Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-173/2022 22.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin nümayəndəsi X3, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxx 1998-ci ildə Beyləqan rayonu, Yuxarı Aran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, 1ci qrup əlil, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 180.2.1, 180.2.2, 180.2.4 və 216-cı maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 05 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası xx.xx.2017-ci il tarixli Qanunu tətbiq edilməklə cəza müddəti 05 il 05 ay 28 gün saxlanılmış, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış kompleksi, ev 4, mənzil 27 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Suanverdiyev (Məmmədov) Əbülfəz Əfsər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Suanverdiyev (Məmmədov) Əbülfəz Əfsər oğlu qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edərək üzərində daşımaqla gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 18 fevral 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Baş Ələt stansiyası, 1-ci massiv ünvanında yerləşən 128 saylı Mənzil Komunal İstismar Sahəsinə məxsus məişət tullantıları üçün nəzərdə tutulmuş yerdən 01 ədəd NB-9295 №-li silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1966-cı ildə istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah olmaqla Kalaşnikov konstruksiyalı AKMS modelli avtomatı, 60 ədəd, 01 ədədi keçmiş SSRİ dövlətində, 11 ədədi Rusiya dövlətində və 48 ədədi Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı və atəş üçün yararlı olan 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları və 02 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olmaqla hər biri 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan darağları, qanunsuz olaraq əldə edərək üzərində daşımaqla gəzdirmiş və həmin tarixdə saat 13 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının ərazisi ilə Xəzər dənizinin sahili istiqamətində piyada hərəkət edərkən X11 İdarəsinin Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında X13 əməkdaşları tərəfindən saxlanılmış və şəxsi axtarış zamanı ondan 01 ədəd NB-9295 №-li silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1966-cı ildə istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah olmaqla Kalaşnikov konstruksiyalı AKMS modelli avtomat, 60 ədəd, 01 ədədi keçmiş SSRİ dövlətində, 11 ədədi Rusiya dövlətində və 48 ədədi Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı və atəş üçün yararlı olan 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlar və 02 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olmaqla hər biri 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan daraqlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs Suanverdiyev (Məmmədov) Əbülfəz Əfsər oğlu ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 18 fevral 2022-ci il tarixdə səhər saat 10 radələrində iş axtarmaq məqsədilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsinə gəlmiş və qəsəbədə olan məişət tullantıları atılan yerin qarşı tərəfindən keçərkən sidiyi gəlmiş və ayaqyoluna getmək üçün həmin məişət tullantılarının arxa tərəfində quyu kimi yerə düşüb təbii ehtiyacını ödədikdən sonra quyudan çıxarkən 01 ədəd qara rəngli idman çantası diqqətini çəkmişdir. Həmin çantanı açıb içərisinə baxdıqda ağ rəngli kisə bağlama görmüş, sonra həmin bağlamanı açdıqda içərisində 01 ədəd sonradan markasını bildiyi “kalaşnikov” markalı avtomat, 60 ədəd patron və 02 ədəd həmin silaha məxsus sandıqçanı görmüş, gələcəkdə satıb qazanc əldə etmək məqsədilə həmin odlu silahı, silaha aid 60 ədəd patronları və 02 ədəd darağı götürmüş və silahı özündə saxlamaq üçün gizli yer axtarmağa başlamışdır. Bir qədər piyada getdikdən sonra Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının ərazisinə gəlmiş, Xəzər dənizinin sahili istiqamətində hərəkət edən zaman saat 13 radələrində X11 idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq X11 idarəsinin Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında xətt polis bölməsinə gətirilmiş, polis bölməsində olarkən polis əməkdaşları tərəfindən videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən üzərində qanunla qadağan edilmiş hər hansı əşyanın olub-olmaması soruşulduqda sağ əlində tutduğu içində silah olan qara rəngli idman çantasını polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi çantaya baxılarkən məlum olmuşdur ki, həmin çantanın içində 01 ədəd “kalaşnikov” markalı avtomat, həmin silaha aid 60 ədəd patron və 02 ədəd sandıqça vardır. Tapdığı silahın markasını bilməsə də odlu silah olduğunu bilirmişdir. Ancaq polis idarəsində bilmişdir ki, tapdığı silahın markası “kalaşnikov”- dur. Təqdim etdiyi 01 ədəd “kalaşnikov” markalı avtomat, həmin avtomata aid 60 ədəd patron və 02 ədəd sandıqçalar polis əməkdaşları tərəfindən qablaşdırıldıqdan sonra götürülmüşdür. O, öz ifadəsində daha sonra göstərmişdir ki, 1-ci qrup əlil olmaqla anasının himayəsində yaşayır. Uzun müddətdir ki, qan xərçəngindən əziyyət çəkir. Bundan başqa psixi pozğunluğu olmaqla həm də vərəm xəstəsidir. Törətdiyi əməldən çox peşmandır. Bütün bunlarıın nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin nümayəndəsi X4 öz ifadəsində göstərmişdir ki, Suanverdiyev (Məmmədov) Əbülfəz Əfsər oğlu onun yeganə övladıdır. Əbülfəz doğulmazdan əvvəl həyat yoldaşından ayrılmış və onu tək böyütmüşdür. Əbülfəz uşaqlıdan 1-ci qrup əlildir. O, 2010-cu ildən leykoz-qan xərçənginə tutulub, bundan sonra ona şüa verilməsi nəticəsində psixi pozğunluğu yaranmışdır. Onda həmçinin vərəm xəstəliyi də vardır. Əbülfəzin daima müalicə və müayinələrə ehtiyacı olmaqla oğlu demək olar ki, özünü idarə edə bilmir. Oğlunun uzun müddət həbsdə qalması onun səhhətində daha ciddi ağırlaşmalara səbəb olur. Odur ki, oğluna yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Su NPİ-nin Beynəlxalq Dəniz Ticarəti Limanında X13 cinayət axtarış qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 18 fevral 2022-ci il tarixdə Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olan və hazırda Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silah gəzdirməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin hazırlanıb həyata keçirilməsinə dair tərəfindən qərar qəbul olunmuşdur. Su NPİ-nin Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında X13 post patrul manqasının manqa komandiri Şahid2 ilə birlikdə 18 fevral 2022-ci il tarixdə, saat 09 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Saat 12 radələrində Təqsirləndirilən şəxs əlində tutduğu idman çantası ilə Bakı beynəlxalq dəniz ticarəti limanında piyada getdiyini müşahidə etmişlər. Dərhal Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini ona təqdim etmişlər və onunla birlikdə X11 idarəsinin Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında xətt polis bölməsinə gəlmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah gəzdirməsində və saxlamasında şübhəli olduğu bildirilmiş və şübhəli şəxs kimi tutulduqdan sonra videoçəkilişlə onun üzərində şəxsi axtariş keçirilmişdir. Keçirilmiş axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd içində ağ rəngli bağlama olan idman çantasını könüllü olaraq təqdim edərək bağlamanın içində bir ədəd kalaşnikov markalı avtomat, avtomata aid güllələrin və həmin avtomata aid darağın olmasını bildirmişdir. Həmin bağlama açılarkən içində 1 ədəd Kalaşnikov markalı odlu silah, 60 ədəd patronlar və 02 ədəd həmin avtomata aid darağın olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş 1 ədəd Kalaşnikov markalı odlu silah, 60 ədəd patronlar və 02 ədəd həmin avtomata aid darağı həmin günü tapmışdır. Belə ki, 18 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Ələt qəsəbəsində yerləşən zibilxanada təbii ehtiyacını ödəyərkən 1 ədəd ağ rəngli kapron torba görmüş, həmin torba ona şübhəli göründüyünə görə torbanın içində nə olması onda maraq yaratmış və yaxınlaşıb torbanı açıb içinə baxdıqda 1 ədəd Kalaşnikov markalı odlu silah, 60 ədəd patronlar və 02 ədəd həmin avtomata aid darağın olduğunu görmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş, 1 ədəd Kalaşnikov markalı odlu silah, 60 ədəd patronlar və 02 ədəd həmin avtomata aid daraq ekspertizaya təqdim olunmasından ötrü götürülərək qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Su NPİ-nin Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında X13 post patrul manqasının manqa komandiri Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Su NPİ-nin Beynəlxalq Dəniz Ticarəti Limanında X13 cinayət axtarış qrupunun baş əməliyyat müvəkkili Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 22/161R nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilmiş 01 ədəd NB-9295 №-li silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1966-cı ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKMS modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulu ilə heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 60 ədəd patronlardan 1 ədədi keçmiş SSRİ dövlətində, 11 ədədi Rusiya dövlətində və 48 ədədi Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdır və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 02 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş hər biri 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağlarıdır, texniki cəhətdən sazdırlar və təyinatı üzrə istifadə üçün yararlıdırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 011-2028-1221 saylı məktubundan görünür ki, təqdim edilən 01 ədəd 7,62 mm kalibrli NB-9295 №-li Kalaşnikov konstruksiyalı AKMS modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin «güllə-giliz» kartotekasında «ARSENAL» avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və baxış zamanı həmin diskdə Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli çantanı təqdim etməsi, həmin çantanın içində ağ rəgli kapron torbaya bükülmüş 01 ədəd NB-9295 №-li silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1966-cı ildə istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah olmaqla Kalaşnikov konstruksiyalı AKMS modelli avtomatın, 60 ədəd, 01 ədədi keçmiş SSRİ dövlətində, 11 ədədi Rusiya dövlətində və 48 ədədi Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı və atəş üçün yararlı olan 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronların və 02 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olmaqla hər biri 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan darağların aşkar olunması əks olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd NB-9295 №-li silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1966-cı ildə istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah olmaqla Kalaşnikov konstruksiyalı AKMS modelli avtomatın, 60 ədəd, 01 ədədi keçmiş SSRİ dövlətində, 11 ədədi Rusiya dövlətində və 48 ədədi Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı və atəş üçün yararlı olan 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronların və 02 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olmaqla hər biri 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan darağlar iş üzrə əhəmiyyət kəsb etdiyindən 19 fevral 2022-ci il tarixdə maddi sübut kimi tanınmış və saxlanılması üçün Su NPİ-nin növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 067568 nömrəli vəsiqədən, ƏƏSMN tərəfindən verilmiş məlumatdan və ƏƏSMN–nin X1 Sistemi sosial müavinət və təqaüd haqqında arayışından görünür ki, X6 İ qrup əlil olmaqla ona “kəskin limfoblast leykemiya (ALL), kəskin limfoblast leykemiya. L1 variant” diaqnozu qoyulmuşdur. Məhkəmə baxışı zamanı ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli, 95 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Suanverdiyev (Məmmədov) Əbülfəz Əfsər oğlu qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Suanverdiyev (Məmmədov) Əbülfəz Əfsər oğlu təqsirləndirildiyi cinayət əməlinə münasibətdə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Lakin Təqsirləndirilən şəxs(Məmmədovun) hal-hazırda anlaqlı olub-olmadığını müəyyənləşdirmək olmaz. Çünki hər hansı cinayət əməlini törətməkdə təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğundan həmin suala cavab vermək ümumən mümkün deyildir. Elmi ədəbiyyatdakı məlumata əsasən «anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədilə bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs (Məmmədovda) halhazırda aşkarlanan «Üzvi mənşəli şəxsiyyət pozuntusu» formasında psixi patologiya onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edə biləcək dərəcədə ifadə olunmamışdır. Onun hal-hazırkı hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs (Məmmədovun) hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. Yoxlanılan şəxs Suanverdiyev (Məmmədov) Əbülfəz Əfsər oğlunda «Üzvi mənşəli şəxsiyyət pozuntusu» formasında psixi patologiyaya xas əlamətlər müəyyən edilir. Azərbaycan Respublikası DİN BƏSİİ-si tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Suanverdiyev (Məmmədov) Əbülfəz Əfsər oğlunun soyadı Məmmədov olduğuna görə əvvəlki məhkumluğunda Məmmədov soyadı ilə qeyd olunmuşdur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, hökmünə əsasən X6 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 180.2.1, 180.2.2, 180.2.4 və 216-cı maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 05 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası xx.xx.2017-ci il tarixli Qanunu tətbiq edilməklə X5 cəza müddəti 05 il 05 ay 28 gün saxlanılmışdır. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.2-ci maddəsinə görə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin residivini yaratmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Suanverdiyev (Məmmədov) Əbülfəz Əfsər oğlunun törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Suanverdiyev (Məmmədov) Əbülfəz Əfsər oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Suanverdiyev (Məmmədov) Əbülfəz Əfsər oğlunun əməlini etiraf edərək səmimi peşman olmasını və 1-ci qrup əlil olmaqla ağır xəstə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Suanverdiyev (Məmmədov) Əbülfəz Əfsər oğlunun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Suanverdiyev (Məmmədov) Əbülfəz Əfsər oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Suanverdiyev (Məmmədov) Əbülfəz Əfsər oğlu qeyd olunan cinayət əməlinə görə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və daha sonra barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Suanverdiyev (Məmmədov) Əbülfəz Əfsər oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Su NPİ-nin Növbətçi hissəsində saxlanılan 01 ədəd 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1966-cı ildə istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah olmaqla Kalaşnikov konstruksiyalı AKMS modelli NB-9295 №-li avtomat silah; 60 ədəd - 01 ədədi keçmiş SSRİ dövlətində, 11 ədədi Rusiya dövlətində və 48 ədədi Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı və atəş üçün yararlı olan 7,62x39 mm kalibrli olmaqla, ekspertiza tədqiqatından sonra qalıq qalmış 52 ədəd həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları və 02 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olmaqla hər biri 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan daraqlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Suanverdiyev (Məmmədov) Əbülfəz Əfsər oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Suanverdiyev (Məmmədov) Əbülfəz Əfsər oğlunun hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxs Suanverdiyev (Məmmədov) Əbülfəz Əfsər oğluna göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X7 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Suanverdiyev (Məmmədov) Əbülfəz Əfsər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01(bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 18 fevral 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış və Su NPİ-nin Növbətçi hissəsində saxlanılan 01 ədəd 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1966-cı ildə istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah olmaqla Kalaşnikov konstruksiyalı AKMS modelli NB-9295 №-li avtomat silah; 60 ədəd - 01 ədədi keçmiş SSRİ dövlətində, 11 ədədi Rusiya dövlətində və 48 ədədi Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı və atəş üçün yararlı olan 7,62x39 mm kalibrli olmaqla, ekspertiza tədqiqatından sonra qalıq qalmış 52 ədəd həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları və 02 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olmaqla hər biri 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan daraqlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs Suanverdiyev (Məmmədov) Əbülfəz Əfsər oğluna ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X7 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-173/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-173/2022
22.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver