Məhkəmə qərarları › İş №1(002)-17/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-17/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-17/2021 18.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1992-ci il tarixdə Saatlı rayonu, Şirinbəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Saatlı rayonu, Mircəlal ərazi dairəsi, Mircəlal kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda ünvan 2021-ci il tarixli hökmünə əsasən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə 02 noyabr 2019-cu il tarixdən 03 noyabr 2019-cu il tarixə keçən gecə, gecə vaxtı təxminən saat 01 radələrində tanışı şəxsiyyəti istintaqa məlum olmayan Gürcüstan Respublikasının vətəndaşı “Zəfər” adlı şəxs ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən 35 nömrəli fərdi yaşayış evinin həyətinə hasardan düşərək həyətdə yerləşən saxlanc yeri hesab olunan “əl damının” pəncərəsini əllərində olan küt alət hesab edilən dəmir parçası ilə aralayıb açıb “əl damına” qanunsuz daxil olaraq orada olan Zərərçəkmiş şəxs2 məxsus İran İslam Respublikasının istehsalı olan markası məlum olmayan 300 manat dəyərində 80 ədəd divar kafeli üçün nəzərdə tutulmuş metalı, 500 manat dəyərində 79 ədəd, 28 kvadrat kafel dekoru, 365 manat dəyərində 76 ədəd kafeli, 50 manat dəyərində 30 metr elektrik ötürücü cihazı, 18 manat dəyərində 5 metr avtomobil dəzgahını, 20 manat dəyərində 1 ədəd elektrik çaydanını və 20 manat dəyərində 20 metr elektrik qovşağına məxsus elektrik naqilini gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1273 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını talama məqsədi ilə 06 dekabr 2019-cu il tarixdən 07 dekabr 2019-cu il tarixə keçən gecə, gecə vaxtı təxminən saat 02 radələrində tanışı şəxsiyyəti istintaqa məlum olmayan Gürcüstan Respublikasının vətəndaşı “Zəfər” adlı şəxs ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 3-cü küçədə yerləşən 62 nömrəli tikilməkdə olan saxlanc yeri hesab olunan iki mərtəbəli fərdi yaşayış evinə hasardan düşüb fərdi yaşayış evinin qapısının qıfılını əllərində olan küt alət hesab edilən dəmir parçası ilə sındıraraq evə qanunsuz daxil olaraq ikinci mərtəbənin divarlarına quraşdırılmış Zərərçəkmiş şəxs1 məxsus istehsal olunan ölkə və markası məlum olmayan 400 manat dəyərində 4x6 mm ölçülü, 40 metr uzunluğunda elektrik naqillərini, 300 manat dəyərində 3x2,5 mm ölçülü, 100 metr uzunluğunda otaq içi elektrik naqillərini, 300 manat dəyərində 150 metr uzunluğunda işıqlandırma naqillərini, 902 manat dəyərində 82 seksiyadan ibarət 8 ədəd istilik radiatorlarını gizli yolla talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 1902 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanışı Zəfər ilə birlikdə 2019-cu ilin oktyabrnoyabr aylarında Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən tikililərdə fəhlə işləmişdir. Zəfər Gürcüstan Respublikasının vətəndaşı olmuş, 3 (üç) aydan bir sərhədi keçib yenidən Azərbaycana qayıtmışdır. Zəfərin ata adı və soyadı barədə heç bir məlumatı yoxdur. Zəfər Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən yeni yaşayış massivi nömrəsiz fərdi yaşayış evində yaşamışdır. Zəfərin kirayə yaşadığı evinə gecə vaxtı onunla birlikdə getdiyi üçün həmin evin ünvanı xatırlaya bilmir. Sadəcə olaraq Zəfərin Ümid qəsəbəsində yeni massivdə nömrəsiz evdə tək kirayə yaşadığını və subay olduğunu bilmişdir. O, arabir onun kirayə yaşadığı evə gedib orada qonaq qalmışdır. Təxminən 2019-cu ilin noyabr ayının birinci həftəsində, konkret tarix yadında qalmasa da 01 noyabr 2019-cu il tarixdən 05 noyabr 2019-cu il tarixə qədər olan müddət ərzində Zəfərin kirayə evində qonaq olarkən Zəfər ona yaşadığı qəsəbədə yeni tikilmiş evlərin olmasını və ev sahiblərinin həmin evlərdə yaşamamasını bildirmişdir. Ona görə də Zəfər ona birlikdə oğurluq etmək təklifini vermişdir. Pula ehtiyacı olduğu üçün Zəfərlə razılaşmış və birlikdə oğurluq etmək qərarına gəlmişlər. Zəfər kirayə yaşadığı qəsəbədə yeni tikilən evləri tanımışdır. Həmin ərəfədə gecə vaxtı saat 01 radələrində Zəfər ilə birlikdə onun kirayə yaşadığı evdən çıxaraq piyada qəsəbəarası yol ilə küçəyə gəlmişlər. Bu zaman Zəfər ona tanıdığı ev olduğunu, evin yeni təmir olunduğunu, həmin evdə yaşayış olmadığını bildirmişdir. Buna görə də həmin evdən oğurluq etməyi qərara almışlar. Onlar həmin küçədə yerləşən evin həyətinə hasardan düşərək daxil olmuşlar. Bu zaman özləri ilə gətirdikləri dəmir parçası ilə həyətdə yerləşən “əl damının” pəncərəsini aralayıb açaraq həmin tikiliyə girmişlər. Həmin vaxt həyətdə və evdə heç kim olmamışdır. Onlar oğurluq etdikləri evdən sayı dəqiq yadında qalmayan kafel, metlax, udlinitel və sair məişət əşyaları oğurlayaraq, özləri ilə kirayə yaşadıqları evə gətirərək evdə gizlətmişlər, səhəri gün isə oğurladıqları əşyaları Zəfərlə birlikdə Lökbatan qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə təxminən 100-200 manata satmışlar. Lakin metal qəbulu məntəqəsinin yerləşdiyi ünvanı və satıcısının adı yadında qalmamışdır. Belə ki, metal qəbulu məntəqəsinin satıcısı onun yox Zəfərin tanışı olmuşdur. Onlar oğurladıqları əşyaların satışından əldə olunmuş pulları öz aralarında yarıya bölmüşlər və o, payına düşən pulları həmin vaxt şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa təxminən 2019-cu ilin dekabr ayının ilk on günlüyündə, konkret tarix yadında qalmasa da təxminən 06 dekabr-07 dekabr 2019-cu il tarixlərdə gecə vaxtı saat təxminən 02 radələrində Zəfərin kirayə yaşadığı evdə olarkən Zəfər ona yenidən oğurluq etmək istədiyini bildirmişdir. Onun maddi imkanı olmadığından Zəfərlə razılaşmış və yenidən birlikdə oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxt Ümid qəsəbəsində yerləşən yeni tikilmiş həyət evinin yerləşdiyi küçəyə gəlmişlər və küçədə heç kim olmamışdır. Zəfər ilə birlikdə iki mərtəbəli evin həyətinə hasardan düşmüşlər. Həmin vaxt əllərində olan dəmir parçası ilə evin qapısının qıfılını sındıraraq evə daxil olaraq ikinci mərtəbəyə qalxmışlar. Həmin vaxt divara quraşdırılmış sayı və metri yadında qalmayan elektrik naqillərini və 82 seksiyadan ibarət 8 ədəd istilik radiatorlarını oğurlayaraq həmin evdən tapdıqları radiatorları evdə olan iri həcmli sayını xatırlamadığı qara rəngli sellofanlara və çuvala yığaraq ərazidən uzaqlaşmışlar. Oğurladığı əşyaları Zəfərin kirayə yaşadığı evə gətirmişlər. Həmin günün səhəri oğurladıqları əşyaları Zəfərin Lökbatan qəsəbəsində yerləşən metal qəbulu məntəqəsində işləyən tanışına təxminən 1000-1200 manata satmışlar. Pulları Zəfərlə yarı bölmüşlər və o, əldə etdiyi pulları şəxsi tələbatına xərcləmişdir. O, hər iki oğurluq cinayətini tanışı Zəfər ilə birlikdə törətmişdir. Zəfər axırıncı dəfə onunla birlikdə oğurluq etdikdən sonra qeydiyyatda olduğu Gürcüstan Respublikasına getmiş və ondan sonra Zəfəri görməmişdir. Təqsirləndirilən şəxs sonda əməllərindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs1 ilə barışmasını və cavan olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur və həmin evdə tikinti işləri başa çatmadığı üçün orada yaşayış yoxdur. 07 dekabr 2019-cu il tarixdə təxminən saat 17 radələrində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baş çəkmək üçün oraya getmiş və həmin vaxt evin qapısı bağlı vəziyyətdə olmuşdur. Evə daxil olan zaman ikinci mərtəbənin giriş qapısındakı qıfılın sındırıldığını və ikinci mərtəbədə yerləşən otağa daxil olan zaman ikinci mərtəbənin divarlarına quraşdırılmış özünə məxsus istehsal olunan ölkə və markası yadında qalmayan 400 manat dəyərində 4x6 mm ölçülü, 40 metr uzunluğunda elektrik naqillərinin, 300 manat dəyərində 3x2,5 mm ölçülü, 100 metr uzunluğunda otaq içi elektrik naqillərinin, 300 manat dəyərində 150 metr uzunluğunda işıqlandırma naqillərinin və 902 manat dəyərində 82 seksiyadan ibarət 8 ədəd istilik radiatorlarının oğurlandığını görmüşdür. Oğurluq nəticəsində ona ümumilikdə 1902 manat məbləğində ziyan dəymişdir. Oğurluq hadisəsini törətmiş adlarını sonradan bildiyi Saatlı rayon sakini Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqa məlum olmayan Gürcüstan Respublikasının vətəndaşı “Zəfər” adlı şəxsi əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs sonda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmənin hazırlıq iclasında iştirak etsə də, daha sonra məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, hazırda Azərbaycan Respublikası ərazisinin hüdudlarından kənarda olduğundan onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 87.6.11 və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydada həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan olunmuş ifadəsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində özünə məxsus ev tikdirdiyi üçün Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən 35 nömrəli evində təmir işləri müvəqqəti olaraq dayandırılmış və orada yaşayış olmamışdır. Hadisə baş verdiyi gündən təxminən iki həftə əvvəl 03 noyabr 2019-cu il tarixdə saat 16:30 radələrində Ümid qəsəbəsində evinə baş çəkmək üçün getmiş və bu zaman həyətə daxil olmaq istəyərkən darvazanın açıq olduğunu görüb həyətə daxil olmuşdur. Həmin vaxt həyətdə yerləşən “əl damının” pəncərəsinin açıq olduğunu görərək içəri daxil olmuş və bu zaman orada yerləşən özünə məxsus tikinti materiallarının oğurlanmasını aşkar etmiş və dərhal DİN-in “102” Zəng Mərkəzinə məlumat və Qaradağ RPİ-nin 38-ci PB-nə ərizə ilə müraciət etmişdir. Oğurluq baş verən zaman yaşadığı ünvan 4 ünvanında olmuşdur. Oğurluq edən şəxs (şəxslər) 02 noyabr 2019-cu il tarixdən 03 noyabr 2019-cu il tarixə keçən gecə özünə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən 35 nömrəli fərdi yaşayış evinin həyətinə hasardan düşərək həyətdə yerləşən “əl damının” pəncərəsini küt alət ilə aralayıb açaraq “əl damına” qanunsuz daxil olaraq orada olan ona məxsus ümumilikdə 1273 manat dəyərində olan İran İslam Respublikasının istehsalı olan markasını bilmədiyi 320 manat dəyərində 80 ədəd divar kafeli üçün nəzərdə tutulmuş metalı, 364 manat dəyərində 79 ədəd, 28 kvadrat kafel dekoru, 76 ədəd kafeli, 30 metr elektrik ötürücü cihaz, 18 manat dəyərində 5 metr avtomobil dəzgahı, 1 ədəd elektrik çaydanı, 20 metr elektrik qovşağına məxsus elektrik naqilini oğurlayaraq ona 1273 manat dəyərində maddi ziyan vurmuşlar. Oğurluq hadisəsini törətmiş adlarını sonradan bildiyi Saatlı rayon sakini Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqa məlum olmayan Gürcüstan Respublikasının vətəndaşı “Zəfər” adlı şəxsi əvvəllər tanımamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı İstintaq Təcridaxanasının Əməliyyat şöbəsinin inspektoru Cavid Güləliyev tərəfindən Bakı İstintaq Təcridaxanasının Əməliyyat şöbəsinin inspektorları Türkel İbrahimov və Samir İsmayılovun iştirakları ilə tərtib edilmiş cinayəti könüllü etiraf etməsi barədə 18 may 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq törətdiyi, lakin bağlı qalmış cinayəti etiraf edərək bildirmişdir ki, 2019-cu ilin dekabr ayının əvvəlində Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən iki mərtəbəli evin qapısını açaraq daxil olması və orada divarda olan elektrik naqillərini, otağın içində olan elektrik naqilləri, işıqlandırma naqillərini və 8 ədəd 82 seksiyadan ibarət istilik radiatorlarını oğurlaması və hissə-hissə təxminən 1200 manata tanımadığı şəxsə satmasını etiraf etmişdir. Protokolun doğruluğu iştirakçılar və həbs edilmiş şəxs tərəfindən imzaları ilə təsdiq edilmişdir. (İ cild, i.v. 61-62) Bakı İstintaq Təcridaxanasının Əməliyyat şöbəsinin böyük inspektoru Barat Qurbanov tərəfindən Bakı İstintaq Təcridaxanasının Əməliyyat şöbəsinin inspektorları Elvin Eldaroğlu və Cavid Güləliyevin iştirakları ilə tərtib edilmiş cinayəti könüllü etiraf etməsi barədə 18 may 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2019-cu ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən evə pəncərədən daxil olaraq oradan kafel, metlax və elektrik naqillərini oğrulaması və hissə-hissə təxminən 600-800 manata tanımadığı şəxsə satmasını etiraf etmişdir. (İ cild, i.v. 66-67) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 15 iyun 2020-ci il tarixli cavabından və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 may 2015-ci il tarixli, 1(001)-157/2015 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 may 2015-ci il tarixli, 1(001)-157/2015 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 19 noyabr 2014-cü il tarixdən hesablanmaqla 04 (dörd) il müddət azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19 noyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (İ cild, i.v. 97, 243-247) Qətimkan tədbirinin nəzərə alınması haqqında 26 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. (İ cild, i.v. 230-231) Sübutların qiymətləndirilməsi haqqında 01 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş 26 iyun 2020-ci il tarixli ittiham dəyişdirilmədən və ittihama əlavələr edilmədən qüvvəsində saxlanılmış və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. İş üzrə şəxsiyyəti istintaqa məlum olmayan Gürcüstan Respublikasının vətəndaşı “Zəfər” adlı şəxs barəsində icraatda olan cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmış və müstəqil icraata qəbul edilməklə istintaqı aparılmışdır. İş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs Nəsimi rayonu ərazisində törətmiş olduğu cinayət faktına görə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş məktub və məktuba qoşma edilmiş cinayətin könüllü etmə protokolu Təqsirləndirilən şəxs həmin cinayət faktına görə basrəsində Nəsimi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin istintaq olunaraq ittiham aktı ilə birlikdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışında olması nəzərə alınmış və sübut növü kimi qiymətləndirilmişdir. (İ cild, i.v. 248-255) Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-631/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzaçəkmə müddətinin əvvəli 19 dekabr 2019-cu il tarixdən hesablanmaqla 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-142/2021 saylı, 11 fevral 2021-ci il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli hökmü X1 Azərbaycan Respublikası 181.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə dəyişdirilmədən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X1 apelyasiya şikayətləri təmin edilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-631/2020 saylı, 18 mart 2021-ci il tarixli məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 18 sentyabr 2020-ci il tarixli hökmü 11 fevral 2021-ci il tarixdə qanuni qüvvəsini almıdşır. ünvan 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Ona təyin olunmuş cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2020ci il tarixli hökmü ilə təyin edilmiş 09 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla ona qəti olaraq 09 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimi cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 19 dekabr 2019-cu il tarixdən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onuın özünün etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrarən törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab edilir. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), könüllü olaraq cinayətlərin açılmasında köməklik etməsini (CM- 59.1.10), zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 7-ci bəndinə əsasən cinayətin residivinin qanunla qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar Cinayət Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CMin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qanunun tələbindən göründüyü kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədildikdə, cinayətin residivi yaranması üçün onun əvvəlki törətdiyi cinayətin qəsdən törədilən cinayət olması imperativ şərtdir. Cinayət işi materiallarında olan tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 07 may 2015-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 noyabr 2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən iki il keçməmiş, yenidən qəsdən cinayət törətmişdir. Məhkumluğu ödənilmədiyi dövrdə Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır və bu hal, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ağırlaşdıran hal kimi müəyyən edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə ilə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Həmçinin cinayət işi materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 02 noyabr 2019-cu il və 06 dekabr 2019-cu il tarixlərdə, yəni ünvan 2021-ci il tarixli hökmü qüvvəyə minməmişdən əvvəl törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Qanunun bu tələbləri baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında birinci hökmlə təyin edilmiş cəza hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran (residivin olması) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ünvan 2021-ci il hökmü ilə təyin edilmiş 09 (doqquz) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli (CM- 66.5), cəzasının əvvəli tutulduğu 19 dekabr 2019-cu il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), Təqsirləndirilən şəxs ünvan 2021-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə yerində cəza çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 işə qoşularaq ibtidai istintaq dövründə 54 (əlli dörd) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 60 (altmış) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 54 (əlli dörd) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul və məhkəmə baxışında göstərilmiş 60 (altmış) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 360 (üç yüz altmış) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ünvan 2021-ci il hökmü ilə təyin edilmiş 09 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 dekabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ünvan 2021-ci il tarixli hökmünə əsasən Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 01 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 54 (əlli dörd) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul və məhkəmə baxışında göstərilmiş 60 (altmış) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 360 (üç yüz altmış) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar