Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-168/2022 30.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1956-cı ildə Yardımlı rayonu, Bilnə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, "xxxx" MMC-də kran operatoru işləmiş, əvvəllər məhkum olunmamış, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 19 yanvar 2018-ci il tarixli əmək müqaviləsi əsasında Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 1083 ünvanında yerləşən "xxxx" MMC-də kran operatoru vəzifəsində işləyərkən 27 yanvar 2022-ci il tarixdə, gecə növbəsində, MMC-nin həmin ərazisində yerləşən 2 saylı sahəsindəki müvəqqəti dayanacaqda özünün idarə etdiyi “Terex” markalı, “RT100” modelli mobil yolsuzluq kranını saxlayıb növbəti iş tapşırığını gözlədiyi müddətdə, saat 23:00-da olan yemək fasiləsinə getmək üçün özünə məxsus mobil telefon cihazını kranın kabinində elektrik cərəyanına qoşduqdan sonra onun oğurlana biləcəyini ehtimal edərək kranı yeməkxanadan görə biləcəyi yerdə saxlamaq qərarına gələrək saat 22:45-də heç bir tapşırıq və göstəriş olmadan özbaşına olaraq kranı hərəkətə gətirib “Sahənin hərəkət interfeysi”nin “Sürücülər (operatorlar)” başlığının tələblərinə görə nəqliyyat vasitələrini idarə edərkən bütün müvafiq və mövcud yol təhlükəsizlik tələblərinə, işarələrinə əməl etməli, “TEREX” markalı, "xxxx" modelli yolsuzluq kranın pasportunun “Yolda idarəetmə” başlığının tələblərinə əsasən yolla hərəkət edərkən kran ətrafında olan sahəni tam və aydın şəkildə görməli, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın tələblərinə əsasən əmək nizam-intizamına riayət etməli, rəhbərliyin tapşırığını dəqiq yerinə yetirməli, müvafiq təlimat və qaydalar ilə müəyyən edilmiş əməyin mühafizəsinə və təhlükəsizlik texnikasına dair tələblərə tam riayət etməli olduğu halda cinayətkarcasına etinasızlıq edərək həmin tələbləri pozaraq 3-4 metr irəli getdikdən sonra təhlükəli şəraitdə sağa dönmə əməliyyatı edib həmin vaxt MMC-nin 2 saylı sahəsindəki iş yerindən çıxıb yeməkxana istiqamətində piyada gedən və mobil yolsuzluq kranı dönmə hərəkəti etdiyi vaxtda onun sağ tərəfində qalan, eyni MMC-də qaynaqçı vəzifəsində işləyən zərərçəkmiş şəxs 03 oktyabr 1963-cü il təvəllüdlü X16 üzərindən kranın sağ ön və arxa təkərləri ilə keçərək ona ümumilikdə həyatla bir araya sığmayan xəsarətlərə aid olan ağır zərərvurmaya aid döş sümüyünün hər iki tərəfli İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X-Xİ-Xİİ qabırğaların çoxsaylı, yerdəyişən sınıqları, sağ aşağı ətrafın bud-çanaq oynağından natamam amputasiyası, ölümə səbəb olmuş baş beyinin əzilib-dağılması və evakuasiyası, daxili orqanların (ürək, hər iki ağciyər, qaraciyər) hissəvi evakuasiyası (xaricə çıxması), kəllə sümüklərinin çoxqəlpəli, açıq sınıqları, üz-sklet sümüklərinin qəlpəli, çoxsaylı sınıqları xəsarətləri yetirərək texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi həmin qaydaları pozub ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, hər hansı psixi xəstəlikdən və kəmağıllılıqdan əziyyət çəkməmiş, çəkmir, hər hansı ağır hadisələrə düçar olamışdır. 20 ildən çoxdur ki, spirtli içki içmir, siqaret çəkmir, çəkməmişdir, narkotik maddələr qəbul etmir, etməmiş, sağlamlıq ilə bağlı heç bir şikayəti yoxdur, tam sağlamdır. 1975-1977-ci illərdə müddətli hərbi xidmətdə olmuş, təxris olunduqdan sonra Qaradağ rayonu ərazisində yerləşən daş karxanasında maşinist vəzifəsində işləmiş, 1979-1981-ci illərdə Rusiya Federasiyasına getmiş, orada kran operatoru ixtisası üzrə orta ixtisas təhsili almışdır. 1982-ci ildə Azərbaycan Respublikasına qayıtmış, qayıtdıqdan sonra isə indiki adı ilə Heydər Əliyev adına X36 kran operatoru kimi işləməyə başlamışdır. 2012-ci ildə "xxxx" MMC-yə işə qəbul olmaq üçün ərizə ilə müraciət etmiş, ərizəsi əsasında şirkətə dəvət edilmiş, orada bilik səviyyəsi yoxlanılmış, imtahanlara cəlb edilmiş, müvəffəqiyyət əldə etdikdən sonra onu kran operatoru vəzifəsinə işə qəbul etmişlər, onunla MMC arasında əmək müqaviləsi bağlanmış, müqaviləni imzalamış, işə qəbul olunmağı ilə bağlı əmr verilmiş, bundan sonra o, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydaları ilə bağlı kurslara cəlb edilmiş, kurslar bitdikdən sonra təlimatlandırılmış, bu barədə bütün sənədləri imzalamış, geyim forması ilə tam təmin edilmiş, bundan sonra işə buraxılmışdır. Sonrakı müddətdə vəzifə dəyişikliyi ilə əlaqədar əmək müqaviləsinə əlavə olunmuş, bununla bağlı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırılmışdır. "xxxx" MMC-nin fəaliyyət istiqaməti dənizdə neft çıxartma, eləcə də dənizdə görülən digər işlərlə bağlı lazım olan konstruksiyaların yığılması, boruların quraşdırılması və s əlaqədar işlərin görülməsindən ibarətdir. MMC-nin strukturu və iş qaydaları belədir: MMC-də görülən işlərlə bağlı bir neçə departamenti vardır. Bunlar quraşdırıcılar, qaynaqçılar, kran operatorları, mexaniklər, qızdırıcılar, boyaçılar və s vəzifədə işləyən işçilərin tabe olduğu ayrı-ayrı departamentlərdir. Misal olaraq “Yükqaldırma” depatamenti, “Qaynaq” departamenti və s. Həmin departamentdə vəzifə tabeçiliyi ardıcıllığı belədir: quraşdırıcı-briqadir-formen(usta)-senyor formen (böyük usta)-rəhbər-menecer (müdir). Hər departamentdə bir neçə briqadir, formen (usta), senyor formen, rəhbər və menecer (müdir) olur. MMC-də iş rejimi gecə və gündüzdür. MMC-nin iş gücü böyükdür və işçiləri çoxdur. Odur ki, hər bir rəhbər işçi öz iş saatlarındakı işə və ona təhkim edilmiş işçilərə cavabdehdir. İş qaydasını görə gündüz və ya gecə işə başlamazdən əvvəl işçilər öz departamentlərinin toplanış yerində toplanır. Toplanışda briqadir, formen və digər rəhbər işçilər iştirak edir. Orada işçilər briqadir və ya formen tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə bağlı gündəlik təlimatlandırılır, işçilər bu barədə sənədləri imzalayır, onların geyim forması yoxlanılır, işçilər görəcəkləri işlər üzrə bölünür, məlumatlandırılır, daha sonra işləyəcəkləri əraziyə gedirlər. İşlədikləri ərazidə isə onları görəcəkləri işlərin xarakterinə əsasən yenidən briqadirləri təlimatlandırır və bundan sonra işçi işə buraxılır. İşlədikləri ərazidə onların işlərinə birbaşa cavabdeh şəxs briqadirdir. Amma bir departamentin işçisinə nəzarəti həmişə eyni departamentin briqadiri etmir. Bunu belə izah etmişdir ki, məsələn, əgər qaynaq departamenti ərazidə qaynaq işləri görürsə və orada əsas iş qaynaq işidirsə orada cavabdeh briqadir qaynaq departamentinin briqadiridir. Amma qaynaq işləri görülərkən oraya quraşdırıcı və ya başqa departametinin işçisini də çağırmaq lazımdırsa onda iş bölgüsünə əsasən quraşdırıcı və ya başqa departamentdən oraya işçi göndərilir. Belə olanda əsas iş qaynaq işi olduğundan cəlb edilmiş quraşdırıcını və ya başqa işçini qaynaq departametinin briqadiri, yəni orada işə nəzarət edən briqadir təlimatlandırır və onun işinə nəzarət edir. Amma işin gedişində əlavə işə cəlb edilmiş quraşdırıcını və ya başqa işçini tabe olduğu departamentin rəhbər işçiləri də həmin departamentinin işçisi kimi ona aid olan hissədə yoxlaya bilər. Bundan başqa, MMC-də tikinti depatamenti vardır. Oranın menecerləri isə onlara təhkim edilmiş ərazilərdə bütün xidmət sahələri üzrə nəzarəti həyata keçirir, yəni onlar digər bütün növ departamentlərinin işçilərinə nəzarət edir, ümumi işin təşkilini, yoxlanılması, keyfiyyətini və s yoxlaya bilir. Görüləcək işlər barədə plan vardır, həmin planlar rəhbər işçilər tərəfindən departamentlərin menecerlərinə verilir, onlar da öz növbələrində iş bölgüsü barədə daha aşağı vəzifəli şəxlərə tapşırıqlarını verir və iş bölgüsünü aparır. Bildirmək istəmişdir ki, hazırda onların departamentində gecə növbəsində menecer vəzifəsi boş olduğundan həmin vəzifəni departamentin formeni (ustası) Şahid2 icra etmişdir. Odur ki, gündəlik iş tapşırıqlarını Tikinti departamentindən o almalıdır. İş qrafikinə əsasən MMC-də iki növbə vardır: gündüz və gecə növbələri. Gündüz növbəti saat 07:30-dan 16:30-dək, gecə növbəsi isə 18:30-dan 03:30-dəkdir. İşçilər növbələr üzrə işə cəlb olunurlar. Bundan başqa hər növbə müddətində işçilərə iki dəfə çay fasiləsi, bir dəfə isə yemək fasiləsi verilir. Gecə növbəsində çay fasiləsi 21:00-da, yemək fasiləsi 23:00-da, sonuncu çay fasiləsi isə 03:00-dadır. Yemək MMC-nin yeməkxanasında verilir. O, Yükqaldıma departamentinin işçisidir. Onların departamentinin işinə mobil kranlar, çəngəlli maşınlar və digər oxşar texnikalarla işlərin görülməsi, həmin işlərin görülməsi zamanı qoşucuların işinin təşkili və s daxildir. O, kran operatoru kimi 90 ton yük qaldırma qabiliyyəti olan “Terex” markalı, “RT100” modelli mobil yolsuzluq kranı idarə edir, hazırda gecə növbəsində işləyir. xx.xx.2022-ci il tarixi onun iş günü olmuşdur, iş saat 18:30-da başlamış, o, işdə olmuşdur. İşə başlamazdan əvvəl Yükqaldırma departamentinin gecə növbəsinin işçiləri ərazidəki toplanış yerində toplaşmış, toplanışda onların departamentin işçiləri, briqadirlər və formen iştirak edirmiş. Toplanışda hər bir işçi formen-usta X26 tərəfindən hər gün olduğu kimi əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimatlandırmış, onların geyim formaları yoxlanılmış, bundan sonra onlar müvafiq sənədlərə imza çəkmiş, iş planına uyğun olaraq onlar görəcəyi işlər barədə məlumatlandırıb ərazi üzrə bölünmüş, bundan sonra işləyəcəkləri ərazilərə getmişlər. Toplanışda və təlimatlandırmada o da sona qədər iştirak etmişdir. Həmin günün iş planına əsasən MMC-nin 2 saylı sahəsində quraşdırma işlərinə iki yolsuzluq kranı cəlb edilməli idi. Odur ki, iş planına əsasən həmin sahəyə iki yolsuzluq kranı ayrıldı, həmin kranların sürücülərindən biri də o olmuşdur. Operatorlar təlimatlandırılmadan sonra dayanacağa gedərək idarə etdikləri texnikanı orada təhvil alırlar və texnika ilə onlara iş tapşırılan sahəyə gedirlər. Həmin sahədə iş bitdikdən sonra onlar ya həmin sahədə təhlükəsiz yerdə dayanır, ya da növbəti iş görəcəkləri yerə gedir, ya müvəqqəti dayanacaqda dayanıb gözləyir, ya da işi bitdikdə dayanacağa gedərək texnikanı orada saxlayırlar. Təlimatlandırılmadan sonra o, özünə təhkim edilmiş, idarə etdiyi mobil yolsuzluq kranını dayanacaqdan yoxlayıb götürərək idarə edib 2 saylı sahəyə gəlmiş, çünki tapşırıq vərəqəsinə əsasən o, həmin sahədə görüləcək quraşdırma işlərinə cəlb ediləcəkmiş. Onlarla birlikdə briqadir Şahid3 Namiq oğlu da gəlmişdir. 2 saylı sahədə quraşdırma işləri aparan departamentin briqadiri Şahid3la danışıqdan sonra məlum olmuşdur ki, onlara bir kran lazımdır. Odur ki, o, onunla eyni vaxtda gələn digər az yükqaldırma qabiliyyəti olan kran operatoruna işi tapşırmışdır. Bir az sonra Şahid2 ona tapşırıq verərək növbəti tapşırığa qədər 2 saylı sahədə olan müvəqqəti dayanacaqda, parklanma yerində dayanmağını tapşırnışdır. Odur ki, o, deyilən yerə gedərək orada növbəti tapşırığı gözləməyə başlamışdır. Müvəqqəti dayanacaq 2 saylı ərazidə, boya sexinin arxasında, ona perpendikulyar olan anbarın qarşısındadır, həmin yerdə xüsusi parklanma yeri vardır, həmin yer, eləcə də 2 saylı ərazi ümumilikdə işıqlandırılır. Həmin vaxt Şahid2 başqa sahədə olmuşdur. Təxminən 1 saat sonra briqadir Şahid3 ona tapşırıq verərək bildirmişdir ki, 11 saylı sahədə yük qaldırma işləri var, o, ora getsin. O, tapşırıq əsasında qeyd edilən sahəyə getmiş və orada ona tapşırılan işləri görmüşdür. Birinci çay fasiləsində o, 11 saylı ərazidə olmuş, orada çay içmiş, daha sonra işini davam etdirmiş və işini tamamladıqdan sonra yenidən 2 saylı sahəyə, müvəqqəti dayanacağa qayıtnışdır. O, növbəti işin 2 saylı sahədə olacağını bilirmiş, çünki toplanışda bu deyilmişdi, bundan başqa daimi olaraq dayandığı dayanacaq həmin sahədə yerləşirdi. Odur ki, birbaşa ora gəlmişdir. Sonrakı müddətdə o, boş olmuş və kranın “kabin”də oturub növbəti tapşırığı gözləmişdir. Saat 22:40-45 radələrində o, yemək vaxtının çatdığını görmüşdür. Həmin vaxt telefonunun enerjisi az qalmış, odur ki, o, yeməkxanaya getməzdən əvvəl onu kranın kabinəsində cərəyana qoşmaq qərarına gəlmişdir. Lakin fikirləşmişdir ki, telefonu kranın idarəetmə kabinəsindən kimsə oğurlaya bilər, odur ki, kranı yeməkxanaya yaxın əraziyə sürmək istəmişdir ki, onu uzaqdan görə bilsin. Bu məqsədlə o, mobil yolsuzluq kranını hərəkətə gətirmiş və dayandığı yerdən hərəkət başlayıb 10 metr düzünə hərəkət etdikdən sonra sağa dönmə hərəkəti etməyə başlamışdır. Ərazi böyük olduğundan o, dönməni tam və rahat edəcəyini bilirmiş. O, hərəkətə başlamazdən əvvəl ətrafa baxmış, ətrafda heç kimi görməmişdir. Bundan başqa hərəkət başlamazdan əvvəl o düşünmüşdür ki, həmin ərazi iş sahəsi deyil, boş ərazidir, iş sahəsi onun dayandığı yerin qarşısındadır, uzaqdadır, o oranı rahatlıqla görürmüş, ona görə də hesab etmişdir ki, ərazidə heç kim olmaz. İdarə etdiyi kranın qaldırıcı qolu kranın sağ yan hissəsindədir, qol sağ yan istiqamətdə görüntünü məhdudlaşdırır, ona görə də sağa baxanda orada olan maneə və ya insanı görməmək mümkündür. O, dönmə hərəkətini tamamlayıb boya sexi istiqamətində yola düzələndə birdən kranın arxa sağ təkərinin altında nəyinsə qaldığı hiss etmiş, düşünmüşdür ki, hansısa dəmirin və ya avadanlığın üstündən keçmiş, odur ki, kranı dayandırmışdır. Ərazi hündür dayaqların başına bərkidilmiş yüksək işıqlandırma qabiliyətinə malik işıqlarla işıqlandırıldığından və həmin işıqlar gözünə düşdüyü üçün ərazini tam görmə məhdudiyyəti yaranırmış. Odur ki, o, kabinənin qapısını açaraq bayıra çıxmış və həmin vaxt bir nəfər işçisinin uzaqdan əl ilə işarə edərək ona tərəf gəldiyini görmüş. Onda əmin olmuşdur ki, o nəyinsə üstündən keçmişdir. Krandan aşağı düşəndə isə o bilmişdir ki, üstündən keçdiyi əşya deyil, adam imiş. O, meyiti görəndə halı pisləşmiş, bir dəqiqə içində başqa işçilər də hadisə yerinə toplaşmışlar. Bir az sonra onu tibb məntəqəsinə aparmışlar. Sonrakı hadisələr barədə məlumatı yoxdur. Təxminən 1 saat sonra prokurorluq əməkdaşı tibb məntəqəsinə gələrək hadisə barədə soruşmuşdur. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, o, sağ arxa təkərin altında nəyinsə qaldığını hiss etmiş, ön təkərin altında nəyinsə qaldığını hiss etməmişdir. O, kranı hərəkətə gətirməzdən əvvəl kranın yaxın və uzaq vuran işıqlarını yandırmış, amma kranın sayrışan işıqlarını yandırmamışdır, eləcə də hərəkətə başlamazdan əvvəl və ya sonra siqnal və ya xüsusi səs siqnallarından istifadə etməmişdir. Çünki ərazi boş və geniş olmuş, eləcə də ora iş sahəsi deyilmiş, ona görə də hesab edirmiş ki, orada kimsə olmaz. O, ondan sağda olan iki nəfər şəxsi və ya ümumiyyətlə kimisə görməməyinin səbəbini hərəkətə başlayanda onların onun sağ tərəfində qalması isə izah edə bilər. Hadisədən sonra o başa düşmüşdür ki, o, hərəkətə başlayıb təxminən 3-4 metr irəli gedəndə onlar onun sağ yanında və bir qədər arxasında qalıb, daha sonra o dönmə hərəkəti edəndə onların arxası istiqamətində gəlmiş, həmin vaxt onlar onun görmə dairəsindən çıxıbdır. Amma o yerində dönmə etsəydi onda onlar birbaşa onun qarşısında görünərdilər. Onun yerində dönmə etməməyinin səbəbi isə ərazinin boş və geniş olmasını nəzərə alıb dönmə əməliyyatı etməyi olubdur. Hadisə zamanı onun hərəkət sürəti 5-10 km/saat olarmış. Ümumiyyətlə mobil yolsuzluq kranının sürət ölçəni yoxdur, mobil kranlarda yalnız mühərrikin dönmə anını göstərən taxometr olur, buna baxmayaraq onun maksimum surəti təxminən 30 km/saat ola bilir, dönmə zamanı isə sürət 5-10-dan çox ola bilməz. Təlimata əsasən özü yeriyən texnikalar, mobil texnikalar, avtomobillər MMC ərazisində olan yollarla hərəkət edir, yollar onlar çox yerdə asfalt örtükdür, digər yollar da bəllidir, bütün yollarda işarələr vardır. Onlar eləcə də o təlimatlara əsasən həmin yollarla hərəkət edirmiş, həmin yollardan kənara çıxaraq iş sahəsinə daxil olanda isə bunun üçün lazım olan təhlükəsizlik tədbirlərinin görürmüş, iş sahəsində isə onların hərəkətləri ilməçilər-qoşucular tənzimləyir. Onun yolsuzluq kranını saxladığı yer daimi olaraq dayandığı dayanacaqdır, xüsusi ayrılmış yerdir, həmin yerdə bu barədə işarə var. Bundan başqa dayanacaq boya sexinin arxasındakı yolun kənarındadır, yolda hərəkət istiqaməti barədə işarə vardır. O, işarələrin tələblərini pozmamışdır. Bundan başqa təlimatlara əsasən piyadalar özüyeriyən texnikalarla ara məsafəsi saxlamalı, yollarla hərəkət etməməlidir. O, hadisə nəticəsində ölmüş X27 əvvəllər tanımamışdır, onunla hər hansı münasibəti, eləcə də düşmənçiliyi və ya ədavəti olmayıb. Hadisə yerində meyit tanınmaz halda olduğundan, eləcə də o, ona baxa bilmədiyindən ölmüş şəxsin simasını görə bilməmişdir. O, hadisənin birbaşa şahidlərinin kimlər olduğunu bilmir. O, hərəkətə başlamazdan əvvəl və hərəkətdə olduğu müddətdə ətrafda heç kimi görməmişdir. Nə hadisə günü, nə də ondan əvvəl o hər hansı güclü təsiredici dərman vasitəsi, narkotik maddə qəbul etməmiş, spirtli içki içməmişdir. Kranın kor nöqtələri ilə əlaqədar ona başqa şəxs tərəfindən köməklik o halda edilməlidir ki, kranın ayaqları açılsın, kranın qolu ilə iş görülsün. Kran ərazidə hərəkətdə olduqda, yəni yerdəyişmə edildikdə başqa şəxsin kömək etməsi barədə tələb yoxdur. Bundan başqa hadisə yeri müəssisənin ərazisi olsa da iş sahəsi deyil. O, kranın arxasını anbara tərəf saxlamışdır, anbar dənizə və boya sexinə nisbətdə 90 dərəcə bucaq altındadır, kran isə 70 dərəcə bucaq altında üzü dənizə dayanmışdır. Kranın sağ tərəfindən boya sexi vardır, ön-sol tərəfdə isə qaynaqçılar iş görürmüş. Onun dayandığı yerlə onların iş gördüyü iş sahəsi arasında 50 metrdən çox məsafə var, eləcə də onların iş sahələrinin ətrafı təhlükəsizlik dayaqları və lenti ilə bağlanmışdır. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb edilir, əməlindən çox peşmandır, hadisədən sonra zərərçəkmiş tərəfə əlindən gələn bütün maddi və mənəvi köməklikləri göstərmişdir. Bundan başqa ailədə yeganə qazanc gətirən şəxs olmaqla arvadı da heç bir yerdə işləmir, həmçinin oğlu X30 hərbi xidmətdə olarkən kəllə-beyin travması almış, 2012-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra psixi xəstəliyə tutulmuş, hal-hazırda tam anlaqsız olmaqla şizofreniya paranoid forma xəstəliyindən əziyyət çəkir və onun himayəsindədir. Zərərçəkmiş şəxsin hüquqi varisiylə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X17 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 1987-ci ildə X31 ilə ailə qurmuş, nikaha daxil olmuş, birgə nikahdan övladları 1988-ci il təvəllüdlü Şamilova (Axundzadə) Rəfiqə İlqar qızı, 1990-cı il təvəllüdlü X20 və 2004-cü il təvəllüdlü X32 doğulubdur. Qızları evlidir, ailələri ilə birlikdə başqa ünvanda yaşayırlar, oğlu isə onlarla birlikdə yaşayır, təhsili ilə bağlı hazırda Türkiyə Respublikasındadır. X15 orta-ixtisas təhsilli idi, müddətli hərbi xidmətdə olmuşdur, hər hansı xəstəlikdən, kəmağıllıqdan və ya psixi xəstəlikdən əziyyət çəkmirmiş, tam sağlam olmuş, el məclislərində spirtli içki qəbul edirmiş, siqaret çəkmirmiş, narkotik maddələr qəbul etmirmiş. X15 Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesi 1083 ünvanında yerləşən "xxxx" MMC-də qaynaqçı işləyirmiş. Onun iş qrafikinə əsasən o, gecə növbəsində işləyirmiş, o, işə getmək üçün evdən 17:00-da çıxırmış, növbəti gün 04 radələrində isə evə gəlirmiş. Ailələrini maddi cəhətdən X31 təmin edirmiş, ailədə ondan başqa işləyən yox imiş. İş yerində onun müdirinin kim olduğunu bilmir, amma işi və ya rəhbərliyi ilə bağlı hər hansı şikayəti və ya narazıçılığı yox idi. Sonuncu dəfə X15 evdən xx.xx.2022-ci il tarixdə, saat 17:00-da evdən çıxmış, o, işə MMC-nin servis avtobusu ilə getdiyi üçün evdən eyni vaxtdan çıxırmış. Evdən çıxanda o, özünün normal hiss edirmiş, onda hər hansı şübhəli və ya qeyri adi hall olmamışdır. xx.xx.2022-ci il tarixdə gecə saatlarında qohumları, daha sonra isə o bilmişdir ki, İlqar Şamilov iş yerində ölübdür. Hadisə barədə ona danışıb bildirmişlər ki, İlqar Şamilov iş yerində qaldırıcı kranın altında qalaraq ölübdür. Hadisənin təfərrüatlarını bilmir, bu barədə maraqlanmamışdır. X8 heç kimlə düşmənçiliyi və ya ədavəti yox idi, o, xaraktercə sakit idi, aqresiv, davaya meyilli deyildi, deyib gülməyi sevirdi. Zərərçəkmiş şəxsin hüquqi varisi X17 məhkəməyə yazılı ərizə təqdim edərək, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 1999- 2015-ci illərdə müxtəlif şirkətlərdə fəhlə, usta, qaynaqçı köməkçisi, qaynaqçı vəzifələrində işləmişdir. Həmin sahələrlə bağlı müxtəlif dərəcəli sertifikatları var. 2015-ci ildə "xxxx" MMC-yə işə qəbul olmaq üçün ərizə ilə müraciət etmiş, ərizəsi əsasında şirkətə dəvət edilmiş, bilik səviyyəsi yoxlanılmış, imtahanlara cəlb edilmiş, müvəffəqiyyət əldə etdikdən sonra onu qaynaqçı vəzifəsinə işə qəbul etmişlər, onunla MMC arasında əmək müqaviləsi bağlanmış, müqaviləni imzalamış, işə qəbul olunmağı ilə bağlı əmr verilmiş, bundan sonra o, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydaları ilə bağlı kurslara cəlb edilmiş, kurslar bitdikdən sonra təlimatlandırılmış, bu barədə bütün sənədləri imzalamış, geyim forması ilə tam təmin edilmiş, bundan sonra işə buraxılmışdır. O, Qaynaq departamentinin işçisidir. Onun departamentinin işinə konstruksiyaların quraşdırılması və ya əlaqədar işlərin görülməsi zamanı qaynaq işlərinin görülməsi daxildir. O və X7 departamentinin işçiləridir, qaynaqçıdırlar və gecə növbəsində işləyirlər. Departamentdə onların briqadiri X12, onların briqadanın formeni (ustası) X33, qaynaq üzrə rəhbər isə Şahid4dur. xx.xx.2022-ci il tarixi onun iş günü olmuşdur, iş saat 18:30-da başlamışdır, o işdə olmuşdur. İşə başlamazdan əvvəl gecə növbədə olan Qaynaq departamentinin qaynaqçıları, briqadirlər, formenlər, eləcə də o və X31 ərazidə toplaşmış, Ziyad Səlimov hamıya gündəlik əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını izah etmiş, bu barədə sənədləri imzalatmış, geyim formalarını yoxlamış, işçiləri iş planına uyğun olaraq sahələr üzrə bölmüş, bundan sonra işçilər onlara tapşırılan işlər üzrə əraziyə getmişlər. Yuxarıda göstərdiyi kimi iş planına uyğun olaraq briqadirlər birbaşa qaynaq departamentinə aid olan işlərdə briqadir kimi qaynaqçılara rəhbərlik edir. Amma bəzi işçilər başqa departametlərin işlərinə əlavə kömək kimi göndərilir. Belə olan halda isə həmin işçinin işinə rəhbərlik edən briqadir işə cəlb edildiyi departametin briqadiri olur. Həmin günü X31 və o, 2 saylı sahədə quraşdırma işləri görən quraşdırma departamentinin işlərində qanaq işləri görmək üçün göndərilmişdir. Odur ki, həmin sahədə onların işlərinə nəzarət edən quraşdırıcılar departametinin briqadiri X34 olubdur. İşçilər iş sahəsində işə başlamazdan əvvəl briqadir tərəfindən işin xarakterinə əsasən yenidən təlimatlandırılır. Eyni qaydada X31 və o, X34 tərəfindən təlimlandırılmış, bundan sonra işə buraxılmışlar. Onların iş gördüyü ərazi 2 saylı sahədə imiş, həmin yer boya sexinin arxasında yerləşir və həmin yer təhlükəsizlik lentləri və dəmir dayaqlarla əhatə edilmişdir, eləcə də ətraf tam işıqlandırılmışdır. xx.xx.2022-ci il tarixində hava soyuq və küləkli olduğundan onlar qaynaq işlərini boş ərazidə konstruksiyadan quraşdırılmış otaqlarda görürmüş. İşə başladıqdan sonrakı müddətdə o, X31 ilə birlikdə ərazidə quraşdırılmış otaqda işləmiş, birlikdə qaynaq işləri görmüşlər. Saat 22:45-də bizim yemək vaxtları imiş. Odur ki, o və X9 22:40-da işi dayandırmış və yeməkxanaya getmək üçün birlikdə iş gördükləri otaqdan çıxmışlar. Onlar iş gördükləri otaqdan yeməkxanaya getmək üçün boya sexinin arxasındakı boş ərazi ilə bir istiqamətdə piyada gəzərək getməyə başlamışlar. Onlar otaqdan çıxanda onunla üzbəüzdə, boya sexinə perpendikulyar yerləşən, qaynaq işləri gördükləri yerə paralel olan anbarın yan tərəfindəki müvəqqəti dayanacaqda üzü onlara istiqamətdə mobil yolsuzluq kranı dayanmışdı. Mobil yolsuzluq kranları və digər texnikalar boş olduqda həmişə eyni yerdə, müvəqqəti dayanacaqda dayanır və ona veriləcək tapşırıqları gözləyir. Saat 22:40 radələrində onlar yolsuzluq kranını görəndə onun mühərriki işləyirdi, amma işıqları sönülü idi. Onlar ordan çıxanda mobil kranda kiminsə olub-olmamasına fikir verməmişlər. Yol boyu X31 ona avtomobil almaq istəməsi, hətta avtomobili seçdiyini, bazar günü onu sənədləşdirəcəyini deyirdi. Yol boyu X31 onun solu ilə hərəkət edirmiş. Onlar sahənin mərkəzi hissəsi geçib dayanacağın qarşısından keçəndə birdən arxadan gələn və dönmə əməliyyatı edən mobil yolsuzluq kranının sağ ön təkəri X6 ayağının üstünə çıxdı və anidən X31 təkərin altına düşdü. O, dərhal qolundan tutub onu çəkərək təkərin altından çıxartmaq istəmiş, amma onu dartmağa gücü və imkanı olmamış, eyni vaxtda o, sürücüyə kranı dayandırmasını qışqırmışdır. Lakin o, onu eşitmirmiş. Kranın təkX15nu özü tərəfə dartmağa başlamışdı, o, həm gücü çatmadığından, həm qorxduğudan, həm də təkərin onu da özünə tərəf çəkəcəyindən ehtiyat etdiyi üçün X16 qolunu buraxmışdır. Bu vaxt X16 üstündən kranın arxa təkəri də keçmişdir. O, hiss etmişdir ki, arxa sağ təkər X16 bədəninin üstündən keçmişdir. Həmin vaxt ətrafda olan başqa işçilərdən kimsə qaçaraq krana tərəf gəlməyə başladı. Sürücü onu görəndən sonra dayandı, krandan düşdü və kranın təkərlərinin X16 üstündən keçdiyini özü də gördü. O, eləcə də hadisə yerinə gələn digər işçilər hadisə barədə dərhal briqadir və “formen”lərə məlumat vermişlər. Çox qısa zaman sonra hadisə yerinə rəhbərlik gəlmişdir. Onlar onu və sürücünü tibb məntəqəsinə göndərmişlər. Bir müddət sonra prokurorluq və polis əməkdaşları tibb məntəqəsinə gələrək onlardan hadisə barədə soruşmağa başlamışlar. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, o, eləcə də X31 arxadan gələn mobil kranı görməmişdik. Eləcə də hadisədən az əvvəl arxadan gələn işıq, sayrışan işıq görməmiş, siqnal səsi eşitməmişlər. Mobil yolsuzluq kranının sayrışan işığı yansaydı onlar mobil kranın arxadan gəldiyini görərdilər. Amma siqnal səsi dəqiq olaraq eşitməmişlər. Ona görə hesab edir ki, sürücü sayrışan işığı yandırmamışdı və əmindir ki, siqnal verməmişdir. Sürücünün mobil kranın işıqlarını yandırıb yandırmadığını isə dəqiq bilmir, bu barədə heç bir fikri yoxdur. Təxmin edir ki, kranın surəti 5-10 km/saat olardı. X5 xəsarət yetirdiyini kranın ön təkərindən sonra arxa təkəri ilə onun üstündən keçib getdikdən sonra başa düşüb mobil yolsuzluq kranını saxladı. Hətta o, ilk olaraq insanın üstündən keçdiyini başa düşməmişdi, sadəcə sürücü onların hərəkətlərinə reaksiya verib kranı irəlidə saxladı, krandan düşdükdən sonra X16 üstündən keçdiyini bildi. Hadisəni ondan başqa birbaşa kimin gördüyünü bilmir. Amma kran X16 üstündən təkərləri ilə keçəndə onlar işlədiyi yer tərəfdə olan işçilər də hadisəni görüb sürücüyə mobil kranın hərəkətini dayanması üçün qışqırır və əl hərəkətləri edirdilər. Açıq ərazi olduğundan və hava küləkli olduğundan sürücü onların səsini eşitmirdi. Təlimatlara görə piyadalar müəssisədə müəssisə daxili yollardan kənarda, eləcə də texnikalardan aralı hərəkət etməlidir. Eləcə də texnika iş gördüyü ərazidə işçilər ondan bəlli məsafə saxlamalı, kor nöqtələrdə dayanmamalı, mümkün riskli halları qiymətləndirilməli və təlimata uyğun hərəkət etməlidir. Eləcə də xüsusi texnikalar, özü hərəkət edən texnikalar, bütün növ kranlar yollarla hərəkət etməli, iş görəcəkləri əraziyə yollarla gəlməli, yol qurtardıqdan sonra əraziyə texniki təhlükəsizlik qaydalarına riayət etməklə daxil olmalı, görmə məhdud olduğu halda bütün təhlükəsizik tədbirlərini gördükdən sonra hərəkət etməlidir. Hadisə baş vermiş ərazidə müvəqqəti dayanacaq vardır. Həmin dayanacağa qədər müəssisə daxili işarələr quraşdırılmışdır, Təqsirləndirilən şəxs yolsuzluq kranını saxladığı yer isə müvəqqəti dayanacaqdır. X16 vurulduğu yer müvəqqəti dayanacağın qarşısındakı boş ərazidir. Orada piyadaların hərəkəti qadağan edən hər hansı nişan yoxdur. Hadisə zamanı o, X31 ilə yanbayan, söhbət edə-edə gedirmiş, həmin vaxt normal addımlarla hərəkət edirmişlər, tələsmirmişlər, çünki yemək saatının başlanmasına hələ 3-4 dəqiqə var idi. O, sürücünü tanımırmış, amma hadisədən sonra bilmişdir ki, sürücü Təqsirləndirilən şəxsdur. O, da "xxxx" MMC-nin işçisidir. Hadisə günü X31 demək olar ki, iş başlayan saatdan onunla birlikdə olubdur. O, onda hər hansı sərxoşluq halı, eləcə də onda qeyri-adi hal hiss etməmişdir. X31 xaraktercə sakit adam idi, iki qızı və bir oğlu var, sağlam idi, o, onda hər hansı psixi pozuntu, kəmağıllılıq hiss etməmiş, o, siqaret çəkmir, spirtli içki içmirmiş, narkotik maddələrin istifadəçisi deyilmiş, müddətli hərbi xidmətdə olmuşdur, heç kimlə düşmənçiliyi və ya ədavəti yox idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-də formen (usta) vəzifəsində işləyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 1999-2013-cü illərdə müxtəlif şirkətlərdə qoşucu vəzifəsində işləmiş, həmin sahə ilə bağlı müxtəlif dərəcəli sertifikatları var. 2013-cü ildə "xxxx" MMC-yə işə qəbul olmaq üçün ərizə ilə müraciət etmiş, ərizəsi əsasında şirkətə dəvət edilmiş, bilik səviyyəsi yoxlanılmış, imtahanlara cəlb edilmiş, müvəffəqiyyət əldə etdikdən sonra onu briqadir vəzifəsinə işə qəbul etmişlər, onunla MMC arasında əmək müqaviləsi bağlanmış, müqaviləni imzalamış, işə qəbul olunmağıyla bağlı əmr verilmiş, bundan sonra o, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydaları ilə bağlı kurslara cəlb edilmiş, kurslar bitdikdən sonra təlimatlandırılmış, bu barədə bütün sənədləri imzalamışdır, geyim forması ilə tam təmin edilmiş və bundan sonra işə buraxılmışdır. 2018-ci ildə MMCdə formen (usta) vəzifəsinə keçirilmiş, hazırda da həmin vəzifəsini icra edir. Vəzifəsi dəyişdirildikdən sonra bu barədə əmək müqaviləsinə əlavə olub, yeni vəzifə təlimatı üzrə təlimatlandırılmış, vəzifəyə uyğun əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlandırılmışdır. "xxxx" MMC-nin fəaliyyət istiqaməti dənizdə neft çıxartma, eləcə də dənizdə görülən digər işlərlə bağlı lazım olan konstruksiyaların yığılması, boruların quraşdırılması və əlaqədar işlərin görülməsindən ibarətdir. MMC-nin strukturu və iş qaydalarını belədir: MMC-də görülən işlərlə bağlı bir neçə departament vardır. Bunlar quraşdırıcılar, qaynaqçılar, kran operatorları, mexaniklər, qızdırıcılar, boyaçılar və s vəzifədə işləyən işçilərin tabe olduğu ayrı-ayrı departamentlərdir. Misal olaraq “Yükqaldırma” depatamenti, “Qaynaq” departamenti və s. Həmin departamentdə vəzifə tabeçiliyi ardıcıllığı belədir: quraşdırıcı-briqadir-formen(usta)-senyor formen (böyük usta)rəhbər-menecer (müdir). Hər departamentdə bir neçə briqadir, formen (usta), senyor formen, rəhbər və menecer (müdir) olur. MMC-də iş rejimi gecə və gündüzdür. MMC-nin iş gücü böyükdür və işçiləri çoxdur. Odur ki, hər bir rəhbər işçi öz iş saatlarındakı işə və ona təhkim edilmiş işçilərə cavabdehdir. İş qaydasını görə gündüz və ya gecə işə başlamazdən əvvəl işçilər öz departamentlərinin toplanış yerində toplanır. Toplanışda briqadir, formen və digər rəhbər işçilər iştirak edir. Orada işçilər briqadir və ya formen tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə bağlı gündəlik təlimatlandırılır, işçilər bu barədə sənədləri imzalayır, onların geyim forması yoxlanılır, işçilər görəcəkləri işlər üzrə bölünür, məlumatlandırılır, daha sonra işləyəcəkləri əraziyə gedirlər. İşlədikləri ərazidə isə onları görəcəkləri işlərin xarakterinə əsasən yenidən briqadirləri təlimatlandırır və bundan sonra işçi işə buraxılır. İşlədikləri ərazidə onların işlərinə birbaşa cavabdeh şəxs briqadirdir. Amma bir departamentin işçisinə nəzarəti həmişə eyni departamentin briqadiri etmir. Bunu belə izah etmişdir ki, məsələn, əgər qaynaq departamenti ərazidə qaynaq işləri görürsə və orada əsas iş qaynaq işidirsə orada cavabdeh briqadir qaynaq departamentinin briqadirdir. Amma qaynaq işləri görülərkən oraya quraşdırıcı və ya başqa departametinin işçisini də çağırmaq lazımdırsa onda iş bölgüsünə əsasən quraşdırıcı və ya başqa departamentdən oraya işçi göndərilir. Belə olanda əsas iş qaynaq işi olduğundan cəlb edilmiş quraşdırıcını və ya başqa işçini qaynaq departametinin briqadiri, yəni orada işə nəzarət edən briqadir təlimatlandırır və onun işinə nəzarət edir. Amma işin gedişində əlavə işə cəlb edilmiş quraşdırıcını və ya başqa işçini tabe olduğu departamentin rəhbər işçiləri də həmin departamentinin işçisi kimi ona aid olan hissədə yoxlaya bilər. Bundan başqa, MMC-də Tikinti depatamenti vardır. Oranın menecerləri isə onlara təhkim edilmiş ərazilərdə bütün xidmət sahələri üzrə nəzarəti həyata keçirir, yəni onlar digər bütün növ depatarmentlərin işçilərinə nəzarət edir, ümumi işi təşkilini, yoxlanılması, keyfiyyətini və s yoxlaya bilir. Görüləcək işlər barədə plan vardır, həmin planlar rəhbər işçilər tərəfindən departamentlərin menecerlərinə verilir, onlar da öz növbələrində iş bölgüsü barədə daha aşağı vəzifəli şəxlərə tapşırıqlarını verir və iş bölgüsünü aparır. Bildirmək istəmişdir ki, hazırda onların departamentdə gecə növbəsində menecer vəzifəsi boş olduğundan həmin vəzifəni o icra edir. Odur ki, gündəlik iş tapşırıqlarını Tikinti departamentindən o alır. İş qrafikinə əsasən MMC-də iki növbə vardır: gündüz və gecə növbələri. Gündüz növbəti saat 07:30-dan 16:30-dək, gecə növbəsi isə 18:30-dan 03:30-dəkdir. İşçilər növbələr üzrə işə cəlb olunurlar. Bundan başqa hər növbə müddətində işçilərə iki dəfə çay fasiləsi, bir dəfə isə yemək fasiləsi verilir. Gecə növbəsində çay fasiləsi 21:00-da, yemək fasiləsi 23:00-da, sonuncu çay fasiləsi isə 03:00dadır. Yemək MMC-nin yeməkxanasında verilir. O, Yükqaldırma departemtinin işçisidir. Onların departamentinin işinə mobil kranlar, çəngəlli maşınlar və digər oxşar texnikalarla işlərin görülməsi, həmin işlərin görülməsi zamanı qoşucuların işinin təşkili və s daxildir. Əsədov X11 departamentinin işçisidir, o, kran operatorudur, 90 ton yük qaldırma qabiliyyəti olan “Terex” markalı, “RT100” modelli mobil yolsuzluq kranı idarə edir. Təqsirləndirilən şəxs Bəbir oğlu hazırda gecə növbəsində işləyir. xx.xx.2022-ci il tarixi onun iş günü olubdur, iş saat 18:30-da başlayıbdır, o, işdə olmuşdur. İşə başlamazdan əvvəl Yükqaldırma departamentinin gecə növbəsinin işçiləri ərazidəki toplanış yerində toplaşmış, toplanışda briqadirlər də iştirak edirmiş, o, onları hər gün olduğu kimi əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimatlandırmış, onların geyim formasını yoxlamış, bundan sonra onlara müvafiq sənədlərə imza çəkdirmişdir, iş planına uyğun olaraq onları görəcəkləri işlər barədə məlumatlandırıb ərazi üzrə bölmüş, bundan sonra onlar işləyəcəkləri ərazilərə getmişlər. Toplanışda və təlimatlandırmada Təqsirləndirilən şəxs da iştirak edirmiş. Həmin günün iş planına əsasən MMC-nin 2 saylı sahəsində quraşdırma işlərinə iki yolsuzluq kranı cəlb edilməli imiş. Odur ki, iş planına əsasən həmin sahəyə iki yolsuzluq kranı ayrılmış, həmin kranların sürücülərindən biri də Təqsirləndirilən şəxs idi. Operatorlar təlimatlandırılmadan sonra dayanacağa gedərək idarə etdikləri texnikanı orada təhvil alırlar və texnika ilə onlara iş tapşırılan sahəyə gedirlər. Həmin sahədə iş bitdikdən sonra onlar ya həmin sahədə təhlükəsiz yerdə dayanır, ya da növbəti iş görəcəkləri yerə gedir, ya müvəqqəti dayanacaqda dayanıb gözləyir, ya da işi bitdikdə dayanacağa gedərək texnikanı orada saxlayırlar. Təqsirləndirilən şəxs təlimatlandırılmadan sonra ona təhkim edilmiş, idarə etdiyi mobil yolsuzluq kranını götürərək 2 saylı sahəyə getmiş, çünki tapşırıq vərəqəsinə əsasən o, həmin sahədə görüləcək quraşdırma işlərinə cəlb ediləcəkmiş, bu barədə iş planında var idi. Odur ki, o ona həmin sahədə olan müvəqqəti dayanacaqda, parklanma yerində dayanmasını tapşırmışdır. Özü isə 1 saylı sahəyə getmiş və orada görülən işlərə nəzarət etməyə başlamışdır. Təxminən 1 saat sonra 11 saylı sahəyə 90 tonluq yük qaldırma qabiliyyəti olan kran lazım olmuşdur. Onların departamentin briqadiri Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs hazırda 2 saylı sahədə müvəqqəti dayanacaqda dayanıbdır, boşdur, onun işi hələ başlamayıbdır. Odur ki, Şahid3 tapşırığı əsasında Təqsirləndirilən şəxs 11 saylı sahəyə getmişdir. Təxminən bir saat sonra onlar bilmişdir ki, Təqsirləndirilən şəxs 11 saylı sahədə işini bitirib və növbəti iş yerinin yaxınlığındakı, eyni sahədə müvəqqəti dayanacağa qayıdıbdır. Təxminən saat 22:40 radələrində işçilərdən kimsə məlumat verərək bildirdi ki, 2 saylı sahədə hadisə olubdur. Onlar dərhal hadisə yerinə getmişlər. Orada məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi yolsuzluq kranı ilə dönmə hərəkət edərkən ehtiyatsızlıqdan oradan keçən piyada, qaynaqçı X16 üstündən kranın ön sağ və arxa təkərləri ilə keçib və nəticədə sonuncu hadisə yerində aldığı xəsarətlərdən ölübdür. Onlar dərhal hadisə yerini təhlükəsizlik lenti ilə bağlamış və təxminən 30 dəqiqə sonra hadisə yerinə prokurorluq və polis əməkdaşları gəlmişlər. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, o birbaşa hadisənin şahidi olmamış, amma işçilərlə aparılan söhbət zamanı bilmişdir ki, hadisəni yalnız qaynaqçı Şahid1 görübdür. Təlimatlara görə piyadalar müəssisədə müəssisə daxili yollardan kənarda, eləcə də texnikalardan aralı hərəkət etməlidir. Eləcə də texnika iş gördüyü ərazidə işçilər ondan bəlli məsafə saxlamalı, kor nöqtələrdə dayanmamalı, mümkün riskli halları qiymətləndirilməli və təlimata uyğun hərəkət etməlidir. Eləcə də xüsusi texnikalar, özü hərəkət edən texnikalar, bütün növ kranlar yollarla hərəkət etməli, iş görəcəkləri əraziyə yollarla gəlməli, yol qurtardıqdan sonra əraziyə texniki təhlükəsizlik qaydalarına riayət etməklə daxil olmalı, görmə məhdud olduğu halda bütün təhlükəsizlik tədbirlərini gördükdən sonra hərəkət etməlidir. Hadisə baş vermiş ərazidə müvəqqəti dayanacaq vardır. Həmin dayanacağa qədər müəssisə daxili işarələr quraşdırılmışdır, Təqsirləndirilən şəxs yolsuzluq kranını saxladığı yer isə müvəqqəti dayanacaqdır. X16 vurulduğu yer müvəqqəti dayanacağın qarşısındakı boş ərazidir. Orada piyadaların hərəkəti qadağan edən hər hansı nişan yoxdur. Hadisə günü o, Təqsirləndirilən şəxs Bəbir oğlunda hər hansı sərxoşluq halı və ya qeyri-adi hal hiss etməmiş, o, özünü normal aparırmış. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-də briqadir vəzifəsində işləyən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 1983- 2013-cü illərdə X36 müxtəlif vəzifələrdə işləmişdir. 2013-cü ildə "xxxx" MMC-yə işə qəbul olmaq üçün ərizə ilə müraciət etmiş, ərizəsi əsasında şirkətə dəvət edilmiş, bilik səviyyəmi yoxlanılmış, imtahanlara cəlb edilmiş, müvəffəqiyyət əldə etdikdən sonra onu briqadir vəzifəsinə işə qəbul etmişlər, onunla MMC arasında əmək müqaviləsi bağlanmış, müqaviləni imzalamış, işə qəbul olunmağıyla bağlı əmr verilmiş, bundan sonra o, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydaları ilə bağlı kurslara cəlb edilmiş, kurslar bitdikdən sonra təlimatlandırılmış, bu barədə bütün sənədləri imzalamış, geyim forması ilə tam təmin edilmiş və bundan sonra işə buraxılmışdır. O, Yükqaldırma departemtinin işçisidir, briqadirdir. Əsədov X11 departamentinin işçisidir, o, kran operatorudur, 90 ton yük qaldırma qabiliyyəti olan “Terex” markalı, “RT100” modelli mobil yolsuzluq kranı idarə edir. Təqsirləndirilən şəxs Bəbir oğlu hazırda gecə növbəsində işləyir. xx.xx.2022-ci il tarixi onun iş günü olubdur, iş saat 18:30-da başlayıbdır, o işdə olmuşdur. İşə başlamazdan əvvəl Yükqaldırma departamentinin gecə növbəsinin işçiləri ərazidəki toplanış yerində toplaşmış, toplanışda briqadirlər, eləcə də o iştirak edirmiş. İş başlamazdan əvvəl formen (usta) olaraq Şahid2 onların departamentin gecə növbəsində işləyən işçiləri təlimatlandırmış, onlara bu barədə sənədləri imzalatdırmışdır, Təqsirləndirilən şəxs Bəbir oğlu da təlimatlandırmada iştirak edibdir, onların geyim formalarını yoxlamış, bundan sonra işləyəcəkləri sahələr üzrə işlərini izah edərək əraziyə işə göndərmişdir. Təlimatlandırmada o və digər briqadirlər də iştirak edirmiş. Eyni qaydada briqadirləri də iş sahələri üzrə göndərilmişdir. Şahid2 toplanış zamanı tapşırıq verərkən bildirmişdir ki, 2 saylı sahə üzrə iki mobil yolsuzluq kranı işə cəlb edilməlidir. Odur ki, oraya iki mobil yolsuzluq kranı ayrıldı. Həmin mobil yolsuzluq kranının sürücülərindən biri də Təqsirləndirilən şəxs Bəbir oğlu idi. Təlimatlandırılmadan sonra sürücülər, yəni operatorlar dayanacağa gedərək onlara təhkim edilmiş texnikaları təhvil almışlar və onlara verilmiş tapşırıqlar üzrə sahəyə getmişlər. Dayanacaqdan çıxdıqdan sonra iki mobil yolsuzluq kranı ilə birlikdə, onlardan birini Təqsirləndirilən şəxs idarə edirmiş, o da 2 saylı sahəyə getmişdir. Amma orada iş icraçısı bildirmişdir ki, hazırda ona bir kran lazımdır, digəri hələ gözləsin. Odur ki, o, 60 ton yük qaldırma qabiliyyəti olan yolsuzluq kranına tapşırıqlarını vermiş və o işə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi krana ehtiyac olmadığından o, 2 saylı sahədəki dayanacağa gedərək orada növbəti tapşırığı gözləməyə başlamışdır. Sonrakı müddətdə o, özü 2 saylı sahədə olmuşdur. Təxminən bir saat sonra 11 saylı sahəyə 90 tonluq yük qaldırma qabiliyyəti olan kran lazım olmuşdur. Odur ki, o tapşırıq verərək Təqsirləndirilən şəxs həmin sahəyə göndərmişdir. Sonrakı müddətdə Təqsirləndirilən şəxs işini bitirməsi və yenidən 2 saylı sahədəki müvəqqəti dayanacağa gəlməsi barədə o bilməmiş, o, ona bu barədə heç kim məlumat verməyibdir. Təxminən saat 22:40 radələrində işçilərdən kimsə ona məlumat verərək bildirmişdir ki, hadisə olubdur, hadisə yerinə getmək lazımdır. Onlar dərhal hadisə yerinə gəlmiş və orada bilmişlər ki, Təqsirləndirilən şəxs idarə etdiyi mobil yolsuzluq kranı ilə qaynaqçı X16 üstündən dönmə hərəkəti edərkən ehtiyatsızlıqdan sağ ön və arxa təkələri ilə keçib və nəticədə sonuncu hadisə yerində ölübdür. Təxminən 30 dq sonra hadisə yerinə prokurorluq və polis əməkdaşları gəlmişlər. Həmin vaxta kimi MMC-nin əməkdaşları tərəfindən ərazi təhlükəsizlik lentli ilə bağlanmışdı. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki,o, hadisənin birbaşa şahidi olmamışa, amma işçilərlə aparılan söhbət zamanı bilmişdir ki, hadisəni yalnız Şahid1 görübdür. Təlimatlara görə piyadalar müəssisədə müəssisə daxili yollardan kənarda, eləcə də texnikalardan aralı hərəkət etməlidir. Eləcə də texnika iş gördüyü ərazidə işçilər ondan bəlli məsafə saxlamalı, kor nöqtələrdə dayanmamalı, mümkün riskli halları qiymətləndirilməli və təlimata uyğun hərəkət etməlidir. Eləcə də xüsusi texnikalar, özü hərəkət edən texnikalar, bütün növ kranlar yollarla hərəkət etməli, iş görəcəkləri əraziyə yollarla gəlməli, yol qurtardıqdan sonra əraziyə texniki təhlükəsizlik qaydalarına riayət etməklə daxil olmalı, görmə məhdud olduğu halda bütün təhlükəsizlik tədbirlərini gördükdən sonra hərəkət etməlidir. Hadisə baş vermiş ərazidə müvəqqəti dayanacaq vardır. Həmin dayanacağa qədər müəssisə daxili işarələr quraşdırılmışdır, Təqsirləndirilən şəxs yolsuzluq kranını saxladığı yer isə müvəqqəti dayanacaqdır. X16 vurulduğu yer müvəqqəti dayanacağın qarşısındakı boş ərazidir. Orada piyadaların hərəkəti qadağan edən hər hansı nişan yoxdur. Hadisə günü o, Təqsirləndirilən şəxs Bəbir oğlunda hər hansı sərxoşluq halı və ya qeyri-adi hal hiss etməmiş, o, özünü normal aparırmış. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-də qaynaq üzrə rəhbər Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, X7 departamentinin işçisidir, qaynaqçıdır. Departamentdə onun briqadiri X12, briqadanın formeni X33, qaynaq üzrə rəhbər isə odur. Qaynaq üzrə rəhbər kimi onun vəzifəsi gündəlik görüləcək işləri iş planına əsasən briqadanın “formen”lərinə tapşırmaq, onlara iş vərəqələri vermək, işlərə və işçilərə nəzarət etməkdən və s əlaqədar işlərdən ibarətdir. O, öz işlərinin icrasında menecerə tabedir və qaynaq sahəsi üzrə vəzifə ardıcıllığı ilə formen, briqadir və qaynaqçıların işlərinə nəzarət edirlər. Sahə rəisi İqbal Ağayev məzuniyyətdə olduğundan xx.xx.2022-ci il tarixdə onun vəzifəsini o icra etmişdir. xx.xx.2022-ci il tarixi onun iş günü olubdur, iş saat 18:30-da başlayıbdır, o işdə olmuşdur. Qaynaq departamentinin işçilərinin toplanışından əvvəl departamentin formeni (ustası) Ziyad Səlimova həmin günü görüləcək işlər barədə tapşırıq vərəqəsi vermiş, onu əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimatlandırmış və bundan sonra sahəyə getmiş, sonrakı müddətdə MMC-nin ərazisində olmuş və vəzifəsinə uyğun olaraq qaynaqçıların, eləcə də meneceri əvəz etdiyi üçün digər işçilərin işinə nəzarət etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 22:40 radələrində o 11 saylı sahədə olarkən briqadir Əzim Mahmudov ona zəng vuraraq bildirmişdir ki, ikinci sahədə hadisə olubdur, mobil yolsuzluq kran qaynaqçılardan birini ehtiyatsızlıqdan vurubdur. Hadisə günü sahəyə cavabdeh şəxs o, olmuşdur. Belə ki, o İqbal Ağayevi əvəz etmişdir. Hadisədən əvvəl o mobil kranı hadisə baş vermiş ərazidə görməmişdir. Ümumiyyətlə həmin günü o hadisə baş vermiş ərazidə olmamışdır. İş materiallarında olan hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesi 1083 ünvanında yerləşən "xxxx" MMCnin 2 saylı sahəsidir. Ərazi geniş və boşdur, Bakı-Salyan şossesi tərəfdən dayanıb baxdıqda hadisə yerindən arxada boya sexi, solda anbar, sağda iş sahəsi, qarşıda isə Xəzər dənizi vardır. 2 saylı sahənin sol tərəfində, anbarın yanında, üzü boya sexinə tərəf yolsuzluq kranı dayanmışdır. Kranın kabinə və həmin hündürlükdə olan digər hissələri ağ, gövdə hissəsi isə tünd boz rəngdədir. Yolsuzluq kranı “Terex” markalı, “RT100” modellidir, kabinənin üzərinə bərkidilmiş dəmir lövhə formasındakı etiket əsasında dəqiqləşdirmişdir ki, onun öz çəkisi 58 ton, qaldırma qabiliyyəti 90 ton, seriya nömrəsi 806089-dur. Yolsuzluq kranının təkərinin ölçüləri 29,5R25-dir, “Triangle” markalıdır. Kranın arxa sağ təkərinin yer səthinə toxunduğu hissədə üzərində, daha çox mərkəz və mərkəzdən içəri hissədə qanabənzər ləkələr vardır. Eləcə də kranın ön sağ təkərində onun yerlə təmasda olan hissəsində, mərkəzdən bayıra doğru hissədə qanabənzər ləkələr və orqan toxuma qalıqları vardır. Bundan başqa kranın alt hissəsindəki detalların üzərində sıçramış formada qanabənzər ləkələr vardır. Kranın arxa sağ kənarından 5,5 metr, eləcə də arxa sağ təkərindən 6,5 metr arxada meyit vardır. Meyitin başı krana, ayaqları isə Xəzər dənizinə tərəfdir. Yer örtüyü çınqıl və qum qarışığından ibarətdir, bərkdir. Kranla meyit arasında qalan məsafədə, yerdə kranın təkər izləri vardır. İzlərin naxışından aydın görünür ki, həmin izlər kranın təkəri tərəfindən qoyulmuşdur. Yerdəki təkər izlərinin üzərində qanabənzər ləkələr və toxuma qalıqları vardır. Meyitdən krana qədər olan təkər izlərindən aydın görünür ki, meyitdən sonra kran düz xət boyunca hərəkət etmiş, dönmə hərəkəti etməmişdir. Lakin meyitdən sonra olan izlərdən görünür ki, meyit kranın dönmə hərəkətini başa çatdırdığı yerdə qalmışdır, yəni kran şəxsi dönmə hərəkəti icra edərkən vurmuşdur. Müəyyən edilmişdir ki, hadisə nəticəsində ölmüş şəxs xx.xx.1963-cü il təvəllüdlü X23r. Onun üzü tanınmaz halda olsa da hadisə yerində olan işçilər və onun üzərindən çıxmış sənəd bunu təsdiq etmişdir. Meyitə baxış zamanı müəyyən edilmişdir ki, onun əynində qırmızı rəngli iş geyimi –kombinzon, mavi rəngli digər kombinzon, boz rəngli sviter, göy rəngli alt köynəyi, ağ rəngli mayka, göy rəngli şalva, ağ rəngli tuman, qara rəngli bir cüt çəkmə, qara rəngli bir cüt corab vardır, paltarlar çirklidir, bəzi nahiyələrində cırılmışdır, qana və torpağa bulanmışdır. Meyit kişi cinslidir, düzgün bədən quruluşludur, yaxşı qidalıdır, boyunun uzunluğu 177 sm-dir, əllə yoxladıqda meyit bir qədər soyuqdur, meyit qacıması yoxlana bilən əzələ qruplarında zəif inkişaf etmişdir. Meyit ləkələri meyitin arxa və qismən yan səthində bənövşəyi rəngdə yaranmışdır, barmaqla təzyiq etdikdə itir və 10- 30 saniyə sonra bərpa olur. Kəllə və üz skelet sümükləri çoxsaylı, çoxqəlpəli, aralanmış, pəncərlənmiş vəziyyətdədir, kəllə və üz nahiyəsi tamamilə dağılmışdır, qeyd edilən nahiyələr aralanmış vəziyyətdədir, həmin aralanmış hissələr baş beyin toxuması və ürək tamamilə, hər iki ağciyər və qaraciyər hissəvi olaraq həmin nahiyədən bayıra çıxmışdır. Hər iki göz və dil tam dağılmiş vəziyyətdir. Boynu adi quruluşdadır, patoloji hərəkətsizdir. Döz qəfəsi silindrik formadadır, simmetrikdir, əllə yoxladıqda döş qəfəsi və hər iki tərəf qabırğalarda patoloji hərəkətlilik, sümük krepitasiyası müəyyən edilir. Ön qarın divarı qabırğa qövsü səviyyəsindən aşağıda yerləşir, əllə yoxladıqda fəqərə sümükləri tamdır. Yuxarı və aşağı ətrafları düzgün inkişaf etmişdir. Sağ aşağı ətraf bud–çanaq oynağından natamam amputasiya olunmuşdur. Hadisə yerinin şəraitinə və meyitin vəziyyətinə görə hadisə yerində meyitin tam soyundurulması və xarici müayinəsinin tam aparılması mümkün olmamışdır. Meyitin mümkün xarici baxışı aparıldıqdan sonra o, daxili müayinə olunması üçün “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X39 Qaradağ rayon şöbəsinə göndərilmişdir. Bundan sonra baxış davam etdirilmişdir. Müəyyən edilmişdir ki, kranın mühərriki sönülüdür, işıqları, eləcə də onun üzərində olan sayrışan işıq yanmır, mühərriki işə salan açar yerindədir. Kranın kabinəsi onun sol hissəsində yerləşir və onun qaldırıcı qolu olan – bum hissəsi kabinədən sağda qalır, sağa olan baxış imkanlarını məhdudlaşdırır. Kabinədə olan bort komputer vasitəsi ilə dəqiqləşdirilmişdir ki, onun qaldırıcı qolu - bumu 14 dərəcə bucaq altında qalxmış vəziyyətdə qalmışdır. Müəyyən edilmişdir ki, boya sexi tərəfdən baxdıqda yolsuzluq kranından solda, anbarın yan tərəfində və ya qarşısında ətrafı çəpərlənmiş dayanacaq vardır. Dayanacağın anbar, Xəzər dənizi və boya sexi tərəflərində ətrafı çəpərlənmişdir, yalnız bir tərəfi açıqdır. Çəpərləmələrin üzərində işarələr vardır. Boya sexi tərəfdə olan çəpərləmənin üzərindəki nişan düzbucaq formalıdır, fonu göy rəngli, işarəsi isə ox formasında olmaqla ağ rənglidir, sağa istiqamətlənmişdir, sağa hərəkəti göstərir. Ondan sağda isə ağ fonda, ağ plastik lövhədə üzərində “Temporary parking area; Müvəqqəti dayanacaq ərazisi” sözləri yazılmışdır. Dayanacağın ətrafındakı çəpərləmənin üzərində istiqamət göstərən işarə yalnız həmin yerdədir, digər hissələrdə bütün çəpərləmə boyu “Temporary parking area; Müvəqqəti dayanacaq ərazisi” sözləri yazılmış lövhələr vardır. Eləcə də boya sexinin qarşısında yol vardır. Dayanacağın həmin hissədə, məlumatverici-göstərici işarə olan “sağa” hərəkəti göstərən, yuxarıda qeyd edilən işarəsi ilə üzbəüz, boya sexi boyunca uzanan yolda hərəkəti tənzimləyən məcburi hərəkət istiqaməti nişanı olan, “Yol hərəkəti haqqında” qanuna görə 4.1.5 nömrəli “düzünə və sola hərəkət” işarəsi quraşdırılmışdır. Həmin nişanla ilə müəyyən edilmişdir ki, anbar tərəfdən gəldikdə boya sexi boyunca uzanan yolla düzünə və sola hərəkət etmək olar. Həmin nişandan solda isə müvəqqəti dayanacaq vardır və dayanacaqda quraşdırılmış məlumatverici-göstərici “sola” işarəsi istiqamətində parklanma ərazisinə daxil olmaq olur, hadisə isə dayanacağa daxil olmaq üçün nəzərdə tutulmuş həmin yerin qarşısında baş vermişdir.Həmçinin müəyyən edilmişdir ki, yolsuzluq kranının sağ ön tərəfi ilə ondan sağda olan müvəqqəti dayanacağın, eləcə də anbarın kənarı boyu çəkilmiş dəmir setka arasındakı məsafə 27 metr, arxa sağ tərəfi ilə həmin setka arasındakı məsafə isə 32 metrdir. Bundan başqa müəyyən edilmişdir ki, kranın ön sağ tərəfi müvəqqəti dayanacağın, eləcə də anbarın qarşısında quraşdırılmış, anbarın əsasən korpusuna aid dəmir konstruksiya ilə eyni xətt üzərində paralel dayanmışdır. Bundan başqa müəyyən edilmişdir ki, anbarın qarşısında quraşdırılmış, anbarın əsasən korpusuna aid dəmir konstruksiyadan 15 metr Xəzər dənizi istiqamətdə, anbarın ətrafında olan setkadan 11,90 metr sağda hadisə yerində olan yolsuzluq kranının təkərləri ilə eynilik təşkil edən təkər izləri vardır, izlər Xəzər dənizi istiqamətində başlayır, oval formasında davam edir və həmin formada dairə vuraraq meyitin olduğu yerə qədər uzanır, meyitdən sonra təkər izləri düz davam edir. Meyit dönmə hərəkətinin başa çatdığı, yolsuzluq kranının istiqamətini düzəltdiyi yerdə qalmışdır, meyitdən sonra təkər izləri düzünə davam edir. İzlərin trayektoriyasından başa düşmək olur ki, yolsuzluq kranı X21 dönmə əməliyyatını başa çatdırdığı anda vurubdur. Bundan başqa müəyyən edilmişdir ki, ətraf müxtəlif istiqamətlərdən hündürlükdən işıqlandırılır, ətraf işıqlıdır. Daha sonra X16 hadisə günü işlədiyi yer dəqiqləşdirilmişdir. Müəyyən edilmişdir ki, o, 2 saylı sahədə boya sexindən sağda olan yerdə iş sahəsində, hadisənin baş verdiyi boş ərazidən sağdakı yerdə konstruksiyadan quraşdırılmış otaqda qaynaq işi görübdür. Həmin yerdən hadisə yerinə qədər olan məsafə düz xət üzrə davam edir və eyni istiqamətdə hərəkət edib boya sexinin yanından keçərək MMC-nin yeməkxasına getmək olur. Yeməkxananın qarşısına getdikdə məlum oldu ki, onun qarşısındakı yolda dayanıb baxdıqda boya sexinin qarşısındakı yol və hadisə yeri qismən görünür. Həmçinin müəyyən edilmişdir ki, yeməkxananın arxasında daimi dayanacaq vardır. Baxış zamanı müəyyən edilmişdir ki, müəssisənin ərazisi müxtəlif yol nişanları ilə nişanlanmışdır. Baxış zamanı hadisə yerində və ətrafda öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X19 Publik Hüquqi şəxsin Qaradağ rayon şöbəsinin 15 fevral 2022-ci il tarixli, 07 nömrəli rəyindən görünür ki, X16 meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər baş beyinin əzilib-dağılması və evakuasiyası, daxili orqanların (ürək, hər iki ağciyər, qaraciyər) hissəvi evakuasiyası (xaricə çıxması), kəllə sümüklərinin çoxqəlpəli, açıq sınıqları, üz-skled sümüklərinin qəlpəli, çoxsaylı sınıqları, döş sümüyünün hər iki tərəfli İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X-Xİ-Xİİ qabırğalarının çoxsaylı, yerdəyişən sınıqları, sağ aşağı ətrafın bud-çanaq oynağından natamam amputasiyası həyati olub, ölümdən az əvvəl bər küt əşya (əşyalar) təsirindən törənmişlər, ölüm ilə birbaşa səbəbli əlaqəlidirlər və həyatla bir araya sığmayan xəsarətlərə aid olduğundan ağır zərərvurmanın əlamətlərinə malikdir. X16 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni hərəkətdə olan yolsuzluq kranının təkərlərinin onun üzərindən keçməsi nəticəsində əmələ gələ bilərdilər. X16 ölümünə səbəb baş beynin və daxili orqanların evakuasiyası (xaricə) çıxması ilə müşayiət olunan kəllə və üz-sklet sümüklərinin çoxqəlpəli, çoxsaylı, açıq sınıqları olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum İ.E.Şamilovun ölümü onun meyitxanada müayinə olunduğu vaxtdan (xx.xx.2022-ci il tarixdə, saat 09:00-da) 8-10 saat əvvəl baş vermişdir. X3 meyitindən götürülmüş əzələdə məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (322/K saylı, xx.xx.2022-ci il tarixli AKT) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2022-ci il tarixli, 10/1830 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “TEREX RT 100” markalı kranın pasportunun “Yolda idarəetmə” başlığının rəyin təsviri hissəsində göstərilmiş tələbləri, “Sahənin hərəkət interfeysi”nin Sürücülər /operatorlar/ başlığının 3.7 bəndinin və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələbi pozulmuşdur ki, bu da hadisənin səbəbi olmuşdur. “BOSŞelf» MMC-də kran opetatoru işləyən Təqsirləndirilən şəxs 2 saylı sahənin müvəqqəti dayanacağından “TEREX RT 100” markalı avto kranı heç bir tapşırıq və göstəriş olmadan özbaşına olaraq hərəkətə gətirərək 3-4 metr irəli getdikdən sonra ətrafında olan sahəni tam və aydın şəkildə görmədən təhlükəli şəraitdə dönmə əməliyyatı etdiyinə görə, “TEREX RT 100” markalı kranın pasportunun “Yolda idarəetmə” başlığının rəyin təsviri hissəsində göstərilmiş tələbləri, “Sahənin hərəkət interfeysi”nin Sürücülər /operatorlar/ başlığının 3.7 bəndinin və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələbləri Təqsirləndirilən şəxs özü tərəfindən pozulmuşdur. Ekspertiza tədqiqatının dəyəri 102 (yüz iki) manat təşkil edir. Azərbaycan Respublikası İxtisaslaşdırılmış X25 tərəfindən verilmiş 2617 nömrəli, xx.xx.2014-cü il tarixli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs həmin müəssisədə atestasiyadan keçmiş və ona altıncı dərəcəli “avtomobil kran maşinisti” ixtisası verilmişdir. Azərbaycan Respublikası İxtisaslaşdırılmış X25 tərəfindən verilmiş 2744 nömrəli, xx.xx.2014-cü il tarixli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs “hava təkərli və tırtıllı kran maşinisti” ixtisası verilmişdir. Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikasının AD 008549 seriyalı sürücülük vəsiqəsindən görünür ki, ona “BE, CE, DE” kateqoriyaları üzrə xx.xx.2023-cü il tarixədək sürücülük hüququ verilmişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə 2/1325 nömrəli, xx.xx.2022-ci il tarixdə, saat 05:40-da tərtib edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamış, eləcə də onda sərxoşluq əlamətləri olmadan narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin bioloji mayelərindən istifadə faktı müəyən edilməmişdir. Səhiyyə Nazirliyi “Respublika Psixiatrik Xəstəxanası” X39 xx.xx.2022-ci il tarixli, 1846 nömrəli cavab məktubdan görünür ki, Təqsirləndirilən şəxs və X31 göstərilən xəstəxanada müalicə almamışdır. Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X39 xx.xx.2022-ci il tarixli, xx/xx- 4024 nömrəli cavab məktubdan görünür ki, Təqsirləndirilən şəxs və X31 mərkəzdə müalicə almamışdır, qeydiyyatda yoxdur. Azərbaycan Respublikası İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “X41” X39 xx.xx.2022-ci il tarixli PHŞ/1.1.23-2.2022-39 nörməli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ərazi üzrə ruhi-əsəb xəstələrinin siyahısında yoxdur. Qaradağ rayon Polis İdarəsindən daxil olmuş materialdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 23:50-də 38-ci Polis Bölməsinə məlumat verilərək "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləyən X16 mobil kranın altında qalaraq öldüyü bildirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, sonuncu “avtomobil üzrə kran maşinisti” vəzifəsində işə qəbul olunmuşdur. “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, əmək müqaviləsi xx.xx.2018-ci il tarixdə sistemə daxil edilmişdir. Kran operatorunun vəzifə təlimatından görünür ki, Təqsirləndirilən şəxs vəzifə təlimatı ilə xx.xx.2018-ci il tarixdə tanış olmuşdur. “Təlim qeydiyyat forması”ndan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə həmin təlim jurnalını imzalamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə X31 arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, o, “elektrik qaynaqçı” vəzifəsində işə qəbul olunmuşdur. “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, əmək müqaviləsi xx.xx.2019-cu il tarixdə sistemə daxil edilmişdir. “Əl ilə qaynaq aparan elektrik qaynaqçısının vəzifə təlimatı”ndan görünür ki, X31 vəzifəsi təlimatı ilə xx.xx.2012-ci il tarixdə tanış olmuşdur. “Təlim qeydiyyat forması”ndan görünür ki, X31 xx.xx.2021-ci il tarixdə həmin təlim jurnalını imzalamışdır. “Təlim qeydiyyatı”ndan görünür ki, X31 xx.xx.2019-cu il tarixdə həmin təlim vərəqəsini imzalamışdır. Bundan başqa cinayət işinin istintaq materiallarına X31 və Təqsirləndirilən şəxs müvafiq olaraq tabe olduqları departamentlər üzrə işlərinə nəzarət edən şəxslərin əmək müqavilələri və vəzifə təlimatları əlavə edilmişdir. “Terex” markalı, "xxxx" modelli mobil yolsuzluq kranının pasportundan görünür ki, kran MMC-də 35790 nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin kranın “Keyfiyyət sertifikatı”ndan və xx.xx.2014-cü il tarixli “yoxlanış sənədi”ndən görünür ki, kran yoxlanılmışdır, yararlıdır. İş materiallarında olan Qaradağ RİHB-nin Ümid qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi xx.xx.1961-ci il tarixdə doğulmuş həyat yoldaşı X4 və xx.xx.1992-ci il tarixdə doğulmuş oğlu X13 ibarətdir. İş materiallarında olan Qaradağ RİHB-nin Ümid qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Həkimləri X1 və Narkologiya kafedrasının professoru, tibb elmləri doktoru X24 tərəfindən verilmiş arayışdan və ambulator kitabçadan çıxarışın surətindən görünür ki, X18 şizofreniya paranoid forma, fasiləsiz gedişli, anamnezində kəllə-beyin travması, diaqnozu vardır. Psixiatriya xəstəxanasında müalicə olunur. Valideynlərinin nəzarətinə və qulluğuna ehtiyacı vardır. İş materiallarına əlavə edilmiş Qaradağ RİHB-nin Ümid qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X10 heç bir yerdə işləmir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf etməklə səmimi peşiman olmasını, yaşını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, himayəsində bir xəstə uşağının olmasını, zərərçəkmiş tərəflə tam barışıq əldə etməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etsə də, ona cəza təyin edərkən ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf etməklə səmimi peşiman olmasını, yaşını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində bir xəstə uşağının olmasını, zərərçəkmiş tərəflə tam barışıq əldə etməklə zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsini məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı çəkmədən islah olunmasını mümkün hesab etməklə, üzərinə CM-nin 70.5-ci maddəsində göstərilən onun davranışı üzərlərinə nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsinin qoyulmasını məqsədəuyğun hesab edir. İş üzrə 102 (yüz iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X28 tərəfindən 20 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X14 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə idarə, müəssisə və təşkilatlarda mexaniki nəqliyyat vasitələri və qaldırıcı kran idarə etmə hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə: sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə 102 (yüz iki) manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X14 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-168/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-168/2022
30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver