Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-164/2025 21.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi X2 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Tovuz rayonu Qziqulu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, məhkumluğu olmayan, ali hərbi təhsilli, subay, Tovuz rayonu Qziqulu kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Yekun protokola əsasən Təqsirləndirilən şəxs 16 iyul 2025-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində olan «Meyvəli» ticarət mərkəzinin kartof bazarında aralarında yaranmış şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Ford Trasit markalı 99C0785 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərsində olan Zərərçəkmiş şəxs ağız nahiyyəsinə yumruqla vuraraq sonuncuya üst çənədə iki ədəd dişin travmatik laxlaması ilə müşayiət olunan üst dodaq nahiyyəsinin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmiş və hal-hazırda zərər çəkmiş şəxs ilə aralarında barışıq əldə olunmasını nəzərə alaraq barəsində olan işə xitam verilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs şikayət-tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Qaradağ rayon şöbəsi tərəfindən verilmiş 17 iyul 2025-ci il tarixli 493 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxsnın məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səhtində aşkar edilmiş xəsarət - ağız nahiyyəsinə vuraraq sonuncuya üst çənədə iki ədəd dişin travmatik laxlaması ilə müşayiət olunan üst dodaq nahiyyəsinin əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən, müayinədən bir günə qədər əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən 16 iyul 2025-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətin xarakteri və lokalizasiyasmı nəzərə alıb demək olar ki, həmin xəsarətlər yıxılması nəticəsində, eləcədə şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Məhkəmə tərəflərin fikrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyan ödənildikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 43, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddənin tələbindən aydın olur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayətprosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsulliyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Təhqiqat araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 15 (on beş) saata görə 165 (bir yüz altmış beş) manat məbləğində pul X3, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 15 (on beş) saata görə 165 (bir yüz altmış beş) manat məbləğində pul X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CM-nin 73, CPM-nin 43-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təhqiqat araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 15 (on beş) saata görə 165 (bir yüz altmış beş) manat məbləğində pul X3, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 15 (on beş) saata görə 165 (bir yüz altmış beş) manat məbləğində pul X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-164/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-164/2025
21.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver