" MMC-yə məxsus 12800 manat pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını gizli yolla talamaq məqsədilə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 31 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən «Sədərək» ticarət mərkəzində mühafizə xidmətini yerinə yetirən "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin «Elit» ticarət mərkəzinin 2-ci mərtəbəsinə gəlib adam gələrsə xəbər vermək məqsədi ilə həmin mərtəbədə gözləyərkən Təqsirləndirilən şəxs2 baş mühasib Zərərçəkmiş şəxs2 xidməti otağının giriş qapısının astma qıfılını və daxilə keçən qıfılını özü ilə gətirdiyi vint açanla açıb otağa qanunsuz daxil olaraq otaqdakı masanın altında yerləşdirilmiş dəmir seyfin qapısını vintaçanla açaraq orada saxlanılan baş mühasib Zərərçəkmiş şəxs2 məxsus 70 manat, "xxxx" MMC-yə məxsus 12800 manat pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, əvvəllər "xxxx" MMC-də işləmiş, 2023-cü ilin noyabr ayında işdən çıxarılmış, maddi vəziyyəti pis olduğu üçün Sədərək TM-də yerləşən "xxxx" MMC-dən oğurluq etmək qərarına gəlmişdir. 31 dekabr 2023-cü il tarixdə köhnə iş yoldaşları Şahid3 telefonu vasitəsilə Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlamış, ona “Sədərək” TM-nə gələcəyini demiş və saat 17 radələrində Sədərək TM-nə Elit adlanan ərazisinə gəlmişdir. Şahid3la hal-əhval tutduqdan sonra o, onlardan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs1 həmin gün iş növbəsində olduğu üçün onunla bərabər mühasib Zərərçəkmiş şəxs2 otağının yerləşdiyi 2-ci mərtəbəyə qalxmış, Təqsirləndirilən şəxs1 onun Zərərçəkmiş şəxs2 otağına daxil olmasından məlumatı olmamışdır. Onlar 2-ci mərtəbədə olarkən o, Təqsirləndirilən şəxs1 oğurluq barədə fikrini demiş, ona kömək etməsini təklif etmiş, lakin Təqsirləndirilən şəxs1 onunla razılaşmayaraq olduğu yeri tərk etmiş və ona təklif olunanlardan imtina etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs2 otağına özü tək girmiş seyfin aşağı açarı üzərində olmuş, yuxarı açar yeri kiçik olduğundan vintaçanla həmin hissəni sındırmış seyfdə olan pulu götürmüş və otaqdan çıxmışdır. Götürdüyü pulu saydıqdan sonra 4500 manat olduğunu müəyyən etmiş və Şahid3 zəng edərək “Elgizə de ki, 4.5 dir” demişdir. Oğurluq etməsi barədə məlumatın Təqsirləndirilən şəxs1 tərəfindən digər şəxslərə çatdırılmasının qarşısını almaq məqsədilə ona da pul verməyi nəzərdə tutsa da lakin verməmişdir. O, əlavə olaraq bildirmişdir ki, ona qarşı irəli sürülmüş 12800 manat mülki iddianı, o cümlədən Zərərçəkmiş şəxs2 aid, ayrıca qoyulmuş 70 manatın onun tərəfindən götürülməsini qəbul etmir. O, seyfdən götürdüyü 4500 manat məbləğindən 1000 manat ödəniş etmək istəsə də zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qəbul etməmişdir. Daha sonra törətdiyi əməlini etiraf etdiyini, lakin mülki iddia məbləği və vurulmuş ziyanla razı olmadığını, zərərçəkmiş şəxs və zərərçəkmiş hüquqi şəxslə barışığa cəhd etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, “Sabit Mühafizə Xidməti MMC-də mühafizəçi işləmişdir. 31 dekabr 2023-cü il tarixdə əvvəllər orada işləyən Abdulov X5 TM-nə gəlmiş, onlar söhbət edərək 2-ci mərtəbəyə qalxmışlar. Təqsirləndirilən şəxs2 ona Zərərçəkmiş şəxs2 otağından oğurluq edəcəyini bildirmişdir. O, əvvəllər cinayət məsuliyyətinə cəlb olunduğu üçün ehtiyatlanaraq Təqsirləndirilən şəxs2la bərabər oğurluq etməsinə razılaşmamışdır. Daha sonra Təqsirləndirilən şəxs2 ona zəng edərək çantanı ondan götürməsini təklif etmiş, o, yuxarı qalxsa da çantaya içində oğurlanmış pulların qoyulmasından ehtiyat etdiyi üçün Təqsirləndirilən şəxs2 onu götürməkdən imtina etmişdir. O, Şahid3 yanında olduğu vaxt Təqsirləndirilən şəxs2 sonuncuya zəng etmiş və “4 nöqtə 5” olması barədə verdiyi məlumatı sonuncu onun da başa düşməsi üçün təkrarlamışdır. Həmin vaxt o, dəqiqləşdirmə aparmaq məqsədilə telefonu götürsə də zəng sonlandırılmışdır. Təqsirləndirilən şəxs2 oğurluq etməsindən əvvəlcədən xəbəri olmadığını, mülki iddianı isə qəbul etmədiyini bildirmişdir. Daha sonra əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışığa cəhd edilməsini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, "xxxx" MMC-nin baş mühasibi vəzifəsində işləyir. Xidməti otağında dəmir seyf vardır ki, həmin seyfdə mühasibat sənədləri saxlanılır, seyfin açarlarından biri ehtiyat açar kimi Sabit Mühafizə Xidmətinin direktoru Şahid1 olur. 31 dekabr 2023-cü il tarixdə bayram günü olduğundan o, saat 14:30-də seyfi və otağın giriş qapısını bağlayıb getmişdir. xx.xx.2024-cü il tarixdə Şahid2 ona zəng edib otaqdan oğurluq olduğunu bildirmiş, o, işə gəldikdə seyfə qoyduğu 70 manat pulun da orada olmadığını görmüşdür. 12800 manat pulun seyfdə olduğunu görüb-görməməsi ilə bağlı bildirmişdir ki, o, işdə olmadığı vaxt Şahid1 12800 manat pulu seyfə qoyduğu üçün, bu barədə məlumatsız olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs «Sabit Mühafizə Xidməti MMC-nin nümayəndəsi və vəkili Zərərçəkmiş şəxs1 bildirmişdir ki, "xxxx"nin təsisçisi tərəfindən ərazidəki «Şəhidlər parkı»nın abadlaşdırılması üçün 15 dekabr 2023-cü il tarixdə direktorun xahişinə əsasən 15000 manat pul vəsaiti ayrılmışdır. Həmin pulun bir hissəsi xərclənmiş, yerdə qalan 12800 manat isə parkın abadlaşdırılması zamanı sərf olunacaq digər xərclərin qarşılanması məqsədilə "xxxx" MMC-yə aid olan mühasibatlıq otağındakı seyfə qoyulmuşdur. 31 dekabr 2023-cü il tarixində "xxxx" MMC-dən baş mühasib Zərərçəkmiş şəxs2 otağından oğurluq olması faktı 02 yanvar 2024-cü il tarixdə aşkar olunmuşdur. Belə ki, Şahid1 seyfə qoyduğu 12800 manat məbləğində pul və Zərərçəkmiş şəxs2 məxsus 70 manat məbləğində pul seyfdən oğurlanmışdır. Bundan sonra Qaradağ RPİ-nin 10-cu PŞ-nə hadisə barədə məlumat verilmiş və rəsmi ərizə ilə müraciət olunmuşdur. Qaradağ RPİ-nin polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı ticarət mərkəzinin müşahidə kameralarından əldə olunmuş videgörüntü nəticəsində oğurluq hadisəsinin təqsirləndirilən şəxslər tərəfindən törədildiyi müəyyən edilmişdir. "xxxx" MMC-dən 12800 manat pulun oğurlanması zamanı dəmir seyfə vurulmuş zərər 350 manat təşkil edir. Seyfdən puldan əlavə ciddi hesabat blankları da oğurlanmışdır. O, mülki iddia ərizəsinin təmin edilərək təqsirləndirilən şəxslərdən 12800 manat məbləğində pulun və ödənilmiş 128,40 manat dövlət rüsumunun müştərək qaydada tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində göstərmişdir ki, o, əvvəllər "xxxx" MMC-də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə işləmişlər. 31 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 ona zəng vurmuş, Sədədərək TM-nə gələcəyini demiş, sonra telefonu Təqsirləndirilən şəxs1 verməsini istəmişdir. Təqsirləndirilən şəxs1la telefonda danışdıqdan bir neçə saat sonra Təqsirləndirilən şəxs2 “Sədərək” TM-nə gəlmiş, onlarla salamlaşıb, keçmiş iş yoldaşlarının yanına getmişdir. Təqsirləndirilən şəxs2 oğurluq məqsədindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs2 oraya gəldiyi vaxt bazarın iş vaxtı olduğu üçün onun özündən oraya gəlmək səbəbini soruşmamışdır. Bir neçə saat sonra Təqsirləndirilən şəxs2 ona zəng etmiş, ondan Təqsirləndirilən şəxs1 “4,5” deməsini xahiş etmiş, o da bu sözü Təqsirləndirilən şəxs1 demişdir. O, əlavə olaraq bildirmişdir ki, oğurluq ilə bağlı hadisə günü təqsirləndirilən şəxslər onun yanında danışmamış və bundan heç bir xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin direktorudur. «Sədərək» Ticarət Mərkəzinin ərazisində inşa edilmiş «Şəhidlər xiyabanında» abadlıq işləri görülməsi üçün «Sədərək» TM-nin rəhbərliyi tərəfindən 15000 manat onların xidmətinə pul ayrılmışdır. Həmin puldan 2200 manat abadlıq işlərinin bir hissəsinə sərf olunmuş, 30 dekabr 2023-cü il tarixdə qalan 12800 manat pulun 7500 manatını baş mühasib Zərərçəkmiş şəxs2 otağında olan seyfin aşağı gözünə, 5300 manatını isə həmin seyfin daxilində yerləşən yuxarı gözünə sellofan paketlərdə qoymuş, açarla bağlamış və açarı özü ilə götürmüşdür. Pulu həmin seyfə qoymasını görən olmamış və o, bu barədə heç kimə məlumat verməmişdir. O, pulu seyfə yerləşdirərkən seyfdə başqa pulun olduğunu görməmişdir. 02 yanvar 2024-cü il tarixdə səhər işə gələrkən köməkçisi Şahid4 ona baş mühasibin otağından, seyfdən oğurluq olması barədə məlumat vermiş, o, hadisə yerinə gəlmiş və seyfə qoyduğu 12800 manat pul yerində olmadığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində göstərmişdir ki, 2018-ci ildən "xxxx" MMC-də işləyir. 31 dekabr 2023-cü il tarixdə o, iş yerində olmuşdur, həmin gün bayram günü olduğundan Zərərçəkmiş şəxs2 təbrik etməyə getmiş və sonra çıxmışdır. 02 yanvar 2024-cü il tarixdə səhər iş yerində olarkən Şahid2 ona zəng edib bildirmiş ki, baş mühasib Zərərçəkmiş şəxs2 otağından oğurluq olmuş, o, dərhal hadisə yerinə getmiş və Şahid2la birlikdə otağa daxil olarkən otağın qapısının və seyfin qapısının açıq olduğunu görmüşdür. Hadisə barədə polisə məlumat verildikdən sonra polis əməkdaşları gəlib hadisə yerində sənədləşmə işləri aparmışlar, O, Sədərək TM tərəfindən abadlıq işləri üçün dəqiq hansı miqdarın ayrılmasından, onun xərclənməsindən və seyfə 12800 manat məbləğində pulun qoyulmasından xəbərdar olmamışdır. Şahid5 məhkəmə iclaslarının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, üzrlü səbəblərə görə hazırki iclasda iştirak edə bilmədiyini bildirmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid5 bildirmişdir ki, təxminən 2023-cü ilin iyun ayından "xxxx" MMC-də mühafizəçi işləyir. Sabit Mühafizə xidmətinin keçmiş işçisi Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Şahid3 tanıyır. 31 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində o, Elgiz, Süleyman və digər iş yoldaşları ilə bərabər söhbətləşərkən oranın keçmiş işçisi Təqsirləndirilən şəxs2 da çiynində oraya gəlmişdir. Həmin vaxt onun üzərində çiynindən asılmış vəziyyətdə çantası da olmuşdur. Nazim onlardan kənarda dayanmış Elgizlə görüşmüş və ikisi birlikdə girişdən içəri girmişlər, onlardan təxminən 20-25 dəqiqə sonra Süleyman da onların arxalarınca içəri keçmişdir. Onlar içəri girəndən təxminən 1 saat sonra Elgiz və Süleyman bir yerdə geri qayıtmışlar. Onların əllərində hər hansı predmet olmamış, Nazimin isə geri qayıtmasını, ümumiyyətlə içəri girəndən sonra görməmişdir. Elgizlə Süleyman çıxdıqdan sonra onlarla bir yerdə xidmət yerlərinə getmişlər. Xidmət etdikləri həmin gün, yəni 31 dekabr və 01 yanvar müddətində mühasibatlıqdan oğurluq edilməsi barədə məlumatı olmamışdır. Yalnız 02 yanvar 2024-cü il tarixdə iş yerinə gəlmiş, mühasibatlıqdan pul oğurlanması barədə məlumat almışdır. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 4-11-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixdə hadisə yerinə keçirilmiş baxış protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, «Sədərək» ticarət mərkəzinin «Elit» hissəsinin 12-ci giriş, 2-ci mərtəbəsinddə yerləşən «Sabit Mühafizə Xidməti MMC-nin baş mühasibi Zərərçəkmiş şəxs2» sözləri yazılmış otaqdır. Ofis stolunun sağ alt tərəfində dəmir seyf yerləşir, seyfin qapısı qırmızı rəndədir, açıq haldadır, seyfin içərisində ikinci qapısı vardır. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 35-ci vərəqəsində olan 06 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 saat 20:50-də Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 61-ci vərəqəsində olan 06 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 saat 22:55-də Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 67-70-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 177.2.1 və 177.2.3-cü maddələrdən Həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 1-ci cildinin 71-72-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmişdir. (saat 15:50) Cinayət işinin 1-ci cildinin 79-80-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmişdir. (saat 16:45) Cinayət işinin 1-ci cildinin 110-111 və 113-114-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 126-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində Zərərçəkmiş şəxs1 tanınmışdır. Cinayət işinin 1-ci cildinin 132-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş kassa mədaxil orderinin qəbzi, Sabit Mühafizə Xidməti MMC-nin direktoru Şahid1 ərizəsi, SMX MMC-nin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlarını həmin aktlara əlavə edilmiş qaimələr və hadisənin görüntüləri köçürülmüş 01 ədəd DVD disk götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 133-142-ci vərəqələrində olan sənədlərdən görünür ki, «Sədərək» TM-nin təsisçisi X4 tərəfindən «Şəhidlər parkı»nın abadlaşdırılması məqsəd ilə 15000 manat pulun "xxxx" MMC-yə verilməsi barədə 18 dekabr 2023-cü il tarixli, CXS 273722 №-li kassa mədaxil orderinin qəbzinin kserosurəti, həmin məbləğdə pulun ayrılması barədə "xxxx" MMC-nin direktoru Şahid1 ərizəsinin kserosurəti, həmin 15000 manat puldan 72 m2 sahədə süni ot örtüyünün alınması məqsədilə 1800 manat pulun verilməsi barədə A247/23 №-li aktın kserosurəti, stend hazırlaması üçün 100 manat pulun verilməsi barədə A242/23 №-li aktın kserosurəti, həmin parkda yenidənqurma işlərnin aparılması üçün 311 manat pulun ayrılması barədə A240/23 №-li aktın kserosurəti, tikinti materialları alınması üçün 260 manat pulun və 51 manat pulun ayrılması barədə qaimələrin kserosurəti mövcuddur. Cinayət işinin 1-ci cildinin 145-ci vərəqəsində olan DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması barədə məlumat yoxdur. Cinayət işinin 1-ci cildinin 150-152-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2024-cü il tarixli 154 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzvi (epilepsiya mənşəli) şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs1 qeyd edilən "üzvi (epilepsiya mənşəli) şəxsiyyət pozuntusu" onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 1-ci cildinin 158-162-ci vərəqələrində olan Təqsirləndirilən şəxs1 ifadəsinin hadisə yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, «Sədərək» ticarət mərkəzinin «Elit» hissəsinin 11-ci girişinə gəlib bildirmiş ki, keçmiş iş yoldaşı Təqsirləndirilən şəxs2 bir neçə gün əvvəl ona zəng edib deyibmiş ki, baş mühasib Zərərçəkmiş şəxs2 otağından oğurluq etmək məqsədi ilə «Sədərək» ticarət mərkəzinə gələcək. 31 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində iş yoldaşları ilə «Sədərək» ticarət mərkəzinin «Elit» hissəsinin 11-ci girişində olarkən saat 17 radələrində Təqsirləndirilən şəxs2 həmin yerə gəlmiş və onunla görüşüb bildirmiş ki, "xxxx" MMC-nin baş mühasibi Zərərçəkmiş şəxs2 otağından oğurluq etməkdə ona köməklik etməsini istəmiş, o da razılaşmış və Təqsirləndirilən şəxs2la birlikdə 2-ci mərtəbəyə qalxmışlar. Təqsirləndirilən şəxs2la birlikdə baş mühasibin otağının qarşısında olarkən Təqsirləndirilən şəxs2 ondan otağa girdikdən sonra, həmin otağa adamlar gəldiyi halda bu barədə məlumat verməsi üçün gözləməsini istəmişdir. Təqsirləndirilən şəxs2 baş mühasibin otağının giriş qapısının astma qıfılını və qapının öz qıfılını özü ilə gətirdiyi vintaçanla açıb içəri girəndən sonra o, tutulmaqdan qorxub oradan aşağı düşmüş və Təqsirləndirilən şəxs2 təklifinə əməl etməmişdir, bu barədə heç kimə məlumat vermədən aşağıda olarkən Təqsirləndirilən şəxs2 onun mobil nömrəsinə zəng edərək oğurluğa girdiyi 2-ci mərtəbəyə çağırmışdır, Təqsirləndirilən şəxs2 çağırışı ilə 2-ci mərtəbəyə qalxdıqda Təqsirləndirilən şəxs2 orada olarkən ona təklif etmişdir ki, şübhə doğurmasın deyə çiynindəki çantasını götürüb aşağı düşürsün, sonra görüşüb çantanı ondan geri alar, lakin, o, qorxaraq Təqsirləndirilən şəxs2 təklifinə əməl etməmiş və çantasını almadan oradan aşağı düşüb xidmətinə getmişdir. Cinayət işinin 1-ci cildinin 165-170-ci vərəqələrində olan Təqsirləndirilən şəxs2 ifadəsinin hadisə yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə «Sədərək» ticarət mərkəzinə gəlib «Elit» adlanan hissənin 11-ci girişin qarşısında dayanaraq həmin yerdə Təqsirləndirilən şəxs1 və S.X.Hüseynovla görüşdüyünü, sonra S.X.Hüseynovun getdiyini, özünün də Təqsirləndirilən şəxs1la 2-ci mərtəbədə yerləşən ofisdən oğurluq etmək istədiyini, Təqsirləndirilən şəxs1 orada dayanmasını və gələn-gedən olarsa, məlumat verməsini istədiyini bildirib, Təqsirləndirilən şəxs1in onunla razılaşmadığını, tək 2-ci mərtəbəyə qalxıb baş mühasib Zərərçəkmiş şəxs2 otağına yaxınlaşdığını, orada özü ilə gətirdiyi bel çantasından vintaçanı götürdüyünü, həmin vintaçanla əvvəlcə qapıda olan qıfılı sıradan çıxarıb açdığını, bundan sonra qapının kilib hissəsinə müdaxilə edərək açdığını və içəri daxil olduğunu qeyd edib. Təqsirləndirilən şəxs2 otağa daxil olduqda Otağın baş hissəsində masanın altında olan seyfə yaxınlaşdığını, həmin seyfin iki açarı olduğunu, aşağı hissədə yerləşən əsas açarın seyfin üzərində olduğundan onu açıb, daha sonra yuxarı hissəsində yerləşən dairə formasında olan kilidə vintaçanla müdaxilə etdiyini demiş və seyfdə A4 formatlı sənədlər və sənədlərin üstündə balaca sellofan paketdə pul əskinasları olduğunu, sənədlərə əl vurmadığını, sellofan paketdə olan pulu gödəkçəsinin cibinə qoyaraq Elgizə zəng vurub 2-ci mərtəbəyə çağırdığını bildirdi. Otağın qapısı avtomatik bağlandığı üçün vintaçanla müdaxilə edib açdığını, qapını açan zaman açdığı qıfılı tapmaq istədiyini, lakin otaq qaranlıq olduğundan tapmadığını, otaqdan çıxarkən Təqsirləndirilən şəxs1 orada olduğunu Təqsirləndirilən şəxs1 bel çantasını saxlamağını xahiş etdiyini, Təqsirləndirilən şəxs1 bundan imtina edib getdiyini, bundan sonra 11-ci girişdən çıxıb 130 saylı marşrut avtobusa minib “Meyvəli» bazarından sonrakı dayanacaqda düşdüyünü, oradan Bayıl qəsəbəsinə gedən taksilərdən biri ilə getdiyini, Bayıl qəsəbəsində olarkən oğurladığı pulu saydığını, həmin pulun 1 ədəd bağlamada 100 ədəd 20 manatlıq əskinaslarla, bir ədəd bağlamada isə 100 və 50 manatlıq əskinaslarla olmaqla ümumilikdə 4 500 manat olduğunu bildirmişdir. Daha sonra taksofonla S.X.Hüseynova zəng vurub Təqsirləndirilən şəxs1 oğurladığı pulun 4 500 manat olduğunu deməsini xahiş edib özünün Təqsirləndirilən şəxs1la əlaqə saxlayacağını bildirib dəstəyi asdığını demişdir. Cinayət işinin 1-ci cildinin 190 və 191-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 təqdim etdiyi DVD diskə Təqsirləndirilən şəxs1, onun müdafiəçisi X3, Təqsirləndirilən şəxs2 və müdafiəçisi X2 iştirakları ilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, “hikvision_hikvision_**********3500” adlı faylda görüntünün 04:20 dəqiqəsində iki nəfər şəxs görüntüyə daxil olur. Həmin şəxslərdən biri ofislərdən birinə daxil olur, digər şəxs isə bir qədər gözlədikdən sonra gedir. Təqsirləndirilən şəxslər içəri daxil olan şəxsin Təqsirləndirilən şəxs2 olduğunu, Təqsirləndirilən şəxs2 yanında gələn şəxsin Təqsirləndirilən şəxs1 olduğunu bildirirlər. Həmin videogörüntünün 17:35 dəqiqəsində bir nəfər şəxs görüntüyə daxil olur və ofisin qapısına yaxınlaşır. Həmin şəxs təxminən 20 saniyə orada durduqdan sonra digər bir şəxs yaxınlaşıb bir qədər aralıda gözləyir. Qapı açılıb içəridən bir nəfər şəxs çıxdıqda birinci gələn şəxs dönüb gedir, daha sonra gələn 2ci şəxs isə içəridən çıxan şəxsin arxasında gedib sağa dönürlər. Təqsirləndirilən şəxslər həmin görüntüdə içəridən çıxan şəxsin Təqsirləndirilən şəxs2 olduğunu, Təqsirləndirilən şəxs2 arxasınca gələn şəxsin Təqsirləndirilən şəxs1 olduğunu, digər şəxsin Şahid3 olduğunu, Süleymanın oğurluqda iştirak etmədiyini, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 içəridən zəng vurub köməyə çağırdığını, döngəni döndükdən sonra Təqsirləndirilən şəxs2 çantasını ona vermək istədiyini, lakin çantanı götürməkdən imtina etdiyini bildirdi. Görüntü 22 dəqiqə davam edir. Diskdə olan 1 ədəd şəkil videogörüntüdən çəkilmiş şəkildir. Diskdə olan “Whatsapp video” adlı 1-ci fayda 2 nəfər şəxsin getməsi görünür. Təqsirləndirilən şəxslər həmin şəxsləri tanımadığını və özü olmadığını bildirdi. Digər 2 ədəd “Whatsapp video” adlı görüntülər isə “hikvision_hikvision_**********3500” adlı faylda olan videogörüntüdən telefon vasitəsilə çəkilmiş görüntülərdir. Cinayət işinin 1-ci cildinin 202-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 211-214-cü vərəqələrində olan DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və görünür ki, Təqsirləndirilən şəxs1 Şəki rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasının sonu xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Cinayət işinin 1-ci cildinin 234-235-ci vərəqələrində olan 19 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 248-ci vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin 250-251-ci vərəqələrində olan 22 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş mülki iddia ərizəsindən görünür ki, cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən Sabit Mühafizə Xidməti MMCyə məxsus oğurlanmış 12800 manat pulun və mülki iddia üçün ödənilmiş 128,40 manat dövlət rüsumunun onlardan müştərək qaydada tutulması xahiş edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 cinayət əməlini təkbaşına törətdiyini, taladığı pulun məbləğinin isə ittiham tərəfinin qeyd etdiyi qədər olmadığını bildirmişdir. Həmçinin digər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 oğurluq etmək niyyətindən ümmumiyyətlə məlumatsız olduğunu qeyd etmişdir. Lakin, məhkəmə iclasında təqsirləndirilən şəxslər tərəfindən verilmiş ifadələrə nəzər saldıqda onların həmin günlə bağlı fərqli fikirlər səsləndirdikləri müəyyən olunur. Belə ki, onlar əvvəlcə bildirsələr də Təqsirləndirilən şəxs2 oğurluq təklifindən Təqsirləndirilən şəxs1 dərhal imtina etmişdir, ifadələrində həmçinin qeyd etmişlər ki, Təqsirləndirilən şəxs2 oğurluq əməlini yekunlaşdırdıqdan sonra diqqət cəlb etməmək məqsədilə özü ilə gətirdiyi çantasını daşımağı Təqsirləndirilən şəxs1 xahiş etmiş, lakin sonuncu bundan imtina etmişdir. Qeyd olunanlarla müəyyən olunur ki. Təqsirləndirilən şəxs1 ona olunmuş təklifdən imtina etməmişdir. Bundan əlavə hər iki təqsirləndirilən şəxs və Şahid3 ifadə verən zaman bildirmişlər ki, Təqsirləndirilən şəxs2 Şahid3 zəng edərək ondan Təqsirləndirilən şəxs1 “4.5” olması barədə məlumat verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 da məhkəmə iclasında telefon danışığı zamanı səsləndirdiyi rəqəmlərin Sədərək TM-dən taladığı pul vəsaiti barədə olduğunu qeyd etmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər oğurluq hadisəsinin Təqsirləndirilən şəxs2 tərəfindən təkbaşına törətdildiyini qeyd etsələr də, Təqsirləndirilən şəxs1 videogörüntüdə əks olunan görüntüləri, oğurluq hadisəsindən dərhal sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ötürdüyü məlumat onların əvvəlcədən razılaşaraq oğurluq hadisəsi etmələrinə dəlalət edir. Təqsirləndirilən şəxs2 oğurladığı məbləğin 4500 manat olması barədə qeyd etdiklərini isə məhkəmə onun mülki iddianı icra etməkdən boyun qaçırması ilə əlaqələndirir. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq oğurluq etmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş videogörüntü və digər sənədlərlə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri məhkəmə tərəfindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün,azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, zərərçəkmiş şəxsə və zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin ödənilməməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, onun ibtidai istintaq zamanı tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq hökmün çıxarıldığı 04 dekabr 2024-cü il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə digər Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, zərərçəkmiş şəxsə və zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin ödənilməməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, onun ibtidai istintaq zamanı tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq hökmün çıxarıldığı 04 dekabr 2024-cü il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin mülki iddia ilə bağlı məsələni məhkəmə müzakirə edərək hesab edir ki, iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş mülki iddia tam təmin edilməli, 12800 manat məbləğində ziyan və ödənilmiş 128.40 manat dövlət rüsumu təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaq və məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş müdafiəçilərə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən göstərilmiş 46 (qırx altı) iş saatı hüquqi xidmətə görə 276 (iki yüz yetmiş altı) manat pul, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat pul və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 06 yanvar 2024-cü il tarixdən 08 yanvar 2024-cü il tarixədək tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 06 yanvar 2024-cü il tarixdən 08 yanvar 2024-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş mülki iddia tam təmin edilsin, 12800 manat məbləğində ziyan və ödənilmiş 128.40 manat dövlət rüsumu təqsirləndirilən şəxslərdən müştərək qaydada tutuaraq Sabit Mühafizə Xidməti MMC-nin xeyrinə ödənilsin. 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən göstərilmiş 46 (qırx altı) iş saatı hüquqi xidmətə görə 276 (iki yüz yetmiş altı) manat pul, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat pul və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkumlar isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-163/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-163/2024
04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver