Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-168/2021 03.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 22.06.2018-ci il tarixli hökmü ilə CMnin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilinib 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 12.12.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşamış və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq saxlanc yerlərinə daxil olub xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 yanvar 2016-cı il tarixdə X2 məxsus xeyli miqdar təşkil edən əmlakın ona məxsus saxlanc yeri olan ünvan 3 ünvandan gizlin yolla talayaraq oğurluq etmiş və təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 04 mart 2020ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolunun sağ tərəfində “Qobu Park” Yaşayış Kompleksinin yaxınlığında yerləşən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inşası davam etdirilən Tibb İdarəsinin saxlanc yeri hesab edilən inzibati binasına qanunsuz daxil olaraq həmin inzibati binanın birinci mərtəbəsindən həyət tərəfə çıxışda, giriş qapısının sol tərəfində yerləşən açıq vəziyyətdə olan “xxxx” MMC-nə məxsus Almaniya Federativ Respublikasının istehsalı olan, 3 ədəd “Aktivent” markalı havalandırma mühərriklərini gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs “xxxx” MMCnə xeyli miqdar təşkil edən ümumilikdə 10000 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 10 aprel 2020-ci il tarixdə, saat 01 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, “Şahqaya” daş karxanasının ərazisində yerləşən “xxxx” MMC-nə məxsus zavodda olan saxlanc yeri hesab edilən 2 ədəd dəmir konteynerlərin qapılarının qıfılını qırıb açaraq konteynerlərin içərisinə daxil olub oradan “xxxx” MMC-nə məxsus hər birinin qiyməti 150 manat təşkil edən 1200 manat dəyərində 8 ədəd yük avtomobilinin təkər diskisini, hər birinin qiyməti 40 manat təşkil edən 200 manat dəyərində 5 ədəd yük avtomobilinin təkər kamerası və filipperini, hər birinin qiyməti 80 manat təşkil edən 240 manat dəyərində 3 ədəd 30 tonluq domkartı, qiyməti 250 manat təşkil edən 1 ədəd qaynaq aparatını, qiyməti 300 manat təşkil edən 1 ədəd direli, qiyməti 450 manat təşkil edən 1 ədəd təkər açıb-bağlayan aparatı, qiyməti 250 manat təşkil edən açar və alətlər dəstini, hər birinin qiyməti 160 manat təşkil edən 320 manat dəyərində 2 ədəd 110A-lik akkumlyatoru, qiyməti 4000 manat təşkil edən 1 ədəd Almaniya istehsalı olan “Karcher” markalı yuyucu aparatını, hər birinin qiyməti 140 manat təşkil edən 980 manat dəyərində 7 ədəd reaktiv tyaqanı, hər birinin qiyməti 30 manat təşkil edən 120 manat dəyərində 4 ədəd tyaqa başlığını, hər birinin qiyməti 45 manat təşkil edən 90 manat dəyərində 2 ədəd 52mm kardan kristavinlərini və qiyməti 30 manat təşkil edən 1 ədəd qaynaq aparatının üz sipərini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nə xeyli miqdar təşkil edən ümumilikdə 8430 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, oğurluq cinayət əməlini törətdiyinə görə məhkum olunmaqla hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılır. Əvvəllər müxtəlif məişət tullantıları tökülmüş yerlərdən metal qırıntıları yığıb toplamaqla müxtəlif metal qəbulu yerlərinə sataraq maddi tələbatlarını təmin etmişdir. Lakin sonradan metal qıtlığı olduğu üçün maddi vəziyyəti bir qədər çətinləşmiş və oğurluq etmək qərarına gəlmişdir. Fikirləşmişdir ki, Qaradağ rayonunda kirayədə yaşayar, oğurluq etdikdən sonra isə başqa yerdə kirayə ev tutub köçərsə oğurluq etməsini heç bir kəs bilməz. Bu məqsədlə əvvəlcə 04 mart 2020-ci il tarixdə gecə saat 23 radələrində oğurluq etmişdir. O, həmin vaxt Qaradağ rayonu “Lökbatan-Qobu” yolunun yaxınlığında yerləşən həyət evlərinin birində kirayədə yaşamışdır. Yaşadığı fərdi yaşayış yeri ilə üzbəüz böyük bir binanın tikintisi getmişdir. Sonradan həmin tikilməkdə olan binanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məxsus olduğunu müəyyən etmişdir. Həmin gün gizli olaraq inzibati binanın həyət tərəfdən olan birinci mərtəbəsinə daxil olan zaman sol tərəfdə üç ədəd havalandırma mühərriklərinin açıq vəziyyətdə olduğunu görmüşdür. O, açıq vəziyyətdə olan həmin üç ədəd havalandırma mühərriklərini ardıcıl olaraq oğurlamaq qərarına gəlmişdir. Buna görə üç ədəd havalandırma mühərrikini ardıcıl olaraq bir-bir küçəyə çıxartmış və bir az irəlidə yerləşən təmirsiz fərdi yaşayış evinin həyətinə yığmışdır. Həmin evin həyətində havalandırma mühərriklərinin motorlarını söküb çıxardıb motorun üstündə olan mis dolağı çıxartmışdır. Sonra isə mühərriklərin üz qabığını orada yaxınlıqda olan zibilliyə tullamışdır. Həmin mis materialdan olan simləri özü ilə götürmüşdür. Səhərsi gün, yəni 05 mart 2020-ci il tarixdə həmin mis materialdan olan simləri Lökbatan qəsəbəsində yerləşən “Zeytə” adlanan motelin yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə apararaq metal qəbulu məntəqəsində işləyən “Raməddin” adlı şəxsə 90 manat pul müqabilində satmışdır. Bundan sonra o, təxminən bir ay ərzində heç bir oğurluq cinayəti törətməmişdir. Lakin 2020-ci ilin aprel ayının əvvəllərində yenidən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 2020-ci ilin aprel ayının əvvəlində təxminən saat 01 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, “Şahqaya” daş karxanasının ərazisində gəzərkən geniş sahəsi olan bir zavod görmüşdür. Həmin zavodun arxa tərəfindən həyətinə daxil olmağın mümkünlüyünü müəyyən etmişdir. Daha sonra zavodun həyətinə daxil olmuş və orada böyük bir boksun mövcud olduğunu, həmin boksa daxil olduqda is orada iki ədəd kantiner, bir ədəd vaqonun olduğunu görmüşdür. Zavodun yanında sakitcə dayanıb bir qədər ətrafa müşayiət etmiş, lakin səs-küy olmadığından orada gözətçinin olmadığını müəyyən etmişdir. Bundan sonra ətrafdan dəmir linq tapıb həmin iki ədəd kantinerlərin qıfıllarını sındırmışdır. Kantinerlərin içərisində müxtəlif növ yük maşınlarının yağları və işlənmiş ehtiyat hissələrinin, eləcədə təmir alətlərinin olmasını müəyyən etmişdir. O, həmin kantinerlərdən müxtəlif ehtiyyat hissləri və avadanlıqları oğurlayıb zavoddan təxminən 50- 60 metr aralıya, daş karxanalarına gedən yük avtomobillərinin işlək yolunun kənarına daşıyıb yığmışdır. Daha sonra oğurladığı həmin ehtiyyat hissələrini və avadanlıqları dövlət qeydiyyat nişanını xatırlamadığı, eləcə də sürücüsünü tanımadığı “Kamaz” markalı yük avtomobilinə yükləyib satmaq üçün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Zeytə” Motelinin yaxınlığındakı “Raməddin” adlı həmin şəxsin işlətdiyi metal qəbulu məntəqəsinin yanına gətirmişdir. Gecənin bir yarısı olduğu üçün metal qəbul məntəqəsi bağlı olmuşdur. Bu səbəbdən də oğurladığı bütün yükləri təkcə “Kamaz” markalı avtomobildən metal qəbulu məntəqəsinin yanına boşaltmışdır. Həmin vaxt “Kamaz” sürücüsü qeyd edilən avadanlıqların içərisində bir ədəd yuyucu aparatı və bir ədəd direli görüb onları satıb-satmadığını ondan xəbər almışdır. O isə həmin əşyaları satacağını demişdir. “Kamaz” sürücüsünə həmçinin bildirmişdir ki, qeyd edilən əşyalar özünə məxsusdur. Bundan sonra “Kamaz” sürücüsü ilə razılaşıb yuyucu aparatını 60 manata, direli isə 40 manat pul müqabilində satmışdır. Sonra “Kamaz” sürücüsünün 25 manat yol haqqını vermiş, sürücü çıxıb Lökbatan istiqamətində getmişdir. Özü isə təxminən saat yarım məntəqənin yanında gözləmişdir. Səhər saat 07:30 radələrində metal qəbul edən məntəqəni işlədən “Raməddin” adlı şəxs gəlmiş və həmin metaldan olan texniki avadanlıqları ona göstərmişdir. “Raməddin” isə həmin texniki avadanlıqları nəzərdən keçirib oğurluq olub-olmamasını ondan xəbər almışdır. Həmçinin ona demişdir ki, bunlar əgər oğurluqdursa buradan götürüb aparsın. O isə “Raməddin” adlı şəxsə özü metal yığmaqla yanaşı ustalıqla da məşğul olduğunu, bütün bunların özünə məxsus olduğunu, lakin işləmək üçün Bakıdan rayona köçəcəyi üçün onları satmaq qərarına gəldiyini bildirmişdir. Bundan sonra şəxsiyyət vəsiqəsinin surətini “Raməddin” adlı şəxsə təqdim etmişdir. “Raməddin” isə alacağı bütün əşyaları onun vəsiqəsinin arxasında qeyd edib ayın tarixini yazmış və ona imza etdirmişdir. Beləcədə “Raməddin” həmin əşyaları ondan 300 manat pul müqabilində tərəzi ilə çəkib görtürmüşdür. Həmin avadanlıqları “Raməddin” gəlməmişdən öncə söküb hissələrə ayırmış, qeyd edilən metallar mis, latun və dəmir materialdan ibarət olmuşdur. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, bütün oğurluqları tək etmiş, bununla bağlı ona heç kim köməklik göstərməmişdir. Oğurladığı texniki avadanlıqları isə “Kamaz” markalı avtomobilə yükləyərkən, eləcədə Lökbatan qəsəbəsinə gətirdikdən sonra yerə boşaldarkən sürücü ona heç bir köməklik etməmişdir. Oğurluq yolu ilə əldə etdiyi avadanlıqları satarkən “Raməddin” adlı şəxsə onların oğurluq olduğunu deməmişdir. Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Zeytə” Motelinin yaxınlığındakı metal qəbulu məntəqəsini işlədən “Raməddin” adlı şəxsi şifahi tanıdığını, onunla heç bir münasibətinin olmadığını bildirmişdir. Həmiçinin həmin şəxsə 2019-2020-ci illər ərzində bir neçə dəfə müxtəlif metal qırıntıları satdığını bildirmişdir. Oğurladığı avadanlıqların isə təxminən yadında qaldığını, “Şahqaya” ərazisindəki zavodda yerləşən konteynerlərdən oğurladığı avadanlıqların içərisində yük avtomobilinin təkər diskləri, direl, təkər açıb-bağlayan aparat, avtomobil qaldıran aparat, yuyucu aparat, köhnə açar və alətlər, həmçinin akkumlyatorların olduğunu qeyd etmişdir. Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məxsus Tibb İdarəsinin tikilməkdə olan binasından 03 ədəd havalandırma mühərriklərini oğurladığını, üstündən xeyli vaxt keçdiyi üçün yalnız bunları xatırladığını bildirmişdir. Həmçinin o, qeyd etmişdir ki, 2020-ci ilin mart ayında 03 ədəd havalandırma mühərriklərinin matorlarında olan mis naqilləri çəki ilə ümumilikdə 90 manata satmış, “Şahqaya” da yerləşən zavodun ərzisindən aprel ayında oğurladığı avadanlıqlardan isə yuyucu maşını 60 manat, direli isə 40 manat pul müqabilində, digər əşyaları isə metal qəbulu yerində kiloqramla 300 manat pul müqabilində satmışdır. Əvvəllər metal qırıntıları, əsasəndə mis, aliminium və dəmir qırıntılarını toplayıb Qaradağ rayonu ərazisində ayrı-ayrı məntəqələrə satmış, lakin sonradan həmin məntəqələrin bir çoxu metal qıtlığı ucbatından bağlanmışdır. Həmin məntəqələrə isə satdığı metal qırıntılarını məişət tullantıları yerlərindən yığıb gətirmişdir. Əvvəllər etdiyi oğurluq cinayətinə görə barəsində cinayət işinin istintaqı tamamlanaraq məhkəməyə verilmiş, 2020-ci ilin aprel ayında isə Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, “Şahqaya” daş karxanasının ərazisində yerləşən zavoddan oğurluq etmiş və həmin ərazini göstərə biləcəyini demişdir. Oğurluq etməkdə ona heç bir kəsin köməkliyinin dəymədiyini, bununla bağlı heç bir kəslə aralarında razılaşma olmadığını bildirmişdir. O öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 Məmməd oğlu öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2013-cü ildən etibarən Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, “Şahqaya” daş karxanasının ərazisində yerləşən “xxxx” MMC-də birqadir vəzifəsində işləyir. 10 aprel 2020-ci il tarixdə səhər saatlarında işə gəlmiş və şirkətin işçisi olan Mətləb Məmmədov “xxxx” ASC-nin zavodunun boksundan texniki avadanlıqların oğurlanması barədə ona məlumat vermişdir. Bundan sonra o, şirkətin texniki direktoru Şahid1 zəng edib şirkətin ərazisindəki kantenerlərdən oğurluq olunmasını bildirmişdir. Bir qədər sonra Şahid1 şirkətə gəlmiş və onlar birlikdə baxış zamanı müəyyən etmişlər ki, naməlum şəxs (şəxslər) “xxxx” MMC-nə məxsus zavodda olan saxlanc yeri hesab edilən iki ədəd dəmir konteynerlərin qapılarının qıfılını qırıb açaraq konteynerlərin içərisinə daxil olub oradan “xxxx” MMC-nə məxsus hər birinin qiyməti 150 manat təşkil edən 1200 manat dəyərində 8 ədəd yük avtomobilinin təkər diskisini, hər birinin qiyməti 40 manat təşkil edən 200 manat dəyərində 5 ədəd yük avtomobilinin təkər kamerası və filipperini, hər birinin qiyməti 80 manat təşkil edən 240 manat dəyərində 3 ədəd 30 tonluq domkartı, qiyməti 250 manat təşkil edən 1 ədəd qaynaq aparatını, qiyməti 300 manat təşkil edən 1 ədəd direli, qiyməti 450 manat təşkil edən 1 ədəd təkər açıb-bağlayan aparatı, qiyməti 250 manat təşkil edən açar və alətlər dəstini, hər birinin qiyməti 160 manat təşkil edən 320 manat dəyərində 2 ədəd 110A-lik akkumlyatoru, qiyməti 4000 manat təşkil edən 1 ədəd Almaniya istehsalı olan “Karcher” markalı yuyucu aparatını, hər birinin qiyməti 140 manat təşkil edən 980 manat dəyərində 7 ədəd reaktiv tyaqanı, hər birinin qiyməti 30 manat təşkil edən 120 manat dəyərində 4 ədəd tyaqa başlığını, hər birinin qiyməti 45 manat təşkil edən 90 manat dəyərində 2 ədəd 52 mm kardan kristavinlərini və qiyməti 30 manat təşkil edən 1 ədəd qaynaq aparatının üz sipərini gizli olaraq oğurlamışdır. Nəticədə işlədiyi “xxxx” MMC-nə ümumilikdə 8430 manat dəyərində maddi ziyan dəymişdir. Baş verən hadisə ilə bağlı şirkətin texniki direktoru Şahid1 DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, “xxxx” MMC-nin mühafizəsinin kim tərəfindən və necə təşkil olunması barədə dəqiq məlumatı, eləcədə baş vermiş oğurluq hadisəsinin törədilməsində şübhə etdiyi heç bir kəs yoxdur. Bundan başqa o, qeyd edilən zavodun müşahidə kamerasının olmadığını bildirmişdir. Oğurluq zamanı isə işlədiyi şirkətə cəmi 8430 manat maddi ziyan dəydiyini qeyd etmişdir. O, öz ifadəsində son olaraq onlara dəymiş ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə elektron ərizə ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmadığını, onlara dəymiş ziyanın tamamilə ödənildiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 ifadəsi elan edilmişdir. Zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “xxxx” MMC-nin texniki direktoru vəzifəsində işləyir və cinayət işi üzrə MMC-nin səlahiyyətli nümayəndəsidir. “xxxx” MMC Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ərazisində yerləşən “Lökbatan-Qobu” yolunun yaxınlığında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inşa edilmiş Tibb İdarəsinin inzibati binasından “xxxx” MMC-nə məxsus Almaniya istehsalı olan “Aktivent” markalı cəmi 10000 manat dəyərində 3 ədəd havalandırma mühərriki oğurlanmışdır. Həmin oğurluq hadisəsini 05 mart 2020-ci il tarixdə inzibati binada olarkən aşkar etmişdir. Oğurluq hadisəsi baş verən binanda işlədiyi şirkətə məxsus anbar olmuşdur. Həmin anbar təmir olunduğu üçün 3 ədəd havalandırma mühərrikini binanın birinci mərtəbəsinə təmir işlərinin yekunlaşdığı yerə yığmışdır. Həmin tikintidə işlədiyi “xxxx” MMC-nin mühafizəçisi və ya işçisi olmamışdır. “xxxx” MMC-nin isə həmin binada subpodrat işləri gördüyünü bildirmişdir. Podratçının isə Avesta Konserni olduğunu qeyd etmişdir. Təmir-Tikinti işləri Avesta Konserninin işçiləri tərəfindən həyata keçirilmişdir. Oğurluq hadisəsi 29 fevral 2020-ci il tarixdən 05 mart 2020-ci il tarixədək olan müddət ərzində baş vermişdir. İşlədiyi şirkətə məxsus 10000 manat dəyərində 3 ədəd Almaniya istehsalı olan halanandırma mühərriklərini oğurlayan şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsində və ona dəymiş ziyanın özdəniləmsində ona köməklik göstərilməsini xahiş etmişdir. Eləcədə oğurluq zamanı işlədiyi şirkətə cəmi 10000 manat maddi ziyan dəydiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2018-ci ildən etibarən Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Zeytə” Motelinin yaxınlığındakı metal qəbulu məntəqəsində işləyir. Həmin məntəqədə müxtəlif metal qırıntılarını, eləcədə müəyyən avadanlıqları satın alıb müxtəlif zavodlara biraz baha qiymətə satır. Təqsirləndirilən şəxs 3-4 dəfə onun işlədiyi məntəqəyə metal və digər avadanlıqlar gətirmiş, həmin metal və avadanlıqlara baxış keçirib şəxsiyyət vəsiqəsinin surətini götürməklə almışdır. 05 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs onun işlətdiyi metal qəbulu məntəqəsinə gəlmişdir. Hikmət ona mühərrikdən sökülmüş mis materialdan olan simləri satmaq istədiyini demişdir. Həmin mis materialdan olan naqillərin matorlardan söküldüyünü müəyyən edib oğurluq olub-olmamasını ondan soruşmuşdur. Eləcədə ona bildirmişdir ki, əgər oğurluqdursa buradan onları aparsın. Hikmət isə qeyd edilən misdən olan simlərin məişət tullantıları yerinə atılmış yararasız vəziyyətdə olan mühərriklərindən sökdüyünü ona demişdir. Bundan sonra həmin simləri çəkmiş, ümumi çəkisi 9 kq olmuşdur. Bundan sonra 9 kiloqram mis materialdan olan simləri 90 manat pul verib Hikmətdən satın almışdır. Eyni zamanda onun şəxsiyyət vəsiqəsinin surətini götürüb aldığı misin çəkisini və qiymətini vəsiqənin arxasında qeyd edib ona imza etdirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ona cəmi bir dəfə də mis, latun və dəmir materialdan olan əşyalar gətirmişdir. Belə ki, 10 aprel 2020-ci il tarixdə səhər saat 07:30 radələrində işlətdiyi metal qəbulu məntəqəsinə gələrkən məntəqənin yanında Hikmətin onu gözlədiyini görmüşdür. Hikmətdən səhər tezdən burada nə axtardığını xəbər alarkən Hikmət ona 8 ədəd dəmir materialdan olan təkər diskini, 5 ədəd latun materialdan olan yük avtomobilinin təkər kamerasının filipperini, 3 ədəd avtomobil qaldırmaq üçün istifadə edilən damkratları, 1 ədəd qaynaq aparatını, 1 ədəd təkər açıb-bağlayan aparatı, 2 ədəd 110A-lik akkumlyatoru, 7 ədəd dəmir materialdan olan tyaqanı, 4 ədəd tyaqa başlığını, 2 ədəd 52mm kardan kristavinlərini, 1 ədəd qaynaq aparatının üz sipərini, eləcədə paslamış vəziyyətdə olan açar və alətlər dəstini təqdim edib satacağını bildirmişdir. O, Hikmətdən bu qədər avadanlıqları haradan və necə əldə etməsini xəbər almışdır. Hikmət isə usta olduğunu, usta işləyərkən həmin avadanlıqları ucuz qiymətə alıb topladığını, hazırda isə Bakı şəhərindən işləmək üçün rayona köçdüyünü deyib onları satmaq qərarına gəldiyini bildirmişdir. O da Hikmətə inanıb həmin avadanlıqların oğurluq olmaması qənaətinə gəlmişdir. Bu səbəbdən də qeyd edilən avadanlıqları metal qiymətinə çəkib ümumilikdə 300 manat pul müqabilində Hikmətdən satın almışdır. Aldığı bütün avadanlıqları Hikmətin şəxsiyyət vəsiqəsinin arxasında qeyd edib ona imza etdirmiş, ayın tarixini yazmışdır. Bundan sonra Hikmət onun işlədiyi məntəqəyə bir daha gəlməmişdir. Hikmət həmin avadanlıqları ona satarkən işlək vəziyyətdə olmadığını bildirmişdir. Bu səbəbdən də o, qeyd edilən avadanlıqların işlək olub-olmamasını yoxlamadan onların hamısını metal qiymətinə satmışdır. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, ondan bütün metalları, həmçinin avadanlıqları bu işlərlə məşğul olan müxtəlif şəxslər gəlib satın alıb aparır və zavodlara verirlər. Aldığı bütün növ metalların hər bir kiloqramının üstünə əlavə olaraq 1 manat pul qoymaqla satır. Hazırda da ondan metal alan şəxslərin çox olduğunu, lakin onların bəzilərini tanısa da çoxlarını yaxşı tanımadığını qeyd etmişdir. Həmin avadanlıqları digər metal və avadanlıqlarla birlikdə ondan metal qəbul edən şəxslərdən birinə satmışdır. Lakin, üstündən xeyli vaxt keçdiyi üçün hazırda həmin şəxsləri xatırlamadığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, həmin avadanlıqların oğurluq olmasını qabaqcadan bilsəydi bu barədə polisə məlumat verərdi. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “xxxx” MMC-də 2011-ci ildən texniki direktor vəzifəsində işləyir. 10.04.2020-ci il tarixdə səhər saatlarında işə gedən zaman işlədiyi şirkətdə briqadir vəzifəsində çalışan Zərərçəkmiş şəxs1 onun şəxsi istifadəsində olan ***-***-**-** olan mobil nömrəsinə zəng vuraraq Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən “Şahqaya” daş karxanasının ərazisindəki “xxxx” ASC-nin zavodunun boksundan texniki avadanlıqların oğurlanması barədə məlumat vermişdir. Anbarlarda yerləşən texnikaların ehtiyyat hissələrin, avadanlıqların saxladığı 2 ədəd dəmir konteynerlərin və çilingərlərin açar, alətlər dəsti saxlayan evin qapılarına vurulmuş dəmir qıfılları sındıraraq avadanlıqları aparmışdırlar. Bundan sonra o, rəhbərliklə razılaşaraq hadisə barəsində DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Səhəri gün, yəni 11.04.2020-ci il tarixdə, saat 09 radələrində işə gəldikdə ona işçiləri tərəfindən hərtərəfli yoxlama nəticəsində aşkar olunmuşdur ki, yük maşınlarına məxsus əlavə oğurlanmış ehtiyyat hisssələri vardır. Bundan başqa Şahid1 onu da qeyd etmişdir ki, zavodun ərazisindən təzə 08 ədəd yük maşının təkər diski 01 ədədinin qiyməti 150 manat, təzə 05 ədəd yük maşınını təkər kamerası və filipperi 01 ədədinin qiyməti 40 manat, 3 ədəd 30 tonluq qaldırıcı kran (domkrat) işlək vəziyyətdə 01 ədədinin qiyməti 80 manat, 1 ədəd qaynaq aparatı işlək vəziyyətdə 250 manat , 01 ədəd drel işlək vəziyyətdə 300 manat, 01 ədəd təkər açıb-bağlayan aparatı işlək vəziyyətdə 450 manat, 01 ədəd açar və alətlər dəsti 250 manat 02 ədəd , təzə 110A-lik akkumlyator 01 ədədinin qiyməti 160 manat, 01 ədəd işlək vəziyyətdə yuyucu aparatı, (Karcher) Almaniya istehsalı 4000 manat, bundan başqa təmir olunmuş 07 ədəd reaktiv tiaqası 01 ədinin qiyməti 140 manat, təzə 04 ədəd tayaqanın başlığı 01 ədinin qiyməti 30 manat, təzə 02 ədəd 52 mm kardan kristavini 01 ədinin qiyməti 45 manat, 01 ədəd qaynaq aparatın üz sipəri 30 manat dəyərində oğurlanmışdır. Ümumilikdə “xxxx” MMC-də 8430 (səkkiz min dörd yüz otuz) manat dəyərində maddi ziyan vurulmuşdur. Həmçinin o, qeyd etmişdir ki, “xxxx” ASC-nin zavodunun ərazisini 01 aprel 2020-ci il tarixədək Qaradağ rayon mühafizə polisinin 2 nəfər əməkdaşı tərəfindən 24 saat ərzində mühafizə olunur. Həmin ərazi əvvəllər mühafizə polisi tərəfində təhvil alındığına görə ona görə ərazini təhvil təslim etməmişlər. Həmin mühafizə polisi ilə şirkət arasında bağlanmış müqavilə təxminən 31.03.2020-ci il tarixdə bitdiyinə görə şirkətin ərazisi “TRUST-SS” mühafizə şirkətinin əməkdaşı tərəfindən mühafizəsiz təşkil olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25 dekabr 2020-ci il tarixli ifadənin yerində yoxlanılmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2020-ci il tarixdə gecə saat 01 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, “Şahqaya” daş karxanasının ərazisində “xxxx”-nə məxsus “xxxx” MMCnin saxlanc yeri hesab edilən iki ədəd konteynerindən oğurluq etməsini əyani surətdə, hadisə yerində göstərməklə ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25 dekabr 2020-ci il tarixli ifadənin yerində yoxlanılmasına dair protokoldan da görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2020-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolunun sağ tərəfində “Qobu Park” Yaşayış Kompleksinin yaxınlığında yerləşən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inşası davam etdirilən Tibb İdarəsinin inzibati binasından üç ədəd havalandırma mühərriklərini götürdüyü yeri və həmin mühərrikləri daşıyıb yığdığı yeri əyani şəkildə göstərməklə ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətinin arxa tərəfində Şahid2 tərəfindən yazılmış qəbzdən görünür ki, o, Təqsirləndirilən şəxs 05 mart 2020-ci il tarixdə 9 kiloqram mis materialdan olan simləri 90 manat pul müqabilində ondan almışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətinin arxa tərəfində Şahid2 tərəfindən yazılmış qəbzdən görünür ki, o, Təqsirləndirilən şəxs 10 aprel 2020-ci il tarixdə 8 ədəd təkər diskini, 5 ədəd təkər kamerasının filipperini, 3 ədəd avtomobil qaldırıcısını, 1 ədəd qaynaq aparatını, 1 ədəd təkər açıb bağlayan aparatı, 2 ədəd 110-luq akumlyatoru, 7 ədəd tyaqanı, 1 ədəd tyaqa başlığını, 2 ədəd kardan kristavinlərini, 1 ədəd qaynaq aparatının üz sipərini və köhnə açar dəstini 300 manat pul müqabilində ondan satın almışdır. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 22.06.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilinib 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 12.12.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 23 iyul 2020-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin residivini yaratmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələbindən aydın olur ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə görə cinayətin residivi zamanı məhkum olunmuş şəxslər azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkirlər. Həmin Məcəllənin 66.5-ci maddəsində göstərilir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 390 (üç yüz doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ona təyin olunmuş hazırki cəza, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Qaradağ rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmü ilə hal-hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Cəzasının əvvəli 23 iyul 2020-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 390 (üç yüz doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi Zülffi oğlunun vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-168/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-168/2021
03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver