Məhkəmə qərarları › İş №1(002)-165/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-165/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-165/2023 18.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, 09 oktaybr 1989-cu ildə Qazaxıstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18.08 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli qərara əsasən barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli aministiya qərarının 2.8ci bəndi tətbiq edilərək cəzadan azad edilmiş, Qubadlı rayonu Tarovlu kəndində qeydiyyatda olan, hal-hazırda Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi 8 saylı Peşə liseyinin yataqxnasında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-çü il tarixdə, saat 21:00 radəiərində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi 8 saylı peşə liseyi yataqxanasının mənzilində arvadı Zərərçəkmiş şəxs ilə ailə-məişət zəminində yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs qıznı sifətinin və bədəninin müxtəlif yerlərinə dəfələrlə vuraraq sonuncuya sol yanağın selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan sol yanaq nahiyəsinin qançırı və boyun nahiyəsinin qançırı iiə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb ofan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanuu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsili bilinən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 fevral 2023-cü İl tarixdə səhər saatlarında evdən sosial müavinət üçün verilmiş 400 manat pulu ümumi dolanışıqları üçün qoyduqları yerdən götürüb evdən getmişdir. Pulun 100 manatını kredit kimi ödəmişdir. xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində o içkili vəziyyətdə evə gəfmiş və Çiçək pulu geri qaytarmağı xahiş etmiş, o isə həmin puldan 100 manatını kredit ödədiyini demişdir. Bundan sonra onların arasında mübahisə yaranmış və o evin əşyalarını dağıdaraq, evi yandıracağını demişdir. Sonra isə əli ilə Çiçəyin sifətinin və bədəninin müxtəlif yerlərinə dəfələrlə vurmuşdur. Çiçəyi vurduqda o yıxılmışdır. Hadisə zamanı onların yanında heç kim olmamış, hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Törətdiyi əməldən peşmandır.Zərəçəkmiş şəxslə barışıb.Ona yüngül cəza verilməsini xahiş edir. Təhqiqat zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir və onlar Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 8 saylı peşə liseyində yaşayırlar. Onların iki uşağı var. 25 fevral 2023-cü il tarixdə sosial müavinət kimi ona verilmiş 400 manat pulu evdə Ramazanla birlikdə ümumi dolanışıqları üçün pul qoyduqları yerə qoymuşdur. 26 fevrai 2023-cü il tarixdə saat 11:3Q radələrində aşkar etmişdir ki pul evdə yoxdur. Pufu Ramazan götürdüyünü başa düşmüşdür. Həmin günü axşam yəni xx.xx.2023-çü il tarixdə saat 21:00 radələrində Ramazan içkili vəziyyətdə evə gəlmiş və pulu geri qaytarmağı Ramazandan xahiş etmiş, Ramazan isə həmin puldan 100 manatını kredit ödədiyini demişdir. Bundan sonra onların arasında mübahisə yaranmış və Ramazan evin əşyalarını dağıdaraq, evi yandıraçağını demişdir Sonra isə əli ilə onun sifətinin və bədəninin müxtəlif yerlərinə dəfələrlə vurmuşdur. Ramazan onu vurduqda o yıxılmışdır. Hadisə zamanı onların yanında heç kim olmamış, hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Ramazan evi yandırmaq üçün heç bir hərəkət etməmiş, yalnız sözlə demişdir. Hadisə yaşadıqları ünvanda baş vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını ona qarşı şikayət tələbilinin olmadığını qeyd etmiş və növbəti iclaslara onun iştirakı olmdan baxılmasını xahiş etmişdir. İş materiallarında olan "Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya" publik hüquqi şəxsi tərəfindən verilmiş 27.02,2023-cü il tarixli, 148 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səhtində aşkar edilmiş xəsarətlər- sol yanağın seiikli qişasının əzilmiş yarası ilə müşayiət olunan soi yanaq nahiyəsinin qançırı və boyun nahiyəsinin qançırı bərk küt əşya(alət) təsirindən, müayinədən bir günə qədər əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əməiə gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18.08 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli qərara əsasən barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli aministiya qərarının 2.8-ci bəndi tətbiq edilərək cəzadan azad edilmişdir.Bundan başqa Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27.02.202-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış icraata CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “ Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24.00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İş üzrə maddi sübut , məhkəmə xərcləri və mülki iddia yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar