Məhkəmə qərarları › İş №1(002)-170/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-170/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-170/2023 01.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Rusiya Federasiyası Kuybişev şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, Qax rayonu Güllük kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 “H.Əliyev adına Bakı X5”na işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə olmaqla, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “28 May” metrostansiyasının qarşısında 500 manat, xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında 1000 manat əlbəəl almış, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs mobil telefonla ona göndərdiyi kart hesabına 900 manat, xx.xx.2022-ci il tarixdə saat 13:04:09-da 900 manat, xx.xx.2022-ci il tarixdə saat 13:09:34-də 300 manat, xx.xx.2022-ci il tarixdə saat 19:56:16-da 500 manat, xx.xx.2022-ci il tarixdə saat 16:50:05-də 540 manat, xx.xx.2022-ci il tarixdə saat 18:31:17-da 600 manat, xx.xx.2022-ci il tarixdə saat 23:46:10-də 200 manat, xx.xx.2022-ci il tarixdə saat 11:13:15də 200 manat, xx.xx.2022-ci il tarixdə saat 14:06:48-də 700 manat, xx.xx.2022-ci il tarixdə saat 19:34:52-də 500 manat, xx.xx.2022-ci il tarixdə saat 20:15:03-də 600 manat və xx.xx.2022-ci il tarixdə saat 11:41:31-də 1003 manat, xx.xx.2022-ci il tarixdə 93 manat, xx.xx.2022-ci il tarixdə 65 manat pul vəsaitlərini "xxxx" ASC-yə aid olmaqla onun adına qeydiyyata alınmış, faktiki olaraq özünün istifadə etdiyi elektron məlumat daşıyıcısı hesab edilən 4098-5844-6039-7159 nömrəli plastik kart hesabına, xx.xx.2022-ci il tarixdə 500 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə 280 manat məbləğdə və xx.xx.2022-ci il tarixdə saat 15:11-də 500 manat məbləğdə pul vəsaitlərini istintaqla müəyyən edilməmiş plastik bank kartlarının hesablarına köçürtdürmüş və son dəfə xx.xx.2022-ci il tarixdə saat 10 radələrində ünvan 1 ünvanında yerləşən “Grandmart” marketin qarşısında 4600 manat nağd pul vəsaitini əlbəəl alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 14.521 (on dövr min beş yüz iyirmi bir) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 “H.Əliyev adına Bakı X5”na işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə olmaqla, Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Nizami rayonu, Q.Qarayev prospekti 93 ünvanı qarşısında 1000 manat nağd şəkildə almış, adına olan “Leobank” elektron kartının hesabına xx.xx.2022-ci il tarixdə 50 və 150 manat pul vəsaiti köçürtmüş və xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sahil qəsəbəsi, Salyan şosesi 25 km. ünvanında yerləşən “Heydər Əliyev adına Bakı X5”nun qarşısında 1300 manat nağd pul vəsaitini əlbəəl alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə 2021-ci ilin yay aylarında “Paşa constraction” şirkətində bir yerdə işləmişlər. İş prosesində aralarında münasibət yaranmışdır. Riadla söhbət zamanı əvvəllər “Azfen” şirkətində işlədiyini bildirmişdir. Sonradan Riad ona söyləmişdir ki, may ayında şirkətlə müqaviləsi bitir və ondan xahiş etmişdir ki, onun “Heydər Əliyev adına Bakı X5”- na işə düzəlməsi üçün adından CV, yəni tərcümeyi-hal yazıb göndərməyə kömək etsin. Sonra o, həm Riadın, həm də öz adından CV dolduraraq göndərmişdir. Bundan sonra o, Riadı işə düzəltmək üçün bir neçə dəfə sonuncudan pul almışdır. Həmin pulları Riad onun istifadəsində olan bank kartına atmışdır. O, pulları tarixini və məbləğlərini konkret olaraq xatırlamır. Riad hər dəfə pulu onun kart hesabına göndərmişdir. Həmin vaxtlar pula ehtiyacı olduğu üçün o, həmin pulları şəxsi ehtiyaclarına sərf etmişdir. Riad həmin pulları onun kart hesabına və 1 dəfə də tanışının kart hesabına göndərmişdir. Bundan başqa o, Elmirdən pul almamışdır. Zərərçəkmiş şəxs2 söylədikləri yalandır. O, Elmirin anasının Nərimanov rayonunda işlədiyi kafedən tanımışdır. Bir dəfə kafenin qarşısında Elmir ondan xahiş etmişdir ki, kartından onun kartına pul köçürüb çıxartmaq istəyir. Həmin vaxt dəqiq xatırlamamış, Elmir onun kartına ya 50, ya da 100 manat pul göndərmişdir. O da həmin pulu çıxarıb Elmirə qaytarmışdır. O, Elmirdən sonucunu işə düzəltmək adı ilə pul almamışdır.Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, əvvəllər DİN-in daxili Qoşunlarında Müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmişdir. 2022-ci ilin əvvəllərində X3 Qaydalarını pozduğu üçün DİN-in orqanlarından xaric edilmişdir. Həmin vaxtlar bir müddət işsiz qalmış və maddi ehtiyacını ödəmək üçün müxtəlif yerlərdə iş axtarmışdır. 2022-ci ilin iyun ayının əvvəllərində təsadüfən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Elvin onun işsiz olduğunu, iş axtardığını bilmişdir. Elvin ona təklif etmişdir ki, 2500 manat pulun müqabilində onu “H.Əliyev adına Dərin Özlülər zavoduna işə düzəlməyinə kömək edə bilər. Həmin miqdarda pulu olmadığı üçün Elvinə söyləmişdir ki, cəmi 1500 manat pul düzəldə bilər, qalanını isə iki günə düzəldəcəyinə söz vermişdir. Elvin onunla razılaşıqdan sonra anasının ona verdiyi qızılları götürüb lombarda girov qoymuş və 1500 manat pul düzəltmişdir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində o, valideynləri ilə bir yerdə Elvinlə yaşadığı ünvanın qarşısında görüşmüşdür. Valideynlərinin yanında hazırladığı sənədləri və 1000 manat pulu Elvinə vermişdir. Növbəti gün Elvin ona zəng edib işə düzəlməyi üçün lazım olan sənədlərin siyahısını ona söyləmiş və ona “Leobank”-aid elektron kartının şəkilini çəkib “Whatsapp” proqramına göndərərək kartın hesabına 200 manat göndərməyi tapşırmışdır. O, növbəti günlər Elvinin kartına 50 və 150 manat pul köçürmüşdür. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Elvin ona zəng edib işə düzəldəcəyi zavodun qarşısına gəlməyini bildirmiş və ona mobil telefonun “Whatsapp” proqramı vasitəsi ilə özünün məkan yerini göndərmişdir. Bundan sonra o, tanış taksi sürücüsü olan İsmayıl Hüseynovla deyilən yerə getmişlər. Orada o, Elvinlə görüşmüşdür. Elvin onların avtomobilə əyləşdikdən ondan üzərində olan 1300 manat pulu almışdır.Sonra Elvinə zəng gəlmiş və Elvin telefonla danışıb ona söyləmişdir ki, atasının xəstə olması barədə məlumat vermişlər, odur ki, təcili Qax rayonuna getməlidir. Lakin ona şəhərdə düşürüb gedəcəkdir. Onunla şəhərə gəldikdən sonra Elvin “Port Baku” binasının arxa girişindən daxil olub az müddət sonra telefonla danışaraq qayıtmış və əlavə sənədlər lazım olduğunu bildirmişdir. Elvin özünün Bakıda olmayacağını, işinə gedib icazə aldıqdan sonra Qax rayonuna gedəcəyini bildirmişdir. O, sonradan Elvinlə telefon vasitəsi ilə əlaqə saxlayan zaman sonuncu ona söyləmişdir ki, özü həmin zavoda getmiş, orada onu Elnur adlı bir nəfər qarşılayacaqdır. O, Elvinin dediyi kimi 2 dəfə zavodun qarşısına gedib telefonla əlaqə saxlamış, lakin kimsə onu qarşılamamışdır. Sonradan Elvin ondan yayınmağa başlamış və ona aydın olmuşdur ki, Elvin onu aldadaraq 2500 manat pulunu ələ keçirmişdir. Hadisə nəticəsində ona ümumilikdə 3000 manat miqdarında maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ərizə təqdim edərək təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən xx.xx.2022-ci il tarixinə qədər "xxxx" MMC-də kran operatoru işində çalışmışdır. Təqsirləndirilən şəxs təxminən bir il olar ki, tanımış, sonuncu ilə tikintidə işləyərkən tanış olmuşdur. Elvin tikintidə kran ilməkçisi işləmişdir. 2021-ci ilin oktyabr ayında söhbət zamanı Elvin ona söyləmişdir ki, əmisi Rəsul tezliklə BP şirkətində işə düzələcək, sonuncunun vasitəsi ilə onu həmin şirkətə işə düzələcəkdir. O. Elvinin təklifinə inanıb həmin işə düzəlməyə razılıq vermişdir. Daha sonra Elvin ona bəzi sənədləri təqdim etmək lazım olduğunu bildirmişdir. 2-3 gündən sonra o, şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətini, yaşayış yerindən arayış və digər zəruri olan sənədləri Elvinə vermişdir. Elvin ona həmin işə düzəlməyin 15.000-20.000 manata başa gəldiyini, lakin orda tanışı olduğundan bu işin ona nisbətən ucuz başa gələcəyini demişdir. xx.xx.2021-ci il tarixdə Elvinlə telefonda danışan zaman sonuncu işi ilə əlaqədar ona 500 manat nağd pul göndərməyi tapşırmışdır. Növbəti gün, yəni xx.xx.2021-ci il tarixdə saat 15 radələrində o, Elvinlə Nəsimi rayonu, metronun “28 may” stansiyasının qarşısında görüşüb 500 manat nağd pulu Elvinə vermişdir. Təxminən 2 gün sonra Elvin ona telefonla zəng edib işə düzəlmək üçün ingilis dilindən imtahan vermək lazım olduğunu demişdir. O, Elvinə söyləmişdir ki, ingilis dilində bilmir. Elvin ona söyləmişdir ki, 1000 manat pulun müqabilində onu ingilis dilindən imtahandan keçməyinə kömək edəcəkdir. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Elvinlə Bakı şəhəri, Nizami rayonu, metronun “Xalqlar Dostluğu” stansiyasının arxasında, H.Əliyev parkında görüşüb 1000 manat pulu Elvinə vermişdir. xx.xx.2021-ci il tarixdə Elvin iş yerindən əmək haqqı aldığını bilib ondan 900 manat borc istəmişdir. O, işinə görə etiraz edə bilməmiş və xx.xx.2021-ci il tarixdə Elvinin ona telefon vasitəsi ilə göndərdiyi Məhər Abdullayev adlı şəxsin hesabına 900 manat göndərmişdir. Təxminən 1 aydan sonra Elvin işdən çıxmış və bundan sonra o, bir müddət Elvinlə telefonla əlaqəsi saxlamışdır. xx.xx.2022-ci il tarixdə Elvin ona zəng edib metronun “20 Yanvar” stansiyasının qarşısına görüş təyin etmişdir. Həmin gün saat 15 radələrində Elvinlə görüşən zaman sonucu bildirmişdir ki, təcili H.Əliyev adına Dərin Özüllülər zavoduna getmək lazımdır. Onlar bir yerdə onun avtomobilində həmin zavoda getmişlər. Zavodun girişində dayanıb Elvinin dediyi adanı gözləyən zaman onun mobili telefonuna ingilis dilində xarici bir nömrədən mesajlar gəlmişdir. Həmin mesajlarda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə zavodda işə düzəlməyi ilə əlaqədar keçiriləcək treninqlərə dəvət edilir. xx.xx.2022-ci il tarixdə Elvin ona mesajla işə düzəlməyi ilə əlaqədar sertifikatlar almağın lazım olduğunu bildirmişdir. Elvin deyilən sertifikatların əldə edilməsi üçün lazım olacaq məbləğdə pulları həmin zavodda işləyən qohumunun elektron kart hesabına göndərməyin lazım olduğunu demişdir. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə həmin hesaba özünə məxsus olan "xxxx" kartından müxtəlif vaxtlarda pul göndərmişdir. 31 05.2022-ci il tarixdə səhər saatlarında Elvin ona söyləmişdir ki, işə düzəlməyi üçün təcili olaraq 4600 manat nağd pulu çatdırmalıdır. Həmin gün evdə pulu olmadığı üçün istifadəsində olan “Mercedes-Benz” markalı avtomobilimi təcili lombarda qoyaraq 4600 manat pulu metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında olan “Grand Mart”marketin qarşısında Elvin ilə görüşüb pulu vermişdir. Elvin ondan ümumilikdə nağd və kartına pul keçirməklə 14.521 manat nağd pulunu ələ keçirmişdir. O, Elvinin hesabına pul köçürən zaman yanında kimsə olmamış, lakin 4600 manat nağd pulu Elvinə verən zaman bacanağı Sərraf onun yanında olmuşdur. Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01 mart 2018-ci il tarixdən 18 noyabr 2022-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısı “olan diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə saat 10:34:53-də “Emi yigacam seni Allah haqqi alindira bilmirem heleki. Ozumu cox pis hiss eliyirem. Olurem esebden bilmirem neyniyim. Yigacam seni dabiwa bilesi yerde deyilem.Watsapim iwdemir yazsan sms yaz. Watsapim evin telindedi. Mende deyil uwagin telindedi. İwlemir duzgun watsapim”, saat 22:03:30-da” Uwaqdadi narahat olma. He baxacrsigim kimi 2 3 gune tam wekilde hamisni qaytaracam. Cixim birdan yigacam seni gecde olsa”, xx.xx.2022-ci il tarixdə saat 13:44:56-da “Emi pulu zadi her weyi hell edib goruwecem senle. 1 2 saata goruwecem. Aca bilmirem, saat 21:21:09da “Mutleq goruwecem senle gece 2de olsa. Anrxayi ol. Sözləri yazılmış mesajların göndərilməsi aşkar edilmişdir. Eyni zamanda baxış zamanı Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə saat 11:25:44-də “Elvin sabahın xeyir.görüşmək istəyirəm sənnən.denən gəlim sən tərəfə biraz söhbət edək...belə adamın ürəyi pis fikirlərnən dolur... sakitləşmək lazımdı. Danışmağa imkanın yoxdu?”, saat 23:06:28-də “Pula görə zəng eləmirəm,görüşüb məsləhətləşək necə eləyə bilərik,3-5 günə bir təhər düzəldərik ki,ikimiz də vəziyyətdən çıxaq,belə telefonnan düzələn şeylər deyil.” Sözləri mazılmış mesajların göndərilməsi aşkar edilmişdir. Bundan əlavə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı və Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrələrin arasında müxtəlif vaxtlarda telefon əlaqəsinin olması, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrin xx.xx.2022-ci il tarixdə saat 12:34:36-da eyni anten dairəsində, yəni “X6 X4/"Bakı şəhəri, Salyan şossesi 83, Bakı X5"/Garadagh” anten dairəsində olması müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-dən alınmış və Təqsirləndirilən şəxs adına 4098- 5844-6039-7159 nömrəli "xxxx" ASC-yə aid bank hesabına xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində aparılmış əməliyyatların siyahısı göstərilmiş 09 ədəd A4 formatlı kağız üzərində olan sənədlərə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs adına olan 4098-5844-6039-7159 nömrəli bank hesabına xx.xx.2022-ci il tarixdə saat 13:04:09-da 900 manat, xx.xx.2022-ci il tarixdə saat 13:09:34-də 300 manat, xx.xx.2022-ci il tarixdə saat 19:56:16-da 500 manat, xx.xx.2022-ci il tarixdə saat 16:50:05-də 540 manat, xx.xx.2022-ci il tarixdə saat 18:31:17-da 600 manat, xx.xx.2022-ci il tarixdə saat 23:46:10də 200 manat, xx.xx.2022-ci il tarixdə saat 11:13:15-də 200 manat, xx.xx.2022-ci il tarixdə saat 14:06:48-də 700 manat, xx.xx.2022-ci il tarixdə saat 19:34:52-də 500 manat, xx.xx.2022-ci il tarixdə saat 20:15:03-də 600 manat və xx.xx.2022-ci il tarixdə saat 11:41:31-də 1003 manat olmaqla ümumilikdə 6043 manat pulların köçürülməsi aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraat xitam verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş və xx.xx.2022-ci il tarixdə müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə axtarış nəticəsində tutulmuş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materillarından görünür ki, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 08 fevral 2023-cü il tarixədək uzadılmışdır. İş materillarından görünür ki, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 08 aprel 2023-cü il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 əmlakını dələduzluq yolu ilə ələ keçirməməsi barədə ifadə versə də, həmin əməl işin faktiki halları ilə təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq bu ifadəni özünü müdafiə məqsədi ilə məsuliyyətdən boyun qaçırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək onlarla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur.Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC-dən alınmış 09 ədəd A4 formatlı kağız üzərində olan sənədlərin surəti və 04 ədəd “CD” disk iş materillarında saxlanılmalıdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnın tutma altında və həbsdə olduğu 06 ay 16 gün həbsdə olmanın 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Qax rayonunun ərazi hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC-dən alınmış 09 ədəd A4 formatlı kağız üzərində olan sənədlərin surəti və 04 ədəd “CD” disk iş materillarında saxlanılsın. İş üzrə məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim:Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar