Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-169/2023 25.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs (mülki cavabdeh) xx xxxx 1948-ci ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək onu dövlət tərəfindən ikiotaqlı mənzillə təmin olunmasında kömək etmək adı ilə aldadıb dövlət tərəfindən ona verilmiş Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Qobu şəhərciyindəki birotaqlı evindən könüllü şəkildə imtina etdirməklə 2019-cu ilin noyabr ayında Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında 4000 (dörd min) manat məbləğində nağd pulunu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla verdiyi vədlərinə əməl etməyərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək onu dövlət tərəfindən şəhid ailələrinə verilməsi üçün nəzərdə tutulmuş mənzillə təmin olunmasında kömək etmək adı ilə aldadıb 30 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 129 ünvanında yerləşən Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin inzibati binasında 5000 (beş min) manat məbləğində nağd pulunu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla verdiyi vədlərinə əməl etməyərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək onu dövlət tərəfindən üçotaqlı mənzillə təmin olunmasında köməklik etmək adı ilə aldadıb 2020-ci ilin ilin iyun ayından həmin ilin avqust ayınadək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən "xxxx" ASC-nin inzibati binasının yanındakı adsız kafenin qarşısında bacısı Zərərçəkmiş şəxs4 vasitəsilə Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 5900 (beş min doqquz yüz) manat məbləğində nağd pulu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla verdiyi vədlərinə əməl etməyərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək onu əvvəllər almış olduğu əmək pensiyasını bərpa etdirmək adı ilə aldadıb 2021-ci ilin oktyabr ayında yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu yaşayış kompleksi, bina 23, blok 1, mərtəbə 2, mənzil 6 ünvanında 1000 (bir min) manat və 2021-ci ilin dekabr ayında yenidən həmin ünvanda 500 (beş yüz) manat olmaqla, ümumilikdə 1.500 (min beş yüz) manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla verdiyi vədlərinə əməl etməyərək dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2019-cu ilin noyabr ayında Qaçqınlarla iş üzrə Dövlət Komitəsində keçmiş tanışı Zərərçəkmiş şəxs4 görmüşdür. Söhbət zamanı Təranəyə dövlət tərəfindən 2-ci Qobu şəhərciyində birotaqlı ev alması üçün kupon verildiyini öyrənmişdir. Söhbət zamanı Təranəyə ikiotaqlı mənzil almasına köməklik edə biləcəyini söyləmişdir. Sabahısı gün Təranə 2-ci Qobu şəhərciyinin mənzil kommunal istismar sahəsinə gəlmiş, həmin vaxt o və Dövlət Komitəsinin vəzifəli şəxslərindən olan Etiqad adlı şəxs də orada olmuşdur. Bundan sonra Təranə dövlət tərəfindən verilmiş mənzildən imtina etməsi ilə bağlı ərizə yazmışdır. Ərizəni yazdıqdan sonra, həmin gün də dövlət tərəfindən 2-ci Qobu şəhərciyində ona verilmiş olan birotaqlı mənzil Qaçqınlarla iş üzrə Dövlət Komitəsinin vəzifəli şəxsi Etiqad adlı şəxs tərəfindən tanımadığı şəxsə satılmışdır. Bundan sonra o və Etiqad Təranəyə narahat olmamasını, 3cü Qobu şəhərciyi açılanda sonuncuya oradan ikiotaqlı mənzil veriləcəyini bildirmişdir. Bundan 3-4 gün sonra o, mobil nömrəsindən Təranənin “***-***-**-**” mobil nömrəsinə zəng edib söügedən şəxsə ikotaqlı ev verilməsi üçün dörd-beş min manat pul verməli olduğunu bildirmişdir. Təranə də ona 5.000 yox, 4.000 manat verə biləcəyini söyləmişdir. O, Təranəylə razılaşdıqdan sonra sabahı gün, təxminən 2019-cu ilin noyabr ayının sonu, dekabr ayının əvvəlində 20 Yanvar metrosunun yaxınlığında yerləşən "xxxx" ASC-nin yanındakı kafenin qabağında Təranə 4.000 manat pulu ona əlbəəl təqdim etmişdir. Zərərçəkmiş şəxs4 pulu ona təqdim edərkən tək olmuşdurlar, yanlarında heç kim olmamışdır. O, Təranənin ona inandığını görüb tanışlarından mənzil almaq istəyən şəxslər olduqda, ona müraciət etməsini, bununla bağlı özünə və yaxınlarına köməklik edəcəyini bildirmişdir. Bir müddət sonra Təranə bibisi qızı Vahimənin də ev almaq istədiyi barədə ona bildirdikdə, o, bibisi qızının şəhid ailəsi üzvü olduğundan mənzilin asanlıqla alına bilinəcəyini, hətta üç övladı olduğu üçün üçotaqlı mənzil veriləcəyini qeyd etmişdir. 29 yanvar 2020-ci il tarixdə o, Təranə və sonuncunun xalası qızı Vahimə 20 Yanvar metrosu ərazisində, "xxxx" ASC-nin yaxınlığındakı kafedə görüşmüşdürlər. Görüş zamanı o, Vahiməyə şəhid əri Əli Hüseynovu kolxoz sədri işləyən zamandan tanıdığını, ərinin ona etdiyi yaxşılıqların əvəzində ev alması üçün əlindən gələn köməklik edəcəyini bildirmişdir. Bundan sonra o, Vahiməyə üç övladı və şəhid ailə üzvü olduğundan üçotaqlı ev veriləcəyini bildirərək Zərərçəkmiş şəxs1 10.000 manat pul istəmişdir. Bu zaman Vahimə ona 10.000 manat deyil, 5.000 manat pulunun olduğunu, yalnız 5.000 manat pul verə biləcəyini bildirmişdir. O da Zərərçəkmiş şəxs1yla razılaşaraq ilk öncə haradan mənzil almaq istədiyini soruşmuşdur. Vahimə də ona nəvələrini rahat şəkildə dərsə aparıbgətirmək üçün Babək prospektindən mənzil verilməsini istəmişdir. Ardınca o, Zərərçəkmiş şəxs1 Babək prospektindən və ya Yasamal rayonundan mənzil verilməsinə köməklik edəcəyini, sabahı gün, yəni 30 yanvar 2020-ci il tarixə Qaçqınlarla iş üzrə Dövlət Komitəsinə təcili olaraq 5.000 manat gətirib ona verməsini, əks halda evin əldən çıxacağını söyləmişdir. 29 yanvar 2020-ci il tarixdə kafedə Vahimə ilə görüşən zaman Zərərçəkmiş şəxs4 da onların yanında olmuş, bütün bu söhbətlərin şahidi olmuşdur. Növbəti gün, yəni 30 yanvar 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 xalası qızı Zərərçəkmiş şəxs4 ilə birlikdə Qaçqınlarla iş üzrə Dövlət Komitəsinə gəlmişdir. Həmin komitənin gözləmə otağında Vahimə xalası qızı Təranənin şahidliyi ilə 5.000 manat pulu ağ rəngli zərfin içində ona təqdim etmişdir. Pulu ağ rəngli zərfdə ona təqdim etdikdən sonra Zərərçəkmiş şəxs1 dərhal zərfi onun əlindən geri alaraq ona birlikdə pulu təqdim edəcəyi şəxsin qəbuluna gedəcəklərini demişdir. Bu zaman o, Zərərçəkmiş şəxs1 etiraz edərək pullarını aparıb təqdim edəcəyi şəxsin buna razılıq vermədiyini, ona qəbuluna tək gəlməyi tapşırdığını söyləmişdir. Həmin şəxs onunla yanaşı qəbulunda başqa şəxslərin iştirakına ona görə icazə vermirmiş ki, həmin kənar şəxslər daha sonra adını başqa yerlərdə hallandırmasınlar. 5.000 manat pulu ona yenidən təqdim edən zaman o, Vahiməyə şəhid ailəsi olduğundan evinin yaxın zamanda veriləcəyini söyləmişdir. 2020-ci ildə Zərərçəkmiş şəxs1 onunla xalası qızı Təranə vasitəsilə əlaqə saxlayırmış, o da hər dəfə müxtəlif bəhanələr səsləndirərək Vahiməyə mənzil verməyi və ya pulunu qaytarmağı gecikdirirmiş. 2021-ci ilin yanvar ayının ilk üç günündə Zərərçəkmiş şəxs1 onunla şəxsən əlaqə saxlayıb verilməli olan mənzilin nə yerdə qaldığını söyləmişdir. O da Zərərçəkmiş şəxs1 məsələni həll edəcək Etiqad adlı şəxsin ezamiyyətdə olduğunu, sözügedən şəxs ezamiyyətdən qayıdan kimi birlikdə Etiqadın qəbluna gedəcəklərini bildirmişdir. Hətta 2021-ci ilin iyul ayında Vahimə Təranə ilə birlikdə Nərimanov metrosunun yaxınlığında yerləşən parkda onunla görüşmüşdür. Həmin görüş zamanı o, Vahiməyə 2021-ci ilin iyul ayının sonuna kimi zəng etməməsini, mənzilinin də veriləcəyini, pulunun da qaytarılacağını demişdir. Bundan sonra o, Vahiməyə evinin verilməsi ilə bağlı məktub vermişdir. Vahimə də ona həmin məktubun ərizəsinə cavab olduğunu, evində həmin məktubdan olduğunu bildirib vermiş olduğu məktubu da cırıb tullamışdır. Vahimədən pulu aldıqan bir müddət sonra Zərərçəkmiş şəxs4 bacısı Ceyranı onunla tanış etmiş və sonuncunun da üçotaqlı mənzil almaq istədiyini bildirmişdir. O da həmin şəxslərə üçotaqlı mənzil almalarında köməklik edəcəyini demişdir. 2020-ci ilin iyun ayında o, Zərərçəkmiş şəxs4 zəng edərək bacısı Ceyrana üçotaqlı ev alınması üçün 2.000 manat pul verməli olduqlarını söyləmişdir. 2020ci ilin iyun ayında Zərərçəkmiş şəxs4 2.000 manat pulu 20 Yanvar metrosu ərazisində "xxxx" ASC-nin yanındakı kafenin qarşısında ona əlbəəl vermişdir. Həmin vaxt o və Təranə tək olmuşlar, yanlarında heç kim olmamışdır. Pulu ona verərkən Təranəyə narahat olmamalarını, mənzillərinin tezliklə veriləcəyini bildirmişdir. 2020-ci ilin iyul ayında o, Ceyrana zəng edərək yenidən 2.000 manat pul istəmişdir. 2020-ci ilin iyul ayında o, "xxxx" ASC-nin yanındakı kafenin qarşısında yenidən Təranə ilə görüşmüş və sonuncu 2.000 manat pulu əlbəəl kafenin qarşısında ona təqdim etmişdir. 2020-ci ilin iyul ayının axırında o, yenidən Ceyrana zəng edərək 1.000 manat pul lazım olduğunu demişdir. 2020-ci ilin iyul ayının sonlarında Təranə 1.000 manat pulu 20 Yanvar metrosu ərazisində "xxxx" ASCnin yanındakı kafenin qarşısında ona əlbəəl təqdim etmişdir. Bu görüş zamanı da onlar tək olmuşdurlar. 2020-ci ilin avqust ayında o, Təranəyə zəng edərək Ceyranın mənzilinin alınması üçün 1.000 manat pul verməli olduqlarını demişdir. Təranə də ona həmin məbləğin çox olduğunu, yalnız 900 manat pul verə biləcəklərini bildirmişdir. O da Təranəylə razılaşaraq 900 manat gətirməsini söyləmişdir. 2020-ci ilin avqust ayında Təranə 900 manat pulu 20 Yanvar metrosu ərazisində "xxxx" ASC-nin yanındakı kafedə ona əlbəəl təqdim etmişdir. Həmin görüş zamanı da onlar tək olmuşdurlar. Bundan sonra Təranənin bacısı Zərərçəkmiş şəxs3 2020-ci ilin dekabr ayında koronavirusdan ölmüşdür. 2020-ci ilin dekabr ayında Təranə xəstəliklə bağlı təqaüdə çıxmaq istəyirdi. Bu zaman o, Təranəyə demişdir ki, 1.500 manat pulu ona verəcəyi təqdirdə, Zərərçəkmiş şəxs4 ikinci qrup əlillik verdirəcəkdir. Bu məqsədlə 2020-ci ilin dekabr ayında Təranə 1.000 manat pulu “Kral” şadlıq sarayının yanında ona əlbəəl vermişdir. Təranə 1.000 manat pulu ona verdikdən 10 gün sonra 500 manat pulu “Kapital Bank”-ın Gənclik filialının yaxınlığında Zərərçəkmiş şəxs4 ona əlbəəl vermişdir. Həmin görüş zamanı da o və Təranə tək olmuşdurlar. Həmin 1.500 manat pulu o, Təranəyə üç dəfəyə, hər dəfəsində 500 manat olmaqla 2021-ci ilin noyabr ayına kimi hissə-hissə qaytarmışdır. Sonuncu 500 manat pulu Təranəyə “Gənclik Mall”-un yaxınlığına taksi vasitəsilə göndərmişdir. 1.500 manatdan başqa o, Zərərçəkmiş şəxs4 heç bir pulunu qaytarmamışdır. 2021-ci ilin dekabr ayı ərəfələrində Zərərçəkmiş şəxs2 ikinci qrup əlilliyinin düzəlməsi üçün ilk öncə 1.000 manat pulu yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu yaşayış kompleksi, bina 23, blok 1, mərtəbə 2, mənzil 6 ünvanına gətirib ona əlbəəl vermişdir. Bir neçə gün sonra, yəni 2021-ci ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs2 500 manat pulu da yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu yaşayış kompleksi, bina 23, blok 1, mərtəbə 2, mənzil 6 ünvanına gətirib ona əlbəəl vermişdir. Coşqun pulu ona verərkən yalnız ikisi olmuşdurlar, Zərərçəkmiş şəxs2 da Zərərçəkmiş şəxs4 vasitəsilə tanımışdır. O, öz ifadəsində son olaraq verilmiş mülki iddiaları qəbul etdiyini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 ilə barışdığını, törətdiyi əməllərdən peşman olduğunu, iki oğlunun vəfat etdiyini, nəvəsinin hərbi xidmətdə olduğunu, digər zərərçəkmiş şəxslərə vurulmuş ziyanları gələcəkdə ödəyəciyini bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə təqdim edərək Zərərçəkmiş şəxs4 Novruzəli qızına qarşı 4000 (dörd min) manat məbləğində etdiyi dələduzluq epizodunda və Zərərçəkmiş şəxs1 qarşı etdiyi 5000 (beş min) manat məbləğində etdiyi dələduzluq epizodu üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin epizodlar üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Cəbrayıl rayonu, Hasanlı kəndində qeydiyyatdadır. Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev 82, Tramvay parkında yataqxanada yaşayır. xx.xx.2022-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinə Təqsirləndirilən şəxs ona qarşı etmiş olduğu dələduzluq əməli bağlı müraciət etmiş, Təqsirləndirilən şəxs əvvəllər X2 tanımış, ümumilikdə həmin şəxslə 30 ildən artıq müddətdir ki tanışlıq münasibəti olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər onun müəllimi olmuş, həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs tanımış, həmin vaxtdan onunla yaxın dostluq münasibətləri olmuşdur. Həmin şəxslə əvvəllər hər hansı ədavət və ya düşmənçiliyi olmamışdır. 2019-cu ilin noyabr ayında məcburi köçkün olduğundan dövlət tərəfindən 2-ci Qobu şəhərciyində birotaqlı ev almağı üçün ona kupon vermişlər. Həmin kupon əsasında 2-ci Qobu şəhərciyində ev almalı imiş, 2019-cu ilin noyabr ayında ona veriləcək evlə bağlı məlumat almaq üçün Qaçqınlarla iş üzrə Dövlət Komitəsinə getmiş, orada keçmiş tanışı Təqsirləndirilən şəxs görmüş, onunla gündəlik məişət mövzusunda söhbət etdikdən sonra Şövkət ona ikiotaqlı mənzil almağına köməklik edə biləcəyini söyləmiş, həmin vaxta kimi həmişə birotaqlı mənzildə yaşadığından, həmçinin ikiotaqlı mənzildə yaşamağı onun üçün daha sərfəli olacağını düşünüb Təqsirləndirilən şəxs ona etmiş olduğu təklifi qəbul etmiş, Təqsirləndirilən şəxs əvvəllər onun müəllimi olsa da, özünün Qaçqınlarla iş üzrə Dövlət Komitəsində işlədiyindən, sonuncunun vəfat etmiş oğlu Vüqar ilə birlikdə ev alqı-satqısı ilə məşğul olduğundan məlumatlı olmuş, hətta səhv eləmirsə, oğlu Vüqar da Qaçqınlarla iş üzrə Dövlət Komitəsində işləmişdir. Şövkətlə komitədə danışdıqdan sonra ona inanıb həmin gün Qaçqınlarla iş üzrə Dövlət Komitəsində heç bir səlahiyyətli şəxsin qəbuluna girməmiş, sabahısı gün 2-ci Qobu şəhərciyinin mənzil kommunal istismar sahəsinə gedib 3-cü Qobu şəhərciyində ona ikiotaqlı ev verilməsi üçün ərizə yazmış, 2-ci Qobu şəhərciyinin mənzil kommunal istismar sahəsində olarkən Təqsirləndirilən şəxs və Qaçqınlarla iş üzrə Dövlət Komitəsinin vəzifəli şəxslərindən olan soyadını xatırlamadığı Etiqad adlı şəxs də orada olmuş, əvvəllər Qaçqınlarla iş üzrə Dövlət Komitəsinə tez-tez getdiyindən həmin Etiqad adlı şəxsi komitədə tez-tez görürmüş, bu səbəbdən də sonuncunun Qaçqınlarla iş üzrə Dövlət Komitəsinin vəzifəli şəxslərindən biri kimi ərizə yazarkən yanında olmasını görməyi Şövkət və Etiqada olan inamını daha da artırmış, ərizəni yazdıqdan sonra, həmin gün də dövlət tərəfindən 2-ci Qobu şəhərciyində ona verilmiş olan birotaqlı mənzil Qaçqınlarla iş üzrə Dövlət Komitəsinin vəzifəli şəxsi Etiqad adlı şəxs tərəfindən tanımadığı şəxsə satılmış, bundan sonra Şövkət və Etiqad ona narahat olmamağını, 3-cü Qobu şəhərciyi açılanda ona oradan ikiotaqlı mənzil veriləcəyini bildirmiş, bundan 3-4 gün sonra Şövkət sonu “20” ilə bitən, əvvəlini xatırlamadığı mobil nömrəsindən onun “***-***-**-**” mobil nömrəsinə zəng edib ona ikotaqlı ev verilməsi üçün dörd-beş min manat pul verməli olduğunu bildirmiş, o, da ona 5.000 yox, 4.000 manat verə biləcəyini söyləmiş, Şövkət onunla razılaşdıqdan sonra sabahı gün, təxminən 2019-cu ilin noyabr ayının sonu, dekabr ayının əvvəlində 20 Yanvar metrosunun yaxınlığında yerləşən "xxxx" ASC-nin yanındakı kafenin qabağında 4.000 manat pulu Şövkətə əlbəəl təqdim etmiş, o, pulu Təqsirləndirilən şəxs təqdim edərkən, tək olmuş, yanında heç kim olmamış, 4.000 manat pulu Şövkətə verməyi barədə mərhum bacısı Ceyrana və Kifayətə məlumat vermiş, pulu Şövkətə verdikdən bir həftə sonra “***-***-**-**” mobil nömrəsinə tanımadığı mobil nömrədən özünü Qaçqınlarla iş üzrə Dövlət Komitəsinin vəzifəli şəxsi kimi təqdim edən kişi cinsindən olan şəxs zəng edərək ondan nə səbəbə dövlət tərəfindən ona verilmiş olan birotaqlı evdən imtina etdiyini soruşmuş, o, da ona evinin balaca olduğunu, lakin əşyalarının çox olduğunu, ikiotaqlı evin ona daha sərfəli olacağını bildirib bu səbəbdən ikiotaqlı ev almaq istədiyini demiş, həmin şəxs də ona ikiotaqlı ev verilməyəcəyini, aldadıldığını bildirmiş, bundan sonra o, dərhal Şövkətin sonu “20” ilə bitən, əvvəlini xatırlamadığı mobil nömrəsinə zəng etmiş, Şövkət ona bir qədər səbrli olmağını, Etiqadla əlaqə saxlayıb ona cavab verəcəyini demiş, bundan beş-on dəqiqə sonra Şövkət yenidən ona zəng edərək Etiqadla əlaqə saxladığını, Etiqadın narahat olmamağını, həmin şəxslərin “gədə-güdələr” olduğunu, evinin tezliklə ona veriləcəyini bildirdiyini qeyd etmiş, o, da Şövkətin vermiş olduğu yalan vədlərə inanıb ona mənzil verilməsini gözləməyə başlamış, onun ona inandığını görən Şövkət tanışlarından mənzil almaq istəyən şəxslər olduqda, ona müraciət etməyini, bununla bağlı ona və yaxınlarına köməklik edəcəyini bildirmiş, o, da bibisi qızı Zərərçəkmiş şəxs1 həmin vaxt ev axtardığını bilirmiş, bibisi qızı Vahimə ilə etdiyi söhbətlərin birində Zərərçəkmiş şəxs1 ondan ev alıb-almadığını soruşmuş, o, da ona Şövkətin söz verdiyini, mənzilinin tezliklə veriləcəyini demiş, bundan sonra bibisi qızı Vahimə də Şövkətin köməkliyi ilə mənzil almaq istədiyini söyləmiş, bibisi qızının ev almaq istədiyi barədə Şövkətə bildirdikdə, sonuncu bibisi qızının şəhid ailəsi üzvü olduğundan mənzilin asanlıqla alına bilinəcəyini, hətta üç övladı olduğu üçün ona üçotaqlı mənzil veriləcəyini qeyd etmiş, 29 yanvar 2022-ci il tarixdə o, və bibisi qızı Zərərçəkmiş şəxs1 "xxxx" ASC-nin yaxınlığında yerləşən kafedə Şövkət Hüseynova ilə görüşmüş, orada söhbət əsnasında Şövkət bibisi qızı Vahimədən ev almaq üçün 5.000 manat pul istəmiş, növbəti gün, yəni 30 yanvar 2022-ci il tarixdə bibisi qızı Vahimə ilə birlikdə Qaçqınlarla iş üzrə Dövlət Komitəsinin giriş hissəsinə getmiş, orada bibisi qızı Vahimə onun şahidliyi ilə 5.000 manat pulu əlbəəl Şövkətə vermiş, pulu verdikdən sonra həmin gün Şövkət Vahimənin adından sonuncu üçün Bakı şəhərində Babək prospekti, Yasamal, Gənclik və Əhmədli ərazisində ev almaq üçün ərizə yazmış, bibisi qızı Vahimə də həmin ərizəni imzalaış, həmin görüş zamanı Şövkət Vahiməyə tezliklə ev veriləcəyini söyləmiş, bundan bir müddət sonra Şövkət ona da Vahimə ilə yaxında yaşamaq üçün Gənclik metrosunun yanında Etiqad adlı şəxsin köməkliyi ilə ev veriləcəyini demiş, həmin ərəfələrdə bacısı Zərərçəkmiş şəxs3 da üçotaqlı mənzil almaq istəyirmiş, o, da bu səbəbdən Təqsirləndirilən şəxs bacısı Ceyrana məsləhət görmüş, 2020-ci ilin iyun ayında Şövkət ona zəng edərək bacısı Ceyrana üçotaqlı ev alınması üçün 2.000 manat pul verməli olduğunu söyləmiş, o, bu barədə bacısı Ceyrana məlumat verdikdən sonra sonuncu pulu aparıb onun verməyini xahiş etmiş, 2020-ci ilin iyun ayında bacısı Ceyran 2.000 manat pulu ona vermiş, o, da həmin pulu 20 Yanvar metrosu ərazisində "xxxx" ASCnin yanındakı kafenin qarşısında Şövkətə əlbəəl vermiş, həmin vaxt o və Şövkət tək olmuş, yanında heç kim olmamışdır. Pulu Şövkətə verərkən sonuncu narahat olmamağı, mənzillərinin onlara tezliklə veriləcəyini bildirmiş, 2020-ci ilin iyul ayında Şövkət bacısı Ceyrana zəng edərək yenidən 2.000 manat pul istəmiş, onlar da mənzillərinin alınması üçün 2.000 manat düzəldib yenidən Təqsirləndirilən şəxs ilə görüşmüş, 2020-ci ilin iyul ayında o, bacısı Zərərçəkmiş şəxs3 ilə birlikdə 20 Yanvar metrosu ərazisində "xxxx" ASCnin yanındakı kafenin qarşısına getmiş, lakin həmin görüş zamanı bacısı Ceyran özünü Şövkətə göstərməmiş, o, 2.000 manat pulu əlbəəl kafenin qarşısında Şövkətə təqdim edərkən bacısı Ceyran onlardan kənarda bir qədər aralıda dayanmış, 2020-ci ilin iyul ayının axırında Şövkət yenidən bacısı Ceyrana zəng edərək 1.000 manat pul lazım olduğunu demiş, o, da bacısı Ceyranın xahişi ilə 2020-ci ilin iyul ayının sonlarında 1.000 manat pulu 20 Yanvar metrosu ərazisində "xxxx" ASC-nin yanındakı kafenin qarşısında Təqsirləndirilən şəxs əlbəəl təqdim etmiş, bu görüş zamanı o, tək olmuş, onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs hər dəfə bacısı Zərərçəkmiş şəxs3 və ona bacısı Ceyran üçün Babək prospekti və ya Gənclik metrosu yaxınlığında mənzil veriləcəyi bildirirmiş, 2020-ci ilin avqust ayında Şövkət ona zəng edərək Ceyranın mənzilinin alınması üçün 1.000 manat pul verməli olduğunu demiş, o, da ona həmin məbləğin çox olduğunu, yalnız 900 manat pul verə biləcəyini bildirmiş,Şövkət də onunla razılaşaraq 900 manat gətirməyini söyləmiş, 2020-ci ilin avqust ayında bacısı Zərərçəkmiş şəxs3 bu barədə məlumat vermədən 900 manat pulu 20 Yanvar metrosu ərazisində "xxxx" ASC-nin yanındakı kafedə Təqsirləndirilən şəxs əlbəəl təqdim etmiş, həmin görüş zamanı o, tək olmuş, həmin görüş zamanı pulu Şövkətə təqdim edərkən tanımadığı, 1.70 sm boylarında, qaradərili, yaşlı, bığlı kişi cinsindən olan şəxsin onların yanında dövrə vurduğunu, özünü şübhəli apardığını sezmiş, bu zaman Təqsirləndirilən şəxs və Etiqad adlı şəxs tərəfindən aldadıldığında şübhələnmiş, həmin vaxt 900 manat pulu həmin kişinin şübhəli hərəkətlərindən dolayı Şövkətə təqdim etməyə bir qədər tərəddüd etsə də, mənzillərinin alınması üçün məcbur qalıb 900 manat pulu Təqsirləndirilən şəxs vermiş, daha sonra tanımadığı kişinin şübhəli hərəkətləri barədə bacısı Ceyrana bildirdikdə sonuncu o zaman ona böyük ehtimalla aldadıldığını, Şövkətin bəlkə də onların pullarını kimlərəsə olan borcunu qaytardığını bildirmiş, daha sonra bacısı ondan xəbərsiz Şövkətə aparıb vermiş olduğu 900 manatını ona geri qaytarmış, bundan sonra bacısı Zərərçəkmiş şəxs3 2020-ci ilin dekabr ayında koronavirusdan ölmüş, 2020-ci ilin dekabr ayında xəstəliklə bağlı təqaüdə çıxmaq istəyirmiş, bu zaman Şövkət ona demişdir ki, 1.500 manat pulu ona verəcəyi təqdirdə, ona ikinci qrup əlillik verdirəcək. Bu məqsədlə 2020-ci ilin dekabr ayında 1.000 manat pulu yaşadığı yataqxanın yaxınlığındakı “Kral” şadlıq sarayının yanında Təqsirləndirilən şəxs əlbəəl vermiş, bu zaman Şövkətin yanında tanımadığı, 1.60 boylarında kişi cinsindən bir şəxs də olmuş, 1.000 manat pulu Şövkətə verdikdən 10 gün sonra 500 manat pulu “Kapital Bank”-ın Gənclik filialının yaxınlığında Şövkətə əlbəəl vermiş, həmin görüş zamanı da o və Şövkət tək olmuş, həmin 1.500 manat pulu Təqsirləndirilən şəxs üç dəfəyə, hər dəfəsində 500 manat olmaqla 2021-ci ilin noyabr ayına kimi ona hissə-hissə qaytarmışdır. Sonuncu 500 manat pulu ona “Gənclik Mall”-un yaxınlığına taksi vasitəsilə göndərmişdir. 1.500 manatdan başqa Təqsirləndirilən şəxs onun heç bir pulunu qaytarmamışdır. 2021-ci ilin dekabr ayı ərəfələrində bacısı oğlu Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onun üçün ikinci qrup əlilliyini düzəltsin deyə ilk öncə 1.000 manat pulu Təqsirləndirilən şəxs yaşadığı, 2-ci Qobu şəhərciyi, 24-cü bina, 2ci blok, 2-ci mərtəbədə yerləşən evinə aparıb əlbəəl vermiş, bir neçə gün sonra, yəni 2021-ci ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs2 500 manat pulu da Təqsirləndirilən şəxs yaşadığı, 2-ci Qobu şəhərciyi, 24-cü bina, 2-ci blok, 2-ci mərtəbədə yerləşən evinə aparıb əlbəəl vermişdir. Lakin Təqsirləndirilən şəxs Coşquna qarşı da dələduzluq edərək onun, mərhum bacısı Ceyran, bibisi qızı Vahimə kimi onun da pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs onlara və bir çox şəxslərə qarşı dələduzluq etdiyindən 2022-ci ilin yanvar ayında 2-ci Qobu şəhərciyi, 24-cü bina, 2-ci blok, 2-ci mərtəbədə yerləşən evi əlindən alınmışdır. Eşitdiyinə görə bir müddət əvvəl Şövkət yenidən 2-ci Qobu şəhərciyində ev almışdır. O, öz ifadəsində son olaraq təqsirləndirilən şəxsə qarşı şikayətçi olmaqla ona ağır cəza verilməsini, ona vurulmuş ziyanın ödənilməsini və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Cəbrayıl rayonu, Hasanlı kəndində qeydiyyatdadır, ünvan 4 ünvanında yaşayır. Bakı şəhər Baş Polis İdarəsinə Təqsirləndirilən şəxs ona qarşı etmiş olduğu dələduzluq əməli ilə bağlı müraciət etmiş, Təqsirləndirilən şəxs əvvəllər X2 tanımış, ümumilikdə həmin şəxsi təxminən 3 ildir ki, tanıyır. Özü Cəbrayıl rayonundan 1993-cü ildən məcburi köçkündür. X5 1-ci Qarabağ müharibəsində şəhid olmuş, 1996-cı ildə hazırda yaşadığı mənzili ona dövlət vermiş, 2019-cu ilin dekabr ayının sonu, 2020-ci ilin yanvar ayı ərəfələrində dayısıqızı Zərərçəkmiş şəxs4 ev alacağı barədə məlumatlı olmuş, 2020-ci ilin yanvar ayının 28-də dayısı qızı Zərərçəkmiş şəxs4 ev alıb-almadığını soruşduqda, sonuncu ona Təqsirləndirilən şəxs adlı şəxsin vasitəsilə dövlət tərəfindən ona verilmiş birotaqlı mənzilin əvəzinə ikiotaqlı mənzil alacaq.Bundan əlavə, dayısı qızı Təranə ona Şövkət adlı şəxsin qohumlarından da ev almaq istəyən olacağı təqdirdə, ev almağa köməklik edəcəyini bildirdiyini söyləmiş, Şövkətin dayısı qızı Təranəyə həqiqətən köməklik göstərdiyinə inanıb Təranədən Təqsirləndirilən şəxs ona da mənzil almağa köməklik etməsi barədə xahiş etməsini istəmiş, həmin gün, yəni 28 yanvar 2020-ci il tarixdə dayısı qızı Zərərçəkmiş şəxs4 ona zəng edərək Şövkətlə danışdığını, sonuncunun onunla sabahı gün, yəni 29 yanvar 2020-ci il tarixdə görüşməklərinə razılıq verdiyini demiş, 29 yanvar 2020-ci il tarixdə o, xalası qızı Təranə və Təqsirləndirilən şəxs 20 Yanvar metrosu ərazisində, "xxxx" ASC-nin yaxınlığındakı kafedə görüşmüş, görüş zamanı Təqsirləndirilən şəxs şəhid əri Əli Hüseynovu kolxoz sədri işləyən zamandan tanıdığını, ərinin ona etdiyi yaxşılıqların əvəzində ev almağı üçün əlindən gələn köməklik edəcəyini bildirmiş. bundan sonra Şövkət üç övladı və şəhid ailə üzvü olduğundan ona üçotaqlı ev veriləcəyini bildirərək ondan 10.000 manat pul istəmiş, bu zaman Təqsirləndirilən şəxs 10.000 manat deyil, 5.000 manat pulunun olduğunu, yalnız 5.000 manat pul verə biləcəyini bildirmiş, Şövkət də onunla razılaşaraq ilk öncə haradan mənzil almaq istədiyini soruşmuş, o, da ona nəvələrini rahat şəkildə dərsə aparıb-gətirmək üçün Babək prospektindən mənzil verilməsini istəmiş, ardınca Təqsirləndirilən şəxs ona Babək prospektindən və ya Yasamal rayonundan mənzil verilməsinə köməklik edəcəyini, sabahı gün, yəni 30 yanvar 2020-ci il tarixə Qaçqınlarla iş üzrə Dövlət Komitəsinə təcili olaraq 5.000 manat gətirib ona verməyini, əks halda evin əldən çıxacağını söyləmiş, 29 yanvar 2020-ci il tarixdə kafedə Şövkət ilə görüşən zaman xalası qızı Zərərçəkmiş şəxs4 da onların yanında olmuş, bütün bu söhbətlərin şahidi olmuşdur. Növbəti gün, yəni 30 yanvar 2020-ci il tarixdə o, evdən 5.000 manatı götürüb xalam qızı Zərərçəkmiş şəxs4 ilə birlikdə Qaçqınlarla iş üzrə Dövlət Komitəsinə getmiş, həmin komitənin gözləmə otağında xalası qızı Təranənin şahidliyi ilə 5.000 manat pulu ağ rəngli zərfin içində Təqsirləndirilən şəxs təqdim etmiş, pulu ağ rəngli zərfdə Şövkətə təqdim etdikdən sonra dərhal zərfi Şövkətin əlindən alıb geri alaraq Şövkətə sonuncu ilə birlikdə pulu təqdim edəcəyi şəxsin qəbuluna gedəcəyini demiş, bu zaman Şövkət ona etiraz edərək guya pullarını aparıb təqdim edəcəyi şəxsin buna razılıq vermədiyini, guya Şövkətə qəbuluna tək gəlməyi tapşırdığını söyləmiş, guya həmin şəxs Şövkətlə yanaşı qəbulunda başqa şəxslərin iştirakına ona görə icazə vermir ki, həmin kənar şəxslər daha sonra onun adını başqa yerlərdə hallandırarlar. 5.000 manat pulu Şövkətə yenidən təqdim edən zaman sonuncu şəhid ailəsi olduğundan ona evinin yaxın zamanda veriləcəyini söyləmiş, daha sonralar Təqsirləndirilən şəxs adlı şəxsin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını, daha sonra buraxıldığını öyrənmiş, 2020-ci ildə Şövkətlə xalası qızı Təranə vasitəsilə əlaqə saxlayırmış, Şövkət də hər dəfə müxtəlif bəhanələr səsləndirərək ona mənzil verməyi və ya pulunu qaytarmağı gecikdirirmiş, 2021-ci ilin yanvar ayının ilk üç günündə Təqsirləndirilən şəxs ilə şəxsən əlaqə saxlayıb ona verilməli olan mənzilin nə yerdə qaldığını söyləmiş, Şövkət də ona məsələni həll edəcək tanımadığı, soyadını bilmədiyi Etiqad adlı şəxsin ezamiyyətdə olduğunu, sözügedən şəxs ezamiyyətdən qayıdan kimi onunla birlikdə onun qəbluna gedəcəyini bildirmiş, lakin Təqsirləndirilən şəxs yenə də verdiyi vədə əməl etməyərək onu Etiqad adlı şəxsin qəbuluna aparmamış, bundan sonra da bir neçə dəfə Şövkətlə əlaqə saxlamaq istəsə də, sonuncu ilə əlaqə saxlamaq mümkün olmamışdır. 2021-ci ilin iyul ayında xalası qızı Təranə ilə birlikdə Qaçqınlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Etiqad adlı şəxslə həmin komitədə görüşmüş, görüş zamanı Etiqad adlı şəxsə 5.000 manat pul verdiyini, Şövkətin həmin pulu da ona çatdıracağını bildirdiyini söyləmiş, bu zaman Etiqad adlı şəxs Şövkətin onu Nərimanov rayonunda keçmiş “Təbəssüm” şadlıq sarayının yanında gözlədiyini söyləmiş, bundan sonra dayısı qızı Təranə ilə birlikdə Nərimanov metrosunun yaxınlığında yerləşən parkda Şövkətlə görüşmüş, həmin görüş zamanı Şövkət ona 2021-ci ilin iyul ayının sonuna kimi zəng etməməyini, mənzilinin də veriləcəyini, pulumun da qaytarılacağını dedi. Bundan sonra Şövkət ona guya evinin verilməsilə bağlı məktub vermiş, o, da ona həmin məktubun ərizəsinə cavab olduğunu, evində həmin məktubdan olduğunu bildirib vermiş olduğu məktubu da cırıb tullamış, daha sonra nə qədər Şövkətlə əlaqə saxlayıb ya mənzilini, ya da pulunu tələb etsə də, Şövkət nə pulunu, nə də mənzilini qaytarmamışdır. O, öz ifadəsində son olaraq təqsirləndirilən şəxsə qarşı şikayətçi olmaqla ona ağır cəza verilməsini, ona vurulmuş ziyanın ödənilməsini və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 20 ildən artıq müddətdir ki tanıyırmış, həmin şəxs ibtidai sinifdə təhsil alarkən onun müəllimi olmuşdur. Təqsirləndirilən şəxs ilə əvvəllər hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. O, əvvəllər işdə xəsarət almağı ilə bağlı pensiyaya çıxdığından əmək pensiyası alırmış. Bir müddət pensiya alsa da, 2015-2019-cu illərdə Bakı şəhərində yaşamadığı, Polşada yaşadığı üçün tibbi müayinələrindən keçmədiyindən 2020-ci ildə onun əmək pensiyası kəsilmişdir. 2020-ci ilin yanvarından etibarən Bakı şəhərində ailəsi ilə birlikdə yaşayırmış. 2021-ci ilin dekabr ayı ərəfələrində anası Nailə ona keçmiş müəlliməsi Şövkətə 1.000 manat pul aparıb verməyini bildirmişdir. O, nə səbəbə Şövkətə 1.000 manat pul verməli olduğunu soruşduqda anasıŞövkətkə işinin olduğunu bildirib Təqsirləndirilən şəxs aparıb 1.000 manat pulu verməyində təkid etmişdir. Bundan sonra o, dəqiq tarix xatırlamadığı 2021-ci ilin oktyabr ayında 1.000 manat pulu Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu yaşayış kompleksi, bina 23, blok 1, mərtəbə 2, mənzil 6-da yerləşən evinə aparıb əlbəəl vermişdir. Pulu verdikdən qısa müddət sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq şəxsiyyət vəsiqəsinin şəklini göndərməyini tələb etmişdir. O, Şövkətdən nə səbəbə şəxsiyyət vəsiqəsinin şəklini tələb etdiyini soruşduqda Şövkət onun üçün əvvəllər almış olduğu əmək pensiyasını bərpa etdirəcəyini bildmişdir. Ardınca işinin həll edilməsi üçün ondan 500 manat pul tələb etmişdir. Həmin vaxt o, əmək pensiyası almadığından əmək pensiyasının bərpası üçün dəqiq tarix xatırlamadığı 2021-ci ilin dekabr ayında 500 manat pulu Təqsirləndirilən şəxs yaşadığı, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu yaşayış kompleksi, bina 23, blok 1, mərtəbə 2, mənzil 6-da yerləşən evinə aparıb Təqsirləndirilən şəxs əlbəəl təqdim etmişdir. Şövkət həmin görüş zamanı məsələnin 1-2 aya öz həllini tapacağını söyləmişdir. Pulu verdikdən sonra o, əmək pensiyasının bərpa olunacağını gözləməyə başlasa da, görüşdən təxminən 1-2 ay keçməsinə baxmayaraq məsələsinin həll edilmədiyini görmüşdür. Bununla bağlı Şövkətdən məlumat almaq istədikdə isə Şövkət hər dəfə işinin həll ediləcəyi tarixi ertələyərək müxtəlif bəhanələr gətirirmişO, işinin həll edilmədiyini görüb Şövkətin ümumilikdə 1.500 manat pulunu kimə verməsi ilə maraqlanmışdır. Belə ki, o, Şövkətə təkid edib pulunu kimə verdiyini soruşduqda, Şövkət ona Qobu Şuşa poliklinikasında işləyən hazırda anket məlumatlarını xatırlamadığı qadın həkimin adını söyləmişdir. O, Qobu Şuşa poliklinikasına gedib həmin qadın həkimi tapmış və sonuncudan əmək pensiyasının bərpası ilə bağlı sənədlərinin təqdim edilib- edilmədiyini soruşmuşdur. Həkim də ona əmək pensiyasının bərpası ilə bağlı sənədlərinin çatmadığını, ona aid hər hansı sənədin olmadığını qeyd etmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını, Şövkətin ona qarşı dələduzluq edərək əmək pensiyasını bərpa etdirmək adı ilə 1.500 manat pulunu ələ keçirdiyini öyrənmişdir. Ardınca digər qohum və tanışlarının da Şövkətə müxtəlif miqdarlarda pul verdiklərini bildiyindən Şövkətin pulları kimə verdiklərini araşdırmağa başlamışdır. Şövkət ilk öncə pulu kimə verdiyini bildirməkdən imtina etsə də, onun təkidindən sonra xalalarının və digər tanışlarının pulunu Qaçqınlarla İş üzrə Dövlət Komitəsində Etiqad adlı şəxsə verdiyini söyləmişdir. Daha sonra o, məsələnin nə yerdə olduğunu öyrənmək üçün Qaçqınlarla İş üzrə Dövlət Komitəsinə getmiş və orada həqiqətən Etiqad adlı şəxsin işlədiyini öyrənmişdir. O, Etiqad adlı şəxsə Təqsirləndirilən şəxs müəyyən məbləğlərdə pul verdiyini bildirdikdə Etiqad onun şahidliyi ilə mobil telefonundan Təqsirləndirilən şəxs zəng etmiş və Şövkətdən sonuncunun ona pul verib-vermədiyini soruşmuşdur. Şövkət də Etiqada hər hansı məbləğdə pul vermədiyini etiraf etmişdir. Beləcə Təqsirləndirilən şəxs ona və yaxınlarına qarşı dələduzluq etmiş olduğunu öyrənmişlər. Bundan sora yaxınları Təqsirləndirilən şəxs dələduzluğu ilə bağlı müxtəlif dövlət qurumlarına şikayət etmişlər. Onun üçün də arvadı X8 ərizə ilə şəhər Baş Polis İdarəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs 30 ildən çoxdur ki tanıyırmış, həmin şəxs ibtidai sinifdə təhsil alarkən onun müəllimi olmuşdur. Təqsirləndirilən şəxs ilə əvvəllər hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. O, əmək pensiyasının bərpası üçün 2021-ci ilin oktyabr ayında 1.000 manat pulu və 2021-ci ilin dekabr ayında 500 manat pulu Təqsirləndirilən şəxs sonuncunun yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu yaşayış kompleksi, bina 23, blok 1, mərtəbə 2, mənzil 6-da yerləşən evində əlbəəl vermişdir. Təqsirləndirilən şəxs ona əvvəllər almış olduğu əmək pensiyasını bərpa etdirəcəyini vəd etmişdir. O, sonuncu dəfə 2021-ci ilin dekabr ayında 500 manat pulu onun yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu yaşayış kompleksi, bina 23, blok 1, mərtəbə 2, mənzil 6-da yerləşən evində Şövkətə təqdim edərkən əmək pensiyasını təxminən 1-2 aya bərpa etdirəcəyini söyləmişdir. Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək 1.000 və 500 manat məbləğində pulunu etibarından sui-istifadə etmək yoluyla ələ keçirməklə, ona ümumilikdə 1.500 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs vermiş olduğu ümumilikdə 1.500 manat pul onun özünə məxsus olmuşdur. O, 2021-ci ilin oktyabr aymda 1.000 manat pulu və 2021-ci ilin dekabr aymda 500 manat pulu Təqsirləndirilən şəxs sonuncunun yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu yaşayış kompleksi, bina 23, blok 1, mərtəbə 2, mənzil 6-da yerləşən evində verərkən tək oluş, o və Şövkətdən başqa yanlarında heç kim olmamışdır. Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək ələ keçirmiş olduğu ümumilikdə 1.500 manat pulundan indiyə kimi hər hansı məbləğdə pul qaytarmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanı tələb etmədiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 hüquqi varisi X9 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 24 iyun 2022-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinə Təqsirləndirilən şəxs mərhum anası Zərərçəkmiş şəxs3 qarşı etmiş olduğu dələduzluq əməli ilə bağlı o, müraciət etmişdir. Onunla yanaşı, bacısıX8 və qardaşı X10 da anasıCeyranın doğma övladlarıdır. Yuxarıda göstərdiyi ünvanda 8 yaşlı qızı Cansu Əliyeva ilə birlikdə yaşayırmış. Zərərçəkmiş şəxs4 onun xalasıdır, Zərərçəkmiş şəxs3 isə onun anasıdır. Anası Zərərçəkmiş şəxs3 08 dekabr 2020-ci il tarixdə koronavirusdan vəfat etmişdir. 2021-ci ilin mart ayında xalası Zərərçəkmiş şəxs4 onunla etmiş olduğu söhbət əsnasında bacısı, yəni mərhum anası Zərərçəkmiş şəxs3 ilə birlikdə Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən aldadıqlarını, özünün bilmədiyi məbləğdə, anasının da 5.900 manat məbləğində pulunun həmin şəxs tərəfindən ələ keçirildiyini bildirmişdir. Belə ki, xalasıZərərçəkmiş şəxs4 onlardan fərqli olaraq məcburi köçkündür. XalasıZərərçəkmiş şəxs4 dövlət tərəfinən birotaqlı mənzil verilmişdir. Xalasının 2021-ci ilin mart ayında ona söylədiyinə görə, ikiotaqlı mənzil əldə etmək üçün əvvəllər Raya adı ilə tanıdıqları, sonradan ad və soyadını dəyişdirən Təqsirləndirilən şəxs müraciət etmişdir. Şövkət də xalası Təranəni aldadaraq bilmədiyi məbləğdə pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Xalasının bildirdiyinə görə Şövkət qohumlarından mənzil istəyən şəxs olacağı təqdirdə mənzil almağa köməklik edəcəyini bildirmişdir. Onun xalası Təranə də anası Ceyrana Şövkətin təklifi barədə bildirdikdən sonra anası Ceyran Şövkətin etmiş olduğu təklifi qəbul etmişdir. Bildiyi qədərilə, Təqsirləndirilən şəxs da əslən Cəbrayıl rayonundandır, anası Ceyranın Şövkətlə tanışlıq münasibəti olmuş, anasıhəmin şəxsi tanımışdır. Xalasının ona bildirdiyi qədərilə anasıŞövkətin təklifini qəbul etdikdən sonra Şövkət anasına 2020-ci ilin iyun ayında zəng edərək üçotaqlı mənzil alması üçün 2.000 manat pul istəmişdir. Anasıda, etiraz etməmiş, xalası Təranə vasitəsilə 2.000 manatı Təqsirləndirilən şəxs vermişdir. Daha sonra 2020-ci ilin iyul ayında Şövkət yenidən anası Ceyrana zəng edərək sonuncunun 2.000 manat pul verməsini bildirmişdir. Yenə də anası etiraz etməyib 2.000 manat məbləğində pulu xalasıTəranə vasitəsilə Təqsirləndirilən şəxs yollamışdır. Daha sonra həmin ilin iyul ayında Şövkət yenidən anası Ceyran ilə əlaqə saxlayaraq bu dəfə 1.000 manat pul verməli olduğunu, üçotaqlı mənzilin tezliklə veriləcəyini bildirmişdir. Yenidən anası həmin 1.000 manat məbləğində pulu da xalası Zərərçəkmiş şəxs4 vasitəsilə Təqsirləndirilən şəxs göndərmişdir. 2020-ci ilin avqust ayında isə Təqsirləndirilən şəxs anasından 900 manat pul istəmişdir ki, anası da həmin pulu xalası Zərərçəkmiş şəxs4 vasitəsilə Şövkətə yollamışdır. Beləliklə, Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs3 ümumilikdə 5.900 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bununla yanaşı, sonralar Təqsirləndirilən şəxs bacısı Aytən Vəliyevanın əri Zərərçəkmiş şəxs2 ikinci qrup əlillik dərəcəsi düzəltmək adı ilə aldadarq ümumilikdə, 1500 manat məbləğində pulunu ələ keçirdiyini öyrənmişdir. O, Təqsirləndirilən şəxs şəxsən tanımırmış. Lakin anası Zərərçəkmiş şəxs3 bildiyi qədərilə Təqsirləndirilən şəxs tanımışdır. Həmin şəxsi tanımadığından sonuncuyla hər hansı ədavəti və ya düşmənçilik münasibəti olmamışdır. Xalası Zərərçəkmiş şəxs4 ona söylədiyinə görə Təqsirləndirilən şəxs 2020-ci ilin iyun ayında anası Zərərçəkmiş şəxs3 2.000 manat məbləğində, 2020-ci ilin iyul ayında anası Ceyran Quliyevnın 2.000 və 1.000 manat məbləğində, 2020-ci ilin avqust ayında anasıZərərçəkmiş şəxs3 900 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməsilə anasının ümumilikdə 5.900 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. XalasıZərərçəkmiş şəxs4 ona söylədiyinə görə, Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs3 ümumilkdə 5.900 manat pulunu dələduzluq yolu ilə ələ keçirərkən anasına üçotaqlı mənzil verdirəcəyini vəd etmişdir, özünü də anasına Qaçqınlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşı kimi təqdim etmişdir. AnasıZərərçəkmiş şəxs3 2.000, 2.000, 1.000 və 900 manat şəklində hissə-hissə olmaqla, ümumilikdə 5.900 manat pulu 2020-ci ilin iyun-avqust ayları aralığında xalası Zərərçəkmiş şəxs4 vasitəsilə Təqsirləndirilən şəxs yollaması barədə heç bir məlumatı olmamışdır, bu səbəbdən də anasıCeyranın xalasıTəranəyə pulu verməsi, xalası Təranənin pulu aparıb Təqsirləndirilən şəxs təqdim etməsinin şahidi olmamışdır. O, bu barədə yalnız 2021-ci ilin mart ayında xalası Zərərçəkmiş şəxs4 ilə birlikdə söhbətləşən zaman sonuncunun bu barədə ona məlumat verməsilə məsələnin nə olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs3 aldadaraq dələduzluq yolu ilə ələ keçirdiyi 5.900 manat puldan onlara hər hansı məbləğdə pul geri qaytarmamışdır. O, öz ifadəsində son olaraq təqsirləndirilən şəxsə qarşı şikayətçi olmaqla ona ağır cəza verilməsini, ona vurulmuş ziyanın ödənilməsini və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2019-cu ilin may ayından Azərbaycan Respublikası Qaçqınlar və X6 üzrə Dövlət Komitəsində Təchizat və İstehsalat İdarəsində rəis müavini vəzifəsində, 2021-ci ilin dekabr ayından 24 noyabr 2022-ci il tarixədək Azərbaycan Respublikası Qaçqınlar və X6 üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinin direktor müavini vəzifəsində işləmişdir. Hal-hazırda işləmir. O, 2019-cu ilin payız aylarında Azərbaycan Respublikası Qaçqınlar və X6 üzrə Dövlət Komitəsində Təchizat və İstehsalat İdarəsində rəis müavini vəzifəsində işləyirmiş. Həmin zaman onlar Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Qobu Park 2 yaşayış massivində evlərin köçürülməsi ilə məşğul olurmuşlar. Belə ki, o, həmin zaman kompleksə köçən sakinlərin əşyalarının daşınması üçün avtomaşınla təmin edirmiş. Həmin zaman əvəllər tanıdığı Şövkət adlı qadın yanında bir nəfər sonralar adını Təranə kimi tanıdığı qadınlar ona yaxınlaşmışlar və bildirmişdir ki, ona Komitə ev vermişdir, “Təranəyə də kömək etmək lazımdır ki, ona da mənzil verilsin”. O da həmin zaman onun yanında olan adını xatırlamadığı şəxsə bildirmişdir ki, həmin şəxsə ev alması üçün ərizə yazsın. Bundan sonra həmin şəxs Təranənin adına ərizə yazaraq Təranəyə vermişdir. Bundan sonra Təranə 2021-ci ilin xatırlamadığı ayında ona mobil telefon vasitəsi ilə zəng edərək qohumu Coşğunun ev məsələsinə görə onunla danışmışdır. xx.xx.2021-ci il tarixdə gönorta saatlarında o, işdə olan zaman ona növbətçi zəng etmişdir və iki qadının Şövkət adlı qadından şikayət etdiyini demişdir. O, bir neçə dəqiqədən sonra 1-ci mərtəbəyə endikdə orada Təranəni və yanında bir nəfər şəxsin dayandığını görmüşdür. O, həmin şəxlərdən gəlişlərinin səbəbini soruşmuşdur. Təranənin yanında olan qadının adının Vahimə olduğunu bilmiş və Vahimə ona bildirmişdir ki, Rayaya ev almaq üçün 5000 manat pul vermişdir. O, Rayanın kim olduğunu soruşmuş, Vahimə ona bildirmişdir ki, Təranənin pul verdiyi adamdır. O, Şövkətə nə qədər pul verdiyini soruşmuşdur. Bundan sonra o, Təranə və Vahimənin Qaçkınkomun sədr müavini Fuad Hüseynovun qəbuluna aparmış və bildirmişdir ki, qəbul vaxtı olsa sədrin də qəbuluna aparacaqdır. Lakin Sədr müavini Fuad Hüseynovun qəbulunda olan zaman Fuad müəllim Vahimə ilə Təranəni dinlədikdən sonra bildirmişdir ki, hüquq mühafizə orqanlarına müraciət etsinlər. Bundan sonra o, Vahiməni görməmişdir. O, Təranə və Vahiməyə Şövkətin harada olması barədə məlumat verməmişdir. Ola bilsin ki, onlar Fuad Hüseynovun qəbulunda olan zaman orada X17 adlı qadınla danışmış və Şövkətin Nərimanov metrostansiyasının yanında olması məlum olmuşdur. O, bir daha bildirmişdir ki, Vahimə və Təranəyə bu barədə heç bir söz deməmişdir. O, həmin ərizə formasını Təranəyə təqdim etməmişdir. Həmin ərizə forması ümumi ərizə formasıdır və stolun üzəridə nümunə kimi qoyulmuşdur. Həmin zaman Təranə ərizəni yazdıqdan sonra Şövkətə vermiş və Şövkətlə birlikdə çıxıb getmişlər. O, Təranədən heç bir ərizə qəbul etməmişdir. Həmin ərizə Azərbaycan Respublikası Qaçqınlar və X6 üzrə Dövlət Komitəsinə təqdim edilmiş olsa idi, orada qeydiyyatdan keçmiş olardı. İş üzrə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 onun üzünə qarşı dediklərini təsdiq edərək 30 yanvar 2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 ilə birlikdə Qaçqınlarla iş üzrə Dövlət Komitəsinin gözləmə otağında Təranənin şahidliyi ilə 5.000 manat pulu ona verdiyini bildirmişdir. İş üzrə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 onun üzünə qarşı dediklərini təsdiq edərək təxminən 2019-cu ilin noyabr ayının sonu, dekabr ayının əvvəlində 20 Yanvar metrosunun yaxınlığında yerləşən "xxxx" ASC-nin yanındakı kafenin qabağında 4.000 manat pulu əlbəəl ona verdiyini bildirmişdir. İş materiallarında olan tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 Novruzəli qızına qarşı etdiyi 4000 (dörd min) manat məbləğində və Zərərçəkmiş şəxs1 qarşı etdiyi 5000 (beş min) manat məbləğində dələduzluq epizodlarında cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən həmin epizodlar üzrə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri məhkəmə istintaqı zamanı iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərindən Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 dair verilmiş epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən həmin epizodlar üzrə cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iş üzrə Zərərçəkmiş şəxs4 qarşı dələduzluq cinayəti 2019-cu ilin noyabr ayında, Zərərçəkmiş şəxs1 qarşı dələduzluq cinayəti isə 2020-ci ilin 30 yanvarında törədilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həmin epizodlar üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti başa çatmışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 15 mart 2022ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 dair verilmiş epizodlar Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Yuxarıda qeyd olunan normaları hazırkı iş üzrə tətbiq edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti cinayət qanununa əsasən iki il nəzərdə tutulduğundan və müddətlər cinayətin törədildiyi gündən hökm qanuni qüvvəyə minənədək olan müddətdə hesablandığından, Təqsirləndirilən şəxs həmin epizodlar üzrə cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini və yaşını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Məhkəmə zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş mülki iddiaları nəzərdən keçirərək hesab edir ki, Zərərçəkmiş şəxs4 mülki iddiası qismən təmin edilməklə, Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 4000 manat və mənəvi zərərin əvəzi olaraq 200 manat pulun tutularaq Zərərçəkmiş şəxs4 xeyrinə ödənilməsi, Zərərçəkmiş şəxs1 mülki iddiasının qismən təmin edilərək Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 5000 manat və mənəvi zərərin əvəzi olaraq 200 manat pulun tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi, X3 mülki iddiasının qismən təmin edilərək Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 5900 manat, mənəvi zərərin əvəzi olaraq 200 manat və 84 manat 40 qəpik məbləində pulun tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi X3 xeyrinə ödənilməsi daha məqsədə müvafiqdir. Məhkəmə, Zərərçəkmiş şəxs2 mülki iddiasına isə münasibətdə isə hesab edir ki, Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək ona vurulmuş ziyanı tələb etmədiyindən mülki iddia ona aid hissədə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbindən aydın olur ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Cinayət işinin materiallarından aydın olur ki, mülki iddiaçılar Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 məcburi köçkün olmaqla mülki iddia üzrə dövlət rüsumundan azaddırlar və buna görə həmin şəxslər dövlət rüsumunu ödəməmişlər. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən 35 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.3, 43.3, 44.2.1, 75.1.1, 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 Novruzəli qızına qarşı etdiyi 4000 (dörd min) manat məbləğində və Zərərçəkmiş şəxs1 qarşı etdiyi 5000 (beş min) manat məbləğində dələduzluq epizodlarında cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən həmin epizodlar üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 00:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Zərərçəkmiş şəxs4 mülki iddiası qismən təmin edilsin, Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 4000 manat və mənəvi zərərin əvəzi olaraq 200 manat, cəmi 4200 (dörd min iki yüz) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs4 xeyrinə ödənilsin. Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilsin, Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 5000 manat və mənəvi zərərin əvəzi olaraq 200 manat, cəmi 5200 (beş min iki yüz) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 mülki iddiası qismən təmin edilsin, Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 5900 manat, mənəvi zərərin əvəzi olaraq 200 manat və dövlət rüsumu kimi ödənilmiş 84,40 manat, cəmi 6184,40 (altı min yüz səksən dörd manat qırx qəpik) manat mənbləğində pul tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi X3 xeyrinə ödənilsin. Zərərçəkmiş şəxs2 mülki iddiası baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-169/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-169/2023
25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver