Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-165/2022 22.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs 04 avqust 1993-cü ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Sərhədabad kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib zərərçəkmiş şəxsin sağlamlığına zərər vurub xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 yanvar 2022-ci ildə saat 15:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” TM-nin 4-cü sırasının girişdə olan “Kastoriya” mağazasının qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı bir neçə dəfə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsindən qəsdən vuraraq zərərçəkmiş şəxsə sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözaltı nahiyyənin qançırı ilə burunüstü nahiyyənin sıyrığı ilə nəticələnən dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2010cu ildən bugünə kimi Lökbatan qəsəbəsi, “Binə” ticarət mərkəzində maklerlik ilə məşğul olur. Bazar ərazisinə gələn vətəndaşlara qadın şubaları təklif edir və bazar ərazisində olan şuba mağazalarından hər hansı birinə apararaq şuba satışını həyata keçirir. Əgər hər hansı bir mağazadan vətəndaşa şuba sata bilsə sonradan həmin mağazaya gedərək faizini alır. 15 yanvar 2022-ci il tarixdə “Binə” bazarı 4-cü sırada yerləşən “Kastoriya” mağazasının qarşısında olan zaman tanımadığı və ilk dəfə gördüyü barəsində heç bir məlumatı olmayan ər-arvad görmüşdür. O, onlara yaxınlaşaraq satılıq qadın şubaları olduğunu bildirmişdir. Bu zaman xanımın yanında olan sonradan adının Nazim olduğunu bildiyi şəxs ilə aralarında mübahisə düşmüşdür. Mübahisəyə səbəb Nazim adlı şəxsin şuba almaq istəməməsi va əsassız yerə onu təhqir etməsi olmuşdur. Daha sonra o, kənara çəkilmişdir. Nazim onun ünvanına təhqiredici ifadələr işlətmiş, belə olan halda o, Nazimin üzərinə gedərək sol yumruğu ilə üz nahiyyəsinə yumruq zərbəsi vurmuşdur. Nazimin üz nahiyyəsindən var gücü ilə yumruqla vurduqdan sonra onun qarşılıq verdiyinin şahidi olmuşdur. Nazim ilə sonradan aralarında təxminən bir dəqiqəyə yaxın qarşılıqlı olaraq dava-dalaş olmuşdur. Sonradan yaxınlıqda olan şəxslər onları aralamağa çalışmışlar. Nazim ilə aralarında olan dava-dalaş zamanı o, ona qarşı yumruq atmışdır. Lakin yumruq zərbələri ona dəyməmişdir. Aralarında olan dava yekunlaşdıqdan sonra həmin ərazidən aralaşaraq 5-ci sıraya daxil olmuş, həmin ərazidən uzaqlaşaraq çıxıb getmişdir. Sonradan 2-ci sırada olan çayxanaya gəlmişdir. Çay içdikdən sonra polis əməkdaşlarının onu axtardığını eşitmişdir. O, ərazidə yerləşən ayaqyoluna getmişdir. O, ayaqyolunda olarkən polis əməkdaşlarının onu çağırdığının şahidi olmuş və tutulacağını zənn edib bazar ərazisini tez tərk çıxıb evlərinə getmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 15 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” ticarət mərkəzinə arvadı X2 ilə birlikdə alver etmək məqsədi ilə gəlmişdir. Bazar ərazisini müəyyən vaxt gəzdikdən sonra təxmini 4-cü sıranın yaxınlığından keçən zaman şuba satmaq istəyən tanımadığı şəxs ona yaxınlaşaraq şubasını satmaq istədiyini təkif etmişdir. O da öz növbəsində şuba istəmədiyini ona bildirmişdir. Lakin həmin şəxs israrla şubanı ona satacağını bildirmişdir. O, əsəblərini cilovlaya bilməyərək həmin şəxsin ünvanına təhqiredici ifadələr işlətmişdir. Bu zaman şəxsiyyəti ona sonradan Tohid kimi məlum olan şəxs üstünə hücum edib yumruğu ilə üz nahiyyəsindən vurmağa başlayanda o da özünü müdafiə etmək üçün onu əli ilə özündən uzaqlaşdırmış və ola bilsin ki, o həmin an özünü müdafiə edəndə əli ilə ona dəyib xəsarət yetirmişdir. O, Tohidi qəsdən vurmadığını bildirmişdir. Həmin vaxtı o, sağ gözündən və burun nahiyyəsindən xəsarət almışdır. Həmin zaman arvadı Şahida baş vermiş hadisənin şahidi olmuşdur. O, mağazadan çıxan zaman ətrafda tanımadığı insanlar mübahisəyə müdaxilə edib onları ayırmışlar. Yanlarında olan tanımadığı insanlardan heç biri ona xəsarət yetirməmişdir. Tohid ilə onun arasında dava-dalaş 5 dəqiqə ərzində olub və bitmişdir. Bazar ərazisində Tohidin onu yumruğu ilə vurması ilə əlaqədar olaraq arvadı Şahida Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Mübahisəyə səbəb Tohid ilə kobud danışmağı və onu təhqir etməsi olmuşdur. Təqsirləndirilən şəxs ilə birinci dəfədir ki, aralarında belə bir hadisə baş vermişdir. Onlar arasında heç bir vaxt belə bir söz söhbət və dava-dalaş olmamışdır. Nə o, nədə ki, arvadı X2 Təqsirləndirilən şəxs tanımır, onunla heç bir münasibət və hər hansı bir qohumluq əlaqələri olmamışdır. Həmin hadisə zamanı Təqsirləndirilən şəxs onun sağ gözünə və burnuna yumruğu ilə vurmuş və nəticədə o, sağ gözündən və burun nahiyyəsindən xəsarət almışdır. O, öz ifadəsində son olaraq təqsirləndirilən şəxs ilə barışmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” ticarət mərkəzinə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə alver etmək məqsədi ilə gəlmişdir. Bazar ərazisini müəyyən vaxt gəzdikdən sonra təxmini 4-cü sıranın yaxınlığından keçən zaman şuba satmaq istəyən tanımadıqları şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs yaxınlaşaraq qadın şubası satmaq istədiyini təklif etmişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs şuba lazım olmadığını qarşı tərəfə bildirmişdir. Qarşı tərəf israr edən zaman həyat yoldaşı Zərərçəkmiş şəxs ilə sonradan adı ona Tohid kimi məlum olan şəxs onun həyat yoldaşı Zərərçəkmiş şəxs ilə mübahisə etmişdir. Mübahisə zamanı Tohid Nazimin üz nahiyəsinə yumruq ilə vuraraq xəsarət yetirmişdir. O, Azərbaycan Respublikasın DİN- nin 102 xidmətinə zəng edərək, həyat yoldaşı Zərərçəkmiş şəxs Tohid adlı şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs ilə Tohid arasında təxminən 3-5 dəqiqə dava olmuş, hadisə yerinə bir xeyli insan toplaşmış, Zərərçəkmiş şəxs Tohidin yumruq zərbələrindən qorunmaq üçün əli onu itələmişdir. Lakin Tohid adlı şəxsə heç bir xəsarət yetirməmişdir. Tohid adlı şəxs onu vurmamış və heç bir xəsarət yetirməmişdir. Mübahisəyə səbəb Nazimin Tohid ilə kobud danışmağı və onu təhqir etməsi olmuşdur. Hadisədən sonra Zərərçəkmiş şəxs sağ gözündə və burun nahiyyəsində sıyrıq xəsarətləri var imiş. Təqsirləndirilən şəxs isə bədənində xəsarət görməmişdir. Nə o, nədə ki, əri Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tanımır, onunla heç bir münasibətləri və hər hansı bir qohumluq əlaqələri yoxdur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X7 21 yanvar 2022-ci il tarixli, 39 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözaltı nahiyənin qançırı və burunüstü nahiyənin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən müayinədən 2-3 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər əl çatan nahiyədə olsa belə şəxsin özü tərəfindən yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi az inandırıcıdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş materiallarından görünür ki, qeyd olunan cinayət işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs istintaq orqanına gəlməkdən yayındığına görə onun barəsində axtarış elan edilmiş, o, xx.xx.2022-ci il tarixdə tutulmuş və 02 aprel 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan sonra məhkəmə hazırlıq iclasları zamanı təqsirləndirilən şəxs məhkəmə iclasına gəlmədiyinə görə barəsində axtarış elan edilmiş və o, xx.xx.2022-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Odur ki, onun istintaq zamanı tutulduğu 2 gün, habelə xx.xx.2022-ci il tarixdən hazırki gün, yəni xx.xx.2022-ci il tarixə qədər tutulduğu və həbsdə qaldığı 01 ay 09 gün müddət cəza təyini zamanı nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3, 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə qaldığı 01 ay 09 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 09 (doqquz) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Cəlilabad rayonu, Sərhədabad kəndində yerləşən ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-165/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-165/2022
22.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver