Məhkəmə qərarları › İş №1(002)-164/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-164/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-164/2024 12.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Mincivan şəhərində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2021-ci il tarixdən hesablanmaqla isə xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs qızına verilməsinə dair Şabran Rayon Məhkəməsinin 2(031)-843/2020 saylı, xx.xx.2020-ci il tarixli, qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 15 gün, 10 gün və 08 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2022-ci il, xx.xx.2022ci il və xx.xx.2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün verilən xx.xx.2023-cü il tarixli təqdimata əsasən 2747,02 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qızına qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə Zərərçəkmiş şəxs qızı ilə ailə qurmuş birgə nikahdan xx.xx.2018-cü il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X7 adlı uşaqları dünyaya gəlmişdir. Şabran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(031)-843/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2021-ci il tarixdən başlayaraq isə xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat, cəmi isə 300 sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs qızına verilməsi qət edilmişdir. O, hazırda fərdi əməklə məşğuldur. Onun aylıq gəliri 500 manatdır. Bundan əlavə o, gözdən 3-cü qrup əlil olduğu üçün 150 manat pensiya alır və pensiyasından 105 manat məbləğində pul alimentə görə tutulur, pensiya kartı isə anasındadır. İfadəsinə əlavə olaraq qeyd etmişdir ki, 2023-cü ilin dekabr ayından etibarən hər ay aliment borcundan artıq ödəniş etdiyi üçün ittiham aktında müəyyən edilmiş məbləğin 1336.00 manatını ödədiyini, borcunu ödəməkdən yayınmadığını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qızı ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, birgə nikahdan xx.xx.2018-cü il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X7 adlı uşaqları dünyaya gəlmişdir. Şabran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(031)-843/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2021-ci il tarixdən başlayaraq isə xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat, cəmi isə 300 sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs gəliri 500-600 manat təşkil edir. Bundan əlavə, Tural gözdən 3-cü qrup əlil olduğu üçün 150 manat pensiya alır və onun pensiyasından 105 manat məbləğində pul alimentə görə tutulur. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs dəfələrlə inzibati qaydada həbs edilməsinə baxmayaraq, bundan nəticə çıxarmamışdır. Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar aylarında 900,00 manat məbləğində pulu onun bank hesabına köçürmüş, bundan əlavə təyin edilmiş aylıq aliment borcundan artıq ödənişlər etmişdir. Lakin, edilmiş ödənişlər ümumilikdə ibtidai istintaq dövründə müəyyən edilmiş məbləği əhatə etməyindən borcunun tam ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs qızı məhkəməyə yazılı ərizə təqdim edərək maddi ziyanı ona tam şəkildə ödənilmədiyindən təqsirləndirilən şəxs ilə barışmadığını, pulun ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək qızı S.Ə.Seyidmətovanın verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək oğlu Təqsirləndirilən şəxs ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Şabran Rayon Məhkəməsinin 2(031)- 843/20 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2021-ci il tarixdən başlayaraq isə xx.xx.2020--ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün tələbin icrasına dair bildirişlə birlikdə tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Qaradağ rayon icra şöbəsinə dəvət edilmiş, izahatı alınmış və rəsmi xəbərdarlıq edilsə də borcunu ödəməmişdir. Eyni zamanda elektron icra sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi mənzil istismar departamentində işləməsi müəyyən edilmiş və xx.xx.2021-ci il tarixli məktubla ödənilməmiş aliment borcu tutulması üçün borclunun əmək haqqının 70%-nə yönləndirilmişdir. İcra sənədində qeyd edilən tələb borclu tərəfindən icra edilmədiyi üçün Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 15 gün, 10 gün və 08 gün müddətinə inzibati qaydada həbs həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023 cü il tarixlərində məhkəmə qərarlarını icra etmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında xəbardarlıq edilmişdir. Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin 2(031)-843/20 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən 2747,02 manat aliment borcu yaranmışdır. Bundan əlavə, Qaradağ Rayon İcra Şöbəsi tərəfindən məhkəmənin sorğusuna əsasən tərtib olunaraq təqdim olunmuş cədvəllə bağlı icra məmuru Şahid1 bildirmişdir ki, borclu Təqsirləndirilən şəxs tərəfindən 2023-cü ilin dekabr ayından 2024-cü ilin may ayınadək olan müddət ərzində ümumilikdə 3136 manat ödənilmişdir. Ödənilmiş məbləğin 1800,0 manatı aylıq aliment ödənişi hesab edilmiş, 1336,0 manatı isə onun yığılmış aliment borcunun ödənişi kimi qiymətləndirilmişdir. Bu səbəbdən onun hazırda zərərçəkmiş şəxsə ümumilikdə 1411,00 manat borcu vardır, aylıq aliment borcunun ödənilməsindən isə yayınmır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ rayon icra şöbəsinin icra məmuru X2 rayon icra şöbəsinin digər icra məmuru Şahid1 göstərdikləri xüsusatları təsdiq etmişdir. Cinayət işinin 1-2-ci vərəqəsində olan 19 yanvar 2024-cü il tarixli qərardan görünür ki, CM-nin 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işinin 8-9-cu vərəqələrində olan Bakı şəhəri Qaradağ rayon icra şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş aliment borcu 2742,02 manat təşkil edir. Cinayət işinin 13-15-ci vərəqələrində olan Şabran Rayon Məhkəməsinin 2(031)- 843/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2021-ci il tarixdən başlayaraq isə xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat, cəmi isə 300 sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs qızına verilməsi qət edilmişdir. Cinayət işinin 16-30-cu vərəqələrində olan sənədlərdən görünür ki, icra sənədi Qaradağ rayon icra şöbəsinin icraatına daxil olmaqla, müvafiq olaraq xx.xx.2021-ci il tarixdə icraata başlanılması haqqında qəbul edilmiş qərar və bildiriş borclu Təqsirləndirilən şəxs göndərilmiş və müvafiq ərizə və izahatlar alınmışdır. Cinayət işinin 31-32-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-396/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətə inzibati həbs edilmişdir. Cinayət işinin 56-59-cu vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-831/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətə inzibati həbs edilmişdir. Cinayət işinin 72-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı X3 xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə işaxtaran vətəndaş kimi qeydiyyata deyildir. Cinayət işinin 79-81-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-2210/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün müddətə inzibati həbs edilmişdir. Cinayət işinin 87-117-ci və 231-232-ci vərəqələrində olan inkasso sərəncamları, kart üzrə çıxarışlar və qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs aliment borcundan ödənişlər etmişdir. Cinayət işinin 197-198-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, S.Ə.Seyidmətova zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 240-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 251-254-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2224/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin qərəzli icra etməməsi faktı üzrə olan hissədə icraata xitam verilmişdir. Cinayət işinin 268-269-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 277-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs dekabr 2023-də - 878 manat, yanvar 2024-də - 500 manat, fevral 2024-də - 455 manat, mart 2024-də - 380 manat, aprel 2024-də - 473 manat, may 2024-də 450 manat, ümumilikdə 3136 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il taixli, 8 nömrəli qərarının 8.2 bəndində qeyd edilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilikdə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidlərin verdikləri ifadələri və digər iş materialları ilə onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və zərərçəkmiş şəxsə vurulmuş ziyandan qismən ödəniş etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə ünvan 1 ünvanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cinayət işinin materiallarına əlavə edilmiş hesabatdan görünür ki, məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 23:00dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar