Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-17/2024 07.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşavirləri Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxslərin nümayəndəsi (vəkili) Nümayəndə, Müdafiəçilər Müdafiəçi1 Məmməd qızının və Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay (himayəsində üç azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Əzimkənd kəndində yerləşən fərdi yaşayış evində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verilmiş ittihamdan aydın olur ki, o silah qismində istifadə olunan əşyalardan istifadə etməklə, habelə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə xuliqanlıq etmişdir. Belə ki, verilmiş ittihamdan aydın olur ki, Təqsirləndirilən şəxs 11 noyabr 2021-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bağ evləri massivində Zərərçəkmiş şəxs2 məxsus torpaq sahəsinə nəzarət etməyə gəlmiş Zərərçəkmiş şəxs1 ilə həmin torpaq sahəsinin əsassız olaraq mülkiyyətində olduğunu bildirməklə hamı tərəfindən qəbul edilmiş əxlaq və davranış qaydalarına etinasızlıq edərək səbəbsiz olaraq mübahisə edib, ətrafdakıların narahatçılığına səbəb olan yüksək səslə nalayiq ifadələr işlətməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərlə silah qismində istifadə etdiyi dəmir parçası ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib ona döş qəfəsinin və sağ budun qançırları, sol əlin 1-ci barmağının səthi əzilmiş yarası ilə müşayiət olunan dərəcləri təyin edilməyən xəsarətlər yetirdikdən sonra hadisəni görüb həmin yerə yaxınlaşıb onu sakitləşdirməyə çalışmaqla ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxs, Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 müqavimət göstərərək silah qismində istifadə etdiyi həmin dəmir parçası ilə Zərərçəkmiş şəxs2 sol əlindən, habelə yumruqla ağız nahiyyəsindən zərbələr endirib sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvumaya aid edilən üst dodağın qançırı, selikli qişanın qanızması və əzilmiş yarası, sol əlin 2-ci barmağının əzilmiş yarası ilə müşayiət olunan xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, anasıgil Səngəçal qəsəbəsinin Əzimkənd kəndində yaşasalarda özü uşaqlıqdan Səngəçal bağlarında gözətçi kimi işləmişdir. İlk dəfə rabitə naziri Əli Abbasovun bağında işləmişdir. İndidə Əbülfəz müəllimin bağında işləyir. Elə orada işləyən zaman Amil adlı bir şəxs ona yaxınlaşaraq orada onunda torpağının olduğunu və ona gözətçilik etməyini, işığın, suyun pulu gələndə ona telefon vasitəsi ilə məlumat verməyini xahiş etmişdir. Oda Amil adlı şəxslə razılaşaraq onun yerinə nəzarət etməyə başlamışdır. Ora çimərlik sahəsi olduğu üçün yayda çox adam gəldiyi üçün hasarı uçurtmasınlar deyə gözətçilik etmək lazım olmuşdur. Hardasa beş il olar ki, Amil ona o yeri tapşırmışdır. Zöhrabgildə ora gəlib-gedirmişlər. Bir gün Muxtar adlı müstəntiq onu çağıraraq həmin torpaq ərazisinin kimə məxsus olduğunu soruşmuşdur, oda həmin torpaq ərazisinin Amil adlı şəxsə məxsus olduğunu müstəntiqə bildirmişdir. Müstəntiq Zöhrabgilin həmin torpağın Salehin olmadığını bildirmişlər. Bu məsələ ilə bağlı Zöhrabın qardaşı polisə müraciət etsədə ona bu məsələ ilə bağlı rədd qərarı gəlmişdir. Bu hadisədən bir müddət keçdikdən sonra Zöhrab ona demişdir ki, yox səni tutduracam, bu belə qalmayacaq sənə problem yaradacam burada işləmə. Oda bu hadisəni gözətçilik etdiyi yerlərin sahiblərinə əsasda Əbülfəz müəllimə bildirmişdir. Onlarda Zöhrabgilin onlardan xoşunun gəlmədiyini ona görə belə etdiyini bildirmişlər. Ancaq o orada işləməyə davam etmişdir. Hadisə günü o mağazadan gələn zaman Zöhrabgilin qapını aşırıb həyətə girdiklərini görmüşdür. Ora yaxınlaşan zaman Zöhrab və onun bacısı oğlu Xan onun qolundan tutaraq həyətə girməyinə mane olmuşdurlar. O heç əmlakın işçisinin orada olduğundan məlumatı olmamışdır. Həmin yerin sahibinin olduğunu, onunla əlaqə saxlayıb bu problemi həll etməklərini, oranı dağıtmamalarını, sonra onun üstündə qalacağını bildirmişdir. O Zöhrabgili heç vaxt vurmamışdır, onlar yalandan deyir guya əlində dəmir parçası olmuşdur hamısı yalandır. Əksinə hadisə vaxtı Zöhrab və Rüstəm onu vurmuş, həmin vaxtı orada olan əmlakın işçisi Ağasəlim və daha sonra ora gələn qonşu Cahid onları sakitləşdirməyə çalışmışdır. Cahid ora yaxınlaşarkən Zöhrab və Rüstəm onu maşına zorla mindirib harasa aparmaq istəyirdilər. Cahid buna mane oldu və o bu zaman qaçaraq oradan uzaqlaşdı. Qaçarkən Rüstəm onun arxasınca düşdü və işıq dirəyinə ilişərək yıxıldı. Hadisə yerinə gələn polislər onları polis bölməsinə apardılar. Orada ona ayrılmış müdafiəçi ondan əməlinə görə peşman olması ilə bağlı sual vermiş, oda etmədiyi bir şeyə görə peşman olmadığını bildirmişdir. Daha sonra onu polis idarəsindən azad etmişlər. Təhqiqatçı tərəfindən hadisə yerinin müayinəsində iştirak etməmişdir. Üstündən iki üç gün keçmişdir ki, yenidən hadisə yerinə təhqiqatın rəisi və təhqiqatçı Əli gəlmişdir. Əlidə ona oradan dəmir tapılmadığını bildirmişdir. Təhqiqatçı Əli ona heç bir günahının olmadığını, söhbətin bağlandığını deyib gedib gözətçiliyini etməsini bildirmişdir. Sonra bir müddət keçmiş Zöhrabgil yenə təkrarən ora gəlmişlər. Hasarın üstündən keçərək həyətə daxil olmuşlar. Bu zaman o hadisə ilə bağlı 102 xidmətinə məlumat vermiş və vəkili Könülə zəng etmişdir. Zöhrabgilin bütün etdiklərini telefonu vasitəsi ilə kameraya çəkmişdir. Onları heç vaxt vurmamışdır. Onun hadisə olan yerdə torpağının olmadığını, Zöhrabgilin Əbülfəz müəllimlə aralarında olan pul məsələsinə görə bu hadisələrin baş verdiyini bildirmişdir. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, özünü təqsirli bilmir, zərərçəkmiş şəxsləri döyməyib, hadisə vaxtı zərərçəkmiş şəxslər onu zorla maşına mindirmək istədikləri üçün oda zərərçəkmiş şəxsləri itələyərək hadisə yerindən qaçmış, bu zaman onun arxasınca qaçan Zöhrab yerdə uzanıqlı vəziyyətdə olan işıq dirəyinə ilişərək yıxılıb xəsarət almış, hadisə vaxtı onun əlində heç bir əşya olmamışdır. Onun heç bir günahı yoxdur, zərərçəkmiş şəxslər yalan danışır. Bu halları nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, оnа Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir və ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Əzimkənd kəndində ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamışdır. Evlidir, üç övladı var. Oxumağı və yazmağı bacarmır. Təxminən 15 ilə yaxındır ki, Səngəçal qəsəbəsi, Bağ evləri massivində müxtəlif şəxslərin bağ evlərində nəzarət edir. 11 noyabr 2021-ci il tarixdə saat 16 radələrində Səngəçal qəsəbəsi, Bağ evləri massivində ərzaq mağazasından çıxıb bağa mühafizə etdiyi yerə gedirmiş. Həmin yerə çatan zaman orada iki dənə “Toyota Prado” markalı avtomobil görmüşdür. Həmin avtomobildən dörd nəfər düşüb nəzarət etdiyi 12 sot torpaq sahəsinin darvazasının bir qapısını sındırıb digərini isə yerindən tərpədib əydiklərini görmüşdür. Əmlak Komitəsinin işçisi olan sonradan adının Taleh olduğunu bildiyi şəxs və Zöhrabın qardaşı olan Rüstəm həmin torpağa daxil olub ölçmə əməliyyatı aparırdılar. O həmin yerə yaxınlaşan zaman Zöhrab onun qolundan tutub ona həmin yerə yaxınlaşmamağı bildirdi. Həmin torpaq sahəsi etibarnamə üzrə nümayəndəsi Amil adlı şəxsə məxsus idi. Amil ona həmin yerə nəzarət etdiyi üçün hər ay maaş verirdi. O həmin şəxslərə torpağa girməməyi, onların buna ixtiyarının olmadığını bildirdi. Zöhrab ilə Hacıxan adlı şəxslər onun qolundan tutub Rüstəmlə Talehi torpaqdan çıxartmağa icazə vermirdi və Talehə rahat ölçmə əməliyyatı aparmağa şərait yaradırdı. Bu zaman Zöhrab onu tutub avtomobilə mindirmək istəyirdi. O isə müqavimət göstərərək avtomobilə minmək istəmirdi. Avtomobilə mindirib onu zorlama ilə hədələyirdilər. Daha sonra Zöhrab onu hasarın kənarına çəkmiş və qolundan tutub sıxırdı. O həmin yerdə olan şəxslərə mühafizəçi olduğunu bildirmiş, bu torpağa icazəsiz girməməklərini söyləmişdir. Bu zaman Rüstəm yaxınlaşıb onun sifət nahiyəsinə yumruqla vurmuşdur. Bu zaman Zöhrab Rüstəmə sifətindən deyil kürəyindən vurmağı bildirmişdir. Əmlak Komitəsinin işçisi Taleh adlı şəxs isə mübahisəni sakitləşdirməyə çalışırdı. Bu zaman səs-küyə qonşuluqda yaşayan Cahid adlı şəxs gəlmişdir. Bu zaman Cahid adlı şəxs Zöhraba yaxınlaşıb ondan əl çəkməyini bildirmişdir. Cahid daha sonra ona əli ilə oradan qaçmağını bildirmişdir. Mübahisə bir qədər sakitləşən kimi o qaçaraq oradan uzaqlaşmışdır. O qaçaraq mühafizəçi işlədiyi yerdə qaldığı evə girmək istəyirdi. Zöhrab isə onun arxasınca qaçırdı. Zöhrab qaçan zaman işıq dirəyinin aşağısından olan dəmirə ayağı ilişərək yerə yıxılmışdır. Hal-hazırda həmin işıq dirəyi ordadır. O isə qaçaraq evə girmişdir. Evə girdikdən sonra DİN-in 102 xidmətinə zəng etmişdir. Təxminən 30 dəqiqə sonra polis əməkdaşları gəlmiş və onları polis avtomobilinə mindirərək bölməyə aparmışlar. Oraya gələn polislərdən Tariyel və Oruc adlı əməliyyat müvəkilləri də olmuşdur. Həmin şəxslər onun döyüldükdən sonrakı vəziyyətini görmüşlər. Hadisə zamanı Səməd və Fərrux adlı şəxslər də orada olmuşdur. Hətta Səmədin hadisə ilə bağlı ona atdıqları səs yazısı da olmuşdur. Taleh adlı Əmlak Komitəsinin işçisinin mobil nömrəsi ***-***-**-** və Cahid adlı şəxsin mobil nömrəsi isə ***-***-**-**-dir. Onu da qeyd edim ki, bu torpaqla bağlı Zöhrabın qardaşı Adıgözəl ilə aralarında mübahisə olmuşdur. Belə ki, 2019-cu il tarixdə Adıgözəlin şikayəti əsasında həmin torpağın onlara məxsus olması barədə material olmuşdur. Sonradan həmin material rədd edilmişdir. 11-ci polis bölməsinin rəisi Yasər müəllim ona qarşı qərəzlidir. Yasər müəllim həmin torpağı sahibsiz bilirdi. Hadisədən 6-7 ay sonra 11-ci polis bölməsinin rəisi Yasər müəllim, Zöhrab və Zərərçəkmiş şəxs2, həmçinin polis əməkdaşları ilə birgə həmin torpaq sahəsinin darvazasının qıfılını qıraraq torpaq sahəsinə daxil oldular və Zöhraba torpağı təhvil verdilər. Bununla bağlı onda videogörüntü də vardır. O zərərçəkmiş şəxs qismində tanımağını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailəlidir iki övladı var. O 1999-cu ildən 2009-cu ilədək Səngəçal qəsəbəsində bələdiyyə üzvü olmuşdur. Ona görə də o ərazidə kimin nə torpağının olmasından məlumatlı olmuşdur. Salehin o ərazidə heç vaxt toprağı olmamışdır. Qeyd olunan torpaq sahələri onun ölən qardaşı Adıgözələ məxsus olmuş və Adıgözəldə hələ sağlığında səhhətində ciddi problemlər olduğu üçün həmin torpaq sahələri ilə bağlı qardaşı Rüstəmə etibarnamə vermişdir. O ancaq yerli sakin kimi ora gedib gəlirmiş. Salehin o ərazidə çox adamın torpağını zorakılıqla zəbt edib satdığını eşitmişdir. Saleh hətta məsuliyyətdən yayınmaq üçün hal hazıradək şəxsiyyətini təsdiq edən sənəddə almaqdan imtina etmişdir. Təxminən 2021-ci ilin qış aylarında o bağlar deyilən ərziyə gəlmiş və Rüstəmin orada olduğunu bildirmişdirlər. Oda bacısı oğlu Xanla qardaşı Rüstəmlə görüşməyə gəlmişdir. Onlar həyətin qarşısında dayanan zaman uzaqdan Salehin onlara tərəf gəldiyini görmüşdülər. Saleh yüksək səslə söyüş söyə-söyə onlara tərəf yaxınlaşırmış. O Salehə söyüş söyməməyini, qanun-qaydaya riayət etməsini, əgər torpaqla bağlı nəsə bir anlaşılmazlıq varsa müvafiq qurumlara müraciət etməsini bildirmişdir. Ancaq Saleh onun bu sözlərinə əhəmiyyət verməyərək söyüş söyüb onları təhqir etməyə davam etmişdir. Bu işlərdə Rüstəmgilə onun başçılıq etdiyini deyərək onu öldürəcəyini bildirmişdir. Saleh həmin torpağı başqa adama satdığını, onun əvəzinə pul aldığını bildirmişdir. Sonra Saleh mübahisə zamanı qəfildən əlinin içində olan dəmirparçası ilə onu sinəsindən vurmuşdur. Oda qəflətən dəymiş zərbənin təsirindən yerə oturmuşdur. Bunu görən Xan dayısı Rüstəmi köməyə çağırmışdır. Saleh hələdə onu vurmağa cəhd etsədə o əlini zərbənin qabağına tutduğu üçün ona digər zərbələr dəyməmişdir. Qardaşı Rüstəm gələn kimi Salehi sakitləşdirərək aralaşdırmağa çalışmışdır. Bu zaman Saleh Rüstəmə tərəfdə zərbələr endirmiş zərbələrdən biri Rüstəmin barmağına dəymiş dirsəyi isə onun dodaq nayihəsinə dəyərək dodağını qanatmışdır. Bu zaman hadisəni uzaqdan görən tanışları Səməd adlı şəxs idarə etdiyi maşının siqnalını verərək Salehi aralaşdırmağa çalışmışdır. Daha sonra Saleh qaçıb getmişdir. Rüstəm onun aldığı zərbədən sonra vəziyyətinin pis olduğunu görüb ona yardım etmək üçün yanında qalmışdır. O biraz oturub Cahidin gətirtdiyi suyu içdikdən sonra özünə gəlmişdir. Daha sonra polis idarəsinə zəng vuraraq baş vermiş hadisə barədə polisə məlumat vermişlər. O aldığı zərbənin təsirindən özünü pis hiss etdiyi üçün birinci evə getmiş orada sinəsinə və barmağına sarıq qoyduqdan sonra polis idarəsinə izahat vermək üçün getmişdir. İfadəsini verdikdən sonra evə getmişdir. Polislər hadisə yerinə ilk dəfə gələrkən o polislərə haidsə yerini və Salehin əlində olmuş dəmirin yerini göstərsədə, baş vermiş hadisə ilə əlaqədar sonradan polisdən təhqiqatçının gəlib hadisə yerini müayinə edən zaman orada olmamışdır. Hadisə vaxtı orada səs-küyə bir xeyli insanlar yığışmış və o Salehin arxası ilə qaçaraq dəmirə ilişib yıxılmamışdır. Salehin qeyd etdiyi dəmir parçası hadisə yerindən çox aralı olmaqla hasar dibində yerləşir. Hadisə vaxtı tanıdığı Səməd adlı şəxs onlara yaxınlaşaraq dava-dalaşı görmüş və ona yardım etmişdir. O öz ifadəsində daha sonra göstərmişdir ki, hadisədən uzun müddət keçməsinə baxmayaraq eyni qəsəbədə yaşadıqları Təqsirləndirilən şəxs onunla və qardaşı Rüstəmlə barışmamış, buna hər hansı bir formada cəhd belə göstərməmiş, əksinə qəsəbədə və müxtəlif yerlərdə hər dəfə sakinlərin yanında onların ünvanlarına nalayiq ifadələr işlədərək onları daima hədələmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.1974cü ildə Bakı şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında ailə üzləri ilə birlikdə yaşayır. Qardaşı Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bağlar yaşayış massivində təqribən 12 sot torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi daşla hasara alınmışdır. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Təqsirləndirilən şəxslə münasibətləri həmişə yaxşı olub. Bildiyinə görə Təqsirləndirilən şəxs ayrı-ayrı vətəndaşlara məxsus torpaq sahələrini özününki kimi təqdim edərək zəbt etməklə yanaşı tapdığı müştərilərə vətəndaşlara məxsus torpaq sahəsini göstərərək satmaqla məşğul olur. Təxminən iki ilə yaxındır ki, Təqsirləndirilən şəxs ilə münasibətimiz pisdir, ona görə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus torpaq sahəsini özünki kimi göstərərək tanımadığı vətəndaşlara göstərməklə satmaq istəyirmiş. Bu məsələni bildikdən sonra Təqsirləndirilən şəxslə görüşmüş və torpaq sahəsinin qardaşı Rüstəmə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bu ərazidə yerləşən torpaq sahəsinə özü nəzarət edir. Özü bildiyi kimi hərəkət edəcəyini bildirmişdir. O, Salehə xəbərdarlıq etmişdir. Lakin Saleh onun etdiyi xəbərdarlıqlarına məhəl qoymamışdır. Onlara məxsus torpaq sahəsini satmaq istəyirdi. Buna görə də 11 noyabr 2021-ci il tarixdə saat 16:30 radələrində bacısı oğlu Şahid1 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən qardaşı Zərərçəkmiş şəxs2 məxsus torpaq sahəsinə nəzarət etmək məqsədi ilə getmişdir. Saat 17 radələri olardı ki, Saleh onun yanına gəlmişdir. Ondan torpaq sahəsində nə işinin olmasını soruşduqda cavabında Salehə həmin ərazini göstərərək torpaq sahəsinin ona məxsus deyil, qardaşı Rüstəmə məxsus olduğunu və torpaq sahəsinə nəzarət etmək üçün gəldiyini bildirmişdir. Bu zaman Saleh ona hədəqorxu gələrək ölümlə hədələmişdir. Saleh onu hədələyən vaxtı əlində hər hansı bir alət yox idi. Saleh onu hədələyən zaman hər iki əli cibində idi. Saleh ilə onun arasında təqribən bir metr məsafə var idi. Saleh onunla söhbət edərkən anidən sinə nahiyəsinə nəyinsə dəydiyini hiss etmiş və sonda Saleh onu dəmir parçası ilə vurduğunu görmüşdür. Saleh dəmir parçası ilə sinə nahiyyəsindən onu vurduğu üçün əynində olan köynəyi cırılmışdır və sinə nahiyəsindən xəsarət almışdır. Saleh yenidən onu dəmir parçası ilə vurmaq istəyərkən o özünü müdafiə edib dəmir parçasını onun əlindən almaq istəyərkən dəmir parçası sol əlinə dəymişdir. Lakin o həmin şəxsin əlində olan dəmir parçasını ala bilməmişdir. Bu zaman səs-küyə onun qardaşı Rüstəm gəlmişdir. Saleh onu vurmaq istəyərkən qardaşı Rüstəm araya girərək Salehi ondan aralaşdırmağa çalışırdı. Hacıxan isə kənarda dayanmışdı və mübahisəyə müdaxilə etmirdi. Saleh isə ondan əl çəkmirdi. Saleh dəmir parçası ilə onu vurmaq istəyəndə qardaşı Rüstəmin əlini dəmir parçasının qarşısına uzatdı və dəmir parçası Rüstəmin əlinə dəydi. X63 əlindən dəmir parçasını almaq istəyərkən Saleh Rüstəmin dodaq nahiyyəsinə yumruqla bir dəfə zərbə vurdu və əlində olan dəmir parçası ilə ərazidən uzaqlaşaraq çıxıb getmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Salehi əvvəllər qəsəbə sakini kimi tanımışdır. Sözü gedən torpaq ərazisi onun rəhmətə getmiş qardaşı Adıgözələ məxsus olmuşdur. Adıgözəl etibarnamə ilə həmin torpağı ona vermişdir. O da torpağın sənədləşmə işləri ilə məşğul olmuşdur. Hadisədən təxminən beş ay qabaq o torpağın sənədlərini rəsmiləşdirib çıxarış almaq üçün icra hakimiyyətinə müraciət etmişdir. İcra hakimiyyətinin nümayəndəsi gəlib torpağın eskiz lahiyəsini çəkdikdən sonra digər sənədləşmə üçün ona əmlak idarəsinin “Ulduz” metrosunun yanında yerləşən şöbəsinə yaxınlaşmasını bildirmişlər. Oda bununla bağlı həmin sözü gedən idarəyə gedərək sənədlərini təqdim edib, dövlət rüsumunu ödədikdən sonra onların nümayəndəsinin gəlib torpağın eksezini çəkməsini gözləmişdir. İlk dəfə əmlakın işçiləri onunla əlaqə saxlaya bilmədikləri üçün görüşləri alınmamış daha sonra onlar telefon vasitəsi ilə əlaqə saxlayaraq ora gəlib eksez üçün ölçülər aparacaqlarını bildirmişdirlər. O 2021-ci ilin noyabr ayında əmlakın işçisi ilə birlikdə torpaq sahəsinə gəlmiş, əmlak idarəsinin nümayəndəsi müvafiq ölçü işləri aparmağa başlamışdır. Onlar həmin torpaq sahəsinə darvazadan keçərək daxil olmuşlar. Darvazanın giriş qapısı açıq olmuşdur. Belə ki, onlar tərəfindən həmin torpaq sahəsinə qoyulmuş darvazanı bu hadisədən üç-dörd ay əvvəl Saleh çıxarıb ataraq başqa bir darvaza qoymuşdur. Hətta bu barədə onun polis bölməsində şikayət ərizəsidə mövcuddur. Əmlakın işçisi ilə birlikdə torpaq sahəsində olarkən bu zaman çöldə yəni hasardan kənarda səs-küy eşitmişdirlər. O çöldə dava-alaş olduğunu bilərək ora getmişdir. O gələndə qardaşı Zöhrabın Saleh tərəfindən vurularaq yerə çökdüyünü görmüşdür. Onları aralaşdırmaq üçün ora qaçmış bu zaman Saleh onada zərbələr endirmiş zərbənin biri onun qoluna dəymişdir. Bu zaman əvvəllər tanıdıqları Səməd adlı şəxs onlara yaxınlaşanda Salehin onu və qardaşı Zöhrabı vurduğunu görərk onlara yardım etmişdir. Daha sonra Salehin dirsəyi onun dodağına dəyərək, onun dodağınıda qanatmışdır. Saleh onların ünvanında nalayiq ifadələr işlədərək sonra oradan qaçaraq uzaqlaşmışdır. Qardaşı Zöhrab bu zaman Salehin arxasınca qaçmamış və işıq dirəyinə ilişərək yıxılmamışdır. Həmin vaxtı Zöhrabın ümumiyyətlə yerdən qalxmağa halı olmamışdır. O Zöhrabın vəziyyətinin pis olduğunu görərək ona yardım etmək üçün yanında qalmışdır. Hadisənin bu cür baş verdiyini bildirmişdir. Hadisə baş verən torpaq sahəsi ilə bağlı əlavə olaraq bildirmişdir ki, həmin torpaq sahəsi iki hissədən ibarət olmuşdur. Belə ki, təxminən 6 sot torpaq sahəsi qohumları yəni bibisi qızı X7 xüsusi mülkiyyətində olsa da Xurma həmin torpaq sahəsini hadisədən çox əvvəl, təxminən 2010-cu ildə qardaşı X12 etibarnamə əsasında satmışdır. Sonradan qardaşı Adıgözəlin səhhətində ciddi problemlər yarandığı üçün qardaşı ondan xahiş etmişdir ki, torpaqla bağlı sənədləşmə işləri ilə özü məşğul olsun və buna görədə qardaşı hələ sağlığında yəni 2021-ci ilin oktyabr ayında Xurmanın həmin torpaq sahəsi ilə bağlı Adıgözəlin vasitəsi ilə ona baş etibarnamə verilmişdir. Həmin torpaq sahəsinə bitişik olan digər torpaq sahəsi isə qonşuları Züleyxa xanıma aid olmuşdur. Züleyxa xanımda özünə məxsus olan torpaq sahəsini satmaq istədiyini bildirmişdir. X47 xanıma torpağı almaq istədiyini bildirərək Züleyxaya beh vermişdir. Daha sonra Adıgözəl ağır xəstəliyə tutulduğu üçün sənədləşdirmə işlərini ona həvalə etmişdir. Buna görədə Züleyxa özünə məxsus olan torpağı birbaşa baş etibarnamə ilə ona həvalə etmişdir. Bundan sonra o da qardaşının sağlığında etdiyi xahişinə əsasən həmin torpaq sahələrini birləşdirərək bir torpaq sahəsi kimi 2022-ci ilin yanvar ayında X1. Qardaşı Adıgözəl 2022-ci ilin fevral ayında vəfat etmişdir. O öz ifadəsində daha sonra göstərmişdir ki, hadisə vaxtı polisə məlumat verdikdən sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, onlar hadisə yerini və dəmir parçasını polislərə göstərmişlər. Bundan sonra polislərlə birlikdə polis bölməsinə getmişlər. Təhqiqatçı hadisə yerini müayinə edərkən onlar hadisə yerində olmamışlar. Hadisədən uzun müddət keçməsinə baxmayaraq eyni qəsəbədə yaşadıqları Təqsirləndirilən şəxs onunla və qardaşı Rüstəmlə barışmamış, buna hər hansı bir formada cəhd belə göstərməmiş, əksinə qəsəbədə sakinlərin yanında onların ünvanlarına nalayiq ifadələr işlədərək onları daima hədələmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Oktyabrın 70 illiyi küçəsi ev 4, mənzil 12 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bağlar yaşayış massivində təqribən 12 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsi daşla hasara alınmışdır. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Təqsirləndirilən şəxslə münasibətləri həmişə yaxşı olmuşdur. Təxminən üç dörd ay olar ki, aldığı məlumata görə Saleh ona məxsus torpaq sahəsini zəbt etmək istəyir və torpaq sahəsini özünki kimi tanımadığı şəxslərə göstərib satmaq istəyir. O bunu öyrəndikdən sonra bu məsələ haqda qardaşı Zərərçəkmiş şəxs1 məlumat vermişdir. Zöhrab da məsləni aydınlaşdırmaq məqsədi ilə Salehlə görüşmüşdür. Söhbət əsnasında Zöhrab Salehə onlara məxsus torpaq sahəsindən uzaq durmağı bildirmişdir. Lakin Saleh özbildiyini edəcəyini bildirmişdir. Bir neçə dəfə də torpaq üstündə Salehlə aralarında sözlə münahisələri olmuşdur. 11 noyabr 2021-ci il tarixdə saat 16:30 radələrində qardaşı Zərərçəkmiş şəxs1 və bacısı oğlu Şahid1 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsi Bağlar yaşayış massivində yerləşən torpaq sahəsinə baxmaq məqsədi ilə getmişdir. Qardaşı Zöhrab bacısı oğlu Hacıxan ilə torpaq sahəsində dayanıb söhbət edirdilər, o isə digər tərəfdə torpaq sahəsini gəzirmiş. Təxminən 30 dəqiqə sonra torpaq sahəsində səs-küy gəldiyini eşitmiş, o tez səs gələn tərəfə qaçmışdır. Təxminən 5-10 metr aralı məsafədə olarkən Salehin əlində dəmir parçası olmasını görmüş və o tez qaçaraq onların yanına gəlmişdir. O həmin yerə çatana kimi Saleh artıq Zöhrabın sağ ayaq nahiyyəsinə əlində olan dəmir parçası ilə zərbə endirmişdir. Zöhrab yerə yıxıldı. Hacıxan isə kənarda dayanmışdı. Mübahisəyə müdaxilə etmirdi. Saleh Zöhrabı vurmaq istəyərkən o araya girərək onları aralaşdırmağa çalışırmış. Saleh isə Zöhrabdan əl çəkmirdi. Saleh dəmir parçası ilə Zöhrabı vurmaq istəyəndə o əlini dəmir parçasının qarşısına uzatmış və dəmir parçası onun sol əl nahiyyəsinə dəymişdir. O Salehin əlindən dəmir parçasını almaq istəyərkən Saleh onun dodaq nahiyyəsinə yumruqla bir dəfə zərbə vurmuş və qaçaraq ərazidən uzaqlaşaraq çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ rayon polis idarəsindən əmlak idarəsinə məktub daxil olmuşdur. Həmin məktubda torpaq sahəsinin zəbt edilməsi ilə bağlı şikayət bildirilmişdir. Onlarda müvafiq sorğuya əsasən həmin torpaq ərazisinə baxış keçirərək müayinə aktı tərtib edərək təhvil vermişdirlər. Hadisənin geri qalan hissəsindən məlumatı olmamışdır. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu, Mollakənd kəndində qeydiyyatda olsa da, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2012-ci ildən etibarən “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X72 1 saylı Bakı Ərazi İdarəsində”, mühəndis vəzifəsində işləyir. Evlidir. Əlavə sullara cavab olaraq Saleh adlı şəxsin səhv xatırladığını, həmin vaxt işlədiyi “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X72 1 saylı Bakı Ərazi İdarəsində” olmdağını, həmin gün yəni 11 noyabr 2021-ci il tarixdə göstərilən ərazidə ölçmə əməliyyatı aparmaq üçün iş yoldaşı mühəndis Şahid4 getdiyini bildirmişdir. Hadisədən təxminən bir ay əvvəl həmin torpaq sahəsinə şikayət əsasında baxış keçirmək üçün getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisədən uzun müddət keçdiyi üçün hadisənin xırda detallarını xatırlamır. Təxminən iki il bundan qabaq rəsmi qaydada idarəyə məktub daxil olmuşdur, gedib Səngəçal qəsəbəsi, Bağlar massivi adlanan ərazidə ölçü işlərində iştirak etmişlər. O umumiyyətlə həmin əraziyə rəsmi olaraq üç dəfə getmişdir. Birinci dəfə gedəndə mübahisə olmamışdır. İkinci dəfə təxminən 2021-ci ilin noyabr ayında həmin torpaq sahəsinə ərizəçi Rüstəmlə birlikdə getmişdir. Ora çatan zaman torpaq sahəsinin yerləşdiyi qapı açıq olmuşdur. O həmin torpaq sahəsində Rüstəmlə birlikdə ölçmə işləri apardığı zaman, hasardan kənarda səs-küy olduğunu eşitmiş və bu zaman əvvəlcə Rüstəm, onun arxasınca isə o birlikdə çölə çıxmış və mübahisənin getdiyini görüb oradakı şəxslərdən onu yola salmaqlarını xahiş etmişdir. Çünki mübahisə baş verən zaman onlar tərəfindən ölçmə işləri aparılmır. Hadisə vaxtı orada iki nəfərin mübahisə apardığını, lakin kimin-kimi vurduğunu görməmişdir. Salehin torpağın ona məxsus olmasını deməsini eşitmişdir. Saleh adlı şəxsin əlində hər hansı bir dəmirin olmasını görməmişdir. O öz ifadəsində verilən suallara cavab olaraq mübahisə edən şəxslərə yaxınlaşaraq onları araladığını və onlara dava etməmələrini dediyini bildirmiş, daha sonra isə orada olan şəxslərdən birinin avtomobili ilə hadisə yerindən uzaqlaşlaşmışdır. Əlavə olaraq bildirmişdirki həmin mübahisəli torpaq sahəsinə artıq çıxarış verilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Quba rayonu, Xanagah kəndində qeydiyyatda olsa da, Abşeron rayonu, Masazır qəsəbəsi, “Abşeron City” yaşayış kompleksində ailəsi ilə birlikdə yaşayır. On bir ilə yaxındır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X72 1 saylı Bakı Ərazi İdarəsində, həmçinin 3 ilə yaxındır ki, mühəndis vəzifəsində işləyir. Rüstəm adlı şəxs işlədiyi idarəyə Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, bağ evləri massivində torpaq sahəsinin ölçülməsi ilə əlaqədar ərizə ilə rəsmi müraciət etmişdir. 11 noyabr 2021-ci il tarixdə saat 16 radələrində o, Rüstəm ilə birlikdə ölçmə məsələsi ilə əlaqədar həmin torpaq sahəsinə gəlmişdir. Həmin torpaq sahəsinə gəldikdə o, Rüstəm ilə birlikdə torpaq sahəsinə daxil olaraq ölçmə əməliyyatı aparırmış. Bir qədər keçmişdi ki, o bayırda səs-küy eşitmiş, torpaq sahəsindən çıxdıqda hasarın yaxınlığında iki nəfər şəxsin əlbəyaxa olduğunu görmüşdür. Torpaq sahəsinə gəlməmişdən əvvəl o, Rüstəmə torpaqla bağlı mübahisənin olub-olmadığını soruşsa da o, heç bir mübahisənin olmadığını bildirmişdir. O, torpaq sahəsindən çıxıb mübahisənin gördükdə dərhal oradan çıxaraq torpaq sahəsini tərk edib avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Hadisənin sonrası barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisədən uzun müddət keçdiyinə görə bəzi məqamları dəqiq xatırlamır, zərərəçəkmiş şəxslər onun dayısıdır, təqsirləndirilən şəxsi isə qəsəbə sakini kimi tanımışdır. O dayısı Zöhrab ilə bağ evlərinə Rüstəmin yanına getmişdirlər. Onlar qapının qarşısında olan zaman Saleh ora gəlmişdir. Saleh yekə-yekə danışmağa başlayaraq Zöhrabın üstünə gələrək onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Saleh onun dayısı Zöhraba bunların başçısı olmasını bildirərək onu öldürməklə hədələmişdir. Daha sonra mübahisə zamanı Saleh qəfildən əlində olan dəmir parçası ilə Zöhrabın sinə nahiyyəsinə zərbə endirmişdir. Bu zaman o köməyə digər dayısı Rüstəmi çağırmışdır. Rüstəm gəlib Salehlə əlbəyaxa olmuş və Saleh onuda vurmuşdur. Sonra Saleh qaçaraq oradan uzaqlaşmış və onların ünvanlarına nalayiq sözlər işlətmişdir. Bundan sonra torpaq idarəsinin işçisi ora gələrək onu yola salmaqlarını istəmişdir. O da həmin adamı yola salmaq üçün aparmışdır. Geri dönərkən əraziyə polis əməkdaşlarının gəldiyini görmüşdür. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla valideynləri ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamışdır. Subaydır. Hal-hazırda işləmir. 11 noyabr 2021-ci il tarixdə saat 17 radələrində dayısı Zöhrab və Rüstəm ilə birlikdə Səngəçal qəsəbəsi, Bağ evləri massivində yerləşən torpaq sahəsinin qarşısında olan zaman həmin ərazidə yaşayan əvvəlcədən tanıdığı Saleh adlı şəxs ilə qarşılaşmışdır. Bu zaman dayısı Rüstəm torpaq sahəsinə baxış keçirirdi. Digər dayısı Zöhrab isə yanında idi. Saleh adlı şəxs onları görən kimi yaxınlaşaraq ucadan nalayiq ifadələrlə danışmağa başlamışdır. Saleh hər ikisini söyərək təhqir etməyə başladı. Dayısı Zöhrab ona iradını bildirərək bu tərzdə danışmamağı dedi. Saleh öz danışığını davam etdirən zaman dayısı ilə onun arasında mübahisə yarandı. Saleh adlı şəxs geyindiyi pencəyin iç cibindən dəmir parçası çıxararaq dayısı Zöhraba hücum çəkdi. Saleh adlı şəxs dayısı Zöhrabı əlində olan dəmir parçası ilə sinəsindən və əlindən vuraraq Zöhraba xəsarət yetirdi. Daha sonra dayısı sinəsini tutaraq kənara çəkildi. Bu zaman dayısı Rüstəm səs küyə gəldi. Dayısı Rüstəm yaxınlaşıb hadisəni sakitləşdirmək istəsə də Saleh bu zaman dirsəyi ilə Rüstəmə də ağız nahiyəsindən xəsarət yetirmişdir. Bundan sonra Saleh qaçaraq oradan uzaqlaşdı və yaxınlıqda olan nəzarət etmək üçün qaldığı evə girdi. Qapının arxasında nalayiq ifadələrlə onları təhqir edirdi. Saleh qaçarkən dəmir parçası da əlində idi. Daha sonra əraziyə polis əməkdaşları gəldi. Polis əməkdaşları hadisə yerinə baxış keçirərək onları daha sonra polis bölməsinə dəvət etdilər. O 11-ci Polis Bölməsinə gedərək orada baş vermiş hadisə ilə bağlı izahat vermişdir. Salehin əvvəllər Səngəçal qəsəbəsində çoban kimi tanıyırmış. Sonradan isə onun bağ evlərində nəzarət etdiyini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, zərərçəkmiş şəxslərin bacısı oğlundan balıq aldığı üçün onlarlada münasibəti olmuşdur. Hadisə vaxtı o, Səngəçal qəsəbəsi, bağlar massivi deyilən əraziyə balıq almaq üçün getmişdir. Balıqçı ona yarım saat sonra gəlməsini bildirmişdir. Oda bu vaxt ərzində orada maşınla hərəkətdə olan zaman uzaqdan Zöhrabın maşınını görmüş və bu müddət ərzində onunla söhbət etmək üçün oraya yollanmışdır. Yol o ərazidə dərə-təpə olduğu üçün maşını yavaş-yavaş sürərək onlara tərəf getmişdir. Bu zaman iki nəfər şəxsin əlbəyaxa olduğunun şahidi olmuşdur. Ancaq məsafə uzaq olduğu üçün bu şəxslərin kimlər olmasının aydınlaşdıra bilməmişdir. Birazda yaxınlaşan zaman mübahisə edən şəxslərdən birinin yerə yıxıldığını görmüşdür. Bu zaman o maşının siqnalını vermişdir ki, dalaşan şəxslər aralaşsınlar. Bu zaman bir nəfər şəxsin əlində dəmir qaçdığını görmüşdür. Rüstəmi uzaqdan gördükdən sonra onları tanımışdır. Maşın onlara çatmağa təxminən 20 metr qalmış saxlayaraq Zöhraba kömək etmək üçün oraya qaçmışdır. Zöhrabın köynəyinin cırıldığını və sinəsinin qan olduğunu görmüşdür. Sonra Rüstəm onların yanına gəlmiş və onunda dodağının qanadığını görmüşdür. Rüstəm ona Zöhraba kömək etməsini bildirmişdir, oda maşından su gətirərək Zöhraba vermişdir. Sonra Xan orada olan bir nəfəri maşına otuzduraraq harasa aparmışdır. Adının Saleh olduğunu sonradan bildiyi həmin şəxs dəfələrlə ona zəng vuraraq ifadə verməməsi üçün onu hədələmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamışdır. Evlidir. 3 övladı var. Təxminən 15 ilə yaxındır ki, Ekologiya və Təbi Sərvətlər Nazirliyində Balıq artırma zavodunda nəzarətçi kimi işləyir. 11 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Səngəçal qəsəbəsi, Bağ evləri massivində balıq vətəgəsinə balıq almağa gedirmiş. Təsadüfən həmin ərazidən keçirmiş. Bir qədər getmişdir ki, əvvəllər tanıdığı Zöhrab adlı şəxsin pis vəziyyətdə olduğunu, əynində olan gödəkcənin cırıldığını görmüşdür. Zöhrab Salehin dəmir parçası ilə onu sinəsində vurduğunu bildirmişdir. Həmçinin ora yaxınlaşan zaman sonradan adının Saleh olduğunu bildiyi şəxsin qaçaraq oradan uzaqlaşdığını görmüşdür. Saleh qaçarkən əlində dəmir parçası da var idi. Həmçinin Zöhrabın qardaşı Rüstəm də orada idi. Rüstəmin ağız nahiyəsi qan içində idi. Saleh qaçaraq yaxınlıqda olan nəzarət etmək üçün qaldığı evə girərək orada gizlənmişdir. Orada dayanaraq qapının arxasında təhqiramiz ifadələr işlətməyə başlamışdır. Onun Salehlə heç bir qərəzi yoxdur. Daha sonra əraziyə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları hadisə yerinə baxış keçirərək onları daha sonra polis bölməsinə dəvət etmişləır. O 11-ci Polis Bölməsinə gedərək orada baş vermiş hadisə ilə bağlı izahat vermişdir. Bundan başqa Saleh bu hadisədən sonra ona dəfələrlə zəng edərək ifadə verməmək üçün sözlə təzyiq etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 vəsatəti əsasında Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixdə hadisə yerinə Əmlak Məslələri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri X72 1 saylı Bakı ərazi idarəsinin mütəxəssisinin iştirakı ilə baxışın keçirilməsi qərara alınmışdır. Bundan sonra 14 may 2024-cü il tarixdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, onların nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri” X72in 1 saylı Bakı ərazi idarəsinin mühəndis-inventarlaşdırıcıları Şahid3 və X13 iştirakları ilə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bağ evləri massivi adlanan ərazidə hadisə yerinə baxış keçirilmişdir. Hadisə yerinə baxış keçirilən zaman cinayət işinin materiallarında olan hadisə yeri ilə tərəflərin göstərdiyi yer əsasən uyğun gəlmişdir, həmçinin həmin yerdə ölçmə işləri aparılmışdır. Bundan başqa baxış zamanı bir ədəd işlək vəziyyətdə olmamaqla, yerdə üfiqi vəziyyətdə, çəkilmiş hasarın dibində, dəmir metaldan hazırlanmış, üzərində dəmir tutacaqları olan işıq dirəyi aşkar edilsədə həmin işıq dirəyi ilə hadisənin baş verdiyi ərazi arasında təxminən iyirmi-otuz metr məsafə olmaqla həmin işıq dirəyinin olduğu yer çəkilmiş hasara çox yaxın olduğundan şəxsin qaçarkən həmin işıq dirəyinin yanından keçərək həmin dirəyə ilişərək yıxılmasının inandırıcı olmadığı müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilməsində iştirak etmiş mütəxəssis tərəfindən rəyin verilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəllələri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri X72in 1 saylı Bakı Ərazi İdarəsinin 08 iyul 2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 0,1940 ha təşkil edir (sahə daş hasarla iki hissəyə bölünüb). Faktiki olaraq gösərilən torpaq sahəsi üzərində tikili yoxdur. Göstərilən 0,1940 ha torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən 0.1940 ha torpaq sahəsinin 0.0546 ha hissəsi **********60 reyestr nömrəsi ilə X14, 0.1090 ha hissəsi isə **********66 reyestr nömrəsi ilə eyni şəxsin (X14) xüsusi mülkiyyətindədir. Məhkəmə baxışı zamanı zərərçəkmiş tərəfin məhkəməyə təqdim etdiyi Əmlak Məsəllələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin çıxarışlarından aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən 0.0546 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi 18 yanvar 2022-ci il tarixdə **********60 saylı reyestr nömrəsi ilə X7 adına, 0.1090 ha torpaq sahəsi isə xüsusi mülkiyyət kimi 21 yanvar 2022-ci tarixdə **********66 saylı reyestr nömrəsi ilə X33 adına qeydiyyatdan keçmişdir. Daşınmaz əmlakın alqı-satqısına dair 29 yanvar 2022-ci il tarixli müqavilədən aydın olur ki, satıcı X33 (etibarnamə üzrə nümayəndəsi Zərərçəkmiş şəxs2 vasitəsi ilə) adına verilmiş verilmiş **********66 saylı reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0.1090 ha torpaq sahəsini X23 (etibarnamə üzrə nümayəndəsi X34 vasitəsi ilə) satmışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş tərəfin məhkəməyə təqdim etdiyi 27 oktyabr 2021-ci il tarixli etibarnamədən aydın olur ki, X3 rayon XDS-nin 29 aprel 1991-ci il tarixli 2 saylı sərəncamı ilə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində fərdi ev tikintisi üçün ayrılmış 600 kvm torpaq sahəsinə dair X8 vasitəsi ilə Zərərçəkmiş şəxs2 baş etibarnamə verilmişdir. Müdafiə tərəfinin vəsatəti ilə qeyd olunan torpaq sahəsi ilə bağlı baş vermiş mübahisə ilə əlaqədar Qaradağ RPİ-nin 11-ci PB-də aparılmış təhqiqat materialları əldə edilərək məhkəmə baxışı zamanı araşdırılmışdır. Qaradağ RPİ-nin 11-ci PB-nın təhqiqatçısı polis kapitanı, X61 tərəfindən HK-1 № 358 saylı material üzrə 09 may 2021-ci il tarixdə qəbul edilmiş “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərardan aydın olmuşdur ki, 16 aprel 2021-ci il tarixdə Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı polis mayoru X2 RPİ-yə zəng edərək Səngəçal qəsəbəsi kənarında Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq 10-12 sot torpaq sahəsini qanunsuz zəbt edib tikinti işləri apardığını bildirmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs torpaq sahəsinə dair müvafiq sənədlər təqdim edərək torpaq sahəsinin onlara məxsus olmasını bildirmiş və həmin torpaq sahəsində heç bir tikinti işlərinin getmədiyi məlum olmuşdur. Bundan başqa Qaradağ RPİ-nin 11-ci PB-nın təhqiqatçısı polis mayoru, X15 tərəfindən HK-1 № 623 saylı material üzrə 25 iyul 2022-ci il tarixdə qəbul edilmiş “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərardan aydın olmuşdur ki, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən bağ massivində olan tikiliyə həm vətəndaş Təqsirləndirilən şəxs həm də Zərərçəkmiş şəxs1 sənəd təqdim edərək, hər biri ayrıayrılıqda adı gedən torpaq sahəsinin ona aid olduğunu bildirmişdir. Beləliklə həmin torpaq sahəsinin Bənövşə adlı xanıma və yaxud onun nümayəndəsi Müdafiəçi1, həmçinin Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 aid olub-olmadığı müəyyən edilməməsi səbəbindən xx.xx.2022-ci il tarixdə Səngəçal bağ evlərində Zərərçəkmiş şəxs1 və onun bacısı oğlu X25 adı gedən torpaq sahəsində olan darvazanın əl dəstəyinin kilidini sındırmasına və yaxud dəyişməsinə hüquqi qiymət verilməsi mümkün olmamışdır. Beləliklə göstərilənlərə əsasən tərəflər arasında yaranmış, Qaradağ rayonu, Səngəçal bağ evləri ərazisində yerləşən torpaq sahəsinin mübahisəsi obyektiv hal kimi mülki münasibətlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar olduğundan mülki qanunvericilik əsasında tənzimlənməklə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Bu səbəbdən də Təqsirləndirilən şəxs nəzarət etdiyi bağ sahəsində olan darvazanın əl dəstəyinin (kilidinin) Zərərçəkmiş şəxs1 və onun bacısı oğlu X37 tərəfindən dəyişdirilməsi mülki xarakterlidir, həmin xüsusatlar cinayət hadisəsi kimi qiymətləndirilə bilməz. Tərəflər arasında yaranmış mülki mübahisənin baxılması və həll edilməsi yalnız məhkəmənin səlahiyyətindədir. Odur ki, Təqsirləndirilən şəxs müraciətində əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilməli, onlar arasında olan münasibətlər mülki hüquq sahəsinin predmeti olduğundan mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Beləliklə hər iki material öyrənilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona hər-hansı bir formada aidiyyatı müəyyən edilməyən torpaq sahəsi ilə bağlı əsassız mübahisələr yaratmışdır. Lakin təhqiqat araşdırmaları zamanı mübahisənin yaranmasına səbəb olan torpaq sahəsinin hüquqi vəziyyəti və həqiqətəndə həmin sahənin kimə məxsus olması aydınlaşdırlmamışdır. Müdafiə tərəfinin vəsatəti ilə dəvət olunmuş şahid X68 ifadəsində göstərmişdir ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Hal-hazırda orada işləmir. Təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsləri qəsəbə sakini kimi tanımışdır. Hadisə günü polis bölməsində olmuşdur. Bölməyə Səngəçal qəsəbəsi, bağlar massivi ərazisində mübahisə olması ilə bağlı məlumat daxil olmuşdur. O, digər polis əməkdaşları ilə xidməti və mülki maşınlarla hadisə yerinə getmişdirlər. Ruhin, Şamxal və Taryel adlı polis əməkdaşlarıda onunla birlikdə hadisə yerinə getmişdirlər. Onlar hadisə yerinə çatanda mübahisə hələdə davam edirmiş. Orada mübahisə edən adamları xidməti maşına otuzduraraq bölməyə aparmışlar. Hadisə yerində olanda dəmir parçası olduğunu bidirsələrdə onu axtarıb tapa bilməmişlər. Müdafiə tərəfinin vəsatəti ilə dəvət olunmuş şahid X38 ifadəsində göstərmişdir ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Hal-hazırda orada işləmir. Qaradağ rayon polis idarəsinə 2022-ci il də təyinatını almışdır. Hadisə olan zaman o, Bakı şəhəri, Xəzər rayon Polis İdarəsində xidmət aparmışdır. Buna görədə baş vermiş hadisədən xəbərsizdir. Müdafiə tərəfinin vəsatəti ilə dəvət olunmuş şahid X50 ifadəsində göstərmişdir ki, Saleh əvvəllər onun işlədiyi zavodda fəhlə işləmişdir. O vaxtdan Salehi tanımışdır. Zərərçəkmiş şəxsləri isə tanımır. Sözü gedən torpaq sahəsi Gülnarə xanıma məxsusdur, Gülnarə xanım baş etibarnamə ilə torpağı ona etibar etmişdir. O da Salehi həmin torpağa gözətçi kimi işə götürmüşdür. Salehə onun müqabilində 300 manat maaş vermişdir. Saleh sadəcə olaraq orada gözətçi kimi işləmişdir. Həmin torpaqda olan su, işıq və qaz sayğaclarının pulunu o ödəmişdir. Təxminən hadisədən üç il əvvəl olar ki, həmin torpaq ona məxsusdur. Orada mübahisə olmasını Salehdən öyrənmişdir. Bununla bağlı heç bir oraqana müraciət etməmişdir. Müdafiə tərəfinin vəsatəti ilə “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolda hal şahidi kimi göstərilmiş Şahid5 oğlu məhkəmə iclasında öz ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsləri tanımır, onlarla heç bir qohumluq və düşmənçilik münasibəti yoxdur. Polis əməkdaşı olan Əlini Lökbatan qəsəbəsində yaşadığı üçün bir neçə dəfə orada görmüş və polis əməkdaşı olduğunu bilmişdir. Hadisənin üstündən uzun müddət keçdiyi üçün tam dəqiq yadında deyil. Tanışı Anar ilə birlikdə Qobustan qəsəbəsi ərazisində villaların birində elektrik işi görməyə getmişdirlər. İşlərini görüb qurtardıqdan sonra piyada həmin ərazi ilə evə geri qayıdan zaman polis əməkdaşları onları saxlamış və polislərin o ərazidə olmasını təsdiq etmək üçün onlara bir sənəd imzalanması təklif olunmuşdur. Onlarda polis əməkdaşlarının dediklərini edərək həmin sənədə imza etmişlər. Həmin ərazidə nə hadisəsi baş verməsi ilə bağlı heç bir məlumatı olmamışdır. İmza etdikləri sənədin nə sənədi olması ilə bağlı heç bir məlumatı olmamışdır. Sadəcə təhqiqatçı Əli Məmmədov ona izah eləmişdir ki, bu sənəd polislərin orada olmasını təsdiq etmək üçündür. Hal şahidi kimi ona hər hansı bir hüquq və vəzifələri izah edilməmiş və eləcədə onun iştirakı ilə hər hansı bir əraziyə baxış keçirilərək hər hansı bir dəmir parçası aşkar edilərək götürülməmişdir. Müdafiə tərəfinin vəsatəti ilə “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolda hal şahidi kimi göstərilmiş Şahid6 məhkəmə iclasında öz ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsləri tanımır, onlarla heç bir qohumluq və düşmənçilik münasibəti yoxdur. Hadisənin üstündən uzun müddət keçdiyi üçün tam dəqiq yadında deyil. Tanışı Azərlə birlikdə Səngəçal qəsəbəsində yerləşən bağlar massivində evlərdən birinin elektrik işin görmək üçün getmişlər. İşlərin bitirib axşam tərəfi evlərinə qayıdan zaman yolda polis əməkdaşları onları saxlayaraq polislərin orada olmasını təsdiq edə biləcəkləri ilə bağlı onlara sual vermişlər. Onlarda polislərin dedikləri ilə razılaşaraq deyilən sənədə qol çəkmişdirlər. Orada heç bir dəmir parçası görməmişdir. Polis əməkdaşı maşından sənədi çıxarıb gətirmiş onlarda həmin sənədə qol çəkmişlər. Dedilər polislərin ərazidə olmasını təsdiq edirsiniz. Dəmir parçası ilə bağlı onlara heç bir söz deyilməmişdir. Orada adamların çox olduğu üçün onlara kimin imza etdirməsini dəqiq bilmir. Hal şahidi kimi ona hər hansı bir hüquq və vəzifələri izah edilməmiş və eləcədə onun iştirakı ilə hər hansı bir əraziyə baxış keçirilərək hər hansı bir dəmir parçası aşkar edilərək götürülməmişdir. Müdafiə tərəfinin vəsatəti ilə dəvət olunmuş şahid X62 ifadəsində göstərmişdir ki, hadisə vaxtı o Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsində təhqiqatçı vəzifəsində işləmişdir. Hal-hazırda Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsində müstəntiq vəzifəsində işləyir. Salehi qəsəbə sakini kimi tanımışdır, ancaq zərərçəkmiş şəxsləri tanımır. Hadisə zamanı növbədə olmuşdur, bu zaman növbətçi hissə Səngəçal qəsəbəsi, bağlar massivi ərazisində hadisənin olmasını bildirmişdir. Hadisə yerinə çatan zaman orda bir xeyli adam olmuşdur. Sonradan adını öyrəndiyi Zöhrab adlı şəxsin əynində olan köynəyinin sinə hissəsi cırılmış və qan ləkəsinin olmasını görmüşdür. Salehin onu vurduqdan sonra qaçıb gizləndiyini bildirmişdir. Zərərçəkmiş şəxs Zöhrab oradan uzaqlaşmamış dəmir parçasının yerini ona göstərmişdir. Sonra onlar getdikdən sonra hal şahidləri gələnə qədər hasarın dibindən bir ədəd paslanmış dəmir parçasını tapmış və selofan qaba qoymuşdur. Bu zaman polislər təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsləri maşına qoyub bölməyə aparmışdılar. Hal şahidləri dəmiri görməsələrdə onların hüquq və vəzifələrini izah etmişdir. Təxminən axşam saat 5-6 olmuşdur. O hadisə yerinə gedən zaman Saleh qaçıb villada gizlənmişdi. Hadisə yerinə baxış keçirdikdən sonra tərəflərin izahatlarını bölmədə almışdır. Hal şahidlərinə protokola imza etdirərəkən dəmir parçası maşının arxa yük yerində olmuşdur. Müdafiə tərəfinin vəsatəti ilə dəvət olunmuş şahid X44 ifadəsində göstərmişdir ki, təqsirləndirilən və zərərçəkmiş şəxslərlə heç bir qohumluq və düşmənçilik münasibətləri olmamaqla hər iki tərəfi qəsəbə sakini kimi tanımış və aralarında normal münasibətlər olmuşdur. Dəqiq vaxtını xatırlamadığı gündə Səngəçal qəsəbəsində yerləşən bağ evində olan zaman səs-küy gəldiyi üçün yola çıxmış və dava-dalaş olduğunu görmüşdür. Ora yaxınlaşanda bu zaman Zöhrabgilin Salehi məcbur maşına otuzdurmağa çalışdıqlarını görmüşdür. O yaxınlaşaraq onları aralayaraq Salehə oradan uzaqlaşmağını işarə etmişdir. Çünki həmin vaxtı Saleh tək, qarşı tərəf isə çox olmuşdur. Əlbəyaxa olan zaman Saleh onların əlindən çıxıb qaçmış Zöhrabda onun arxasıyca qaçan zaman yerdə olan dəmir nərdivana ilişərək yıxılmış həmin nərdivanın üzərində olan pilləkən kimi almaturdan düzəldilmiş dəmir Zöhrabın böyür hissəsinə dəyərək onu əzmişdir. O yaxınlaşaraq Zöhrabı yerdən qaldıranda Zöhrab Salehin əlində bıçaq olduğunu bildirsədə o Salehin əlində heçnə görməmişdir. Saleh hadisə yerindən təxminən 50 metr aralıda olan günbəz kimi tikilinin üzərinə çıxaraq qarşı tərəfə tək-tək gəlmələrini bildirmişdir. Hadisə vaxtı onlar bir birilərinin ünvanlarına söyüşlər söyürdülər. Hadisə yerində Rüstəmində barmağının əzildiyini və qanadığınıda görmüşdür. Daha sonra o öz bağında işləyən gözətçisinə Zöhraba su gətirməsini bildirmişdir. Bir müddət sonra hadisə yerinə polislər gəlmiş, oda polislərə hadisə ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Hadisə yerində bir xeyli insanlar, o cümlədən əmlakın nümayəndəsi olmuş və biraz aralıda yerləşən restorandan üç-dörd nəfər şəxs hadisəyə baxmışlar. O hadisə yerinə yaxınlaşanda tərəflərin birbirilərini vurduqlarını görməsədə onların üst-başlarından aralarında dava-dalaş olduğu görünmüşdür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X36 X72 Qaradağ rayon şöbəsinin 24 noyabr 2021-ci il tarixli, 829 nömrəli rəyindən görünür ki, Vǝt. Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər - döş qəfəsinin və sağ budun qançırları, sol əlin İ barmağının səthi əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən, müayinədən bir günə qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə törənməsi mümkündür həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X36 X72 Qaradağ rayon şöbəsinin 13 noyabr 2021-ci il tarixli, 830 nömrəli rəyindən görünür ki, Vǝt. Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər üst dodağın qançırı, selikli qişanın qansızması və əzilmiş yarası, sol əlin İl barmağının əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən, müayinədən bir günə qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə törənməsi mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X36 X72 Qaradağ rayon şöbəsinin 13 noyabr 2021-ci il tarixli, 831 nömrəli rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər - alt dodağın selikli qişasının qansızması və əzilmiş yarası, sağ əlin arxa səthinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən, müayinədən bir günə qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə törənməsi mümkündür və dərəcələrinə görə alt dodağın selikli qişasının qansızması və əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir sağ əlin arxa səthinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2021-ci il tarixli, 3/1954 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet kustar üsulla hazırlanmış, təsərrüfat sahəsində texniki məqsədlər üçün nəzərdə tutulmuş metal parçasıdır, soyuq silahın kriminalistik təsnifatına və konstruksiyasına görə soyuq silah hesab edilmir. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X36 X72 Qaradağ rayon şöbəsinin 14 iyul 2023-cü il tarixli, 23/829 nömrəli rəyə əlavə rəydən görünür ki, 1.Vǝt. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin və sağ budun qançırları, sol əlin İ barmağının səthi əzilmiş yarası. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin və sağ budun qançırları ölçülərinə və formalarına görə ekspertiza şöbəsinə təqdim edilmiş dəmir parçasının fərdi xüsusiyyətləri ilə eynilik təşkil etmədiyi üçün həmin dəmir parçasının təsirindən yaranmaları az inandırıcıdır, sol əlin İ barmağının səthi əzilmiş yarası isə ekspertiza şöbəsinə təqdim edilmiş dəmir parçasının eləcə də ona oxşar xüsusiyyətlərə malik dəmir parçasının təsirindən törənməsi mümkündür.
2. Vǝt. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, qeyd olunan xəsarətlər yıxılma nəticəsində törənməsi istisna olmasa da az inandırıcıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X36 X72 Qaradağ rayon şöbəsinin 14 iyul 2023-cü il tarixli, 24/830 nömrəli rəyə əlavə rəyindən görünür ki, 1.Vǝt. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər - üst dodağın qançırı, selikli qişanın qansızması və əzilmiş yarası, sol əlin İİ barmağının əzilmiş yarası. Qeyd olunan xəsarətlər ekspertiza şöbəsinə təqdim edilmiş dəmir parçasının eləcə də ona oxşar xüsusiyyətlərə malik olan dəmir parçasının təsirindən törənmələri mümkündür.
2. Vǝt. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, qeyd olunan xəsarətlər yıxılma nəticəsində törənməsi inandırıcı deyildir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X51 tərəfindən 05 avqust 2023-cü il tarixdə qəbul edilmiş “sübutların qiymətləndiriləməsi haqqında” qərarından aydın olur ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ona xəsarət yetirməsi xüsusatı özünü müdafiə kimi qəbul edilmiş, sübut növü kimi qəbul edilməmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, “hadisə yerinə baxış keçirilməsi haqqında” 03 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Bağ evləri massivində yerləşən nömrəsiz ünvandır. Hadisə yerin baxış zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi kimi, Zərərçəkmiş şəxs1 qaçarkən yıxılmasına səbəb olacaq yol ortasında olan hər hansı maneə aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilməklə qanuni qüvvəyə minmiş Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 23 dekabr 2022-ci tarixli 2(002)- 3575/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Qaradağ rayon Prokurorluğunun “doğum faktının müəyyən edilməsi tələbinə dair” iddiası təmin edilərək, atası X52, anası X20 olan, Təqsirləndirilən şəxs xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilmiş, hazırkı məhkəmə qətnaməsi doğum haqqında şəhadətnamə verilməsi üçün əsas hesab edilmiş, doğum haqqında şəhadətnamədə doğum faktı müəyyən edilmiş şəxsin soyadı - Ağayev, adı - Saleh, atasının adı - Mirələm, atası - X52, anası - X20, doğulduğu tarix - xx xxxxxx 1984-cü il, doğulduğu yer Bakı şəhəri kimi göstərilməsi qət edilmişdir. Həmin qətnamədən aydın olur ki, Qaradağ rayon Prokurorluğu ərizəsini onunla əsaslandırmışdır ki, Qaradağ rayon Polis İdarəsinin rəisi, polis polkovniki X67 rayon Prokurorluğuna vəsatətlə müraciət edərək, Təqsirləndirilən şəxs barəsində doğum faktının müəyyən edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsinin Qaradağ rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə məhkəməyə müraciət edilməsini xahiş etmişdir. Qaradağ rayon Polis İdarəsinin rəisinin vəsatətində qeyd edilmişdir ki, Qaradağ RPİ İstintaq şöbəsinin sabiq müstəntiqi, polis kapitanı K.Zülfüqarov tərəfindən 11 noyabr 2021-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Bağ evləri massivində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında torpaq sahəsinə görə yaranmış mübahisə zamanı onların birbirilərinə xəsarət yetirmələri faktı ilə bağlı 12 noyabr 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. İstintaq zamanı Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş məhkəmə-tibbi ekspertizaları keçirilmiş, hadisə nəticəsində Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs yüngül zərər vurmaya aid xəsarət almaları barədə rəylər alınmış, 12 yanvar 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən iş üzrə icraat dayandırılmışdır. Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədləri, yəni doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi olmadığından onun barəsində istintaq hərəkətlərinin aparılması mümkün olmamışdır. Təqsirləndirilən şəxs doğum haqqında şəhadətnaməsi olmadığından şəxsiyyət vəsiqəsi almadığını bildirmiş və şəxsiyyət vəsiqəsi aldıqdan sonra istintaqa təqdim edəcəyini bildirmişdir. Bundan sonra o, doğum faktının müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, ərizə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olmuşdur. Lakin Təqsirləndirilən şəxs sonradan məhkəməyə ərizə təqdim edərək, doğum faktının müəyyən edilməsi ilə bağlı ərizənin onun iradəsi ilə yazılmadığını bildirərək və həmin ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Buna görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-2274/2022 saylı qərardadı ilə Təqsirləndirilən şəxs doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Təqsirləndirilən şəxs məsuliyyətdən azad olmaq üçün qəsdən şəxsiyyət vəsiqəsi almaqdan imtina edir. Təqsirləndirilən şəxs doğum haqqında şəhadətnaməsi olmadığından şəxsiyyət vəsiqəsi alması mümkün deyildir. Onun barəsində başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin aparılması üçün Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin alınması zəruridir. Qaradağ RPİ-nin rəisinin vəsatəti araşdırılarkən müəyyən edilmişdir ki, vəsatət əsaslıdır və vəsatətdə qeyd olunan məsələ ilə bağlı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində iddia icraatı qaydasında iş qaldırılmalıdır. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin almaqdan imtina etməklə törətdiyi cinayətə görə məsuliyyətdən azad olmağa çalışmışdır. Təqsirləndirilən şəxs doğum faktının müəyyən edilməsi həm cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması üçün dövlətin mənafeyinin, eləcə də cinayət işi üzrə digər şəxslərin (zərərçəkmiş şəxslərin) hüquq və mənafelərinin müdafiəsi üçün zəruridir. Həmin qətnamədə məhkəmə müəyyən etmişdir ki, Qaradağ RPİ İstintaq şöbəsinin sabiq müstəntiqi, polis kapitanı K.Zülfüqarov tərəfindən 11 noyabr 2021-ci ildə Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsi Bağ evləri massivində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında torpaq sahəsinə görə yaranmış mübahisə zamanı onların bir-birilərinə xəsarət yetirmələri faktı ilə bağlı 12 noyabr 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. İstintaq zamanı Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş, məhkəmə-tibbi ekspertizaları keçirilmiş, hadisə nəticəsində Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs yüngül zərər vurmaya aid xəsarət almaları barədə rəylər alınmış, 12 yanvar 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən iş üzrə icraat dayandırılmışdır. Təqsirləndirilən şəxs doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi olmadığından onun barəsində istintaq hərəkətlərinin aparılması mümkün olmamışdır. Təqsirləndirilən şəxs doğum haqqında şəhadətnaməsi olmadığından şəxsiyyət vəsiqəsi almadığını bildirmiş və şəxsiyyət vəsiqəsi aldıqdan sonra istintaqa təqdim edəcəyini bildirmişdir. Bundan sonra o, doğum faktının müəyyən edilməsi ilə bağlı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, ərizə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olmuşdur. Lakin Təqsirləndirilən şəxs sonradan məhkəməyə ərizə təqdim edərək, doğum faktı ilə bağlı ərizənin onun iradəsi ilə yazılmadığını bildirərək və həmin ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Buna görə də, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-2274/2022 saylı qərardadı ilə Təqsirləndirilən şəxs doğum faktının müəyyən edilməsi edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Təqsirləndirilən şəxs məsuliyyətdən azad olmaq üçün şəxsiyyət vəsiqəsi almaqdan imtina edir. Həmçinin Təqsirləndirilən şəxs məxsus doğum haqqında şəhadətnamə olmadığından şəxsiyyət vəsiqəsi alması mümkün deyildir. İş üzrə zəruri istintaq hərəkətlərinin aparılması üçün Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin alınması zəruridir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 07 oktyabr 2022-ci il tarixli 293 saylı arayışından görünür ki, X27 və X28 həqiqətən 2022/2023-cü dərs ilində F.Qədimov adına 222 saylı tam orta məktəbdə təhsil alırlar. Uşaqların atası Təqsirləndirilən şəxs, anaları X10r. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 03 mart 2016-cı il tarixdə doğulmuş X16, 12 noyabr 2017-ci ildə doğulmuş X17 və 07 yanvar 2019cu ildə doğulmuş X18, ataları X21 anaları X10r. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, Qaradağ RİHB Sanqaçal qəsəbəsi İƏD üzrə nümayəndəsinin 07 iyun 2022-ci il tarixli 1527 saylı arayışından məlum olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayou, Sanqaçal qəsəbəsi, massiv 3 ünvanında fərdi evdə qeydiyyatsız yaşayır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X36 X72 Qaradağ rayon şöbəsinin 27 iyul 2024-cü il tarixli, 74 nömrəli arayışından aydın olur ki, 06 fevral 1986-cı ildə doğulmuş X5 meyidi 27 iyul 2024-cü il tarixdə müayinə məqsədi ilə birliyin Qaradağ rayon şöbəsinin meyitxanasına gətirilmişdir. Məhkəmə araşdırması zamanı əldə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin baş müstəntiqi, kapitan X26 tərəfindən 27 iyul 2024-cü il tarixdə qəbul edilmiş “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan aydın olur ki, 13 iyul 2024-cü il tarixdə saat 07 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən yardımçı tikilidə qaz sızmasından partlayış hadisəsi baş vermiş, nəticədə tikili dağıntının təsirinə məruz qalmış və həmin vaxt orada olan 1986-ci il təvəllüdlü X22, 2016-cı il təvəllüdlü X29, 2017-ci il təvəllüdlü X30 və 2019-cu il təvəllüdlü X31 yanıq xəsarətləri alaraq Bakı şəhəri, Nərimanov tibb mərkəzinin yanıq şöbəsinə yerləşdirilmişdir. xx.xx.2024-cü il tarixdə Samirə İmanquliyeva aldığı yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölmüşdür. Materialda Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri mövcud olduğundan cinayət işinin başlanılması və icraata qəbul edilərək ibtidai istintaqın aparılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsidə nəzərdə tutulmuş ittiham verilsə də istintaq orqanının gəldiyi bu nəticə əsassız olmaqla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmir. Belə ki, məhkəmə araşdırlması zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə xəsarət yetirərkən əşya kimi dəmir parçasından istifadə etməsi öz təsdiqini tapmamışdır. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm təhqiqat, həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. İfadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Yəni ibtidai istintaq zamanı alınmış ifadələr məzmun baxımından da reallığı tam əks etdirməmişdir. Hadisə ilə bağlı həm təhqiqat, həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin tərkib əlamətləri olsada onun qeyd olunan xuliqanlıq əməlini silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi öz təsdiqini tapmamış, əksinə onun əməlində CM-nin 221.2.2-ci maddəsinə nəzərdə tutulmuş ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə törədilməsi sübuta yetirilmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə və ümumiyyətlə baş vermiş hadisə ilə əlaqədar özünü təqsirli bilməsə də məhkəmə iş üzrə toplanmış sübutları, o cümlədən şahid ifadələrini müqayisəli şəkildə təhlil edərək onun verdiyi ifadələri özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirmiş və onun CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusuna əsasən öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisənin baş verməsinə səbəb olmuş torpaq sahəsi zərərçəkmiş şəxslərin qardaşı X12 məxsus olmaqla bu torpaq sahələrinə dair Zərərçəkmiş şəxs2 baş etibarnamə verilmiş və sonuncu tərəfindən həmin torpaq sahələri qanuni yolla 2022-ci il tarixdə özgəninkiləşdirilmişdir. Yuxarıda qeyd olunan hadisənin ilkin yaranmasına səbəbkar olmuş Təqsirləndirilən şəxs heç bir səbəb, əsas və ona hər hansı bir aidiyyatı olmayan, zərərçəkmiş şəxslərə hüquqi cəhətdən məxsus olması sübuta yetirilmiş torpaq sahəsi ilə bağlı əsassız və özbaşına olaraq əvvəllər bir neçə dəfə mübahisə yaratmış, daha sonra qanunsuz mühafizə etmək adı ilə həmin torpaq sahəsində zərərçəkmiş şəxsin və Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin salahiyyətli nümayəndəsinin iştirakı ilə rəsmi aparılan ölçmə işlərinə qanunsuz müdaxilə edərək ictimai qaydanı kobud surətdə pozmaqla səbəbsiz mübahisə və dava-dalaş yaratmış, mübahisə zamanı əvvəlcə Zərərçəkmiş şəxs1, daha sonra isə bu dava-dalaşın qarşısını almaq istəyən digər Zərərçəkmiş şəxs2 müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə xuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs öz ifadəsində hadisə baş verən günü şifahi olaraq mühafizəsi ona tapşırılmış torpaq sahəsinə zərərçəkmiş tərəfin dəmir darvazanı aşıraraq sındırılmaqla həyətə girildiyini bildirsədə məhkəmə iclasında zərərçəkmiş şəxslərin və o cümlədən tərəflərə münasibətdə tam qərəzsiz olduğu müəyyən edilmiş şahid Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Şahid4 öz ifadəsində torpaq sahəsinə baxış keçirilərkən dəmir darvazanın açıq olduğunu bildirmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 11 noyabr 2021-ci il tarixdə qeyd olunan hadisə ilə əlaqədar polis orqanları tərəfindən araşdırma aparılarkən Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən edən heç bir hüquqi sənədin (doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi) olmadığı müəyyən olunmuşdur. Hadisə ilə bağlı müvafiq araşdırmasının aparılması üçün Təqsirləndirilən şəxs hüquqi cəhətədən şəxsiyyətinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsinə baxmayaraq təqsirləndirilən şəxs hər vəclə buna maneçilik törətdiyindən Qaradağ Rayon Pokurorunun iddiası əsasında məhkəmə qərarı ilə onun doğum faktı müəyyən edilmişdir. Lakin bundan sonrada Təqsirləndirilən şəxs uzun müddət keçməsinə baxmayaraq məhkəmədə hazırki iş üzrə yekun qərar çıxarılanadək şəxsiyyətini təsdiq edən sənədin alınması üçün müvafiq orqanlara müraciət etməmiş və buna hər hansı bir formada cəhd belə göstərməmişdir. Bu halın özü bir daha Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınması kimi qiymətləndirilir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, baş vermiş hadisənin real şahidləri olmuş və tərəflərə münasibətdə heç bir qərəzli münasibətləri müəyyən edilməmiş Şahid4 və X44 öz ifadələrində yuxarıda qeyd olunan hadisə baş verən zaman tərəflər arasında dava-dalaşın baş verdiyini, tərəflərin bir-birinin ünvanına nalayıq ifadələr işlətdiyini, zərərçəkmiş şəxslərin üzərində dava-dalaşa aid müəyyən izlərin və xəsarətlərin olduğunu təsdiqləsələrdə hadisə vaxtı Təqsirləndirilən şəxs əlində hər hansı bir alət və ya əşyanın olmadığını göstərmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hadisə üzrə ilkin araşdırma aparan Qaradağ RPİ-nin 11-ci PB-nin təhqiqatçısı X62 tərəfindən 11 noyabr 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmadan hal şahidlərinin və tərəflərin iştirakı olmadan formal olaraq tərtib edilmişdir. Bundan başqa, protokolda adları qeyd olunan hal şahidləri Şahid5 və Şahid6 hadisə yerinə baxışda iştirak etməklə hər hansı bir əşyanın götürülməsində iştirak etmədikləri halda qeyd olunan protokola oxumadan və bununla bağlı hüquq və vəzifələri izah edilmədən imza etdikləri, eləcədə həmin protokolda zərərçəkmiş şəxslərin iştirakı ilə hadisə yerinə baxış keçirilməsi qeyd edilsədə məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxslərin hadisə yerinin müayinəsində iştirak etmədikləri müəyyən edilmişdir. Buna görədə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfində yuxarıda qeyd olunan xuliqanlıq hərəkətləri törədilərkən onun hər hansı bir əşya və ya alətdən istifadə etməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsinədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir və onun əməli həmin maddəyə tövsif edilməklə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, faktiki yaşadığı arvadı X6 qaz partlayışı nəticəsində faciəli şəkildə ölməsini və himayəsində üç azyaşlı uşağı olmaqla həmin uşaqlarında qaz partlayışı nəticəsində xəsarətlər almasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs vətəndaşlığı təsdiq edən şəxsiyyət vəsiqəsini qəsdən almamasını, hal-hazıradək zərərçəkmiş şəxslərlə hər hansı barışıq əldə etməməsini və buna hər hansı bir fomada cəhd belə göstərməməsini onun şəxsiyyətini məni xarakterizə edən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblindən aydın olur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətli və düzgündür. Məhkəmə cəza təyin edərkən hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədə müvafiq olmamamqla ədalətsiz olardı. Çünki bu hal analarını itirmiş və özlərinində tibbi və maddi yardıma zəruri ehtiyacları olan üç azyaşlı uşaqların valideyin himayəsindən tamamilə məhrum edilməsinə gətirib çıxarar. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də möhürlənmiş zərfdə saxlanılan bir ədəd dəmir parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə tərəfinən hadisə yerinə baxış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 50 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.2-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Əzimkənd kəndindəki yaşayış evini hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də möhürlənmiş zərfdə saxlanılan bir ədəd dəmir parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə tərəfinən hadisə yerinə baxış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Rufan Mürsəlov