Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-173/2023 25.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Saat 11:30-da X7 İslah oğlunun sədrliyi, Məmmədova Kəminə Elşad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X1, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Yardımlı rayonu, Hamarkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Yardımlı rayonu, Hamarkənd kəndində qeydiyyatda olmaqla Qaradağ rayonu, Lökbatan qəsəbəsi , 2-ci massiv nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdə saat 19-20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən "Seymur" adlı kafeyə gəlib spritli içkipivə sifariş edərkən kafedə ximətçi işləyən Zərərçəkmiş şəxs2 ona spirtli içki qəbul etdikdən sonra özünü idarə edə bilmədiyini və münaqişə yaratdığını deyib pivə verməkdən imtina etdikdə heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə üstün qoymaqla, hərkəs tərəfindən qəbul edilmiş əxlaq və davranış qaydalarına etinasızlıq edərək, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafdakıların narahatçılığına səbəb olmaqla yüksək səslə nalayiq ifadələr işlətməklə Zərərçəkmiş şəxs2 nalayiq ifadələrlə söyüb təhqir etmiş, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər edib Zərərçəkmiş şəxs2 saçından tutub silkələyərək itələmiş, bu zaman kafedə müştəri qismində olan Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq qanunsuz və əxlaqsız davranışlarına haqlı irad bildirdikdə öz qanunsuz hərəkətlərini davam etdirib Rizan Mamedovu yumruqla bir dəfə baş nahiyəsinə vurub ona başın alın- təpə nahiyələrini əhatə edən dərialtı hematomasından ibarət, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvumaya aid xəsarətlər yetirərək ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Yardımlı rayonu, Hamarkən kəndində qeydiyatda olsa da, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv nömrəsiz fərdi evdə kirayə yaşayır. Sədərək ticarət mərkəzində yük boşaltmaqla məşğul olur. Hərdən Lökbatan qəsəbəsində yerləşən “Seymur” kafesinə gedib pivə içmişdir. 24 noyabr 2022-ci il tarixdə saat 19 radələrində yenidən “Seymur” kafesinə pivə içmək üçün getmiş, kənarda bir masa seçmiş və pivə sifariş etmişdir. Ona bir bakal pivə gətirmişlər. O, ikinci pivəni sifariş etdikdə Südabə adlı kafenin sahibi ona pivə olmadığını bildirmişdir. Bu zaman onunla sözlə mübahisə etmişdir. Daha sonra Xalidə adlı qadın ona nalayiq ifadələr işlətdiyi üçün Xalidə ilə də sözlə mübahisə etmişdir. Bu zaman polis əməkdaşları kafeyə daxil olmuşdur. Polis əməkdaşları onu aparan zaman Mamed kimi tanıdığı əsl adı Rizvan olan şəxs Xalidəni müdafiə etmək üçün ona yaxınlaşmışdır. Rizvanla mübahisələri düşmüş və o, Rizvanı sinəsindən itələmişdir. Bu zaman polis əməkdaşları onu polis bölməsinə aparmışlar. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 heç bir xəsarət yetirməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyii ifadə özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hərdən Bakı şəhəri, Lökbatan qəsəbəsində yerləşən “Seymur” kafesinə dostları ilə gəlib çay içib yemək yeyir. xx.xx.2022 ci il tarixdə axşam saat 19:00-20:00 radələrində Lökbatan qəsəbəsində yerləşən "Seymur" kafesində şəxsi otaqda yaxın dost münasibətində olduğu Emin ilə birlikdə əyləşərək yemək yemişdir. Yemək yedikdən sonra ümumi istifadədə olan zala keçmiş və çay içməyə başlamışdır. Zalda çay içən zaman tanımadığı lakin 2 dəfə gördüyü şəxs kafeyə daxil olmuşdur. Həmin şəxs girən zaman hiss olunurdu ki, içkili vəziyyətdədir. Həmin şəxs yüksək səs tonu ilə lazımsız ifadələr işlətəməyə başlamışdır. Kafedə xidmət aparan Xalidə adlı şəxs həmin tanımadığı şəxsə irad bildirərək kafedən çıxmasını istəmişdir. Bu zaman o ayağa durub Xalidəyə təpik atmaq istəmiş, lakin təpik ona dəyməmişdir. Daha sonra o, qadının saçından və biləyindən tutmuşdur. O bu zaman 10-cu polis bölməsinə zəng edərək kömək istəmiş və həmin şəxsə yaxınlaşıb irad bildirmək istəmişdir. Bu vaxt Xalidə araya girib mübahisəyə müdaxilə etmək istəyərkən həmin şəxs zaman onu itələmiş və Xalidə yerə yıxılmışdır. Daha sonra həmin şəxs çevrilib onun alın nahiyəsindən yumruqla bir dəfə zərbə endirmişdir. Bundan sonra polis əməkdaşları içəri daxil olmuşlar. Həmin şəxsin onu vurmağını polis əməkdaşları da görmüşlər. Dərhal polis əməkdaşları yaxınlaşıb onları polis bölməsinə aparmışlar. O, həmin şəxsə irad tutmaq üçün ona yaxınlaşmışdır. Çünki Xalidə adlı qadını vuracağından narahat qalmışdır. Lakin həmin şəxs durduğu yerdə onun alın nahiyəsinə yumuruq ilə vuraraq xəsarət yetirmişdir. Tanımadığı şəxsin ona xəsarət yetirməyini xidmət aparan Xalidə adlı şəxs və polis əməkdaşları da görmüşdür. Hazırda Təqsirləndirilən şəxs bağışlamış və ona qarşı heç bir iddia və tələbi yoxdur. Cinayət işinin materiallrında olan təqsirləndirilən şəxs X2 ilə Zərərçəkmiş şəxs1 arasında keçirilmiş 03 fevral 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. Üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyən Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsini, Təqsirləndirilən şəxs bağışlamamasını və sonuncu barəsində veriləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, Lökbatan qəsəbəsində yerləşən “Seymur” kafesində ofisiant kimi faəliyyət göstərmişdir. Sonradan adının Nizami olduğunu bildiyi şəxs dəfələrlə işlədiyi “Seymur” kafesinə gələrək ona əxlaqsız sözlər deyərək onu təhqir etmişdir. O isə işlədiyi yerdən qovulmamaq üçün həmin şəxsin sözlərinə fikir verməmişdir. xx.xx.2022 ci il tarixdə axşam saat 19:00-20:00 radələrində Lökbatan qəsəbəsində yerləşən "Seymur" kafesində olarkən Nizami adlı şəxs yenidən kafeyə gəlmiş və masaya əyləşdikdən sonra pivə sifariş etmişdir. Lakin o hər dəfə gəlib kafedə spirtli içki qəbul etdikdən sonra burada mübahisə yaratdığından müdiriyyət həmin şəxsə spirtli içki verməməyi ona tapşırmışdır. Ona görə də o həmin şəxsə spirtli içki verməyəcəyini bildirmişdir. Bu zaman həmin şəxs ona əxlaqsız küçə söyüşləri söyüb təhqir etməyə başlamışdır. Bundan sonra o, dözə bilməyib həmin şəxsin dediklərini özünə qaytarmışdır. Həmin şəxs bunu eşitdikdə hiddətlənib ayağa duraraq ona yaxınlaşmış, ona təpik atmaq istəmiş, lakin dəyməmişdir. Daha sonra əlini atıb onu saçından və biləyindən tutub möhkəm sıxmağa başlamışdır. Bu zaman kafedə yemək yeyən Mamed kimi tanıdığı Rizvan adlı şəxs onlara yaxınlaşıb aralamaq istəmişdir. Onların dava-dalaş edəcəyindən qorxub aralamağa çalışarkən Nizami adlı şəxs onu sinəsindən möhkəm itələmiş və o bu zaman yerə yıxılmışdır. Həmçinin onu itələdikdən sonra yumruqla Rizvanın alnından bir dəfə vurmuşdur. Bu zaman polis əməkdaşları içəri girmişdir. Bunu görən polis əməkdaşları dərhal həmin şəxsi və onları polis bölməsinə dəvət etmişlər. Cinayət işinin materiallrında olan təqsirləndirilən şəxs X2 ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş 03 fevral 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş ƏÇPA-nın 10-cu patrul bölüyündə polis nəfəri vəzifəsində işləyən Şahid3 ifadəsində bildirmişdir ki, 24 noyabr 2022-ci il tarixdə 9693 çağırışlı avtopatrul sektorunda xidmət yoldaşları Şahid1 və Şahid2 ilə birlikdə xidmət aparmışdır. 24 noyabr 2022-ci il tarixdə saat 22 radələrində xidmətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Seymur” kafesinin qarşısında bir qrup şəxsin toplaşdığını görüb ora yaxınlaşmışlar. Həmin yerə yaxınlaşdıqda kafeyə müştəri qismində gələn Nizami adlı şəxsin orada işləyən Xalidə adlı qadına zor tətbiq edib söyüb təhqir etdiyini və daha sonra kafeyə müştəri qismində gələn Rizvan adlı şəxsi söyüb təhqir etdiyi onlara məlum olmuşdur. Ətrafdakı insanların deməsinə görə Rizvan adlı şəxs Nizamiyə yaxınlaşarkən sonuncunun onu yumruqla vurmuşdur. Onlar kafeyə yaxınlaşanda Nizami adlı şəxsi münaqişədən sonra ətrafdakı insanlar sakitləşdirmişlər və sonuncu oturaq vəziyyətdə olmuşdur. Onlar Nizami adlı şəxsə yaxınlaşaraq özlərini təqdim edib onu nizam-intizama dəvət etmişlər. Buna baxmayaraq həmin şəxs onların qanuni tələbinə qəsdən tabe olmayaraq onlarla kobud rəftar etməyə başlamışdır. Onlar həmin şəxsi sakitləşdirib onu xidməti avtomobilə əyləşdirərək 10-cu Polis bölməsinə dəvət etmişlər. Bu zaman həmin şəxsdən kəskin spirt qoxusu gəlmişdir. 10-cu Polis bölməsinə gəldikdə o növbətçi hissənin qarşısından qaçmağa cəhd göstərmişdir. Polis əməkdaşları dərhal onun arxasınca qaçaraq onu saxlayıb yenidən polis bölməsinə gətirmişlər. Bölməyə gəldikdə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu onlara məlum olmuşdur. Daha sonra həmin şəxsin bölməyə təhvil verilməsi barədə raport yazıb onlar tərəfindən imzalanaraq xidməti əraziyə geri dönmüşlər. Məhkəmədə şahid qismində dindirilmiş ƏÇPA-nın 10-cu patrul bölüyündə polis nəfəri vəzifəsində işləyən Şahid2 və Şahid1 Şahid3 verdiyi ifadə ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizanın 06 dekabr 2022- ci il tarixli, 872 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - başın alın-təpə nahiyələrini əhatə edən dərialtı hematoması bərk küt əşya təsirindən, müayinədən bir qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinə əlavə olunmuş kompleks ambulator məhkəmə- psixiatrik və psixoloji ekspertizasının 06 mart 2023-cü il tarixli 647 nömrəli rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissəyə əsasən yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən cinayət törədilən anda “'Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu” müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədilən anda öz hərəkətlərini ölçüb-biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyətindədir və o, baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən üzvi şəxsiyyət pozuntusu ictimai təhlükəli əməli törətdiyi zaman o dərəcədə ifadə olunmayıbki, onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 -ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli psixi pozuntu nəticəsində törətməmişdir. Həmçinin məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissəyə əsasən belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli imkanlarında gerilik əlamətləri aşkar olunmur. Hövsələsizlik, emosional reaksiyalara meyillilik, qıcığa qarşı həssaslıq, laqeyidlik, məsuliyyətsizlik, söz götürməmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən zaman şüur və davranışlarına təsir göstərən psixi emosional halda olmamışdır. Cinayət işində olan «hadisə yerinə baxış keçirilməsi haqqında» 25 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Seymur” adlı kafe olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 01 fevral 2021 -ci il tarixdə Qaradağ rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128, 180.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 08 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 24 aprel 2021 -ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və Zərərçəkmiş şəxs1 ilə barışığın əldə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən iki il keçməmiş yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi X4 əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu götürülmədən və ya ödənilmədən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab olunur. Əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzanın əvvəli 02 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkilİ Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 72 (yetmiş iki) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 ( bir ) il 09 ( doqquz ) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 72 (yetmiş iki) manat pul onun vəkil işlədiyi 10 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Paşayev
Məhkəmə qərarları › İş №1(002)-173/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-173/2023
25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver