Məhkəmə qərarları › İş №1(002)-165/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-165/2021

12.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-165/2021 12.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Bakir oğlunun, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1970-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilir ondan ötrü ki, o, təkrarən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində silah qismində istifadə olunan əşya ilə zor tətbiq olunması ilə müşayət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1 ünvanında ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etməklə Zərərçəkmiş şəxs3 idarə etdiyi VAZ-2107 markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkət edərkən qarşısını kəsərək sonuncunu avtomaşınından yerə düşürmüş və sifət nahiyyəsindən əli ilə iki dəfə vuraraq, başın təpə-ənsə nahiyəsinin əzilmiş yarası, sol gözaltı nahiyənin qançırı ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən xx.xx.2020-ci il tarixdə təxminən saat 17:40 radələrində ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etməklə heç bir əsaslı səbəb olmadan yaşadığı Bakı şəhəri Qaradağ rayonu ünvan 2 ünvanın qarşısına gəlmiş Zərərçəkmiş şəxs2 silah qismində istifadə etdiyi əlində olan dəmir boru ilə iki dəfə vuraraq başın sol təpə nahiyəsinin əzilmiş yarası, sağ saidin sıyrığı ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri və Zərərçəkmiş şəxs1 Bakir oğlunu bir dəfə əlində olan həmin dəmir boru ilə vuraraq başın sağ təpə nahiyəsinin səthi əzilmiş yarası ilə müşayiət olunan sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs3 ilə həmkəndlidir və heç bir qohumluq əlaqəsi olmamışdır. Onun bilmədiyi səbəbdən Bəkirin oğlu Cəmil ilə onun qardaşı Novruzun arasında olan söz söhbətlərə son qoyulması məqsədi ilə bir neçə dəfə Bəkir və Bəkirin qardaşı Nağdalı ilə onun dayısı Şirinağa söhbətlər etmişdir. Lakin buna baxmayaraq Cəmil yenə də qardaşı Novruza sataşmışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində o, mağazaya gedən zaman yolda Bakirin idarə etdiyi ağ rəngli “Vaz 21074” markalı dövlət nömrə nişanını bilmədiyi avtomaşınla gəldiyini görmüşdür. O, əl edib Bakiri saxlatmışdır. Bakir avtomaşını saxlamış və o, Bakirin avtomaşında tək olduğunu görmüşdür. Bakir avtomaşından yerə düşməmişdir. O, Bakirə bildirmişdir ki, uşaqlarını yığışdır, hər dəfə onların məhləsindən keçəndə onları fitə basır. Bundan sonra Bakir avtomaşını kənara, yəni yolun kənarına sürüb saxlamış və avtomaşından düşərək ona tərəf gəlmişdir. Bakir ona yaxınlaşaraq onunla mübahisə etməyə başlamışdır. Bu zaman o əli ilə Bakirin sifət nahiyyəsindən tutaraq onu söyməyə başlamış və sonra əli ilə Bakirin boğaz nahiyyəsindən yapışaraq onu avtomaşının qapısına söykəmişdir. Həmin vaxt o əli ilə Bakirin başından zərbə ilə vurmuş və oradan uzaqlaşaraq evə gələn zaman Bakir onu söymüş, o da onu söymüşdür. Bu zaman Bakir onun başına oyun açacağı ilə hədələmişdir. Təxminən bir neçə dəqiqədən sona evdə olan zaman həyətin darvazasının möhkəm döyüldüyünü eşitmişdir. O, darvazanın döyülməsindən Bakirin oğlanları olmasını bilmişdir. Buna görə də həyətdə olan dəmir parçasını əlinə götürərək qapını açmışdır. O, qapını açan zaman qapının qarşısında Nağdalını, onun oğlu Xətaini, Bakirin oğlanları Cəmili və Abidi görmüşdür. Onlar onu həyətdən küçəyə çağırmışdır. O əlində olan dəmir parçası ilə küçəyə çıxmışdır. Cəmil ondan atasını nə üçün vurduğunu soruşmuşdur. Bu zaman münaqişə yaranmış və o, onları nalayiq sözlərlə söyüb təhqir edərək əlində olan dəmir parçası ilə Abid və Cəmilin baş nahiyyəsindən vurmuşdur. Bu zaman Abid üzərində olan bıçaqla onun bədənindən vurmuş, o dəmir parçası ilə onları vurmağa davam etdiyi üçün Abid onu ikinci dəfə bıçaqla vurmuşdur. Bundan sonra o, yerə çökəndə Cəmil onun yerə atdığı dəmir parçasını götürmüş və onun baş nahiyyəsindən bir dəfə zərbə ilə vurmuşdur. O, zərbənin təsirindən özünü itirmiş və yerə yıxılan zaman qışqırmışdır. Onun səsinə qardaşı Novruz qapıya gəlmişdir. Bu zaman o, nə baş verdiyini anlayar anlamaz Nağdalı onu əlində olan bıçaqla vurmuşdur. Bundan sonra hadisə yerinə qonşuları gəlmişdir. Qonşusu Natiq onu digər qonşusu Şahinin avtomaşınına əyləşdirərək X19 Stansiyasına aparanda yolda TTY avtomaşını ilə rastlaşmış və onu Natiq TTY avtomaşını ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışdır. Bu hadisə xx.xx.2020-ci tarixdə təxminən saat 17:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1-də onun evinin qarşısında baş vermiş, hadisəni qonşuluqda olan yadında qalmayan şəxslər görmüşlər. O öz ifadəsində son olaraq hal-hazırda zərərçəkmiş şəxslər ilə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Bakir oğlu öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun atasıdır, Zərərçəkmiş şəxs2 isə onun qardaşıdır. Onlarla münasibətləri normaldır. Təqsirləndirilən şəxs və onun qardaşı Şahid2 isə onun anasının əmisi oğlanlarıdır və onlarla münasibətləri normal olmuşdur. Lakin qardaşı Cəmilin onlarla münasibətləri pis olmuşdur. Belə ki, təxminən hadisədən 15 gün əvvəl Cəmil yolla gedən zaman Novruzun yanında fit çaldığına görə mübahisələri olmuş və həmin zaman Novruz Cəmili əli ilə sifət nahiyyəsindən vurmuşdur. Buna görə də onların münasibətləri pozulmuşdur. xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində o, işdən evə gələndə yolda əmisi Nağı ilə oğlu Xətainin əmisinin idarə etdiyi avtomaşınla evə tərəf getdiyini görmüş və o da onlarla birlikdə evə gəlmişdir. Əmisi Nağı ilə onların həyəti yan-yanadır. O, avtomaşına əyləşən kimi atası, əmisi Nağının mobil telefonuna zəng edərək təcili özünü evə çatdırmasını demişdir. O, Cəmilin uşaqlarına nəsə olmasını düşünmüşdür. Onlar birlikdə təxminən 3 dəqiqədən sonra həyətin qarşısında avtomaşından düşmüşdür. Həyət qapısında atasının sifət nahiyyəsində xəsarət izləri görmüşdür. Həmin vaxt kimsə TTY stansiyasına zəng etmişdir. O, atasından nə baş verdiyini soruşduqda atası bildirmişdir ki, qohumları Valeh onu Məscidin yanında döymüşdür. O, evə gedərək evdən mətbəxdə olan çörək doğramaq üçün istifadə edilən bıçağı götürərək şalvarının kəmər yerinə keçirdərək həyət darvazasından çıxmaq istəyəndə əmisi oğlu Xətai qarşını kəsmiş və onu küçəyə buraxmamışdır. Bu zaman Cəmil də gəlmiş və onlar birlikdə həyət darvazasından çıxaraq Valehin yaşadığı evə tərəf qaçmışdır. Orada Valehi həyətdən küçəyə çağırmışdır. Valeh əlində dəmir parçası ilə küçəyə çıxmışdır. Cəmil ondan atasını nə üçün vurduğunu soruşmuşdur. Bu zaman Valeh onu və qardaşı Cəmili nalayiq sözlərlələ söyüb təhqir edərək əlində olan dəmir parçası ilə hər ikisinin baş nahiyyəsindən vurmuşdur. Bu zaman o, üzərində olan evdən götürdüyü bıçaqla Valehin bədənindən vurmuşdur. Lakin Valeh onları əlində olan dəmir parçası ilə vurmaqda davam etdiyindən o, ikinci dəfə bıçağı onun bədəninə vurmuşdur. Valeh yerə çökəndə qardaşı Cəmil Valehin yerə atdığı dəmir parçasını götürmüş və Valehin baş nahiyyəsindən bir dəfə zərbə ilə vurmuşdur. Valeh qışqıraraq qardaşı Novruzu çağırmışdır. Həmin zaman Xətai və əmisi Nağı onların yanına çatmışdır. Əmisi Nağı əlində olan dəmir parçası ilə Valehin sağ qol nahiyyəsindən bir dəfə vurmuşdur. Bu vaxt Valehin qardaşı Novruz həyətdən küçəyə çıxmış və onlara tərəf gələrək nalayiq sözlər ilə söymüşdür. Cəmil də Valehin onları vurduğu dəmir parçası ilə Novruzun baş nahiyyəsindən vurmuşdur. Həmin zaman orada olan Valehin qonşuluğunda yaşayan qonşuları çölə çıxmış və onlar sakitləşdirmişlər. Onun əlində olan bıçaq həmin zaman yerə düşmüşdür. Orada olan şəxslər onları sakitləşdirdikdən sonra o, qardaşı Cəmil, əmisi Nağı və əmisi oğlu Xətai birlikdə evə gəlmişlər. O, evə gələndə Valehin onları vurduğu dəmir parçasını götürərək özləri ilə evə gətirmişdir. Onlar yolda evə gələn zaman məscidin yaxınlığında anası Gülcahan və bibisi Gülbacı qabaqlarına çıxmış və anası onları görən kimi özündən getmişdir. Evdə X17 zəng etmişlər TTY gəldikdən sonra onları xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs1 Bakir oğlu hal-hazırda təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun atasıdır, Zərərçəkmiş şəxs1 Bakir oğlu isə onun qardaşıdır. Onlarla münasibətləri normaldır. Təqsirləndirilən şəxs və onun qardaşı Şahid2 isə onun anasının əmisi oğlanlarıdır və onlarla münasibətləri əvvəllər də normal olmamışdır. Belə ki, təxminən 15 gün bundan əvvəl o, yolla gedən zaman Novruzun yanında fit çaldığına görə mübahisəsi olmuş, həmin zaman Novruz onu əli ilə sifət nahiyyəsindən vurmuşdur. Buna görə də aralarında münasibətləri pozulmuşdur. xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində o, işdən evə gələndə həyət qapısında atasının idarə etdiyi VAZ 2107 markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomaşından düşərkən sifət nahiyyəsində xəsarət izləri görmüşdür. O, atasından nə baş verdiyini soruşduqda atası bildirmişdir ki, qohumu Valeh onu Məscidin yanında döymüşdür. Həmin vaxt kimsə TTY stansiyasına zəng etmişdir. Bu zaman əmisi Nağı, oğlu Xətai və qardaşı Abid darvaza qapısından içəri daxil olmuşdur. Abid atasını elə vəziyyətdə görüb evə gedərək evdən mətbəxdə olan çörək doğramaq üçün istifadə edilən bıçağı götürərək şalvarının kəmər yerinə keçirdərək həyət darvazasından çıxmaq istəyəndə əmisi oğlu Xətai qarşısını kəsmiş və onları küçəyə buraxmamışdır. Lakin onlar Xətainin əlindən çıxaraq həyət darvazasından çıxaraq Valehin yaşadığı evə tərəf qaçmışdır. Orada Valehi həyətdən küçəyə çağırmışdır. Valeh əlində dəmir parçası ilə küçəyə çıxmışdır. O, ondan atasını nə üçün vurduğunu soruşmuşdur. Bu zaman Valeh onu və qardaşı Abidi nalayiq sözlərlə söyüb təhqir edərək əlində olan dəmir parçası ilə hər ikisinin baş nahiyyəsindən vurmuşdur. Bu zaman Abid üzərində olan evdən götürdüyü bıçaqla Valehin bədənindən vurmuşdur. Lakin Valeh onları əlində olan dəmir parçası ilə vurmaqda davam etdiyindən Abid ikinci dəfə bıçağı onun bədəninə vurmuşdur. Valeh yerə çökəndə o, Valehin yerə atdığı dəmir parçasını götürmüş və Valehin baş nahiyyəsindən bir dəfə zərbə ilə vurmuşdur. Valeh qışqıraraq qardaşı Novruzu çağırmışdır. Həmin zaman Xətai və əmisi Nağı onların yanına çatmışdır. Əmisi Nağı əlində olan dəmir parçası ilə Valehin sağ qol nahiyyəsindən bir dəfə vurmuşdur. Bu vaxt Valehin qardaşı Novruz həyətdən küçəyə çıxmış və onlara tərəf gələrək nalayiq sözlər ilə söymüşdür. O da Valehin onları vurduğu dəmir parçası ilə Novruzun baş nahiyyəsindən vurmuşdur. Novruz onun boğazından tutmuşdur. O da olan dəmir parçası ilə əlindən vurmuşdur. Novruz onu buraxmışdır. Həmin zaman orada olan Valehin qonşuluğunda yaşayan qonşuları çölə çıxmış və onları sakitləşdirmişlər. Abidin əlində olan bıçaq həmin zaman yerə düşmüşdür. Orada olan şəxslər onları sakitləşdirdikdən sonra o, qardaşı Abid, əmisi Nağı və əmisi oğlu Xətai birlikdə evə gəlmişdir. Abid evə gələndə Valehin onları vurduğu dəmir parçasını götürərək özü ilə evə gətirmişdir. Onlar yolda evə gələn zaman məscidin yaxınlığında anası Gülcahan və bibisi Gülbacı qabaqlarına çıxmışdır və anası onları görən kimi özündən getmişdir. Evdə X17 zəng etmişlər TTY gəldikdən sonra onları xəstəxanaya aparmışlar. Məhkəmə-Tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 742 saylı rəyində göstərilən xəsarətlərdən başın sol alın təpə nahiyyəsinin əzilmiş yarası xəsarətini Təqsirləndirilən şəxs o, yetirmişdir. Digər xəsarətləri isə qardaşı Abid və əmisi Nağı yetirmişdir. Məhkəmə- Tibbi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 740 saylı rəydə göstərilən başın ənsə nahiyyəsinin əzilmiş yarası, sol təpə nahiyyəsinin dərialtı hematoması, sağ saidin sıyrığı xəsarətlərini Şahid2 o, yetirmişdir. Hadisə zamanı o, Təqsirləndirilən şəxs əlində olan dəmir parçası ilə baş nahiyyəsindən bir dəfə vurmuşdur. Qardaşı Abid isə əlində olan bıçaqla onun bədən nahiyyəsindən vurmuşdur. Əmisi Nağı əlində olan dəmir parçası ilə Valehin qolundan vurmuşdur. Xətai onları sakitləşdirmişdir. Xətai Valehi vurmamışdır. O, hadisə zamanı Valeh əlində olan dəmir parçası ilə baş nahiyyəsindən xəsarət yetirmiş və o, xəsarət almışdır. Hadisə xx.xx.2020-ci tarixdə təxminən saat 17:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1-də Valehin yaşadığı evin qarşısında baş vermiş, hadisəni qonşuluqda olan şəxslər Zaman, Natiq, Şahin və yadında qalmayan digər şəxslər olmuşdur. Zərərçəkmiş şəxs2 hal-hazırda təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onun oğlanlarıdır və onlarla münasibəti normaldır. Təqsirləndirilən şəxs isə onun həmkəndlisidir və onunla münasibəti əvvəllər normal olmuşdur. Lakin son zamanlar, yəni 2020-ci ilin sentyabr ayının əvvəllərində oğlu Cəmillə Valehin qardaşı Novruzun mübahisəsi düşdüyündən münasibətləri pozulmuşdur. Belə ki, bir müddət bundan əvvəl onun oğlu Cəmil yol ilə gedən zaman Novruzun yanından keçəndə fit çalmış və buna görə də onların mübahisəsi olmuşdur. O, bu hadisədən sonra Valehlə və Novruzla bu barədə söhbət etmiş və münasibətləri qaydasına qoymuşdur. O, bundan sonra onların evini tərk edərək evə gəlmiş və oğlu Cəmilə nəsihət etmişdir. O, həmin zaman Valehə zəng edərək bildirmişdir ki, oğlu Cəmilin dərsini vermiş, bundan sonra bu söhbətin üzərinə gəlməsinlər. Lakin həmin söhbətdən təxminən 1 həftə sonra Valehin qardaşı Novruz və Alışın oğlu Kənan Cəmilin qəsəbədə qarşısını kəsərək mübahisə etmişlər. O da Valehə zəng edərək bu sözsöhbətin uzanmamasını istəmiş və onlardan üzrxahlıq etmişdir. Valeh onu mobil telefonda nalayiq küçə söyüşləri ilə təhqir edərək söymüşdür. O da onun cavabını vermişdir. Valeh ona bu söyüşlərinə görə cavab verəcəyini bildirmişdir. O, Valehə birinci söydüyü üçün cavabını söyüşlə qaytardığını bildirmişdir. Bir müddətdən sonra, yəni xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində o, idarə etdiyi “VAZ 21074” markalı ** TS *** dövlət nömrə nişanlı avtomaşınla yaşadığı evdən çıxıb nəvələrini müəllim yanından gətirmək üçün gedən zaman qəsəbənin içərisində evdən təxminən 200 metr kənarlaşmamış məscidin yaxınlığında Valeh onun idarə etdiyi avtomaşının qarşısını kəsmişdir. O, avtomaşını saxlamış, bu zaman Valeh avtomaşının sürücü tərəfinə gələrək ona nə üçün söyüş söydüyünü demişdir. Bu zaman Valeh əlini onun sifət nahiyyəsinə tutaraq barmağının birini ağzına salaraq yenə də onu söyməyə başlamışdır. Valeh avtomaşının qapısını açaraq onu avtomaşından sürüyərək çıxartmış və əli ilə boğaz nahiyyəsindən yapışaraq ayağa durquzub avtomaşının qapısına söykəmişdir. Onun həmin zaman şəkəri qalxdığından və nəfəsi kəsildiyindən onun əlindən çıxmaq üçün əli ilə Valehi kənara itələmişdir. Həmin vaxt Valeh əli ilə onun başından zərbə ilə vurmuşdur. O, yerə yıxılmışdır. O, sağ ayağında protez olduğundan Valeh sağ ayağında olan protezi əlinə alaraq onu yerdə sürüməyə başlamışdır. Bundan sonra Valeh onu orada qoyaraq çıxıb getmişdir. Valeh getdikdən sonra o, birtəhər yerdən qalxaraq cib dəsmalı ilə sifətinin qanını silmiş və avtomaşına əyləşmiş, avtomaşını işə salaraq evə getmişdir. O, həyətdə avtomaşından düşən kimi yerə yıxılmış və həmin zaman oğlu Abid onu kimin bu vəziyyətə saldığını soruşmuş və o, Valehin adını çəkdikdən sonra özündən getmişdir. O, gözünü açanda X19 avtomaşınında olduğunu bilmişdir. Həmin TTY onu xəstəxanaya yerləşdirmişdir. Həmin zaman Valehi vurmamışdır. Belə ki, Valeh onun boğazından tutub avtomaşının qapı hissəsinə sızan zaman onun şəkəri qalxdığından və nəfəsi kəsildiyindən o, əli ilə itələyərək özündən uzaqlaşdırmışdır. O, onun sifət nahiyyəsindən vurmamışdır. Hadisə xx.xx.2020-ci tarixdə təxminən saat 17:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1-də Məscidin yaxınlığında baş vermişdir. Hadisə zamanı ətrafda kənar şəxslər olmamışdır. Hadisə təxminən 5 dəqiqə davam etmişdir. Məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 743 saylı rəyinə əsasən həmin xəsarətləri ona Təqsirləndirilən şəxs əli ilə xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində Qobustan qəsəbəsində massiv 1 də yerləşən Məscidin yaxınlığında yetirmişdir. Zərərçəkmiş şəxs3 hal-hazırda təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, Nağıyev Bəkir İsmayıl oğlu onun qardaşı, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun qardaşı oğlanlarıdır. Onlarla münasibətləri normaldır. Təqsirləndirilən şəxs, onun qardaşı Şahid2 isə onun həmkəndliləridir. Onlarla münasibətləri əvvəllər normal olmuşdur. Belə ki, onun qardaşı qızı Valehin həyat yoldaşıdır. Təxminən 15 gün hadisədən əvvəl qardaşı oğlu Cəmil yolla gedən zaman Novruzun yanında fit çaldığına görə mübahisəsi olmuş və həmin zaman Novruz əli ilə Cəmilin sifət nahiyyəsindən vurmuşdur. Buna görə də Novruz və Valeh arasında münasibətlər pozulmuşdur. O, idarə etdiyi “Mercedes” markalı ** BZ *** dövlət nömrə nişanlı avtomaşınla qəsəbədə hazırlığa gedən uşaqları müəllim yanına aparıb gətirirmiş. xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində o, idarə etdiyi avtomaşınla evə gələndə yolda oğlu Xətai ilə qardaşı oğlu Abidin birlikdə işdən gəldiklərini görərək avtomaşını saxlamış və onları avtomaşına sərnişin kimi əyləşdirərək evə tərəf gəlmişdir. Onlar yolda olan zaman qardaşı Bakir onun mobil telefonuna zəng edərək bildirmişdir ki, onu Valeh döymüş, təcili evə gəlməsini demişdir. O da oğlu və qardaşı oğlu Abidlə birbaşa Bakirin evinin qarşısına getmişdir. Orada Bakirin xəsarət almış vəziyyətdə həyətdə yerdə uzandığını görmüşlər. O, Abid və Xətai həyətə girəndə Bakirin digər oğlu Cəmil həyətdən çıxaraq Valehgilə getmişdir. Bu zaman onun oğlu Xətai və Bakirin digər oğlu Abid də Cəmilin arxası ilə qaçmışdır. O, idarə etdiyi avtomaşını həyətdə saxlayaraq avtomaşının ayaqaltı hissəsində olan təkər açarını da götürərək uşaqların arxası ilə bacısı Gülbacı və Bakirin həyat yoldaşı Cahanla birlikdə tələsik getmişdir. Onlar məscidin yanından ara yolla Valehin qapısına gedən zaman görmüşdür ki, Valehlə qardaşı oğlanları Cəmil və Abid mübahisə edərək dalaşırlar. Abidlə Cəmilin başından qan axdığını gördüyü üçün Valehə yaxınlaşaraq əlində olan təkər açarı ilə onun qolundan vurmuşdur. Həmin yerə xeyli adam toplanmışdır. O, Cəmili, Abidi və Xətaini götürərək öz evlərinə gəlmişdir. Hadisə zamanı xəsarət almamış və buna görə də ekspertizadan keçmək istəməmişdir. X14 vuraraq xəsarət yetirdiyindən o, təkər açarını avtomaşından götürərək getmişdir ki, ona kimsə hücum eləsə özünü qorusun. Hadisə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanının qarşısında Valehin həyətinin qarşısında küçədə baş vermişdir. Həmin zaman orada həmin küçədə olan qonşular olmuş və onlar Valehin evinin qarşısına toplaşaraq davada iştirak edən şəxsləri sakitləşdirməyə çalışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, Zərərçəkmiş şəxs3 isə həmkəndlisidir və heç bir qohumluq əlaqəsi olmamışdır. O, şənbə və bazar günları istirahət günü olduğundan işə getmir. xx.xx.2020-ci il tarixdə təxminən 17:30 radələrində yaşadığı evdə yatdığı zaman həyat yoldaşı X11 onun yuxudan durquzaraq küçədə səs-küy olmasını bildirmişdir. O, yerindən duraraq paltarını geyinib küçəyə çıxmışdır. O, küçəyə çıxdıqda qardaşı Valehlə Bakirin oğlanları Cəmil, Abid, Bakirin qardaşı Nağdalı və Nağdalının oğlu Xətainin mübahisə etdiklərini görmüşdür. Valeh həmin zaman əlini yanına tutaraq oturaq vəziyyətdə olmuşdur. O, nə baş verdiyini soruşanda Nağdalı ona yumruq atmışdır. Nağdalının yumruğu onun dodağının sol üst tərəfindən dəymişdir. O, Nağdalının üzərinə gedən zaman onu Cəmil əlində olan bıçaqla arxadan baş nahiyyəsindən vurmuşdur. O, sağ əli ilə başını tutan zaman bıçaq zərbələrindən biri əlinin bilək hissəsindən dəymişdir. Bundan sonra səs-küyə qonşular gəlmiş və onları aralaşdırmışdır. O, köməkləşib Valehi qonşuları Şahinin avtomaşınına əyləşdirərək yaxınlıqda yerləşən X19 stansiyasına yola salmışdır. Özü isə qardaşı Elqəmin idarə etdiyi avtomaşınla TTY stansiyasına getmişdir. Hadisə zamanı ona baş nahiyyəsindən Cəmil əlində olan bıçaqla xəsarət yetirmiş, əlini başına tutan zaman həmin bıçaq zərbələrindən biri əlinin bilək nahiyyəsinə dəymişdir. Bundan əlavə onun dodağının üst sol hissəsindən Nağdalı əli ilə vurmuşdur. Hadisə zamanı o, heç kimə xəsarət yetirməmişdir Hadisə xx.xx.2020-ci tarixdə təxminən saat 17:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1-də onun evinin qarşısında baş vermiş, hadisəni qonşuluqda olan şəxslər Zaman, Natiq, Şahin və yadında qalmayan şəxslər olmuşdur. O, eşitdiyinə görə Valeh hadisə zamanı Cəmil və Abidə xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 qızı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun həyat yoldaşıdır, Zərərçəkmiş şəxs1 Bakir oğlu və Zərərçəkmiş şəxs2 Bakir oğlu isə onun oğlanlarıdır. Onun onlarla münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs və onun qardaşı Şahid2 isə onun uzaq qohumlarıdır və münasibətləri əvvəllər də normal olmuşdur. Son zamanlar, yəni 2020-ci ilin sentyabr ayının əvvəllərində onun oğlu Cəmillə Novruzun arasında mübahisə yaranmış və bundan sonra həyat yoldaşı Bakir həmin mübahisəni Novruzun qardaşı Valehin evinə gedərək üzrxahlıq edərək yoluna qoymuşdur. xx.xx.2020ci il tarixdə təxminən saat 17:30 radələrində evdə olduğu zaman Bakir nəvələrini hazırlıqdan gətirməkdən ötrü idarə etdiyi “VAZ 2107” markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomaşınla həyətdən çıxmışdır. Təxminən Bakir 5 dəqiqədən sonra geri qayıtmış, onun üzərində qan olmuşdur. Bakir üzəri qanlı halda avtomaşından yerə düşmüş və yerə yıxılmışdır. Bu zaman evdə olan oğlu Cəmil ondan nə hadisə baş verdiyini soruşduqda Bakir Valehin adını çəkmiş və özündən getmişdir. Həmin vaxt oğlu Abid qaynı Nağı və Nağının oğlu Xətai ilə birlikdə həyətə daxil olmuşlar. Kimsə X19 stansiyasına zəng etmişdir. Abid Bakirin özündən getdiyini görüb mətbəxə getmiş və mətbəxdən çıxaraq həyətin darvazasından çıxmaq istəmişdir. Onun arxası ilə Cəmil də getmişdir. Xətai onları nə qədər sakitləşdirmək istəsə də Cəmillə Abid onu itələyərək qapıdan çıxaraq qaçmışlar. Xətai də onları saxlamaq üçün qapıdan çıxmışdır. Bu zaman Nağı da həyətdən çıxmışdır. O və baldızı Gülbacı uşaqların arxası ilə getmişdir. Onlar qəsəbədə yerləşən Məscidin qarşısına çatanda Nağı, Xətai, Abid və Cəmillə qarşılaşmışdır. Cəmilin əlində dəmir olmuşdur. Cəmillə Abidin baş nahiyyələrindən qan axırmış, onları gördükdə özündən getmiş və onu onlar evə gətirmişdir. Hadisə zamanı heç bir xəsarət almamışdır. Bu hadisə xx.xx.2020-ci tarixdə təxminən saat 17:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1-də məscidin qarşısında Valeh Bakiri vurduqdan sonra evə gəlmiş və bundan sonra oğlanları Cəmil, Abid və qaynım Nağı Valehin yaşadığı evin qarşısında dava etmişlər. O, həyəcanlı olduğundan və özünü itirdiyindən onların əlində hər hansı bir alətin və ya əşyanın olduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid2 onun qardaşıdır, Zərərçəkmiş şəxs3 isə həmkəndlisidir və uzaq qohumdur. Onunla münasibətləri normal olmuşdur. xx.xx.2020-ci il tarixdə təxminən saat 19 radələrində yaşadığı evdən idarə etdiyi “Kia Sorento” markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtomaşınla tək qardaşı Valehlə Novruzun yaşadığı məhəlləyə gələn zaman Valehlə Novruzun evinin qarşısında qarşısına Bakirin oğlanları Cəmil, Abid, Bakirin qardaşı Nağdalı və onun oğlu Xətai çıxmışlar. O, onlardan nə hadisə baş verdiyini soruşmuşdur. Onlar ona heç bir söz deməmiş və Valehlə Novruzun evdə olmadığını bildikdən sonra çıxıb getmişdir. O, idarə etdiyi avtomaşınla gəlib onlara yaxınlaşmış və Nağdalıya bu məsələni yoluna qoymasını bildirmişdir. Bu zaman Nağdalı o, avtomaşında olanda ona bir yumruq atmış, lakin onun yumruğu avtomaşının güzgüsünə dəymişdir. Həmin zaman oraya dayısı Şirinağa gəlmiş və o da Nağdalını və onun yanındakıları sakitləşdirməyə başladı. Bundan sonra hamı sakitləşmiş və hərə öz evinə çıxıb getmişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində yaşadığı evdə olan zaman qardaşı Novruzun həyat yoldaşı Şəhla mobil telefon vasitəsi ilə ona zəng edərək həyəcanlı şəkildə bildirmişdir ki, Valehi bıçaqla vurublar, qan aparır özünü çatdır. O da tez idarə etdiyi avtomaşınla Valehin yaşadığı məhəlləyə gəlmişdir. O, yolda qonşuları Şahinin idarə etdiyi avtomaşını surətlə keçdiyini görmüşdür. O, məhəlləyə gəlib çatdıqda ona bildirmişlər ki, X16 avtomaşını ilə X17 aparmışdır. O, Novruzun baş nahiyyəsindən qan gəldiyini görüb onu avtomaşına əyləşdirərək X19 Stansiyasına aparmışdır. O, Novruzu TTY stansiyasında qoyaraq Valehin arxası ilə xəstəxanaya getmişdir. O, qardaşlarını kimin vurduğunu görməmişdir. Həmin hadisə zamanı hadisə yerində olmamış və sonradan ora getmişdir. O, həmin zaman heç bir xəsarət almamışdır. Onun avtomaşının Nağdalının yumruqla vurması nəticəsində zədələnməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid2 onun rəhmətə getmiş bacısı X3 oğlanlarıdır. Novruzla Valehin valideynləri rəhmətə getdikdən sonra onun nəzarəti altında böyümüş və Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1, ev 75 ünvanında həyəti iki yerə bölərək ayrı ayrı girişləri olan həyətlərdə yerləşən evlərdə yaşayırlar. Zərərçəkmiş şəxs3 ilə həmkəndli olduğunu demişdir. Onun Bakirlə münasibətləri normal olmuşdur. X1 arasında yaranmış mübahisədən sonra o, Bakirdən Cəmilin sakit olmasını və uşaqlara sataşmamasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində o, yaşadığı evdə olduğu zaman bacısı oğlu Novruz ona mobil telefon vasitəsi ilə zəng edərək bildirmişdir ki, “məni və Valehi bıçaqla vurublar tez gəl”. Onunla Novruzun yaşadığı evin ara məsafəsi yaxın olduğundan təxminən 5 dəqiqəyə piyada gəlmişdir. O, Novruzun və Valehin evinin qarşısına çatdıqda görmüşdür ki, Novruzun başından qan axırmış. O, nə hadisə baş verdiyini soruşduqda Novruz bildirmişdir ki, Bakirin oğlanları Cəmil və Abid, Bakirin qardaşı Nağı və Nağının oğlu Xətai evin qarşısına gələrək Valehi və Novruzu bıçaqla vurmuşlar. Valehi qonşuları Natiq avtomaşını ilə xəstəxanaya aparmışdır. Buna görə də o, tez mobil telefonu vasitəsi ilə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Orada olan qonşuların biri ilə Novruzu xəstəxanaya göndərmişdir. O, hadisə yerinə çatanda hadisə yerində Novruz və Pərvanə olmuşdur. Onlardan əlavə orada kənar şəxslərin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs3 və Şahid1 onun qardaşlarıdır. Zərərçəkmiş şəxs1 Bakir oğlu və Zərərçəkmiş şəxs2 Bakir oğlu isə onun qardaşı Bakirin oğlanlarıdır. Onun qardaşları və qardaşı oğlanları ilə münasibətləri normaldır. Təqsirləndirilən şəxs və Valehin qardaşı Şahid2 isə onun uzaq qohumlarıdır və münasibətləri əvvəllər də normal olmuşdur. Son zamanlar, yəni 2020-ci ilin sentyabr ayının əvvəllərində qardaşı oğlu Cəmillə Novruzun arasında söz söhbət olmuş və buna görə də Cəmillə Novruzun münasibətləri pozulmuşdur. xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində o, qonşuluqda yaşayan qardaşı Bakirin evinə gedən zaman Bakirin qapısında oğlanlarının sürətlə qaçdığını, digər qardaşı Nağı və oğlu X12 arxası ilə getdiklərini görmüşdür. O, həyətə daxil olduqda qardaşı Bakirin yerdə olduğunu baş nahiyyəsindən qan gəldiyini görmüşdür. O, həyətdə Bakirin həyat yoldaşı Gülcahandan nə hadisə baş verdiyini soruşmuşdur. Lakin Gülcahan həyacanlı olduğundan çölə qaçmış, o, da Gülcahanın arxsı ilə getmişdir. Onlar qəsəbədə yerləşən Məscidin qarşısına çatanda Nağı, Xətai, Abid və Cəmillə qarşılaşmışlar. Cəmilin əlində dəmir var imiş. Cəmillə Abidin baş nahiyyələrindən qan axırmış. O da hamısını evə gətirmişdir. Yolda nə hadisə baş verdiyini soruşduqda ona bildirmişlər ki, Valeh qardaşı Bakirin idarə etdiyi avtomaşının qarşısını kəsərək Bakiri vurmuş, bundan sonra Bakirin oğlanları Cəmil və Abid Valehin yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1, ev 75 ünvanında yerləşən evinə getmişlər və orada Valehlə dava etmişlər. Həmin zaman qapıya çıxan Novruzu da vurmuşlar. O, hadisə zamanı heç bir xəsarət almamışdır. Bu hadisə xx.xx.2020-ci tarixdə təxminən saat 17:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 1-də Valeh qardaşı Bakiri vurduqdan sonra evə gəlmiş və bundan sonra Bakirin oğlanları Cəmil, Abid və qardaşı Nağı Valehin yaşadığı evin qarşısında dava etmişlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X18 xx xxxxxx 2020-ci il tarixli 743 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 baş beyin silkələnməsi ilə müşayiət olunan başın təpə-ənsə nahiyəsinin əzilmiş yarası, sol gözaltı nahiyənin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X18 xx xxxxxxx 2020ci il tarixli 744 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 başın sol təpə nahiyəsinin əzilmiş yarası, sağ saidin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən dəmirlə yetirilə bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X18 xx xxxxxxx 2020ci il tarixli 745 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 başın sağ təpə nahiyəsinin səthi əzilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən dəmirlə yetirilə bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işi üzrə bir ədəd boru formasında bir tərəfi əyri dəmir materialdan olan boru maddi sübut kimi tanınmış və məhkəmənin hökmünə qədər Qaradağ RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı şifahi vəsatət verərək Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə verilmiş ittiham, CM-nin 221.3-cü maddəsi ilə əhatə olunduğundan həmin hissədə ittihamdan imtina etdiyini və ittihamın müdafiəsinin CM-nin 221.3-cü maddəsi ilə davam etdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 84.6.9-1-ci maddəsinin tələbindən aydın olur ki, məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edərkən prokuror şəxsə qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini və ya şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını təklif etmək hüququna malikdir. Həmin Məcəllənin 318.1-ci maddəsində göstərilir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamdan CM-nin 221.1-ci maddəsi xaric edilməlidir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməklə zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsini məqsədə müvafiq hesab etsə də, ona cəza təyin edərkən ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf etməklə səmimi peşiman olmasını, zərərçəkmiş şəxslərlə barışmaqla zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını və ən əsası tərəflərin eyni qəsəbədə uzun müddət yaşamaqla qonşu və uzaq qohum olmalarını, şəxsə ağır cəza veriləcəyi təqdirdə onlar arasında gələcəkdə bir daha münaqişənin yaranması ehtimalının olmasını nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsini məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı çəkmədən islah olunmasını mümkün hesab etməklə, üzərinə CM-nin 70.5-ci maddəsində göstərilən onun davranışı üzərlərinə nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsinin qoyulmasını məqsədəuyğun hesab edir. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi xx xxxxxx 2021-ci il tarixdə tutulmuş və xx xxxxxx 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Odur ki, bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd, bir tərəfi əyri dəmir materialdan olan boru hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 70 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 420 (dörd yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə: sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd, bir tərəfi əyri dəmir materialdan olan boru hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 420 (dörd yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar