Məhkəmə qərarları › İş №1(002)-168/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-168/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-168/2023 21.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı 30 mart 2023-cü il tarixdə Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X8 tərəfindən tərtib edilərək 30 mart 2023-cü il tarixdə Qaradağ rayon prokuroru, baş ədliyyə müşaviri Zəfər Əhmədov tərəfindən təsdiq edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1 və 242-ci maddələri ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, həmçinin pornoqrafik materialları hazırlamaqla yaymışdır. Belə ki, o, 11 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massivdə yerləşən sahibsiz yarıuçmuş tikilidə tanışı Şahid4 yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakı hərəkətlər edərək cinsiyyət üzvünü Zərərçəkmiş şəxs ağız boşluğuna yerləşdirməsinin şahidi olub, üzərində olan “Samsung A10” markalı mobil telefon cihazı vasitəsilə video çəkiliş apararaq həmin görüntüləri qeydə aldıqdan sonra Teyub Teyyibovun həmin yerdən çıxmasını gözləyib sonuncunun onların məhəlləsində yaşayan qızın arxasınca gəlibgetməsini bəhanə edərək həmin məsələnin ona heç bir aidiyyəti olmadığı və hüquq və qanuni mənafelərinə toxunmadığı halda heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyüb-təhqir edib üzərində zor tətbiq etməklə sifət nahiyyəsindən əli ilə zərbə vuraraq ona fiziki ağrılar yetirməklə xuliqanlıq etmişdir. Bundan başqa o, mobil telefonu vasitəsilə video çəkiliş apararaq hazırladığı, Şahid4 yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətlər etməklə özündə qıcıqlanma, ehtiras və ikrah hissinin yaranması hallarını əks etdirən videogörüntünü 16 sentyabr 2022-ci il tarixdə tanışı Şahid3 göndərməklə pornoqrafik xarakterli materialları yaymışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə keçirilən məhkəmə hazırlıq iclası zamanı Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsinə dair yazılı vəsatət vermişdir. O öz vəsatətində göstərmişdir ki, həmin cinayət işi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-in 150.2.1, 150.2.3, 221.2.1 və 242-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində CM-in 221.1 və 242-ci maddələri ilə ayrıca icraata ayrılaraq istintaqı aparılmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-in 221.1 və 242-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmışdır. Müstəntiqin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “valideyn nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixdə ittiham aktı Qaradağ rayon prokuroru tərəfindən təsdiq edilərək cinayət işi baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs CM-in 221.1 və 242-ci maddələri ilə ittiham elan edilmişdir ona görə ki, o, 11 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massivdə yerləşən sahibsiz yarımçıq tikilidə tanışı Şahid4 yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakı hərəkətlər edərək cinsiyyət üzvünü Zərərçəkmiş şəxs ağız boşluğuna yerləşdirməsinin şahidi olub, üzərində olan “Samsung A10” markalı mobil telefon cihazı vasitəsilə video çəkiliş apararaq həmin görüntüləri qeydə aldıqdan sonra Zərərçəkmiş şəxs həmin yerdən çıxmasını gözləyib sonuncunun onların məhəlləsində yaşayan qızın arxasınca gəlibgetməsini bəhanə edərək həmin məsələnin ona heç bir aidiyyəti olmadığı və hüquq və qanuni mənafelərinə toxunmadığı halda heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyüb-təhqir edib üzərində zor tətbiq etməklə sifət naiyyəsindən əli ilə zərbə vuraraq ona fiziki ağrılar yetirməklə xuliqanlıq etmişdir. Bundan başqa o, mobil telefonu vasitəsilə video çəkiliş apararaq hazırladığı, Şahid4 yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətlər etməklə özündə qıcıqlanma, ehtiras və ikrah hissinin yaranması hallarını əks etdirən videogörüntünü 16 sentyabr 2022-ci il tarixdə tanışı Şahid3 göndərməklə pornoqrafik xarakterli materialları yaymışdır. Məhkəmənin hazırlıq iclasınadək cinayət işi tərəfindən öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, istintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsi anınadək yetkinlik yaşına çatmamış (xx.xx.2006) Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin törədilməsini üzərində olan “Samsung A10” markalı mobil telefon cihazı vasitəsilə video çəkiliş aparmaqla həmin videogörüntünü 16 sentyabr 2022-ci il tarixdə tanışı Şahid3 göndərməklə pornoqrafik xarakterli materialları yaymışdır. İş üzrə təyin edilmiş məhkəmə-sənətşünaslıq ekspertizasının 12 dekabr 2022-ci il tarixli, 11/578 saylı rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd DVD diskdə olan videogörüntüyə baxan şəxslərdə qıcıqlanma, ehtiras və ikrah hissinin yaranması kimi hallar ortaya çıxdığından həmin videogörüntü pornoqrafik xarakterlidir. Təqdim edilmiş 01 ədəd DVD diskdə olan videogörüntüdə pornoqrafik səhnələr müəyyən olunur. Azərbaycan Respublikası CM-in 171-1.1.-ci (Uşaq pornoqrafiyasının dövriyyəsi) maddəsinə əsasən uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlama – beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin «Qeyd» hissəsinə əsasən CM-nin 171-1-ci maddəsinin məqsədləri üçün “uşaq pornoqrafiyası” dedikdə, yetkinlik yaşına çatmayan şəxsin və ya yetkinlik yaşına çatmayan təsəvvürünü yaradan şəxsin aşkar seksual xarakterli hərəkətlərdə real və ya simulyasiya edilmiş iştirakını əks etdirən, yaxud seksual məqsədlərlə yetkinlik yaşına çatmayanların cinsi orqanlarını əks etdirən istənilən əşyalar və ya materiallar, o cümlədən aşkar seksual hərəkətlərdə iştirak edən yetkinlik yaşına çatmayan şəxsi əks etdirən realistik təsvirlər başa düşülür. CPM-nin 7.0.33-1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs (uşaq)- 18 yaşına çatmayan şəxsdir. CPM-nin 7.0.33-2.-ci maddəsinə əsasən cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaq - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2-1.1, 149.3.3, 150.2-1.1, 150.3.3, 152, 153, 171, 171-1-ci və 171-2-ci maddələrində göstərilən cinayətlərdən zərərçəkmiş və cinayətin törədilməsi anınadək yetkinlik yaşına çatmamış şəxsdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayətin törədilməsi anınadək yetkinlik yaşına çatmamış şəxs barəsində pornoqrafik xarakterli materialları yayması epizodu ilə əlaqədar onun əməlində CM-in 171-1.1-ci maddəsinin tərkib əlamətlərinin olması, yəni işin faktiki hallarının müəyyən edilməsi üçün zəruri araşdırma aparılmamış, həmin xüsusata hüquqi qiymət verilməmiş, nəticədə cinayətin əlamətləri ilə bağlı zəruri halların göstərilməsi təmin edilməyərək ittihamın mahiyyəti dəqiqləşdirilməmişdir. Halbuki, CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 85.2.1-ci maddəsinə əsasən işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək müstəntiqin vəzifəsidir. CPM-nin 8.0.3-cü maddəsinə görə cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq cinayət mühakimə icraatının vəzifəsi olduğu halda məhkəməyədək icraat zamanı yuxarıda qeyd edilən xüsusatlar tam və ətraflı araşdırılmadan cinayət işi üzrə ittiham aktı tərtib edilərək, iş məhkəməyə göndərilmişdir. İstintaq orqanı tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamasının nəticəsi olaraq, təqsirləndirilən şəxsə elan edilmiş ittihamın məzmununda cinayətin törədilməsinin üsulu (təqsirkarın istifadə etdiyi yanasma qaydaları və metodlarının məcmusu) qeyri-müəyyən olaraq qalmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda, həmçinin, nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin, konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu – verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Müttəhimin müdafiə hüququnu təmin edən qanunların məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 dekabr 1994-cü tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin konkret olaraq nədə ittiham olunduğu təqsirləndirilən şəxs kimi cəlb etmə qərarında konkret göstərilməlidir. Habelə CPM-nin 289.4-cü maddəsinə əsasən isə ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri göstərilməlidir. Qanun normasının mənasına görə, bu məlumatlarla işin ilkin sübutlarla müəyyən edilmiş faktiki halları arasında uyğunluq olmalıdır. CPM-nin 223.1-ci maddəsində bildirilir ki, "Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur". Yəni, bu qərarın məzmunu sübutların cəmi ilə müəyyən edilmiş faktiki hallar barədə məlumatlardan ibarət olmalıdır. Bunun da nəticəsində təqsirləndirilən şəxs müdafiə hüququnun təmin edilməsi üçün lazımi tədbirlər görür, öz müdafiəsini istədiyi formada qurması üçün kifayət qədər vaxta və şəraitə malik olur. Bundan əlavə, Təqsirləndirilən şəxs CM-nin 221.1 və 242-ci maddələri ilə ittiham elan edilmişdir ki, həmin cinayətlər üzrə təqsirin forması yalnız qəsdən törədilmədə ifadə olunur. Buna baxmayaraq ittiham aktının nəticə hissəsində ittihamın təsviri əks etdirilərkən CPM-in 223.3.2-ci maddəsinin tələbləri pozularaq təqsirin forması göstərilməmişdir. Cinayətin obyektiv və subyektiv cəhətinin əlamətləri cinayət işi üzrə ibtidai araşdırma zamanı qəbul edilən şəxsin "təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında" qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 223.3.2-ci maddəsinə əsasən orada "cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti; (..) " göstərilir. Odur ki, cinayət işi üzrə ittiham aktı müvafiq hissələrdə CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmamış, habelə verilmiş ittihamda təqsirin formasının əks olunmaması CPM-in 223-cü maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Göründüyü kimi verilmiş ittiham ilkin sübutlarla müəyyən edilmiş işin faktiki halları ilə uyğunluq təşkil etməmiş, müstəntiq tərəfindən dəqiqləşdirilməmiş və yekunda ittiham aktı tərtib olunanda bu məsələ diqqətdən kənar qalmaqla cinayət işi üzrə ittiham aktının müvafiq olaraq CPM-nin 289-cu maddəsində göstərilənlər nəzərə alınmaqla tərtib edilməsinə dair prosessual tələblər pozulmuşdur ki, bu da kobud prosessual pozuntu olmaqla yekunda CPM-nin 303.3.6-cı maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Yuxarıda qeyd olunan hallar bariz şəkildə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə nəticələnmişdir ki, şəxs nədə ittiham olunduğunu dərk etməmiş, ittihamın mahiyyəti ona aydın olmamışdır. Odur ki, qeyd edilən bu pozuntular bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. CPM-in 303.3.1 və 303.3.6-cı maddələrinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələbinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-nin qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. CPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxs barəsində xüsusi qərar çıxarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 84.6.2, 300.1.5, 303.3.1, 303.3.6 və 307-ci maddələrini rəhbər tutaraq yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini və Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X6 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi vəsatətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi X7 vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatətdə göstərilən halların mövcud olmadığını, mövcud olduğu təqdirdə belə bu halların işin qaytarılması üçün əsas olmadığını, buna görə də cinayət işinin məhkəmə baxışına təyin edilməklə vəsatətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X1 dəfələrlə rəsmi qaydada məlumat verilməsinə və Zərərçəkmiş şəxs barədə məcburi gətirmə barədə qərarlar qəbul edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X3 məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmiş və onların iştirakı təmin edilməmişdir. Məhkəmə, hazırlıq iclasına zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, verilmiş vəsatəti və tərəflərin izahatını dinləyərək hesab edir ki, vəsatət təmin edilməli, ibtidai araşdırma Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol verilməklə aparıldığından və həmin kobud pozuntuların aradan qaldırılması məhkəmə baxışı zamanı mümkün olmadığından cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, işin ibtidai istintaqını aparan müstəntiq tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Bundan başqa ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ da kobud şəkildə pozulmuşdur. Belə ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsi anınadək yetkinlik yaşına çatmamış şəxs barəsində pornoqrafik xarakterli materialları yayması epizodu ilə əlaqədar onun əməlində CM-in 171-1.1-ci maddəsinin tərkib əlamətlərinin olmasına dəlalət edən kifayət qədər əsaslar mövcuddur. Yəni işin faktiki hallarının müəyyən edilməsi üçün zəruri araşdırma aparılmamış, həmin xüsusata hüquqi qiymət verilməmiş, nəticədə cinayətin əlamətləri ilə bağlı zəruri halların göstərilməsi təmin edilməyərək ittihamın mahiyyəti dəqiqləşdirilməmişdir. Buda cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə səbəb olmaqla onun müdafiə hüququnun pozulmasına səbəb olur. Bundan əlavə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 221.1 və 242-ci maddələri ilə ittiham elan edilmişdir. Həmin cinayətlər üzrə təqsirin forması yalnız qəsdən törədilmədə ifadə olunur. Buna baxmayaraq ittiham aktının nəticə hissəsində ittihamın təsviri əks etdirilərkən CPM-in 223.3.2-ci maddəsinin tələbləri pozularaq təqsirin forması göstərilməmişdir. Cinayətin obyektiv və subyektiv cəhətinin əlamətləri cinayət işi üzrə ibtidai araşdırma zamanı qəbul edilən şəxsin "təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında" qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 223.3.2-ci maddəsinə əsasən orada "cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti; (..) " göstərilir. Odur ki, cinayət işi üzrə ittiham aktı müvafiq hissələrdə CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmamış, habelə verilmiş ittihamda təqsirin formasının əks olunmaması CPM-in 223-cü maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Bundan başqa işin ibtidai istintaqını aparan müstəntiq tərəfindən təqsirləndirilən şəxs barəsində “valideyn nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi barədə qeydlər olsa da təqsirləndirilən şəxs barədə belə bir qətimkan tədbirinin seçilməsinə dair hər hansı bir rəsmi sənəd iş materiallarında mövcud olmamış və ümumiyyətlə CPM-nin 154-cü maddəsinə əsasən “valideyn nəzarəti altına vermə” qətimkan tədbiri növü ümumiyyətlə nəzərdə tutulmamışdır. O cümlədən ittiham aktının nəticə hissəsində Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçildiyi qeyd edilmişdir. Bu hallar ümumilikdə təqsirləndirilən şəxsin ona verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsif baxımından hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsindən aydın olur ki, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Həmin Məcəllənin 303.1-ci maddəsində göstərilir ki, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.1-ci maddəsinin tələbindən aydın olur ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kimi kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinin tələbindən aydın olur ki, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Həmin Məcəllənin 307.1-ci maddəsində qeyd olunur ki, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə, tərəflərin izahatını və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs barəsində CPM-nin 154.2.8-ci maddəsinə əsasən «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbirinin seçilməsi daha məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300 və 303, 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilsin. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X8 barəsində xüsusi qərar çıxarılmaqla təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar