Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-171/2024 08.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmamış, Yardımlı rayonu Nisəqala kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroin və xeyli miqdarda psixotrop maddə olan metamfetamen əldə edib üzərində saxlamaqla daşımış, 26 yanvar 2024-cü il tarixdə, saat 18:30 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, M.F.Axundov küçəsində saxlanılıb, Qaradağ RPİnin 11-ci PB-nin inzibati binasına gətirilərək həmin tarixdə saat 20:00 radələrində üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən 02 ədəd siqaretin göy rəngli kağız kəsiyinə yığılmış, 0,314 və 0,156 qram ümumi çəkisi 0,470 qram kustar üsulla hazırlanmış psixotorp maddə olan metafetamen, 01 ədəd siqaretin göy rəngli kağız kəsiyinə bükülmüş 0,104 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitədən istifadə edir. Tarixini unutduğu vaxtda Ələt qəsəbəsində yerləşən “Təbriz” marketin yaxınlığından keçib gedirmiş. Bu zaman narkotik maddələrin satışı ilə məşqul olan Ələt qəsəbə sakini Dilbar adlı şəxslə qarşılaşmış və onapsixotrop maddə almaq istədiyini bildirmiş, 20 manat pulu Dilbara vermiş, Dilbar da iki büküm əvəzinə səhvən 03 ədəd bükümdə olan narkotik vasitəni ona vermiş və o, bükümlərin heç birinə baxmadan əynindəki gödəkcəsinin cibinə qoyub oradan uzaqlaşmışdır. Bir qədər uzaqlaşdıqdan sonra polis əməkdaşları onu saxlamış və polis bölməsinə gətirmişlər. Polis bölməsində o, üzərində olan bükümləri çıxarıb təqdim etmişdir. Narkotik vasitəni öz istifadəsi üçün almışdır və satmaq niyyəti olmamışdır.Əməlindən peşmançılıq hissi keçirir. Ona Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin 11-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmət etdiyi Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbə sakini Orxan adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması, hal-hazırda da üzərində narkotik maddə olması barədə əməliyyat məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında zahiri görkəmcə Orxana oxşayan şəxsə yaxınlaşıb ona narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğu bildirib Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmişlər. Bundan sonra onun üzərinə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcəsinin cibində saxladığı 02 ədəd bükümü masanın üzərinə qoymuşdur.Təqsirləndirilən şəxs həmin bükümlərdəkinin narkotik vasitə olmasını, qonşuluqda yaşayan tanışının xahişi ilə Dilbar adlı şəxsdən əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən 01 ədəd büküm də aşkar edilmişdir. Həmin bükümdəkinin nə olması, haradan əldə etməyi barədə sual verilmiş, suala cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümdəkinin narkotik vasitə patı olmasını həmin narkotik vasitəni Dilbardan aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili Şahid2 eyniməzmunlu ifadə verərək Şahid1 ifadəsindəki xüsusatları bir daha təsdiq etmişdir. İş materillarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi Axtarış və Götürmə” protokoluna əlavə edilmiş 01 ədəd kompakt diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 11-ci polis bölməsində Təqsirləndirilən şəxs oğlunun üzərinə müdafiəçi X2, Qaradağ RPİ-nin 11-ci polis bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 iştirakları ilə şəxsi axtarış keçirilir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni hər hansı predmet varsa təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol cibindən 2 ədəd göy rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim edir. Daha sonra həmin bükümlərin içərisin baxış keçirilərkən şəffaf maddə aşkar edilir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan maddənin “şüşə” olduğunu, həmin narkotik vasitələri bir qismini xəstə qoşusunun xahişi ilə onun üçün bir qismini də öz istifadəsi üçün Dilbar adlı şəxsdən 20 manata aldığını bildirir.Daha sonra Təqsirləndirilən şəxs üzərinə əməliyyat müvəkkili tərəfindən yenidən baxış keçirilir və Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol cibindən bir ədəd göy rəngli kağız büküm aşkar edilir. Həmin bükümün içərisinə baxış keçirilərkən şəffaf maddə aşkar edilir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin “şüşə” olduğunu, həmin narkotik vasitəni də Dilbar adlı şəxsdən aldığını bildirir. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının 27 yanvar 2024-cü il tarixli, 3-16- 16/2-6/708 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “zərflər üçün № 223” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” və s. ad, soyad və imzalar olan ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi- 0,104 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,314 qram və 0,156 qram, ümumi təmiz çəkisi 0,470 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə mefamfetamindir. 02 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edir. İş materiallarda olan Təqsirləndirilən şəxs məxsus Samsung markalı mobli telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, telefon qara rəngli “Samsung” markalı bil telefondur, ***-***-**-** nömrəsi ilə işlək haldadır, telefon üzərində zədələnmə yoxdur, bir nömrə kartlıdır. Qalereya qutusunda sübut əhəmiyyəti kəsb edən foto şəkil və yazılar yoxdur. Telefonun sms qutusunda aşağıdakı mətnlər vardır. xx.xx.2024-ü il tarixdə ***-***-**-** mobil nömrəsindən adını Xidirli Baliq kimi yazdığı ***- ***-**-** mobil nömrəsinə “qağa daş düzeler” xx.xx.2024-cü il tarixdə adını Sax kimi yazdığı ***-***-**-** nöməsinə “xala oğlu ı can eldardan yarı toz göndər mene.. 20 m verim., kimse tutulub mene niye cavab vemirsen qağa”, “Qağa sen başuadonm gonder eldardan gəlsinde”, “Ağriyiram”, “Sen brat”, “pulİnan sey verirsən hələ bir adamı borcluda çıxardırsane”, “Seyid sen aton canı yari göndər toz 20 m verim goturum, agreramda brat”, “Seyid yoxdusa dene tıderde”, “10 nuq”, “Das var seyid Uşaqlarda” xx.xx.2024-cü il tarixdə adını Azer Park T kimi yazdığı ***-***-**-** nömrəsinə alam qaqa, Necesen, Yarım kamaz das düzeler”, “Brat” xx.xx.2024-cü il tarixdə adını Azer Park T kimi yazdığı ***-***-**-** nömrəsinə zer başuadonüm üreyim partder oz payunnan bir cıkkanca at bir uere”, “yere”, sosial kocecey indİlerde”, “Xecaletunen cıxacamm” Telefonun “ watsapp” tətbiqində aşağıdakı mətnlər vardır. xx.xx.2024-cü İl tarixdə ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə ilə “Alii, daşun yoxdu, Emin, Torpaqnan barter edek” ***-***-**-** nömrəsindən cavab: “Yox qaqa hecneyim yixdu Qaqa”, ”tapa bildun” ***-***-**- ** nömrəsindən smarıcla cavab: “Yox ee yetim yox”. ***-***-**-** nömrəsindən “Balig, Daş qaş tapmaq olar? ***-***-**-** nömrəsindən smarıcla cavab: “Ay yetim, ay yetim qulaq asmırsan səsimə deyirəm yox”, “torpağın var sənin?”, “daş bir nəfərdə var ee barter eleyərin torpaqla” ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə silnmİş smslərdən sonra ianc “sənə demişdim ki daş var da nə qədər istəsən dəyişir, ancaq dəyişir” ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə silinmişsms smarıc “ay qaqa )100 manat cibimdə pul var, vermirdə nalayiq ifadə... vermirdə vermir, mənim xoşum dir elə deyirsən” smarıc “bir azdan alınmalıdır, alınsa xəbər eliyərəm” ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “He bildin, M sms deri sil” ***-***-**-** nömrəsindən vopchat mobil tətbiqi vasitəsi ilə ***-***-**-** nömrəsinə smarıc "Salam qağa salam toza-torpağa əlin çatmır? ***-***-**-** nömrəsindən sms “Oqqa” ***-***-**-** nömrəsinə smarıc “ağəli nətərsən Ağaəli bir dənə qoz kimi prostoy telefonum var onu daşla dəyişmək istəyirəm, əmələ gələr?” ***-***-**-** nömrəsindən sms “X3” ***-***-**-** nömrəsinə smarıc “moşunu indi tutblar, maoşu haçandı tutulub bılrəm qaqa”, “əmələ gəlir qaqa, daşla dəyişmək olan bir -iki çet, bir çet, çet yarım” ***-***-**-** nömrəsindən smarıc “səninlə görüşdüyümüz günün səhərisi işə getmişdim, smendəydim, özüm də gəlmişəm axtarıram, əlim çatan adamlar var, sən o, telefonu şəkliçşi çək mənə at” ***-***-**-** nömrəsinə smarıc “qoz kimi telefondu e allaha and olsun. Atara şəklin gör çet yarımla barter eləm olar?” ***-***-**-** nömrəsindən sms “şəklin at baxım” ***-***-**-** nömrəsinə bir dədə mobil telefon şəkli göndərilib İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 1273 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksiksiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,054 qaram narkotik vasitə heroin və 0,420 qram psixotrop maddə mefamfetamin qalıqları ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Probasiya İdraəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs oğluna Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırması cəzasının 01 il 05 ay 08 gün hissəsi çəkilməmiş qalmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı əməlini qismən etiraf edərək Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməməsi barədə ifadə versə də, həmin əməl işin faktiki halları və şahid ifadəsi ilə təsdiq edildiyindən məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq bu ifadəni özünü müdafiə məqsədi ilə cinayət məsuliyyətindən boyun qaçırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, iş materillarında olan axtarış-baxış istintaq hərəkətinin həyata keçirilməsi ilə bağlı videogörüntüdən də göründüyü kimi Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitənin bir qismini öz istifadəsi üçün bir qismini isə xəstəlikdən əziyyət çəkən qonşusu üçün aldığını bildirir və məhkəmə iclasında verdiyi ifadədə narkoti vasitəni başqa bir şəxsə verməməsi ilə bağlı hər-hansı bir tutarlı əsas gətirə bilməmişdir. Bundan başqa iş materilarında olan Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobli telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitələrin göndərilməsi ilə bağlı müxtəlif şəxslərlə mütəmadi olaraq əlaqələr yaratmış və bu hal özünə məxsus “watsapp” tətbiqində olan səs yazıları və sms mətnlərində öz əksini tapmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq, daxili inamını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əvvəllər məhkum edilməsini və cəzasını şəkib qurtarmadan eyni qəbldən olan cinayət əməli törətməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının orta həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli onun şübhəli şəxs qismində tutlduğu vaxtdan, yəni 26 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 110 (bir yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş 0,054 qram narkotik vasitə heroin və 0,420 qram psixotrop maddə mefamfetamin məhv edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022 il tarixli hökmünə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 08 (səkkiz) gün hissəsi 08 (səkkiz) ay 19 (on doqquz) gün azadlıqdan məhrumetmə cəzasına hesablansın və CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini almadan dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 26 yanvar 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 110 (bir yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş 0,054 qram narkotik vasitə heroin və 0,420 qram psixotrop maddə mefamfetamin məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-171/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-171/2024
08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver