Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-172/2025 13.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Ağabək oğlunun, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1986-cı ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Ağabək oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Ağabək oğlu tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 sentyabr 2024-cü il tarixdə, saat 16.00 radələrində Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi yaxınlığında yerləşən və Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Dəniz” kafesinə daxil olub kafenin ümumi zalında quraşdırılmış pivə süzən aparatın yanında bir qədər dayanıb gözləyərək heç kimin onu görməsindən əmin olduqdan sonra pivə süzən aparatın üzərinə qoyulmuş 02 ədəd pul saxlanılması üçün istifadə olunan metal qutuları götürüb, zalın arxa qapısından bayıra çıxdıqdan sonra saxlanc yeri hesab olunan həmin qutulara qanunsuz daxil olub içərisindən Zərərçəkmiş şəxs məxsus 1.250 (bir min iki yüz) manat pul vəsaitini gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmənin əvvəlki iclaslarında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs Ağabək oğlu ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs məxsus kafedə usta kimi fəaliyyət göstərmiş və orada müxtəlif təmir işləri aparmışdır.Bunun müqabilində Zərərçəkmiş şəxs nna pul verməmiş buna görə də aralarında münaqişə yarnmışdır.O həmin kafedən heç bir oğurluq etməmişdir.Kafenin sahibi Zərərçəkmiş şəxs ona qarşı qərəzli münasibət saxlayır. Məhkəmənin sonrakı iclaslarında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs Ağabək oğlu törətdiyi cinayət əməlini etiraf etmiş və həmin vaxt özündə omadığı üçün hadisəni xatırlamadığını qeyd etmişdir. O son olaraq çıxışında törətdiyi cinayət əməlindən peşman olduğunu, vurulmuş ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışdığını bildirmiş və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, 20 sentyabr 2024-cü il tarixdə günorta radələrində Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi yaxınlığında yerləşən icarə əsasında işlətdiyi “Dəniz” kafesindən piştaxtanın üzərində içərisində 1250 manat olan pul qabını oğurlanmışdır.Daha sonra kafedə olan kamera görünütlərinə baxan zaman oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və bu barədə polis şöbəsinə məlumat verilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs Ağabək oğlu tərəfindən ona vurulmuş ziyanın ödənildiyini və ona qarşı şikayət-tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi “Dəniz” kafesinin qarşısında duraraq taksi fəaliyyəti ilə məşğul olmuş və kafenin müştərilərini daşımışdır.Rayədin kafedən oğurluq edən gün kafedə olmuş və təmizlik işləri aparmışdır.Həmin vaxt o zibillərin atılmasında Rayəddindən kömək istəmiş və sonuncu ona kömək etmişdir.Gecə radələrində kafenin sahibi Zərərçəkmiş şəxs ona zəng edərək kafenin kassa aparatının metal qutusunun yerində omadığını bildirmişdir.Bundan sonra videogörüntülərə baxan zaman oğurluğun Təqsirləndirilən şəxs tərəfindən edildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 qeyd etdiklərini bir daha təsdiq etmişdir. İş materiallarından görünür ki, ********* saylı cinayət işi xx.xx.2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə başlanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağabək oğlu xx.xx.2025-ci il tarixdə saat 20.20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Ağabək oğlu Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarından görünür ki, 12 mart 2025-ci il tarixdə saat 19.20-də Təqsirləndirilən şəxs Ağabək oğlu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Əhmədov X1 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilmişdir. İş materillarında olan hadisənin görüntüsünü əks etdirən 01 ədəd CD diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyən edilmişdir ki, videogörüntü 02.21 dəqiqə davam edir. Videogöriintüdə bir nəfər əynində boz rəngli köynək və tünd rəngli şalvar olan, çal saçlı, orta yaşlarda olan kişi cinsli şəxsin kafenin pivə züzən aparatı xerləşən hissəsinə gələrək arakəsmənin arxasına keçib, pivə aparatından arxada yerləşən pivə bidonun yanında əyləşməklə siqaret çəkməsi və sağ əlində tutduğu mobil telefon aparatı ilə danışıq aparması, bir qədər sonra əyləşdiyi yerdən qalxaraq, kafenin zalına doğru hərəkət edib dayanaraq kənara baxması, sonra yenidən arakəsmənin yanına qayıdaraq pivə aparatının yan hissəsində yerləşən qutunu götürüb həmin yerdəki çıxış qapısından çıxması müşahidə olunur Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Ağabək oğlunun törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Ağabək oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs Ağabək oğlunun törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödəyərək ona qarşı şikayət-tələbin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağabək oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Ağabək oğlunun törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur.Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, zərərçəmiş şəxsə vurulmuş ziyanın tam olaraq ödənilməsini və ona qarşı heç bir şikayət-tələbin olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs Ağabək oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağabək oğlunun üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs Ağabək oğlunun 10 mart 2025-ci il tarixdən saat 20.20-dən 12 mart 2025-ci il tarixə saat 19.20-dək şübhəli şəxs kimi saxanıldığı 02 gün, ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Ağabək oğluna təyin edilmiş cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübüt kimi tanınmış hadisənin görüntüsünü əks etdirən 01 ədəd CD disk iş materillarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixədək isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. İbtidai istintaq zamanı xx.xx.2025-ci il tarixədək Təqsirləndirilən şəxs Ağabək oğluna göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat və xx.xx.2025-ci il tarixdən ibtidai istintaqın bitdiyi tarixədək 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat X2, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Ağabək oğluna göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Ağabək oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağabək oğlunun 10 mart 2025-ci il tarixdən saat 20.20-dən 12 mart 2025-ci il tarixə saat 19.20-dək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün – azadlıqdan məhrumetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Ağabək oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Ağabək oğlunun üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs Ağabək oğlunun yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Ağabək oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübüt kimi tanınmış hadisənin görüntüsünü əks etdirən 01 ədəd CD disk iş materillarında saxlanılsın. İbtidai istintaq zamanı xx.xx.2025-ci il tarixədək Təqsirləndirilən şəxs Ağabək oğluna göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat və xx.xx.2025-ci il tarixdən ibtidai istintaqın bitdiyi tarixədək 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat X2, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Ağabək oğluna göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-172/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-172/2025
13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver