Məhkəmə qərarları › İş №1(002)-170/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-170/2025

13.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-170/2025 13.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir azyaşlı uşağı olan, tam orta təhsilli, “Azpetrol” yanacaqdoldurma məntəqəsində operator işləyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə, xx.xx.1999-cu il tarixdə Hacıqabul rayonu, Qızılburun kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir azyaşlı uşağı olan, tam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, Hacıqabul rayonu, Qızılburun kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədilə qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 14 aprel 2025-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Qaradağ rayonu ünvan 8 yerləşən «Araz Supermarket» adlı mağazanın qarşısı ilə hərəkət edərkən yerdən Zərərçəkmiş şəxs məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid elektron məlumat daşıyıcısı hesab edilən 4169-7388-5008-5626 nömrəli bank kartını tapıb, qeyd olunan bank kartında pul olduğunu öyrəndikdən sonra, vahid niyyətlə əhatə olunan qəsdlə qeyd olunan bank kartı vasitəsilə saat 20:09-da «Araz Supermarket» adlı mağazada 0,80 manat, saat 20:10-da «Araz Supermarket» adlı mağazada 2,60 manat, saat 20:14-də «Araz Supermarket» adlı mağazada 6,10 manat, saat 20:47-də Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan şossesi ünvanında yerləşən «El Market» adlı mağazada 65 manat, saat 20:53-də Bakı şəhəri Qaradağ rayonu Qobustan ŞTQ Salyan şossesi ünvanında yerləşən «Soltano» adlı mağazada 25 manat, saat 20:54-də «Soltano» adlı mağazada 12 manat, saat 20:57-də «Soltano» adlı mağazada 12 manat, saat 21:34də «Soltano» adlı mağazada 25 manat, saat 21:56-da «Soltano» adlı mağazada 12 manat, saat 21:58-də «Soltano» adlı mağazada 4,50 manat, saat 22:21-də «Soltano» adlı mağazada 5 manat məbləğində alış-veriş eməklə, ümumilikdə 170 manat pulu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədilə qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 14 aprel 2025-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Qaradağ rayonu ünvan 8 yerləşən «Araz Supermarket» adlı mağazanın qarşısı ilə hərəkət edərkən yerdən Zərərçəkmiş şəxs məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid elektron məlumat daşıyıcısı hesab edilən 4169-7388-5008-5626 nömrəli bank kartını tapıb, qeyd olunan bank kartında pul olduğunu öyrəndikdən sonra, vahid niyyətlə əhatə olunan qəsdlə qeyd olunan bank kartı vasitəsilə saat 20:09-da «Araz Supermarket» adlı mağazada 0,80 manat, saat 20:10-da «Araz Supermarket» adlı mağazada 2,60 manat, saat 20:14-də «Araz Supermarket» adlı mağazada 6,10 manat, saat 20:47-də Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan şossesi ünvanında «El Market» adlı mağazada 65 manat, saat 20:53-də Bakı şəhəri Qardağ rayonu Qobustan ŞTQ Salyan şosessi ünvanında «Soltano» adlı mağazada 25 manat, saat 20:54-də «Soltano» adlı mağazada 12 manat, saat 20:57-də «Soltano» adlı mağazada 12 manat, saat 21:34-də «Soltano» adlı mağazada 25 manat, saat 21:56-da «Soltano» adlı mağazada 12 manat, saat 21:58də «Soltano» adlı mağazada 4,50 manat, saat 22:21-də «Soltano» adlı mağazada 5 manat məbləğində alış-veriş eməklə, ümumilikdə 170 manat pulu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri Lökbatan dairəsinə gəlmişlər. Oradan da yaşadıqları Qobustan qəsəbəsinə getmək istəmişlər. Onlar Binə Ticarət Mərkəzinin qarşısından 149 saylı marşrut avtobusu ilə Bakı şəhəri Qaradağ rayonu Salyan şossesində yerləşən «Araz Supermarket» adlı mağazanın yanına gəlib orada düşmüşlər, çünki avtobus Sahil qəsəbəsinə getmişdir. Həmin vaxt Araz marketin qarşısında yerdə Kapital banka aid plastik kart tapmışdır. Kartın üzərində Zərərçəkmiş şəxs ad-soyadının yazıldığını hazırda xatırlayır. Hər ikisi kartda pul olubolmadığını yoxlamaq qərarına gəlmişlər. Onlar birlikdə Araz marketə girib oradan hər ikisinə saqqız alaraq yerdən tapdığı kartla ödəniş etmişdir. Bundan sonra özlərinə su və digər ərzaq məhsulları alıb ödənişi yenə də həmin kartla etmişdir. O, Seymur ilə birlikdə öz istəkləri ilə seçdikləri məhsulları kassaya gətirmişlər və yenə də həmin kartla ödəniş etmişdir. Bundan sonra tanımadığı taksi avtomobillə yaşadıqları Qobustan qəsəbəsinə gəlmişlər. Qobustan qəsəbəsində EL market və Soltano marketlərdə hər ikisi üçün ərzaq məhsulları almışlar və ödənişləri yerdən tapdığı kartla etmişlər. Kartın balansında olan pul bitdikdən sonra kartı xatırlamadığı istiqamətdə yerə atmışdır. Həmin kartla təxminən 170 manat məbləğində alış-veriş etmişlər. xx.xx.2025-ci il tarixdə işdə olarkən polis əməkdaşları ona yaxınlaşıb ondan kart vasitəsi ilə alış-veriş edib-etmədiyini soruşmuşlar, o, da könüllü olaraq etdiyi əməli etiraf etmiş, sonra polis əməkdaşlarının dəvəti ilə Qaradağ RPİ-nin 10-cu PŞ-nə gəlmişlər. Etdiyi əməlin cinayət olduğunu bilmiş, lakin maddi vəziyyəti aşağı olduğu üçün yerdən tapdığı kartdan pul vəsaitini ələ keçirib alış-veriş etmişdir. Oğurluq yolu ilə əldə etdiyi 170 manat pulu kartın sahibi olan sonradan tanıdığı Zərərçəkmiş şəxs qaytarmışlar. Onun və qohumu Təqsirləndirilən şəxs2 maddi vəziyətləri aşağı olduğundan yerdən tapdıqları bank kartı ilə alış-veriş etmişlər. Həmin kartın üzərində ad və soyad olmaqla həmin bank kartını hüquq-mühafizə orqanlarına və ya tapdıqları yerdəki mağazaya təhvil vermələri mümkün olsa da, bunu etməmişlər. Əksinə kartda pulun olub-olmadığını yoxlamaq qərarına gəlməklə sonradan həmin kartdakı pullarla özlərinə bazarlıq etmişlər. Yerdən kart tapdıqları və həmin kartdan alış-veriş etməkləri barədə heç kimə, həmçinin ailə üzvlərinə məlumat verməmişdir. Bank kartları ilə mağazalarda alışveriş edən zaman 100 manata kimi olan məbləğlər zamanı bank kartının şifrəsi tələb olunmur. Buna görə də mağazalardan alış-veriş edən zaman 100 manatdan artıq olmayan məbləğdə alış-veriş etmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 özünü təqsirli bildiyini, etdiyi səhvini başa düşdüyünü, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmadığını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində qohumu Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri Lökbatan dairəsinə gəlib oradan da yaşadıqları Qobustan qəsəbəsinə getmək istəmişlər. Onlar Binə Ticarət Mərkəzinin qarşısından 149 saylı marşrut avtobusu ilə Bakı şəhəri Qaradağ rayonu Salyan şossesində yerləşən «Araz Supermarket» adlı mağazanın yanına gəlib orada düşmüşlər. Bunun səbəbi avtobusun Sahil qəsəbəsinə getməsi olmuşdur. Həmin vaxt Araz marketin qarşısında yerdə Kapital banka aid plastik kart görmüşlər. Təqsirləndirilən şəxs1 kartı yerdən götürüb cibinə qoymuşdur. Kartın üzərində Zərərçəkmiş şəxs ad və soyadı yazıldığını hazırda xatırlayır. Hər ikisi kartda pul olubolmadığını yoxlamaq qərarına gəlmişlər. Onlar birlikdə Araz marketə girib oradan hər ikisinə saqqız alaraq yerdən tapdıqları kartla ödəniş etmişlər. Bundan sonra həmin kartla özlərinə su və sair nəsə almışlar və ödənişi yenə də kartla həyata keçirmişlər. O, Təqsirləndirilən şəxs1 ilə birlikdə istədikləri məhsulları seçib kassaya gətirərək yenə də həmin kartla ödəniş etmişlər. Bundan sonra tanımadıqları taksi avtomobili ilə yaşadıqları Qobustan qəsəbəsinə gəlmişlər. Qobustan qəsəbəsində «EL market» və «Soltano market»lərə getmişlər. Orada hər iki marketdə o, Təqsirləndirilən şəxs1 ilə birlikdə istədikləri bir neçə məhsul seçib məhsulların ödənişlərini yerdən tapdıqları kartla etmişlər. Kartın balansında olan pul bitdikdən sonra Təqsirləndirilən şəxs1 kartı xatırlamadığı istiqamətdə yerə atmışdır. Həmin kartla təxminən 170 manat məbləğində alış-veriş etmişlər. xx.xx.2025-ci il tarixdə işdə olarkən polis əməkdaşları ona yaxınlaşıb ondan kart vasitəsi ilə alış-veriş edib-etmədiyini soruşmuşlar. O, da könüllü olaraq etdiyi əməli etiraf etmişdir. Polis əməkdaşlarının dəvəti ilə Qaradağ RPİ-nin 10-cu PŞ-nə gəlmişlər. Etdiyi əməlin cinayət olduğunu bilmiş, lakin maddi vəziyyəti aşağı olduğu üçün yerdən tapdıqları kartdan pul vəsaitini ələ keçirib alış-veriş etmişlər. Oğurluq yolu ilə əldə etdiyi 170 manat pulu kartın sahibi olmuş hazırda tanıdığı Zərərçəkmiş şəxs tam həcmdə qaytarmışlar. Onun və qohumu Təqsirləndirilən şəxs1 maddi vəziyətləri aşağı olduğundan yerdən tapdıqları bank kartı ilə alış-veriş etmişlər. Həmin kartın üzərində ad və soyad olmaqla həmin bank kartını hüquq-mühafizə orqanlarına və ya tapdıqları yerdəki mağazaya təhvil verə bilərdilər, lakin bunu etməmişlər. Əksinə kartda pulun olub-olmadığını yoxlamaq qərarına gəlməklə sonradan həmin kartdakı pullarla özlərinə bazarlıq etmişlər. Yerdən kart tapdıqlarını və həmin kartdan alış-veriş etməkləri barədə heç kimə, həmçinin ailə üzvlərinə məlumat verməmişdir. Bank kartları ilə mağazalarda alış-veriş edən zaman 100 manata kimi olan məbləğlər zamanı bank kartının şifrəsi tələb olunmur. Buna görə də, mağazadan alış-verişş edən zaman 100 manatdan artıq olmayan məbləğdə alış-veriş etmişlər. Daha sonra Təqsirləndirilən şəxs2 özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmadığını, Vətən Müharibəsi iştirakçısı olmaqla müharibə veteranı statusunun olduğunu, nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, hər iki təqsirləndirilən şəxsin kartla mağazadan alışveriş etdikləri zaman video və foto şəkilləri olan DVD disk, zərərçəkmiş şəxsin təqdim etdiyi bank kartının çıxarışları və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 14 aprel 2025-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Qaradağ rayonu ünvan 8 ünvanda yerləşən «Araz market» adlı mağazada 38,77 manat məbləğində alış-veriş edib, həmin pulu özünə məxsus olan "xxxx" ASC-yə aid bank kartı ilə ödədikdən sonra mağazadan çıxmış və Tər-Tər rayonuna getmək üçün avtomobilə əyləşmişdir. Tər-Tər şəhərinə çatdıqdan sonra 15 aprel 2025-ci il tarixdə bank kartı ilə mobil nömrəsinə pul vurmaq istəyən zaman görmüşdür ki, bank kartından 170 manat məbləğində onlayn qaydada alış-verişlər olunmuşdur. Baxdıqda bank kartını ciblərində və pul kisəsində aşkar etməyib onu «Araz market» adlı mağazadan çıxarkən əlində çantalar olduğundan yerə düşürüb itirdiyini aşkar etmişdir. Mobil tətbiqə baxdıqda bank kartın alışverişlərin «Araz market» və başqa mağazalardan olunduğunu görüb, bank kartını məhz Qaradağ rayonunda yerləşən «Araz marketin» qarşısında yerə salıb itirdiyini başa düşmüşdür. Buna görə həmin gün DİN-nin «102» xidmətinə zəng vurub baş verənlər barədə məlumat vermişdir. 17 aprel 2025-ci il tarixdə isə Qaradağ RPİ-nin 10-cu polis şöbəsinə gəlib ərizə və izahat vermişdir. Bank kartının üzərində «Zərərçəkmiş şəxs» yazılmışdır. Bank kartının 16 rəqəmi 4169-7388-5008-5626-dir. Bank kartında konkret olaraq 170 olduğunu xatırlayır. Bundan əlavə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir tələbinin və şikayətinin olmadığını göstərərək, bu halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə cinayət işi başlanmışdır (i.v. 01). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli qərardan və həmin tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə saat 21:50-də şübhəli şəxs qismində tutulmuşdur (i.v. 17, 27). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1ci maddələri təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan edilmişdir (i.v. 77-78). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ RPİnin “Müvəqqəti saxlama yerində saxlanılan şəxslərin uçotu” kitabının müvafiq səhifələrinin surətlərindən görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək həmin tarixdə saat 19:40-da müvəqqəti saxlama yerindən azad edilmişdir (i.v. 115-116, 117). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli qərardan və “şübhəli şəxsin tutulması haqqında” həmin tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə saat 22:50-də şübhəli şəxs qismində tutulmuşdur (i.v. 36, 46). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1ci maddələri təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan edilmişdir (i.v. 91-92). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ RPİnin “Müvəqqəti saxlama yerində saxlanılan şəxslərin uçotu” kitabının müvafiq səhifələrinin surətlərindən görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək həmin tarixdə saat 19:40-da müvəqqəti saxlama yerindən azad edilmişdir (i.v. 112-113, 114). Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 əməli harada və hansı qaydada törətdiyini hadisə yerində əyani olaraq göstərmişdir. Həmin vaxt müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tərəfindən bank kartı Bakı şəhəri Qaradağ rayonu ünvan 8 yerləşən «Araz Supermarket» adlı mağazanın qarşısında tapılmışdır. «Soltano» adlı mağaza Bakı şəhəri Qaradağ rayonu Qobustan ŞTQ Salyan şossesi ünvanında, «El market» adlı mağaza isə Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan şossesi ünvanında yerləşir (i.v. 147-150). Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 əməli harada və hansı qaydada törətdiyini hadisə yerində əyani olaraq göstərmişdir. Həmin vaxt müəyyən edilmişdir ki, bank kartı Bakı şəhəri Qaradağ rayonu ünvan 8 yerləşən «Araz Supermarket» adlı mağazanın qarşısında tapılmış, «Soltano» adlı mağaza Bakı şəhəri Qaradağ rayonu Qobustan ŞTQ Salyan şossesi ünvanında, «El market» adlı mağaza isə Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan şossesi ünvanında yerləşir (i.v. 153-156). “Götürmə aparılması və baxış keçirilməsi haqqında” 19 aprel 2025-ci il tarixli qərar və protokoldan, Zərərçəkmiş şəxs təqdim etdiyi onun "xxxx" ASC kart hesabından çıxarışlardan görünür ki, həmin çıxarışlarda sonuncuya məxsus bank kartından pulların harada və hansı məbləğdə istifadə olunması ilə bağlı məlumatlar vardır. Məlumatlara əsasən Zərərçəkmiş şəxs məxsus bank kartı ilə 14 aprel 2025-ci il tarixdə saat 22:21-də «X8» adlı mağazada 5 manat, saat 21:58-də «X8» adlı mağazada 4,50 manat, saat 21:56-da «X8» adlı mağazada 12 manat, saat 21:34-də «X8» adlı mağazada 25 manat, saat 20:57-də «X8» adlı mağazada 12 manat, saat 20:54-də «X8» adlı mağazada 12 manat, saat 20:53-də «X8» adlı mağazada 25 manat, saat 20:47-də «El Market» adlı mağazada 65 manat, saat 20:14-də «Araz Market» adlı mağazada 6,10 manat, saat 20:10-da «Araz Market» adlı mağazada 2,60 manat, saat 20:09-da «Araz Market» adlı mağazada 0,80 manat məbləğində alış-veriş edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs təqdim etdiyi çıxarışların ona məxsus olan bank kartına dair mobil tətbiqdən götürdüyünü, həmin çıxarışlardan da bank kartından 170 manat məbləğində alış-veriş edildiyinin müəyyən olunduğunu bildirmişdir (i.v. 62-64, 65, 66). Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokollardan və DVD diskdə olan foto və video görüntülərdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə tapdıqları bank kartı vasitəsilə «Araz Spermarket» adlı mağazada alış-veriş edirlər. Hər iki şəxs etdikləri əməlləri etiraf edərək DVD diskdə görünən mağazadan alış-veriş edən şəxslərin özləri olduqlarını bildirmişlər (i.v. 69, 72, 73, 74-75). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi "xxxx" ASC kartının çıxarışları, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə tapdıqları "xxxx" ASC kartı vasitəsilə Bakı şəhəri Qaradağ rayonu Salyan şossesi ünvanında yerləşən «Araz Supermarket» mağazasında alış-veriş edən zaman çəkilən foto və video görüntülər olan bir ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 157-165). Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrə xx.xx.2025-ci il tarixli cavablardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (135, 136). “Azemis” elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən, xx.xx.2024-cü il təvəllüdlü X4 Təqsirləndirilən şəxs1 himayəsində olan azyaşlı övladıdır. “Azemis” elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən, xx.xx.2025-ci il təvəllüdlü X5 Təqsirləndirilən şəxs2 himayəsində olan azyaşlı övladıdır. “Zəfər” altsistemində statusun yoxlanılması məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs2 Vidadi oğlu müharibə veteranı statusundadır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin etirafı, Zərərçəkmiş şəxs ifadəsi, hər iki təqsirləndirilən şəxsin kartla mağazadan alış-veriş etdikləri zaman video və foto şəkillər olan DVD disk, zərərçəkmiş şəxsin təqdim etdiyi bank kartının çıxarışları və digər iş materialları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən elektron məlumat daşıyıcıısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə əməlini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə tövsif edilməli və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələrinə əsasən, oğurluq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama yolu ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qeydin 3-cü bəndinə əsasən bu Məcəllənin 177-183cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mərkəzi X11 tərəfindən 10 iyul 2012-ci il tarixində qəbul edilmiş “Ödəniş kartlarının emissiyası və istifadəsi qaydaları”nın 2.1.1-ci bəndinə əsasən ödəniş kartı nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir. Həmin qaydaların 2.1.6-cı və 2.1.19-cu bəndlərinə görə kart hesabı kart vasitəsilə həyata keçirilən əməliyyatların uçotunun aparılması üçün açılan cari bank hesabıdır. Ödəniş kartlarının hazırlanması zamanı kartda olan elektron daşıyıcıya (çipə) və (və ya) maqnit lentə kart istifadəçisi haqqında məlumatlar yüklənir. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bankomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bank-emitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxşin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir”. Konstitusiya Məhkəməsinin həmin Plenum Qərarında əlavə olaraq qeyd edilmişdir ki, “ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır”. Bundan başqa, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li Qərarında göstərilmişdir ki, “şəxs tərəfindən oğurlanmış elektron hesab (kredit) kartından istifadə etməklə bankomat vasitəsilə pul vəsaitlərinin ələ keçirilməsi dələduzluq hesab edilmir və belə hallarda əməl oğurluq kimi qiymətləndirilməlidir”. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, əvvəllər məhkum olunmamasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yəni vurulmuş maddi ziyanın az olmasını, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, əvvəllər məhkumluğunun olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 18 aprel 2025-ci il tarixdə saat 21:50-dən 19 aprel 2025-ci il tarixə saat 19:40-dək tutulduğu 01 (bir) gün müddət 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən hər gün saat 23:00-dan növbəti gün, saat 07:00dək yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi, yaxud işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, müharibə veteranı statusunda olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın az olmasını, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, müharibə veteranı statusunda olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 18 aprel 2025-ci il tarixdə saat 22:50dən 19 aprel 2025-ci il tarixə saat 19:40-dək tutulduğu 01 (bir) gün müddət 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən hər gün saat 23:00-dan növbəti gün, saat 07:00dək yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi, yaxud işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi "xxxx" ASC kartının çıxarışları, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə tapdıqları "xxxx" ASC kartı vasitəsilə Bakı şəhəri Qaradağ rayonu Salyan şossesi ünvanında yerləşən «Araz Supermarket» mağazasında alış-veriş edən zaman çəkilən foto və video görüntülər olan bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaqda və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkillərinə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli Qərarına NK-nin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarı ilə edilmiş dəyişikliyə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, NK-nin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarı ilə edilmiş dəyişikliyə əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 18 aprel 2025-ci il tarixdə saat 21:50-dən 19 aprel 2025-ci il tarixə saat 19:40-dək tutulduğu 01 (bir) gün müddət 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən hər gün saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi, yaxud işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 18 aprel 2025-ci il tarixdə saat 22:50-dən 19 aprel 2025-ci il tarixə saat 19:40-dək tutulduğu 01 (bir) gün müddət 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən hər gün saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi, yaxud işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs təqdim etdiyi "xxxx" ASC kartının çıxarışları, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə tapdıqları "xxxx" ASC kartı vasitəsilə Bakı şəhəri Qaradağ rayonu Salyan şossesi ünvanında yerləşən «Araz Supermarket» mağazasında alış-veriş edən zaman çəkilən foto və video görüntülər olan bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvafiq olaraq müdafiəçilər X7 və X2 hər biri tərəfindən ibtidai istintaq zamanı hüquqi yardım göstərilmiş 40 (qırx) saata görə hər bir vəkil üzrə ayrı-ayrılıqda 390 (üç yüz doxsan) manat məbləğində pul, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvafiq olaraq müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 hər biri tərəfindən məhkəmə iclasları zamanı hüquqi yardım göstərilmiş 25 (iyirmi beş) saata görə hər bir vəkil üzrə ayrıayrılıqda 275 (iki yüz yetmiş beş) manat məbləğində pul Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən elan olunandan 20 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar