Məhkəmə qərarları › İş №1(002)-167/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-167/2021

12.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-167/2021 12.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində iki yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağı olan), işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan ərazi dairəsi, 2-ci massiv, 1-ci keçid, ev 1, mənzil 21 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, “Albalılıq” qəsəbəsi, bağ 971 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd bükümdə, təmiz çəkisi 0,347 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib özündə saxlayaraq daşımış, xx xxxxxx 2020-ci il tarixdə, saat 17:50-də Qaradağ RPİ-nin NMB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin yanında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilmiş və orada inzibati otaqların birində üzərində şəxsi axtarış aparılarkən onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş təmiz çəkisi 0,347 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, qısa müddətdir ki, mədəsində olan ağrılar səbəbindən narkotik vasitələrdən istifadə edirmiş. Öz istifadəsi üçün narkotik vasitələri müxtəlif yerlərdən üzdən tanıdığı, adını bilmədiyi şəxslərdən alırmış. Narkotik vasitə olan heroini ineksiya yolu ilə qəbul edirmiş. xx xxxxxx 2020-ci il tarixdə öz istifadəsi üçün narkotik vasitə almaq məqsədi ilə Yasamal rayonu “Kubinka” adlanan əraziyə getmişdir. Təxminən saat 15 radələrində orada təsadüfən tanış olduğu ortaboylu, 30-35 yaşlarında olan, orta bədən quruluşlu üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə 10 manat verərək siqaretin qızılı kağızına bükülmüş 01 büküm narkotik vasitə olan heroin almış və yaşadığı ünvan 2 ünvanına qayıtmışdır ki, ağrıları olanda həmin narkotiki istifadə etsin. xx xxxxxx 2020-ci il tarixdə saat 17:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, Qaradağ Hərbi Komissarlığının yanında olan zaman mülki geyimli 3 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Onun narkotik vasitələrdən istifadə etməyindən şübhələnib onu Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsinə getmişdir. Orada polis əməkdaşları ona bildirmişlər ki, narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün Polis bölməsinə gətirilmişdir. Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında yerləşən xidməti otaqlardan birində ona dövlət hesabına təyin edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə 10-cu PB-nin X6 üzərində şəxsi axtarış keçirməyə başlamışdır. Üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyini bildirmişdir. Bundan sonra əynində olan qara rəngli gödəkcənin sol yan cibinə qoyduğu siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd bükümü, 01 ədəd başlığı sınmış ampulanı, Samsung J2 markalı mobil telefon aparatını, Argo markalı 02 ədəd siqaret qutusunu və 01 ədəd toqqa başlığını cibindən çıxararaq təqdim etmişdir. Bildirmişdir ki, könüllü olaraq təqdi etdiyi büküm və ampuladan başqa digər ləvazimatlar ona təhvil verilmişdir. Sorğu zamanı baş verənləri olduğu kimi danışmışdır. Bundan sonra həmin 01 büküm narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. O öz ifadəsində daha sonra himayəsində iki azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağının olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olduğunu və fəhləlik edərək ailəsini dolandırdığını bildirmişdir. Hal-hazırda narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmamaqla anası və ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, “Albalılıq” qəsəbəsi, bağ 971 ünvanında yaşayır. O öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, hal-hazırda heç bir narkotik vasitədən istifadə etmədiyini və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə xidmətdə olduğu zaman məlumat daxil olmuşdur ki, ünvan 3 ünvanında yaşayan, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur və Qaradağ rayon, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, Qaradağ Hərbi Komissarlığının yanında gəzir. O, dərhal onunla birlikdə xidmətdə olan Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid2 və CAŞ-nin kiçik inspektoru, polis kiçik serjantı Şahid3 ilə birlikdə bildirilən yerə getmişlər. Onlar xx.xx.2020-ci il tarixdə saat 17:50-də Qaradağ rayon. Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, Qaradağ Hərbi Komissarlığının yanında bir nəfər şəxsin əməliyyat məlumatında göstərilmiş zahirən Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib həmin şəxsin Təqsirləndirilən şəxs olub-olmadığını soruşmuşlar. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra onu 10-cu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan ərazi dairəsi, 2-ci massiv, 1-ci keçid, ev 1, mənzil 21 ünvanında qeydiyyatda olan və ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla bölmə rəisinə müraciət etmişdir. Faktla bağlı araşdırma aparılmasından ötrü material Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı Emil Seyidbəyova həvalə edilmişdir. X6 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra X6 Təqsirləndirilən şəxs, müdafiəçinin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd bükümü təqdim edərək bükümün içərisində narkotik vasitə heroinin olduğunu və öz istifadəsi üçün xx xxxxxx 2020-ci il tarixdə 15 radələrində Bakı şəhəri Yasamal rayonu “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd başlığı sınmış ampulanı, Samsung J2 markalı mobil telefon aparatını, Argo markalı 02 ədəd siqaret qutusunu və 01 ədəd toqqa başlığını cibindən çıxararaq təhqiqat şöbəsinə təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən təhqiqat şöbəsinə könüllü olaraq təqdim edilmiş büküm və ampuladan başqa digər ləvazimatlar özünə təhvil verilmişdir. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddə və 01 ədəd başlığı sınmış ampula zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru X5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin CAŞ-nın kiçik inspektoru vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə xidmətdə olduğu zaman məlumat daxil olmuşdur ki, ünvan 3 ünvanında yaşayan, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur və Qaradağ rayon Lökbatan qəsəbəsi S.Orucov küçəsi, Qaradağ Hərbi Komissarlığının yanında gəzir. O, dərhal onunla birlikdə xidmətdə olan Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenenatı Şahid1 və Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis kiçik serjantı Şahid2 ilə birlikdə bildirilən yerə getmişlər. Onlar xx.xx.2020ci il tarixdə saat 17:50-də Qaradağ rayon Lökbatan qəsəbəsi S.Orucov küçəsi, Qaradağ Hərbi Komissarlığının yanında bir nəfər şəxsin əməliyyat məlumatında göstərilmiş zahirən Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib həmin şəxsin Təqsirləndirilən şəxs olub-olmadığını soruşmuşlar. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra onu 10-cu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan ərazi dairəsi, 2-ci massiv, 1-ci keçid, ev 1, mənzil 21 ünvanında qeydiyyatda olan və ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla bölmə rəisinə müraciət edilmişdir. Faktla bağlı araşdırma aparılmasından ötrü material Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı Emil Seyidbəyova həvalə edilmişdir. X6 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra X6 Təqsirləndirilən şəxs, müdafiəçinin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd bükümü təqdim edərək bükümün içərisində narkotik vasitə heroinin olduğunu və öz istifadəsi üçün xx xxxxxx 2020-ci il tarixdə 15 radələrində Bakı şəhəri Yasamal rayonu “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin bükümün içərisindən spesifık iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd başlığı sınmış ampulanı, Samsung J2 markalı mobil telefon aparatını, Argo markalı 02 ədəd siqaret qutusunu və 01 ədəd toqqa başlığını cibindən çıxararaq təhqiqat şöbəsinə təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən təhqiqat şöbəsinə könüllü olaraq təqdim edilmiş büküm və ampuladan başqa digər ləvazimatlar özünə təhvil verilmişdir. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddə və 01 ədəd başlığı sınmış ampula zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Şahid Qaradağ RPİ-nin CAŞ-nın kiçik inspektoru Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində şahidlər Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 və Qaradağ RPİ-nin CAŞnın kiçik inspektoru X3 ifadələri ilə eyni məzmunlu ifadə verərək onların göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/2528 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «...Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,347 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, bir ədəd sınıq ampulanın daxilində narkotik vasitə heroinə məxsus izlər vardır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» İ siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi –0,347 qr., sərf edildi 0,050 qram, qalıq 0,297 qram. Ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 xx xxxxxx 2021-ci il tarixli, 404 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Təqsirləndirilən şəxs götürülmüş 0,347 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq hazırkı çəkisi 0,297 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Qaradağ RPİ-də saxlanılır. İş üzrə Təqsirləndirilən şəxs götürülmüş bir ədəd sınıq ampula sübut növü kimi tanınaraq məhkəmənin hökmünə qədər Qaradağ RPİ-də saxlanılır. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında, inzibati otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd bükümü təqdim edərək bükümün içərisində narkotik vasitə heroinin olduğunu və öz istifadəsi üçün xx xxxxxx 2020-ci il tarixdə 15 radələrində Bakı şəhəri Yasamal rayonu “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd başlığı sınmış ampulanı, Samsung J2 markalı mobil telefon aparatını, Argo markalı 02 ədəd siqaret qutusunu və 01 ədəd toqqa başlığını cibindən çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq təqdim edilmiş büküm və ampuladan başqa digər ləvazimatlar özünə təhvil verilmişdir. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddə və 01 ədəd başlığı sınmış ampula zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməlini törətməsini, himayəsində iki azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağının olmasını və əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin məcburi müalicəyə ehtiyacının olmamasını, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə xx xxxxxx 2020-ci il tarixdən şübhəli şəxs kimi tutulmuş və xx xxxxxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Qaradağ RPİ-də saxlanılan qalıq çəkisi 0,297 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd sınıq ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 81,82 (səksən bir manat səksən iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 75 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 450 (dörd yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun üzərinə: yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, “Albalılıq” qəsəbəsi, bağ 971 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Qaradağ RPİ-də saxlanılan qalıq çəkisi 0,297 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd sınıq ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 81,82 (səksən bir manat səksən iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 450 (dörd yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar