Məhkəmə qərarları › İş №1(002)-171/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-171/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-171/2023 06.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin vəkili və nümayəndəsi Müdafiəçi2, Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 20 yanvar 2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci yaşayış massivi ərazisində yerləşən “111 nömrəli” marşrut avtobuslarının sonuncu dayanacağının yaxınlığında tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir neçə dəfə yumruqla vuraraq ona başın sol gicgah nahiyəsinin dərialtı hematoması, sol said nahiyəsinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittiham üzrə məhkəmənin əvvəlki iclaslarında təqsirli bilməyərək və ibtidai ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Bakı şəhəri, N.Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 36, mənzil 17-də qeydiyyatda olmaqla valideynləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs təxminən 7 ildir ki, tanımışdır. O, Səfiyyənin rəhmətə getmiş atası Sabirin yanında sürücü kimi işləmiş və sonuncunu işlərini görmüşdür. Səfiyyə ilə təxminən 3 ildir ki, yaxın münasibəti olmuşdur. 2022-ci ilin oktyabr ayının sonlarında Səfiyyə ilə onun arasında problemlər yaranmağa başlamışdır. Buna səbəb də onunun Səfiyyənin başqa şəxslə münasibət yaratmağını bilməyi olmuşdur. O və Səfiyyə bir-biriləri ilə sözlə mübahisə etmişlər. 04 noyabr 2022-ci il tarixdə o, şəxsi işləri ilə əlaqədar olaraq Rusiya Federasiyasına getmişdir. 20 noyabr 2022-ci il tarixdə o, yenidən Azərbaycan Respublikasına geri qayıtmışdır. O, geri qayıtdıqdan sonra Səfiyyə ilə əlaqə saxlayıb görüşmək istədiyini demişdir. 22 noyabr 2022-ci il tarixdə o, Səfiyyə ilə Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən “Mir Mövsüm ağa” ziyarətgahının qarşısında görüşmüşdür. Həmin vaxt Səfiyyə onun aldığı nişan üzüyünü ona geri qaytarmışdır. Bu zaman onların arasında mübahisə yaranmışdır. O, Rusiya Federasiyasında olan zaman ona Səfiyyənin idarə etdiyi avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gəlib getdiyini demişlər. 20 yanvar 2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Qaradağa rayonu, Lökbatan qəsəbəsində yerləşən Mədəniyyət evinin qarşısına getmişdir. Təxminən saat 02 radələrində Səfiyyənin idarə etdiyi “Lexus” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobillə oraya gəldiyini görmüşdür. O da avtomobillə Səfiyyənin arxasınca getmişdir. O, Səfiyyənin yanına çatan kimi sonuncu onu görüb qaçmaq istəmişdir. O da Səfiyyənin avtomobilinin qarşısında dayanmışdır. Həmin vaxt Səfiyyə avtomobili üzərinə sürmüş, avtomobilin nömrəsi dizinə dəyib yerə düşmüş, o, nömrəni götürüb avtomobilinə qoymuşdur. O, avtomobili Səfiyyənin arxasınca sürmüş, Lökbatsan qəsəbəsi ərazisində yol qurtardığı üçün Səfiyyə dayanmışdır. O, avtomobildən düşüb Səfiyyəyə yaxınlaşıb qapını açmasını demişdir. Lakin Səfiyyə nə qapını açmış, nə də pəncərəni açmışdır. Həmin vaxt Səfiyyə avtomobilin qapısını açmışdır. O, Səfiyyənin əl çantasını götürüb baxmaq istəmişdir ki, içərisində narkotik vasitə var ya yox. O, şübhələnmişdir ki, Səfiyyə oradan narkotik vasitə ala bilər. Səfiyyə isə əl çantasını verməyib dartmışdır. Səfiyyə çantanı dartıb alaraq geri tullamışdır. Həmin vaxt Səfiyyənin tanışı Natiq ona zəng etmiş və onunla telefonda sözlə mübahisə edərək hədə-qorxu gəlmişdir. O da orada qalmayıb çıxıb getmişdir. Daha sonra isə avtomobilin nömrəsini aparıb Səfiyyəni yaşadığı evin mühafizəçisinə təhvil vermişdir. Onun Səfiyyənin idarə etdiyi bütün avtomobillərə mülki etibarnaməsi olmuşdur. Səfiyyə ilə o, Bakı şəhəri, Nərimanov rayonu, “ABU Arena” yaxınlığında mənzildə kirayə qalmışlar. Səfiyyə həmin avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, təmir zamanı da avtomobilin ehtiyat hissələri ilə birlikdə nömrə də onda olmuşdur. Həmin nömrədə mənzildə olmuşdur. Səfiyyənin həmin mənzilə 3300 manat kirayə borcu olmuşdur. Ev sahibi ona zəng edərək, evi boşaltdığını və borclu olduqları pulu verib, əşyaları götürə biləcəklərini demişdir. Bu barədə də Səfiyyənin məlumatı olmuşdur. O, Səfiyyəni vurmamış, avtomobilin şüşəsini isə avtomobilin nömrəsi ilə vuraraq pəncərəni açmasını demişdir. Həmin vaxt orada o və Səfiyyə olmuşdur. Mübahisə təxminən 01 dəqiqə davam etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək və ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini və zərərçəkmiş şəxslə barışdığını bildirərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin vəkili və etibarnamə üzrə nümayəndəsi Müdafiəçi2 iştirak edərək zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və məhkəməyə yazılı ərizə təqdim edərək zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs barışdığından, zərərçəkmiş şəxsin şikayətini geri götürdüyünü bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla 2 azyaşlı övladı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs təxminən 7 ildir ki, tanımışdır. Bəhruz onun rəhmətə getmiş atası Sabirin yanında sürücü kimi işlə başlamışdır. Daha sonra atası xəstələnən zaman Bəhruz atasına baxmışdır. Atası Sabir rəhmətə gedən zaman Bəhruzu işdən çıxarmamağını ona tapşırmışdır. Buna görə də o, Bəhruzu işdə saxlayaraq çıxarmamışdır. Bəhruz bir müddətdə onun yanında sürücü kim işləmişdir. 2022-ci ilin yay aylarından Bəhruz özünü evin sahibi kimi aparmağa, yəni onu sorğu-sual etməyə, uşaqlarının həyatına qarışmağa başlamış və sair hərəkətlər etmişdir. O, Bəhruzun bu hərəkətlərindən narahat olub sonuncuya xəbərdarlıq etmişdir. Həmin vaxt Bəhruz ondan xoşu gəldiyini və evlənmək istədiyini demişdir. O da Bəhruza bu işin alınmayacağını, sonuncuya qarşı heç bir şey hiss etmədiyini demişdir. Onun sözlərindən sonra Bəhruz əsəbiləşib onu daha da narahat etməyə başlamışdır. O, Bəhruzla danışıb sonuncuya müəyyən miqdarda pul verəcəyini və işdən çıxmasını istəmişdir. Təxminən 2022-ci ilin avqust ayının sonlarında Bəhruza müəyyən məbləğdə pul verib işdən çıxarmışdır. Bəhruz işdən çıxdıqdan sonra bir ay sonra yenidən onun yaşadığı evin yaxınlığına gəlməyə və onu izləməyə başlamışdır. O, avtomobillə evdən çıxan zaman Bəhruzda öz idarə etdiyi “Hyundai sonata” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu izləmişdir. Bəhruz həmin vaxtlar ona yaxınlaşmamış, sadəcə arxasınca gəlmişdir. Təxminən 2022-ci ilin dekabr ayının əvvəllərində Bəhruz ona mesaj yazaraq görüşməyi təklif etmiş və Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən “Mir Mövsüm ağa” ziyarətgahının qarşısında görüşmüşlər. O və Bəhruz orada görüşüb söhbət etməyə başlamışlar. Bəhruz yenidən işə qayıtmaq istədiyini demiş, o da Bəhruza yenidən işə götürməyəcəyini bildirmişdir. Bəhruz onun bu sözündən əsəbiləşib avtomobilə oturaraq oradan uzaqlaşmışdır. Bu zaman onların arasında mübahisə olmuşdur. 20 yanvar 2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Qaradağa rayonu, Lökbatan qəsəbəsində yaşayan tanışı Natiqin ailəsi onu qonaq çağırmışdır. Buna görə də o, etibarnamə əsasında idarə etdiyi “Lexus” markalı, **- XE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lökbatan qəsəbəsi istiqamətində gəlməyə başlamışdır. O, Lökbatan qəsəbəsinə çatan zaman arxadan “Hyundai sonata” markalı avtomobilin işıqlarını görmüş, lakin qaranlıq olduğu üçün Bəhruz olub-olmadığını bilməmişdir. O, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə daxil olan zaman arxasınca gələn avtomobilin Bəhruz olmasını bilmişdir. Natiqin evinə dönən küçəni səhv salaraq, başqa küçəyə dönmüşdür. Onlar az avtomobili sürdükdən sonra yol qurtarmışdır. O, geriyə dönmək istəmişdir. Həmin vaxt Bəhruz idarə etdiyi avtomobillə ona çatmışdır. Bəhruz avtomobilini onun avtomobilinin arxasında saxlamış və hərəkət etməyinə imkan verməmişdir. O, avtomobilin qapılarını bağlayıb içəridə oturmuşdur. Bəhruz avtomobilindən düşərək, ucadan nalayıq söyüşlər söyüb, avtomobilinin qabaq nömrə nişanını çıxararaq götürmüşdür. Bəhruz avtomobilin nömrəsini öz avtomobilinə qoymuş və geri qayıdıb əlində olan bıçaq ya da vintaçanla onun oturduğu sürücü tərəfdən olan avtomobilin qabaq şüşəsini vurmağa başlayaraq qapını açmağını tələb etmişdir. O, qorxduğu üçün avtomobildən siqnal verərək, kömək istəmiş, lakin heç kim onlara yaxınlaşmamışdır. O, avtomobili arxaya sürmək istəyən zaman avtomobilin qapıları açılmışdır. Bəhruz avtomobilin qapısını açıb, iki dəfə yumruqla baş nahiyəsindən vurmuşdur. Bəhruz əlini uzadıb mobil telefonu götürmək istəmiş, o, isə telefonu Bəhruzun əlindən alıb arxa oturacağa atmışdır. Bəhruz yenidən əlini atıb onun əl çantasını götürmək istəmiş, o, çantanı tutub almaq istəyən zaman sol əlini dişləmişdir. Buna baxmayaraq o, çantanı Bəhruzun əlindən alıb arxa oturacağa atmışdır. O, Bəhruzu ayağı ilə itələyib qapını bağlayıb siqnal verməyə başlamışdır. Bəhruz səs-küyə adamların gələcəyini bilib oradan uzaqlaşmışdır. Daha sonra avtomobili sürüb oradan uzaqlaşmış və Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Şahid məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi döngə 1, fərdi tikilmiş evdə ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Respublikası DİN-in Nəsimi rayon mühafizə polis idarəsinin polis nəfəri vəzifəsində işləyir. 05 yanvar 2023-cü il tarixdən tarixdən Zərərçəkmiş şəxs onların idarə ilə müqavilə bağlamış və həmin müqavilə əsasında onlar Zərərçəkmiş şəxs özünü və evinin mühafizəsini həyata keçirmişlər. O, bir gündən bir növbəyə çıxmışdır. Təqsirləndirilən şəxs işə çıxdıqdan sonra tanımış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Bəhruz Zərərçəkmiş şəxs sürücüsü kimi işləmişdir. 2022-ci ilin dekabr ayının əvvəllərində o, növbədə olan zaman Səfiyyə ona Bəhruzla görüşməyə getdiyini və birlikdə getməyi xahiş etmişdir. O, Səfiyyənin idarə etdiyi “Mercedes GLE” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və Səfiyyə idarə etdiyi avtomobillə saat 23 radələrində Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən “Mir Mövsüm ağa” ziyarətgahının qarşısına getmişlər. Orada o, avtomobildə gözləmiş, Səfiyyə də gedib Bəhruzla görüşmüşdür. Bu zaman onların arasında mübahisə yaranmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 Qaradağ rayon Şöbəsinin 25 yanvar 2023-cü il tarixli 59 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-başın sol gicgah nahiyəsinin dərialtı hematoması, sol said nahiyəsinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən müayinədən 1 (bir) günə qədər əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. İşdə olan tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CMnin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar