Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-169/2025 25.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay (himayəsində üç azyaşlı uşağı olan), işləməyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 05 ay 22 gün azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş və məhkumluğu götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi, ev 13, mənzil 21 yaşayan və barəsində «başqa yerə getməmək haqqında İltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 yanvar 2025-ci il tarixdə, saat 16:10 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən “Kingsmart” mağazasının qarşısında tanışı Zərərçəkmiş şəxs idarə etdiyi “Opel Astra” markalı, ** FC *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin arxa oturacağına sərnişin qismində əyləşmiş, həmin avtomobillə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən “Kolxoz bazarı” kimi tanınan yerə qədər gedib orada avtomobildən düşdüyü zaman Zərərçəkmiş şəxs ön oturacaqda sükan arxasında əyləşib ona diqqət yetirməməsindən istifadə edərək, Zərərçəkmiş şəxs məxsus və avtomobilin arxa oturacağının üzrinə qoyduğu gödəkçənin iç cibindən 1.100 (bir min yüz) manat məbləğdə pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, Zərərçəkmiş şəxs hadisədən təxminən 3-4 ay əvvəl onun yaşadığı evin yaxınlığında yerləşən mağazaya mal gətirən şəxs kimi tanımış, sonuncu ilə normal tanışlıq münasibəti olmuşdur.2025-ci ilin yanvar ayında yaşadığı evdən çıxıb Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən bazara getmək istəmiş, bu vaxt həyətdə Zərərçəkmiş şəxsla rastlaşmış, İbrahim ondan hara getdiyini soruşanda, bazara getdiyini demişdir. İbrahim onu həmin yerə qədər aparmasını təklif etdikdə, o, razılaşıb Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin arxa sol oturacağına əyləşmişdir. Bundan sonra o, önə tərəf yaslanıb Zərərçəkmiş şəxs ilə söhbət etməyə başlamiş, təxminən 10 dəqiqə yol getdikdən sonra bazara çatdıqda, İbrahim avtomobilini saxlamışdır. Bu zaman o, avtomobildən düşmək anında avtomobilin ön sağ oturacağının üzərinə qoyduğu gödəkçənin cibində pul olduğunu görmüş, İbrahimin ona tərəf baxmamasından istifadə etmiş və arxa sol qapını açdıqdan sonra əlini uzadaraq, həmin pullardan çoxunu götürmüşdür. Sonra o, avtomobildən düşüb bazarın içərisinə girmiş və orada İbrahimin avtomobilindən oğurladığı pulları sayarkən 1.100 manat məbləğdə olduğunu görmüşdür. Həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir.O son olaraq çıxışında törətdiyi əməldən peşman olduğunu, lakin maddi durumu ağır olduğu üçün dəymiş ziyanı ödəyə bilmədiyini bildirmiş və himayəsində üç ayaşlı uşağının olmasını, onların maddi təminatını ödəyən yeganə şəxs olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin yay aylarında eksperditor kimi Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən mağazaya mal aparıb təhvil verdiyi vaxt tanımışdır. 2025-ci ilin yanvar ayının sonlarında Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yolun kənarında idarə etdiyi avtomobildə dayanıb siqaret çəkmiş, bu vaxtı ona yaxınlaşıb salamlaşmış, avtomobilə əyləşib onunla avtomobildə gəzmək istədiyini demişdir. O, avtomobilin ön sağ oturacağı üzərində olan gödəkçəsini Zəhraya verib arxada asılqandan asmasını xahiş etmişdir. Sonra onlar Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən bzara çatdıqda, Zəhra avtomobildən düşüb getmişdir. O, yolunu bir qədər irəliyə doğru davam edərək cibindən pul götürmək istəyərkən, cibində yalnız xırda pulların qaldığını və 1.100 manat məbləğdə pulunun isə oğurlandığını aşkar etmişdir. O, həmin pulların Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını dərhal başa düşmüş və geri qayıdaraq, sonuncunu qəsəbənin içərisində bir qədər axtarsa da, tapa bilmədiyi üçün polis əməkdaşlarına yaxınlaşıb oğurluq barədə məlumat vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 1.100 manat məbləğdə maddi ziyan dəymiş, lakin vurulmuş ziyan ona ödənilməmişdir.O son olaraq çıxışında vurulmuş ziyanı tələb etdiyini və bunun nəzərə alınmasını xahiş etmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 12 mart 2025-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə başlanılıb icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, 12 aprel 2025-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinin tələblərinə əsasən dayandırılmışdır. İş materiallarından görünür ki, X2 16 may 2025-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim edildiyinə görə, həmin tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. İş materiallarından görünür ki, 16 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 28 may 2025-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, həmin tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmışdır. İş materiallarından görünür ki, 07 avqust 2025-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gəldiyinə görə, iş üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri təqsirli bilinərək 02 il 06 ay azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırması cəzası saxlanılmışdır. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırması cəzasının 02 (iki) il 02 (iki) ay 25 (iyirmi beş) gün hissəsi çəkilməmiş qalmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ziyanın miqdarını, himayəsində üç azyaşlı uşağının olmasını və digər məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxsnun üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən ona təyin edilmiş cəzanı çəkib qurtarmadığından ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutma altında olduğu bir gün ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilməlidir. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixədək isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmədə mülki qaydada dəymiş zərərin əvəzini tələb etmək hüququ izah edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat məbləğində pul X1, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 02 (iki) ay 25 (iyirmi beş) gün hissəsi hazırki cəza ilə qismən birləşdirilməklə ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 01 (bir) gün – azadlıqdan məhrumetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə Zərərçəkmiş şəxs məhkəmədə mülki qaydada dəymiş zərərin əvəzini tələb etmək hüququ izah edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat məbləğində pul X1, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-169/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-169/2025
25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver