Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-173/2024 05.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 11.00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 112 saylı poçtla üzbəüz yerləşən “Oba” marketin içərisində girişi kənar şəxslərə qadağan olunan saxlanc yeri kimi istifadə edilən otağın qapısının açıq olmasından istifadə edərək otağa qanunsuz olaraq daxil olub oradan 80 manat dəyərində 04 ədəd 1 kiloqramlıq «Anhor» yağı, 43 manat dəyərində 01 qutu «Sobranie ağ», 43 manat dəyərində 01 qutu «Sobranie caster», 40 manat dəyərində 01 qutu «Kent 4», 38 manat dəyərində 01 qutu «Winston», 38 manat dəyərində 01 qutu «Winston boz», 22 manat dəyərində 01 qutu «Arco göy», 24 manat dəyərində 01 qutu «Keno royal», 43 manat dəyərində 01 qutu «Sobranie göy», 29 manat dəyərində 01 qutu «Winchester boz», 34 manat dəyərində 01 qutu «LD ağ» markalı siqaretləri gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nə məxsus ümumilikdə 434 manat dəyərində əmlakı gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 22.00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Oba” marketin içərisində girişi kənar şəxslərə qadağan olunan saxlanc yeri kimi istifadə edilən otağın qapısının açıq olmasından istifadə edərək otağa qanunsuz olaraq daxil olub oradan 24 manat dəyərində 01 qutu «Keno royal», 40 manat dəyərində 01 ədəd «Kent nano», 30 manat dəyərində 01 qutu «Pallmall night», 90 manat dəyərində 03 qutu «Pallmall», 29 manat dəyərində 01 qutu «Rothmans silver», 43 manat dəyərində 01 qutu «Sobranie White», 24 manat dəyərində 01 qutu «Viceroy silver», 78 manat dəyərində 03 qutu «Winchester silver», 40 manat dəyərində 01 qutu «Winston XS silver», 40 manat dəyərində 01 qutu «Winston Caster», 120 manat dəyərində 03 qutu «Winston XS compact», 160 manat dəyərində 04 qutu «Kent», 86 manat dəyərində 02 qutu «Sobranie caster» markalı siqaretləri gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nə məxsus ümumilikdə 804 manat dəyərində əmlakı gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə, saat 19.00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Oba” marketin içərisində girişi kənar şəxslərə qadağan olunan saxlanc yeri kimi istifadə edilən otağın qapısının açıq olmasından istifadə edərək otağa qanunsuz olaraq daxil olub oradan 85.02 manat dəyərində 30 qutu “X10 Silver”, 85.02 manat dəyərində 30 ədəd “ Rothmans Silver”, 25,6 manat dəyərində 10 ədəd “Want Nano”, 25,6 manat dəyərində 10 ədəd “X9”, 28.34 manat dəyərində 10 ədəd “Winchester KS SS Blue”, 81,88 manat dəyərində 20 qutu “Sobranie KSS Blue”, 36,44 manat dəyərində 10 qutu “Winston XS Silver”, 94,4 manat dəyərində 40 qutu X8”, 72,88 manat dəyərində 20 ədəd “Winston XS Caster”, 65,68 manat dəyərində 20 qutu “LD Club KSSS Platinum”, 23,72 manat dəyərində 10 qutu “Viceroy N-series Blue”, 56.68 manat dəyərində 20 qutu “Rothmans Blue”, 72.88 manat dəyərində 20 qutu “Winston XS Compact”, 26.54 manat dəyərində 10 qutu “West Silver” markalı siqaretləri gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nə məxsus ümumilikdə 780.22 manat dəyərində əmlakı gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, maddi durumu ağır olduğu üçün qeyd edilən oğurluqları etmişdir. 2024-cü ilin yanvar ayında kirayə yaşadığı evdə olduğu zaman evin kirayə pulunu vermək üçün pula ehtiyacı olduğundan Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Abas adlı tanışından borc pul almaq qərarına gəlmişdir. Buna görə də həmin gün saat 18 radələrində tanışı Sərdara zəng edib ondan idarə etdiyi avtomobili ilə onu Lökbatan qəsəbəsinə aparmağı xahiş etmişdir. Təqribən yarım saat sonra Sərdar onların kirayə yaşadığı ünvana gəlmiş və o, Hüseynlə evdən çıxıb məhəllədə Sərdarın idarə etdiyi avtomobilə əyləşmiş və Sərdara Abbasın yaşadığı evin yolunu göstərərək avtomobili Abasın yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Bravo” marketin yaxınlığına sürdürmüşdür. Evin yaxınlığında avtomobildən düşüb Abasın yaşadığı evə getmiş. lakin sonuncun evdə olmadığını öyrəndikdən sonra yenidən qayıdıb avtomobilə əyləşmiş və Abasın evdə olmadığını dostlarına bildirmişdir. Bundan sonra onlar geri qayıtmaq qərarına gəlmişlər. Avtomobil ilə hərəkətdə olduqları zaman Hüseyn Lökbatan qəsəbəsində yerləşən “Oba” marketin yanında Sərdardan maşını saxlamağı xahiş etmişdir.Sərdar avtomobili yolun kənarında saxlamış və Hüseyn avtomobildən düşüb marketə getmişdir. Bir qədər sonra isə istədiyi şokoladı tapa bilmədiyi üçün geri qayıdıb yenidən avtomobilə əyləşmişdir. Bu zaman o, həmin marketdən oğurluq etmək qərarına gəlmiş və Sərdarla Hüseyndən onu bir neçə dəqiqə gözləmələrini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evdən özü ilə gətirdiyi idman çantasını götürüb maşından düşərək marketə daxil olmuş və bir başa marketin içərisindəki otağa gedərək orada olan otaqların birində qutuda siqaret bloklarını özü ilə gətiridiyi idman çantasına yığmağa başlamışdır. Çantanı siqaret blokları ilə doldurduqdan sonra otaqdan çıxmış və bir qədər ətrafa göz gəzdirib heç kimin onu görmədiyinəəmin olduqdan sonra və geri qayıdaraq həmin qutudan daha iki blok siqareti götürərək gödəkcəsinin altında gizlətmişdir. Bundan sonra isə marketi tərk edərək Sərdarın idarə etdiyü avtomobilə əyləşmiş və Hüseynlə Sərdara marketdən çoxlu siqaret oğurladığını bildirdikdən sonra oradan uzaqlaşmışlar. Sərdar onları yaşadıqları evin yerləşdiyi məhəllədə avtomobildən düşürdükdən sonra çıxıb getmişdir. O, isə Hüseyn ilə birlikdə kirayə yaşadığı evə daxil olduqdan sonra çantadakı siqaretləri saymış və müəyyən etmişdir ki, marketdən 26 blok siqaret oğurlaya bilmişdir. Həmin vaxt Adil ona bir qutu “Rothmans” markalı siqareti çəkmək üçün vermiş, özünə də bir qutu götürərək yarımçıq bloku evdə qoymuşdur. 25 blok siqareti isə yenidən çantanın içərisinə yığmışdır. Səhəri gün evdən çıxaraq “20 Yanvar” metrosunun yaxınlığına getmiş və oğurladığı siqaretləri orada tanımadığı şəxsə satmışdır. Əldə etdiyi pulun bir qismini yaşadığı evin kirayəsi üçün vermiş qalan pulu isə özünün ehtiyacı üçün xərcləmişdir. Bundan başqa 2023-cü ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 112 saylı poçtla üzbəüz yerləşən “Oba” marketinə müştəri qismində girmişdir. Marketdə gəzib dolandıqdan sonra marketin içərisində kənar şəxslərə girişi qadağan olan otağa icazəsiz daxil olmuşdur. İçəridə yerdəki qutunun içərisindən 01 blok “Kent 4”, 01 blok “Winston”, 01 blok “Winchester” markalı siqaretlər, 01 ədəd “Sobranie” və 01 ədəd də “Argo” markalı siqaretləri götürərək əlində olan çantanın içərisinə qoyub otaqdan çölə marketin içərisinə çıxmış, marketdə dolanmağa başlamışdır. Bu zaman vitrində olan 04 ədəd “Anchor” markalı 01 kiloqramlıq yağı da götürüb çantasının içərisinə qoymuş, sonradan marketdən çıxaraq uzaqlaşıb getmişdir. Oradan çıxıb avtobusla “20 Yanvar” metrostansiyanın çıxışına getmiş, siqaret və yağları orada satmışdır. Bundan başqa isə 2023-cü ilin dekabr ayının ortalarında Bakışəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Oba” marketinə müştəri qismində girmişdir. Marketdə gəzib dolandıqdan sonra marketin içərisində kənar şəxslərə girişi qadağan olan otağa icazəsiz daxil olmuş, içəridə yerdəki qutunun içərisindən 15 blok müxtəlif marka siqaretlər götürərək əlindəözü iləəvvəlcədən apardığı çantanın içərisinə qoyub marketi dolanaraq çıxıb oradan uzaqlaşaraq getmişdir. Elə oradan birbaşa “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən Tibb Kollecinin arxasında məhlədə balaca mağazaya yaxınlaşıb tanımadığı satıcı qadına siqaretləri satmış, həmin pulu da öz ehtiyaclarına xərcləmişdir. Törətdiyi əməldən peşmandır. İlk dəfədir cinayət məsuliyyətinə cəlb edilir.Ziyanı ödəmək iqtidarında deyil.Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs MMC-nə məxsus olan, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “OBA” marketdən 780 manat 72 qəpik dəyərində olan müxtəlif növ siqaretlərin oğurlanması, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 112 saylı poçtla üzbəüz yerləşən “Oba” marketdən 434 manat dəyərində əmlakın oğurlanması və xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Oba” marketdən 804 manat dəyərində əmlakın oğurlanması müəyyən olunmuşdur. Baş vermiş oğurluq hadisələri nəticəsində nümayəndəsi olduğu Zərərçəkmiş şəxs MMC-nə ümumilikdə 2018 manat 22 qəpik məbləğində maddi ziyan vurulmuşdur.Hal-hazırda MMC-yə vurulmuş ziyan ödənilməmişdir.Mülki iddianı müdafiə edir və təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, təqribən 6 ilə yaxındır ki, “Oba” marketlər şəbəkəsində işləyir. Cinayət hadisəsi baş verən zaman, yəni 2024-cü ilin yanvar ayının 17-də o, “Oba” marketlər şəbəkəsinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi üzrə ərazi müdrü vəzifəsində işləyirmiş. 18 yanvar 2024-cü il tarixdə işdə olan zaman Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən «Oba» marketin müdri olan Vüsalə Əmiraslanova ona zəng edərək 17 yanvar 2024-cü il mağazaya müştəri qismində gələn şəxsin mağazadan 26 blok müxtəlif növ siqaret məmulatlarını gizli olaraq oğurladığını bildirmişdir. O, qeyd olunan mağazaya yaxınlaşmış və mağazada olan müşahidə kameralarında qeydə alınmış görüntülərə baxan zaman görüntülərdə bir nəfər şəxsin əlində idman çantası ilə mağazaya daxil olub işçilərin gözündən yayınaraq mağazanın içərisində qapısı açıq qalan müdir otağına girərək döşəmənin üstündə olan içərisində siqaretlərin olduğu karton qutunu açaraq oradan siqaret bloklarını çantasına yığaraq oğurladığının şahidi olmuşdur. Bundan sonra o, dərhal baş vermiş hadisə ilə bağlı DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş sonra isə bu barədə öz rəhbərliyini məlumatlandırmışdır. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, hazırda “Oba” marketlər şəbəkəsinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 may küçəsində yerləşən “OBA” marketdə satıcı-kassir işləyir. 17 yanvar 2024-cü il tarixdə işdə olmuşdur. İşdə olan zaman marketə tanımadığı şəxslər gələrək alış-veriş edib getmişlər. Ertəsi gün yəni 18 yanvar 2024-cü il tarixdə iş yoldaşları mağazaya gəlib vitirində olan əksik malları vitrinə yığan zaman ehtiyyatda saxladıqları siqaret qutularının olmadığını aşkar etmişdirlər. Bundan sonra isə onlar mağazada quraşdırılmış müşahidə kameralarına baxan zaman həmin siqartlərin 17 yanvar 2024-cü il tarixdə mağazaya müştəri qismində gələn 1 nəfər şəxs tərəfindən oğurlamasını görmüşdür. Bundan sonra isə bu barədə dərhal bölgə müdürinə zəng vurub məlumat vermişdir. Məhkəmə iclasında şahidlər Şahid5 və Şahid6 X2 ilə eyni məzmunda ifadə verərək onun dediklərini təsdiq etmişlər. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 22 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə başlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 23 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 15 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarından görünür ki, ********* saylı cinayət işi 26 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə fakta görə başlanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 27 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə ilə ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixli qərarla aidiyyəti üzrə Qaradağ RPİ-nin İstintaq şöbəsinə göndərilmiş və 18 mart 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işinə birləşdirilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə axtarış nəticəsində tutulmuş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən barəsində 01 ay 05 gün həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli baxış protokoluna əlavə edilmiş bir ədəd compakt diskə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunur ki, videogörüntülərdə bir nəfər əynində qara rəngli, qalın gödəkçə olan, sifətinin bir hissəsi qara rəngli parça ilə örtülü olan bir nəfər şəxs oğurluq hadisəsi baş verən mağazaya daxil olaraq bir qədər orada ətrafa göz gəzdirir və videogörüntünün 33-cü saniyəsində mağazada yerləşən saxlanc otağına daxil olaraq orada döşəmənin üzərində olan karton qutunu açaraq qutunun içərisində olan siqaret məmulatlarını özü ilə gətirdiyi qara rəngli idman çantasına yığaraq otağı tərk edir.Videogörüntünün 1-ci dəqiqəsinin 37-ci saniyəsində həmin şəxs yenidən sözügedən otağa daxil olaraq döşəmənin üzərində olan karton qutunun içərisindən daha bir neçə blok siqareti götürərək gödəkçəsinin altında gizlədir və bundan sonra həmin otaqdan çıxaraq mağazanı tərk edib gedir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış protokoluna əlavə edilmiş compakt diskə məhkəmə iclasında baxış keçirilən zaman diskdə olan videofaylda 13 dekabr 2023cü il tarixdə çiynində idman çantasına bənzər çanta,= olan bir nəfər şəxsin marketin içərisində dolaşması, şübhəli şəkildə ətrafa nəzər yetirərək otağa daxil olması, otaqda döşəmənin üzərində olan qutunun içərisindən bir neçə siqaret qutusunu götürüb əlindəki çantanın içərisinə qoyması, sonra həmin otaqda olan masanın siyirmələrini açıb baxdıqdan sonra bağlaması və otaqdan çıxması, eləcə də həmin şəxsin sonradan ərzaq məhsullarının olduğu vitrindən göy rəngli qablaşmada olan 04 ədəd yağ məhsullarını götürüb əlindəki həmin çantanın içərisinə qoyması və kassaya yaxınlaşıb növbə gözləməsi öz əksini tapır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış protokoluna əlavə edilmiş compakt diskə məhkəmə iclasında baxış keçirilən zaman 19 dekabr 2023-cü il tarixdə saat 22.00 radələrində marketin otaqlarının birində bir nəfər şəxsin əyilərək döşəmənin üzərində olan qutunun içərisindən siqaret qutularına bənzər predmetləri götürüb qarşısındakı çantanın içərisində yığması müəyyən edilir. Şəxsin arxa nahiyəsi kameraya tərəfdir. Həmin şəxs ayağa qalxır, sağ tərəfindəki masanın açıq siyirməsinə tərəf baxır və dərhal otaqdan çıxır. Sonradan həmin şəxs vitrinlərin qarşısında əlində çanta ilə görünür. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsi, törətdiyi cinayət əməlini etiraf edərək peşman olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan aradan qalxmadığından onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərəçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinəhökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs tutma altında olduğu 02 (iki) gün ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. Azərbaycan Respublikası CPM-nin 181.1 və 181.1.1-ci maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Sadalanmış normaları hazırki iş üzrə tətbiq edərkən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən törədilmiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş hüquqi şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-yə maddi ziyan dəymişdir və hüquqi şəxsin bu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ, mülki cavabdehin isə həmin zərərin əvəzini ödəmək öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC”-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddia təmin edilməli və 2059,62 (iki min əlli doqquz) manat (altmış iki) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 48 (qırx səkkiz) saata görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul X1, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 02 aprel 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC”-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddia təmin edilsin və 2059,62 (iki min əlli doqquz) manat (altmış iki) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ödənilsin İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 48 (qırx səkkiz) saata görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul X1, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-173/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-173/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver