Məhkəmə qərarları › İş №1(002)-166/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-166/2020

14.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-166/2020 14.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində 3 azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 mənzil 10 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, xx xxxx 2020-cu il tarixdə saat 12:00 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, “Salyan Yolu” küçəsində yerləşən 30 A saylı evin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına gətirilməklə dəvət edilmiş müdafiəçinin iştirakı ilə həmin gün saat 12:50 radələrində üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən şəxsi istifadəsi üçün saxladığı 01 ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 1,366 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər məhkumluq həyatı yaşamamış və ruhi-əsəb xəstəliyindən əzab çəkməmişdir. Bir neçə dəfə narkotik vasitələrin marixuana növünü siqaretin boş kağızına doldurub çəkməklə və heroin növünü isə iyləmək yolu ilə istifadə etmişdir. 2020-ci ilin mart ayının əvvəllərində, günorta saatlarında şəxsi işi ilə əlaqədar olaraq, Bakı şəhəri, Yasamal rayona getmiş, həmin vaxt əvvəllər tanımadığı, təxminən 25-30 yaşlarında olan bir nəfər şəxs ona yaxınlaşaraq, adının “Azər” olduğunu, narkotik vasitə satdığını bildirmiş, o da narkotik vasitə qəbul etdiyi üçün “Azər” adlı şəxsdən satdığı narkotik vasitənin çəkisini, növünü və neçəyə satmasını soruşmuş, “Azər” adlı şəxs ona “kakos” adlanan narkotik vasitə heroin satdığını, həmin narkotik vasitənin çəkisinin bir qram yarım olduğunu və buna görə də, ondan 30 manat pul alacağını bildirmişdir. Bundan sonra o, “Azər” adlı şəxslə razılaşmış, 30 manat verərək “kakos” adlanan narkotik vasitə olan heroini alaraq, əynində olan qış gödəkçəsinin sağ iç cibinə qoymuşdur. Həmin heroin 01 ədəd sellofana bükülmüş vəziyyətdə olmuşdur. Daha sonra isə şəxsi işləri ilə məşğul olmuş, həmin gün axşam saatlarında isə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsinə gəlmişdir. Yaşadığı evə getməmişdən əvvəl xatırlamadığı yerdə “Azər” adlı şəxsdən aldığı narkotik vasitə olan heroini gödəkçəsinin cibindən çıxartmış, sellofan bükülünü açaraq, həmin narkotik vasitənin az hissəsini istifadə etmiş, özünə gəlmək üçün bir qədər həmin yerdə gözləmiş və daha sonra isə həmin bükülünün ağzını alışqan ilə isidib, bağlayaraq, gödəkçəsinin sağ iç cibinə qoymuş və yaşadığı evə getmişdir. xx xxxx 2020-ci il tarixdə, saat 12 radələrində “Azər” adlı şəxsdən aldığı, 01 ədəd sellofana bükülmüş vəziyyətdə olan “kakos” adlanan narkotik vasitə heroini qara rəngli “Kent” markalı siqaret qutusunun içərisində yerləşdirmiş, həmin siqaret qutusunu da əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuş və zibil atmaq üçün yaşadığı mənzildən çıxaraq, binanın qarşısına düşmüşdür. Elə binanın qarşısına çatarkən mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq, xidməti vəsiqələrini təqdim edib, özlərini Bakı şəhər, Qaradağ rayon polis idarəsinin 11-ci polis bölməsinin əməkdaşları kimi təqdim etmiş, daha sonra ondan “Şahin” olub-olmadığını soruşmuş, o da həmin polis əməkdaşlarına özünün Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək, onu Bakı şəhər, Qaradağ rayon polis idarəsinin 11-ci polis bölməsinə dəvət etmiş, o, ilk olaraq, tutulmaqdan qorxmuş, lakin daha sonra bu işlə məşğul olduğunu və məsuliyyətdən yayına bilməyəcəyini düşündüyü üçün polis əməkdaşlarının təklifini qəbul edərək, polis əməkdaşları ilə birlikdə 11-ci polis bölməsinə gəlmişdir. Bakı şəhər, Qaradağ rayon polis idarəsinin 11-ci polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğu bildirilmiş, hüquq və vəzifələri izah edilmiş və öz istəyi ilə hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi ona təqdim edilmişdir. Bundan sonra həmin gün saat 12:50 radələrində üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxış keçirilməmişdən əvvəl ondan hüquq və vəzifələrinin aydın olubolmaması, müdafiəçisinə dair hər hansı bir etirazının olub-olmaması və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olubolmaması soruşulmuşdur. O, hüquq və vəzifələrinin aydın olduğunu, müdafiəçisinə dair hər hansı bir etiraz olmadığını və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olmadığını bildirdikdən sonra üzərinə baxış keçirilmişdir. Həmin vaxt ilk olaraq, ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulduqda o, könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd “Kent” markalı siqaret qutusunun içərisindən 01 ədəd sellofana bükülmüş vəziyyətdə olan “kakos” adlanan narkotik vasitə heroini çıxardıb, masanın üzərinə qoyaraq, polis əməkdaşlarına əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən çıxartdığı “Kent” markalı siqaret qutusunun içərisindəki 01 ədəd sellofan bükülüdə olan maddənin “kakos” adlanan narkotik vasitə heroin olduğunu, özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 2020-ci ilin mart ayının əvvəllərində “Azər” adlı şəxsdən 30 manata aldığını, həmin narkotik vasitənin yarım qram olduğunu və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli kakosa, yəni heroinə oxşar maddə aşkar edilmiş, əlavə baxış zamanı üzərindən heç bir əşya və predmet aşkar edilməmiş, bundan sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar maddə zərfə qoyularaq 223 saylı möhürlə möhürlənmiş, daha sonra isə bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və protokola özü və baxışda iştirak edən digər şəxslər birlikdə imzalarını etmişlər. Üzərindən aşkar edilmiş 01 ədəd “Kent” markalı siqaret qutusu isə özünə qaytarılmışdır. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona verilmiş əlavə suallara cavab olaraq, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini 2020-ci ilin mart ayının əvvəllərində, günorta saatlarında şəxsi işi ilə əlaqədar getdiyi Bakı şəhəri, Yasamal rayonu ərazisində, xatırlamadığı yerdə, əvvəllər tanımadığı, 25-30 yaşlarında olan, özünü “Azər” kimi təqdim edən şəxsdən çəkisi bir qram yarım olmaqla, 30 manat verməklə əldə etdiyini, həmin narkotik vasitənin az hissəsini xatırlamadığı yerdə, elə aldığı gün istifadə etdiyini bildirmişdir. Ona narkotik vasitəni satmış “Azər” adlı şəxsi əvvəllər tanımamış, həmin şəxsi ilk dəfə gördüyü üçün hər hansı bir münasibəti olmamış, anket məlumatlarından yalnız həmin şəxsin təxminən 25-30 yaşlarında olan “Azər” adlı şəxs olduğunu və bundan başqa, həmin şəxsin xarici əlamətləri, görünüşü və ya digər anket məlumatları haqqında heç bir şey deyə bilməyəcəyini qeyd etmişdir. O, hal-hazırda Bakı şəhəri, Yasamal rayonu ərazisində “Azər” adlı şəxsdən narkotik vasitə aldığı yeri xatırlamadığı üçün göstərə bilməyəcəyini, üzərindən aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini, həmin narkotik vasitəni satmaq və ya hər hansı bir şəxsə pay vermək kimi niyyətinin olmadığını, yalnız bir dəfə öz şəxsi istifadəsi üçün 2020ci ilin mart ayının əvvəllərində, günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində xatırlamadığı yerdə, əvvəllər tanımadığı, özünü “Azər” adlı şəxs kimi təqdim edən 25-30 yaşlarından olan şəxsdən narkotik vasitə aldığını bildirmişdir. Yaşadığı mənzildə və başqa bir yerdə narkotik vasitə saxlamadığını, narkotik vasitəni mütəmadi olaraq istifadə etdiyi üçün həmişə üzərində gəzdirdiyini, ailə üzvləri və qohumlarının üzərində narkotik vasitə olmasından və onun narkotik vasitə istifadə etməsindən xəbərlərinin olmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən, Bakı şəhəri, Qaradağ rayon polis idarəsinin 11-ci polis bölməsinə gətirilərkən və üzərinə baxış keçirilərkən ona heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilmədiyini, narkotik vasitə qəbul etmək istəyərkən və bunun üçün də pulu olan zaman qəsəbə ərazisində xatırlamadığı şəxslərdən və yerlərdə narkotik vasitə əldə etdiyini, baxış zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisini dəqiq bilmədiyi üçün üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisinin yarım qram olduğunu, həqiqətdə isə şəxsi istifadəsi üçün üzərində gəzdirdiyi və ondan aşkar edilmiş narkotik vasitənin çəkisi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6\61 nömrəli ekspert rəyində göstərildiyi kimi kustar üsulla hazırlanmış 1,366 qram çəkidə olan narkotik vasitə heroin olduğunu və həmin ekspert rəyinə dair heç bir şikayət və ya etirazının olmadığını bildirmişdir. O öz ifadəsində son olaraq göstərmişdir ki, hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Ailədə yeganə qazanc gətirən şəxs olduğunu, himayəsində üç azyaşlı uşağının olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2016-cı ildən Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında, 2018-ci ildən isə tutduğu vəzifədə, yəni Bakı şəhəri, Qaradağ rayon polis idarəsinin 11-ci polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Xidmət etdiyi 11-ci polis bölməsinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbə sakini Təqsirləndirilən şəxs qeyri-qanuni olaraq yaşadığı Qobustan qəsəbəsi ərazisində narkotik vasitələrin əldə edilməsi və qəbulu ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən bölmənin baş əməliyyat müvvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə xx xxxx 2020-ci il tarixdə, saat 12:00-da Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, “Salyan Yolu” küçəsində yerləşən 30 saylı binanın qarşısında Şahinə xidməti vəsiqələrini təqdim edib, Bakı şəhəri, Qaradağ rayon polis idarəsinin 11-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirməklə saxlayaraq, Şahin olub-olmamasını soruşmuş, Şahin özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmiş, onlar Şahinə narkotik vasitələrin qanunsuz olaraq, əldə edilib, saxlanılması və istifadəsində şübhəli olduğunu bildirib, hüquq və vəzifələrini izah edərək, üzərinə baxış keçirilməsi üçün xidmət etdikləri 11-ci polis bölməsinə getməsini təklif etmiş və Şahin təkliflərini qəbul edib, onlarla birlikdə polis bölməsinə gəlmişdir. Bölmədə yerləşən xidməti otaqların birində Şahinin istəyi ilə dəvət edilmiş vəkilin iştirakı ilə ilkin olaraq, bir daha Şahinə hüquq və vəzifələri izah edilmiş, üzərinə videoçəkilişlə baxış keçirilməsi ilə bağlı hər hansı bir şikayət və etirazının olubolmaması soruşulmuş, Şahin hüquq və vəzifələrinin aydın olduğunu, videoçəkilişlə üzərinə baxış keçirilməsi ilə bağlı hər hansı şikayət və etirazının olmadığını bildirdikdən sonra üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa təqdim etməsi xahiş edilmiş, bundan sonra isə Şahin üzərində “kakos” adlanan narkotik vasitə heroin olduğunu bildirib, daha sonra isə əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd “Kent” markalı siqaret qutusunun içərisindən 01 ədəd sellofana bükülmüş vəziyyətdə olan “kakos” adlanan narkotik vasitə heroini çıxardıb, masanın üzərinə qoyaraq, çıxartdığı 01 ədəd qara rəngli “Kent” markalı siqaret qutusunun içərisindəki 01 ədəd sellofan bükülüdə olan maddənin “kakos” adlanan narkotik vasitə heroin olduğunu, özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 2020-ci ilin mart ayında “Azər” adlı şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şahinin üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli kakosa, yəni heroinə oxşar maddə aşkar edilmiş, Şahinin üzərinə əlavə baxış zamanı üzərindən heç bir qanunsuz əşya və predmet aşkar edilməmiş, bundan sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar maddə zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 223 saylı möhürü ilə möhürlənmiş, daha sonra isə bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və protokola özü və baxışda iştirak edən digər şəxslər birlikdə imzalarını etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Kent” markalı siqaret qutusu isə özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımadığını və Şahinin əvvəllər narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması haqqında hər hansı bir məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılarkən, polis bölməsinə gətirilərkən və üzərinə baxış keçirilərkən Şahinə qarşı hər hansı bir fiziki və ya psixi zorakılıq tətbiq edilmədiyini bildirmişdir. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı öz ifadəsində göstərmişdir ki, 2011-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında, 2018-ci ildən isə tutduğu vəzifədə, yəni Bakı şəhəri, Qaradağ rayon polis idarəsinin 11-ci polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Xidmət etdiyi 11-ci polis bölməsinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbə sakini Təqsirləndirilən şəxs qeyri-qanuni olaraq yaşadığı Qobustan qəsəbəsi ərazisində narkotik vasitələrin əldə edilməsi və qəbulu ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən bölmənin əməliyyat müvvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə xx xxxx 2020-ci il tarixdə, saat 12:00-da Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, “Salyan Yolu” küçəsində yerləşən 30 saylı binanın qarşısında Şahinə xidməti vəsiqələrini təqdim edib, Bakı şəhəri, Qaradağ rayon polis idarəsinin 11-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirməklə saxlayaraq, Şahin olub-olmamasını soruşmuş, Şahin özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmiş, onlar Şahinə narkotik vasitələrin qanunsuz olaraq, əldə edilib, saxlanılması və istifadəsində şübhəli olduğunu bildirib, hüquq və vəzifələrini izah edərək, üzərinə baxış keçirilməsi üçün xidmət etdikləri 11-ci polis bölməsinə getməsini təklif etmiş və Şahin təkliflərini qəbul edib, onlarla birlikdə polis bölməsinə gəlmişdir. Bölmədə yerləşən xidməti otaqların birində Şahinin istəyi ilə dəvət edilmiş vəkilin iştirakı ilə ilkin olaraq, bir daha Şahinə hüquq və vəzifələri izah edilmiş, üzərinə videoçəkilişlə baxış keçirilməsi ilə bağlı hər hansı bir şikayət və etirazının olubolmaması soruşulmuş, Şahin hüquq və vəzifələrinin aydın olduğunu, videoçəkilişlə üzərinə baxış keçirilməsi ilə bağlı hər hansı şikayət və etirazının olmadığını bildirdikdən sonra üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa təqdim etməsi xahiş edilmiş, bundan sonra isə Şahin üzərində “kakos” adlanan narkotik vasitə heroin olduğunu bildirib, daha sonra isə əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd “Kent” markalı siqaret qutusunun içərisindən 01 ədəd sellofana bükülmüş vəziyyətdə olan “kakos” adlanan narkotik vasitə heroini çıxardıb, masanın üzərinə qoyaraq, çıxartdığı 01 ədəd qara rəngli “Kent” markalı siqaret qutusunun içərisindəki 01 ədəd sellofan bükülüdə olan maddənin “kakos” adlanan narkotik vasitə heroin olduğunu, özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 2020-ci ilin mart ayında “Azər” adlı şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şahinin üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli kakosa, yəni heroinə oxşar maddə aşkar edilmiş, Şahinin üzərinə əlavə baxış zamanı üzərindən heç bir qanunsuz əşya və predmet aşkar edilməmiş, bundan sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar maddə zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 223 saylı möhürü ilə möhürlənmiş, daha sonra isə bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və protokola özü və baxışda iştirak edən digər şəxslər birlikdə imzalarını etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Kent” markalı siqaret qutusu isə özünə qaytarılmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ona verilmiş əlavə suallara cavab olaraq, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını və Şahinin əvvəllər narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması haqqında hər hansı bir məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılarkən, polis bölməsinə gətirilərkən və üzərinə baxış keçirilərkən Şahinə qarşı hər hansı bir fiziki və ya psixi zorakılıq tətbiq edilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6\61 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri və imzalar olan bir ədəd zərfdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,366 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 1,366 qr, tədqiqata sərf edildi -0,05 qr, qalıq-1,316 qramdır. Ekspertiza tədqiqatının dəyəri 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 xx xxxx 2020ci il tarixli, 809 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 1,366 qram çəkidə narkotik vasitə heroin Bakı şəhər, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X3 xx xxxxx 2020-ci il tarixli qərarı ilə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalmış 1,316 qramı isə tərəfimdən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü çıxarılanadək xx xxxxx 2020-ci il tarixdə saxlanılması üçün Bakı şəhəri, Qaradağ RPİ-nin Maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsi haqqında tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Kent” markalı siqaret qutusunu və həmin qutunun içərisindən şəffaf sellofan bükülünü çıxarıb təqdim edərək, həmin bükülünün içərisində yarım qram “kakos” adlanan narkotik vasitə heroin olduğunu, həmin “kakos” adlanan heroini 30 manata mart ayında “Azər” adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Kent” markalı siqaret qutusunun içərisində olan bir ədəd şəffaf sellofan bükülü açıldıqda həmin bükülünün içərisindən qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edildi. Aşkar olunmuş bir ədəd sellofan bükülüdəki narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 223 saylı möhürü ilə möhürlənərək götürüldü. Təqsirləndirilən şəxs üzərinə aparılan əlavə axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilmədi və aşkar edilmiş 01 ədəd “Kent” markalı siqaret qutusu isə iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldı. Məhkəmə iclasında xx xxxx 2020-ci il tarixli şəxsi axtarış, baxış və götürmə keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, “Salyan Yolu” küçəsində yerləşən 30 saylı binanın qarşısında Bakı şəhər, Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq, 11-ci PB-nə gətirilmiş, bölmənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə Bakı şəhər, Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və bundan başqa Təqsirləndirilən şəxs arzusu ilə hüquqlarının müdafiəsi üçün dəvət olunmuş Bakı şəhər 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet varsa, könüllü olaraq, təqdim olunması təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Kent” markalı siqaret qutusunu və həmin qutunun içərisindən şəffaf sellofan bükülünü çıxarıb təqdim edərək, həmin bükülünün içərisində narkotik vasitə olan “kakos” adlanan heroin olduğunu, həmin “kakos” adlanan heroini 30 manata mart ayında “Azər” adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin məcburi müalicəyə ehtiyacının olmamasını, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həbsdə qaldığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan qalıq çəkisi 1,316 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 91,76 manat (doxsan bir manat yetmiş altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 39 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 354 (üç yüz əlli dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 mənzil 10 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Qaradağ rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan qalıq çəkisi 1,316 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 91,76 manat (doxsan bir manat yetmiş altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 354 (üç yüz əlli dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar