Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-164/2023 09.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Əmiraslanova Lalə Əjdər qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid2 qızının, Müdafiəçi “Mirzəyev və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" X2 ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsində işləyən, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 21 noyabr 2022-ci il tarixdə saat 18:00 radələrində mülkiyyətində olan, lakin özünün yaşamadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gələrək qızı Zərərçəkmiş şəxs evdən getdikdən sonra kitablarını götürmək üçün yenidən həmin evə qayıtması səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sol qolundan tutub sıxaraq, eləcədə sillə ilə ağız nahiyəsinə zərbə vuraraq, qəsdən sonuncunun sağlamlığına dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, alt dodağın selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan geniş sahəli qansızma və sol said nahiyyəsinin qançırı ilə müşayiət ediən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun birinci nikahdan olan övladıdır. Zərərçəkmiş şəxs anası Şahid2 qızı ilə 2016-cı ildə rəsmi nikahları pozulduqdan sonra başqa evdə yaşamasına baxmayaraq, ara-sıra övladlarına baş çəkməyə gəlmişdir. 21 noyabr 2022-ci il tarixdə o, qardaşı Hafiz Məmmədov ilə növbəti dəfə qeyd olunan evə gəldiyində evin qapısının açıq olduğunu, qızı Zərərçəkmiş şəxs isə evdə yatdığını görmüşdür. Qızı Zərərçəkmiş şəxs onun gəlməsinə etiraz edərək, evə necə daxil olmasına təəccüblənmiş, israrla evin açarlarını axtarmağa başlamışdır. Həmin vaxt onlar arasında mübahisə baş vermiş, qızının onu sinə nahiyəsindən itələməsinə əsəbləşərək onun qollarından tutmuş və bərkdən sıxmışdır. Daha sonra onu evdən çölə çıxarmaq məqsədilə itələmişdir. Qızı Zərərçəkmiş şəxs evdən getmiş, daha sonra dayısı oğlu Şahid1 ilə bərabər geri qayıdaraq ondan evin açarlarını tələb etmiş, lakin o, verməmişdir. Qızına hər hansı xəsarət yetirmək niyyəti olmamış, onun üz nahiyəsinə zərbə vurmamışdır. Məhkəmə iclasında ifadəsinə əlavə olaraq bildirmişdir ki, qızı Zərərçəkmiş şəxs ilə barışmamışlar, məhkəmədən onun barəsində ədalətli qərar verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsiri özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, 21 noyabr 2022-ci il tarixdə saat 14-15 radələrində o, məktəbdən çıxaraq, dərslərini etmək üçün yaşadıqları ünvan 2 ünvanında yerləşən evlərinə getmişdir. Həmin gün, təxminən saat 17-18 radələrində o, yuxuda olarkən səs-küy eşitmiş və yuxudan oyanmışdır. Bu zaman evdə atası Təqsirləndirilən şəxs ilə əmisi Hafiz Məmmədovun gəzdiklərini, şkaflarda nəsə axtardıqlarını görmüşdür. O, bu vəziyyətdən narahatlıq keçirərək evdən dərhal çıxmış, həmin vaxt xalasıgildə olan anasının yanına getmişdir. Uzun vaxt keçmədən qonşuluqda yaşayan qohumu Şahid1la birlikdə, məktəb ləvazimatlarını götürmək üçün təkrar yaşadıqları evə qayıtmışdır. Lakin, bu vaxt atası Təqsirləndirilən şəxs onun qollarından və saçından güc tətbiq etməklə tutaraq onun evə keçməsinə mane olmuş, qapıdan tutaraq çıxmaq istəməsə də onu itələyərək evdən çıxarmışdır. Bu vaxt onun həm qolları göyərmiş, həm də dodaq nahiyəsindən xəsarət almışdır. Bundan sonra o, hadisə barədə anası Şahid2 danışmış, atasının onun evə daxil olmasına maneə törətdiyini, onu döydüyünü bildirmiş, və anası hadisə barədə “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs atası, Təqsirləndirilən şəxsla barışmadıqlarını və barışmaq istəmədiyini bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilən yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində göstərmişdir ki, 21 noyabr 2022-ci il tarixdə Elayda onlara gəlmiş, atası Təqsirləndirilən şəxs əmisi H.Məmmədovla bərabər nəsə axtardığını demişdir. Həmin vaxt onunla bərabər onların evlərinə getməsini, məktəb ləvazimatlarını götürməkdə ona köməklik göstərməsini ondan xahiş etmişdir. O da etiraz etmədən Zərərçəkmiş şəxs ilə yaşadığı evə getmişdir. Atası Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs qollarından və saçlarından tutaraq onu evdən çıxarmışdır. Bu vaxt Zərərçəkmiş şəxs dodaq nahiyəsində xəsarət olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 qızı ifadəsində göstərmişdir ki, o, bacısıgildə olarkən qızı Zərərçəkmiş şəxs gəlmiş, atasının onu döydüyünü, evdən zorla çıxardığını, məktəb ləvazimatlarını və evin açarlarını götürməsinə mane olduğunu demişdir. Qızı Zərərçəkmiş şəxs saçının dağınıq, dodaq və qol nahiyəsində xəsarətlərin olduğunu, həmçinin, əynində olan şalvarın diz hissələrinin cırılmış vəziyyətdə olduğunu gördükdə o, bu barədə “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Müdafiə tərəfinin vəsatəti ilə dəvət olunmuş şahid X3 ifadəsində göstərmişdir ki, qardaşı ilə ona məxsus evə getmişlər. Həmin vaxt qardaşının böyük qızı Zərərçəkmiş şəxs evdə yatmışdır. Sonuncu yuxudan oyandıqdan sonra atasına evdə nə axtarması barədə sual ünvanladıqda Təqsirləndirilən şəxs ona aidiyyəti olmadığını demişdir. Qardaşı Təqsirləndirilən şəxs evdə açar axtararkən qızı Zərərçəkmiş şəxs ona mane olmaq istəmiş, Təqsirləndirilən şəxs sonuncunun biləklərindən tutaraq onu evin çıxış hissəsinə qədər sürüməklə, evdən çıxarmışdır. Mübahisənin səbəbi ilə bağlı suallara cavab olaraq bildirmişdir ki, Elgün qızından nə axtardığını soruşmuş, qızı cavab vermədikdə isə onun biləklərindən tutaraq çölə çıxarmışdır. Elgün qızına qarşı heç bir xəsarət yetirməmişdir. Elayda evdən çıxmamaq üçün atasına əl-qol atmış, atası isə onun biləklərindən tutub çölə çıxarmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəməyə dəvət olunmuş ibtidai istintaq zamanı rəy vermiş ekspert X1 cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs alt dodağının sol yarısının iç səthinin selikli qişasında və sol said nahiyəsində qançır xəsarətləri olmuşdur. Xəsarət ağız boşluğunda olduğundan və digər yaralara nisbətən ağız boşluğunda olan yaralara həssas yanaşıldığından xəsarətin dərəcəsini yüngül zərərvurmaya aid etmişdir. Ağız boşluğunda olan yaralar mexaniki təsirdən, yəni isti, soyuq, acı, şirin qidalar yeyərkən və ya danışarkən daimi qanadığına və yaranın sağalması gecikdiyinə görə tikişə ehtiyacı olan yaraya aid edilmişdir. Bu səbəbdən zərərçəkmişə həkim stomatoloqun müayinəsi məsləhət görülmüş, lakin o, həmin müayinədən keçməkdən imtina etmişdir. Zərərçəkmişin ağız boşluğunda olan xəsarətin tikişə ehtiycı olduğuna və yarası böyük olduğuna görə sağalması gecikir və həmin şəxsin qidalanması zamanı narahatlığa səbəb olur buna görə yüngül xəsarətlərə aid edilir. Həmçinin, yaranın ölçüsü 2.3x0,9 sm olduğundan kifayət qədər böyük yara kimi qiymətləndirilir. Cinayət işinin 1-ci vərəqəsində olan 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Cinayət işinin 110-cu vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 10 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 123-124-cü vərəqələrində olan 10 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 19-20-ci vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi Birliyinin 22 noyabr 2022-ci il tarixli 860 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – alt dodağın selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan geniş sahəli qansızma və sol said nahiyəsinin qançırı bərk küt əşya təsirindən, müayinədən bir günə qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə törənmələri mümkündür və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Cinayət işinin 38-39-cu vərəqələrində olan 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Şahid2 qızı ********* nömrəli cinayət işi yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi təyin edilmişdir. Cinayət işinin 56-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 08 fevral 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair heç bir məlumat yoxdur. Cinayət işinin 70-ci vərəqəsində olan Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Qobustan qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 371 nömrəli, 10 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı və anası ilə birlikdə Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Cinayət işinin 72-ci vərəqəsində olan Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Qobustan qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 03 nömrəli, 10 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidin və ekspertiza rəyini vermiş ekspertin məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə, ekspert rəyi və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Odur ki, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyinə görə məsuliyyətə cəlb olunmasını, əməlindən peşman olmasını, himayəsində beş övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Təqsirləndirilən şəxs təyin ediləcək cərimə hökmün qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cərimə cəzasının icrası onun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1200 (min iki yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-164/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-164/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver